Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə1/41
tarix19.06.2017
ölçüsü3,25 Mb.
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   41

www.vivo-book.com 

 



Mixail Bulqakov 

Master və Marqarita 

(roman) 

 

www.vivo-book.com 

 



 

 

 



 

www.vivo-book.com 

 



Birinci hissə 

 

... Axı sən kimsən?  



–  Mən  daim  pislik  arzulayan  və  daim  yaxĢılıq  edən 

qüdrətin bir hissəsiyəm. 

Gete, "Faust" 

 

 



I fəsil 

TANIMADIĞINIZ ADAMDAN UZAQ DURUN 

 

Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki 



adam  göründü.  Əynində  parusindən  boz  yay  köynəyi  olan, 

qara saçları ortadan dazlaĢmıĢ qırx yaĢlarında tösmərək kiĢi 

Ģlyapasını  əlində  piroq  kimi  tutmuĢdu,  təmiz  qırxılmıĢ 

sifətində buynuz sağanaqlı iri qara eynəyi ilk baxıĢdan gözə 

dəyirdi.  Dama-dama  kepkasını  boynunun  dalına  itələmiĢ 

enlikürək, kəkilli kürən gənc ətəyiuzun, enli köynək, əzik ağ 

Ģalvar və qara çəkələk geyinmiĢdi. 


www.vivo-book.com 

 



Bunlar  Moskvanın  qısaca  Massolit  adlanan  çox  böyük 

ədəbi  cəmiyyətlərindən  birinin  sədri  və  qalın  bədii  jurnalın 

redaktoru  Mixail  Aleksandroviç  Berlioz,  bir  də  onun 

Bezdomnı  ləqəbi  ilə  yazıb-yaradan  gənc  yoldaĢı  Ģair  Ġvan 

Nikolayeviç Ponıryov idi. 

Azca  yaĢıllaĢmıĢ  cökə  ağacının  kölgəsinə  çatan  kimi 

yazıçılar tez-tələsik özlərini üstünə "Pivə və sular" yazılmıĢ 

ala-bəzək köĢkə verdilər. 

Bu yerdə həmin dəhĢətli may axĢamının ilk qəribəliyini 

qeyd  etmək  lazımdır.  Nəinki  köĢkün  ətrafında,  Kiçik 

Bronnaya  küçəsinə  paralel  xiyabanda  da  kimsə  gözə 

dəymirdi.  Nəfəs  almağa  belə  hal  qalmadığı,  günəĢin 

Moskvanı  yaxıb-yandırıb,  buludsuz  havada  Sadovaya 

dairəsinin  arxasına  endiyi  həmin  vaxtda  cökə  ağacının 

altında  heç  kim  yox  idi,  skamyada  heç  kim  oturmamıĢdı  – 

xiyaban bomboĢ idi. 

– Narzan verin, – Berlioz dedi. 

– Narzan  yoxdur,  –  köĢkdəki  qadın  nəyə  görəsə  incik 

cavab verdi. 

– Pivə var? – Bezdomnı boğuq səslə soruĢdu. 



www.vivo-book.com 

 



– Pivəni axĢam gətirəcəklər, – qadın cavab verdi. 

– Bəs nə var? – Berlioz xəbər aldı. 

– Ərik Ģirəsi, ancaq ilıqdır, – qadın dedi. 

– Di verin, verin, verin!.. 

Ərik  Ģirəsindən  sarı  köpük  qalxdı  və  havadan 

dəlləkxana  qoxusu  gəldi.  Ġçən  kimi  ədibləri  hıçqırıq  tutdu, 

hesabı ödəyib, üzləri gölə, arxaları Bronnaya küçəsinə tərəf 

skamyada oturdular. 

Bu zaman təkcə Berlioza dəxli olan ikinci qəribəlik baĢ 

verdi. Hıçqırığı qəfil kəsdi, ürəyi çırpınıb harasa yuvarlandı, 

sonra  qayıtdı,  ancaq  küt  sancıyla.  Bundan  baĢqa,  onu  heç 

nədən  elə  möhkəm  qorxu  sardı  ki,  həmin  dəqiqə  dabanına 

tüpürüb  Patriarx  gölündən  qaçmaq  istədi.  Berlioz  nədən 

qorxduğunu  anlamadan  qüssə  ilə  ətrafına  baxdı.  Rəngi 

ağarmıĢdı,  alnını  dəsmalla  silib  düĢündü:  "Nə  oldu  mənə? 

Heç  vaxt  belə  Ģey  olmayıb...  ürəyim  Ģıltaqlıq  eləyir... 

yorulmuĢam.  Deyəsən,  hər  Ģeyi  atıb  Kislovodska  getməyin 

vaxtıdır..." 

Bu  yerdə  bürkülü  hava  onun  qarĢısında  qatılaĢdı  və 

həmin  havadan  çox  qəribə  görünüĢlü  Ģəffaf  adam  əmələ 



www.vivo-book.com 

 



gəldi:  balaca  baĢında  günlüklü  jokey  papağı,  əynində  dar, 

dama-dama  yüngül  pencək...  Boyu  bir  sajın,  dəhĢətli 

dərəcədə arıq, çiyinləri ensiz adamın sifətində isə, nəzərinizə 

çatdırım ki, istehza var idi. 

Berliozun  həyatı  elə  qurulmuĢdu  ki,  qeyri-adi 

hadisələrə  öyrəĢməmiĢdi.  Daha  da  ağarıb,  gözlərini 

bərəldərək təĢviĢlə düĢündü: "Belə Ģey ola bilməz!.." 

Ancaq  təəssüflər  olsun  ki,  beləydi,  bu  tərəfindən  o 

tərəfi  görünən  uzun  adam  torpağa  toxunmadan  onun 

qarĢısında sola-sağa yırğalanırdı. 

Berlioz dəhĢətdən gözlərini yumdu. Gözünü açanda isə 

gördü  ki,  hər  Ģey  qurtarıb,  ilğım  itib,  dama-dama  paltarlı 

yoxa çıxıb, ürəyindəki sancı da onunla bir yerdə. 

–  Tfu,  lənət  Ģeytana,  –  redaktor  dedi,  –  bilirsən,  Ġvan, 

istidən  az  qaldı  ürəyim  yatsın!  Hətta  qarabasmaya  oxĢar  da 

nəsə oldu, – o gülümsəməyə çalıĢdı, ancaq gözlərindən hələ 

də  qorxu  çəkilməmiĢdi,  əlləri  titrəyirdi.  Bununla  belə,  get-

gedə  sakitləĢdi,  dəsmalla  üzünü  yelləyib,  kifayət  qədər 

gümrah səslə: "Hə, deməli..." – deyib, hərdən ərik Ģirəsindən 

içərək yarımçıq söhbətinə qayıtdı. 



www.vivo-book.com 

 



Sonradan  biləcəyiniz  kimi,  söhbət  Ġsa  Məsihdən 

gedirdi.  Məsələ  belə  idi:  redaktor  jurnalın  növbəti  nömrəsi 

üçün Ģairə din əleyhinə böyük poema sifariĢ vermiĢdi. Ġvan 

Nikolayeviç  bu  poemanı  yazdı,  özü  də  çox  qısa  müddətə, 

ancaq  təəssüf  ki,  poema  redaktoru  heç  cür  qane  etmirdi. 

Bezdomnı  öz  poemasının  baĢ  qəhrəmanını,  yəni  Ġsanı  qara 

boyalarla  təsvir  etmiĢdi,  bununla  belə,  redaktorun  fikrincə, 

poemanı  büsbütün  təzədən  yazmaq  lazımdı.  Ona  görə  də 

baĢlıca  səhvini  göstərmək  üçün  indi  Ģairə  Ġsa  haqqında 

mühazirəyə oxĢar bir Ģey oxuyurdu. Ġvan Nikolayeviçi məhz 

nəyin pis vəziyyətdə qoyduğunu demək çətindi – təxəyyülün 

gücü,  yoxsa  yazmaq  istədiyi  məsələnin  mahiyyətindən 

xəbərsizliyi  –  ancaq  onun  təsvir  etdiyi  xoĢagələn  personaj 

olmasa  da,  tamamilə  canlı  çıxmıĢdı.  Berlioz  isə  Ģairə  sübut 

etmək istəyirdi ki, əsas məsələ Ġsanın necəliyində – yaxĢı, ya 

pis  olmasında  deyil,  ondadır  ki,  Ġsa  adlı  Ģəxsiyyət, 

ümumiyyətlə,  yaĢamayıb  və  onun  haqqındakı  bütün 

hekayətlər – bəsit uydurmalar, çox adi əfsanələrdir. 

Qeyd  etmək  lazımdır  ki,  redaktor  oxumuĢ  adam  idi  və 

öz  söhbətlərində  çox  məharətlə  qədim  tarixçilərə,  məsələn, 



www.vivo-book.com 

 



Ġsanın  varlığı  barədə  bir  kəlmə  də  yazmayan  tanınmıĢ 

isgəndəriyyəli  Filona,  əla  təhsil  almıĢ  Ġosif  Flaviyə  istinad 

edirdi.  Mixail  Aleksandroviç  dərin  bilik  nümayiĢ  etdirib 

hətta  Tatsitin  məĢhur  "Salnamələr"inin  on  beĢinci  kitabının 

44-cü  fəslində  Ġsanın  edamından  bəhs  edilən  yerin  çox 

sonralar quraĢdırılıb oraya əlavə olunduğunu da dedi. 

Redaktorun  söylədikləri  Ģair  üçün  təzə  olduğundan 

oynaq, yaĢıl gözlərini ona zilləyib, hərdən hıçqırdığına görə 

pıçıltı  ilə  ərik  Ģirəsini  söyərək,  diqqətlə  Mixail 

Aleksandroviçə qulaq asırdı.  

–  ġərqdə  elə  bir  din  yoxdur  ki,  –  Berlioz  deyirdi,  – 

bakirə qız dünyaya  Allah gətirməsin. Xristianlar da təzə bir 

Ģey  fikirləĢə  bilməyib  bu  yolla  getdilər,  əslində,  həyatda 

olmayan Ġsanı yaratdılar. Bax,  əsas diqqəti buna yönəltmək 

lazımdır... 

Berliozun  uca  tenoru  boĢ  xiyabana  yayılırdı və  Mixail 

Aleksandroviç  yalnız  çox  elmli  adamların  boynunu 

sındırmaqdan  qorxmayıb  baĢ  vurduğu  dərinliklərə 

cumduqca  Ģair  Yerin  və  Göyün  oğlu,  Misirin  mərhəmətli 

allahı Osiris, Finikiya allahları Fammuz, Marduk və hətta nə 



www.vivo-book.com 

 



zamansa  Meksikada  asteklərin  tapındığı,  az  tanınan  zəhmli 

Vitsliputsli  haqqında  bir  çox  faydalı  və  maraqlı  Ģeylər 

öyrəndi. 

Və  elə  Mixail  Aleksandroviç  asteklərin  Vitsliputslinin 

fiqurunu  xəmirdən  necə  yapdıqlarını  Ģairə  danıĢırdı  ki, 

xiyabanda ilk adam göründü. 

Sonradan,  açığını  desək,  artıq  iĢ-iĢdən  keçmiĢdi, 

müxtəlif  müəssisələr  bu  adamın  görkəmi  ilə  bağlı  öz 

məlumatlarını 

təqdim 


etdilər. 

Onları 


tutuĢduranda 

heyrətlənməyə  bilmirsən.  Birində  deyilirdi  ki,  bu  adamın 

boyu balaca, diĢləri qızıl və sağ ayağı axsaq olub. O birində 

adamın çox iri, diĢlərinin platin qapaqlı olduğu, sol ayağının 

axsadığı  bildirilirdi.  Üçüncüdə  qısaca  xəbər  verilirdi  ki, 

onun heç bir xüsusi əlaməti olmayıb. 

Etiraf  etməyə  məcburuq  ki,  bu  məlumatların  heç  biri 

həqiqətəuyğun deyil. 

Ən  əvvəl:  təsvir  olunanın  heç  bir  ayağı  axsamırdı, 

boydan  nə  balaca,  nə  də  nəhəngdi,  sadəcə,  hündürdü. 

DiĢlərinə  gəlincə,  soldakı  diĢləri  platin  qapaqlı,  sağ 

tərəfdəkilər  isə  qızıldı.  Əynində  bahalı  boz  xarici  kostyum, 



www.vivo-book.com 

 

10 



ayağında  kostyumu  rəngdə  tufli  vardı.  Boz  beretini 

qulağının  üstünə  basmıĢdı,  qoltuğuna  vurduğu  əlağacının 

qara  ucluğu  pudel  baĢı  formasında  yonulmuĢdu.  YaĢı 

qırxdan  bir  az  çox  olardı.  Ağzı  əyri  idi.  Sifəti  təmiz 

qırxılmıĢdı. Qarayanızdı. Sağ gözü qara, sol gözü, nədənsə, 

yaĢıl idi. Qara qaĢlarının biri o birindən hündürdü. Bir sözlə, 

əcnəbi. 

Redaktorla Ģairin əyləĢdiyi skamyanın yanından ötəndə 

əcnəbi onları çəp-çəp süzüb dayandı və qəfil dostlardan iki 

addım aralıdakı skamyada oturdu. 

"Almandır", – Berlioz fikirləĢdi. 

"Ġngilisdir",  –  Bezdomnı  fıkirləĢdi,  –  "gör  ha,  əlcəkdə 

isti deyil ona". 

Əcnəbi  isə  gölü  kvadrat  Ģəklində  dövrələmiĢ  hündür 

binalara göz gəzdirdi, hiss olunurdu ki, bu yerləri ilk dəfədir 

görür və buralar onun marağına səbəb olub. 

O,  nəzərlərini  Mixail  Aleksandroviçdən  həmiĢəlik 

uzaqlaĢan  günəĢi  ĢüĢələrində  sındıraraq  göz  qamaĢdıran 

yuxarı  mərtəbələrə  dikdi,  sonra  baxıĢlarını  axĢamqabağı 

ĢüĢələrin  artıq  qaralmağa  baĢladığı  aĢağılara  sürüĢdürdü, 



www.vivo-book.com 

 

11 



nəyəsə  təkəbbürlə  gülümsədi,  gözlərini  qıydı,  əllərini 

əlağacına, çənəsini isə əlinə söykədi. 

– Ġvan,  –  Berlioz  deyirdi,  –  sən,  misal  üçün,  Allahın 

oğlu  Ġsanın  doğulmasını  çox  yaxĢı,  satirik  təsvir  eləmisən, 

ancaq  məsələ  bundadır  ki,  hələ  Ġsaya  qədər  bir  yığın  allah 

oğlu  doğulmuĢdu;  götürək  elə  frikiyalı  Adonisi,  finikiyalı 

Attisi,  iranlı  Mitranı,  sözün  kəsəsi,  onların  heç  biri 

doğulmayıb, heç biri də olmayıb, o cümlədən Ġsa. Gərək sən 

doğuĢdan,  falçıların  gəliĢi  səhnələrindənsə  bu  doğuĢ 

barəsindəki  cəfəng  Ģayiələri  qələmə  alaydın...  Ancaq  sənin 

yazından belə çıxır ki, o, doğrudan da, anadan olub!.. 

Bu  yerdə  Bezdomnı  nəfəsini  çəkib  ona  əziyyət  verən 

hıçqırığı saxlamağa cəhd etdi, ona görə daha bərk və ağrılı 

hıçqırdı.  Elə  bu  vaxt  Berlioz  söhbətini  kəsdi,  çünki  əcnəbi 

ayağa durub onlara tərəf yönəldi. 

Hər ikisi ona təəccüblə baxdı. 

– XahiĢ edirəm, məni bağıĢlayasınız, – yaxınlaĢan adam 

aksentlə,  amma  sözləri  təhrif  etmədən  dedi,  –  sizinlə  tanıĢ 

olmadığıma  görə  cəsarət  edirəm...  ancaq  sizin  elmi 

söhbətinizin mövzusu o qədər maraqlıdır ki... 



www.vivo-book.com 

 

12 



O, nəzakətlə beretini çıxartdı və dostların ayağa qalxıb 

təzim etməkdən ayrı əlacı qalmadı. 

"Yox, yəqin, fransızdır..." – Berlioz fikirləĢdi. 

"Polyakdır?.." – Bezdomnı fikirləĢdi. 

Əlavə  etmək  lazımdır  ki,  ağzını  açan  andan  əcnəbi 

haqqında  Ģairdə  çox  pis  təəssürat  yarandı.  Berliozun  isə 

ürəyinə  yatdı,  daha  doğrusu...  necə  deyərlər,  onda,  elə  bil, 

maraq oyatdı. 

– Ġcazə verərsinizmi əyləĢim? – Əcnəbi nəzakətlə xahiĢ 

etdi  və  dostlar  qeyri-ixtiyari  kənara  çəkilincə,  cəld  onların 

arasında oturdu, o dəqiqə də söhbətə giriĢdi. 

– Əgər  yanılmıramsa,  siz  buyurdunuz  ki,  Ġsa  dünyada 

olmayıb? – Əcnəbi yaĢıl sol gözü ilə Berliozu süzdü. 

– Yox,  siz  yanılmamısınız,  –  Berlioz  nəzakətlə  cavab 

verdi, – mən məhz bunu deyirdim. 

– Ah, necə də maraqlıdır! – əcnəbi ucadan dedi. 

"Nə lazımdır e, buna?" – Bezdomnı sifətini turĢutdu. 

– Siz də həmsöhbətinizin fikri ilə razısınız? – naməlum 

Ģəxs sağa dönüb Bezdomnıdan xəbər aldı. 

O, ibarəli, qəliz danıĢmağı xoĢladığından: 



www.vivo-book.com 

 

13 



– Yüzə yüz! – deyə təsdiqlədi. 

– Heyrətamizdir!  –  çağırılmamıĢ  həmsöhbət  nəyə 

görəsə  oğrun-oğrun  ətrafına  boylanıb  səsini  qısdı:  – 

Zəhlənizi  tökdüyümə  görə  üzr  istəyirəm,  ancaq  mən  belə 

baĢa düĢdüm ki, siz hələ, üstəlik, Allaha da inanmırsınız? 

– O, qorxduğunu göstərib əlavə etdi: – And içirəm, heç 

kəsə deməyəcəyəm. 

– Bəli,  biz  Allaha  inanmırıq,  –  Berlioz  əcnəbinin 

ürkməyinə  gülümsədi,  –  özü  də  bu  barədə  tam  sərbəst 

danıĢmaq olar. 

Əcnəbi 

skamyanın 



söykənəcəyinə 

yayxanıb, 

təəccübdən, az qala, qıĢqırdı: 

– Siz ateistsiniz?! 

– Bəli, biz ateistik, – Berlioz gülümsəyərək cavab verdi, 

Bezdomnı  isə  hirsli-hirsli  düĢündü:  "Qır-saqqız  olub  ha, 

əcnəbi qaz!" 

– Ah, necə gözəldir! – qəribə əcnəbi ucadan deyib, gah 

bu, gah da o biri ədibə baxdı. 

– Bizim ölkədə ateizm heç kimi təəccübləndirmir. 



www.vivo-book.com 

 

14 



– Berlioz  diplomatcasına  nəzakətlə  dedi,  –  bizim 

əhalinin əksəriyyəti Ģüurlu surətdə çoxdandır Allah haqqında 

nağıllara inanmır. 

Bu  yerdə  əcnəbi  belə  bir  hoqqa  çıxartdı:  ayağa  qalxıb 

heyrətlənmiĢ redaktorun əlini sıxdı: 

– Ġcazə  verin,  sizə  səmimi-qəlbdən  minnətdarlığımı 

bildirim! 

– Nəyə görə siz ona minnətdarlıq edirsiniz? – Bezdomnı 

gözlərini döyərək soruĢdu. 

– Bir  səyahətçi  kimi  mənə  xeyli  maraqlı  olan  mühüm 

məlumata  görə,  –  qəribə  əcnəbi  barmağını  mənalı  Ģəkildə 

qaldırıb izah etdi. 

Mühüm  məlumat,  görünür,  doğrudan  da,  səyahətçiyə 

güclü təsir bağıĢlamıĢdı, çünki o, ətrafındakı binaları qorxa-

qorxa  süzdü,  elə  bil,  hər  pəncərədə  ateist  görəcəyindən 

ehtiyatlanırdı. 

"Yox, o, ingilisdir..." – Berlioz fikirləĢdi, Bezdomnı isə: 

"Çox maraqlıdır, bu, rus dilini haradan belə öyrənə bilib!" – 

deyə düĢündü və yenə sifətini turĢutdu. 


www.vivo-book.com 

 

15 



– Ancaq  icazənizlə  soruĢum,  –  xarici  qonaq  narahat 

düĢüncələrdən  sonra  dilləndi,  –  bəs  onda  Allahın  varlığını 

təsdiqləyən o beĢ sübutu neyləyək? 

– Əfsus, – Berlioz təəssüfləndi, – bu sübutların heç biri 

heç nəyə  yaramır  və  bəĢəriyyət  onları  çoxdan arxivə verib. 

RazılaĢın ki, elmi cəhətdən Allahın varlığını təsdiqləyən heç 

bir sübut ola bilməz. 

Əhsən,  –  əcnəbi  qıĢqırdı,  –  əhsən!  Siz  narahat  qoca 

Ġmmanuilin  bu  barədəki  fikirlərini  büsbütün  təkrar  etdiniz. 

Ancaq  məzəlisi budur: o, beĢ  sübutun  hamısını  yerləyeksan 

elədi,  sonra  isə  özünə  gülürmüĢ  kimi,  öz  altıncı  sübutunu 

yaratdı! 

– Kantın  sübutu  da,  –  savadh  redaktor  nəzakətlə 

gülümsəyərək  etiraz  etdi,  –  inandırıcı  deyil.  ġiller  nahaq 

yerə  deməyib  ki,  Kantın  bu  məsələ  ilə  bağlı  mühakiməsi 

ancaq qulları razı sala bilər, ġtraus isə, sadəcə, bu sübutlara 

gülüb. 

Berlioz danıĢa-danıĢa fikirləĢirdi: "Axı bu kimdir? Rus 



dilində niyə belə yaxĢı danıĢır?" 

www.vivo-book.com 

 

16 



– Belə sübutlarına görə bu Kantı tutub üçilliyə basasan 

Solovkiyə!  –  tamamilə  gözlənilmədən  Ġvan  Nikolayeviç 

guruldadı. 

– Ġvan! – Berlioz pərt halda pıçıldadı. 

Ancaq  Kantı  Solovkiyə  göndərmək  təklifi  əcnəbini 

nəinki heyrətləndirdi, əksinə, hətta vəcdə gətirdi. 

– Elədir ki var, – o qıĢqırdı və Berlioza baxan yaĢıl sol 

gözü parıldadı, onun yeri elə oradır! Axı mən o zaman səhər 

yeməyində  ona  demiĢdim:  "Professor,  özünüz  bilərsiniz, 

ancaq  fikirləriniz  nəsə  dolaĢıqdır!  Bəlkə də, ağıllıdır, ancaq 

həddindən artıq anlaĢılmazdır! Sizi məsxərəyə qoyacaqlar!" 

Berliozun  gözləri  bərəldi.  "Səhər  yeməyində...  Kanta? 

Bu nə sayıqlayır?" 

– Ancaq,  –  əcnəbi  Berliozun  heyrətinə  fikir  vermədən, 

üzünü  Ģairə  tutaraq  davam  etdi,  –  Solovkiyə  göndərmək  o 

səbəbdən mümkün deyil ki, o, yüz ildən artıqdır Solovkidən 

daha  uzaq  yerdədir  və  sizi  inandırıram,  onu  həmin  yerdən 

heç vəchlə çıxarmaq olmaz! 

– Təəssüf! – davakar Ģair söyləndi. 


www.vivo-book.com 

 

17 



– Mən  də  təəssüflənirəm!  –  Naməlum  Ģəxs  onunla 

razılaĢdı və gözlərini parıldadaraq sözünə davam etdi, 

– Ancaq  məni  belə  bir  məsələ  narahat  edir:  əgər  Allah 

yoxdursa,  sual  olunur,  insan  həyatını  və  ümumiyyətlə, 

dünyanın qaydalarını kim nizamlayır? 

– Elə  insan  özü  nizamlayır,  –  boynumuza  alaq  ki,  çox 

da aydın olmayan bu suala Bezdomnı acıqlı cavab verməyə 

tələsdi. 

– BağıĢlayın,  –  naməlum  Ģəxs  mülayimcəsinə  cavab 

verdi,  –  idarə  etmək  üçün  gərək,  heç  olmasa,  müəyyən  bir 

müddətə  dəqiq  planın  ola.  Ġcazənizlə  soruĢum,  insan  necə 

idarə  edə  bilər  ki,  gülməli  dərəcədə  qısa  bir  müddət  üçün, 

deyək, min il üçün plan qurmaq imkanına malik olmadığı bir 

yana,  hətta  öz  sabahkı  gününə  belə  cavabdeh  deyil? 

Həqiqətən  də,  –  bu  yerdə  əcnəbi  Berlioza  tərəf  döndü,  – 

təsəvvür  edin,  misal  üçün,  siz  baĢlayırsınız  özünüzü, 

baĢqalarını  idarə  etməyə,  əmrlər  verməyə,  necə  deyərlər, 

get-gedə iĢə alıĢırsınız və birdən sizdə... öhö... öhö... ağciyər 

sarkoması  peyda  olur...  –  bu  yerdə  əcnəbi  Ģirin-Ģirin 

gülümsədi,  sanki,  ağciyər  sarkoması  haqqındakı  fikir  ona 



www.vivo-book.com 

 

18 



ləzzət  verdi,  –  bəli,  sarkoma,  –  piĢik  kimi  gözlərini  qıyıb 

təkrar etdi, – və budur, sizin idarə etməyiniz sona çatdı! Öz 

həyatınızdan  savayı  daha  sizi  heç  nə  maraqlandırmır. 

Qohumlarınız  baĢlayır  sizə  yalan  söyləməyə,  siz  narahatlıq 

hiss  edib  bilikli  həkimlərin,  sonra  Ģarlatanların,  olur  ki, 

falçıların üstünə qaçırsınız. Birinci və ikinci kimi, üçüncü də 

tamamilə  mənasızdır,  özünüz  baĢa  düĢürsünüz.  Və  bütün 

bunlar  faciə  ilə  bitir:  bir  az  əvvəl  nəyi  isə  idarə  etdiyini 

güman edən Ģəxs qəfil taxta qutuda hərəkətsiz uzanası olur 

və  yaxınları  anlayanda  ki  bu  uzanandan  daha  heç  bir  xeyir 

yoxdur,  onu  sobada  yandırırlar.  Hələ  bundan  da  pisi  olur: 

kimsə  yığıĢır  ki,  getsin  Kislovodska,  –  əcnəbi  bu  yerdə 

Berliozu süzdü, – deyirsən adi bir iĢdir, ancaq bunu da eləyə 

bilmir,  çünki  nəyə  görəsə  qəfildən  ayağı  sürüĢür,  düĢür 

tramvayın  altına!  Doğrudanmı,  siz  deyəcəksiniz,  o,  özünü 

belə  idarə  edib?  DüĢünmək  doğru  olmazmı  ki,  kimsə  onu 

idarə eləyib? – Naməlum Ģəxs qəribə tərzdə güldü. 

Berlioz  sarkoma  və  tramvay  haqqındakı  söhbətə  çox 

böyük  maraqla  qulaq  asırdı  və  hansısa  narahat  fikirlər  ona 


www.vivo-book.com 

 

19 



əzab verməyə baĢladı: "O, əcnəbi deyil! O, əcnəbi deyil... o, 

çox qəribə adamdır... di yaxĢı, axı o kimdir?" 

– Görürəm,  papiros  çəkmək  istəyirsiniz,  –  naməlum 

Ģəxs  birdən  Bezdomnıya  müraciət  etdi,  –  hansına  üstünlük 

verirsiniz? 

– Nədir,  sizdə  hər  cürü  var?  –  papirosu  qurtaran  Ģair 

qaĢqabaqla soruĢdu. 

– Hansına üstünlük verirsiniz? – yad adam təkrar etdi. 

– Tutaq ki, "Bizim marka"ya, – Bezdomnı acıqla cavab 

verdi. 


Yad 

adam 


cibindən 

dərhal 


portsiqar  çıxarıb, 

Bezdomnıya təklif etdi: 

– "Bizim marka". 

Redaktoru və Ģairi portsiqarda məhz "Bizim marka"nın 

olmasından çox, portsiqarın özü heyrətləndirdi. Qutu çox iri 

idi, saf qızıldandı və açanda qapağındakı göy və ağ brilyant 

üçbucaq Ģəklində bərq vurdu. 

Bu  yerdə  ədiblərin  hərəsi  bir  cür  fikirləĢdi.  Berlioz: 

"Yox, xaricidir", Bezdomnı isə: "Bir buna bax ha!" 


www.vivo-book.com 

 

20 



ġairlə  portsiqar  sahibi  papiros  yandırdılar.  Berlioz  isə 

çəkən olmadığı üçün imtina etdi. 

"Ona belə etiraz etmək lazımdır", – Berlioz qərara aldı, 

–  "bəli,  insan  müvəqqətidir,  heç  kim  bunun  əksini  demir. 

Ancaq məsələ belədir ki..." 

Di  gəl,  o,  bu  sözləri  deməyə  macal  tapmamıĢ,  əcnəbi 

danıĢmağa baĢladı: 

– Bəli,  insan  müvəqqətidir,  ancaq  bu,  dərdin  yarısıdır. 

Pis  odur  ki,  onun  hərdən  qəfil  ölməyi  də  var,  bax,  məsələ 

bundadır! O hətta bu axĢam nə edəcəyini də deyə bilməz. 

"Məsələyə  bu  cür  yanaĢmanın  özü  mənasızdır..."  – 

Berlioz düĢünüb etiraz etdi: 

– Bunu artıq ĢiĢirdirsiniz, bu axĢam nə edəcəyim mənə 

az-çox aydındır. Əgər Bronnıda baĢıma kərpic düĢməsə... 

– Heç  nədən,  –  naməlum  Ģəxs  onun  sözünü  ağzında 

qoydu,  –  heç  kimin  heç  vaxt  baĢına  kərpic  düĢmür.  O 

cümlədən, inanın ki, sizi belə bir təhlükə gözləmir. Siz baĢqa 

cür öləcəksiniz. 



www.vivo-book.com 

 

21 



– Siz  dəqiq  bilirsiniz,  –  Berlioz  tamamilə  təbii  olaraq 

kinayə  ilə  soruĢdu.  O,  doğrudan  da,  mənasız  söhbətə 

giriĢmiĢdi, – bəlkə, mənə də deyəsiniz? 

– Həvəslə, – yad adam cavab verdi. O, Berliozu baĢdan-

ayağa süzdü, sanki, ona kostyum tikməyə hazırlaĢırdı, sonra 

pıçıldadı: "Bir, iki... Merkuri ikinci binanın üstündədir... ay 

batdı...  altı  –  bədbəxtlik...  axĢam  –  yeddi..."  –  və  sevinə-

sevinə ucadan elan etdi: – Sizin baĢınızı kəsəcəklər! 

Bezdomnı gözlərini heyrətlə, kinlə bu həyasız naməlum 

Ģəxsə dikmiĢdi, Berlioz isə zorla gülümsədi: 

– Bəs kim? DüĢmənlər? Müdaxiləçilər? 

– Yox, – həmsöhbəti dedi, – rus qadını, komsomolçu. 

– Hm...  –  naməlum  Ģəxsin  zarafatından  əsəbiləĢən 

Berlioz mızıldadı, – məni bağıĢlayın, bu inandırıcı deyil. 

– XahiĢ edirəm, məni də bağıĢlayasınız, – əcnəbi cavab 

verdi, – ancaq belədir. Hə, istərdim sizdən soruĢam, əgər sirr 

deyilsə, bu axĢam nə edəcəksiniz? 

– Sirr  deyil.  Ġndi  mən  Sadovıdakı  evimə  gedəcəyəm, 

axĢam  saat  onda  Massolitdə  iclasdır,  mən  də  bu  iclasa 

sədrlik edəcəyəm. 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə