Yazıçısı 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın səfalı yerlərindən biri olan Şuşa şəhərində anadan olmuşdur



Yüklə 190,45 Kb.
Pdf görüntüsü
tarix01.06.2017
ölçüsü190,45 Kb.
növüYazı

 

 

YUSİF 

VƏZİR ÇƏMƏNZƏMİNLİ 

 

Həyatı  və  yaradıcılığı  

 

Yusif Vəzir Çəmənzəminli - 



Azərbaycan dövlət adamı  və 

yazıçısı - 1887-ci il sentyabr ayının 

12-də Azərbaycanın səfalı 

yerlərindən biri olan Şuşa şəhərində 

anadan olmuşdur. 

Yusif Vəzirin atasi Məşədi 

Mirbaba Mirabdulla oglu Vəzirov 

Şuşa bəylərindən biri idi. Onun 

bəyliyi 1873-cü il aprel ayının 13-də  Şuşa qəza idarəsi tərəfindən 

təsdiq edilmis və ona bu haqda səhadətnamə verilmisdir. Yusif 

Vəzirin daşıdıgı  Vəzirov soyadı XVIII əsr Qarabag hökmdarı 

İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə 

Əliməmmədaganın tutdugu vəzir vəzifəsinə baglı olaraq nəsildən-

nəsilə keçmisdir. İbrahimxəlil xanın vəziri Mirzə  Əliməmmədaga 

Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) 

nəslinin ulu babasıdır. 

Qeyd etmək lazımdır ki, 1797-ci ilin iyun ayında  İran hökmdarı 

Ağaməmməd şah Qacar,  Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan 

tərəfindən Türkiyə dövlətinə yenicə  səfir təyin olunmuş Mirzə 

Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Beləliklə, Mirzə 

Əliməmmədağaya səfir olmaq qismət olmur. 

Taleyin qisməti belə  gətirir ki, uzun illərdən sonra Türkiyədə 

səfirlik etmək Mirzə  Əliməmmədağa nəslinin nümayəndəsi 

Y.V.Çəmənzəminliyə  nəsib olur. O, 1919-cu ildə yeni yaranmış 

Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur. 

Yusif Vəzirin atası Məşədi Mirbaba İran, Orta Asiya və Türkiyənin 



bir qismini gəzmişdi, fars və türk dillərini mükəmməl bilirdi. O, 

ədəbiyyat ilə  də  məşğul olardı  və Firdovsi ilə Füzulini çox sevərdi. 

Eyni zamanda xanəndələrə muğamatdan dərs deyərmiş. Məşədi 

Mirbaba gənc yaşında var-dövlətini qonaqlıqlarda xanəndə-

sazəndələrə, yeyib-içməyə  xərcləyib, kasıb düsdükdən sonra 

Ağdamda attar (dərman və  ədviyyat satan) dükanı açır və orada 

nüsxəbəndlik (qədim tibb kitabları əsasında dərman düzəldən həkim) 

edir. 


Yusif  Vəzir ilk əvvəl  Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan 

Molla Mehdinin məktəbində oxuyur. Molla Mehdinin yanında 

təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oglu Yusifi 

Agdama aparır və onun təhsili ilə özü məşğul olur. Ona türk və fars 

dillərini öyrədir. Yusifin atası onun rusca öyrənməsini də istəyirdi. 

Ağdamda rus məktəbi olmadıgı üçün Yusif Muradbəylidəki rus 

məktəbinə getməli olur. Yusif bir il bu məktəbdə oxuyandan sonra 

hazırlaşıb realnı məktəbinə girmək üçün 1896-ci ildə Şuşaya qayıdır 

və imtahan verib Şuşa realnı  məktəbinə daxil olur. O zaman Şuşa 

realnı  mıəktəbə  tədris və  təchizat etibarilə Qafqaz orta məktəbləri 

sırasında birincilərdən sayılırdı. 

Şuşa realnı məktəbinin yuxarı kurs tələbəsi, Yusifin böyük qardaşı 

Əbülhəsən nümunəvi tələbə oldugu üçün Yusifin də realnı məktəbdə 

yaxsı    tələbə olmasına çalısırdı. Lakin Əbülhəsən istədiyi kimi ona 

müvəffəq ola bilmirdi. Çunki Yusifin riyaziyyata o qədər də marağı 

yox idi. Yusif oxuduğu kitablarda hər  şeydən çox rəssamların və 

heykəltaraşların tərcümeyi-halına diqqət yetirərdi. 

Yusif  Vəzir hələ kiçik yaşlarında rəsm əsərləri çəkməklə məşğul 

olmuşdu.  Əvvəlcə  təbiət mənzərələri, sonralar isə ictimai-siyasi 

motivli karikaturalar çəkməyə başlamısdı.Yusifin tələbəlik illərinin 

sevinci uzun sürmür. Gözlənilmədən onun böyük qardası Əbülhəsən 

xəstələnir və 1904-cü ildə vəfat edir. Yusif Vəzirin 21 yaslı qardası 

Əbülhəsən vaxtsız ölümü onu hədsiz dərəcədə sarsıdır. Baş verən 

bədbəxt hadisə ataları  Məşədi Mirbabanın və anaları Seyid əziz 

xanımın tez-tez xəstələnmələrinə  səbəb olur. Bu hadisə dünyada 

haqq və  ədalət olmasına inanan Yusifdə  də ümidsizlik dogurur və 



onun uzun müddət dərsləri ilə  məşğul ola bilməməsinə  səbəb olur. 

Bir müddət keçəndən sonra qardaşı  Əbülhəsənin yaratdığı  zəngin 

kitabxana Yusifə verilir. Yusif Vəzir kitabxanadaki rus və  əcnəbi 

klassiklərin kitabları  ilə yaxından tanış olandan sonra onda rəsm ilə 

bərabər ədəbiyyata da böyük maraq oyanır. Yusif Vəzir Şuşa realnı 

məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından 

şikayət tərzində yazılmış “Jaloba” adli ilk şerini rusca yazmışdı. 

Yusif Vəzir rusca yazdığı bir neçə  şerini  Şuşa realnı  məktəbindəki 

rus dili müəllimi Klemiyə göstərir. Müəllim  şerləri gözdən keçirib 

ona Çexovu oxumağı  məsləhət görür. Çexovun sirin və duzlu 

hekayələri Yusif  Vəzirin çox xoşuna gəlir. Yusif realnı məktəbində 

oxuyan zaman əmisi oglu və dostu Mirhəsən Vəzirovla birlikdə rus 

dilində “Fokusnik” adli, ?l ilə yazilmis yumoristik və karikaturalı 

aylıq jurnal çixarırdılar. Bu jurnalda verilən yazılar həcmcə kiçik 

olsa da, məzmunca diqqəti cəld edirdi. 1905-ci ilin yayında erməni 

daşnaqlarının təbliğatı nəticəsində Şuşada milli qırğın başlayır. Polis 

və hökümət  əsgərləri bu düsmənçiliyə qarsı laqeyd münasibət 

bəslədikləri üçün iki xalq biri-birini qırır, evlərini yandırıb, xaraba 

qoyurdular.  Şuşanın təhlükəli vəziyyətindən dogan əsəbilik Yusif 

Vəzirin atasi Məşədi Mirbabanın tez-tez xəstələnməyinə səbəb olur. 

Yusif  Vəzirin atasi 1906-ci il fevral ayının 20-də vəfat edir. Onun 

vəfatından sonra ailə, həyat təcrübəsi olmayan 19 yaslı Yusifin 

himayəsində qalır. Atasının vəfatından sonra Yusif ilk əvvəl 

Ağdamdakı əttar dükanının şeylərini və dükanın özünü satmaq üçün 

mart ayının birində  Ağdama gedir. Bir neçə gün orada qaldıqdan 

sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedir. İki ay 

yatalaq xəstəliyindən yatıb, ağır böhranlar keçirir. Sonra Yusifin 

bibisi onun sağalacagına olan ümidini itirib Şuşaya göndərir. 

Xəstəlikdən zəif düsmüs Yusifin üç ay yataqdan qalxa bilməməsi 

ailəni böyük çətinliklər qarşısına qoyur. Ailə köməksiz qalır. Yusifin 

anasi Seyid əziz xanım gecə  və gündüz rahatlıq bilmədən onun 

həyatını xilas etmək üçün əlindən gələni edir. Ailənin agır 

vəziyyətində Yusif hələ  uşaq ikən Cənubi Azərbaycanın 

“Çəmənzəmin” adlı kəndində aclıq nəticəsində oradan qaçıb, Şuşaya 



pənah gətirib, Yusifgilin həyətlərində  sıgınacaq tapmış  Həsənxan, 

Nifti və Fərəc qardaşlarından basqa heç bir qohumları onlara kömək 

etmir. Yusifin atasi Məşədi Mirbabayev vaxtı ikən yurdları olmayan 

bu qardaşlara öz həyətində sığınacaq verib himayəsinə almışdı. 

Yusif sağaldıqdan sonra anasına deyir ki, əgər mən gələcəkdə 

adlı-sanlı adam olsam, mütləq Cənubi Azərbaycandan gəlmiş 

sədaqətli qonşularımızın kəndlərinin adını özümə  təxəllüs qəbul 

edəcəyəm. Yusif Vəzir necə deyir, elə  də edir. Yusif Vəzirin 

“Çəmənzəminli” təxəllüsünü qəbul etməsi onun həmin ailəyə 

bəslədiyi hörmət və  məhəbbətdən gəlir.  Şuşada yaranan erməni-

müsəlman çarpışmaları 

nəticəsində azərbaycanlı 

tələbələri 

məktəblərini tərk etmək məcburiyyətində qalırlar. Yusif Vəzir də 

təhsilini davam etdirmək üçün Bakıya gedib realnı  məktəbin altıncı 

sinfinə daxil olur. O, böyük səylə oxumaqla bərabər ictimai işlərlə də 

məşğul olur. Yusif Vəzir xalqın məişətini, onun adət və ənənələrini, 

həyat tərzini bilərək 1907-ci ildə  “Şahqulunun xeyir işi” adlı 

hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə “Səda” qəzetində 

çap olunur. Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba 

yurdundan didərgin düşməyə məcbur edir. Onlar Aşqabada köçməli 

olurlar. 

1907-ci ildə Yusif  Vəzir Qarabağın pir və ocaqlarını  kəskin 

tənqid edən yazısını “Molla Nəsrəddin” jurnalında “Bakı realnı 

məktəbinin altıncı sinif şagirdi Mir Yusif  Vəzirov” imzası ilə çap 

olunur. Bu yazıdan sonra Aşqabadda və Bakının Hacıağa 

karvansarasında yaşayan qarabağlılar həyacana gəlib Yusif Vəzirə 

qarşı kin bəsləyirlər. Aşqabaddan gələn təhqir və  hədələmə 

məktublarının ardı-arası  kəsilmirdi. Onlar Yusif Vəzirdən “Molla 

Nəsrəddin” jurnalı vasitəsilə üzr istəməyi tələb edirdilər,  əks halda 

isə öldürüləcəyini bildirirdilər. Yusif Vəzir 1907-ci il noyabr ayının 

5-də “Təzə  həyat” qəzetində izahat verərək bildirir ki, “Molla 

Nəsrəddin” jurnalında gedən yazısının heç də “müqəddəs” pirlərə və 

ocaqlara sataşmaq deyil, əsas məqsəd ancaq hiyləgərləri ifşa 

etməkdən ibarətdir. “Mən göstərirəm ki, adını müsəlmən qoyanların 

içində çoxsu qurd libasına girib, millətə  xəyanət edirlər, millətin 



gözünü baglayıb, ümumi insaniyyət nöqtəsindən uzaq salırlar. 

Camaatın dərdinə qalıb məktəblər açmaqdan, yetim uşaqları 

oxutdurmaqdan ki, gələcəkdə küçələrdə qalıb camaata zərər 

yetirməsinlər... Bütün bunları eləməyin əvəzində fəqir-füqəranın axır 

qəpiklərini də alıb ac-acına qoyurlar. Görünür ki, bəzi oxucular 

məqalədəki alovlu vətənpərvərlik hissini fərqləndirə bilməyib 

ağızdan-ağıza yalan və şişirdilmiş şayiələr uydurub yayıblar”. 

Yusif Vəzir 1909-cu ildə Bakı realnı  məktəbini bitirib, təhsilini 

davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib 

sənədlərini Mülki Mühəndislər institutuna verir. Lakin riyaziyyata 

qələbə çalmayacağını hiss edib sənədlərini geri alır. Orada qaldığı 

vaxtdan istifadə edib məşhur “Cənnətin qəbzi” hekayəsini və 

Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur 

milli qəhramanı olan Şeyx Şamili yada salaraq ona ser həsr edir. Bir 

aydan sonra Yusif Vəzir Peterburqdan Aşqabada qayıdır. O, 

Aşqabadda qaldığı müddətdə latıncanı öyrənməyə başlayır. Sonra isə 

Daşkəndə gedib altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında 

imtahan verib universitetə girmək hüququ qazanır. Yusif Vəzir 1910-

cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına  İmperator 

Universitetinin hüquq fakültəsinə daxil olur. Yusif Vəzirin 

Kiyevdəki 5 illik tələbəlik dövründə  də o vətənilə heç bir zaman 

əlaqəni kəsmir. Yusif  Vəzir Bakıda nəşr olunan qəzetləri və 

jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən 

hadisələrlə yaxından tanış olurdu. Eyni zamanda öz yazılarını da 

Bakıda çıxan qəzetlərdə çap etdirirdi. Yusif  Vəziri düşündürən əsas 

məsələlərdən biri də Azərbaycan dilində kitabların nəşri və yayılması 

olmuşdu. O, bu məqsədlə Kiyevin ali məktəblərində  təhsil alan 

azərbaycanlı  tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil 

etmişdi. Bu barədə Yusif Vəzir 1911-ci il iyun ayının 3-də “Səda” 

qəzetində çap etdirdiyi “Kiyevdə heyəti – nəşriyyat təşkili 

məqaləsində yazırdı... kitabçalar bir ədəbiyyata dair olmayıb, siyasi, 

tibbi, tarixi, iqtisadi məsələlərdən də bəhs edəcəkdir.” 

Yusif Vəzirin xalq nağıllarından götürülmüş uşaqlar üçün yazdığı 

məşhur “Məlik Məmməd” nağılı 1910-cu ildə Kiyevdə yazılmış  və 



1911-ci ildə kitabça şəklində  nəşr olunmuşdur. Kiyevdəki nəşriyyat 

heyəti Azərbaycanın tarixinin yazılması təşəbbüsünü də irəli sürürdü. 

Bu barədə Yusif Vəzir 1913-cü il mart ayınin 12-də “Sədayi-həqq” 

qəzetində çap etdirdiyi “Biz kimikə” məqaləsində yazırdı: 

“... Tarixin millətimizə  nə  qədər mənfəəti olduğunu nəzərə alıb 

Kiyev müsəlman studentlərinin nəşriyyat heyəti ərbabi qələmimizdən 

Azərbaycan tarixini yazmağı rica edir. Tarix müxtəsər və sadəcə 

Azərbaycan dilində olmalıdır. Onu heyət təb etdirməyi öhdəsinə 

götürür və bundan əlavə tarix müəllifinə mükafat da verməyi vəd 

edir.” 


Yusif Vəzir 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə “Həyat 

səhifələri” adlı kitablarını Kiyevdə çap etdirir. Onlarin hər nüsxəsinin 

Qori müəllimlər seminariyasının müəllimi, görkəmli ədəbiyyatşünas 

Firudun bəy Köçərliyə göndərir. Firudun bəy kitabçaları aldıqdan 

sonra Qoridən Kiyevə göndərdiyi məktublarla Yusif Vəzir 

yaradıcılığına, onun mədəniyyət sahəsində xidmətlərinə yüksək 

qiymət verir. 

Beləliklə, Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və 

elmi sahədə çox əlverişli olmuşdu. O zaman o, dini məsələ, qadın 

məsələləri və  uşaq tərbiyəsi ilə son dərəcə maraqlanırdı. Nəticədə 

“Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları 

meydana çıxır. 1915-ci ildə birinci dünya müharibəsinin gedişi ilə 

əlaqədar olaraq alman hücumundan çəkinən çar höküməti Kiyev 

universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif 

Vəzir universiteti 1915-ci ildə Saratovda bitirir. O, universiteti 

bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə 

namizəd qəbul olunur. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu 

üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə gedir. 

Orada “Zemstvo” təşkilatına daxil olub cəbhəyə gedir. Fevral 

inqilabı baş verən zaman Yusif Vəzir Qalitsiyada idi. 1917-ci ildə 

Ukraynanın həyəcanla doğulan milli hərəkatı bütün Rusiya daxilində 

yaşayan qeyri-rus millətlərə örnək olur. Bununla əlaqədar Yusif 

Vəzir 1917-ci ildə Qalitsiyadan Kiyevə  gəlir. Orada siyasi təşkilata 

ehtiyac olduğunu hiss edib Kiyevdə oxuyan azərbaycanlı  tələbələri 



ətrafina toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi “Musavatin” 

Kiyev  şöbəsini yaradır. Həmin  şöbəyə başçılıq etmək üçün Yusif 

Vəzir sədr seçilir. Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra 

Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada 

diplomatik nümayəndə  təyin edir. Yenicə  işə baslamış diplomatik 

nümayəndəliyin  əsas məqsədi Azərbaycanı Rusiya ictimaiyyətinə 

tanıtmaq idi. Ona görə də onlar müsamirələr təşkil etməklə bərabər, 

Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarəti və iqtisadiyyatı 

haqqında çoxlu məqalələr yazıb mətbuatda çap etdirirlər. Beləliklə, 

Azərbaycan yavaş-yavaş tanınmağa başlayır. 

Yusif Vəzir həmin təşkilatda işlədiyi dövrdə “Azərbaycanın 

Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını yazıb 

çap etdirir. Yusif Vəziri düşündürən və narahat edən məsələlərdən 

bir də Azərbaycanin milli marşının olmaması idi. Bununla əlaqədar 

onun 1917-ci il dekabr ayının 19-da “Açıq söz” qəzetində çap 

etdirdiyi məqalədə deyilirdi: - “Hər bir millətin özünəməxsus bir 

milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. 

Mübarizə edib öz xalqını mühafizı etmək xahişi artır. Bizim isə bu 

nəğməmiz yoxdur. Odur ki, milli ruhumuz da yoxdur. Düşməni 

yıxmaq üçün də milli ruh lazımdır. Milli şərqi əmələ gətirmək üçün 

şairlərimiz və musiqişünaslarımız Üzeyir Hacibəyov cənabları 

çalışmalıdırlar.” 

1918-ci ildə vətəndaş müharibəsi ilə əlaqədar Azərbaycanla rabitə 

kəsilir. Yusif Vəzir vətəndə baş verən hadisələrdən heç bir 

informasiya almadığı üçün tutduğu vəzifəsini müavininə tapşırıb 

Simferopola gedir. Orada bir neçə ay ləngidiyi üçün ədliyyə 

direktorluğunda məsləhətçi işləyir. Krımdakı “Millət” qəzetində 

“Azərbaycan və azərbaycanlılar” adlı məqaləsini çap etdirir və Litva 

tatarlarının tarixi ilə maraqlanaraq onların yaranması  və  vəziyyəti 

haqqında tədqiqat aparıb yazdığı “Litva tatarları” adlı kitabçasını 

1919-cu ildə Simferopolda (Ağ məscid) çap etdirir. 

Yol şəraiti yaxşılaşan kimi Yusif  Vəzir Odessaya gedir. Müharibə 

ilə  əlaqədar yollar bağlı olduğu üçün Yusif Vəzir Odessada iki ay 

qalmalı olur. O, vətənə qayıtdıqda “Azərbaycan” qəzetində “Xarici 



siyasətimiz”, “Milli və  mədəni işlərimiz” başlığı ilə silsilə 

məqalələrini çap etdirir. Yusif Vəzir bir müddət Bakıda qaldıqdan 

sonra Azərbaycan Demokratik Cumhuriyyətinin Nazirlər  Şurasının 

sədri Nəsib bəy Usubbəyovun təklifi ilə 1919-cu ildə yeni yaranmış 

Respublikanın səfiri kimi İstanbula göndərilir. Yusif Vəzir 

İstanbulda diplomatik işlə  məşğul olmaqla yanaşı, öz ədəbi 

fəaliyyətini də davam etdirir. Belə ki, Azərbaycanı  və Azərbaycan 

ədəbiyyatını türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə  zəngin 

olan “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi-coğrafi və iqtisadi 

Azərbaycan” adlı kitablarını yazıb 1921-ci ildə onları İstanbulda çap 

etdirir. 

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir 

tutduğu vəzifəsini artıq bitmiş olduğunu elan edib, Parisdə siyasi 

elmlər institutunun diplomatika fakültəsində təhsil alan kiçik qardaşı 

Mirinin (Mirabdulla) yanına gedir. Fransada hər hansi bir əcnəbinin 

hüquq sahəsi üzrə işləməsi qeyri-mümkün olduğu üçün Yusif Vəzir 

maddi vəziyyətinin ağır olması ilə  əlaqədar məcbur olub Paris 

yaxınlığındakı Klisi adlı  şəhərə köçüb əvvəlcə Lokomativ, sonralar 

isə avtomobil zavodlarında fəhləlik edir. O, “Paris xəbərləri” 

qəzetində  də  əməkdaşlıq edib “Şərq məktubları” başlığı altında 

cürbəcür yazılar çap etdirir. Yusif Vəzirin qardaşı Miri 1922-ci ildə 

təhsilini başa vurub Paris banklarının birində məmur işləyirdi. 1924-

cü ildə Miri qəflətən xəstələnir. 13 ay davam edən onun xəstəliyi 

ölümlə  nəticələnir. 1925-ci ildə Miri 29 yaşında Parisdə  vəfat edir. 

Yeganə qardaşının vaxtsız vəfatı Yusif Vəziri həddindən artıq 

sarsıdır, bu ona çox böyük dərd olur. Qardaşını itirdikdən sonra 

Yusif Vəzir Parisdə böyük çətinliklərlə üzləşir və necə olursa-olsun, 

vətəni Azərbaycana qayıtmağı  qərara alır. Yusif Vəzir vətəninə 

qayıtmaq üçün Parisdəki Sovet səlahiyyətli nümayəndəliyinə ərizə ilə 

və Azərbaycan SSR Xalq Komisarları Sovetinin sədri Qəzənfər 

Musabəyova xüsusi məktubla müraciət edir. Qəzənfər Musabəyov 

Yusif Vəzirdən aldığı  məktubu Az.SSR-nin komunist partiyasının 

birinci katibi Kirova göstərir. Kirov Yusif Vəzirin vətəninə qayıtmaq 

arzusunu böyük məmnuniyyətlə qarşılayır. Bir ildən sonra 



Ümumittifaq  İcraiyyə Komitəsinin 18 yanvar 1926-ci il tarixli 

qərarına  əsasən Yusif Vəzir sovet vətəndaşlığına daxil olur. Yusif 

Vəzir 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə 

qayıdır. 

Qürbət ellərdən vətəninə qayıtmış Yusif Vəzir ilk əvvəl “Bakı 

işçisi” nəşriyyatında bədii  şöbənin redaktoru, sonralar Dövlət Plan 

Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləmiş və 

eyni zamanda müəllimliklə  də  məşğul olmağa başlamışdı.  Əvvəlcə, 

Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və pedaqoji 

fakültəsində, sonralar isə Pedaqoji, Tibb və Neft institutlarında 

Azərbaycan və rus dilləri kafedrasında dərs demişdi. Eyni zamanda 

Yusif Vəzir Ruhulla Axundovun redaktəsi ilə  çıxmış “Rusca-

Azərbaycanca lügət”in müəlliflərindən biri olmuşdu. Azərbaycan 

dilində terminologiyanın yaradılmasında da Yusif Vəzir 

Çəmənzəminlinin böyük xidməti olmuşdur. 

Yusif Vəzir 1930-35-ci illərdə Azərbaycan Neft İnstitutunda 

işləyən zaman, həmin institutda çixan “Əzizbəyov adına Azərbaycan 

qızıl Bayraqlı Neft İnstitutunun  əxbari” jurnalında “Neft və onun 

tarixi” adlı  məqaləsi ilə  bərabər bir çox məqalələr yazıb çap 

etdirmişdir. Yusif Vəzir bir çox hekayələrini “Maarif və mədəniyyət” 

jurnalında və başqa mətbuat orqanlarında çap etdirir. Sonralar isə 

“Qızlar bulağı”, “Studentlər”, “1917-ci il” adlı romanlarını çap 

etdirir. 1935-ci ildə “Həzrəti-Şəhriyar” adlı komik pyesini bitirir. 

Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalan “Həzrəti-

Şəhriyar” komediyası, nəhayət, ilk dəfə 1980-ci ildən incəsənət 

toplusu “Qobustan” jurnalının 4-cü nömrəsində çap olundu. 

Yusif Vəzir tərcümələr üzərində  də  işləyirdi. O, L.Tolstoyun, 

İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, 

L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə  əsərlərini rus dilindən 

Azərbaycan dilinə  tərcümə etmişdi. O, kino-ssenarilərin tərcüməsi 

işində də fəal iştirak etmişdi. Azərbaycan dilində ilk səsli film olan 

məşhur “Çapayev” filminin ssenarisini də Azərbaycan dilinə 1936-cı 

ildə Y.V.Çəmənzəminli tərcümə etmişdi. Yusif Vəzir 1937-ci ilin 

aprel ayında tamamladığı  “İki od arasında” adlı tarixi romanı  işdən 



çıxarıldığı üçün çap etdirə bilməmişdi. Öz sağlığında nəşr etdirmək 

qisməti olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1960-cı ildə 

“Azərbaycan” jurnalında müəyyən ixtisarla “Qan içində” adı ilə 

çapdan çixmışdı. Yusif Vəzir Yazıçılar İttifaqından çıxarılmamışdan 

3-4 ay əvvəl yazdığı “Altunsaç” adlı kinossenarisini də “Azərfilmə” 

vermişdi. 

Əsər geniş mütəxəssis müşavirəsində oxunub 

bəyənilməyinə baxmayaraq “Azərfilmin” direktoru Merkel son 

mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi, “Studentlər” 

romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya 

bilməyəcəyəm. 

Yusif Vəzirin 1937-ci ildə cürbəcür bəhanələrlə  işdən kənar 

edilməsi ona mənəvi əzab verirdi. Həyatını xalqın istiqlaliyyətinə və 

tərəqqisinə  həsr edən Yusif Vəzir özündə heç bir günah görməyib. 

1937-ci il may ayının 20-də Azərbaycan.K(b)P-nın Mərkəzi 

Komitəsinin birinci katibi M.C.Bağırova  ərizə ilə müraciət edir. 

Yusif Vəzir M.C.Bağırova yazdığı  ərizənin cavabının gəlməsindən 

əlini üzərək 1937-ci il iyun ayının 8-də Ümumittifaq K(b)P-nın baş 

katibi  İ.V.Stalinə  ərizə ilə müraciət edir. Bu ərizədən də cavab 

gəlmir. Yusif Vəzir 20-25 gün Moskvada qalıb Stalinə yazdığı ərizə 

barədə  Mərkəzi Komitəyə müraciət edir. Lakin ordan da heç bir 

cavab ala bilmir. Çarəsiz qalan Yusif Vəzir Bakıya qayıdır. 1938-ci 

ildə “Kommunist” qəzetində  çıxan bir elanda bildirilirdi ki, 

Özbəkistan SSR-nin Urgənc  şəhərindəki Xarəzm Vilayət Pedaqoji 

institutunda rus dilində  dərs deməyə müəllim yeri tutmaq üçün 

müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini toplayıb Urgənc 

şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır. 1938-

ci ilin avqust ayında Yusif Vəzir Urgəncə yola düşür. O, Urgənc 

pedaqoji instituta baş müəllim və eyni zamanda institut kitabxanasına 

müdir təyin olunur. 1937-38-ci illərdə represiyaya məruz qalan 

Azərbaycanın bir qrup elm və  mədəniyyət xadimlərindən 

B.Çobanzadə, N.Şahsuvarov, H.Zeynallı, H.Nəzərli və başqalarının 

verdikləri ifadələr  əsasında 1940-cı il yanvar ayının 25-də Yusif 

Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə 

həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də 


Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansıyasındakı  həbs 

düşərgəsinə göndərirlər. Yusif Vəzir Çəmənzəminli 1943-cü il 

yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya 

stansıyasındakı həbs düşərgəsində vəfat edir. Səhəri gün - 1943-cü il 

yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki 

qəbiristanlıqda dəfn olundu. 1956-cı ildə Yusif Vəzirə bəraət verildi.  



 

 

 



 


Yüklə 190,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə