Yazı həyatınız boyu müxtəlif situasiyalarda sizdən tələb olunan bacarıqdır. Şəxsi məzmunlu yazışmada dost



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix15.01.2020
ölçüsü0,52 Mb.
növüYazı
  1   2

AKADEMIK YAZININ XÜSUSIYYƏTLƏRI. AKADEMIK YAZININ NÖVLƏRI. 

Akademik Yazı və digər yazı növləri arasındakı bəzi önəmli fərqlər 

Yazı həyatınız boyu  müxtəlif situasiyalarda sizdən tələb olunan bacarıqdır. Şəxsi məzmunlu yazışmada -  dost-

tanışlara ünvanlanan yazının bir xüsusiyyəti ondan ibarətdir ki, bu  cür yazı, adətən, qeyri-formal olur. Bu isə o 

deməkdir ki, burada orfoqrafiya qaydalarını, punktuasiyanı (durğu işarələrinin yerli-yerində işlənməsi) və yaxud 

qrammatik qaydaları gözləməyə  o  qədər də  ehtiyac  yoxdur  (hərçənd  bunlara  əməl etsəniz,  oxucunuz  sizə 

minnətdar ola bilər). 

• 

Qeyri-formal yazı üslubu şəxsi tanışlıqlar üzərində qurulan münasibətlər fonunda olduğundan və siz də 



yazınızı ünvanladığınız şəxsi tanıdığınızdan, sözləri qısa yaza, hətta dialekt sözlərdən belə istifadə edə bilərsiniz. 

Şəxsi məzmunlu yazışmadan fərqli olaraq, akademik yazıda proses xeyli fərqli olur. Birincisi, burada konkret 

yazı strukturu tələb olunur. Məsələn, giriş, əsas hissə və nəticə. Bu sadə strukturu bütün akademik yazı 

formatlarında görmək olar. 

• 

Akademik  yazıda  giriş paraqrafı oxucunu  mövzunun  ümumi  xarakteri ilə  tanış  edir,  daha  sonra  isə 



müzakirə edilən mövzu yazının əsas hissəsində müzakirə edilir və qiymətləndirilir. Girişdə siz çox qısa və aydın 

şəkildə, mövzu ilə bağlı mövqeyinizi, məsələyə münasibətinizi bir - iki cümlədə bildirir, daha sonra tutduğunuz 

mövqeyi yazınızın əsas hissəsində bir neçə paraqrafda işıqlandırır və ya ətraflı şəkildə izah edirsiniz. Nəhayət, son 

paraqrafda  -  nəticədə  siz  qeyd  etdiyiniz  əsas məqamları, fikirləri yekunlaşdırmalısınız.  Əlbəttə  ki,  bütün 

məqamları əhatə etməyə də bilərsiniz. Nəticə ilə əlaqəli tövsiyyə xarakterli paraqraf isə yazınızı müraciət edilən 

mövzu ilə bağlı gələcək fikirlərə yönəltmək, akademik yazı işinizin gələcəkdə daha fərqli aspektlərdə işlənməsi 

üçün önəmli rol oynayır. 

Ümumiyyətlə, bir qayda  olaraq, ali təhsil müəssisələrində yazılan akademik işlərdəki formatlara qısaca nəzər 

salsaq, aydın olur ki, onlar formal struktura riayət edirlər. 

Akademik yazı ilə digər yazı janrl arı arasında ikinci fərq isə nəşr edil miş yazıl ardan gətirilən sitatlarla bağlıdır. 

• 

Əgər siz  akademik yazıda  hər  hansı  bir  arqument  irəli sürürsünüzsə,  fikrinizi mövzu  üzrə  yazı  nəşr 



etdirmiş bir və ya bir neçə müəllifin mövqeyi ilə əlaqələndirərək əsaslandırmanız gözlənilir. 

1

 



• 

Əslində, digər müəlliflərin işlərindən sitat gətirmək akademik yazının əsas şərtlərindən biridir, çünki bu, 

sizin  mövzu  ilə  əlaqədar  ədəbiyyatı  oxuduğunuzu,  ideyaları  anladığınızı,  bu  ideyalar  və  digər  müxtəlif 

perspektivlərdən öz yazı işinizdə istifadə etdiyinizi göstərir. 

Üçüncüsü, akdemik yazıda siz hər zaman orfoqrafiya qaydalarına, punktuasiyaya və qrammatik standartlara əməl 

etməlisiniz. Çünki dostunuzdan  fərqli olaraq, oxucunuz  böyük  ehtimal ki, sizdən  fərqli bir şəxsdir və sizin nəyə 

işarə etdiyinizi heç  də  hər zaman bilməyə bilər. Bu səbəbdən  də, fikirlərinizi yazıda aydın ifadə etməniz çox 

önəmlidir. Düşüncənin ifadə olunmasında fikir aydınlığını qoruyub saxlamaq və ikimənalılıqdan uzaq olmaq üçün 

punktuasiya, eyni zamanda qrammatik qaydalar akademik yazıda böyük önəm daşıyır. 

Ənənəvi  olaraq,  akademik  mövzular  konkret  və  fiziki  forması  olmayan  ideya  və  anlayışlar  kimi  mücərrəd 

məfhumlara əsas l anmışdır. 

Bir sıra akademik mövzuların mücərrəd strukturuna baxmayaraq, siz yenə də konkret sözlərdən istifadə etməklə, 

mücərrəd ideyaları və onlar arasındakı münasibətləri izah edə bilərsiniz. Adətən, akademik yazı sizdən mücərrəd 

ifadələri və onların komponentlərini, onların digər mücərrəd ifadələrlə əlaqəsini aydın təsvir etməyi tələb edir. 

Hətta iqtisadiyyat, kompüter elmləri kimi praktik yönümlü fənlər belə, akademik öyrənmə və praktikada sizdən 

proses  və  hadisələrin təməlində  duran  müxtəlif nəzəriyyələrə, anlayışlara və  digər mücərrəd  ideyalara baş 

vurmağınızı tələb edəcək. Buna görə də, akademik yazının mahiyyəti də bir çox praktik və sosial yönümlü yazı 

işlərindən fərqlənir. Bu, ona görədir ki, akademik yazı tapşırıqları sizdən onların mahiyyətində duran, hadisələrin 

təməlində yatan prinsip, nəzəriyyə və anlayışlara baxmağı tələb edir. 

Bəhs etdiyimiz bu giriş böl məsini yekun l aşdıraraq qeyd edirik ki, akademik yazı öz qayda və təcrübələrini diqtə 

edən xüsusi bir yazı janrıdır. 

• 

Yazı işləri sizi daha fəal öyrənməyə təşviq edir. 



• 

Onlar sizin bilik və anlayışınızı, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq bacarığınızı 

oxucunuza nümayiş etdirmək üçün bir vasitədir. 

Lakin ... 

• 

Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil. 



• 

Onlar düşünmə və planlaşdırma tələb edir. 

• 

Onlar sizə əsasən, ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi formalaşdırmağa 



                                                                 

 

imkan verir. 

• 

Onlar həmçinin, sizdən öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi tələb 



edir. 

• 

Eyni zamanda, onlar sizdən cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı tələb edir, 



çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir. 

Nəhayət, yazı işləri sizə düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək imkanı yaradır. 

1. Akademik Yazı Növlərinin Quruluşu: 

Ön hissə 

• 

Titul vərəqi 



• 

Mündəricat 

yazının strukturunu əks etdirir 



məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir 

yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir 



• 

Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq) 

• 

Abstrakt 



• 

Xülasə 


a)  elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır; 

b)  onları qısa və yığcam şəkildə ifadə edir: 

tədqiqatın məqsədi və vəzifələri 



problemi 

tədqiqat metodu 



tapıntılar 

Yazının əsas hissəsi 

• 

Giriş 



Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir; 

Problemi və ya vəziyyəti təhlil edir; 



Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur; 

Tədqiqat sualı qeyd olunur; 



Tədqiqat metodu göstərilir; 

Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir; 



Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir. 

• 

Fəsillər - arqumentlər və əsaslandırmalar: 



Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir. 

Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir. 



Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir. 

Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s. 



Bir hissədən digərinə keçid olmalıdır. 

Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1 -2 cümlə ilə nəticə göstərilməlidir. 



Yekun Hissə 

• 

Nəticə və tövsiyyələr 



Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir. 

Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir. 



Akademik Yazıya əlavələr 

• 

Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s. 



• 

Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s. 

AKADEMIK YAZININ QURULUŞU VƏ PLANLAŞDIRILMASI. AKADEMIK YAZININ ƏSAS HISSƏLƏRI  

1. Akademik Yazı Növlərinin Quruluşu: 

Ön hissə 

• 

Titul vərəqi 



• 

Mündəricat 

yazının strukturunu əks etdirir 



məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir 

yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir 



• 

Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq) 



• 

Abstrakt 

• 

Xülasə 


c) 

elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır; 

d) 

onları qısa və yığcam şəkildə ifadə edir: 



tədqiqatın məqsədi və vəzifələri 

problemi 



tədqiqat metodu 

tapıntılar 



Yazının əsas hissəsi 

• 

Giriş 



Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir; 

Problemi və ya vəziyyəti təhlil edir; 



Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur; 

Tədqiqat sualı qeyd olunur; 



Tədqiqat metodu göstərilir; 

Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir; 



Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir. 

• 

Fəsillər - arqumentlər və əsaslandırmalar: 



Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir. 

Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir. 



Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir. 

Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s. 



Bir hissədən digərinə keçid olmalıdır. 

Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1 -2 cümlə ilə nəticə göstərilməlidir. 



Yekun Hissə 

• 

Nəticə və tövsiyyələr 



Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir. 

Arqumentlərə əsasən  hansı  addımıların atılmasının zəruri olması haqqında  tövsiyyələr 



edilir. 

Akademik Yazıya əlavələr 

• 

Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s. 



• 

Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s. 

Akademik Yazının Quruluş u və Planlaşdırılması 

Akademik  yazının  quruluşu  dedikdə  onun  ilk  səhifəsindən  son  səhifəsinədək tədqiqatın  əsas  hissələrinin, 

bölmələrinin, fəsillərinin, yarım fəsillərinin, bəndlərinin ardıcıllığı, sistemliliyi başa düşülür. 

Bu quruluşa habelə tədqiqatın nəticələri, istifadə olunmuş ədəbiyyat, əlavələr daxil olur. 

Titul Vərəqi 

•  Titul vərəqi - qısa olmalıdır; ikinci dərəcəli deyil, əsas sözlər böyük hərflərlə 

yazılmalıdır. 

•  Qısa başlıq -yazıda səhifənin yuxarısında yazılan qısaldılmış başlıqdır və 50 

hərfi (interval və punktuasiya da daxil olmaqla) keçməməlidir. 

•  Yazı müəllifinin adı - ad (adınız, soyadınız, atanızın adı); əgər yazı digər 

şəxslərlə birgə yazılırsa, onların da adları daxil edilməlidir. 

•  İnstitusional bağlılıq - Azərbaycan Dillər Universiteti 

Mündəricat - Titul vərəqindən sonra ikinci səhifənin ortasında (vərəqin yuxarı sağ küncündə  2 rəqəmi yazılır və 

səhifələr  ardıcıl  nömrələnir)  MÜNDƏRİCAT  yazılır.  Mündəricat  titul  vərəqindən  sonra  gəlir  və  səhifələri 

göstərməklə dissertasiyanın əsas başlıqlarını əhatə edir - giriş, I fəsil, II fəsil, III fəsil və onların paraqrafları, nəticə 

və  təkliflər, istifadə  olunmuş  ədəbiyyat  siyahısı və  əlavələr. Burada dissertasiyanızın bütün  bölmələri ardıcıl 

yazılmaqla bərabər, hər bölmənin başlanğıc səhifəsi də göstərilir. Bölmələrin, başlıqların adları dissertasiyanızın 

mətnində olduğu kimi - qısaldılmadan, dəyişdirilmədən yazılmalıdır. 

Mündəricatı yazmaqda məqsəd sadədir. Əgər oxucu dissertasiyanızın onun  diqqətini çəkən bir hissəsinə nəzər 

salmaq istəyirsə, o, bilməlidir ki, axtardığını neçənci səhifədə tapa bilər. Belə çıxır ki, mündəricat dissertasiyanın 

başlıqlarını, yarımbaşlıqlarını və onların səhifələrini verməklə oxucunun işini asanlaşdırır. 

Minnətdarl ıq 



Elmi işinizi nəşr  etdirərkən, minnətdarlıq yazmaqla akademik işinizin yerinə yetirilməsində sizə  kömək edən 

şəxslərə təşəkkür etmək imkanı qazanırsınız. Bunun üçün bir neçə detala diqqət yetirmək lazımdır: 

• Siz təşəkkürünüzü  adlar siyahısı formasında edə bilərsiz. Məs., mən Professor Qurbanlıya və Dr. Nağızadəyə 

təşəkkür etmək istərdim. 

Hər kəsə  fərdi olaraq, şəxsi təşəkkür  ünvanlamaq daha gözəl səslənə  bilər. Məs., mən  Professor  Qurbanlıya 

ekspert məsləhətinə görə, Dr. Nağızadəyə təcrübi baxımından yardımına və bütün  iş prosesində mənə mənəvi 

dayaq olduğuna görə təşəkkür edirəm. 

Bəzən isə, bir qisim insanların adlarını digərlərindən daha çox vurğulamamaq üçün sizə kömək etmiş şəxslərin 

adlarını minnətdarlıqda əlifba sırası ilə çəkə bilərsiniz. 

• 

Adətən, minnətdarlıqda təşəkkür edəcəyiniz əsas şəxs sizə elmi işinizdə yardım etmiş elmi rəhbərinizdir. 



Daha sonra isə, akademik işinizin başa çatdırılmasında əməyi keçmiş digər şəxsləri də sadalamağı unutmayın. 

• 

Əgər hər hansı bir fonddan və ya elmi tədqiqat qrupundan təqaüd və ya qrant əldə etmisinizsə, həmin 



təşkilat və  ya  fondun  adını çəkərək, ordan  tanıdığınız şəxslərə müraciət edərək təşəkkürünüzü  bildirməyiniz 

münasib olar. 

• 

Adlarını çəkdiyiniz insanların adlarının düzgün  yazıldığına əmin olun və burada orfoqrafiya qaydalarına 



dəqiq əməl edin. Sizin uğurunuza töhfə vermiş bir şəxsin və ya sizə maliyyə yardımı etmiş bir fondun adını səhv 

yazmaq yaxşı çıxmaz. Bu səbəbdən də, yazdıqlarınıza nəzər salmaq və onları redaktə etmək lazımdır. 

Ümumiyyətlə, minnətdarlıq yazarkən təşəkkürünüzü  qısa sözlərlə ifadə etməniz və güclü emosiyalardan uzaq 

olmağınız məsləhətlidir. Qeyd edək ki, elmi yazı işinizin minnətdarlıq hissəsində "mən, mənim, mənə ...” kimi 

sözlər, demək olar ki, həmişə işləndiyi halda, akademik yazının qalan hissəsində  bu  kimi şəxs əvəzliklərindən 

istifadədən bir qayda olaraq, imtina edilir. 

Abstrakt 

Abstrakt  bütün  tezisinizin  yekunu  olub,  akademik işinizin bütün  əsas məqamlarını qısa şəkildə göstərir. Elmi 

işinizin əvvəlində yerləşdirilən abstrakt tədqiqat məqaləsi, tezis və ya hər hansısa bir sahənin dərin təhlilinin qısa 

xülasəsidir və oxucuya elmi yazının məqsədini ən qısa vaxtda çatdırmaq üçün yazılır. Yadda saxlamaq lazımdır ki, 

onu  yazınızın potensial  oxucusu  üçün  yazırsınız və əksər  oxucular bütün  yazınızı  oxumazdan öncə,  abstraktı 

oxuyurlar. Abstrakt  yazınızın nə  barədə olacağını deməlidir və  kənardan qiymətləndirən bir  şəxsin  yazınızda 

oxuya biləcəyi ilk mühüm hissədir. O səbəbdən  də, siz abstrakta elmi işinizə diqqət və maraq oyadacaq imkan 

kimi baxmalısınız. 

Abstrakt yalnız oxucunu tezisə hazırlayan giriş deyil, o həm də zaman və məkan darlığı içərisində bütün elmi işi 

əvəz edə biləcək gücdə olmalıdır. Onu yazmaq böyük  bir mətni əsas hissələrədək kiçiltməyə - görülən elmi işi 

yekunlaşdırmağa xidmət edir. Abstraktı yazarkən elmi yazı işinizin metodologiya, başlıca tapıntılar və  s. daxil 

olmaqla, əsas məqamlarını açmalısınız. 

Abstraktınızın əsas funksiyası oxucularınıza nə etdiyinizi deyil, nəyi kəşf etdiyinizi göstərməkdir. Digər məlumatlar 

- tədqiqat metodlarınız sizə gəldiyiniz nəticələr barədə iddialarınızı dəstəkləmək üçün lazımdır. 

Abstrakt daha böyük  bir işin mühüm keyfiyyətlərini qısaldılmış formada özündə ehtiva edir. O, önəmli detal və 

məqamların dəqiq xülasəsidir. Abstraktın həcmi mövzu  və nəşriyyat tələblərindən asılı olaraq, dəyişə bilər. Bir 

qayda olaraq, abstrakt 1-2 paraqrafdan və 100-500 sözdən  ibarət olur, amma çox nadir hallarda bir səhifədən 

artıq olur. 

Bundan başqa, elmi konfranslar və seminarlarda çıxış etmək istədikdə, abstraktı xeyli əvvəldən göndərmək tələb 

olunur. 


Abstraktdakı  bütün  məlumatlar elmi yazının  əsas  hissəsində  də  əks  olunmalıdır, yazıda  olmayacaq heç  bir 

məlumat abstrakta daxil edilməməlidir. Abstraktı yazarkən burada cədvəl, sxem və qrafiklər göstərməyin. 

Əgər düşünürsünüzsə  ki, tədqiqat  işiniz  müəyyən  suallara cavab  verir, o  zaman niyə  bu  sualları abstraktda 

yerləşdirməyəsiniz?! Bu, oxucuları düşündürər və mövzuya onların marağını cəlb edər. 

Abstraktınızı bu şəkildə qura bilərsiniz: 

1. 


Problemi bildirin. 

2. 


Problemin və onu həll etməyin əhəmiyyətini söyləyin. 

3. 


Tapdığınız həll yolu ilə nəyə nail olmağın mümkünlüyünü deyin. 

4. 


Tapıntınızdan sonra onunla nəyin əldə edilə biləcəyini söyləyin. 

Oxucunun  abstraktı oxumaqda məqsədi tədqiqat işinin mövzusu  və elmi yazıda tədqiqatın necə əks etdirilməsi 

barədə təsəvvür əldə etməkdir. 

Xülasə 


Xülasə  tezis  və  ya  dissertasiyanın  sonuncu  hissələrindəndir,  ordakı  əsas  fikir və  tapıntıları çatdırır. Burada 

tapıntılar və ya tədqiqatın nəticələri qeyd olunur. Xülasənin aşağıdakı xüsusiyyətləri var: 1) Xülasə tədqiqatın əsas 

məqsədi və vəzifələri, tədqiqat müddəti, tədqiqat metodu, tədqiqat  vasitəsi və seçmə dizaynından bəhs edən 

qısa cümlələrdən ibarət olmalıdır. 2) Tapıntılarınız ümumiləşdirilmiş şəkildə yazılmalıdır, mətn və rəqəmlərdən 

ibarət vacib məlumatların xülasəsindən ibarət olmalıdır. 3) Xülasəyə vacib tapıntılar daxil edilməlidir. 4) Xülasəyə 

heç bir yeni məlumat və statistik göstəricilər daxil edilməməlidir. 5) Tapıntılar qısa şəkildə verilməlidir. Tapıntılar 

xülasədə izah edilməməli və ya onlar barədə ətraflı məlumat verilməməlidir. 

AKADEMIK YAZININ ƏSAS HISSƏLƏRI 

Bildiyiniz kimi, paraqraf bir mövzu barədə bir neçə cümlədən ibarət olur və üç əsas hissəyə malik olur: giriş cümlə, 

əsas hissə (fikri dəstəkləyən cümlələr) və yekun cümlə. Eynilə, bizim yazdığımız tədqiqat işləri də bir mövzü və 

üç əsas hissədən ibarət olan paraqraflar qrupudur, giriş, əsas hissə və nəticə. İndi isə gəlin akademik yazı işinizin 

hər bir hissəsinə ayrı-ayrılıqda baxaq. 

Giriş paraqrafı 

Giriş akademik yazı işinizin ilk paraqrafıdır. O, mövzunu  təqdim edir və oxucuda maraq oyadır. Giriş paraqrafı 

yazmağın bir neçə yolu var. Fikrimizin aydın ifadəsi üçün hər hansı bir mayeni ağzı geniş olan bir qabdan ağzı dar 

olan başqa qaba tökmək üçün istifadə etdiyimiz əşyanı - qıfı təsəvvürümüzə gətirək. Mayenin dağılmaması üçün 

ağzı geniş olan və sonuna doğru getdikcə daralan qaba qıf deyirik. Yazını həmin əşyaya bənzətsək, girişi qıfın ağzı 

hesab edə bilərik. Qıfın ağzı, yəni yazının girişi 2 hissədən - bir neçə ümumi cümlədən və bir tezis cümləsindən 

ibarət olur. Ümumi cümlələr akademik yazı işinizin mövzusu  haqqında oxucuya  ümumi məlumat verir. Onlar 

oxucunu mövzunuzun  çox ümumi ideyasından çox spesifik ideyasına doğru yavaş-yavaş aparır. Qıfın ağzı -yazının 

girişindəki ilk ümumi cümlə sadəcə mövzunu təqdim edir. Şəkli çəkərkən kamera linzası konkret bir şəkil üzərində 

fokuslandığı kimi, hər bir növbəti cümlə də getdikcə spesifik mövzu üzərinə daha çox fokuslanmış olur. Tələb 

olunan ümumi cümlələrin sayı üzrə dəqiq bir qayda yoxdur. Bununla belə, sizin 3-4 cümlə yazmanız gərəkdir və 

bu cümlələr oxucunun diqqətini saxlamaq üçün kifayət qədər maraqlı olmalıdır. Oxucunun diqqətini cəlb etmək 

üçün ümumi cümlələr içərisinə bir neçə maraqlı detallar salmaq olar. Buna baxmayaraq, elmi yazı işinizin əsas 

hissəsinə aid olan heç bir detalı burada verməməlisiniz. 

Tezis cümləsi elmi yazı işinizin əsas ideyasını təqdim edir. 

• 

O, yazınızın konkret mövzusunu  göstərir. 



• 

O, əsas mövzunun  yarım mövzularını sadalaya bilər. 

• 

O, eyni zamanda struktur metodu barədə məlumat verir. 



• 

O, girişin sonuncu cümləsi olmalıdır. 

Tezis  cümləsi  elmi yazı  işinizin  sualına cavab  verdiyinə görə,  başlanğıc üçün  ən  uyğun  məqamdır. Buradan 

yazınızın yarım mövzularının nə  olacağı və onlarda nələrdən  söhbət  açacağınız barədə qərar verə bilərsiniz. 

Nədən söhbət açacağınız barədə ilkin fikriniz olduqdan sonra yazınızı yazmağa başlaya bilərsiniz. 

Bununla belə, elmi yazı işi yazarkən mövcud ədəbiyyatın əksəriyyətini araşdırmadan müəyyən yanaşma ilə çıxış 

etmək çətin ola bilər.Ona görə də, tezis cümləsini formalaşdırmazdan əvvəl siz mövzu üzrə bir qədər oxumalı və 

sizə lazım ola biləcək müxtəlif fikirləri dəstəkləyən konsepsiyalar, nəzəriyyələr və araşdırmalar barədə qeydlər 

götürməlisiniz. Bu qeydləri götürəndən və bunların qısa xülasəsini qurandan 

sonra mövzunu  yekunlaşdıran 

və mövcud 

ədəbiyyatdan fikir, faktlar üzrə ziddiyyət və fərqli yanaşmaları nəzərə alan tezis yazmağa daha yaxın ola bilərsiniz. 

Sizin yazdığınız qeydlər boşuna olmayacaq, çünki onlar sizin tezis cümlənizi dəstəkləyən paraqraflarınız üçün əsas 

parçalar olacaq. Əslində, əgər siz artıq yaxşı qeydlər etmisinizsə, tezis cümlənizi dəstəkləyəcək arqumentinizlə 

əlaqələndirmək üçün sizə yalnız paraqraflar arasına bağlayıcı cümlə lazım ola bilər. İstifadə etdiyiniz yanaşmadan 

asılı olmayaraq, yazınızın yaxşı struktura malik olması önəm daşıyır.Bu isə, giriş paraqrafı ilə başlayır. 

Giriş və tezis cümlələri 

• 

Giriş -yazınızın məzmununu quran geniş açılış cümləsi ilə başlamalıdır. 



• 

Bitkin bir giriş üçün, siz özünüzə "Kim, Nə, Nə zaman, Harada, Necə və/yaxud Nə üçün?” kimi suallar verə 

bilərsiniz. 

• 

Mövzu  üzrə  mövcud  ədəbiyyat  barədə düşünmək  və  sizin  yazı  töhfənizin  başqalarının yazıları ilə nə 



şəkildə əlaqəli olmasını qeyd etmək hər zaman önəmlidir. Mövzunun əhəmiyyətini də bura daxil edə bilərsiniz. 

• 

Girişdə oxucunuza  yazınızda gedəcəyiniz yolu deməyiniz  önəmlidir, bu  səbəbdən  də yazınızda  nədən 



danışacağnız barədə qısa xatırlatma edin. 

• 

Girişin sonuna yaxın fokus tezis cümləsinə doğru daralır. (Qeyd etmək lazımdır ki, bəzən siz girişinizi tezis 



cümləsi ilə başlaya, ya da onun əvəzinə ritorik sual işlədə bilərsiniz). 

Tezis cümləsi yazmağın əsas yol I arı 



Tezis cümləsi yazarkən "bu yazı işi...-dən bəhs edəcək”, "bu yazı işi...-dən söz açmağa hazırlaşırıq” tipli fikirlərdən 

uzaq olun. Araşdırmaq niyyətinizi bəyan etməkdənsə, çalışın apardığınız təhlilin nəticəsini qeyd edəsiniz. 

• 

Cümlələrinizin konket olduğuna əmin olun. 



• 

Fikirlərinizin dəqiq və aydın olduğuna əmin olun. 

• 

Tezis cümləsi qısa, yalnız 1-2 cümlədən ibarət olur. 



• 

Elmi yazi işinizdəki iddianızın reallığa əsaslandığına əmin olun, əks halda o, gülməli və uydurma səslənə 

bilər. 

• 

Tezis cümlənizin əhəmiyyətinə, mövzu üzrə verə biləcəyi töhfəyə əmin olun. 



• 

Tezis cümləsi, adətən, iki məsələyə xidmət edir: o, dissertasiyanın sualına cavab verir və seçilmiş cavab 

üçün ortaya izahat və məntiqli səbəb qoyur. 

Nümunə 


Yazı mövzusu: Sürət artıran sürücüləri hədəf seçən reklamlar işləkdirmi? 

Tesiz: Baxmayaraq ki, sürət artıran sürücülərin sayı heç zaman sıfıra düşmür, onları hədəf seçən 

reklamların müsbət təsiri olur, çünki insanlar sürət həddini aşmanın nəticəsində yaranan dəhşətli 

ağır nəticələrə fikir verirlər. 

Giriş nümunəsi 

Hər bir yeniyetmə sürücü sükan arxasında oturmaq fikrindən xoş həyəcan keçirir. Lakin müəyyən 

məqamda bu xoş həyəcan ifrata vara bilər və adətən beləcə, pis vərdişlər yaranır. Bu pis vərdişlərin 

əksəriyyətinin təhlükəsizlik üzərində təsiri azdır. Bir neçəsi, məsələn, maşını sərxoş idarə etmə və 

sürət artırmaq təhlükəlidir. İnsanları bunlardan uzaqlaşdırmaq üçün çox vaxt və əmək sərf olunur. 

Lakin bir çox kampaniyalar uğurlu olmur, çünki onlara əhəmiyyət verilmir. Bununla belə, sürət 

artıran sürücülərlə bağlı keçirilən kampaniyada belə olmayib. Baxmayaraq ki, sürət artıran sürücülərin 

sayı heç zaman sıfıra düşmür, onları hədəf seçən reklamların müsbət təsiri olur, çünki insanlar sürət həddini 

aşmanın nəticəsində yaranan dəhşətli ağır nəticələrə fikir verirlər. 

Girişi necə yazmalı: Qıf 

 

Giriş yazarkən, yuxarıda təsvir etdiyimiz qıfı təsəvvürünüzə gətirin.Əvvəlcə, geniş, ümumi fikirlərdən başlayın və 



getdikcə,  hər  növbəti  cümlə  ilə fikirlərinizi daha da  konkretləşdirin.Girişdəki son  cümlə  sizin  tezis  cümləniz 

olacaq.Tezis cümləniz girişinizin ən konkret və fokuslanmış cümləsi olacaq. Arqument nədir və yazıda necə qoyul 

malıdır? 


Bir çox akademik yazılarda düzgün əsaslandırılmış arqumentin (ana fikir, mövqe və ya tezis) olması əsas şərtdir. 

Arqument onu yazanın mövzuya dair fikri və ya mülahizəsidir. Oxucunu həmin mövqeyə və ya fikrə inandırmaq 

üçün arqument məntiqi, yaxşı qurulmuş və inandırıcı olmalıdır. 

Qayda 


• 

Yazdığınız mövzunun fokusunu  dəqiqləşdirin. 

• 

Mövzu əsasında sualınızı formalaşdırın. 



• 

Düzgün qoyulmuş sual və ona cavab bilavasitə olaraq, arqumentinizin əsasını təşkil etməlidir. 

• 

Arqumentinizi  formalaşdırmazdan əvvəl mövcud  ədəbiyyatları nəzərdən  keçirin. Mövzu  ilə yaxından 



tanış olun və tədqiqat aparın. 

• 

Öz  mövqeyinizlə  yanaşı digər  insanların bu  mövzuda  mövqelərini  də  təhlil edin.  Sizin  mövqeyinizlə 



digərlərininki arasında uyğunsuzluq, ziddiyət olsa belə, onu nəzərdən keçirin. 

• 

Fərqli və ziddiyətli mövqeləri göstərərkən onların güclü və zəif tərəflərini də qeyd edin. 



• 

Öz mövqeyinizi/mülahizənizi isə bir və ya iki əlaqəli cümlə ilə ifadə edin. Burada mütləq aydin və səlist 

olun. Bu, sizin arqumentiniz və ya tezisiniz olacaqdır. 

Yadda saxlayın 

• 

Arqument aydın olmalıdır. Əgər mövqeyinizin doğru olub olmaması barədə şübhəniz varsa, sizin yazınızın 



əhəmiyyəti az olacaqdır. 

• 

Əmin olun ki, sizin arqumentiniz yazdığınız mövzu və qoyulan sual ilə bilavasitə əlaqəli olmalıdır. 



• 

Arqumentinizi abzaslarda aydın və ətraflı əsaslandırın. 

Arqumentinizin hissələrini ardıcıllıqla qurun. Mürəkkəb arqumentə müxtəlif səviyyələrdə bir neçə fərqli ideyalar 

daxil ola bilər. Bu ideyaları onların bağlılığını üzə çıxaracaq bir ardıcıllıqda qurmalısınız ki, oxucuya anlaşıqlı və 

maraqlı görünsün. Məsələn, siz kitabları rəfə qoyarkən onları müəyyən meyarlara və yarım meyarlara (əlifba 

sırası,  mövzu,  ölçü  və  hətta rənginə)  görə  çeşidlərə  ayırırsınız.  Bu  meyarlardan  istifadədə  ardıcıllıq 

gözlənilməlidir. Əks halda, sizin yaratdığınız sıralama başqalarına çaşdırıcı görünə bilər. 

Eyni məsələni ideyalara da aid etmək olar. Əsas ideyanızı - tezisinizi müəyyənləşdirməyə vaxt ayırın. Sizin tezisiniz 

ideyalar-arqumentlər ilə  əsaslandırılmalıdır.  Bu  arqumentlər də  öz  növbəsində  yarımarqumentlərlə 

əsaslandırılmalıdır. Biz indi hörümçək toruna bənzəyən struktura nəzər salacağıq. Biz bu strukturu arqumentativ 

(arqumentlərə əsaslanan) dairə adlandıra bilərik. Mərkəzdə sizin tezisinizdir. Növbəti səviyyədə (ikinci dairədə) 

sizin  arqumentlərinizdir. Bundan  sonra  sizin  yarımarqumentləriniz gəlir və  əgər deyəcəkləriniz çox  təfsilatlı 

olarsa, o zaman dəstəkləyici fikirlər əlavə etməlisiniz. 

• 

Bu arqumentativ dairə ilə siz hətta çətin informasiyanı belə oxucularınıza və özünüzə  anlaşılan etmək 



üçün  ardıcıllıqla  düzə  bilərsiniz.  Dairənin  bütün  səviyyələrlə  uzlaşdığına  əmin  olun.  Tezis  bütün  əsas 

arqumentlərin yekunu olmalıdır və bu struktur ierarxik olaraq işləyir: arqumentlər birbaşa yarımarqumentlər ilə 

dəstəklənməlidir. Mərkəzi fikir öncə, ikinci dərəcəli fikirlər isə sonra qeyd edilməlidir. Məntiqi ardıcıllığa riayət 

edin. Yarımarqumentlər də sizin dəstəkləyici fikirlərinizdən ibarət olmalıdır. 

• 

Bu, o  deməkdir ki, müvafiq struktur  həm də  riyazi bərabərlik kimi təqdim oluna  bilər: burada A hərfi 



"arqument” deməkdir. 

Tezis=A1+A2+A3 

A1 = A1-in yarımarqumenti 1 + A1-in yarımarqumenti 2 + A1-in 

• Riyazi ifadə onu göstərir ki, tezisdə öz əksini tapmayan yarımarqument səviyyəsində heç nə olmamalıdır, çünki 

tezis bütün yarımarqumentlərin yekunudur. Bu struktur güclü və tam məntiqidir. 

 

Fiqur.  Gutbrod,  H.  (2005). 



Handbook  for  Professional 

Communication. 



3-5 əsas arqumentin seçilməsi 

Arqumentləri struktura salarkən ideal variant budur ki, 3-5 əsas arqument seçəsiniz. Bütün  digər ideyalar əsas 

arqumentlərdən  yarımarqument səviyyəsində  asılı  olmalıdır. Unutmayın  ki,  siz  oxucularınız üçün  yazırsınız, 

onlarınsa vaxtı məhduddur. Əgər siz 3-5 əsas güclü arqument müəyyənləşdirsəniz, onları inandıra biləcəksiniz. 

Yox əgər siz auditoriyanızı bu  arqumentlərlə inandıra bilməmisinizsə, böyük  ehtimal ki, əlavə arqumentlər də 

uğursuz olacaq. Üstəlik, əgər yazı işinizdə aqlınıza gələcək bütün arqumentləri sadalayırsınızsa, o, ele uzun olacaq 

ki,  heç  kəs  onu  oxumayacaq.  Ona  görə  də  siz seçimlər etməlisiniz. Oxucularınızdan gözlədiyiniz  reaksiyalar 

yaradacaq arqumentləri seçin. 

Arqumentləri uyğun ardıcıllıqla düzün 

Arqumentləri oxucunun  diqqətini ən  çox  cəlb edəcək ardıcıllığa uyğun olaraq yerləşdirin. Bu,  o  deməkdir ki, 

bütün  elmi yazı işinizdə  müəyyən  bir məntiqi  sıralanma saxlanmış olur və bu  sıralanma kifayət qədər  əsaslı 

olmalıdır.  Başqa  sözlə  desək,  siz  yazınızda  arqumentlərinizin  ardıcıllığını müəyyənləşdirən  prinsipi  dəyişə 

bilməzsiniz.  Buna  baxmayaraq, eyni  elmi yazı  işiniz  daxilində  siz,  yarımarqumentlərin müxtəlif  toplusundan 

qurduğunuz  ardıcıllıqda dəyişiklik edə bilərsiniz. Təcrübədə bu,  o  deməkdir ki, əgər siz  müəyyən  müəlliflərin 

timsalında Azərbaycançılığın nə olduğu barədə kitab yazmaq istəyirsinizsə, siz hər bir müəllifə bir fəsil həsr edə 

bilərsiniz. Hər bir fəsildə siz həmin fəslin daxilində dəyişməyən məntiqi struktur yaratmış olacaqsınız; bununla 

belə, siz müxtəlif fəsillər üçün müxtəlif struktur  da seçə bilərsiniz. Məs., M. Ə. Rəsulzadə barədə olan fəsil o 

dövrdəki hadisələrin inkişaf ardıcıllığını göstərərək xronoloji ola bilər. l N.  Gəncəvi barədə olan fəsil isə  onun 

əsərlərinin digər on Azərbaycanlı müəllifə göstərdiyi mühüm təsiri müzakirə edə bilər. 

Qeyd etdiyimiz bu məqam ideyaları qurmağın müxtəlif növlərinə baxdıqda daha aydın olacaq. Minto (Gutbrod, 

H. 2005) sıralamanın 4 mümkün növünü müəyyənləşdirir: 

1.  Xronoloji - addımların ardıcıllığı təsvir etdiyiniz prosesə uyğun olmalıdır. 

2.  Struktural  -  təşkilatın  ayrı-ayrı hissələri,  insanlar  və  yaxud  məkanlar  ilə  əlaqədardır. Məsələn,  hüquqi, 

mühasibatlıq, marketinq; Bakı, Gəncə, Şuşa. 

3.  Müqayisəli  -  arqumentlərin  meyarlara  uyğunluğuna  əsasən  ardıcıllığı.  Siz  onları  adətən 

əhəmiyyəti/uyğunluğuna görə yerləşdirirsiniz. Bir qayda olaraq, siz əvvəldə daha vacib səbəbləri sadalayırsınız, 

çünki əks halda, oxucu sizin ideyalarınızı qəbul etməməyə alışa və sizin son arqumentlərinizi ciddi qəbul etməyə 

bilər. 


4.  Deduktiv - sadə şəkildə desək, bu sillogizmdir. Birinci əsas doğru olan fikri irəli sürürsünüz, daha sonra isə eyni 

məsələyə və yaxud fəaliyyətə aid olan daha kiçik fikri təqdim edirsiniz və sonra hər ikisini birləşdirirsiniz. Məs., 1. 

Bu resurs sizə akademik yazını öyrədir. 2. Siz peşəkar şəkildə akademik yazmağı öyrənmək istəyirsiniz. 3. Ona 

görə də siz bu resursu oxumalısınız. 

Bütövlü 

Yaxşı paraqrafın vacib atributu bütövlükdür. Bütövlük o deməkdir ki, paraqraf əvvəldən sonadək bir və yalnız bir 

ideyanı müzakirə edir. Məsələn, əgər sizin yazdığınız paraqraf orta ölçülü bir maşına sahiblənməyin üstünlükləri 

ilə bağlıdırsa, müzakirəni yalnız o üzrə aparın. Çatışmazlıqlardan danışmayın. Həmçinin, hər paraqrafda yalnız bir 

üstünlükdən  danışın,  məsələn,  benzinə  qənaətdən.  Əgər  siz  bir  başqa  üstünlükdən  söhbət  açsanız,  yeni 

paraqrafa  keçin.  Bəzən  bir  paraqrafda  eyni  ideyanın  bir  neçə  aspektini  (bir  şərtlə  ki,  onlar  bir-birilə 

əlaqələndirilmiş olsun)  müzakirə  etmək  olur.  Misal üçün,  eyni  bir  paraqrafda siz  benzinə  qənaətdən  və  az 

T e zis 


Mövzu 

Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi mexanizmləri 

Suallar 

-Azərbaycanda ərzaq təhlükəsizliyi necə təmin edilir? 

- Bu  istiqamətdə  hansı  mexanizimlər mövcuddur  və  onların  təsiri nə 

dərəcədə effektivdir? 

- Niyə görə ərzaq təhlükəsizliyi vacib elementdir? 

Arqument 

-  Burada siz  oxucunu  bunun  (ərzaq təhlükəsizliyi və  onu  təmin  etmə 

mexanizimlərinin) vacib bir mövzu olmasına inandırmalısınız. 

-  Eyni  zamanda  siz  mövzuya  dair  (həmin  mexanizmlərin insanların 

həyat səviyyəsinə  təsirinin  müsbət  və  ya mənfi  olması,  effektivliyi 

dərəcəsi və s.) mövqeyinizi əsaslandırmalısınız. 

Tezis 


-  Azərbaycanda  ərzaq təhlükəsizliyi  ...  (burada qanunvericiliyin və  ya 

mexanizmin  adı  göstərilə  bilər)  vasitəsilə  təmin  edilir,  lakin...  (məs: 

...kimi  boşluqların  mövcudluğu  həmin  mexanizmlərin  effektiv 

reallaşdırılmasına mənfi təsir göstərir). 

 


miqdarlı təmir xərclərindən danışa bilərsiniz, çünki bu fikirlər bir-birilə çox bağlıdır. Lakin siz eyni paraqrafda qaza 

qənaətlə daha asan maşın saxlama yerindən bəhs edə bilməyəcəksiniz, çünki onlar sıx əlaqəli fikirlər deyillər. 

Bütövlüyün  ikinci əlaməti hər bir yardımçı cümlənin əsas ideyanı izah etməli olmasındadır. Məsələn, ABŞ-da 

reseptli  dərmanların yüksək  xərcləri barədə  danışdıqda,  siz  alternativ olaraq,  o  dərmanları ABŞ-dan  kənar 

apteklərdən almağı qeyd edə bilərsiniz. Lakin əgər siz ABŞ-dan kənarda dərman almaq barədə bir neçə cümlə 

yazırsınızsa, siz mövzudan yayınırsınız və sizin paraqrafınızda bütövlük alınmayacaq. 

Axıcılıq 

Yaxşı paraqrafın başqa bir elementi axıcılıqdır (latınca coherence). “Cohere”sözü latın sözü olub "tutarlı olmaq” 

deməkdir. Yazıda axıcılıq üçün cümlələr bir-birilə əlaqəli olmalıdır; bu, o deməkdir ki, bir cümlədən digərinə keçid 

məntiqi və axıcı olmalıdır.Heç bir ani keçidlərə yol verilməməlidir.Hər bir cümlə növbəti cümləyə doğru rahatca 

axmalıdır. 

Axıcılığı təmin etməyin dörd yolu vardır: 

1. 

Əsas isimləri təkrar edin. 



2. 

Ardıcıl olaraq əvəzliklərdən istifadə edin. 

3. 

İdeyaları əlaqələndirmək üçün keçid siqnallarından istifadə edin. 



4. 

İdeyalarınızı məntiqi ardıcıllıqda düzün. 

Axıcılığı təmin etməyin ən asan yolu paraqrafınızda əsas isimlərdən vaxtaşırı istifadə etməyinizdir. Əvəzliklərdən 

istifadə edərkən, əmin olun ki, paraqrafınızda eyni şəxs və kəmiyyəti (tək, cəm) işlədirsiniz. Siz-dən o-ya (şəxsin 

dəyişdirilməsi) və ya o-dan onlar-a (kəmiyyətin dəyişdirilməsi) keçməyin. 

Keçid siqnalları 

Keçid siqnalları, məsələn, birincisi, nəhayət, nəticədə kimi ifadələr və ya bununla belə, digər tərəfdən, nəticəsi 

olaraq  kimi  söz  birləşmələridirlər. Digər  söz  növləri  -  məsələn,  subordinatorlar  -  asılı  sözlər  (andə-əndə, 

baxmayaraq ki) və koordinatorlar - bağlayıcı sözlər (və, lakin) keçid siqnalları hesab olunurlar. 

Keçid  siqnalları yol  hərəkəti  işarələri kimidir;  onlar  sizə  nə  zaman  irəli gedəcəyinizi,  dönəcəyinizi,  sürəti 

azaldacağınızı və dayanacağınızı deyir. Başqa sözlə desək, onlar sizin oxucunuza oxşar ideya (eynilə, və, üstəlik), 

zidd fikir (digər tərəfdən, lakin, əksinə olaraq), nümunə (məsələn, misal üçün), nəticə (buna görə də, 

nəticə olaraq) söylədiyinizi çatdırır. 

Keçid siqnalları paraqrafa axıcılıq verir, çünki onlar sizin oxucunuzu bir ideyadan digərinə yönəldir. 

Keçid siqnallarını işlətməkdən və əsas isim və əvəzlikləri təkrarlamaqdan əlavə, axıcılığı əldə etmənin dördüncü 

yolu cümlələrinizi müəyyən məntiqi ardıcıllıqla düzməkdir. 

Hansısa bir məntiqi ardıcıllığı digərindən üstün tutmanız, əlbəttə ki, mövzunuzdan və məqsədinizdən asılı olacaq. 

Siz  hətta  bir paraqraf daxilində iki və  daha çox  müxtəlif məntiqi  ardıcıllıqları birləşdirə bilərsiniz. Bu  zaman 

unutmaq olmaz ki, ideyalarınızı Azərbaycan dilinin yazı üslubuna öyrəşmiş oxucuya uyğun olacaq müəyyən bir 

məntiqi ardıcıllıqda qurmalısınız. 

Məntiqi ardıcıllığın bəzi ümumi növləri xronoloji ardıcıllıq, ideyaların məntiqi bölgüsü və 

müqayisə/qarşılaşdırmadır. 

• 

Xronoloji ardıcıllıq zamana əsaslanır - bir prosesdə hadisələrin və ya addımların ardıcıllığı vacibdir. 



• 

İdeyaların məntiqi  bölgüsündə,  bir  mövzu  hissələrə bölünür  və  hər  bir  hissə  ayrı-ayrılıqda müzakirə 

olunur. 

• 

Müqayisə/qarşılaşdırma -  paraqrafda iki  və  daha  çox  obyekt  arasındakı oxşarlıqlar və  yaxud  fərqlər 



müzakirə olunur. 

Metodologiya 

Metodologiyanız barədə yazarkən aşağıdakılara riayət etmək lazımdır: 

•  Tədqiqat işinizi araşdırarkən və inkişaf etdirərkən hansı metodlardan istifadə 

etməyi planlaşdırdığınızı izah edin. 

•  Təsviri yazı yanaşmasından istifadə edin. Məlumatı əldə etmək üçün hansı 

tədqiqat metodlarından istifadə etdiyiniz barədə söhbət açmağınız önəmlidir. 

•  Sorğu kağızlarını, müsahibə stenoqramalarını və digər məlumatları bura daxil 

etməyin. Onları tədqiqat işinizin əlavəsinə daxil edəcəksiniz. 

Nəticə 


İstənilən yazı formasında nəticə mühüm hissədir. Çox vaxt qısaca nəticəyə baxmaqla, hər hansı yazı haqda yaxşı 

təsəvvür əldə etmək olar. Bununla belə, nəticə yazmaq kifayət qədər çətin işdir, çünki söyləməyə maraqlı və ya 

faydalı bir söz tapmaq çox zaman müşkül olur. Nəticə cəlbedici və maraqlı olmalıdır. Nəticə akademik yazıların, 

adətən, iki funksiya daşıyan daha qısaldılmış variantlarıdır. Birinci funksiya - yazıda əhatə olunan əsas məqamları 



yekunlaşdırmaq və bir yerə toplamaq. Buna həm də "geriyə baxma” deyirlər; ikinci funksiya isə əsas  hissədə 

qoyulan  məsələ ilə bağlı son  şərhləri və mühakimələri verməkdir. Son şərhlərə elmi işi təkmilləşdirmək üçün 

təkliflər etmək və gələcək istiqamətlərə fokuslanmaq daxil edilə bilər. 

Elmi yazı işi və tədqiqat işlərində nəticə, adətən, daha mürəkkəb olur və buraya tapıntıların əhəmiyyəti və gələcək 

iş  üçün  tövsiyyələr  daxildir. Elmi  işin  və  ümumi  nəticələrin müzakirə  bölməsində  əhatə  olunduğu  tədqiqat 

məqalələrində nəticənin  olması istəyə  bağlıdır. Bununla belə, dissertasiya kimi elmi işlərdə nəticənin  olması 

gözləniləndir. 

Nəticənin ənənəvi “elementləri” nələrdir? 

Mətnin əsas hissəsinin xülasəsi. 

Əsas hissəyə əsaslanaraq çıxarılan deduksiya. 

Müzakirə edilən məsələlər üzrə sizin şəxsi mühakimələriniz. 

İşin məhdudiyyətləri barədə açıqlama. 

Müzakirə edilən məsələlərin gələcək perspektivləri barədə şərh. 

Gələcək araşdırmalar üçün çıxarılan nəticələr. 

Nəticənizi daha yaxşı yazmaq üçün sizə cümlələr təqdim etmişik. (Əlavə 2) 

İSTINAD ETMƏ VƏ SITAT GƏTIRMƏ. İSTINADETRRIƏNIN FUNKSIYALARI. MƏNBƏLƏRIN SEÇILMƏSI MEYARLARI. 

İSTINADETMƏ ALƏTLƏRI (MENDELEY, ENDNOTE, BIBTEX). İSTINADETMƏ ÜSLUBLARI (APA, HARVARD, IEEE, MLA). 

İstinad etmə və sitat gətirmə 

Akademik mənbələri müəyyənləşdirmə 

Akademik yazıda istifadə edəcəyiniz məlumat mənbələri, bir qayda olaraq, etibarlı mənbələr olmalıdır. Akademik 

mühitdə etibarlı mənbə dedikdə, adətən, nəşr edilmiş material başa düşülür. Bu material aşağıdakı formada ola 

bilər: 


•  Kitablar 

•  Jurnal məqalələri 

•  Nəşr edilmiş hesabatlar 

Bu növ məlumatların faydası ondan ibarətdir ki, onlar sizi nəzəri ideyalar, mühüm qiymətləndirmələr, tədqiqat 

tapıntıları və  elmi rəylər formasında ola  biləcək yanaşmalarla, əsaslarla təmin  edir.  Eyni  zamanda, bu  elmi 

məlumatlar sizin qeyd etdiyiniz məqamları əsaslandırmağa kömək edir. Bəzən bu mənbələr iki kateqoriya üzrə 

qruplaşdırılır: birinci və ikinci dərəcəli mənbələr 

Birinci dərəcəli (ilkin) mənbələrə tarixi sənədlər (məsələn, tarixə aid sənədlər, müsahibələrdən 

alınan məlumatlar), təcrübələrdən əldə edilən və emal edilməmiş məlumatlar və yaxud demoqrafik 

siyahılar kimi ictimaiyyətə açıq olan məlumatlar şamil edilir. İkinci dərəcəli mənbələr isə birinci 

mənbə məlumatlarına əsaslanır və onlar elmi jurnal məqaləsi və ya redaktə edilmiş kitabda bir bölmə 

formasında ictimaiyyətin istifadəsi üçün hazırlanır. 

Birbaşa tədqiqat  işinə cəlb  edilmişsinizsə, birinci dərəcəli mənbələrdən,  cəlb edilməmişsinizsə, deməli, ikinci 

dərəcəli mənbələrdən istifadə etmiş olacaqsınız. 

Eyni zamanda, ikinci dərəcəli mənbələr ikinci dərəcəli sitatgətirmədən fərqlənir. İkinci dərəcəli sitatgətirmə ilkin 

mənbədən deyil, bir başqa mənbədən gətirilən sitata istinad etdikdə baş verir. 

Aşağıdakı məlumat və dəlillər akademik mənbələr deyil: 

• 

Şəxsi fikirləriniz 



• 

Dostlar və ya qohumlarla bir mövzu üzrə aparılan müzakirənin nəticələri 

• 

Məşhur bir insanın düşüncələri 



• 

Məşhur gündəlik həyat jurnallarından məqalələr 

• 

Qəzetlərdəki köşə yazarlarının rəyləri (qəzet məqalələrindən fərqli olaraq) 



Əlbəttə ki, elmi yazı işinizində bu materiallara əsaslana bilərsiniz, lakin xüsusi bir tələb olmadığı halda, onlardan 

əsaslı  mənbələr kimi istifadə  etməyin.  Müvafiq  akademik  mənbələri  müəyyənləşdirdikdən  sonra  növbəti 

mərhələ yazınızda bu mənbələrdən istifadə etməkdən ibarətdir. 

Müəllifə istinad etmə 

Akademik yazının əsas xüsusiyyətlərindən biri öz fikirlərinizi əsaslandırmaq üçün ədəbiyyatdan istifadə etməkdir. 

Bu, sizdən müəyyən bir tədqiqat sahəsindəki məsələnin müxtəlif tərəflərini təhlil etmək üçün ədəbiyyatla ətraflı 

tanışlıq tələb edir. 

Bu, o, deməkdir ki, bu müəllifləri elmi yazı işinizə daxil edərək və onların fikirlərini qeyd etməklə, müəyyən bir 

ədəbiyyat araşdırmanız nəticəsində siz ortaya yenilik gətirmişsiniz. Yazınızda müəlliflərə istinad edilən bu üslub 

adətən, istinad etmə, və yaxud mətnarası istinadetmə adlanır. 



Müəllifə istinad məsləhətləri 

• 

İstinadı  həm  cümlənin  ortasında,  həm də  mötərizədə  göstərə  bilərsiniz. Hər  iki metod  məqbuldur. 



Bununla belə, istinad edərkən oxucu üçün müxtəliflik nümayiş etdirməyiniz arzuolunandır. Bu səbəbdən də, hər 

iki metoddan bir-birini əvəzləyərək istifadə etməyə çalışın. 

• 

Cümlənizdə  müəllifləri təqdim edərkən,  məs.,  "İsmayılov  deyir...,  Əkbərov  bildirir” kimi  eyni  felləri 



işlətməkdən  yaxa  qurtarmağınız  və  cümlədəki  istinadlarınıza  müxtəliflik gətirmək  üçün,  aşağıdakı  fellər 

siyahısından istifadə edə bilərsiniz: razılaşır, təsdiq edir, inanır, qəbul edir, iddia edir, mübahisə açır və s. 

• 

Eyni soyadı daşıyan iki və ya daha çox müəllif olduğu təqdirdə, nəşr ilindən asılı olmayaraq, mənbələri 



bir-birindən fərqləndirmək üçün müəlliflərin adlarının və atalarının adlarının baş hərflərini də istinada daxil edin. 

Nümunə 


Cümlənin əsas hissəsində 

İ.M. Nəcəfzadəyə (1997)  və S.  R. Nəcəfzadəyə (1997)  görə, idarəetmə prinsipləri əksər təşkilatı təcrübələrin 

təməlini təşkil edir. 

Mötərizədə 

İdarəetmə prinsipləri əksər təşkilatı təcrübələrin təməlini təşkil edir. (İ.M. Nəcəfzadə, 1997;  S.R. Nəcəfzadə, 

1997) 


Qeyd: iki və ya daha çox müəllifi sadalayarkən, istinad etdiyiniz hər müəllifdən sonra nöqtəli vergül qoyun. 

• Əgər eyni müəllifin eyni ildə iki və daha çox elmi yazısı varsa, o zaman mətndə qeyd edilmiş ilk nəşr ilindən 

sonra "a” hərfini əlavə edin və ikincisindən sonra "b” hərfini daxil edin və bu şəkildə də davam edin. Bu detalın 

da sizin istinad siyahınızda yer almasına əmin olmalısınız. 

Nümunə 

Göyüşzadə (1999a) cəmiyyəti idarə etməkdə inancların rolundan söz açır, lakin 



Göyüşzadə (1999b) ictimai-siyasi həyatda qadınların iştirakının ölkənin gələcəyi üçün əhəmiyyətini vurğulayır. 

• 

Bir paraqrafda eyni müəllifin adını ikinci dəfə çəkərkən, həmin paraqrafda nəşr ilini yalnız bir dəfə qeyd 



etmək lazımdır. 

Nümunə 


Qəzəb məfhumu əsrlər boyunca müzakirə edilmişdir (Uilkinson, 1976). Əslində, Uilkinson onu  demək istəyirdi 

ki.... 


• 

Tarixi olmayan yazılar üçün mötərizədə tarixi yoxdur (t.y.) yaza bilərsiz. Nümunə 

Qəzəb məfhumu əsrlər boyunca müzakirə edilmişdir (Uilkinson, t.y.). 

• 

Bir neçə müəllifin üzərində işlədiyi yazıya istinad edərkən, mətndəki ilk istinada bütün  adları daxil edin. 



Növbəti istinadlarda isə ilk müəllifin adını xatırladın, daha sonra isə "və digərləri” (latınca et als.) və yaxud latınca 

"et al” sözünü əlavə edə bilərsiniz. 

Nümunə 

Cümlənin ortasında 



Əfəndiyə və digərlərinə görə, (1978, səh. 120), arqumentin əsaslarını yaxşı qurmaq vacibdir. 

Mötərizədə 

Arqumentin əsaslarını yaxşı qurmaq vacibdir (Əfəndi və digərləri, 1978, p. 120). 

Altı və daha çox həmmüəllifin işlərində isə, gətirilən ilk istinad da daxil olmaqla, bütün istinadlarda ilk müəllifin 

soyadını və ardınca "digərləri” sözünü əlavə edin. 

• İkinci dərəcəli istinadetmədə isə - sizin istifadə etdiyiniz mənbədə bir başqasının yazısına istinad edilmişdir və 

siz də bu işi öz yazınıza daxil etmək istədikdə və orijinal sənədə çıxışınız olmadığı təqdirdə, həm ilkin mənbəni, 

həm də çıxışınız olan mənbəni qeyd etməlisiniz. Hər iki mənbəyə istinad edərkən, ikinci dərəcəli mənbədən əvvəl 

"...-də istinad edildiyi kimi” yazın. 

Nümunə 


Rixterin (1984, Smisdə istinad edildiyi kimi, 2003) araşdırması kommersiya mexanizmlərinin başa düşülməsi üçün 

biznes modellərinin təkliflərini işıqlandırır. 

Yazının sonunda istinad etdiyiniz siyahıda yalnız çıxışınız olan mənbələrin detallarını yerləşdirin. Yuxarıdakı Smis 

misalında olduğu kimi. 

• Bəzən isə belə də ola bilər - müəlliminiz, yaxud iş yerinizdəki ekspert elmi yazı işiniz ilə bağlı müəyyən fikirlər 

irəli sürür. Bu ünsiyyət üzbəüz, elektron poçt vasitəsilə və ya telefon söhbəti şəklində ola bilər. Belə olan halda, 

siz sözügedən məlumatı akademik yazı işinizə şəxsi ünsiyyət kimi daxil edə bilərsiniz, lakin bu məlumata yalnız 

zəruri hallarda istinad etməyə çalışın. 

Nümunə 


Eyni zamanda, hüquq firması olan Koul və Mor da cinayət hüququnu tətbiq edir (R. J. Mor, şəxsi ünsiyyət, dekabr 

14, 2005). Burada deyilir ki. 

Şəxsi ünsiyyətlə bağlı məlumatlara çox istinad etməməyiniz tövsiyyə edilir. Əks halda bu,  sizin ədəbiyyatı yaxşı 

araşdırmadığınıza və ya anlamadığınıza işarə edə bilər. Şəxsi ünsiyyət  yazı işinizin yalnız əsas hissəsində  verilə 

bilər. Nəticə etibarilə, bu ünsiyyətlə bağlı məlumatlar yazı işinizin sonundakı istinad siyahısında verilmir. 

Artıq müəlliflərə istinadetmə metodları barədə məlumat verdik. Aşağıdakı bölmədə isə akademik yazıda başqa 

müəlliflərin ideyalarından istifadə etməyin iki üsulu təsvir edilir: onların ideyalarını öz sözlərinizlə demək və yaxud 

onların ideyalarından sözbəsöz sitat gətirmək. 

Baş qa müəlliflərin fikirlərini öz sözlərinizlə demək 

Başqa müəllifin ideyalarını öz sözlərinizlə deyə bilməniz vacibdir, çünki bu, sizin konsepsiya və fikirləri anladığınıza 

dəlalət edir. Verilmiş məlumatdakı mənanı əhəmiyyətli dərəcədə dəyişmədən  yalnız formanı dəyişmək ciddi 

bacarıq tələb edir. Amma əslində, təcrübə ilə bu, asanlaşır. İzahlı lüğətləri və tezaurusları müəllif ideyalarını öz 

sözlərinizlə ifadə etməyin faydalı metodu hesab etmək olar. Məsələ budur ki, əlinizin altında nə qədər çox söz 

ehtiyatı  varsa,  ilkin  mənanı  mümkün  qədər  çox  saxlamaqla, başqalarının sözlərinin  formasını  dəyişdirmək 

imkanınız bir o qədər çox olacaq. Müəllif ideyalarını öz sözlərinizə çevirməyin iki yolu vardır: xülasə etmək və 

parafraz etmək. 

İlk öncə, xülasə etməkdən, daha sonra isə parafrazdan danışacağıq. 

Xülasə etmək 

Xülasə  etmək-  mətnin  bir  sıra əsas  özəlliklərini seçib  onlardan  müəllif fikirlərinin xülasəsini yaratmaq üçün 

istifadə etmək deməkdir. Əlbəttə  ki, yazınızda mətnin ilkin versiyası ilə sizin xülasə etdiyiniz versiya arasında 

forma baxımından kifayət qədər fərq olduğuna  əmin olmalısınız. Buna isə mətndə  verilmiş ideyaları, fikirləri 

sadələşdirmək, eyni zamanda, bu ideyaları təqdim etmək üçün fərqli cümlə strukturu və ya cümlə ardıcıllığından 

istifadə etməklə nail olmaq olar. 

Beləliklə, müəllifin fikirlərini xülasə edərkən, siz müxtəlif üsul, metodlardan istifadə edə bilərsiniz. Birincisi, siz bir 

neçə əsas sözü  müəyyənləşdirə və müxtəlif kombinasiya yaratmaq üçün  bu sözləri digər sözlərlə əlaqələndirə 

bilərsiniz.  İkincisi  isə,  siz  müəyyən  ideyalar  arasında  seçim  etmək  imkanındasınız,  bəzilərini  istifadə  edə, 

digərlərini isə çıxara bilərsiniz. Bu şəkildə siz məlumatı yekunlaşdırır, xülasə verirsiniz. Nəhayət, verilmiş fikirləri 

öz  şəxsi  bacarıqlarınız daxilində dəyişərək,  siz  həm də  öz  versiyanızla müəllifinki arasında bir  fərq  yaratmış 

olursunuz.  Bütün  bunlara  məlumatın  mənasını  əhəmiyyətli  şəkildə  dəyişdirmədən  nail  ola  bilərsiniz.  Bu 

metodların əksəriyyəti müəllif ideyalarının parafraz edilməsi strategiyasına da tətbiq oluna bilər. 

PARAFRAZ ETINƏ. MÜƏLLIF IDEYALARINI ÖZ SÖZLƏRINIZLƏ IFADƏ ETMƏ METODLARI 

Parafraz etmə 

Parafraz etməyə başlamazdan öncə, ÇOX VACİBDİR ki, verilmiş məlumatı oxuduqdan  sonra siz bu  barədə ÖZ 

İDEYANIZI formalaşdırasınız və ya beyninizdə bir şəkil çizəsiniz. Daha sonra bu üsuldan müəllifin ideyasını parafraz 

etmənizi YÖNLƏNDİRMƏK üçün bir model kimi istifadə edə bilərsiniz. 

Parafraz etmək müxtəlif sözlərdən istifadə etməklə, məlumatı yenidən ifadə etmək deməkdir. Xülasə etməkdən 

fərqli olaraq, parafraz etmə məlumatı 

qısaltmaq  demək  deyil.  Parafraz etmə  müxtəlif  söz  və  söz  birləşmələrindən, frazalardan istifadə  etməklə, 

məlumatı yenidən yazmağı tələb edir. 

Nümunələr 

"Uşaqlar gündəlik həyatlarının böyük  qismini məktəbdə  keçirir. Onlar məktəbə  yalnız biliyə yiyələnmək üçün 

deyil, həm də dünyanı daha geniş anlamaq üçün, özləri haqqında, başqa qruplarda necə davranmaq haqqında, 

yaşadıqları icma  haqqında  və  ətrafdakı  dünya  haqqında  öyrənmək  üçün  gedir.  Məktəb  şagirdləri belə  bir 

məlumatlanmanın baş verdiyi şəraitlə təmin edir.” 

Leyden, S. (1985). Xüsusi qabiliyyətli uşaqlara kömək etmək. London: Krum Helm, səh. 38. 

Parafraz etmə 

Cümlənin ortasında verilən istinad 

Leydenin (1985) göstərdiyi kimi, məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir. Uşaqlar məktəbə akademik 

informasiya əldə etmək üçün  getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş 

verir, çünki uşaqlar həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya 

barədə də öyrənirlər. Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən 

şərait yaradır. 

Mötərizədə verilən istinadlar 

Məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir (Leyden, 1985). Uşaqlar məktəbə akademik informasiya əldə 



etmək üçün getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə  baş verir, çünki uşaqlar 

həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də öyrənirlər 

(Leyden). Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən şərait yaradır. 

Yuxarıdakı misallardan gördüyünüz  kimi, parafraz edilən  hissədəki məlumat  çox  dolğundur.  Parafraz edilən 

versiya Leydenin orijinal versiyasını təşkil edən üç cümlənin hər birini yenidən yazır. Daha sonra isə, parafrazda 

bir neçə əsas söz üzərinə fokuslanırıq: məktəb, uşaqlar, akademik, öyrənmə, keçirmək, qruplar, icma, dünya, 

şərait. 

Xülasə və parafraz edilmiş versiyalar arasındakı ikinci fərq isə ondan ibarətdir ki, parafraz edərkən fikirlərin eyni 

ardıcıllığı saxlanılır. Məsələn, xülasə edilmiş versiyadan fərqli olaraq, parafraz edilmiş versiyada öncə öyrənmənin 

akademik tərəfindən, daha sonra isə uşaqların məktəbdə ikən öyrəndikləri daha geniş kontekstli məsələlərdən 

söz açılır. 

Bundan başqa, parafraz edilmiş versiya həmçinin Leydenin qeyd etdiyi xüsusi məqamları da vurğulayır. Bunun 

əksinə olaraq, xülasə versiyası ideyaların çox ümumi təsvirini verir və xüsusi məqamları çıxarır. 

Bununla belə, parafraz edilmiş versiyanın xülasə edilmiş versiya ilə ən azı bir ortaq nöqtəsi var. Əslində, parafraz 

edil miş nümunə Leydenin mesajını çatdırmaq üçün Leydenin iş l ətmədiyi bir çox digər söz və söz birləşmələrini 

bir araya gətirir, onl arı bir-biri ilə bağ l ayır. Daha sonra isə, baxmayaraq ki, ideyaların verildiyi ardıcıllıq Leydenin 

ardıcıllığı ilə eynilik təşkil edir, söz birləşmələrinin, frazaların seçimi xeyli fərqlidir. Məsələn: Leyden öyrənməyə 

"yalnız biliyə yiyələnmək üçün deyil, həm də dünyanı daha geniş anlamaq üçün - özləri haqqında, ...” şəklində 

yanaşdığı halda, parafraz edilmiş versiya isə eyni ideyanı aşağıdakı kimi verir: uşaqlar məktəbə, sadəcə, akademik 

informasiya əldə etmək üçün getmirlər. .öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim 

olduqları, .öyrənirlər. 

Bir Neçə Sözü Köçürmək və Dəyişmək - Parafraz Etmək Deyil 

Artıq deyildiyi kimi, sizin parafraz etdiyiniz versiya ilə müəllifin versiyası arasında kifayət qədər fərq yaratmağınız 

önəmlidir. Lakin  ümumiyyətlə,  bir  çoxumuz  öz  sözlərimiz ilə  müəllifin sözləri  arasında yetərincə  fərq  qoya 

bilmirik. Bəzi hallarda isə, biz, məsələn, ilkin mənbədən  - hazır mətndən  böyük  həcmli frazaları köçürə və ya 

yalnız bir neçə sözü dəyişə bilirik. 

Nümunə 

"Kapital məhsul  və  xidmətlərin istehsalında istifadə olunan  insan  əməyinin ifadəsidir. İnsan  kapitalı və  fiziki 



kapital arasında fərqdən çox danışılır. İnsan kapitalı insanların inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə) 

və  istehsal  etmək  üçün  möhkəmləndirdikləri bilik və  bacarıqlar toplusudur.  Məsələn,  bir taksi  sürücüsünün 

şəhərin küçələri və yaxud  həkimin insan bədəni  barədə bilikləri kimi. Fiziki kapital mal, məhsul  və  xidmətlər 

istehsal  etmək  üçün  istifadə  edilən  binalar, mexaniki avadanlıqlar, alətlər və  digər istehsalat  vasitələrindən 

ibarətdir. Fiziki kapital sürücünün maşını, cərrahın bıçağı, iqtisadiyyat dərsinizi keçdiyiniz bina deməkdir.” 

Məkİçörn, V.A. (1991). İqtisadiyyat: Müasir giriş (2ci nəşr). Cincinnati, OH: Saus- Uestern, səh 3. 

Bir neçə sözü köçürmək və dəyişmək - bu cür parafraz etmə qəbul olunmazdır! 

Kapital məhsul və xidmətlərin yaradılmasında işlədilən insan əməyini ifadə edir (Məkİçörn, 1991). İnsan kapitalı 

insanların istehsal etmək  üçün  gücləndirdikləri və inkişaf etdirdikləri (təhsil və  ya təlimlər vasitəsilə) bilik və 

qabiliyyətlərin məcmusudur. Bunun əksinə olaraq, fiziki kapital isə mal, məhsul və xidmətlər istehsal etmək üçün 

işlədilən binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən ibarətdir. 

Yuxarıdakı  nümunədə  müəllifin  fikirlərini  parafraz  edərkən  müəyyən  məqamlar  nümayiş  etdirilmişdir  ki, 

bunlardan  qaçmaq lazımdır. Müəllifə istinad  mötərizədə  istinadla verilsə belə,  bu,  müəllifin versiyasını sizin 

versiyanızdan  fərqləndirmək  üçün  yetərli  deyil.  Siz  həmçinin  əmin  olmalısınız  ki,  parafraz  etmə  müəllifin 

sözlərindən  kifayət qədər fərqlidir. Eyni  zamanda,  orijinaldakı sözləri parafraz edərkən  başqa  sözlərlə  ifadə 

edilməsinə  də  əmin  olmalısınız. Yuxarıdakı nümunədə  parafraz edilmiş  versiya  yalnız  ayrı-ayrı sözləri əvəz 

etmişdir. 

Məsələn, aşağıdakı kimi: 

ifadə etmək = anlamına gəlmək 

nəticə = məhsul 

istehsal = yaratma 

bacarıq = qabiliyyət 

istifadə etmək = faydalanmaq 

ibarət olmaq = ehtiva etmək 

Bu formada parafraz etmə sayəsində ilkin versiya pozulmur. Misalların əksəriyyəti çıxarılsa da, cümlə quruluşu 

müəllifinki ilə  tam  eynidir.  "Əksinə  olaraq”  əlaqələndirici ifadəsini də  parafraz edilmiş  mətnə  daxil  etmək 



müəllifin fikrini lazımi şəkildə yenidən ifadə etmir. Parafrazanın şərtlərinə cavab vermək üçün bütün mətn, parça 

parafraz edilməli - müxtəlif sözlərlə başqa cür ifadə edilməlidir. Aşağıdakı nümunədə bu göstərilmişdir: 

Nümunə 

"Kapital məhsul  və  xidmətlərin istehsalında istifadə olunan  insan  əməyinin ifadəsidir. İnsan  kapitalı və  fiziki 



kapital arasında fərqdən çox danışılır. İnsan kapitalı insanların inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə) 

və  istehsal  etmək  üçün  möhkəmləndirdikləri bilik və  bacarıqlar toplusudur.  Məsələn,  bir taksi  sürücüsünün 

şəhərin küçələri və yaxud həkimin insan bədəni barədə bilikləri kimi. Fiziki kapital məhsul və xidmətlər istehsal 

etmək üçün  istifadə edilən binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən ibarətdir. 

Fiziki kapital dedikdə, sürücünün maşını, cərrahın bıçağı, iqtisadiyyat dərsinizi keçdiyiniz bina nəzərdə tutulur.” 

Qəbul edilən Parafraz etmə 

Kapital  insanların  yaratdıqları şeylərə  istinad  edən  elə  bir  iqtisadi  məfhumdur  ki,  daha  sonra  "məhsul  və 

xidmətlərin istehsalında” istifadə olunur (Məkİçörn, 1991, səh. 3). Bu geniş məfhum Məkİçörnün də izah etdiyi 

kimi,  həm  insan  kapitalına,  həm də  fiziki  kapitala  bölünə  bilər.  Əslində,  insan  kapitalı  fərdlərin  istehsal 

qabiliyyətini artırmağa çalışan bacarıq  və  təcrübələrin  bağlı olduğu  məhsullara fokuslanır.  Bu  kapital  növü 

müəyyən bir təhsil və yaxud təlim formasında qazanıla bilər. Bunun əksinə olaraq, fiziki kapitala isə məhsul və 

xidmətlərin istehsalı ilə sıx bağlı olan binalar da daxil olmaqla, müxtəlif avadanlıq və alətlər daxildir. 

Qəbul edilən parafrazetmə ilə bağlı bəzi qeydlər 

Yuxarıdakı ikinci nümunədən  də  gördüyünüz  kimi, orijinal və parafraz edilmiş variant arasında müəyyən fərq 

yaratmaq üçün paraqrafa bir sıra yeniliklər gətirmişik. 

1. 


Kapitalı "iqtisadi məfhum” kimi vermişik. Belə çıxır ki, hətta  ən  elementar söz  səviyyəsində belə,  biz 

müəllifin fikrini yenidən ifadə etmək prosesini yönləndirməyə yardım etmək üçün həmin fikri necə anladığımızı 

əks etdirmişik. 

2. 


İlkin  versiyada  olduğu  kimi,  iki  kapital  növü  arasında  fərq yaratmaq əvəzinə,  biz  "geniş  kapital” 

anlayışından  onu  iki  yerə  bölməklə  söz  açmışıq.  Eynilə,  yuxarıda  da  deyildiyi  kimi,  müəllifin  sözlərini  öz 

qavramamız çərçivəsində başqa formada ifadə etmişik. 

3. 


Cümlənin əvvəlində gələn bağlayıcı sözlər yazının axıcılığını təmin etmək üçün  işlədilmişdir. Məsələn: 

"əslində” və "bunun əksinə olaraq”. 

4. 

İnsan və fiziki kapitalı "ibarətdir” şəklində ifadə etməkdənsə, "insan kapitalı ... üzərində fokuslanmışdır”, 



"fiziki  kapitala ...  daxildir” formalarından istifadə edilimişdir. Eynilə,  insan  kapitalından  insanların bacarığını 

artıran bir məfhum kimi danışmaq yerinə, biz bunu  "... inkişaf etdirməyə çalışan” kimi vermişik. Eyni şəkildə, "... 

istehsalı ilə sıx bağlı olan” ifadəsi "... istehsalı üçün istifadə olunurdu”  frazasını əvəzləmişdir. Göründüyü  kimi, 

müəllifin fikirlərini ifadə etmək üçün bizim tanış olduğumuz söz birləşmələrindən istifadə etməyə çalışmışıq. 

5. 

Ayrı-ayrı sözlər də  başqa  sözlərlə  əvəz  edilmişdir. Məsələn:"insan  yaradıcılığı”nın yerinə  "insanların 



yaratdıqları şeylər”, "insanlar”ın əvəzinə "fərdlər”. Yenə də ayrı-ayrı sözlər baxımından, biz məlumatı öz nöqteyi- 

nəzərimizdən yenidən şəkilləndirmişik. 

6. 

Müəllifin fikirləri tanınması üçün paraqrafda iki şəkildə göstərilmişdir - biri mötərizədə, digərisə cümlənin 



ortasında verilmişdir. 

Bəs Yazıdakı Bəzi Orijinal Xüsusiyyətləri Nə Zaman Saxlamalı? 

Parafraz edərkən, hərdən müəllifin sözlərini ilkin mənbədə  - orijinalda olduğu kimi saxlamaq zərurəti yarana 

bilər. Misal üçün, siz yəqin müşahidə etdiniz ki, biz müəllifin "məhsul və xidmətlərin istehsalında” ifadəsini olduğu 

kimi saxladıq, çünki bu ifadəni başqa sözlərlə yenidən ifadə etmək çətin idi. Hər halda, sitat gətirilən parçadakı 

dırnaq işarələrindən də göründüyü  kimi, həmin sözlərin müəllifin olması bəllidir, eyni zamanda müəllifin adı, 

yazının nəşr ili və sitatın gətirildiyi səhifə nömrəsi də verilmişdir. 

Sitatlardan istifadədən savayı, bəzi frazalar ilkin mənbədə olduğu kimi saxlanılmışdır. Məsələn, "fiziki kapital” və 

"insan kapitalı”. Bunun səbəbi odur ki, bu frazalar müəyyən bir sahə - iqtisadiyyat sahəsində qəbul edil miş frazal 

ardır və müəllifin özünəməxsus ifadə formaları deyil. Daha önəmlisi isə budur ki, "fiziki kapital” və "insan kapitalı” 

dəyişilə bilməyəcək məfhum adlarıdır. Eləcə də, "məhsullar və xidmətlər” ifadəsini də saxladıq, çünki bu ifadə 

akademik mühitdən kənar bir çox başqa kontekstlərdə  də ümumi şəkildə işlədilən, qəbul  edilmiş ifadədir. Bu 

frazaları işlədərkən dırnaq işarələrinə ehtiyac yaranmaya bilər, lakin əgər buna əmin deyilsinizsə, ehtiyatlı olmaq 

- mənbəni göstərmək və dırnaq işarələrini vermək ən yaxşı yoldur. Amma yenə də, çalışın ideyanı öz sözlərinizlə 

verəsiniz. 

Müəllif ideyalarını öz SÖZLƏRİNİZLƏ verə bilmək - sizin akademik mühitdə elmi yazılar yazarkən ən çox istifadə 

edəcəyiniz BACARIQdır. 

Müəllif ideyalarını öz sözlərinizlə demək metodları 



Başqalarının ideyalarını öz sözlərinizlə parafraz etmə  bacarığını inkişaf etdirmək üçün  ən  yaxşı yol akademik 

yazıda  işlədə biləcəyiniz söz  bazanızı inkişaf  etdirməkdir. Bunlara müxtəlif qruplara bölünmüş  fellər siyahısı 

daxildir və bu  fellər yazınıza inteqrasiya edilə bilər. Bu sözlər müəllifin ideyalarını yekunlaşdırmaqda və digər 

müəlliflərin də sözlərini lazımi şəkildə parafraz etməkdə sizə yardımçı ola bilər. Bu siyahıdakı fellər qrupuna öz 

sözlərinizi də əlavə edə bilərsiniz: şərh vermək, qeyd etmək, işarə etmək, istinad etmək, nəql etmək; fərz etmək, 

xəbər vermək, nəzəriyyələşdirmək, konseptuallaşdırmaq, anlamaq, nümayiş etdirmək, və s. Daha geniş siyahı 

üçün Əlavə 2-yə baxa bilərsiniz. 

Cümlənin quruluş və formasını dəyişmək 

Akademik  söz  bazanızı  möhkəmləndirməkdən  savayı,  müəllifin  versiyası  ilə  sizin  versiyanız  arasında  fərq 

yaratmağın digər yolu isə məlumatı təqdim etmə strukturunu dəyişmək ola bilər. 

Aşağıdakı strategiyalar cümlə strukturlarını dəyişməyin müxtəlif metodlarını müəyyənləşdirir. 

1. 


Müəllifə istinad edərək, məlumatı yenidən ifadə edin. Misal: Əliyarlı (1992) vurğulayır ki... 

Əliyarlıya görə (1992); Əliyarlının da vurğuladığı kimi (1992). 

2. 

Cümlənin  əvvəlində,  ortasında  və  ya  sonunda  müəllifi  göstərin.  Nümunə:  İsmayıllının  (1990) 



müəyyənləşdirdiyi  kimi,  sosial  dinamikaya  bunlar  daxildir;  Sosial  dinamikaya  İsmayıllının  (1990) 

müəyyənləşdirdiyi kimi, ... daxildir; Sosial dinamikaya bunlar daxildir: ... (İsmayıllı, 1990). 

3. 

Aşağıdakı cümləyə başlamaq üçün istifadə edilən ifadələrlə ideyanı yenidən formalaşdırmağa çalışın: 



Bu konsepsiya ... haqqındadır. 

Bu ideya ... mövzusunda qurulmuşdur. 

Bu mövzu ... fokuslanmışdır, işıqlandırmışdır. 

Bu, o deməkdir ki. 

Bu, ondan ibarətdir ki Bu, onu ehtiva edir ki. 

Bu fikirdəki ana xətt.. 

Bu fikri vurğulayan əsas məqam. 

Bu, . xidmət edir. 

Bu, . fəaliyyətinə xidmət edir. 

4. 


Hadisələrin və ya bəndlərin ardıcıllığını, sırasını dəyişin. 

5. 


İdeyaları fərqli yollarla demək üçün tezarusun - sinonimlərin köməyindən istifadə edə bilərsiniz. 

6. 


Cümləyə başlamaq, eləcə də,  eyni  bir  cümlə daxilində fərqli fikirləri bir- birilə əlaqələndirmək üçün 

müxtəlif bağlayıcı sözlər və frazalardan istifadə edin. Aşağıdakı nümunələrə nəzər salın. 

Spesifiklik 

Xüsusilə 

Əlaqədar olaraq 

Baxımından 

Özəlliklə 

... gəldikdə isə 

Məsələsində isə 

Daha dəqiq desək 

Nümunə Gətirmə 

Məsələn 


Nümunə olaraq 

Örnək olaraq 

Misal üçün 

Bu, ... şəkildə açıqlana bilər. 

Qeyd: Daha geniş misallar üçün Əlavə 2-yə nəzər sala bilərsiniz. 

7. 


Müəllifin nə demək istədiyini açıqlaya və incəliklərə vara bilərsinizmi? 

8. 


Ya da müəllifin dediyini sadələşdirə və qısalda bilərsinizmi? 

9. 


Müəllifin ideyasını  öz  fikirlərinizlə deyərkən,  ideyanın  faydasına əsaslanaraq, mühakimə  yürütməyə 

çalışın. Misal üçün, Rəsulzadənin (1992) ... haqqında təhlili xarici faktorları nəzərə aldığı üçün faydalıdır. 

10. 

Bir cümlədə bir neçə müəllifin ideyalarını yekunlaşdıra bilərsinizmi? Məsələn, Məcidzadənin (1995), 



Bayramlı (1999) və Həsənlinin ( 2003)  ideyalarına əsasən, belə fikrə gəlmək olar ki ... Eyni zamanda, müxtəlif 

araşdırmalardan tapıntılar  barədə  xülasə  yazarkən,  eyni  struktur  burada  da  tətbiq  edilə  bilər.  Nümunə: 

Məcidzadə (1995), Bayramlı (1999) və Həsənlinin (1999) tapıntılarına əsasən, belə bir nəticəyə gəlmək olar ki ... 

Müəllifin ideyalarını öz sözlərinizlə ifadə etmək mərhələləri 

1. 

Öz  sözlərinizlə demək istədiyiniz hissəni köçürün.  Müəllifin ideyasının əsas məqamlarının altından 



xətt çəkin. 

2. 


Bəzi aparıcı fikirlər, anlayışlar və frazalardan siyahı hazırlayın. Onların hər biri üçün sinonimlər və ya 

alternativ frazalar tapmağa çalışın. 

3. 

Müəllifin əsas fikir(lər)ini öz sözlərinizlə deyin. 



4. 

Sözlərinizi daha da sadələşdirə bilərsinizmi? 

AKADEMİK YAZININ REDAKTƏSİ. BİBLİOQRAFİYA. MƏQALƏNİN KRİTİK OXUNMASI - MƏQALƏYƏ RƏY VERİLMƏSİ 


Bir çox tələbələr nəşr edilmiş mətni (latınса sacralis - müqəddəs) az qala müqəddəs hesab edirlər. Hovard 

Bekker tələbə  qrupunda  həmkarının mətnini  redaktə  etmək  barədə  öz  təcrübəsindən  danışarkən  gördü  ki, 

tələbələri hansısa  müəllifin mətnini  redaktə  edərkən  çox  həyacan  keçirir, başqa  müəllifin mətninin  redaktə 

edilməsinə  mümkün  olmayan  bir  hal  kimi  yanaşır  və  onu  dəyişməyin  mümkünsüz  olduğunu  qeyd  edirlər.  

Bununla  yanaşı  həm  bədii,  həm  publisistik  və  elmi mətnlər  dəfələrlə  redaktə  edilərək  yazılırlar.   Ernest 

Himenquey "Əlvida silah" romanın sonuncu səhifəsini onu tam qaneə edənə qədər 39 dəfə yenidən yazmışdır. 

Elmi mətnin tam aydın olması, fikr yaratması üçün, müəlliflər onların üzərində səylə işləyir, təzədən oxuyur 

və yenidə yazır, bundan  sonra isə mətni rəyçi və nəşrin redaktoru oxuyurlar. Düzdür, bu  cür yanaşma bir çox 

yerli, xüsusilədə yeni başlayan müəlliflər üçün demək olarki mümkünsüz bir hal kimi baxılmalıdır. Yalnız sosial və 

humanitar elmlər üzrə nadir nəşrlərdə müstəqil rəyçilər cəlb olunur. Təhsil esselərinin böyük qismi isə yenidən 

işlənilmir, onlar birdəfəlik təhvil verilirlər. Yeri gəlmişkən, Bekker akademik məktub mədəniyyətinin inkişafı üçün 

məhz bu məqamı maneə kimi göstərir.  

Əsas səhvlər leksiki, üslubi və sintaktik nitqə aiddir ki, onlarda nitqin aydınlığının, dəqiqliyinin pozulmasına 

gətirib çıxarır (tavtalogiya, pleonazm, alqolizm ). Nitq səhvləri — ədəbi dil normalarından özünü  döğrultmayan 

kənaraçıxma hallarıdır. Leksik səhvlər  –  sözlərin onlara xas olmayan məzmunda  istifadə edilməsilə əlaqədar 

mətnin və nitqin  keyfiyyətinə təsir edir. Şifahi və yazılı nitqdə  artıq sözlər müəllifin etinasızlığı və laqeydliyini 

göstərməklə yanaşı həm də onun  qoyulan məsələnin mahiyyətindən tam təsəvvürə malik olmamasına dəlalət 

edir. Danışıq nitqini ağırlaşdıran məzələlərdən biridə tavtalogiyaya yol verilməsidir. Tavtalogiya – mənaca yaxın 

olan sözlərin cümlədə təkrarıdır. Pleonazm – nitqdə mahiyyəti üzrə bir birinə yaxın olan sözlərdən  istifadədir 

(məsələn “aşağı düşüb”, "dili ilə yaladı", "əsas mahiyyəti" və s.). 

Cümlədə  ağırlaşdırıcı sözlərin  istifadəsinin  əksinə  olaraq  onlardan  yerində  istifadə  edilməməsi  bəzən 

cümlədə  fikir natamlığına, çatışmamaqlığa səbəb olur.  Bu  kimi hallar müəllifin bir  köklü    sözlərin  (paronim) 

mənasını  düzgün  ifadə  etmədikdə  baş  verir.  Ona  görədə  akademik  janrlarda işləmək vərdişlərini və  lüğət 

mədəniyyətini inkişaf etdirmək üçün  lüğət və digər məlumat mənbələrinə müraciət etmək lazımdır. Alqolizm- 

məntiqi səhvdir. Bu cür hallara məntiqi əlaqələr, məntiq qayda və  qanunlar pozularkən rast gəlinir. Sintaktik 

səhvlərə söz strukturunda rast gəlinir. Bunlar mübtəda və xəbər arasında əlaqələrin pozulması, söz ardıcılığı və 

s.  əlaqədardır. Üslubi səhvlər – müxtəlif çalara malik, əsasalandırılmamış sözlərdən istifadə zamanı meydana 

gəlir. 


Biblioqrafiya (yunanca βιβλιογραφία  – kitab yazmaq mənasını daşıyır) –informasiya fəaliyyətinin xüsusi sahəsi 

olaraq  informasiyanı  idarə  etmək,  informasiya  infrastrukturu  olaraq  biblioqrafik  məlumatın  hazırlanması, 

yayılması  və  istifadəsi  mahiyyətini  daşıyır.  Biblioqrafiyanın  mühüm  məsələsi  –  biblioqrafiya  fəaliyyətini  o 

cümlədən də    biblioqrafik şərhin;  biblioqrafik göstəricilərin tərtib edilməsi; sənədlərin təsnifatlandırılması və 

standartlaşdırılmasından ibarətdir. Biblioqrafik fəaliyyəti biblioqrafşünaslıq çərçivəsində elmi fənn kimi öyrənilir.    

Biblioqrafiya 

1. 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommisiyasının xüsusi buraxılışı. (2013). 



Dissertasiyaların tərtibi qaydaları.Buradan götürülmüşdür 

http://www.aak.gov.az/yeni bulleten.pdf

 

2. 


Kazımov, Q.Ş. (2000). Müasir Azərbaycan dili. Sintaksis. Ali məktəblər üçün dərslik. Bakı,"Ünsiyyət". 

Buradan götürülmüşdür 

http://www.qkazimov.gen.az/arxiv/index1 .htm

 

3. 



American  Psychological  Association.  (2010).  APA  Citation  Style.  Washington,  DC:  American 

Psychological 

Association. 

Retrieved 

from 

the 


Cornell 

University 

Library 

http://www.library.cornell.edu/resrch/citmanage/apa

 

4. 


Bowker, N.  (2007).  Academic Writing: A Guide  to  Tertiary Level Writing. Retrieved from Massey 

University 

Department 

of 


Student 

Learning 

development 

Services 

Web 

site: 


http://owll.massey.ac.nz/pdf/Academic-Writing-Guide.pdf

 

5. 



Carolyn Barrat and et als. (2014). Writing Academic Acknowledgements Elektron. Retreieved from 

http://www.wikihow.com/Write-Acknowledgements 

Date of access: 15/06/2014 

6. 


Gutbrod, H. (2005). Handbook for Professional Communication. Tbilisi, Georgia: Saari. 

7. 


Oshima, A., & Hogue, A. (2006). Introduction to Academic Writing, (3

rd 


ed.). Pearson Longma 

Tənqidi oxunuş - passiv oxunuşun  əksi olaraq aktiv və düşünülmüş oxu forması olaraq sonda çap olunur. 

Tənqidçilər oxuduqları mətni  dəyərləndirmək üçün  mühakimə yürüdərkən  satandart kimi müəllif fikirlərinin 

onların öz fikirlərinə nə qədər yaxın olmasını deyil, həmin fikirlərin hansı səviyyədə dəqiq və əsaslandırımasına 

diqqət yetirirlər.  


Bizim dövr tənqidi qiraətin vacibliyini dərk edən ilk deyil. Təxminən 400 il bundan  əvvəl Frensis Bekon 

düzgün  olmayan qiraətin təhlükəliliyi barədə xəbərdarlıq edib.  O,  insanlara müəllifin nöqteyi-nəzərinə  etiraz 

etməməyi və onu qəbul etməməyi məsləhət bilir, amma "ona baxmaq və tənqidi qiymətləndirməyi” təklif edirdi. 

XVIII  əsrdə  britaniya  dövlət  xadimi  Edmund  Berk  daha  obrazlı  şəkildə  ifadə  həmin  baxışları: 

"Düşünülmədən oxumaq  - həzm etmədən yeməyi yemək kimi bir şeydir".  

Məqaləyə tənqidi rəy aşağıdakı məqamları özündə ehtiva etməlidir. 

1.

  Məqalənin tam adı, müəllifin adı, familiyası atasının adı, vəzifəsi 



2.

  Məqalənin həsr edildiyi problemin qısa şərhi 

3.

  Təklif edilən məqalənin aktuallıq səviyyəsi (dərəcəsi) 



4.

  Məqaladə müəllif tərəfindən toxunulan problemin həllinə nail olduğu vacib məqamlar. 

5.

   Nəşr edilməyə tövsiyyə. 



6.

  Rəyçinin elmi vəzifəsi, elmi adı, vəzifəsi, iş yeri, F.A.A, imza, möhür. 

ELMI TƏDQIQAT MÖVZUSU ÜZRƏ ICMAL MƏQALƏNIN HAZIRLANMASI İCMAL MƏQALƏNIN NÖVLƏRI (ININI- AND 

FULL REVIEWS; NARRATIVE AND SYSTEMATIC REVIEWS). 

TƏRIFI 

■  “Icmal – sənəd informasiyanı məntiqi emal etmək yolu ilə problemin həllinin mümkün yolları, inkişafı və 



vəziyyəti haqqında zəruri çıxış bilikləri almaq məqsədilə həmin problemin informasiya yaradıcılığı əsəridir”. 

■   «İcmal – mahiyəti üzrə icmal mövzusunu xarakterizə edən və sənəd informasiyanı məntiqi emal etmə yolu 

ilə alınmış yekun çıxış biliklərinin sintezidir. Çıxış bilikləri əsasında mövzunun  yekun xarakteristikasını vermək – 

bu icmalın məxsusi funksiyasıdır” 

■  "İcmal janr və  ya informasiya nəşr sistemlərində növ  kimi konkret  çıxış biliklərini əldə etmək üçün  ilkin 

mənbələrin məntiqi emalının nəticəsi olan analitik-informasiya sənədi kimi xarakterizə olunur. 

İcmalların xarakterik xüsusiyyətləri  

■ 

problem xarakterli; 



■ 

orijinal xarakterli; 

■ 

sistematik xarakterli. 



Biblioqrafik icmal 

■ 

Bu  icmal informasiya mənbəyi  kimi  ilkin sənədlərin  müəyyən  dövr  ərzində  və  yaxud  da  hər  hansı 



birləşmiş ortaq əlaməti üzrə xülasəsi yaranmış xarakteristikanı əks etdirir. 

■ 

Biblioqrafik icmal sənədqrafik təhlil əsasında yerinə yetirilmiş, ümumiləşdirilmiş elementlərin ətraflı 



təsviri verilmiş, eləcə də icmal olunan mənbələri xarakterizə edən formal əlamətləri göstərilmiş sənədlərin və 

nəşrlərin ümumi xarakteristikasını əks etdirir. 

■ 

Belə icmallar sənəd axınında yaxşı baş çıxarmaq üçün tərtib edilir. 



Referativ icmallar 

■ 

Bu icmal onun müəllifi tərəfindən tənqidi qiymətləndirmə aparmadan məsələnin vəziyyəti barədə 



sistemləşdirilmiş fakt və məlumatların ümumiləşdirilmiş xülasəsidir. 

■ 

Bu icmalda məqsəd sənəd deyil hansı mənbədən götürülmsəsindən asılı olmayaraq informasiya 



axınlarına yəni fakt və konsepsiyalar toplusuna istiqamətlənib. O qarşısına müşahidə obyekti haqqında sənədli 

mənbələrdən daxil olan faktların məntiqi emalı yolu ilə nəticə əldə etmək vəzifəsini qoyur. 

İ cmalların funksiyaları 

■  İnformasiya funksiyası. 

■  Siqnal funksiyası. 

■  Yekunlaşdırıcı funksiyası. 

■  İnteqrallaşdırıcı funksiya. 

■  Zənginləşdirən funksiyası. 

■  Qiymətləndirici funksiyası. 

■  Təlim funksiyası 

■  Evristika funksiyası. 

■  Kumulyativ funksiyası. 



Analitik icmal 

■ 

Bu icmal ilkin mənbə sənədlərində göstərilmiş məlumatların arqumentləşdirilmiş qiymətləndirilməsini 



və onların istifadəsi üçün əsaslandırılmış tövsiyyələr verilməsi haqqında bütün informasiyanın hərtərəfli 

analizini nəzərdə tutur. 

■ 

O mütəxəssisi yalnız toxunulan problemlə əlaqəli informasiya axınında yalnız istiqamətlənməsini deyil, 



həmdə problem və onun inkişam tendensiyasının vəziyyətinin qiyymətləndirilməsi barədə məlumat təqdim 

edir. 


■ 

ANALİTİK İCMALLARIN NÖVLƏRİ 

 

İcmalın hazırlanmasına olan tələblər 



■ 

Müəllifin şəxsi konsepsiyasından asılı olmayaraq təhlil olunan problemə aid bütün mövcud 

problemlər icmalda öz əksini tapmalıdır 

■ 

Yeni məlumatların təhlili, yeni problemlərə və onların həlli yollarına xüsusi diqqət yetirilməlidir 



■ 

icmalda köhnəlmiş və ya şübhə doğuran məlumatların  istifadəsinə yer verilməməlidir 

■ 

Müxtəlif məlumat  mənbələrdə  olan  ziddiyyətli  məlumatlar  qeyd  edilməli  və  xüsusi 



fərqləndirilməlidirlər 

■ 

Bütün müqayisə olunan xüsusiyyətləri müqayisə edilə bilən hala, parametrik verilənlər – vahid 



ölçü sisteminə gətirilməlidir 

■ 

Müqayisə olunan obyekt və parametrlərin sayı çox olduqda verilənlərdən cədvəl və qrafik 



formada istifadə edilməsi tövsiyyə olunur  

Biblioqrafik icmalın qurulması sxemi 

Toplu  biblioqrafiyalama və  ədəbiyyat  siyahısının  formalaşması (və  ya  formal  və  ya tematik əlamətlər üzrə 

biblioqrafik yazıların axtarılması) 

Biblioqrafik sistemləşdirmə 

Nəticələr 

Biblioqrafik icmalın qurluşu 

■  Titul vərəqi, 

■  Çıxış məlumatları, 

Bölünmənin əsasları  

İcmal növləri 

Funksional təyinatı 

(təhlil mövzusu) 

Biblioqrafik icmal 

Məsələnin vəziyyətinin icmalı (referativ, analitik) 

Baxılan 


məsələlərin 

xarakteri 

Elmi,  texniki  və  İqtisadi 

ədəbiyyatlar  Elmşünaslıq 

üzrə  ədəbiyyatlar  və  s.. 

Məxəzşünaslıq 

Elmi 

Texniki 


İstehsal 

İqtisadi (statistik, 

konyuktura) 

Elmşünaslıq 

Məxəzşünaslıq 

Təyinat məqsədi 

Elmi-köməkçi 

Tədris-köməkçi 

Tövsiyyə edilən 

İnformasiya (referativ)  

Tənqidi (analitik)   

Tədris 


İstelak təyinatı 

 

Mütəxəssislər üçün 



 Peşə təhsilinə kömək  

Ümumi özünə tıhsilə kömək 

Fərdi 

İdarəçilik  (proqnoz,  icmal  əsaslandırma,  illik məruzə, 



icmalarayış) 

Elmi-populyar  Publisistik  (publisistik  icmal)  Əldə  edilmiş 

səviyyənin icmalı T əşkilati – iqtisadi şəraitin icmalı 

İnkişaf meylərininicmalı, Обзор истории развития 



■ 

Məzmunu, 

■ 

 Ön söz, 



■ 

 Giriş məqaləsi, 

■ 

 Əsas hissəsi, 



■ 

 Köməkçi göstəricilər, 

■ 

 İxtisarların siyahısı. 



■ 

İcmal mövzusu üzrə informasiya mənbələrinin axtarışı 

сводное реферирование (рецензирование) 

 İnformasiya təhlili (qiymətləndirilmə, ümumiləşdirmə) 

sistemləşdirilmə, mətnin hazırlanması  

Nəticələr 

Referativ icmalın quruluşu 

Titul vərəqi, 

 çıxış məlumatları, 

 Məzmunu, 

 Giriş, 

 Əsas hissə, 

 Nəticələr, 

 İstifadə olunmuş ədəbiyyatın siyahısı, 

 İxtisarların siyahısı 

 Köməkçi göstəricilər 

 

Analitik icmalın yaradılması mərhələsi 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə