Yazıçı publisist zaur "aldadilmiġ ƏR". Bakı, "Adiloğlu" nəĢriyyatı. 2010. 168 səh



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix04.05.2017
ölçüsü2,04 Kb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

Z A U R  
 
64 
məxsus  bir  qoxusu  da  varıydı.  Dərmanların  bir  – 
birinə  hopmuĢ  iyləri  dəhliz  boyu  ətrafa  yayılırdı. 
Qapıdan  içəri  girən  kimi  həmin  qoxu  burnundan 
dolub, ciyərlərinə sovrulurdu. Elə bu üzdən də bura 
gələn  böyüklərin  əksəriyyəti  özləri  ilə  uĢaq 
gətirməzdilər. Nədənsə, hamı burdan qorxurdu. 
Ġndi Həmidə xanım da həkimin otağından çıxıb, 
ölüm qoxusu verən divara söykənmiĢdi. Həkimin: - 
“Xanım,  biz  əlimizdən  gələni  əsirgəmədik.  Nə 
yazıq  ki,  baĢqa  əlimizdən  bir  Ģey  gəlmir.  Xəstəniz 
son  aylarını,  bəlkə  də  son  günlərini  yaĢayır.  Odur 
ki, 
evə 
götürməyiniz 
məsləhətdir. 
Burda 
qalamağının mənası yoxdur, -  Sözləri qulaqlarında 
əks  –  səda  verir,  göz  yaĢlarının  qarĢısını  ala 
bilmirdi.  O,  ərinin  onu  belə  görməsini  isəmirdi. 
Odur  ki,  dəhlizdə  ürəyini  boĢaldandan  sonra  otağa 
daxil  oldu.  O,  əli  ilə  göz  yaĢlarını  silsə  də,  göz 
yaĢlarının  üzündə  açdığı  cığır  onun  yanaqlarında 
aydınca sezilirdi.  Bunu görən oğlu Təhməz anasına 
yaxınlaĢdı: - Ana, nə olub, ağlamısan?! – Dedi. 
Həmidə  xanım,  Mahmud  bir  Ģey  hiss  etməsin 
deyə, gülümsədi: 
- Nə ağlamağı, gözümdəki karandaĢdır, yayılıb, 
sən elə bilirsən ağlamıĢam? 

A L D A D I L M I Ş   Ə R  
 
65 
Həmidə  xanım  bu  sözləri  oğluna  deyərkən, 
gözü  ilə  iĢarə  etdi  ki,  daha  bu  barədə  artıq  sual 
verməsin.  Daha  sonra  o,  çapayıda  oturaraq,  baĢını 
yerə  dikmiĢ,  hər  zaman  qürurlu,  nə  olursa  olsun, 
dik  dayanan,  lakin  indi  görkəmindən  məzlumluq, 
fağırlıq sezilən həyat yoldaĢı Mahmuda yaxınlaĢdı: 
-  Mahmud,  doktor  deyir  ki,  sənin  bir  Ģeyin 
yoxdu.  Sadəcə,  beyin  təzyiqin  qalxdığına  görə, 
baĢında kiçicik problemin yaranıb. Allaha Ģükürlər 
olsun  ki,  səni  bizə  çox  görmədi.  Artıq  bu  gündən 
evə  çıxırsan.  HazırlaĢ,  gedirik.  Həkim  burda 
qalmağın mənasız olduğunu deyir. 
Mahmud,  bir  aya  yaxındı  ki,  bu  özəl 
xəstəxanadaydı. Bura ilk gəldiyi gündən həkimlərin 
onu  müayinə  edəndən  sonra  kənara  çəkilib, 
pıçıldaĢmaları  Mahmudu  çox  qorxutmuĢdu.  Bu 
günə  kimi  Allahın,  dinin,  müsəlmançılığın  və 
ölümün nə olduğunu belə bilməyən Mahmud gəlib 
buraları  gördükdən  sonra  bütün  bunların  fərqinə 
vararaq,  insanın  həyatda  müvəqqəti  olduğunu 
anlamıĢdı.  Sadəcə  o,  Tanrıya  yalvararaq,  xeyirli 
iĢlər görüb, bu günə qədər olan günahlarını yuyub, 
Allah dərgahına pak getsin deyə, möhlət istəmiĢdi. 
Məhz  bu  üzdən  də  xəstəxanda  olduğu  üçüncü 
gündə  kiçik  oğlu  Ġlqardan  Azərbaycan  dilinə 

Z A U R  
 
66 
tərcümə olunan “Qurani- Kərim” və namaz öyrədən 
kitab  istəmiĢdi.  Atasının  bu  istəyinə  təəccüblənən 
oğul,  ona  bir  sual  vermədən  dərhal  gedib,  dedik-
lərini  alıb,  gətirmiĢdi.  Mahmud  burdakı  günlərini 
“Qurani  –  Kərim”i  oxumaq,  namazı  öyrənməklə 
keçirmiĢdi.  O,  gecələri  yatmır,  səhərə  qədər 
“Qurani – Kərim” oxuyur, gözlərindən süzülən ya-
Ģa  əhəmiyyət  vermirdi.  Bu  günə  qədər  iĢlədiyi 
günahlara  görə  Allah  qarĢısında  tövbə  etmiĢ, 
burdan  qurtulub,  evə  dönəndən  sonra  namaz  da 
qılacağına söz vermiĢdi. Onun yanında qulluq üçün 
qalan  yoldaĢı Həmidə xanım  da Mahmuda məəttəl 
qalmıĢdı.  Lakin  o,  xəstə  olduğundan  bir  kəlmə  də 
olsun,  söz  demirdi.  Həmidə  xanımın  təəccübünün 
səbəbi  o  idi  ki,  onlar  ailə  qurduqları  ərəfədə 
Həmidə  xanım  namaz  qılır,  Allaha  ibadət  edirdi. 
Gözünü  açandan  ailəsində  nənə  -  babasını,  ata  – 
anasını  belə  görmüĢdü.  Lakin  Mahmuda  ərə 
gələndən  Allaha  olan  ibadətlərini  namazla  yox, 
gecələr  yerində  yatarkən,  gizli  –  gizli  yalvarmaqla 
davam  edirdi.  Çünki  Mahmud  onunla  ailə  quran 
günün  səhərsi:  -  Siz  cahil  insanlarsınız.  Gör-
mədiyiniz, boĢ – boĢ Ģeylərə inanırsınız. Nə varsa, 
hamısı bu dünyadadır, nə o dünya, nə də ki, Allah – 
filan  yoxdu.  Hamısı  pulun  əlindədir,  –  deyərək, 

A L D A D I L M I Ş   Ə R  
 
67 
onun namaz qılmasını yasaqlamıĢdı. Amma o, indi 
özü də həmin fikirlərinin yanlıĢ olduğunu, həyatda 
can  sağlığını  heç  bir  vəchlə  əldə  etməyin 
mümkünsüz  olduğunu    anlamıĢdı.  Hətta  bir  gün  o 
zamanlar  Həmidə  xanıma  qarĢı  haqsızlıq  edərək, 
böyük günaha batdığını, həyat yoldaĢına etiraf etdi. 
Ġlk dəfə ondan üzür  də istədi.  
Həmidə  xanımın  onun  xəstəliyi  ilə  bağlı  “xoĢ 
xəbər” verməsi onu sevindirmədi. Çünki o, həyatın 
müvəqqəti  olduğunu  artıq  bilirdi.  Ona  sadəcə 
azacıq  ömür  günahlarını  yumaq,  haqq  yoluna 
qayıtmaq üçün lazım idi. 
Onlar hazırlaĢıb, xəstəxananı tərk etdilər. 
 
*** 
 
Mahmudun  evdə  olmasından  üç  gün  ötmüĢdü. 
Həmidə  xanım  Mahmudun  beynində  xərçəng 
olduğunu, ömrünün son günlərini yaĢadığı xəbərini 
saxlaya bilməmiĢ, bütün qohum – qonĢuya demiĢdi. 
O,  sanki  bu  pis  xəbəri  baĢqalarına  deməklə 
yüngülləĢir,  dərdin  bölməyə  adam  axtarırdı.  Hər 
gün  evlərinə  qohum  –  qardaĢ  axını  var  idi. 
Mahmud  elə  zənn  edirdi  ki,  xəstəxanadan  yenicə 
çıxdığına  görə  hamı  ona  baĢ  çəkməyə,  “həmiĢə 

Z A U R  
 
68 
ayaq  üstə!..”  -  deməyə  gəlir.  Əslində  isə  Mahmud 
özü  də  bilmədən  hamı  onunla  vidalaĢmaq,  halal-
laĢmaq üçün bu evə baĢ çəkirdi. 
Həmidə  xanım  hər  gün  vaxtlı  –  vaxtında  onun 
dəva – dərmanına nəzarət edirdi ki, ağrıları Ģiddət-
lənməsin. Bu üzdən də Mahmud xəstəliyinin ciddi, 
müalicəsi olmayan bir mərəz olduğundan xəbərsiz-
di.  Amma  buna  baxmayaraq,  evdə  hamının  ona 
qarĢı olan qeyri – adi davranıĢlarını, baxıĢlarını gö-
rüb, Ģübhələnsə də, Ģübhələri özündən qovmağa ça-
lıĢır: - Yəqin namaz qılır, ibadət edirəm deyənə, ha-
mı  mənə  məəttəl  qalıb,  –  deyərək,  əvvəlki  gün-
lərindən də daha çox Yaradanına Ģükürlər edirdi. 
Beləcə,  Mahmud  gün  –  gündən  özünü  daha 
rahat,  ağrısız  hiss  edirdi.  Gündə  beĢ  vaxt  namaz 
qılıb,  cümə  günləri  isə  camaat  namazına  gedərək, 
ibadət  etməklə  kifayətlənməyib,  Ģəxsi  dükan-
larından  gələn  gəlirin  də  çox  hissəsini  kasıblara 
paylayır, hamıya yaxĢılıq etməyə çalıĢırdı. Bu günə 
qədər  bir  nəfərin  əlindən  tutmayan  Mahmud 
ətrafındakı  insanları  da  çox  təəccübləndirmiĢdi. 
Amma buna baxmayaraq, hamı ürəkdən ona dualar 
edir, Allahdan bağıĢlanmasını istəyirdilər.  
 
*** 

A L D A D I L M I Ş   Ə R  
 
69 
 
Yenə  də  həmin  məkandaydılar.  Adamla  dolu, 
can bazarı olan xəstəxanada... 
Həmidə  xanım  ürəyindəki  təlaĢla,  həkimin 
müayinə  kağızlarını  oxuyub,  danıĢmasını  göz-
ləyirdi.  Sanki  bu  bir  neçə  dəqiqə  onun  üçün  illər 
idi. Nəhayət ki, həkim dilləndi: 
-  Bu  ola  bilməz!  GörünməmiĢ  hadisədir.  Ġki 
aparatın  ikisi  də  tər  –  təmiz  rəy  verib.  O  boyda 
ĢiĢdən  əsər  -  əlamət  qalmayıb.  Elə  bil,  əməliyyat 
olunub,  ĢiĢi  yerli    -  dibli  kəsib,  götürüblər.  Mən 
iyirmi  illik  peĢə  fəaliyyətimdə  ilk  dəfədir  ki,  belə 
bir möcüzə ilə qarĢılaĢıram. 
Həmidə  xanım  həkimin  inanılmaz  sözlərini 
dinlədikcə, göz yaĢlarına hakim kəsilə bilmirdi. O, 
sakitcə: 
-  Əkbər  doktor,  doğrumu  deyirsiniz?  Axı  bu 
necə ola bilər? Düz, ay yarım bundan qabaq, elə bu 
otaqda  siz  hər  Ģeyin  gec  olduğunu  mənə  deyib, 
xəstəni  evə  aparmağı,  barı,  son  günlərini  evdə 
keçirməyi  bildirmiĢdiniz.  Bəlkə  yazdığın  iynə  - 
dərmanların təsirindəndir, hə?.. – Deyərək, həkimin 
gözlərinə baxdı. 
- Həmidə  xanım,  mənim  özüm  üçün də bu çox 
təəccüblüdür. Həqiqətən də Mahmudun baĢında heç 

Z A U R  
 
70 
bir ĢiĢ – filan yoxdu, heç elə bil, olmayıb da. Ġynə - 
dərmana gəldikdə isə o zibil elə xəstəlikdir ki, onun 
nə müalicəsi, nə də ki, dərmanı yoxdur. Mən həmin 
dərmanları  ömrünün  son  günlərini  ağrısız  keçirsin 
deyənə, yazmıĢdım. 
Həmidə xanım bu sözləri eĢitdikcə, sevincindən 
hönkürdü o, tələsik həkimlə xudahifzləĢib, dəhlizdə 
onu  gözləyən,  Mahmudun  yanına tələsdi.  Mahmud 
yoldaĢının  hıçqıra  –  hıçqıra  ağladığını  görüb:  “Nə 
olub,  niyə  ağlayırsan?”  –  deyə,  soruĢmaq  istədi, 
lakin  Həmidə  xanım  dəhlizdəki  xəstələrə 
baxmayaraq,  həyat  yoldaĢının  boynuna  sarılıb, 
daha  da  bərkdən  hönkürməyə  baĢladı.  Mahmud 
vəziyyətinin  yaxĢı  olmadığını  düĢünüb,  yoldaĢı  ilə 
baĢ – baĢa verib, ağlamağa baĢladı. Həmidə xanım, 
onun ağlamağına fikir vermədi. Elə zənn etdi ki, bu 
xoĢ  xəbərdən  xəbəri  olduğu  üçün  o,  da  ağlayır. 
Mahmudun  ağlaması  artıq  hamı  üçün  adiləĢmiĢdi. 
O,  hər  namaz  qılanda,  Allaha  dua  edərkən  də 
ağlayıb, ondan bağıĢlanmasını istəyirdi. 
Onlar  xəstəxanadan  çıxıb,  evə  gəlincəyə  qədər 
yolda  bir  kəlmə  də  olsa  danıĢmadılar.  Aralarına 
ətürpədici  sükut  çökmüĢdü.  Mahmuda  elə  gəlirdi 
ki,  həkim  onun  səhhətində  ciddi  bir  xəstəlik 
olduğunu Həmidə xanıma deyib deyənə, o ağlayır. 

A L D A D I L M I Ş   Ə R  
 
71 
Məhz bu üzdən də Mahmud həyat  yoldaĢından  bir 
kəlmə də olsun söz soruĢmurdu və bu “pis xəbəri” 
almağa tələsmirdi. Həmidə xanım isə bu Ģad xəbəri 
Mahmuda  necə  açıqlayacağı  barədə  düĢünürdü. 
Axı,  Mahmud  beynində  xərçəng  xəstəliyinin 
olmasından xəbərsizdi. 
Mahmud  evə  daxil  olan  kimi  hamama  keçib, 
dəstəmaz  alaraq,  namaz  qılmaq  üçün  öz  otağına 
çəkilmiĢ, Həmidə xanım isə susub, ondan həkimin 
cavabını gözləyən övladları Ġlqar və Təhməzlə eyni 
otaqda  qalmıĢdı.  O,  özünü  birtəhər  toparlayıb, 
oğlanlarına bir kəlmə də söz deməyib, o da namaz 
qılmaq üçün öz otağına getdi. 
Bir  neçə  dəqiqədən  sonra  öz  otağından  çölə 
çıxan  Həmidə  xanım,  Mahmudun  qoltuqda  otu-
raraq, saqqalına tumar çəkdiyini (Mahmud əvvəllər 
saqqal  saxlamazdı.  Saqqal  saxlayanlara  da  pis 
baxardı.  Lakin  Allahın  kiĢiyə  saqqal  saxlamağı 
buyurduğunu biləndən sonra xətt saqqal saxlamağa 
baĢlamıĢdı.) görüb, gəlib, onunla üz – üzə əyləĢdi. 
Həmidə xanım artıq qərara almıĢdı ki, hər Ģeyi açıb, 
ona  danıĢsın:  Bundan  öncə  Mahmudun  necə 
olduğunu,  indi  necə  olduğunu,  bir  sözlə  hər  Ģeyi 
danıĢacaqdı. Çünki artıq qorxusu yox idi. Mahmud 
təhlükəni  dəf  etmiĢdi.  Elə  Həmidə  xanım  ağzını 

Z A U R  
 
72 
açıb,  danıĢmaq  istəyirdi  ki,  Mahmud  ondan  qabaq 
dilləndi: 
-  Həmidə,  əzizim,  mən  bilirəm  ki,  həkim 
səhətim haqqında yaxĢı söz deməyib. Bunu məndən 
gizləməyin  mənasızdır.  Mən  ölümdən  qorxmuram. 
Onsuzda hamı öz vaxtı çatanda öləcək. Sadəcə... 
O,  sözünü  tamamlaya  bilməyərək,  gözləri  dol-
du.  Həmidə  xanım,  Mahmudun  səhv  düĢündüyünü 
görüb,  gülümsünərək,  onun  əllərindən  tutub, 
sakitləĢdirməyə çalıĢdı və nəhayət ki, bütün olub – 
bitənləri ərinə açıb, danıĢdı. Analarının sözlərindən 
Ġlqarla Təhməz donub, yerlərində qalmıĢ, bir kəlmə 
də  olsa  dillənmirdilər.  Amma  Mahmud  Həmidə 
xanımın danıĢdıqlarını çox sakit qarĢılayıb, sonacan 
dinləyəndən sonra dedi: 
-  Əzizlərim,  sizə  bir  Ģey  danıĢacam,  bəlkə  də, 
inanmayacaqsınız. Amma bu həqiqətdir. 
Mahmud  iki  gün  bundan  öncə  səhər  yuxudan 
oyanıb,  sübh  namazını  qılandan  sonra  yerinə 
uzanıb,  yatmaq  üçün  gözlərini  yumduqda,  elə  bil, 
havaya  qaldırıldığını,  birdən  baĢının  üstündə 
üzlərini  görə  bilmədiyi,  ağ  geyimli,  üzərlərindən 
iĢıq saçan insanların ona: - “Ġndi biz səni əməliyyat 
edəcəyik, bir Ģeyin qalmayacaq!” - deyərək, əllərini 
onun  baĢına  sürtdüklərini,  həmin  an  baĢının  içində 

A L D A D I L M I Ş   Ə R  
 
73 
həqiqətən  də  nəsə  əllər  gəzdiyini,  baĢından  nəyisə 
çıxartdıqdan  sonra  qeyb  olduqlarını,  gözlərini  aç-
dıqdan sonra bədənin tər – suyun içində, saçlarının 
qarıĢıq,  beynində  isə  yüngüllük  hiss  etdiyini 
danıĢdı. 
Mahmud  olanları  danıĢa  –  danıĢa  övladlarının 
və yoldaĢının gözlərindən yaĢ axırdı. 
Onların  evində  namaz  qılmayanlar  Ġlqarla 
Təhməz  də  bu  möcüzədən  sonra  haqqın  yolunu  – 
Allahın  yolunu  tutdular.  Namaz  qılıb,  xeyirli  iĢlər 
görərək,  qazanclarının  əksəriyyətini  də  Allah 
yolunda sədəqə verdilər. 
Ġndi  Mahmudun  bir  arzusu  vardı.  On  nəfər 
mömünə köməklik göstərib, onları Hacc ziyarətinə 
yola salsın, daha sonra isə Allahın izni ilə ailəsiylə 
birgə Kəbə evini ziyarət etsinlər... 
 
20 Noyabr 2008, 
Bakı şəhəri 
2
0
.
1
1
.

Z A U R  
 
74 
2
0 
 
 
ELÇİLİK... 
 
Sevda  məhəlləmizin  ən  yaraĢıqlı  qızlarından 
biriydi.  Məhəlləmizin  oğlanlarının  demək  olar  ki, 
əksəriyyəti  onun  dərdindən  dəli  –  divanəydi. 
Amma  nə  edəsən  ki,  bu  qız  məhlə  oğlanlarının 
birinə  də  gözucu  belə  baxmazdı.  Bir  sözlə, 
hamımızın əlçatmaz, ülvi sevgisiydi Sevda...  
O,  hündür  boylu,  uzun  saçlı,  qonur  gözlü,  cəz-
bedici  bədənə  sahib  olan  çox  gözəl  bir  qız,  elə  bil 
hansısa  rəssamın  gözəl  sənət  əsəri  idi.  Bu  sənət 
əsərinə yaxın olmasan da, uzaqdan baxmaq kifayət 
idi. Odur ki, məhəlləmizin oğlanları bircə dəfə Sev-
danı  görsünlər  deyə,  saatlarla  çöldə  dayanıb, 
gözləyirdilər ki, bəlkə o, bir dəfə eyvana çıxar, gö-
rərik...  Mənim  bəxtim  onda  gətirmiĢdi  ki,  onu 
görməkçün küçəyə çıxası olmurdum Çünki biz qapı 
qonĢusu  idik.  Həm  də  Sevdanın  yataq  otağının 
pəncərəsi  düz  bizim  eyvana  bitiĢikdi.  Eyvanda 
dayanıb, aydınca otağın hər bir küncünü də görmək 
olurdu.  Arada,  gecələr  hamı  yatandan  sonra  bar-

A L D A D I L M I Ş   Ə R  
 
75 
maqlarımın  ucunda  eyvana  çıxıb,  onun  necə  yat-
masına  da  tamaĢa  etmiĢdim.  Bəxtimdən,  Sevda  da 
nədənsə  gecələri  iĢıqda  yatırdı.  Deyəsən,  qaran-
lıqdan  qorxurdu.  Bir  dəfə  axĢam  anasıgil  evdə 
olmayanda,  binamızın  iĢıqları  sönmüĢdü.  Bir  də 
gördük  ki,  kimsə  qapımızı  sındırır.  Sevdaydı. 
Qaranlıqda evdə qorxuğundan, bizə gəlmiĢdi. Onun 
qaranlıqdan  qorxması  mənim  xeyrimə  idi  ki, 
gecələr yataq otağının iĢığını söndürmürdü, mən də 
bütün gecəni rahatca onu seyr edə bilirdim. 
O,  evin  tək  qızı  idi.  Orta  məktəbi  bitirib,  evdə 
oturmuĢdu. Valideynləri zavodda iĢləyirdilər. Səhər 
evdən  çıxır,  bir  də  hava  qaralanda  gəlirdilər. 
Binada  hamıdan  çox  bizimlə  yaxınlıq  edirdilər. 
Arada  anam  Sevdagilə  keçəndə  mən  də  onunla 
gedərdim. Nə illah – billah edirdimsə, qız gözünün 
ucuyla  da  olsa,  mənə  baxmırdı.  Mənim  Sevdaya 
qarĢı  olan  sevgimdən  anamgilində  xəbəri  var  idi. 
Hətta,  anam  bir  neçə  dəfə  onun  anası  Tamam 
xalanın  yanında  da  eĢitdirmiĢdi  ki,  bizim  Tural 
sizin qıza deyesən aĢiq olub. Özüm isə heç vaxt bu 
sevgimi  Sevdaya  elan  edə  bilməzdim.  Onun  ciddi 
görkəmi,  istəyimi  ona  açmağa  imkan  vermirdi. 
Amma Sevdanın  hərdən  mənə qarĢı  olan mehriban 
münasibəti belə fikir oyadırdı ki, onun da qəlbinin 

Z A U R  
 
76 
dərinliyində  mənə qarĢı  nəsə var. Elə bu  səbəbdən 
də sevgimi açıb – ağardıb, ucuz etmək istəmirdim. 
Amma  mənə  elə  gəlirdi  ki,  o  da  məni  sevir,  hər 
dəfə  xoĢ  söz  deyəndə  elə  zənn  edirdim  ki,  bu  söz 
onun mənə olan sevgisindən doğur. 
Bir  axĢam  iĢdən  evə  gələrkən,  Tamam  xalayla 
Sevdanın  bizdən  çıxdıqlarını  gördüm.  Onlarla 
salamlaĢıb,  anamın  yanına  keçdim,  nə  olduğu  ilə 
maraqlandım.  Anamın  dediklərindən  məlum  oldu 
ki,  -  bu  gün  Tamam  xalagilin  iĢlədiyi  zavodun 
direktoru,  oğlu  üçün  Sevdaya  elçi  gəlibmiĢ,  amma 
Sevda  ağlayaraq,  getmək  istəmədiyini  bildirib. 
Onun atası Rafiq dayı isə əlacsız qalıb, elçilərə tam 
cavab verməyib, yola salıb. Ona görə də Sevda ilə 
anası bizə gəliblərmiĢ ki, bəlkə mənim anam onun 
baĢına ağıl qoya. Çünki bu qızın sevdiyi – filan da 
olmaya  –  olmaya  bütün  gələn  elçilərə  “Yox!”  - 
deyirdi. 
-  Yazıq  Tamam  ağlayıb,  özünü  öldürür  ki, 
camaat nə deyər, deməzmi ki, bu qızın nə dərdi var 
ki, bu gün - sabah iyirmi beĢ yaĢı olacaq... Mən də 
dedim  ki,  ay  qız  sən  kağız  kimi  ləkəsiz  qızına  ad 
qoĢma,  camaat  nə  deyəcək,  hamı  bu  məhllədə 
Sevdanın baĢına and içir... 

A L D A D I L M I Ş   Ə R  
 
77 
Anam məsələni mənə danıĢandan sonra ürəyim 
sevindi.  Mənə  elə  gəldi  ki,  Sevdanın  mənə  olan 
məhəbbətindəndir  ki,  bir  kimsəyə  cavab  vermir. 
Odur ki, ürəklənib, anamgilin onlara elçi getməyini 
istədim.  Evlənmək  istəyirdim.  Anam  sevindi, 
atamla  danıĢacağını  bildirdi.  Mən  isə  çay  – 
çörəyimi yeyib, onlara keçdim. 
Sevda yatmıĢdı. Evdə isə Rafiq əmi ilə Tamam 
xalaydı. Mən bir az Rafiq əmi ilə nərd oynayıb, evə 
keçmək isdəyirdim ki, birdən onların qapısı döyül-
dü.  Gələn  Sevdanın  dayısı  oğlu  Ġntiqam  idi.  O, 
həyat  yoldaĢı  və  üç  ay  bundan  öncə  dünyaya  gəl-
miĢ,  balaca  qızları  Nəzrinlə    qonaq  gəlmiĢdilər. 
Amma  Ġntiqama  qonaq  demək  olmazdı,  onsuzda 
elə  hər  gün  bunlardaydı.  ĠĢlədiyi  dükan  bizim 
məhəlləyə  yaxın  olduğundan,  hər  gün  nahara  Sev-
dagilə  gəlirdi.  Mən  elə  gözümü  açandan  Ġntiqamı 
bunlarda  görmüĢdüm.  Mənimlə  də  yaxĢı  münasi-
bəti  varıydı.  Odur  ki,  o  mənim  getmək  istədyimi 
görüb:  -  Hara  gedirsən,  otur,  bir  tas  da  mənimlə 
oynayaq, - dedi. Onunla da bir neçə tas nərd oyna-
yıb, Rafiq  əmi kimi  onu da uddum.  Artıq gecədən 
xeyli  ötdüyünü  görüb,  onlarla  xudahfizləĢib,  evə 
keçdim. 

Z A U R  
 
78 
Bütün gecəni yata bilmədim. Onu düĢünürdüm. 
Yanımdaydı,  baĢını  sinəmə  qoyub,  uzun,  saçları 
sinəmə  dağılıb.  Xəyallarımda  onu  dönə  -  dönə 
öpüb, oxĢayırdım... 
Elə  həmin  günün  səhərisi  anamla  danıĢıb,  elçi 
söhbətini  bir  də  yadına  saldım.  Anam  bu  iĢə  se-
vinsə də, bacımı yenicə köçürdüklərinə görə atamın 
nə  deyəcəyinə  görə  bir  az  narahat  idi.  Amma 
xoĢbəxtlikdən atam da bu iĢə razılaĢdı və onlar sə-
hər Sevdagilə elçi gedəcəkdilər. Həmin gün anamla 
Ģəhərə  gedib,  “həri”  üzüyü,  bir  az  da  Ģirniyyat  – 
filan aldıq. 
Beləcə,  elçiliyə  hazırdıq.  Anam  bacımgili  də 
çağırmaq  istəyirdi,  atam  qoymadı.  Atamın  xasiy-
yəti  bir  baĢqadır.  Bacım  təzə  ailə  qurduğundan, 
onları  hələ  qonaq  çağırmamıĢdıq.  Buna  görə  də 
atam  qonaq  çağırmamıĢdan  öncə  gəlmələrinə  razı 
olmadı.  Beləcə,  elçiliyi  atam,  anam  və  mən 
edəcəkdim.  Çox  sevinirdim,  sevincimin  həddi  – 
hüdudu yox idi. Özlüyümdə inanırdım ki, Sevda pis 
yanaĢmayacaq.  Biz  xoĢbəxt  olacağıq.  DüĢüncələ-
rimdə o qədər irəli getmiĢdim ki, az qala ata olmaq 
sevincini  belə  yaĢayırdım.  Sonra  özümə  gəlirdim. 
Əvvəl “hə”ni alaq, arxası Allah Kərimdi... 
 

A L D A D I L M I Ş   Ə R  
 
79 
*** 
Səhər yuxudan oyananda evimizdə, xoĢ əhval – 
ruhiyyə  vardı.  Anam  evdə  təmizlik  iĢləri  görürdü. 
Səbirsizliklə 
axĢamın 
düĢməsini, 
Sevdanın 
anasıgilin evə gəlməsini gözləyirdik. Hamıdan çox 
darıxan  mən  idim.  Çünki  bu  gün  ən  çox  mənim 
üçün  əlamətdar  gün  idi.  Hamının  həsrətlə  baxdığı 
Sevda,  bu  gündən  mənim  olacaqdı.  Mən  onunla 
evlənəcəm.  Öz  –  özlüyümdə  fəxarət  hissi  də 
duyurdum ki, onun kimi bir qız mənimlə bir damın 
altında  qarıyacaqdı.  Mən  inanırdım,  həm  də  lap  
çox  inanırdım  ki,  o  mənimlə  ailə  qurmağa  razılıq 
verəcək.  Anam  da  deyirdi  ki,  atan  söyləyir,  əgər 
Allahın  izni  ilə  bu  iĢ  baĢ  tutsa,  uĢaqları  çox  da 
niĢanlı saxlamayaq. Qonum – qonĢu yaxĢı baxmaz. 
NiĢanlarından iki – üç ay sonra onların da ailəsi ilə 
qoĢalaĢıb,  toylarını  edib,  ayaqlarını  bağlayaq. 
Atamın bu sözləri, ürəyimə yayıldı. Sadəcə, abır – 
həya  edirdim.  Nə  yaxĢı  ki,  atam  bu  qərarı  verib. 
Mən Sevdanın həsrətinə dözə bilməzdim... 
Bu arada atamın səsi eĢidildi: 
- Ay oğul, gəl bir eyvana çıx gör, bu antennaya 
nə  oldu.  Günorta  “xəbərlər”nin  vaxtında  televizor 
da özündən getdi. 

Z A U R  
 
80 
Mən  yataq  otağımda  uzanıb,  gözlərimi  tavana 
zilləmiĢdim.  Yenə  də  Sevdalı  xəyallarıma  dalmıĢ-
dım. Atamın  bir az  mülayim, bir az da  kobud səsi 
məni  xəyaldan  ayırdı.  Yerimdən  dik  atılaraq:  - 
Gəldim ata can! – Deyib, otaqdan çıxdım. 
Atamın  elə  xasiyyəti  vardı  ki,  gərək  onunla 
mülayim davranasan. Əsas da ki, onunla bağlı nəsə 
iĢin varsa, gərək son mərhələyə kimi ona kobudluq 
etməyib,  sözündən  çıxmayasan.  Yoxsa,  ən  son 
mərhələdə belə, sözündən vaz keçə bilərdi. Odur ki, 
mən  də  gecikməyib,  dərhal  eyvana  çıxdım.  An-
tenna da bir bəhanə oldu ki, gözüm yenə də Sevda-
nı  axtarsın.  Düzü,  kiminsə  eyvanına  baxmaq, 
mədəniyyətsizlik  sayılsa  da,  özümdən  asılı 
olmayaraq,  qeyri  –  ixtiyari  gözlərim  onun  yataq 
otağının pəncərəsindən içəri baxırdı. Bir neçə dəfə 
Sevda  onun  otağına  baxdığımı  görüb,  pəncərəni 
açıb, gülə - gülə: - “Tural, itin azıb, elə bilirsən ki, 
burdadı?..”  –  deyib,  pərdələri  çəkirdi.  Mən  də 
qıpqırmızı  qızarıb,  utandığımdan  bir  kəlmə  də  söz 
deməyib,  dərhal  içəri  girib,  qapını  da  bağlayırdım. 
Ürəyimin  döyüntüsünü  qulaqlarımla  eĢidirdim. 
Amma  mənə  elə  gəlirdi  ki,  ona  bu  qədər  diqqət 
yetirməyim  bəlkə  də  qızın  xoĢuna  gəlirdi.  Çünki  o 
pəncərəyə  çıxarkən,  məhəllə  oğlanlarından  biri 
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə