Yazıçı publisist zaur "aldadilmiġ ƏR". Bakı, "Adiloğlu" nəĢriyyatı. 2010. 168 səh



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix04.05.2017
ölçüsü2,04 Kb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

A L D A D I L M I Ş   Ə R  
 
151 
Sağ  ol,  a  bajı,  yaxĢıyıx.  Saa  bir  Ģad  xəvərim  var. 
Sultan  gəler. Yox ağız, nə bir  dəfəlik?! Hələ  yazıx 
olmasın, balamın doqquz ay, iyirmi bir günü qaler. 
Nə  bilim  ağız,  otfuskadı,  nədi  ona  gəler..  Hə,  sağ 
ol, a, bajı. Aydın günün olsun! 
Elə bu  ərəfədə qapının zəngi  çalındı. ġərəfnisə 
bacısı Gülnisə ilə  xudafizləĢib, telefonun dəstəyini 
yerinə asıb, qapını açdı. Gələn Tanrıverdi  kiĢi idi. 
ġərəfnisə  sevindiyindən  kiĢinin  boynuna  elə  atıldı 
ki,  az  qaldı  boynu  qırılsın.  KiĢini  ağzını  açmağa 
qoymaraq,  Ģad  xəbəri  ona  çatdırdı.  Tanrıverdi  kiĢi 
bir  yandan  sevindisə  də,  o  biri  yandan  əsəbləĢdi. 
Arvadına  sakit  tərzdə:  -  Gəler,  gəlsin,  sözüm  yox, 
amma  sən  onu  çox  evə  ögrəĢdirmə.  Sonra  gəlif  - 
gedəjək,  qala  bilməyəjək.  Elə  mən  də  onun  üçün 
yaman  darıxmıĢam,  -  deyərək,  dəhlizdən  içəri  evə 
keçib,  stolda  əyləĢdi.  ġərəfnisə  sevinə  -  sevinə, 
həvəslə  ərinə  qulluq  etdi.  Bu  Tanrıverdi  kiĢinin 
xoĢuna  gəlirdi.  Zavallı  kiĢi    nə  etsin,  Sultan  əsgər 
gedəli arvadını heç belə görməmiĢdi. 
Həmən günü gecəni Tanrıverdi kiĢi bir az rahat 
yatdı.  Amma  ġərəfnisə  sevincindən  səhərə  kimi 
yata  bilmədi.  Oğlunun  gəliĢi  üçün  bəzi  biĢ  -  düĢ 
etdi  və  sonra  bütün  gecəni  səhərə  kimi  eyvanda 
dayanaraq, oğlunun yolunu gözlədi. 

Z A U R  
 
152 
Dan  yeri  təzə  -  təzə  qızarmağa  baĢlayırdı  ki, 
məhəllənin  önündə  bir  «Taksi»-  nin  dayandığını, 
Sultanın  maĢından  endiyini  görən  ġərəfnisə  tez, 
eyvandan içəri  qaçıb,  qıĢqıraraq:  - Sultan  gəldi!  A 
kiĢi,  oyan  dayna!..  -  deyərək,  Tanrıverdi  kiĢini 
yuxudan oyatdı. 
ġərəfnisə  oğlunu  görəcək,  elə  qucaqlayıb 
bağrına  basdı  ki,  yazıq  uĢaq  atası  ilə  də  görüĢə 
bilmədi. 
Həmən  günü  ġərəfnisə  oğluna  qulluq  edərək, 
onun  yanından  ayrılmadı.  Elə  bil  illər  boyu  bir-
birlərini görməyiblərmiĢ  kimi ana  - bala Ģirin-Ģirin  
söhbət  edib,  arada  da  qucaqlaĢıb,  öpüĢürdülər. 
Tanıverdi kiĢi onlara baxıb, oğluna: - Yekə kiĢisən 
ə...  Nə  yapıĢıfsan  ananan,  ana  uĢağımısan?  Artıq 
kiĢisən, özünü bir az ağır  tut! - deyirdi. 
Beləcə  bir  həftə  ötdü.  Bu  gün  axĢam  Sultan 
artıq  qulluq  etdiyi,  Hərbi  hissəyə  yola  düĢürdü.  O, 
atasına yaxınlaĢaraq, dedi: 
-  Dədə,  ma  əlli  manat  pul  ver.  Otuz  manatı 
qamandirə  verəjəyəm,  iyirmi  manatı  da  özümə 
xərjdik saxlayajam. 
- A, bala, bir söz  demirəm. Verim,  amma daha 
gəlmə. Nəyin qalıf ki, gözünü açıf-yumajaxsan, bir 
də gördün ki, qurtarıf, gəlmisən. 

A L D A D I L M I Ş   Ə R  
 
153 
Sultan  Hərbi  Hissəyə  yola  düĢdü.  Atasının 
verdiyi  tövsiyyəyə  baxmayaraq,  o  gündən  sonra  
azından  beĢ  dəfə  məzuniyyətə  gəldi.  Hər  gələndə 
də  kiĢinin  olanını  -  qalanını  da  alıb  apardı  ki, 
komandir istəyir. 
Tanrıverdi kiĢigilin evində əməlli - baĢlı Ģadya-
nalıq  idi.  Qonaq  otağının  o  baĢından,  bu  baĢına 
kimi  süfrə  açılmıĢdı.  Evdə  qonaq-qara  əlindən  yer 
yox idi. Bütün  qohumlar, qonĢular, tanıĢlar hamısı 
yığıĢaraq  ġərəfnisəyə  və  Tanrıverdi  kiĢiyə  yeganə 
oğulları  Sultanın  hərbi  xidmətini  baĢa  vurub,  
gələcəyi  münasibətilə  gözaydınlığı  verməyə  gəl-
miĢdilər.  ġərəfnisə  hələ  oğlunun  evə  gəlib,  çatma-
masına  baxmayaraq  məclisdə  qadınlarla  söhbət 
edirdi:  -  Balamın  bir  dəfəlik  canı  qurtatdı.  Mağıl 
yığıĢdı  evimizə-eĢiyimizə.  Bundan  sonra  mən  də 
rahat  nəfəs  ala  bilərəm,  -  deyərək,  sevinə  -  sevinə 
danıĢırdı. Bu sözləri eĢidən Tanrıverdi kiĢi üzünün 
ifadəsini dəyiĢərək, arvadına deyirdi: 
-  Ay  arvad,  birincisi,  hələ  gəlif    çıxmayıfdı. 
Ġkincisi isə hardan canı qurtardı? Hələ nə qədər ki, 
torfağlarımız düĢmən taftağı altındadır, nə qədər ki,  
o  torfağın  haqqın  verməyif,  onun  canı  hələ  qurtar-
mayıf.  Nə    vaxt  ki,  müharivə  olar,  o  da  gedif  tor-

Z A U R  
 
154 
fağların azadlığı uğrunda  döyüĢər, onda gəlif rahat 
evinə-eĢiyinə yığıĢar. Yoxsa bu gəliĢ müvvəqqətidi. 
Bu  narahatçılığa  səbəb  vardı.  Hamının  gözləri 
Sultan  gələcək  yollara  dikilmiĢdi.  Deyəsən,  ana 
hiss etməyə baĢlayırdı ki, oğlu gecikir. 
...  Sultan  isə  axrıncı  dəfə  məzuniyyətdən 
qayıdarkən, 
komondirlərin 
dediyi 
məbləği 
çatdırmadığına,  onların  tapĢırıqlarını    yerinə  yetirə 
bilmədiyinə  görə  tənbeh  olunub,  «quvbaxt»  -  da 
evə nə vaxt buraxılacağı barədə düĢünürdü. 
 Cəbhədə  açılan  atəĢ  səsləri  onu  diksindirir, 
ġərəfnisənin  gözü  yolda  qalmıĢdı.  Açılan  zəngin 
süfrədəki naz - nemətlərə də əl dəyməmiĢdi.  
 
Sentyabr  2001, 
Bakı şəhəri 
 
 
 
 
 
 
 
 
 
 

A L D A D I L M I Ş   Ə R  
 
155 
 
 
 
 
 
 
 
 
 
 

Z A U R  
 
156 
 
 
 
 
 
“ƏSGƏRLİK  
ANLARINDAN QEYDLƏR”  
SİLSİLƏSİ 
 
 
 
 
 
 
 
 
 
 
 

A L D A D I L M I Ş   Ə R  
 
157 
 
 
SOLMUŞ ÜMİDLƏR 
 
Mən evdən çıxıb, hərbiyə gələn  günü düĢünür-
düm  ki,  məni  ailəmdən,  sevgilimdən,  yaĢadığım 
mühitdən ayıran bir il altı ay heç bir Ģeyi dəyiĢmə-
yəcək.  Mənə  elə  gəlirdi  ki,  bu  vaxt  elə  gəlib  ke-
çəcək ki, sanki  yuxu yatıb, qalxmıĢam. Qayıtdıqda 
da  hər  Ģeyi  qoyub  getdiyim  kimi  də  görəcəyəm. 
Yenə də qəsəbənin qurtaracağında təzə inĢa olunan 
məktəbin yanındakı bir mərtəbəli, xudmani evimiz, 
evdəki  insanlar...  Təkcə  mənə  elə  gəlirdi  ki, 
qayıdanda  əlimlə  evdəki  iĢ  otağımın  pəncərəsinin 
qarĢısına  basdırdığım  qızılgül  çubuğunu  dəyiĢik  – 
böyümüĢ, qol – budaq atmıĢ, ĢaxələnmiĢ, güllərinin 
ətri  adamı  bihuĢ  edəcək  görəcəyəm.  Sevgilimə 
qaldıqda  isə  onu  da  necə  qoyub,  getmiĢdimsə  də, 
elə  bir  az  da  gözlərində  həsrət  görəcəyəm.  Məni 
görəndə gülümsəyəcək. Sonra... 
ġad  xəbəri  mənə  ən  yaxın  əsgər  yoldaĢım 
Əlimərdanov  verdi:  -  Mehdizadə,  əmrimiz  çıxdı,  - 
Həmin  gündən  sonra  hərbidəki  son  günlərimi 
sayırdım.  Nəhayət  illərə  bərabər  olan  günlər  gəlib 
yetiĢdi. Təxris  olub,  hərbi  biletimi  alıb, hamı kimi 

Z A U R  
 
158 
dərhal  evə  tələsmədim.  Baxmayaraq  ki,  qəlbimdə 
bir  il  altı  aylıq  həsrət  vardı.  Artıq  bura  da  mənə 
doğma,  əziz  yer  idi.  Hərbidən  ayrılmağın  özü  də 
asan  ola  bilməzdi.  Neçə  vaxtdan  bəri  evə  getmək, 
sevdiyimi görmək həsrətilə alıĢan ürəyim elə bil ki, 
indi  alıĢıb,  yanıb,  sönmüĢdü.  Ġçimdəki  közərti  ta-
mam baĢqa hisslər oyatmıĢdı məndə. Sanki hərbidə 
olduğum  müddətdə  daima  mənimlə  olan,  hər 
zaman öz – özümlə tək qalanda mənə təsəlli verən, 
bu günə qədər ayaqda durmamın yeganə səbəbkarı 
naməlum  insan  səsi  indi  mənə  bəd  xəbərlər  verir, 
hər  zaman  məni  sakitləĢdirən,  indi  içimdən  məni 
didib, parçalayırdı. Amma nədənsə, bu bəd xəbərin 
nə ilə bağlı olduğunu açıqlamırdı. Elə bil, buradan 
çıxmağıma  mane  olurdu.  Lakin  daha  burada 
qalmam  mümkünsüzdü.  QarĢıda  məni  nələrin 
gözləyəcəyindən asılı olmadan, getməliydim... 
Xidmət  etdiyim  tabora  daxil  olduqda,  tabor 
komandiri  mayor  Ġsmayılov  ElĢən  günorta  yerbə-
yerini  keçirir,  sıranın  qarĢısında  dayanıb,  nəyəsə 
əsəbi halda danıĢır, əllərini belinin üzərində çarpaz-
layaraq,  sıranın  önündə  sağa  –  sola  hərəkət  edirdi. 
Mən  onun  əsəbi  olduğunu  görüb,  geri  dönmək 
istəyirdim  ki,  mayor  Ġsmayılov:  -  Bu  qədər, 
hamınız  Ģəxsiyyətin  üstünə!  Güman  edirəm  ki, 

A L D A D I L M I Ş   Ə R  
 
159 
dediklərimdən bir nəticə çıxaracaqsınız. Azadsınız! 
-    Qərargah  rəisi  mayor  Sadıqov  Eldəniz  tabor 
komandiri fikirlərini tamamlayan kimi Ģəxsi heyətə 
“Farağat!”  komandası  verdi.  Mayor  Ġsmayılov  ye-
nidən geriyə dönərək əsəbi halda, dodağının altında 
“Azad...” komandası verib, dönüb Qərargaha doğru 
getmək istəyirdi ki, ayaq saxlayıb, sağ əlini sıranın 
arxasına  uzadaraq:  -  Mehdizadəyə  deyin,  yanıma 
gəlsin, – deyib, ağır,  yeyin addımlarla taborun sıra 
meydanından  Qərargaha  doğru  çıxan  beĢ  pilləli 
daĢdan  olan  pilləkənləri  qalxıb,  Qərargaha  çatana 
qədər  yolda  bölüklərin  qarĢısında  dayanan  bölük 
növbətçilərinə tapĢırıqlarını verirdi. 
Mayor  Ġsmayılov  ElĢən  bizim  tabor  komandir-
liyinə  yeni  təyin  olunmuĢdu.  Yadımdadır,  ondan 
öncəki  tabor  komandirimiz  mayor  Mövlanov 
Nizami  gedəndə,  hamımızın  ürəyinə  vəl  –  vələ 
düĢmüĢdü ki, görən, yeni komandirimiz necə insan 
olacaq?! Zabitləri tabor komandirinin tələbkar olub 
– olmaması, biz əsgərləri isə bizimlə münasibətinin 
necə  olacağı  çox  narahat  edirdi.  Mayor  Mövlanov 
tələbkar və bir az da kobud olmasına baxmayaraq, 
artıq üz – gözümüz ona öyrənmiĢdi. Nəhayət, yeni 
tabor komandirimiz orta boylu, idmançı qamətli, üz 
– gözündən zəhrimar yağan mayor Ġsmayılov gəlib 

Z A U R  
 
160 
çıxdı. Vaxt ötdükcə, bizimlə doğma qardaĢ münasi-
bətində  olmasını  gördükdə,  bütün  qorxu  –  hür-
kümüz  yox olub  getdi. Sən demə, düz  deyiblərmiĢ 
ki,  “zahirinə  yox,  daxilinə  baxıb,  qiymətini  ver”. 
Dəfələrlə,  əsgərləri  düzüb,  tabor  komandiri  kimi 
yox,  bir  böyük  qardaĢ  kimi  nəsihətlər  verməsi, 
problemlərimizlə  maraqlanması,  bizdə  ona  qarĢı 
böyük  inam  və  güvən  yaratmıĢdı.  DüĢünürdük  ki, 
bir  Ģey  olsa,  mayor  Ġsmayılov  var,  o  bizim 
arxamızda dayanacaq. 
Hərbinin  belə  bir  qanunu  da  var  ki,  əgər  bir  – 
birilə  yüngülcə,  savaĢsa  və  ya  dalaĢsa,  gərək 
komandir  dərhal  bu  barədə  Yuxarı  komandanlığa 
raportla  müraciət  etsin.  Amma  mən  bir  dəfə 
görmədim  ki,  mayor  Ġsmayılov  hansısa  əsgər 
haqqında  raport  yazıb,  həmin  əsgərin  valideyn-
lərinin  gözünü  yaĢlı  qoysun.  O,  taborda  elə  Ģərait 
yaratmıĢdı ki, bizim taborda hamı bir – birinə (istər 
zabit - gizir, istərsə də əsgər heyəti) doğma qardaĢı 
kimi yanaĢırdı. Mən xidmətim müddətində bir neçə 
taborlarda olsam da, bu cür münasibəti məhz mayor 
Ġsmayılovun  rəhbərlik  etdiyi  taborda  gördüm.  O, 
hərbidə gün sayan əsgərlərdə (əsgərlərin hamısında 
bu  bir  ənənə  halını  alıb)  elə  böyük  milli  – 
vətənpərvərlik  ruhu  oyadırdı  ki,  ömürnün  sonuna 

A L D A D I L M I Ş   Ə R  
 
161 
qədər burada qalıb, vətənə xidmət etmək istəyirdin. 
Bəlkə, bu gün mənim də təxris olub, buradan ayrıla 
bilməməyim,  bura  –  vətənə  xidmətdən  doymama-
ğımın  elə  məhz  ən  böyük  səbəbkarı  mayor 
Ġsmayılovdur. 
KeçmiĢi xatırlarkən, rabitə tağım komandiri baĢ 
leytenant  Əliyev  RövĢənin  səsi  məni  xəyallardan 
ayırdı: 
-  Mehdizadə,  kambat  bayaqdan  səni  gözləyir 
e... 
- Hə,bilirəm komandir, bu dəqiqə gedirəm. 
BaĢ  leytenant  Əliyev RövĢən də  gözəl  insandı. 
Zavallının adamı yoxdur deyənə, beĢ ildir ki, tağım 
komandiri vəzifəsindən yuxarı qalxa bilmir. 
Mən  Qəraraha  tərəf  yön  alıb,  ovunmuĢ,  üzə-
rində Qarabağ müharibəsindən  yadigar qalan  güllə 
izləri    pilləkənlərlə  yuxarı  çıxıb,  Qərargaha  daxil 
oldum.  Bu  balaca  dəhlizdə,  üç  qapı  vardı.  Brinci 
qapı  tabor  komandirinin,  ikinci  Minaatan  batareya 
komandiri  baĢ  leytenant  Eminov  Ramizin,  üçüncü 
isə qərargah rəisi mayor Sadıqov Eldənizin otağının 
qapısı idi. Mən indi hörmət nümunəsi olaraq, məni 
tabor  komandirinin  çağırtdırmasına  baxmayaraq, 
hamısı  ilə  ayrı  ayrılıqda  görüĢməliydim.  Ġlk  döy-
düyüm qapı tabor komandirinin qapısı oldu: 

Z A U R  
 
162 
-  YoldaĢ  mayor,  əsgər  Mehdizadə  əmrinizlə 
gəlmiĢdir! 
Mayor Ġsmayılov dodaq  altı gülümsəyərək, sağ 
əlini məhz çəkirmiĢ kimi daz baĢına çəkərək: - Sən 
artıq təxris olmusan  və mənim  tabeçiliyimdən çıx-
mısan,  məruzə  etməyin  lazım  deyil,  -  deyib, 
oturmaq  üçün  mənə  yer  göstərdi:  -  Tural,  –  o,  ilk 
dəfə  idi  ki,  mənim  adımı  çəkirdi,  -  mən  bu  az 
müddət  ərzində  səni  qanacaqlı,  qabiliyyətli  bir 
əsgər  kimi  tanıdım.  Qabiliyyətinlə  yanaĢı  həm  də 
gözəl  təĢkilatçı  olduğunun  Ģahidi  oldum.  Mən  bu 
gün  təəssüf  hissi  keçirirəm  ki,  sənin  kimi 
əsgərimizin  birini  də  itirdik.  Amma  təəssüflə 
yanaĢı,  həm  də  sevinirəm  ki,  Azərbaycanımızın 
sənin  kimi  oğulları  var  ki,  harda  olmağından  asılı 
olmayaraq,  millətimizin,  dövlətimizin  maraqlarına 
qulluq edəcəksən... 
Elə  bu  yerdə  onun  stolunun  üstündəki  xidməti 
telefonunun  ətürpədici  səsi  otağı  bürüdü.  Onun 
dəstəyi  götürərək,  ayağa  qalxıb:  -  YoldaĢ 
polkovnik,  gün  ərzində  taborda  heç  bir  hadisə  baĢ 
verməmiĢdir  tabor  komandiri  mayor  Ġsmayılov! 
Hər  vaxtınız  xeyir,  yoldaĢ  polkovnik!  –  deyib, 
əlavə etdi: - Oldu, baĢ üstə,bu dəqiqə gəlirəm. 

A L D A D I L M I Ş   Ə R  
 
163 
Mən  bildim  ki,  bu  zəng  edən  polkovnik  – 
leytenant  Zaur  Məmmədovdur.  Mayor  Ġsmayılov 
dəstəyi  yerinə  qoyub,  sağ  əlini  mənə  uzadaraq:  - 
Tural,  sənə  bundan  sonrakı  həyatında  uğurlar  arzu 
edirəm, – deyib,mənimlə birgə çölə çıxdı və tələsik 
də  hərbi  hissənin  qərargahına  tərəf  yön  aldı.  Mən 
isə  yenidən  qərargaha  döndüm.  Çünki  üzərimdə 
böyük  haqqı  olan  qərargah  rəisi  mayor  Sadıqovla 
görüĢməmiĢdim. Mən o, insanı unuda bilmərəm. O, 
bütün  əsgərlərə  doğma  balası  kimi  baxırdı.  Elə 
anlarımız  olub  ki,  bayramlarda  qurbanlıq  qoyun 
alıb,  kəsdirib,  evində  iri  bir  qazanla  biĢirtdirib, 
gətirib  ki,  mənim  əsgərlərimin  gözü  yolda  qalma-
sın.  Hər  dəfə  də  bölüklərdə  əsgərlərlə  maraqlan-
mağa gedərkən də heç nə gətirməsə də bir bağlama 
konfet  gətirib,  hamımıza  paylayırdı.  Biz  heç  zənn 
etmirdik ki, o, bizim bir baĢa rəisimizdir. Elə mühit 
yaradırdı  ki,  elə  bilirdik  ki,  burada  bizim  atamız 
mayor Sadıqovdur. 
Otağına daxil oldum, həmiĢəki kimi fikrə gedib 
barmaqları ilə qara, dən düĢmüĢ  (otuz, otuz iki yaĢı 
olar  və  ya  olmaz  bu  komandiri  hərbi  vaxtından 
əvvəl  qocaltmıĢdı)  bığlarını  oxĢayırdı.  Məni 
görcək,  yenə  də  soyadımın  qısaldılmıĢ  forması  ilə 

Z A U R  
 
164 
müraciət edərək: - Ooo... Maliko,sən hələ burdasan, 
niyə getməmisən, camaat hamısı çıxdı getdi... 
-  YoldaĢ  mayor,sizinlə  görüĢməmiĢ  getsəydim, 
özümü günahkar bilərdim. Üstümüzdə çox haqqınız 
var. 
- YaxĢı, keçmə yenə Ģairliyinə, - deyərək bir az 
zarafat  etdi.  Biz  onunla  olub  –  keçənlərdən  söhbət 
edib,  sonda  əl  uzadıb,  mənimlə  səmimiyyətlə 
görüĢüb, əlini cibinə salıb, bir qədər, pul çıxarıb: - 
Yol  gedirsən,  birdən  yol  pulun  –  filan  olmaz:  -  
deyib, pulu mənə sarı uzatdı. Mən qəti surətdə onun 
əlini  geri  qaytararaq,  səmimiyyətlə  görüĢüb,  hərbi 
salam  verib,  otaqdan  çıxdım.  O,  da  mənimlə  birgə 
dəhlizə  çıxıb,  məni  yola  saldı.  Mənim  isə  hələ 
burada görüĢəcəyim çox adamlar var idi.  
Mən hərbiyə  ilk  gəldiyim  günlərdə buranı  belə 
təssəvür edə bilməzdim. Mənə elə gəlirdi ki, zabit-
lər qəddar, daĢ ürəkli bir insanlardı. Sonradan ma-
yor  Ġsmayılov,  mayor  Sadıqov,  kapitan  Eyvazov, 
kapitan  Xəlilov  kimi  zabitlərin  timsalında  onların 
da həlim ürəkli bir insan olduqlarının Ģahidi oldum. 
Hətta sonradan mənə  elə  gəlirdi ki,  zabitlər həyat-
larını vətən uğrunda fəda edən fədailərdi. Çünki hər 
insanda  vətənə  qarĢı  bu  qədər  məhəbbət  ola  bilər, 
lakin  ömrünü,  gəcliyini,  həyatını  vətən  uğrunda 

A L D A D I L M I Ş   Ə R  
 
165 
xidmətə sərf edən  yalnız  və  yalnız zabitlərdi. Am-
ma nə yazıq ki, onların da bəzilərinə vaxtında qiy-
mət  verilmir.  Bütün  bunlara  baxmayaraq  bu  kimi 
hallar  onların  vətənə  xidmətinə  mənfi  təsir  etmir. 
Bəzən qəlblərinin dərinliyində üzlərində əks olunan 
ümidləri sınsa da, vətənə olan səvgiləri ölmür, gün 
– gündən daha da artırdı. Necə ki, bir neçə dəfə ma-
yor Sadıqov zabitlərlə danıĢarkən eĢidirdim: - Məni 
nə  rütbəmin,  nə  vəzifəmin  artmağı  yox,  düzgün, 
vicdanla  qulluq  etməyim  maraqlandırır,  sabah  tə-
qaüdə çıxarkən övladlarımın üzünə dik baxa bilim. 
Beləcə  taborumuzun  yaxınlığında  köhnə,  gül-
lələrlə  dərmə  -  deĢik  edilimiĢ,  lakin  bu  gün  əsgər 
mağazası olan vaqona getdim. Dərs saatından sonra 
bura  əsgərlərlə  dolu  olurdu.  Valideyn  görüĢləri  də 
burda olduğundan boĢ saatı olmurdu. 
UĢaqlar  hərbi  biletimi  əlimdə  görcək,  sevinc 
hissi  ilə  mənimlə  qucaqlaĢıb  öpüĢürdülər.  Mən  də 
buranın adətlərinə əməl edərək sağ əlimlə hərbi bi-
letimi  hələ  məndən  sonra  xidmət  edəcək  yol-
daĢlarımın baĢına çəkirdim ki, onlar da mənim kimi 
sağ  salamat  çıxıb,  evlərinə  getmək  nəsib  olsun. 
Sonda  xidmətim  müddətimdən  az  sonra  mənimlə 
birgə  olan,  gerçəkdən  də  dostum  Əbdürrəhmanov 
Elçinin məni qucaqlayıb, ağlaması elə bil bayaqdan 

Z A U R  
 
166 
içimdəki  səsi  yenuidən  dilləndirdi.  Onun  səsini 
eĢitməsəm də hiss edirdim ki, mənə nəsə yaxĢı söz 
demir, yenə də içimi didib – parçalayırdı. 
-  Tural,  mən  bundan  sonra  dərdimi  burada 
kiminlə  bölüĢəcəyəm  –  Elçinin  göz  yaĢları  ilə 
dediyi bu sözlər məni də kövrəltdi. 
-  Darıxma  qardaĢım,  az  qalıb,inĢallah  tezliklə 
sənində  vaxtın  bitər,  qayıdarsan  valideynlərinin 
üstünə, - deyib, tez də oradan uzaqlaĢdım ki, zavallı 
uĢağı bir az da kövrəltməyim. Onsuzda ürəyi yaralı 
uĢaqdır.  Hərbiyə  geldiyindən  üç  ay  sonra  atası 
maĢın qəzasına düĢüb, həlak olmuĢ, anası ilə balaca 
bacısı tək qalmıĢdılar. 
Son  dəfə  geriyə  dönüb  taborumuza,  çılpaq 
dağlara  və  həmin  dağların  arxasında  dayanan, 
hazırda isə erməni iĢğalında olan baĢı qarlı dağlara 
həsrətlə  baxıb:  -  Tanrım,  o  dağların  azadlığı 
uğrunda  olan  döyüĢlərdə  mənim  də  iĢtirakımın 
olmasını  nəsib  etsin,  -  deyib,  qarĢıda  dayanan 
taksiyə yaxınlaĢıb, qapını açıb əyləĢdim. 
 
*** 
 
Yol  boyu  içimdəki  naməlum  səs  mənim  evə 
gəlib,  çıxmağıma  mane  olsa  da,  qəsəbəmizə  çatıb, 

A L D A D I L M I Ş   Ə R  
 
167 
dayanacaqda  maĢından  düĢəndən  sonra  əhvalım 
tamam dəyiĢdi. Heç elə bil, bayaqdan ürəyi sıxılan, 
özünə  yer  tapa  bilməyən  Tural  mən  deyildim. 
Evimizə  gedən  yolda  daima məktəblilərin olmasına 
baxmayaraq  bu  gün  yol  da  boĢ  idi.  Yəqin  ki,  dərs 
vaxtı  qurtarmıĢdı.  Amma  bir  az  irəlidə  sevgililərin 
dalaĢmasını  gördüm.  Onlar  məni  görcək,  səslərini 
kəssələr  də,  oğlanın  qıza  göz  yaĢı  ilə:  -Sənin  bu 
xəyanətini  səndə  qoymayacağam,  –  deyib,  qaçaraq 
uzaqlaĢmasını  gördüm.  Qız  çox  sakit,  keyfi  saz 
halda  göz  –  qaĢını  süzdürərək,  mənim  yanımdan 
ötüb  keçdi.  Ürəyimdən  yaxınlaĢıb,  məsələni  soruĢ-
maq keçsə də, düĢündüm ki, nəsə ağır bir söz deyər, 
pərt  olaram.  Odur  ki,  evimizin  talvarına  tərəf 
sevincək boylanaraq, irəliləyirdim. Sanki ayaqlarıma 
da qüvvət gəlmiĢdi ki, evə tez yetiĢim. Atam həmiĢə 
bu  vaxtlar  talvarın  altında  oturub,  çay  içər,  siqaret 
çəkərdi,  amma  indi  görünmürdü.  Darvazamızın 
qapısını açıb içəri girdikdə, hər zaman səs – küylü, 
Ģən  görünən  həyətimizdə  sanki  ölü  bir  sükut  vardı. 
Bu  sükut  məni  çox  qorxutdu.  Anamın  gəliĢimdən 
xəbəri olmadığından içəridən səsi eĢidildi: 
- Kimdi, gələn?! 
Mən cavab vermədim. Elə iĢ otağımın pəncərə-
sinin  yanından  keçib,  qapıya  yaxınlaĢmaq  istəyir-

Z A U R  
 
168 
dim  ki,  gözüm  əsgər  getməmiĢdən  öncə  basdır-
dığım qızılgül çubuğunu gəzdi. Ətrafdakı kollar gül 
açmıĢ,  iyi  uzaqdan  adamı  valeh  edirdi.  Amma 
nədənsə  mənim  basdırdığım  çubuq  elə  bil  bir  az 
böyüyüb  ĢaxələnmiĢ,  lakin  qurumuĢdu.  Üzərində 
sapsarı  saralıb,  büzüĢmüĢ  bir  qızılgül  vardı.  Elə 
zənn  edirdim  ki,  mən  qayıdanda  bu  gül  Ģaxələnib, 
böyüyəcək,  üzərində  saysız  gözəl  qızılgüllər  bitə-
cəkdi. Mən də ilk gəldiyim gün həmin ağacın gül-
lərindən qırıb, əsgərlikdən sonraki ilk görüĢümüzdə 
Nalana verəcəm. Demək, arzum ürəyimdə qaldı... 
Talvara  daxil  olub  qapıya  yaxınlaĢaraq,  gözüm 
atamın  burda  özü  üçün  taxtadan  düzəltdiyi 
oturacağı və masanı gəzdi. Heç biri yerində yoxdu.  
-  Ay  Allah,  balam  gəldi,  -  deyərək  anam 
ağlayaraq,  üzərimə  gəlib,  məni  qucaqlayıb,  elə 
qapının ağzındaca, hönkürməyə baĢladı. 
Anamın  ağlamağına  dayana  bilməyib,  mənim 
də  gözlərim  doldu.  Onun  boynunu  qucaqlayıb, 
təskinlik verdim: 
- Nəyə ağlayırsan, ay arvad, budur gəldim də... 
- Eh... ay bala, sən evdən çıxanda atan Quranın 
altından  səni  keçirib,  niyyət  etdi  ki,  gələndə  də 
balamı  özüm  elə  bu  Quranın  altından  keçirim. 

A L D A D I L M I Ş   Ə R  
 
169 
Yetim  Tofiqə  qismət  olmadı,  balasının  üzünü 
görmək. Öləndə də gözləri açıq getdi. 
Anamın  sözlərindən  ayaqlarım  yerə  yapıĢdı. 
Anam nə danıĢırdı, məgər atam rəhmətə getmiĢdi?! 
Anam  mənim  halımın  pisləĢdiyini  görüb,  sakit-
ləĢib,  üzümdən  –  gözümdən  öpüb,  məni  içəri  çəkdi. 
Qonaq  otağıda  xalçanın  üzərindən  atamın  böyüdül-
müĢ çərçivəsində qara lent olan Ģəklini gördükdə, hər 
Ģey  aydın  oldu.  Anamsa  danıĢırdı...  Sən  demə  atam 
artıq  altı  aymıĢ  ki,  ağ  ciyərin  xərçənginə  tutulub, 
yataqda yatırmıĢ. Mənə də xəbər etməyə qoymurmuĢ 
ki,  narahat  olaram.  Öləndə  də  vəsiyyət  edib  ki, 
balama  xəbər  verib,  onu  orda  narahat  etməyin, 
xidmətinə mane olmayın. Anama da qohumlar məslə-
hət biliblər ki, onsuz da Turalın gəlməyinə bir ay ya-
rımı qalır. Deyib, uĢağın ürəyin qırma. Gələr, yavaĢ – 
yavaĢ baĢa salarıq. Amma bu xəbəri gələn kimi eĢit-
məyim, bütün həyatımı söndürüb, qaranlıqlaĢdırdı. 
-  Bala,  -  deyə,  anam  yenə  də  hıçqırdı:  -  Qara 
torpaqlığ anan bu gün səni bəd xəbərlərlə qarĢıladı. 
BağıĢla bala, anan ölsün. Qoruya bilmədim, niĢan-
lın  da  atandan  sonra  üzüyü  gətirib  qaytardı.  Birdə 
xəbər tutdum ki, imkanlı bir oğlana ərə gedib... 
 
31 İyul 2010, 
Bakı şəhəri 
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə