Yazıçı publisist zaur "aldadilmiġ ƏR". Bakı, "Adiloğlu" nəĢriyyatı. 2010. 168 səh



Yüklə 2,04 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix04.05.2017
ölçüsü2,04 Kb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

A L D A D I L M I Ş   Ə R  
 
81 
dayanıb,  ona  baxsaydı,  bir  kəlmə  də  dinməyib, 
pəncərəni  çırpıb,  girirdi  içəri.  Onun  bu  hərəkəti 
incə,  zərif,  cəzbedici  simasına  və  danıĢığına 
yaraĢmasa  da,  baĢqa  oğlanlara  qarĢı  olduğundan 
mənim  çox  xoĢuma  gəlirdi.  Mən  istəyirdim  ki,  o 
məndən  savayı  bir  kimsəyə  gözünün  qırağı  ilə  də 
baxmasın.  Amma  mənim  istəməyimin  nə  mənası? 
Onsuzda o, heç bir oğlana nəzər yetirmirdiki... 
Tez  –  tələsik  antennanı  düzəldim,  atam  əsəb-
ləĢməsin  deyənə,  onların  pəncərəsinə  belə  nəzər 
salmamağa  çalıĢdım.  Amma  hardansa,  ehtiraslı, 
cəlbedici,  insanın  ağlını  baĢından  alan  qız  iniltisi 
eĢidilirdi.  Qız  səsi  ilə  yanaĢı,  tanıĢ  oğlan  səsi  də 
eĢidirdim:  -  Canım,  bir  az  döz!  Döz,  az  qalıb,  – 
deyirdi.  Birdən  elə  bil  yuxudan  ayıldım,  əlimdəki 
antennanı  yerə  qoyub,  səsin  hardan  gəlməsini 
müəyyənləĢdirmək  istədim.  Ġlk  öncə,  Sevdagilin 
pəncərəsi  səmtə  yaxınlaĢıb, qulaq qoydum.  Bu səs 
onlardan gəlirdi. Birdən tül pərdədən içəri baxanda, 
dəhĢət  məni  bürüdü,  gördüklərimə  inanmaq 
istəmədim.  Elə  bildim  məni  qara  basır,  yuxu 
görürəm. Amma inanmaq istəməsəm də, gözlərimlə 
gördüklərim  həqiqət  idi.    Lüt,  anadangəlmə  Ġnti-
qamın  tez  – tez  qalxıb  enən kürəyini dırnaqları  ilə 
cızıb, qanadan Sevda idi. 

Z A U R  
 
82 
 
Oktyabr  2008, 
Bakı şəhəri 
 
 
 
 
FƏDAKAR ANA  
 
Sərin  bir  yay  səhəriydi.  GünəĢ  Ģəfəq  saçır,  isti 
meh  əsərək,  yaĢıl  ağacların  yarpaqlarını  xıĢılda-
dırdı.  Sanki,  bu  sakit  yay  səhərində  insanlar  sus-
muĢ,  ağacların  yarpaqları  xıĢıldayıb,  quĢlar 
cingildəyib bir – biri ilə danıĢırdılar. Arada quĢların 
bərkdən  cingildəmələri  onların  danıĢdığını  yox, 
dalaĢdığını,  sözləĢdiyini  hiss  etdirirdi.  Niyə  də 
dalaĢmasınlar,  insanların  bir  –  birinin  ətini  yediyi 
bir  zəmanədə  onlar  nədən  sözləĢməməlidir?!  On-
larda canlıdırlar, onların da özlərinə məxsus cəmiy-
yətləri  və  rəhbərləri  var.  Öz  cəmiyyətlərindən, 
rəhbərlərindən  narazı  olanda,  etirazlarını  cəmləĢib, 
cingildəməklə  bildirirlər.  QuĢalrın  mavi  səma  üzə-
rində  birliyini  görüb,  cuĢa  gəlir,  bir  anlığa  Ģahinə 
çevrilib, göylərdə uçmaq istəyərdin. 

A L D A D I L M I Ş   Ə R  
 
83 
Əminə hər gün səhər evdən çıxıb, iĢə getdikdə, 
bir neçə dəqiqə dayanıb, bu mənzərəni izləməsəydi, 
hətta  daha  aydın  desəm,  təbiətlə  danıĢmasaydı 
yoluna davam etməzdi. 
Əminə  təbiəti  çox  sevirdi.  O,  təbiətə  o  qədər 
vurğun  idi  ki,  bütün  dərd  –  sərini  insanlarla  yox, 
onlarla  –  ağaclarla,  quĢlarla,  otlarla,  güllərlə  bölü-
Ģürdü. DüĢünürdü ki, onlar onu eĢidir, cavab verir-
dilər. Nə edəydi zavallı qız, həyatda bir yaĢlı anası 
vardı,  bir  də  içki  aludəçisi  olan  qardaĢı...  Atası  da 
onlar  uĢaq  olarkən,  rəhmətə  getmiĢdi.  Anası  Nisə 
orta məktəbdə xadimə iĢləməklə böyütmüĢdü bu iki 
uĢağı. Oğlu Mehdi fərsiz övlad çıxsa da, qızı Ģükür 
ki,  yaxĢı  çıxmıĢdı.  Orta  məktəbi  bitirdikdən  sonra 
anasına  kömək  olsun  deyə,oxumağın  daĢını  atmıĢ, 
məktəbə  anası  kimi  xadimə  iĢinə  düzəlib,  evə 
kömək edirdi. 
Ayın  axırı  yetiĢdikdə,  məvaciblərini  alıb,  yarı-
sından  çoxunu  Mehdinin  dükanlardan  borca  aldığı 
arağın pullarını ödəyirdilər. O, da qarĢılıq olaraq bu 
tifil ana – balanı məhəllə içində biabır etmiĢdi. Hər 
gün  axĢam  ona  içki  pulu  verməzlərsə,  ikisini  də 
nəlayiq  söyüĢlərlə  təhqir  edər,  çölə  qovalayıb, 
gecəyarıyadək  havanın  Ģaxtalı,  boranlı  olmasına 
baxmayaraq onları evə buraxmazdı. QonĢular da bu 

Z A U R  
 
84 
zavallı  ana  –  balanı  onun  əlindən  ala  bilmirdi. 
Mehdi əlinə nə gəldi götürüb, həmin adamın üstünə 
yeriyirdi  ki,  sən  kimsən  mənim  ana  –  bacımı 
müdafiə  edirsən?!  Allah  eləməmiĢ,  həmin  insan 
kiĢi  xaylağı  olsaydı,  Allah  amandı!..  Elə  bu 
səbəbdən  də  Əminənin  iyirmi  yaĢına  çatmasına 
baxmayaraq,  qapılarını  döyən  olmamıĢdı.  Bir  gün 
Əminə  iĢdən  evə  gələndə,  Mehdi  pəncərədən  ona 
sarı baxıb kimisə nəlayiq söyüĢlərlə söyəndən sonra 
arxasınca  oğlan  gəldiyini  görmüĢdü.  Utandığından 
ağlaya – ağlaya evə qaçmıĢdı ki, qonĢular bilməsin. 
Mehdi  isə  zavallı  qızı  döyərək,  onun  bilə  -  bilə 
məhəlləyə  oğlan  gətirdiyini  boynuna  qoyub,  çölə 
qovmuĢdu.  Bu  hadisədən  sonra  Əminə  özünə  qəsd 
etmək  də  istəmiĢdi.  Onsuz  da  Mehdiyə  görə  qon-
Ģular  onlara  yaxĢı  baxmır,  ünsiyyətdən  qaçırdılar. 
Kimi  inandırmaq  olardı  ki,  Əminənin  həmin  gələn 
oğlandan xəbəri yoxdu. Bu kimi hallarda anası Nisə 
də  Mehdiyə  təsir  edə  bilməzdi.  Əgər  ağzını  açıb, 
qızını müdafiə edərdisə, fərsiz oğul: - Sən də, qızın 
da  bütün  günü  məktəb  kaldorlarında  yerə  əyilib, 
süpürmək bəhanəsiylə özünüzə kiĢi axtarırsınız. Bir 
–  birinizin  yanında  zibiliniz  var  ki,  ona  görə  də 
qancıq  qızını  müdafiə  edirsən.  Ġkiniz  də  küçə 
fahiĢələrisiniz, – deyib vicdansızcasına anaya əl də 

A L D A D I L M I Ş   Ə R  
 
85 
qaldıra  bilirdi.  Odur  ki,  Nisə  də  susub,  dözürdü. 
Dözməyib  nə  edə  bilərdi  ki?..  Bir  nəfər  qohum  – 
qardaĢ  Mehdinin  əlindən  get  –  gəl  edə  bilmirdi. 
Hamı ilə münasibətlər kəsilmiĢdi. Polisə də Ģikayət 
edə  bilməzdi.  Bu  halda  da  Mehdini  yaxalayıb, 
həbsə  alacaqdılar,  bu  da  zavallı  anaya  bir  dərd 
olacaqdı.  Amma  belə  də  davam  etməyəcəkdi.  Bu 
rəzalətin bir sonu olmalıydı. 
 
* * * 
 
Əminə həyatının  ən  xoĢbəxt  anlarını  yaĢayırdı. 
Elə  bil  bütün  dünyanı  ona  bağıĢlamıĢdılar.  Onun 
sevincinin hədd – hüdudu yox idi. O, ilk dəfəydi ki, 
sevincini təbiətlə paylaĢıb, sakitləĢməmiĢ, anası ilə 
də  bölüĢmək,  paylaĢmaq  istəyirdi.  Bəlkə,  zavallı 
qadının  da  ürəyi  sevinər,  nurlu  simasına  təbəssüm 
qonar, rahat nəfəs alardı. 
Bir  neçə  ay  bundan  öncə  Əminənin  iĢ  yoldaĢı 
Nahidənin  oğlu  Etibar  anasını  iĢdən  evə  aparanda, 
onu  görüb,  bir  könüldən  –  min  könülə  aĢiq 
olmuĢdu. Belə gözəl qızın nədən məktəbdə xadimə 
iĢlədiyini  öyrənib,  onunla  maraqlanmıĢdı.  Nahi-
dənin  isə  Əminənin  acı  taleyindən  oğluna  danıĢıb, 
onu hər Ģeydən xəbərdar etmiĢdi. Beləcə, Etibar bir 

Z A U R  
 
86 
neçə  vaxt  məktəbə  -  anasının  yanına  gəlmək 
bəhanəsiylə  gələrək,  Əminəyə  göz  qoymuĢ,  bir 
daha da necə tərbiyyəli, baĢıaĢağı bir qız olduğunun 
Ģahidi olmuĢdu. Daha sonra isə elə anasının kömək-
liyilə  onlar  yaxından  tanıĢ  olub,  söhbətləĢmiĢdilər 
də.  Əminənin  bu  yaĢına  kimi  həyatında  heç  bir 
oğlan    olmadığı  üçün  tez  bir  zamanda  Etibara  öy-
rənmiĢ,  oğlanın  özünə  etiraf  etməsə  də,  artıq  onu 
sevməyə  baĢlamıĢdı.  Artıq  anlayırdı  ki,  həyatda 
təbiətlə  yanaĢı,  hansısa  insanı  da  sevib,  könül 
vermək olar. Bu onun öz – özü üçün etdiyi bir kəĢf 
idi. 
Əminənin  Etibarı  tez  bir  zamanda  sevməsinin 
baĢlıca  səbəblərindən  biri  də  onun  çox 
mədəniyyətli,  qanacaqlı,  onu  olduğu  kimi  qəbul 
etdən oğlan olmasından irəli gəlirdi. 
Etibar evin tək oğluydu. Hərbi xidmətini yenicə 
baĢa  vurub,  geri  dönmüĢdü.  Atası  Ģəhərdə  hansısa 
firmada  məhsul  vəzifələrdən  birində  çalıĢırdı. 
Anası  da  ki,  Əminə  iĢlədiyi  məktəbin  təsərüffat 
iĢləri üzrə direktor müaviniydi. BaĢqa  ailə olsaydı 
oğlunun  xadimə  bir  qızla  ailə  həyatı  qurmasına 
mane  olardı.  Lakin  Nahidə  bunların  fərqinə  var-
mayıb,  onun  necə  qanacaqlı  bir  qız  olduğuna,  öz 
alın təriylə pul qazandığına görə oğluyla Əminənin 

A L D A D I L M I Ş   Ə R  
 
87 
arasında  yaranmıĢ  sevgidə  həm  ana,  həm  də  bir 
vasitəçi rolu oynamıĢdı. Elə bu gün də Nahidə iĢdə 
Əminəyə  yaxınlaĢıb:  -  Qızım,  sən  bu  günlük  iĢi 
burax, mən sənə icazə verirəm. Onsuz da bir azdan 
burda iĢləməyəcəksən. Ged evə, anana xəbər et ki, 
bu  gün  bizim  kiĢiylə  sizə  gəlib,  bir  stəkan  Ģirin 
çayınızı içmək istəyirik, – deyib qızın kövrək, qırıq 
qəlbini  sevindirmiĢ,  daha  sonra:  -  Ġndiysə  çıx, 
Etibar  səni  məktəbin  həyətində  gözləyir.  Bəlkə, 
danıĢacağınız  sözünüz  –  söhbətiniz  var...  –  deyə, 
əlavə etmiĢdi. 
Əminə  Nahidəyə  söhbətini  bitirəndən  dərhal 
sonra  hazırlaĢıb,  iĢdən  çıxxmıĢ,  Etibarla  məktəbin 
bağçasındakı  oturacaqda  əyləĢərək,  söhbətləĢ-
miĢdilər.  HəmiĢəki  kimi  bu  gün  də  Əminənin 
onunla  danıĢarkən  al  –  qırmızı  yanaqları  daha  da 
qızarıb, bozarmıĢdı. Bu dəfə  Əminə Etibardan  çox 
göydə  cəh  –  cəh  vuran  quĢların  səsinə  qulaq  as-
mıĢdı. Onların da onun xoĢbəxt anlarını duyub, se-
vindiklərini  hiss  etmiĢdi.  Ağacların  tər  yar-
paqlarının xıĢıltısı həmiĢəkindən daha fərqli olaraq 
duyulur,  qızılgül  kollarının  xoĢ  ətri  həmiĢəkindən 
daha  da  gözəl  hiss  edilirdi.  Elə  bil  təbiətdə 
Əminənin bu xoĢ gününə sevinib, Ģadlıq edirdi. 

Z A U R  
 
88 
-  Yəqin,  anam  sənə  dedi.  Mən  çox  xoĢbəxtəm. 
Ona  görə  xoĢbəxtəm  ki,  sənin  kimi  qızla  tanıĢ 
oldum, seni sevdim və səninlə ailə həyatı qurmağa 
hazırlaĢıram.  –  deyib,  Etibar  Əminənin  susduğunu 
görüb,  təəcüblə  soruĢmuĢdu:  -  Canım,  məgər  sən 
məni sevmirsənmi?.. 
Əminə  gözlərindən  axan  yaĢ  damcılarını  silib, 
utancaq  halda:  -  Bilirsən  necədi,  sən  hələ  mənim 
qardaĢımın xasiyətin bilmirsən. Mən çox qorxuram 
ki, o, bu iĢə mane olsun. Əgər belə bir Ģey olsa, nə 
mən, nə də ki, anam ona bir söz deyə bilməyəcəyik. 
–  deyib,  narahatlıq  dolu  baxıĢlarla  gözlərini  yerdə 
səf  –  səf  düzülən  qızılgül  kollarına  dikmiĢ,  sanki 
Etibarla  yox,  onlarla  danıĢır,  onlardan  nəsə  cavab 
gözləyir, məsləhət almaq istəyirdi. 
- Əminə, sən ürəyini sıxma. Hər Ģey Allahın kö-
məyliyilə yaxĢı olacaq. Mehdiyə gəldikdə, o, sənin 
doğmaca  qardaĢındı.  Ġnanmıram  ki,  sənin 
xoĢbəxtliyini  istəməsin.  O,  içəndi,  söyəndi,  hər 
nədisə,  sənin  ata  əvəzindi.  AxĢam  onun  da  evdə 
olub, bu iĢə razılıq verməsi  yaxĢı olardı. Sən özün 
də  görəcəksən  ki,  hər  Ģey  necə  də  gözləmədiyin 
kimi gözəl olacaq... 
Etibarın  Mehdi  haqqında  adı  kimi  inandırıcı 
danıĢması 
Əminənin 
qəlbinin 
dərinliyində 

A L D A D I L M I Ş   Ə R  
 
89 
qardaĢına qarĢı olan kin – küdurəti yox etmiĢdi. Elə 
bu  əhval  –  ruhiyyə  ilə  də  Əminə  evə  daxil  olub, 
anasının  mətbəxdə  yemək  hazırladığını  görüb, 
sevincək: 
- Ana can! – deyib, onun boynuna sarıldı. 
Nisə qızının hərəkətindən təəccüblənərək, yataq 
otağına  sarı  boylanıb:  -  Qızım,  sakit  ol!  Mehdi 
yatıb, səsindən oyanacaq indi, – deyib: - Dur qızım, 
de görüm, nə olub sənə?! 
-  Narahat  olma  ana  can!  Mehdi  də  oyanırsa, 
oyansın. Səndən də, məndən də çox o sevinəcək.  
Nisə  qızının  əllərindən  ana  qayğısı  ilə  tutub, 
onu mətbəxdəki stulların birində oturdub, pıçıltı ilə 
soruĢdu: 
- Mənim balam, de görüm nə olub axı, ürəyimi 
çəkmə daha?! 
Nisənin  qızının  Etibarla  olan  münasibətindən 
azdan  –  çoxdan  xəbəri  vardı.  Lakin  məsələnin  bu 
qədər  tez  alınacağına,  onun  da  evindən  “Vağzalı” 
səsi  gələcəyinə,  qızını  ağ  gəlinlikdə  ər  evinə 
köçürəcəyinə  həyatda  inanmazdı.  Ona  əvvəllər  elə 
gəlirdi  ki,  Etibar  məhəlləyə  gəlib,  onların  ailəsi 
haqqında  maraqlansa,  Mehdinin  necə  insan 
olduğunu  bilsə,  dərhal  da  geri  çəkiləcəkdi.  Amma 
indi  Əminə  olanları  ona  danıĢandan  sonra  zavallı 

Z A U R  
 
90 
ananın  sevincinin  hədd  –  hüdudu  yoxuydu.  Bu 
yaraĢıqsız,  təm  –  təraqsız,  nəmiĢlik  iyi  gələn  evi 
ona saray kimi görünür, sevincindən bir yerdə qərar 
tuta bilmirdi. Qanadlanıb, uçamaq istəyirdi. Bu gün 
onun  da  qapısını  açıb,  qızını  istəyəcəkdilər.  O,  bir 
anlığa  yoldaĢı  Qulamı  xatırladı.  Qəlbinin  dərin-
liyindəki  ağrı,  sızı  gözlərindən  yanaqlarına  yaĢ 
damızdırdı: -  KaĢ, o da sağ olaydı, bu günkü gündə 
baĢımızın üstündə olub, öz xeyir – duasını verəydi, 
–  deyib  xəyal  edirdi  ki,  birdən  Mehdi  mətbəxə 
daxil olub, bağırdı: 
- Nə edirsiniz burda, nə pıçıldaĢırsınız?! 
Əminə  gülər  üzlə  ona  yaxınlaĢıb:  -  QardaĢım, 
bax,  sənə  bir  Ģad  xəbər  verəcəyik,  çox 
sevinəcəksən. Bu gün mənə elçi gəlir, – deyən kimi 
Mehdi zavallı qızın sifətinə bir sillə vurub: 
- FahiĢələr, tin – bucaqlarda etdikləriniz bəs ol-
madı, indi də evə kiĢi soxmaq isdiyirsüz?.. Mən sizi 
öldürməyim,  nə  edim,  papağımı  yerə  soxmusu-
nuz?!  –  deyib  Əminənin  saçından  tutub,  silkələyib 
divara  vurmaq  istəyəndə,  əlləri  boĢalaraq, 
Əminənin  saçları  əlindən  çıxıb,  arxaya  –  anasına 
sarı çevrilib: - Qancığ, məni vurdun. – deyə bildi. 
Nisə  əlində  övladının  qanı  ilə  bulanmıĢ  bıçağı 
yerə  atıb,  ağlaya  –  ağlaya:  -  Yetər,  yetər  səndən 

A L D A D I L M I Ş   Ə R  
 
91 
çəkdiklərimiz! Sonunda məni övlad qatili də etdin. 
Səni vicdansız övlad!.. – deyib, dizlərini  yerə atıb, 
fəryad etdi. 
Əminə  anasının  çiyinlərindən  yumĢaq  tərzdə 
tutaraq, gözlərindən yaĢ süzülə - süzülə: - Ana, sən 
nə etdin? – deyə bildi. 
Nisə  qızının  xoĢbəxtliyinə  görə  Mehdini  bı-
çaqla vurmuĢdu. Bundan sonrakı həyatını həbsxana 
divarları arasında keçirməli olacaqdı... 
 
* * * 
 
Soyuq  və  küləkli  bir  qıĢ  günüydü.  Ağaclar 
soyunmuĢ,  güllər  solmuĢ,  yaĢıl  otlar  saralıb,  qu-
rumuĢ, quĢlar isə qatarlanıb uçub, isti məmləkətlərə 
köçmüçdülər. Günün günorta çağı olmasına baxma-
yaraq, səmanı qara buludlar örtüb, ildırım çaxaraq, 
ətrafa  qığılcımlı  iĢıq  saçırdı.  Deyəsən,  güclü  yağıĢ 
yağacaqdı. Təbiətin belə Ģıltaq vaxtında evdən çölə 
çıxmasan  belə,  evdəki  pəncərələrin  ĢüĢələrini 
silkələyən  küləyin  vıyıltılı  səsi  adamın  ürəyini 
vahimələndirirdi. 
Əminəgilin  evində  əməllicə  süfrə  açılmıĢdı. 
Masanın  ətrafında  yad  adamlar  yox  idi:  Əminə, 
onun  həyat  yoldaĢı  Etibar,  qaynanası,  qaynatası  və 

Z A U R  
 
92 
Nisə  vardı.  Elə  bu  ziyafət  də  qızının  xoĢbəxt-
liyindən  yana  ömrünün  bir  neçə  ilini  dəmir  bar-
maqlıqlar  arasında  keçirən,  fədakar  ana  –  Nisənin 
həbsxanadan  azad  olması  münasibətiylə  təĢkil 
edilmiĢdi. 
Nisə  bu  illər  ərzində  xeyli  qocalıb,  üzündə, 
gözlərinin  altında  qırıĢlar  əmələ  gəlmiĢdi.  O,  indi 
çox sevinirdi. Sevinirdi ki, bu illər ərzində hər Ģey 
yaxĢılığa  doğru  irəliləmiĢdi.  Əminə  ailə  həyatı 
qurub,  bir  oğlan  övladı  da  vardı.  Yeganə  ananın 
qəlbini  sıxan,  ağrıdan  oğlu  Mehdinin  müəmmalı 
taleyi  idi.  O  vaxtki  hadisədən  sonra  Mehdi  yoxa 
çıxmıĢdı.  Bıçaq  ayağının  bud  nahiyəsindən  dəy-
diyindən  təcili  xəstəxanaya  çatdırılıb  və  orada 
müalicə olunandan sonra qaçıb getmiĢdi. O gündən 
bu günə xəbər - ətər də yoxdu. Ġndi zavallı Nisə bir 
fərsiz  oğlundan  nigaranıydı,  bir  də  hələ  üzünü 
görmədiyi nəvəsindən... 
-  Ay  oğul,  harda  qalmıĢdın,  gəl  çıx  da!..  Bax, 
nənən  də  gəlib  çıxdı.  Elə  həmiĢə  soruĢurdun  ki, 
mənim  anamın  anası  nə  vaxt  gələcək,  budur  bax, 
gəldi, – deyib, Nahidə yaĢından xeyli qoca görünən 
Nisəni balaca Elvinə göstərdi. 
Nisə  stuldan  ayağa  qalxıb,  dizlərinin  üstündə 
yerə oturub, uĢağı qucaqlayıb, hönkürdü. 

A L D A D I L M I Ş   Ə R  
 
93 
-  Mən  bilməzdim  ki,  bu  qədər  qəĢəng  nəvəm 
ola  bilər.  –  deyib,  Nisə  yerdən  qalxıb,  Elvini  də 
qucağında  otuzdurdu.  UĢaq  da  nənəsiylə  elə 
mehriban  davranırdı  ki,  elə  bil,  bu  yaĢlı  qadını 
əvvəldən görüb, tanıyırdı. 
Elvin  sakitcə  nənəsinin  qucağından  sürüĢərək, 
atasının yanına getdi. Pıçıltıyla: 
-  Ata,  dərsdən  gələndə  bizim  məhəllənin 
yanında bir kiĢi oturmuĢdu. ÜĢüyə - üĢüyə gəlib – 
gedənlərdən  yalvarıb,  çörək  pulu  dilənirdi.  Bayaq 
qonĢumuz Aslan əmi də onu söyüb qovladı, amma 
yazıq  titrədiyindən  yerindən  tərpənmədi.  –  deyib, 
anasına baxdı. 
Etibar, Əminəyə müraciətlə dedi: 
- Süfrədə nə var hərəsindən bir salafana doldur, 
ver uĢağa aparsın. 
Bunu  eĢidən  Etibarın  atası  QaraĢ  kiĢi  nə 
olduğunu oğlundan öyrəndi. Etibarı dinməyə imkan 
verməyən Elvin dərhal bayaq atasına danıĢdıqlarını 
babasına da danıĢdı. UĢaq tələsirdi ki, həmin kiĢiyə 
nəsə yaxĢılıq etsin. 
Elvinin  dilənçi  kiĢidən  bu  qədər  ürək  ağrısıyla 
danıĢması  evdəkiləri də  kövrəltdi. Hətta aclığın  nə 
olduğunu bilən Nisənin gözlərindən yaĢ da süzüldü. 
Bunu görən QaraĢ kiĢi nəvəsinə: 

Z A U R  
 
94 
-  Ay  oğul,  get,  həmin  kiĢini  çağır  gəlsin  bura. 
Yeməkdən  –  zaddan  yeyib,  gedər.  Qoy,  biz  də  bir 
savab iĢ görək də... 
UĢaq  babasının  sözlərini  eĢidib,  çox  sevindi. 
Hətta  sevindiyindən  gödəkçəsini  belə  geymədən, 
evdən çıxıb,  qaçdı  ki,  kiĢini  gətirib, gəlsin. Əminə 
uĢağın  arxasınca:  -  Elvin,  hava  soyuqdu,  qayıt, 
əyninə bir Ģey gey. – desə də, Elvin xeyli aralandı-
ğından anasının səsini eĢitmədi. 
Əminə  anasıyla  yanaĢı  oturmuĢdu.  Qayna-
nasıgilin  yanında  illərdir  ki,  həsrətiylə  alıĢıb  – 
yandığı anasına rahatca sarılıb, ürək dolusu ağlaya 
bilmir, utanırdı. Elə bil, bu illər ana ilə balanı da bir 
–birindən  soyutmuĢ,  onları  yad  insan  etmiĢdi. 
Amma buna baxmayaraq, Nisə qırıĢmıĢ, titrək əlləri 
ilə  övladının  hamar,  saçlarını  oxĢayırdı.  Elə  bu  an 
qapı  açıldı.  Dəhlizdən  :  -  Gəl,  gəl  dayı,  narahat 
olma. Babam özü səni çağırıb, – deyən Elvinin səsi 
eĢidildi.  
UĢaq  zahirən  çox  yaĢlı  görünən,  uzun  dağınıq 
saçlı, saqqalı, bir ayağı da  ağsaq kiĢini içəri dəvət 
etdi.  QaraĢ  kiĢi  ayağa  qalxaraq:  -  XoĢ  gəlmisiniz! 
Çəkinməyin,  burda  yad  adam  yoxdu.  Elə 
özümüzkilərdi,  keçin  içəri,  –  deyib,  üst  –  baĢı 
çirkab olan bu kiĢiyə oturmağa yer göstərdi. 

A L D A D I L M I Ş   Ə R  
 
95 
KiĢi  baĢını  qaldırıb:  “Çox  sağ  olun!”  demək 
istəyirdi ki, susub durdu. O, hamını tanıdı. Onu da 
hamı tanıdı. Bu kiĢi o xoĢagəlməz hadisədən sonra 
yoxa  çıxan  Nisənin    oğlu,  Əminənin  qardaĢı,  El-
vinin dayısı Mehdi idi. O, bu müddət ərzində xeyli 
qocalsa  da,  üzünü  saqqal  bürüsə  də,  gözlərindən 
tanındı.  Bu  anda  elə  bil  nigaran  ananın  qəlbinə  su 
səpdilər... 
 
22 Noyabr 2008, 
Bakı şəhəri 
 
 

Z A U R  
 
96 
 
 
BOZ  DOVŞAN 
 
Telman  aram  -  aram  addımlayaraq,  yoluna 
davam  edirdi. Aramla addımlamasına baxmayaraq, 
hər  addımında  qalxan  toz  onun  par-par  parıldayan 
ayaqqabısının  parıltısını  itirir,  qara  Ģalvarının 
ətəklərinə ağ ləkələr salırdı. 
Yayın  bu  cırha  -  cırında,  gündüzün  günorta 
çağında Telman bazara doğru gedirdi. O, yol boyu 
baĢını  qaldırıb  önünə  də  baxa  bilmirdi.  Gözlərini 
yerə  dikib,  hər  addımında  istidən  ovxalanıb,  hər 
təmasdan “hürküb” ətrafa səpələnən torpağa baxa - 
baxa  addımlayırdı.  Bu  yol  onu  qəsəbənin  bazarına 
doğru  aparırdı,  lakin  Telman  baĢını  yerə 
dikdiyindən, bu yolun onu hara apardığının fərqinə 
belə varmırdı. Onun  ağlında  yalnız  və  yalnız  evdə 
onun  yolunu  həsrətlə  gözləyən  hamilə  yoldaĢının 
istədiyini tapıb, ona çatdırmaq idi. Həlimə durub – 
durub,  dovĢan  əti  istəmiĢdi.  Telman  da  ilk  öncə 
qonĢuluqda  yaĢayan,  dovĢan  saxlayan  Səfərgilə 
getmiĢ,  utana  -  utana  məsələni  ona  anlatmıĢ,  bircə 
dənə dovĢan istəmiĢdi. Səfər də utanmaz - utanmaz 
Telmana elə qiymət demiĢdi ki, həmin qiymətə bir 

A L D A D I L M I Ş   Ə R  
 
97 
yox,  bir  neçə  dovĢan  almaq  olardı.  Qiymətin  nə 
qədər baha olmasına baxmayaraq, Telman dovĢanı 
alardı, lakin cibində Səfərin dediyi qiymətin yarısı-
nın,  yarısı  da  yox  idi.  O,  Səfərə  yalvarıb  –  yaxar-
mıĢdı  ki,  dovĢanı  versin,  bir  həftəyə  pulunu  tapıb, 
verər.  Səfər  isə:-  QardaĢ,  nisyə  girməz  kisəyə,  – 
deyərək,  həyətin  darvazasını  açıb,  -  XoĢ  gəldin!  – 
deyib,  Telmanı  həyətdən  çıxarmıĢ,  darvazanı  bərk 
çırparaq, onun arxasıycan donquldanmıĢdı: 
-  Pulun  yoxdusa  bəs,  niyə  onda  məni  narahat 
edirsən.  Hələ  mən  bir  qırağa  qalım,  hinə  girib, 
heyvanları  da  hürküdürsən.  Həyatda  nə  qəribə 
insanlar var ey... 
Telman 
bu 
sözləri  eĢitdisə  də  özünü 
eĢitməməzliyə  qoyub:  “Nəhlət sənə kor  Ģeytan!”  – 
deyib, yoluna davam etmiĢdi.  
O,  Səfərgildən  çıxıb,  yenə  də  qonĢuluqda 
yaĢayan Əkrəmgilə getmiĢdi. Əkrəm də onu görcək 
xoĢ  -  beĢ  edib,  məsələni  dinləyib:  -  “DovĢan  sənə 
qurbandır.  Biz  gor  qonĢularıyıq,”  –  deyərək, 
həyətdən yaxĢıca ətli, canlı dovĢanın qulaqlarından 
tutub  Telmana  uzatmıĢ,  sonradan  onun  üzərində 
pulunun  olmadığını  bilincə,  dovĢanı  əlindən  alıb, 
qapını açıb, onu çölə çıxarmıĢdı.  

Z A U R  
 
98 
Beləcə,  Telman  qapı  –  qapı  gəzib,  axır  ki, 
yaĢadığı  qəsəbənin  bazarına  gəlib  çatmıĢdı. 
Bazarda  var  -  gəl  edib,  dovĢan  axtarırdı,  bəlkə, 
bəlkə  cibindəki  pulun  dəyərində  bir  dovĢan  tapdı. 
BaĢqa vaxt bu bazarda o qədər dovĢan satan olardı 
ki,  hərəsinin əlində  beĢ  -  altı  dovĢan, su  qiymətinə 
də  olsa,  satmağa  razıydılar.  Bu  gün  elə  bil 
tərslikdən  Telman  bazarı  ələk  -  vələk  etsə  də  bir 
nəfər  belə  olsa,  dovĢan  satana  rast  gəlməmiĢdi. 
Telman köynəyinin altından tər bədəninə axa - axa, 
bazarın ala qapısının ağzında dayanıb, cibindən bir 
papiros çıxarıb, dodaqlarının arasına alıb, alıĢdırıb, 
sümürərək,  düĢünürdü.  DüĢünürdü  ki,  nə  etsin  ki, 
evə əliboĢ dönməsin.  
O, yoldaĢı ilə altı ay idi ki, bir - birlərini sevib, 
ailə həyatı qurmuĢdular. Bu günə qədər Həlimə nə 
istəmiĢdisə, Telman onun istəyini yerinə yetirməyə 
çalıĢmıĢdı.  Bu  gün  ilk  dəfəydi  ki,  o,  çarəsiz 
qalmıĢdı.  Evə  necə  dönəcəyi,  yoldaĢının  üzünə 
necə  baxacağı  haqda  düĢünürdü  ki,  birdən  ağlına 
nəysə yeni fikir gəlmiĢ kimi  öz – özünə: - “Bu gün 
gecə,  Səfərin  həyətinə  girib,  bir  dovĢan 
oğurlayacam,  baĢqa  əlac  yoxdu!”  –  deyərək, 
papirosundan sümürərək ağlında oğurluğun planını 
çəkmək  istəyirdi  ki,  öz  –  özünə:  -  “Yox,  bu  iĢ 
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə