Yazı nümunələri



Yüklə 32,54 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü32,54 Kb.
#43412
növüYazı
  1   2   3   4
akademik janr


Akademik janra aid yazı nümunələri

Ictimai elmlər sahəsində akademik yazı öyrənmə prosesinin mühüm bir vaistəsi kimi istifadə olunmasının əsas şərtlərindən biri onun müxtəlif janrlarının xüsusiyyətlərini bilməkdir. Qeyd edek ki, ölkəmizin ali təhsil məktəblərində tələbələrin akademik yazı qabiliyyətinin inkişafına lazımi diqqətin verilməməsinin nəticələrindən biri akademik yazının janrlarının təsnifatına dair təsəvvürün olmamasıdır. Heç təsadüfi deyil ki, biz hər bir yazı işini məqalə adlandırırıq. Halbuki akademik yazının ondan çox janrı vardır . Hər bir janr isə özünün kəmiyyət və xüsusilə də keyfiyyət göstəriciləri ilə bir birindən fərqlənir. Bunları nəzərə alaraq ictimai elmlər sahəsində daha çox istifadə olunan akademik yazı janrlarını nəzərdən keçirək.

Akademik janra aid olan yazı növlərindən biri buraxılış işidir. Buraxılış işi müvafiq kafedralar tərəfindən müəyyənləşdirilmiş və fakültə elmi şurasında təsdiq edilmiş mövzular əsasında yerinə yetirilir. Tələbəyə mövzu seçmək və eləcə də işlənməsinin məqsədə uyğunluğu və əhəmiyyəti əsaslandırılmış mövzular təklif etmək hüququ verilir. Buraxılış işinin yerinə yetirilməsi üçün hər bir tələbəyə rəhbər və zəruri hallarda məsləhətçilər təyin edilir.  Buraxılış işləri təhsil dövründə məzunun yerinə yetirdiyi kurs işləri və layihələrini ümumiləşdirməklə də hazırlana bilər.

Bu yazı növünün yazılma qaydası , strukturu və.s komponentləri aşağıdakı kimidir.




Yüklə 32,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin