Yazı həyatınız boyu müxtəlif situasiyalarda sizdən tələb olunan bacarıqdır. Şəxsi məzmunlu yazışmada dost


  İcmal mövzusunun struktur semantik təhlili.  2



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/2
tarix15.01.2020
ölçüsü0,52 Mb.
#30174
növüYazı
1   2
C fakepathAKADEM K YAZI mühazir -az

1. 

İcmal mövzusunun struktur semantik təhlili. 



2. 

Məlumatın axtarışı. 



3. 

Kartoteka (faylın və s) və rubrikatorun yaradılması. 



4. 

İcmalın planının yaradılması. 



5. 

İlkin sənədlərin axtarıçı və onların ilkin analitik emalı. 



6. 

İlkin sənədlərin mətninin təhlili (formallaşmış). 



7. 

Sənədlərin mətninin fraqmentlərinin sintezi (formallaşmış). 



8. 

Analitik icmalın mətninin tərtib edilməsi və onun qurluşu. 



9. 

Mətnin ədəbi redaktəsi. 



10. 

Məlumat aparatının hazırlanması. 

İCMAL MƏQALƏNİN STRUKTURU (KOMPONENTLƏRİ). İCMAL MƏQALƏNİN HAZIRLANMASI ADDIMLARI 

(ALQORİTMİ)

 

Ədəbiyyat icmalı məcburən istənilən elmi işin tərkib hissələrindən biridir. Orada diplom işində qoyulmuş 



suala  müvafiq  hazırda  mövcud  olan  nöqteyi-nəzər  təlil  edilir. Müəllif  vəzifəsi-müxtəlif alimlərin baxışlarını 

öyrənmək və onlar arasında öz  işinin yerini müəyyən etmək, onun  xüsusiyyətlərini (unikallığını) göstərməkdir. 

İcmal girişdə və yaxud da ayrıca başlıq kimi təqdim edilə bilər.  

Ədəbiyyat  icmalının  əsas məqsədi  -  seçilmiş  elm  sahəsində  biliyin  cari  sərhədlərinin 

müəyyənləşdirilməkdən, sələfləriin işlərindəki müstəqil tədqiqatçılar tərəfindən təsdiq edilməmiş ziddiyyətləri 

aşkar  etməkdən  ibarətdir.  İcmalın  sonunda  gələcək tədqiqatların  perspektivləri  haqqında  nəticələr tədim 

edilməlidir. 

İcmal məqalənin quruluşu 

Обзорная  статья – это научная  статья, которая  должна иметь принятую  в научной  периодике структуру. 

Поэтому обзорные статьи должны включать в себя следующие структурные элементы 

İcmal məqalə - elmi dövriyyədə qəbul  edilmiş quruluşa malik olan elmi məqalədir. Ona görə də  icmal yazılar 

aşağıdakı struktur elementlərinə malik olmalıdırlar: 

 

Adı. Oxucunu maraqlandıracaq vacib elementdir. 



 

Annotasiya. Annotasiyada iş haqqında  ümumi, qısa təqdimat verilir. Müəllif annotasiyanı yazılan anda 



məqalənin nə barədə yazılacağını, onda oxucu  üçün  maraqlı və vacib olan məqamları özlüyündə yaxşı 

təsəvvür etməlidir. Bu zaman yaddan çıxarmaq lazım deyilki onun həcmi 200 sözdən artıq olmamalıdır. 

 

Giriş. Giriş oxucuya işin quruluşu  və  onun  elementlərinin qarşılıqlı əlaqəsi barədə məlumat verməklə, 



onun vaxtına qənaət edir. Əgər hansısa bölmələr oxucunu maraqlandırarsa o həmin bölmələri oxuyacaqdır. 

 



Əsas hissə. Yadda saxlayın ki,  icmal məqalə biblioqrafik icmal deyildir. Sizin  vəzifəniz  elmi problemin 

öyrənilmə səviyyəsini  göstərmək,  imkan  daxilində  baxılan problemə  aid  işlərə kritik  yanaşmaq  və  bu  işlərə 

əsaslanan nəticələr çıxarmaqdır. 

 



Nəticələr. İcmal  məqalənin  nəticələri  –  gələcək  tədqiqatların  davam  etmə  istiqamətlərini  tövsiyyə 

etməkdən və toxunulan konkret problemi həll etmək üçün elmi innovasiyaları tətbiq etmək təklifini verməkdən  

ibarətdir. 

Ədəbiyyat icmalını necə etmək lazımdır 

1.

 

İlk növbədə yazacağnız mövzu üzrə maksimal səviyyədə ədəbiyyatı öyrənmək lazımdır (internet-



resursla kifayətlənməməli, mütləq kitabxanaya getmək lazımdır). Ən yaxşısı orijinal nəşrlərdən istifadə etmək 

lazımdır 

2.

 

Hər bir mənbəni öyrəndikdən  sonra öyrəndiyiniz mənbənin əsas  məzmunu  haqqında  konspekt 



tərtib etməli və zəruri olnan istinad və tezisləri yazmaq lazımdır. 

3.

 



İcmal üzərində işləməyi əvvəlcədən başlamaq lazımdır. 

3.1.


  Əvvəlcə müəyyən etdiyiniz  elmi işin ədəbiyyat mənbələrində səliqə-sahman yaradılmalıdır.. Bu 

sizin seçdiyiniz mövzu üzrə öz mülahizələrin inkişaf məntiqində asılıdır. 

4.

 

Bu halda xronoloji prinsipi əsas tutaraq xronoloji qaydada məsələnin tarixi ilə tanış olmaq olar. 



Öyrəndiyiniz  məsələyə aid hansı  baxışlar mövcud  olduğunu  və  onların necə  təkamül etdiklərini qeyd  etmək 

lazımdır. Bu  problem  üzərində  işləyən elmi fikrin  əsas  nümayəndələrini adlandırmaq və  onların  apardıqlarə 

tədqiqatlarda əldə etdikləri naliyyətləri qeyd etmək lazımdır. 

5.

 



İşlərin təhlilinə kritiki yanaşma zəruridir. Onların zəif yerlərini və hansı məsələlərə baxmadıqlarını 

göstərmək. Müəlliflərin baxmadıqları məsələnin səbəblərini qeyd etmək və bu yolla toxunulan problem daxilində 

öz yerinizi müəyyənləşdirmək.  

6.

 



Tədqiqatçıların qarşılarına qoyduqları elmi məsələləri qısa yazmaq. İstənilən nəticələrə nə qədər 

nail olub və ya olmadıqlarını qeyd etmək. mövzu üzrə işləyəcəyiniz tədqiqat işlərinin səbəblərini formalaşdırmaq.  

7.

 

Ədəbiyyat  icmalını diplom  üzərində  işlənilən dövr  ərzində  yazmaq  olar. Belə  etmək  ona  final 



mərhələsində korrektə, əlavələr və dəyişikliklər etməyi asanlaşdırar. 

Ədəbiyyat icmalını yazmağa əsas tələblər 

1)

 

İcmalı  iki  dəfəyə  yazmaq  məqsədə  uyğundur.  İnformasiyanı  sistemləşdirilməsi  variantlarını 



müzakirə  etmək  məqsədilə  icmalın referat  üslubuna  uyğun  ilkin  variantı  hazırlayıb  əlavə  axtarışlar aparıb 

aparmayacağına ehtiyacıın olub və ya olmadığını müəyyənləşdirmək üçün  elmi rəhbərə ilkin rəyini öyrənmək 

təqdim etmək. Müvafiq düzəlişlərdən sonra elmi rəhbərəbərə təqdim edilir və onun razılığı ilə icmal diplom işinə 

daxil edilir. 

2) Ədəbiyyat icmalının həcmi istinad edilən ədəbiyyat siyahısıda daxil olmala mövzudan və diplom işinin 

növündən  asılıdır, İcmalda yerli və xarici dövrü elmi nəşrlərdən istifadə edilməsi arzu olunandır. 

 3) İcmal sırf tədqiqat mövzusuna aid ədəbiyyatla məhduddlaşmamalıdır. İcmal yazılan zaman mənbə kimi 

ilk növbədə  konkret tədqiqat materiallarını əks etdirən dissertasiyalar monoqrafiyalar, elmi məqalələr, eləcədə 

nüfüzlu sorğu nəşrləri və dərsliklər olmalıdır.  

4) Konkret təqiqatların nəticələrinin icmalına sizin icmalda istifadə ediləcək layihələrin materiallarının 

nəticəlri çap edilmiş nəşrləri  sadalamaqla  başlamaq olar. Şəri xronoloji qaydada yazmaq məqsədə uyğundur. 

Tədqiqatı nə zaman, hansı təşkilat tərəfindən aparıldığını qeyd etmək, tədqiqat obyektini qısa xaraqkerizə etmək, 

layihə rəhbərini  adlandırmaq zəruridir. Bu  bölüm  problemlərin və  aparılan tətqiqatların  konkret  nəticlərinə 

baxmır. O kimin harada hansı təşkilatda tədqiataı apardığı haqqında məlumatı özündə əxz edir. 

6) Tədqiqatın nəticələrinin təhlilini nəşrlər ətrafında deyil problemətrafında aparmaq lazımdır. Bu  o 

deməkdir ki, sadəcə olaraq oxuduğunuz məqalə və hesabatların məzmununu yalnız ifadə etməklə kifayətlənmək 

olmaz. Ədəbiyyatın icmalı – referativ deyil, analitik sənəddir. Onun  başlıca vzəifəsi –sələf tədqiqatlarda alınmış 

balıca nəticələri aşkarlamaq, müxtəlif tədqiqatlar arasında alınmış nəticələr arasınada fikir ayrılıqlarını göstərmək 

(əgər belələri varsa),alınan nəticələri nəzəri işləmələrlə müqayisə etməli, problemin kifayət qədər öyrənilməyən 

hissələrini aşkarlamaqdır.    



7) İcmalda istifadə olunmuş ədəbiyyat sahəsində rast gəlinən bütün süjetlərə eyni dərəcədə ətraflı baxmaq 

lazım deyil – bibaşa sizin mövzuya aid olnlara diqqətiyönəltmək lazımdır.  

8) Mətnin istinadlarına xüsusi diqqət yetirmək lazımdır. Özgələrinin nəşr edilmiş mətnlərindən istifadə 

Mülki  Məcələ  (Müəlliflik  hüququ)  ilə  tənzimlənir.  Müəllifin  razılığı  olmadan,  ancaq  onun  mütləq  adını 

göstərməklə mənbədən  istifadəyə icazə verilir. İcmalda, eləcədə digər müəllif mətnlərində dırnaq işarəsiz və 

dəqiq göstərilmədən fikir ifadə hissələrindən istifadə qəti qadağandır. İcmalı şərh edilən işin terminalogiyasını 

gözləməklə ən  yaxşısı “öz sözlərinlə” yazmaqdır. Birbaşa istina icmalın 5-10 % mətnindən çox olmamalıdır. Öz 

mətnində birbaşa istinad norması bir müəllif üçün 300 hərifdən (50-60 söz) çox olmamalıdır.İcmal mütləq qısa 

nəticələrlə qurtarmalıdır. 

9) İstifadə edilmiş ədəbiyyatın siyahısı sonda verilməlidir və müvafiq tələblərə cavab verməlidir. 

ELMİ TƏDQİQAT HAQQINDA TƏQDİMATLARIN HAZIRLANMASI 

Təqdimatlar 

Təqdimatın hazırlanmasına başlamazdan əvvəl məqsədli auditoriya və çıxış müddəti müəyyən edilməlidir. 

Təqdimatın necə qurulması ondan asılı olacaq. Ən tipik xüsusi halları nəzərdən keçirək. 

 Dissertasiya işinin müdafiəsi 

Bu ən qısa təqdimatlardandır, 

5-10 dəqiqə. 

Məsələnin  qoyuluşu  və  alınan  nəticəlrin  sadalanması  üzərində  diqqəti  cəmləşdirmək  lazımdır.  Attestasiya 

komissiyasına qoyulan problemin mürəkkəbliyi aydın olmalıdır. Sizin onun  üzərində səylə çalışmısınız və nəyisə 

yaxşılaşdıra  bilmisiniz  komissiya  üzvlərinə  çatdırılmalıdır..  Komissiya  üzvləri  sizin  problem  və  onun 

terminalogiyasına yaxşı bələd olmaya bilərlər. Ona görədə texniki xırdalıqlar üzərində dayanmaq lazım deyildir. 

Bununla yanaşı slaydlarda bu texniki xırdalıqlar kifayət qədər mürəkkəb ifadə, cədvəl və  qrafiklər formasında 

göstərilə bilər. Müzakirə etdiyiniz fraqmentləri rəngli və yaxudda yağlı şriftlərlə qeyd etmək məsləhət görülür. 

Əgər kimdəsə onlar maraq doğurarsa onda  həmin məsələlər üzrə suallar verəcəkdir. Təqdimatda işin şəxsən 

müəllif tərəfindən  təklif edildiyi qeyd  edilməlidir. Digər tərəfdən  öz  şəsiyyətini  həddən  ziyada  qabartmaqda 

tövsiyyə edilmir. Ciddi üslub və anlaşıqlı nitq alqışlanır. 

Adətə fəlsəfə doktoru  dissertasiyası 15-20, doktorluq  dissertasiyası 35-40, magistr dissertasiyası isə 10 dəqqə 

çəkir. Müdafiə səviyyəsi yüksək randa olduqca mövzunun aktuallığınada tələbat o qədər yüksək olur.  

Konferensiya 

Konferensiyada çıxışlara adətən 20 dəqiqə  vaxt ayrıır. Bu vaxt başa çatmış problemi və  onun  mühüm 

məqamlarını işıqlandırmaq üçün  optimal  hesab  edilir. Təqdimat  hazırlıqlı dinləyiciyə hesablanıb.  Mövzunun 

xırdalanma dərəcəsi  onu  başa  düşə  biləcək  dinləyicilərin  sayndan  asılı  olmalıdır. Təqdim edilən  slaydları 

auditoryanın heç olmazsa ən azı yarısının başa düşməsi arzuolunandır. Təqdimat ərzində sizin fərdiliyinizi qeyd 

edə biləcək bir-iki zarafat yerinə düşərdi. Dizayn ciddi olmalı və diqqəti işin mahiyyətindən yayaındırmmalıdır.   

Seminarda çıxış 

Təqdimat üslubu  sizə nə qədər vaxt ayrılmasından asılıdır. Bu konferensiya və tərəfdaş qarşısında olan 

çıxış arasıda ortaq   bir şeydir. Sizin məqsədiniz  təqdimatın auditorya tərəfindən tam başa düşülməsidir. Ona 

görədə təqdimat kütləvilikdən daha mürəkkəb texniki xardalıqlara qədər rəvan keçidlə təmin edilməlidir. Dizayn 

ciddi olmalı və diqqəti işin mahiyyətindən yayaındırmmalıdır. 

Mühazirə 

Saat yarım çıxış edən şəxs bu halda daha geniş imkanlara malikdir və mövzunu tam açmaq üçün müxtəliv 

vasitələrdən  istifadə  edə  bilər.  Anca  bu  qədər  müddət  ərzində  dinləyicilərin diqqətini  saxlamaq  olduqca 

mürəkkəbdir. Dinləyicilərin maraqlarını itirməmək əvvəlcə toxunulan məsələnin nə üçün  lazım olduğu  onlara 

çatdırılmalı, istifadə  sahələri haqqında  qısada  olsa  məlumat verilməlidir. Dizayn ciddi  olmalı və  diqqəti  işin 

mahiyyətindən yayaındırmmalıdır. 

Tövsiyyələr 

Əgər çıxış edən  auditoriya qarşısında özünü  inamsız hiss  edirsinizsə onda  mətn  yazılmaı və əzbərdən 

öyrənilməlidir.Səhifə yarım materialın çıxışı təxminən 7 dəqiqə çəkir  (format А4, keql 12 р1). 

Səliqəli olmağın mənası var. Səliqəsiz slaydlar şübhə  doğurur və  məruzəçinin işə ciddi yanaşmadığına 

dəlalət edir. 

Titul səhifəsində mövzu  və müəllif haqqında məlumat olmalıdır. Müdafiə zamanı elmi rəhbərin adı və 

familiyası təşkilatın  adı  göstərilməlidir.  Konferensiyalarda  konferensiyanın  adı  və  vaxtı  göstərilməlidir. Bu 

həmkarlar arasında informasiya mübadiləsi olduqda  və  təqdimat  İnternetə  qoyulduqda  əlavə  şərhə  ehtiyac 

olmaması üçün edilir. 



Optimal  slaydların  sayı  6-11  arasında  olmalıdır.  Mətnin  böyük  həcmi  və  kiçik  şrift  təqdimatın 

qavranmasını ağırlaşdırır. Digər tərəfdan mətnin azlığı təqdimatın səthi və pis hazıralnamsı təsərruatını yaradır.  

 Ən geniş yayılmış səhv slaydı sözbəsöz  oxumaqdır. Yaxı hal slayda materialın ətraflı təqdim edilməsi, 

müəllifin isə onun mahiyyətin izah etməsidir. Slayddakı məlumat nitqdən fərqli olaraq cidi və əliqəli olmalıdır. 

Formulaları sözlə ifadə etməyə ehtiyac yoxdur.  Bu yalnız seminar və mühazirələr zamanı dinləyicilər eyni 

zamanda konspekt tutarkən edilir. Müdafiə və konfrans zamanı onları səsləndirmək yersizdir.  

Bir slaydan digərinə keçid 1-2 dəqiqə ərzində, mühazirələr zamanı isə 5 dəqiqəyə qədər. Qısa çıxışlarda 

1-2  slayddan  istifadə  edilməsinə  yol  verilir.  Dinləyicilər  həm  slayddan  həmdə  eşitdiklərindən  məlumatı 

mənimsəmək imkanına malik olmalıdırlar. 

Slaydlarda əsas məlumatların üstündə mümükün qədər dayanmaq olar. Qrafikli salaydları üstündən tez 

keçmək olar. Cədvəllər üzərində dayanarkən sətir və sütünların müvafiq olaraq nəyə uyğun olduğunu göstərmək 

lazımdır. 

Məruzənin əsas ideyasını başa düşmək üçün  lazım olan işarə və anlayışları daxil edin. İstənilən işarəyə 

onun istifadəsinə qədər izahat vermək lazımdır. İzahları mümkün qədər qısa və dolğun vermək lazımdır. 

Ağır ifadələri mümkün qədər sadələşdirmək lazımdır. Qısa çıxışlarda eyni fikri müxtəlif sözlərlə ifadə 

etmək vaxta qənaət nöqteyi nəzərindən məqsədəuyğun deyildir. Mühazirələrdə əksinə olaraq deyilən mühüm 

fikirlərə  yenidən  qayıtmaq,  onlara  digər  nöqteyi  nəzərdən  baxmaq  alqışlanır. Başa  düşülməyən  ifadələri 

təqdimatdan çıxarmaq lazımdır.  

Hər bir cümlə ondan sonra gələn cümlələrlə məntiqi olaraq əlaqəli olmalı, əsl iki-üç qiymətli  fikir tam və 

aydın formada auditoriyaya çatdırılmalıdır. Onda çıxışı bütöv olacaq və yaxşı təsir buraxacaqdır. 

Nəticələr olan slaydı səsləndirmək lazım deyildir. Əksinə seminar və mühazirələrdə nəticələr dəqiq ifadə 

edilməlidir. 

Təqdimatın davam etmə vaxtı və hazırlıq dərəcəsi təqdimat üçün ona veriləcək vaxtı müəyyənləşdirir. Elə 

fikirləşmək lazım deyildir ki, təqdimata üç saat vaxt sərf edilərsə o yaxşı çıxış olacaqdır. 

İnsan təfəkkürü irearxikdir.Mövzunu başa düşməyə cəhd edərkən o bir neçə ideyanı başlıca məqamı ayırır 

(real olaraq 3-4). 

Onalrın hər birini dərindən qavramaq üçün onları dah sadə hissələrə bölür, bölünmüşləri dahada sadə 

hissələrə  və  s.  Aydın  ifadə  etmənin  bir  çox  prinsipləri ona  istiqamətlənib  ki,  bu  irearxiyanı aşkar  formada 

dinləyicilərə çatdırmaq mümükün olsun. Bu müxtəlif texniki qaydalarla təmin edilir: 

Birinci slaydda məruzənin adı başlıca ideyanı əks etdirməli, yəni irearxiyanın zirvəsinə uyğun olmalıdır. 

Çıxışın başlanğıcında məruzənin  mahiyyətini çatdırmaq lazımdır. Optimal  olaraq iki-üç cümlə ilə, hər 

birində təxminən üç alt maddə olmaqla. İşin bu cür qurluşu iki yuxarı səviyyəyəə uyğundur. Əgər çıxış qısadırsa, 

yalınız ən yüksək səviyyədən danışılır. 

Çıxışların ən mürəkkəb hissələri yaxşı olardıki, addım addım mərhələlərə bölüb təqdim edilsin. Məsələn 

“təklif olunana üsul  üç adla yerinə yetirilə bilər”. və s. Əgər bu  ifadələrdən istifadə edilməzsə çıxışı qavramaq 

çətin olacaqdır. 

•  Çıxış zamanə bir neçə dəfə «əsas ideya ondan ibarətdir ki” ifadələrini təkrar etmək olar. 

•  Yuxarı səviyyəli ideyalar mütləq slaydda təqim edilməli sözlə deyilməlidir. Əgər slaydda hər hansı ideya 

üzərindən tez keçilirsə bu onun ikinci dərəcəli əhəmiyyətiə malik olduğunu göstərir. 

• Çıxış zaman bir neçə dəfə «əsas ideya ondan ibarətdirki” ifadəsini işlətmək olar Anca bu ifadədən sui 

istifadə etmək də məsləhət görülmür. 

•  Slaydda ən vacib sözləri və hissələri rəngləməklə fərqləndirmək olar. 

• Söz  və  slaydlar üst-üstə  düşməməlidirlər, onda  təqdimat  “həcmli” alınır. Slaydlar daha  çox  texniki 

xarakterli məlumatlara malik olmalıdırlar (cədvəl, qrafiklər, sxemlər və s.).   

• 

 Təqdimat hazırlanması mərhələləri: 



• 

 1. Birinci və ikinci səviyyəli təqdimat, əsas ideyaların ayrılması, planının tərtib edilməsi.  

• 

Elmi təqdimatın quruluşu təxminən elmi məqalələnin quruluşu kimidir: 



• 

 Məsələnin qoyuluşu; 

• 

 Əvvəllər məlum olan nəticələr və problemlər; 



• 

Qərarın keyfiyyətini qiymətləndirmək üçün nəzərdə tutulmuş meyarlar; 

• 

 İşin məqsədi; 



• 

 Müəllifin əsas nəticələri; 

• 

 Şərait və eksperimentlərin nəticələri; 



• 

 Sonuncu slaydda - əsas nəticələrin təqdimi. 

• 

 2. Hər bir slayd fikirləşilərək hazırlanmalıdır (ilk olaraq onları kağız üzərində  olar), bu zaman aşağıdakı 



suallara cavab vermək vacibdir: 

• 

 Bu slaydın ideyası təqdimatın əsas qayəsini necə açıqlayır? 



• 

 Slaydda nə təqdim olunacaq? 

• 

 Slaydda nədən danışılacaq? 



• 

 Növbəti slayda keçid necə olacaq? 

•  3. Aşağıda sadalanan sistemlərin köməyi ilə təqdimatın hazırlanması. 

MS PowerPoint 

Təqdimat üçün ən çox edilən seçimdir. Əgər slaydda ifadələr (formullar) çoxdursa onları tam MS Word  

vasitəsilə yığmaq lazımdır. Əsas şrift Arial və ya ona oxşar olmalıdır. Buzim universitetdə Times Neü Romandan 

istifadə etmək tövsiyyə edilir. Ciddi elmi təqdimatlarda animasiyadan istifadə məsləhət görülmür. 

MS Word 


MS Word işə yarayır. Şriftin ölçüsü 25 olması tövsiyyə edilir. Hazır təqdimatı PDF formatda göstərmək 

məqsədəuyğundur. 



 

 

Document Outline

  • Akademik Yazı və digər yazı növləri arasındakı bəzi önəmli fərqlər
    • Akademik yazı ilə digər yazı janrl arı arasında ikinci fərq isə nəşr edil miş yazıl ardan gətirilən sitatlarla bağlıdır.
    • Ənənəvi olaraq, akademik mövzular konkret və fiziki forması olmayan ideya və anlayışlar kimi mücərrəd məfhumlara əsas l anmışdır.
    • Bəhs etdiyimiz bu giriş böl məsini yekun l aşdıraraq qeyd edirik ki, akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır.
    • Lakin ...
  • 1. Akademik Yazı Növlərinin Quruluşu:
  • 1. Akademik Yazı Növlərinin Quruluşu:
  • Akademik Yazının Quruluş u və Planlaşdırılması
    • Titul Vərəqi
    • Abstrakt
    • Xülasə
  • AKADEMIK YAZININ ƏSAS HISSƏLƏRI
  • Giriş paraqrafı
  • Girişi necə yazmalı: Qıf
    • Qayda
    • Yadda saxlayın
    • 3-5 əsas arqumentin seçilməsi
    • Arqumentləri uyğun ardıcıllıqla düzün
    • Bütövlü
    • Axıcılıq
    • Keçid siqnalları
    • Metodologiya
    • Nəticə
    • Nəticənin ənənəvi “elementləri” nələrdir?
  • İstinad etmə və sitat gətirmə
    • Akademik mənbələri müəyyənləşdirmə
      • Müəllifə istinad etmə
      • Müəllifə istinad məsləhətləri
      • Baş qa müəlliflərin fikirlərini öz sözlərinizlə demək
      • Xülasə etmək
      • Parafraz etmə
      • Bir Neçə Sözü Köçürmək və Dəyişmək - Parafraz Etmək Deyil
      • Qəbul edilən parafrazetmə ilə bağlı bəzi qeydlər
      • Bəs Yazıdakı Bəzi Orijinal Xüsusiyyətləri Nə Zaman Saxlamalı?
      • Müəllif ideyalarını öz sözlərinizlə demək metodları
      • Cümlənin quruluş və formasını dəyişmək
      • Spesifiklik
      • Nümunə Gətirmə
  • Biblioqrafiya
    • Tənqidi oxunuş - passiv oxunuşun əksi olaraq aktiv və düşünülmüş oxu forması olaraq sonda çap olunur. Tənqidçilər oxuduqları mətni dəyərləndirmək üçün mühakimə yürüdərkən satandart kimi müəllif fikirlərinin onların öz fikirlərinə nə qədər yaxın olması...
    • Bizim dövr tənqidi qiraətin vacibliyini dərk edən ilk deyil. Təxminən 400 il bundan əvvəl Frensis Bekon düzgün olmayan qiraətin təhlükəliliyi barədə xəbərdarlıq edib. O, insanlara müəllifin nöqteyi-nəzərinə etiraz etməməyi və onu qəbul etməməyi məsləh...
    • XVIII əsrdə britaniya dövlət xadimi Edmund Berk daha obrazlı şəkildə ifadə həmin baxışları: "Düşünülmədən oxumaq  - həzm etmədən yeməyi yemək kimi bir şeydir".
    • Məqaləyə tənqidi rəy aşağıdakı məqamları özündə ehtiva etməlidir.
  • TƏRIFI
    • Biblioqrafik icmal
    • Referativ icmallar
    • Analitik icmal
      • İcmalın hazırlanmasına olan tələblər
      • Analitik icmalın yaradılması mərhələsi
    • İcmal məqalənin quruluşu
    • Təqdimatlar
    • Tövsiyyələr

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə