Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix19.06.2017
ölçüsü3,25 Mb.
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

www.vivo-book.com 

 

252 



Apollonoviç akustika komissiyasının Çistıy gölü sahilindəki 

binasının  yaxınlığında  öz  sürücüsünü  buraxıb  (bütün  teatr 

susmuĢdu), avtobusla Yeloxovskaya küçəsinə, səyyar rayon 

teatrının  artisti  Militse  Andreyevna  Pokobatkoya  qonaq 

gedib və təxminən, dörd saat onun yanında olub. 

– Oy!  –  çökmüĢ  sükutda  kimsə  iztirab  dolu  bir  səslə 

bərkdən dedi. 

Arkadi Apollonoviçin gənc qohumu isə birdən vahiməli 

bir qəhqəhə çəkdi. 

– Hər  Ģey  aydındır!  –  o  dedi,  –  mən  çoxdan  bundan 

ĢübhələnmiĢdim.  Bu  fərsizin  Luiza  rolunu  necə  aldığı  indi 

mənə aydın oldu! 

Və  gözlənilmədən  bənövĢəyi  rəngli  qısa,  yoğun  çətiri 

qaldırıb Arkadi Apollonoviçin baĢına çırpdı. 

Həm də Korovyev olan əclaf Faqot qıĢqırdı: 

– Hörmətli  vətəndaĢlar,  bu  da  Arkadi  Apollonoviçin 

israrla görmək istədiyi ifĢalardan biri! 

– Yaramaz  qız,  sən nə  cürət  edib  Arkadi  Apollonoviçə 

toxunursan?  –  Arkadi  Apollonoviçin  həyat  yoldaĢı  ayağa 

qalxıb, öz nəhəng bədənini əsdirə-əsdirə qəzəblə soruĢdu. 



www.vivo-book.com 

 

253 



Gənc qohum ikinci dəfə iblisanə qəhqəhə çəkdi. 

– BaĢqalarını deyə bilmərəm, – o güldü, – ancaq mənim 

toxunmağa  cürətim  çatır!  –  və  ikinci  dəfə  Arkadi 

Apollonoviçin baĢına çırpılan çətirin Ģappıltısı eĢidildi. 

– Milis! Tutun onu! – Sempleyarovun həyat yoldaĢı elə 

dəhĢətli səslə çığırdı ki, çoxlarının ürəyi qopdu. 

Bu  yerdə  piĢik  də  rampaya  sıçrayıb,  birdən  insan  səsi 

ilə bağırdı: 

– Seans bitdi! Maestro! MarĢ guppuldat!!! 

HavalanmıĢ  dirijor  nə  etdiyini  özü  də  bilmədən 

çubuğunu  yellədi  və  orkestr  çalmadı,  hətta  guruldamadı, 

məhz piĢiyin iyrənc Ģəkildə ifadə etdiyi kimi ağla gəlməyən, 

ədəbsizlikdə tayı-bərabəri olmayan bir marĢ guppuldatdı. 

Hamıda  bir  an  elə  təsəvvür  oyandı  ki,  haçansa  cənub 

səmasındakı  ulduzların  altında,  kafeĢantanda  bu  marĢın 

mənasız, ancaq ovqat yaradan sözləri ətrafa yayılıb: 

Cənab zati-aliləri 

Sevirdi ev quĢlarını, 

Alırdı himayəsinə 

Gözəl-göyçək qızları!!! 



www.vivo-book.com 

 

254 



 

Bəlkə  də,  heç  bu  sözlər  olmamıĢdı,  elə  bu  musiqiylə 

baĢqa, lap ədəbsiz sözlər oxunmuĢdu. Əsas bu deyildi, əsas 

o  idi  ki,  bütün  bunlardan  sonra  Varyetedə  qiyamət  qopdu. 

Sempleyarovun  lojasında  milisionerlər  qaçıĢırdı,  hər  Ģeyi 

bilmək 


istəyənlər 

məhəccərə 

dırmaĢırdılar,  orkestr 

sinclərinin  cingiltisində  batan  dəli  qəhqəhələr,  hirsli 

qıĢqırıqlar eĢidilirdi. 

Səhnə birdən-birə boĢaldı, yaramaz piĢik Begemot kimi 

kələkbaz  Faqot  da  havada  əriyib  itdi,  necə  ki  bir  az  əvvəl 

üzlüyü bozarmıĢ kreslosu ilə birlikdə cadugər yoxa çıxmıĢdı. 

 

 

 



XIII fəsil 

QƏHRƏMANIN GƏLĠġĠ 

 

Deməli,  naməlum  adam  Ġvanı  barmağı  ilə  hədələyib 



pıçıldadı: "Sss!" 

www.vivo-book.com 

 

255 



Ġvan  ayağını  çarpayıdan  sallayıb boylandı.  Üzü qırxıq, 

gözləri  iztirablı,  topa  saçları  alnına  tökülmüĢ  otuz  səkkiz 

yaĢlarında  qarasaç,  sivriburun  bir  adam  ehtiyatla  eyvandan 

otağa baxırdı. 

Ġvanın  tək  olduğuna  inanandan  və  ətrafı  dinləyəndən 

sonra sirli qonaq ürəklənib otağa girdi. Ġvan onun xəstəxana 

paltarında  olduğunu  gördü.  Əynində  alt  paltarı  vardı, 

çəkələyi  yalın  ayağına  keçirmiĢdi,  boz  xalatı  çiyninə 

atmıĢdı. 

Gələn  adam  Ġvana  göz  vurdu,  açar  topasını  cibində 

gizlədib astadan dedi: "Oturmaq olar?" – baĢla razılıq iĢarəsi 

alıb kresloya çökdü. 

– Siz bura necə gəldiniz? – quru barmağın hədəsinə tabe 

olan  Ġvan  pıçıltı  ilə  soruĢdu,  –  axı  eyvanın  barmaqlığı 

qıfıllıdır? 

– Barmaqlıq qıfıllıdır, – qonaq təsdiq etdi, – Praskovya 

Fyodorovna yaxĢı insandır, ancaq əfsus ki, huĢsuzdur. Bir ay 

əvvəl  açar  topasmı  ondan  çırpıĢdırmıĢam,  buna  görə  də 

bütün  mərtəbə  boyu  uzanan  ümumi  eyvana  çıxıb,  hərdən 

qonĢulara baĢ çəkirəm. 



www.vivo-book.com 

 

256 



– Siz  ki  eyvana  çıxırsınız,  onda  buradan  qaça  da 

bilərsiniz. Yoxsa hündürdür? – Ġvan maraqlandı. 

– Yox,  –  qonaq  qətiyyətlə  dedi,  –  mən  buradan  qaça 

bilmərəm, hündür olduğuna görə yox, ona görə ki, qaçmağa 

yerim yoxdur. – Bir az susub əlavə etdi: – ĠliĢmiĢik, hə? 

– ĠliĢmiĢik, – Ġvan yad adamın  narahat qonur gözlərinə 

baxaraq cavab verdi. 

– Bəli...  –  qonaq  birdən  təĢviĢə  düĢdü,  –  ancaq  mən 

əminəm  ki,  siz  coĢub  özünüzdən  çıxmırsınız.  Yoxsa 

bilirsinizmi,  mənim  səs-küy,  zorakılıq  və  buna  bənzər 

Ģeylərlə aram yoxdur. Xüsusilə də insan çığırtısından zəhləm 

gedir,  istər  əzabdan,  istər  qəzəbdən  –  nədən  olur-olsun. 

Məni sakitləĢdirin, deyin, siz özünüzdən çıxmırsınız? 

– Dünən  restoranda  bir  tipin  sifətinə  iliĢdirdim,  – 

dəyiĢmiĢ Ģair kiĢi kimi boynuna aldı. 

– Səbəb? – qonaq ciddi surətdə soruĢdu. 

– Boynuma alıram ki, səbəbsiz yerə, – Ġvan pərt oldu. 

– Biabırçılıqdır,  –  qonaq  Ġvanı  qınadı,  –  bilirsinizmi, 

yumruqla...  Yox,  yaxĢısı  budur,  belə  Ģeyləri  birdəfəlik 

tərgidin. 



www.vivo-book.com 

 

257 



Ġvanı məzəmmətləyəndən sonra qonaq xəbər aldı: 

– Sənətiniz? 

– ġair, – Ġvan, nədənsə, həvəssiz etiraf etdi. 

Yad adam kədərləndi. 

– Of, bəxtim necə də gətirmir! – ucadan dedi və o saat 

da özünü yığıĢdırıb üzr istədi. – Bəs soyadınız? 

– Bezdomnı. 

– Heyif... – qonaq üz-gözünü qırıĢdırdı. 

– Nədir,  olmaya  Ģeirlərim  xoĢunuza  gəlmir?  –  Ġvan 

maraqlandı. 

– Özü də son dərəcə. 

– Bəs siz hansıları oxumusunuz? 

– Sizin  Ģeirlərin  heç  birini  oxumamıĢam!  –  yad  adam 

əsəbi halda dedi. 

– Onda niyə belə deyirsiniz? 

– Burada  nə  var  ki,  –  qonaq  cavab  verdi,  –  guya, 

baĢqalarınınkını  oxumamıĢam?  Təəccüblü  nə  ola  bilər? 

YaxĢı,  mən  sizin  sözünüzə  inanmağa  hazıram.  Özünüz 

deyin, sizin Ģeirlər yaxĢıdır? 

– DəhĢətdir! – Ġvan birdən cəsarətlə etiraf etdi. 



www.vivo-book.com 

 

258 



– Daha yazmayın! – yad adam, az qala, yalvardı. 

– Söz verirəm, and içirəm! – Ġvan təntənəli Ģəkildə dedi. 

Əl verməklə andı möhkəmləndirdilər, bu vaxt dəhlizdən 

asta addım səsləri və danıĢıq eĢidildi. 

– Sss,  –  qonaq  pıçıldadı  və  eyvana  atılıb  barmaqlığı 

arxasınca bağladı. 

Praskovya  Fyodorovna  otağa  baĢ  çəkib,  Ġvanın  özünü 

necə  hiss  etdiyini,  qaranlıqda,  ya  iĢıqda  yatmaq  istədiyini 

soruĢdu. Ġvan xahiĢ etdi ki, iĢığı söndürməsin və Praskovya 

Fyodorovna  xəstəyə  Ģirin  yuxu  arzulayıb  getdi.  Sakitlik 

çökəndə qonaq təzədən qayıtdı. 

O, pıçıltı ilə Ġvana xəbər verdi ki, 119-cu otağa yenicə 

kök, 

qırmızısifət 



bir 

adam 


gətiriblər, 

elə 


hey 

ventilyasiyadakı  valyutadan  nəsə  qırıldadır  və  and  içir  ki, 

onların Sadovıdakı binasında cin-Ģəyatin peyda olub. 

– PuĢkin haqqında ağzına gələni deyir, elə hey qıĢqırır: 

"Kurolesov,  bis,  bis!"  –  qonaq  narahat  halda  dedi.  Bir  az 

sakitləĢib oturdu. – ƏĢi, Allah bilən məsləhətdir, – və Ġvanla 

söhbətini  davam  etdirdi:  –  Bəs  siz  nəyə  görə  buraya 

düĢmüsünüz? 



www.vivo-book.com 

 

259 



– Ponti  Pilata  görə,  –  Ġvan  qaĢqabağını  sallayıb, 

döĢəməyə baxa-baxa cavab verdi. 

– Necə?!  –  qonaq  ehtiyatlı  olmağı  unudub  qıĢqırdı  və 

əliylə ağzını tutdu, – təsadüfə bax! Yalvarıram, yalvarıram, 

danıĢın! 

Yad  adama  nəyə  görəsə  ürəyi  qızdığından,  Ġvan 

Patriarx  gölündə  dünən  baĢ  verən  əhvalatı  əvvəlcə  duruxa-

duruxa,  sıxıla-sıxıla,  sonra  isə  cəsarətə  gəlib  yerli-yataqlı 

danıĢmağa baĢladı. Bəli, müəmmalı açar oğrusunun Ģəxsində 

Ġvan Nikolayeviç qədirbilən dinləyici tapmıĢdı! Qonaq Ġvanı 

dəli  saymırdı,  danıĢılanlara  çox  böyük  maraq  göstərirdi  və 

əhvalatın  qızğın  yerində,  nəhayət,  vəcdə  gəldi.  Tez-tez 

Ġvanın sözünü kəsməyə baĢladı: 

– Di  danıĢın!  Yalvarıram  sizə,  sonra,  sonra.  Sizi  and 

verirəm, heç nəyi unutmayın! 

Ġvan heç nəyi unutmadı, danıĢmaq onun özünə də asan 

gəlirdi  və  tədricən  Ponti  Pilatın  qan-qırmızı  astarlı  ağ 

mantiyada eyvana çıxdığı yerə çatdı. 

Qonaq  bu  vaxt  dua  edirmiĢ  kimi  əllərini  qoĢalayıb 

pıçıldadı: 



www.vivo-book.com 

 

260 



– Ah,  mən  necə  də  duymuĢdum!  Ah,  mən  necə  də 

hamısını duymuĢdum! 

Berliozun  dəhĢətli  ölüm  səhnəsini  qonaq  müəmmalı 

qeydlərlə müĢayiət etdi, gözləri həm də qəzəblə alıĢıb-yandı: 

– Bircə  ona  heyifsilənirəm  ki,  bu  Berliozun  yerində 

tənqidçi  Latunski,  ya  ədəbiyyatçı  Mstislav  Lavroviç 

olmayıb, – qəzəbini içində boğaraq dedi: – Sonra! 

Konduktor  qadına  yolpulu  verən  piĢik  qonağı  xeyli 

əyləndirdi və öz söhbətinin ləzzət elədiyini görüb, ikiĢahılığı 

bığının  yanında  tutan  piĢiyi  yamsılayaraq  həyəcanlanmıĢ 

Ġvanın  çömbəlib  yavaĢca  hoppandığına  baxa-baxa  uğunub 

getdi. 


– Bax  beləcə,  –  Qriboyedovdakı  əhvalatı  da  danıĢan 

Ġvan  kədərlənərək,  dalğın  halda  söhbətini  bitirdi,  –  gəlib 

bura düĢdüm. 

Qonaq canıyananlıqla əlini yazıq Ģairin çiyninə qoydu. 

– Bədbəxt Ģair! Ancaq əzizim, günah sizin özünüzdədir. 

Özünüzü  onlarla  bu  qədər  sərbəst,  hətta  həyasızcasına 

aparmamalıydınız.  Bu  da  nəticəsi.  Hələ  Ģükür  eləyin  ki, 

canınızı nisbətən salamat qurtara bilmisiniz. 



www.vivo-book.com 

 

261 



– Axı  o  kimdir  belə?  –  Ġvan  hirslə  yumruqlarını 

silkələdi. 

Qonaq Ġvanı süzüb, suala sualla cavab verdi: 

– Bəs  siz  təĢviĢə  düĢməyəcəksiniz  ki?  Burada  heç 

hansımıza etibar yoxdur... Həkim, iynə, ya baĢqa Ģey gərək 

olmayacaq? 

– Yox, yox! – Ġvan ucadan dedi, – söyləyin, o kimdir? 

– Di yaxĢı, – qonaq qəti və aydın Ģəkildə dedi: – Dünən 

siz Patriarx gölündə Ģeytana rast gəlmisiniz. 

Ġvan,  söz  verdiyi  kimi,  təĢviĢə  düĢmədi,  ancaq  hər 

halda, yamanca karıxdı. 

– Bu ola bilməz! ġeytan yoxdur. 

– Əfv  edərsiniz!  BaĢqaları  yenə  heç,  gərək  siz  bunu 

deməyəsiniz.  Görünür,  siz  ondan  ilk  ziyan  çəkənlərdən 

birisiniz.  Özünüz  də  baĢa  düĢürsünüz  ki,  dəlixanadasınız, 

ancaq  hələ  də  deyirsiniz,  Ģeytan  yoxdur.  Doğrudan, 

qəribədir! 

Ġvan karıxdığından dillənmədi. 

– Siz onu təsvir etməyə baĢlayan kimi, – qonaq sözünə 

davam  etdi,  –  mən  artıq  duydum  ki,  siz  dünən  kiminlə 



www.vivo-book.com 

 

262 



söhbət  etmək  Ģərəfinə  nail  olmusunuz.  Doğrusu,  mən 

Berlioza  təəccüb  edirəm!  Siz,  əlbəttə,  xam  adamsınız,  –  bu 

yerdə  qonaq  yenə  üzr  istədi,  –  ancaq  o,  haqqında 

eĢitdiklərimə  görə,  hər  halda,  nəsə  oxuyub!  Həmin 

professorun  elə  ilk  söhbəti  bütün  Ģübhələrimi  dağıtdı. 

Dostum,  onu  tanımamaq  mümkün  deyil!  Amma  siz...  siz 

məni  yenə  bağıĢlayın,  axı  mən  yanılmıramsa,  siz  cahil 

adamsınız, eləmi? 

– ġübhəsiz, – tanınmaz dərəcədə dəyiĢmiĢ Ģair razılaĢdı. 

– Görürsünüz...  hətta  sizin  təsvir  etdiyiniz  sifət... 

müxtəlif gözlər, qaĢlar! BağıĢlayın, bəlkə, sizin heç "Faust" 

operasından da xəbəriniz yoxdur? 

Ġvan  nəyə  görəsə  son  dərəcə  utandı  və  alıĢıb-yanan 

sifətiylə 

Yalta 

sanatoriyasına 



hansısa 

səfərindən 

qırıldatmağa baĢladı... 

– Görürsünüz,  görürsünüz...  Təəccüblü  deyil!  Ancaq 

təkrar  edirəm,  Berlioza  heyrətlənirəm.  O,  nəinki  oxumuĢ 

adamdır,  həm  də  çox  bicdir.  Ancaq  onu  müdafiə  üçün 

deməliyəm  ki,  Voland,  əlbəttə,  hər  bir  adamı  suya  susuz 

aparıb susuz gətirər. 



www.vivo-book.com 

 

263 



– Necə?! – Ġvan qıĢqırdı. 

– Sakit! 

Ġvan əlini Ģappıltı ilə alnına çırpıb fısıldadı: 

– BaĢa düĢürəm, baĢa düĢürəm. Onun vizit kartında "V" 

hərfi  var  idi.  Vay-vay-vay,  əcəb  iĢdir!  –  O,  bir  müddət 

çaĢqınlıq  içində  susub,  barmaqlığın  arasından  görünən  aya 

baxdı.  –  Deməli,  o,  doğrudan  da,  Ponti  Pilatın  yanında  ola 

bilərmiĢ? Məgər o, həmin vaxt artıq doğulmuĢdu? Mənə isə 

dəli deyirlər! – Ġvan hiddətlə qapıya iĢarə etdi. 

Qonaq acı-acı gülümsədi. 

– Həqiqətin  gözünün  içinə  düz  baxaq,  –  qonaq  üzünü 

buludların  arası  ilə  üzən  aya  çevirdi.  –  Niyə  danaq,  siz də, 

mən  də  –  dəliyik!  Görürsünüzmü,  o,  sizi  sarsıdıb,  siz  də 

havalanmısınız,  yəqin,  bunun  üçün  sizdə  münasib  zəmin 

varmıĢ. Ancaq danıĢdıqlarınız, Ģübhəsiz, həqiqətən, olub. Di 

gəl,  bu,  o  qədər  qeyri-adidir  ki,  hətta  Stravinski  kimi  dahi 

psixiatr  da,  əlbəttə,  sizə  inanmayıb.  O,  sizi  müayinə  etdi? 

(Ġvan  baĢı  ilə  təsdiqlədi.)  Sizin  həmsöhbətiniz  Pilatın 

yanında  da  olub,  Kantla  səhər  yeməyi  də  yeyib,  indi  də 

Moskvaya təĢrif buyurub.  



www.vivo-book.com 

 

264 



– Allah  bilir,  o,  burada  nələr  törədəcək!  Onu  necəsə 

tutmaq  lazımdır.  –  Yeni  Ġvanda  hələ  nəfəsi  tamam 

kəsilməmiĢ əvvəlki Ġvan, inamsız da olsa, yenə baĢ qaldırdı. 

– Siz cəhd etdiniz, kifayətdir, – qonaq kinayə ilə dedi, – 

baĢqalarına  məsləhət  görmürəm.  Törətməyə  gəlincə,  buna 

Ģübhəniz  olmasın.  Ah,  ah!  Çox  təəssüflənirəm  ki,  onunla 

mən  yox,  siz  rastlaĢmısınız!  Baxmayaraq  ki  hər  Ģey  artıq 

keçib-gedib,  ancaq  and  içirəm,  bu  görüĢ  üçün  Praskovya 

Fyodorovnanın açar topasını verərdim, çünki verməyə baĢqa 

heç nəyim yoxdur. Mən yoxsulam! 

– O, sizin nəyinizə lazımdır ki? 

Qonaq  gözünü  qırpa-qırpa  bir  xeyli  qüssələndikdən 

sonra dilləndi: 

– Bilirsinizmi, qəribə iĢdir ki, mən də sizin kimi, məhz 

Ponti Pilata görə buradayam, – bu yerdə qonaq qorxa-qorxa 

böyür-baĢına baxdı. – Məsələ belədir, bir il əvvəl mən Pilat 

haqqında roman yazmıĢam. 

– Siz yazıçısınız? – Ģair maraqla soruĢdu. 

Qonaq tutuldu və Ġvanı yumruğu ilə hədələdi. 


www.vivo-book.com 

 

265 



– Mən  masterəm,  –  o,  qaĢqabağını  sallayıb,  xalatının 

cibindən  tamam  kirli,  üstünə  sarı  ipək  sapla  "M"  hərfi 

tikilmiĢ  qara  papaq  çıxardı.  Həmin  papağı  geyinib,  master 

olduğunu  sübut  etmək  üçün  özünü  yandan  və  qabaqdan 

Ġvana  göstərdi.  –  O,  bunu  mənim  üçün öz  əlləriylə  tikib, – 

müəmmalı tərzdə əlavə etdi. 

– Bəs sizin soyadınız nədir? 

– Mənim daha soyadım yoxdur, – qəribə qonaq nifrətlə 

cavab verdi, – mən ondan, ümumiyyətlə, həyatda hər Ģeydən 

imtina etmiĢəm. O haqda danıĢmayaq. 

– Heç olmasa, roman haqqında danıĢın, – Ġvan nəzakətlə 

dedi. 


– Ġcazənizlə.  Mənim  tarixçəm,  həqiqətən,  elə  də  adi 

deyil, – qonaq söhbətə baĢladı. 

...Tarixçi təhsili alan bu adam hələ iki il əvvəl Moskva 

muzeylərinin birində iĢləyirmiĢ, həm də tərcümə ilə məĢğul 

olurmuĢ. 

– Hansı dildən? – Ġvan maraqlandı. 



www.vivo-book.com 

 

266 



– Mən ana dilindən baĢqa beĢ dil bilirəm, – qonaq cavab 

verdi,  –  ingilis,  alman,  fransız,  latın  və  yunan.  Az-maz 

italyan dilində də oxuyuram. 

– Gör ha! – Ġvan həsədlə pıçıldadı. 

Heç  yerdə  qohumu,  Moskvada,  demək  olar,  tanıĢı 

olmayan  tarixçi  tək  yaĢayırmıĢ.  Və  təsəvvür  edin,  bir  dəfə 

yüz min rubl udur. 

– Heyrətimi gözünüzün qabağına gətirin, –  qarapapaqlı 

qonaq  pıçıldadı,  –  əlimi  kirli  alt  paltarları  yığılmıĢ  zənbilə 

soxub  nə  görsəm  yaxĢıdır:  qəzetdəki  nömrə  ilə  bu  eynidir. 

Ġstiqraz vərəqəsini, – izah etdi, – mənə muzeydə vermiĢdilər. 

Ġvanın  yüz  min  udan  müəmmalı  qonağı  belə  hərəkət 

edib: kitablar alıb, Myasnitskayadakı mənzilini atıb... 

– Ax, lənətəgəlmiĢ ucqar! – qonaq mızıldadı. 

...  və  Arbat  yaxınlığındakı  dalanda  evtikənlərdən

18

  bir 



yer kirayələyib... 

                                                 

18

 Evtikən – yeni iqtisadi siyasət dövründə kiçik bina tikməyə hüququ olan adamlar 



sonradan həmin binaların sahibinə çevrildilər. 

www.vivo-book.com 

 

267 



– Siz  bilirsinizmi,  evtikən  nə  deməkdir?  –  qonaq 

Ġvandan  soruĢdu  və  dərhal  da  izah  etdi:  –  Bu,  bir  ovuc 

fırıldaqçıdır ki, hansı yollasa Moskvada salamat qalıb... 

Evtikəndən  bağçası  olan  kiçik  evin  zirzəmisində  iki 

otaq kirayələyib. Muzeydəki iĢini atıb, Ponti Pilat haqqında 

roman yazmağa baĢlayıb. 

– Ah, bu, qızıl dövr idi, – o, gözləri parıldaya-parıldaya 

pıçıldadı, – ayrıca mənzil, üstəlik, artırma və orada su dolu 

əlüzyuyan,  –  nəyə  görəsə  bunu  çox  fəxrlə  vurğuladı,  – 

doqqazdan  gələn  ensiz  səkinin  lap  bərabərində  xırda 

pəncərələr.  QarĢı  tərəfdə,  dörd  addımlıqda,  hasarın  dibində 

yasəmən, cökə, bir də ağcaqayın. Bəh, bəh, bəh! QıĢda az-az 

olardı  ki,  pəncərədən  kiminsə  çirkli  ayaqqabılarını 

görəydim,  ayaq  altda  qalan  qarın  xırçıltısını  eĢidəydim. 

Sobam  həmiĢə  gurhagur  yanırdı.  Ancaq  qəfil  yaz  girdi, 

pəncərələrin tutqun ĢüĢəsindən mən əvvəlcə çılpaq, sonra isə 

yaĢıllaĢan yasəmən kolunu gördüm. Bax, elə onda, ötən yaz, 

yüz min rubl udmaqdan daha valehedici bir hadisə baĢ verdi. 

Yüz min isə, razılaĢın ki, çox böyük məbləğdir! 

– Elədir, – diqqətlə qulaq asan Ġvan etiraf etdi. 



www.vivo-book.com 

 

268 



– Mən  xırda  pəncərələri  açıb  ikinci,  lap  kiçik  otağa 

yığıĢdım, – qonaq əliylə göstərməyə baĢladı, – belə... burada 

divan,  qarĢı  tərəfdə  o  biri  divan,  onların  arasında  masa, 

masanın üstündə qəĢəng gecə lampası, pəncərənin böyründə 

kitablar,  burada  kiçikyazı  stolu,  on  dörd  metrlik  birinci 

böyük otaqda isə – kitablar, kitablar, bir də soba. Ax, necə 

gözəl Ģəraitim var idi! 

Yasəmənin  ətri  adamı bihuĢ  edir!  BaĢım  yorğunluqdan 

yüpyüngül, Pilat haqqında roman isə sona yaxınlaĢır... 

– Ağ  mantiya,  qırmızı  astar!  BaĢa  düĢürəm!  –  Ġvan 

bərkdən dedi. 

– Tamamilə  doğrudur!  Pilat  axıra  yaxınlaĢırdı  və  mən 

artıq  bilirdim  ki,  romanın  son  cümləsi  belə  olacaq: 

"...Ġudeyanın  beĢinci  prokuratoru,  süvari  Ponti  Pilat".  Təbii 

ki, gəzməyə  də  çıxırdım. Yüz  min  böyük  məbləğdi, mənim 

əla  kostyumum  vardı.  Hərdən  hansısa  bir  ucuz  restorana 

nahar  etməyə  yollanırdım.  Arbatda  gözəl  restoran  var  idi, 

bilmirəm, indi dururmu? 

Bu  yerdə  qonağın  gözləri  geniĢ  açıldı  və  o,  aya  baxa-

baxa pıçıldadı: 



www.vivo-book.com 

 

269 



– O, əlində ürək sıxan xoĢagəlməz sarı güllər tutmuĢdu. 

Adını  da  bilmirəm,  ancaq  nədənsə  Moskvada  ilk  dəfə  o 

güllər  peyda  olur.  Bu  güllər  onun  qara  yaz  paltosunun 

fonunda  çox  seçilirdi.  Əlində  sarı  güllər  tutmuĢdu! 

XoĢagələn  rəng  deyil.  O,  Tverskoydan  dalana  buruldu  və 

geri  boylandı.  Tverskoya  bələdsiniz  də?  Tverskoydan 

minlərlə  adam  keçir,  ancaq  sizi  əmin  edirəm,  o  təkcə  məni 

gördü, təlaĢla deməzdim, ağrı ilə, əzabla mənə baxdı. Onun 

gözəlliyindən  çox,  gözlərindəki  qeyri-adi,  heç  kimin 

sezmədiyi tənhalıq məni sarsıtdı. 

Bu  sarı  əlamətə  boyun  əyib,  mən  də  dalana  buruldum 

və  onun  arxasınca  getdim.  Əyri-üyrü,  cansıxıcı  dalanla 

dinməzcə  gedirdik.  Mən  küçənin  biri  tərəfində,  o  isə  əks 

tərəfində. Təsəvvür edin, dalanda heç kim yox idi. Mən əzab 

çəkirdim,  çünki  mənə  elə  gəlirdi  onunla  mütləq  danıĢmaq 

lazımdır  və narahat olurdum  ki,  ağzımı  açıb bir  144  kəlmə 

deyə  bilməyəcəyəm,  o  isə  çıxıb  gedəcək,  bir  daha  onu 

görməyəcəm... 

Ġnanmazsınız, qəfildən o özü danıĢdı: 

– Mənim güllərim xoĢunuza gəlirmi? 



www.vivo-book.com 

 

270 



Onun  səsini  aydın  xatırlayıram,  nə  qədər  mənasız  olsa 

da, mənə elə gəldi ki, qırıq-qırıq dediyi sözlər dalanın çirkli 

sarı  hasarına  dəyib  əks-səda  verdi.  Tələsik  onun  getdiyi 

tərəfə keçib cavab verdim: 

– Yox. 

O,  mənə  təəccüblə  baxdı,  mən  isə  birdən,  tamam 



gözlənilmədən baĢa düĢdüm ki, bütün ömrüm boyu məhz bu 

qadını sevmiĢəm! Əcəb iĢdir, hə? Siz, əlbəttə, deyəcəksiniz 

ki, dəliyəm. 

– Mən  heç  nə  demirəm,  –  Ġvan  bərkdən  dedi  və  əlavə 

etdi: – Yalvarıram, danıĢın! 

Qonaq söhbətinə davam elədi: 

– Bəli, o, təəccüblə mənə baxıb soruĢdu: 

– Siz, ümumiyyətlə, gülləri sevmirsiniz? 

Mənə  elə  gəldi,  onun  səsində  bir  ədavət  çaları  var. 

Onunla ayaqlaĢmağa çalıĢaraq yanınca gedirdim və nə qədər 

təəccüblü olsa da, özümü çox sərbəst hiss edirdim. 

– Yox,  mən  gülləri  sevirəm,  ancaq  beləsini  yox,  – 

dedim. 

– Bəs necəsini? 



www.vivo-book.com 

 

271 



– Qızılgülü sevirəm.  

O  saat  da  dediyimə  peĢman  oldum,  çünki  o, 

günahkarcasına gülümsəyib, öz güllərini qanova atdı. Bir az 

karıxsam  da,  gülləri  qaldırıb  ona  uzatdım,  ancaq  o, 

gülümsəyərək  gülləri  itələdi  və  mən  onları  əlimdə  aparası 

oldum. 


Bir müddət dinməzcə getdik, sonra gülləri əlimdən alıb, 

daĢ döĢənmiĢ küçəyə atdı, qara əlcəkli əlini qoluma keçirdi 

və biz yanaĢı addımladıq. 

– Sonra, – Ġvan dedi, – xahiĢ edirəm, hər Ģeyi danıĢın. 

– Sonra?  –  qonaq  sualı  təkrar  etdi,  –  nə  olasıdır  ki, 

sonrasını özünüz də baĢa düĢə bilərdiniz. – O, qəfil axan göz 

yaĢını paltarının sağ qolu ilə sildi. – Qatil tində qarĢına necə 

qəfil çıxırsa, eĢq də eləcə, qəfil qarĢımıza çıxıb, hər ikimizin 

ürəyindən vurdu! 

Ġldırım belə vurur, ölüm adamı bu cür qəfil yaxalayır. 

Amma sonralar o danıĢırdı ki, elə deyil, biz, əlbəttə, bir-

birimizi  lap  çoxdan,  tanımadan,  görmədən  sevmiĢik.  Onda 

hələ  baĢqa  adamla  yaĢayırdı,  mən  isə  o  vaxt  onunla,  adı 

nəydi... 


1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə