YENI TƏLIM METODLARI ƏSASINDA KIMYANIN TƏDRISI TƏCRÜBƏSINDƏN
Mürşüd Fərəcov, TPI-nin aparıcı elmi işçisi,
Sənubər Axundova, Xətai r. 221 nömrəliməktəbin müəllimi
Rima Hüsynova, Qaradağ r.228 nömrəli məktəbin müəllimi.
Ülviyyə Əbilova, Sabunçu r. 69 nömrəli məktəbin müəllimi
Təlim və tədrisin yeni konsepsiyası ənənəvi təlim texnologiyasının dəyərli elementlərini saxlamaqla tədris prosesində tətbiq edilməlidir.Müasir kimya dərslərinin təşkili təlimin yeni konsepsiyasının aşağıdakı prinsiplərinə əsaslanmalıdır : şagirdyönümlülük; aktiv, müstəqil və birgə təlim üçün imkanlar yaratmaq; interaktiv təlimlə nəticələnmə. Son illərdə şagirdlərdə kimya elminə daha yaxşı maraq oyatmaq, onların elmi dünyagörüşünü formalaşdırmaq, idrak fəaliyyətini gücləndirmək üçün yeni təlim metodlarından lazımi qaydada istifadə edən müəllimlərimizin səmərəli və öyrənilməli iş təcrübələri inkişaf etməkdədir. İstər mövcud kimya proqramlarında, istərsə də kimya fənn kurikulumunda bu elmin mahiyyəti və məzmunu, digər təbiət elmləri ilə əlaqəli bir elm olması, onun insan həyatında nə kimi əhəmiyyətə malik olması çox ətraflı şəkildə şərh edilir.Yarım əsrlik pedaqoji təcrübəmiz, qabaqcıl kimya müəllimləri ilə apardığımız söhbətlərdən və onların iş təcrübəsindən belə bir nəticəyə gəlmək olur ki, kimya fənnin şagirdlər tərəfindən sevilməsinin binövrəsi dərsin maraqlı qurulmasından çox asılıdır. Qeyd etdiklərimizə əsaslanaraq kimyadan bir neçə dərsin gedişində metodik mülahizələrimizi bildirmək istərdik.
Mövzu; kimya nəyi öyrənir.
Məqsəd; 1.Kimyanın təbiət elmi olmasını əsaslandıra bilir.
2. Kimya elminin qarşısında duran vəzifələri və tətbiq sahələrini şərh edir.
3.Müasir dövrdə kimya elminin digər elmlərlə əlaqəsini və naliyyətlərini göstərə bilir.
Təlim üsulu; problemli şərh, müstəqil işlər, müzakirə
Təlim forması;siniflə və qruplarla iş
Təchizat; Kəsilmiş əlin sağalması və boş həvəngdə partlayış təcrübələrini yerinə yetirmək üçün ləvazimatlar kimyanın digər elmlərlə əlaqəsini və tətbiq sahələrini göstərən sxemlər. Kimyanının tətbiq sahələrinə aid maraqlı elektron materialları-slaydlar, iş vərəqləri.
Dərsin gedişi: sinifin təşkilindən sonra şagirdlərin kimya elmi haqqında nə kimi məlumata malik olduqlarını müəyyən etmək məqsədi ilə müəllim aşağıdakı suallarla sinifə müraciət edir.
1.Təbiət elmləri haqqında nə kimi məlumatınız vardır?
2.Fizika fənninin tədrisində fizika nəyi öyrənir?
3.Biologiya fənnin öyrəndiyi sahə haqqında nə deyə bilərsiniz?
4.Kimya elmi haqqında nə kimi məlumatınız vardır?
Suallar əsasında xatırlaya bildiyimiz məlumatlara əsaslanaraq deyə bilərək ki, kimya elmi də biziəhatəedən maddi aləmdə mövcud olan maddələri, onların xassələrini, alınma üsullarını,onlardanistifidə edilməsini öyrənən elmdir.
Belə giriş söhbətindən sonra müəllim şagirdlərdən bir nəfərini yanına çağırıb ona ağ kağız verirşagird məktubu zəif qələvi məhluluna salır, sonra yazını oxuyur,
Qüvvət elmdədir, biliniz əlbət
Başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz (G.Nizami)
Təcrübə 1. Sirli məktublar hazırlanmalı: 1) Fenolfitalein, 2) spirt, 3) adi pero, 4) ağ kağız, 5) qələvi məhlulu,6) kobalt-2 nitrat, 7) toyuq lələyi, 8) spirt lampası.
Təcrübə göstərən şagird deyir: burada “gizli məktubların” nümunələri vardır. Sizin hər biriniz bu məktubları oxuya bilər.Məktubları iki qrupa bölmüşük. Birinci qrup məktubları zəif qələvi məhluluna saldıqda yazılar aydın oxunur, ikinci qrup yazıları isə isti dəmir lövhə üstünə qoymaqla oxumaq olar.
Təcrübə göstərən şagird təcrübəni belə izah edir: Birinci qrup yazılar fenolfitaleinin spirtli məhlulu ilə yazılmışdır, Spirt quruduqda kağızda heç bir iz qalmır. Kağızı zəif qələvi məhluluna saldıqda yazı aydın oxunur. İkinci qrup məktublar isə qatı sulfat turşusu ilə yazılıb. Kağızı isti dəmirin üzərində saxladıqda qatı sulfat turşusunun təmasda olduğu hissələrdə kağız (sellüloza) susuzlaşaraq kömürləşir qara rəngli yazılar oxunur.
Müəllim yenə şagirdlərdən bir nəfərini nümayiş stolunun yanına çağırır, .şagird müəllimin göstərişi iləaşağıdakı təcrübəni yerinə yetirir.
Bir stəkanda suyun iki rəng alması:
Hazırlamalı: 1) Kimya stəkanı, 2) sulfat turşusu, 3) spirt məhlulu, 4) fenolfitalein, 5) qələvi, 6) şüşə çubuq.
Təcrübə göstərən şagird götürdüyü kimya stəkanına 50 ml etil spirti, bir damla natrium qələvisi və fenolfitalein (bir damla qatı məhlul) tökür. Stəkandakı məhlul tünd qırmızı rəng alır. Alınan qırmızı məhlula stəkanın divarı ilə sulfat turşusu əlavə edir. Bu zaman məhlulun alt hissəsi rəngsizləşməyə başlayır və stəkandakı məhlul yuxarı hissədə tünd qırmızı, aşağı hissəsində isə şəffaf rəngli olur. Şüşə çubuqla məhlulu qarışdırdıqda qırmızı rəng tədricən itir. Buna səbəb nədir? Sulfat turşusu qələvini neytrallaşdırır və rəng yox olur.
Müəllim göstərilən təcrübələrin kimya elminin möcüzələrindən olduğunu qeyd edir.
Müəllim qeyd edir ki, hər bir ailədə istifadə olunan hər bir qida məhsullarının hazırlanması, onlardan istifadə kimya elminin sahəsidir. Məsələn, yediyimiz çörək, içdiyimiz su, bütün xörəklərin hazırlanmasında istifadə olunan duz, bütövlükdə mətbəxdə işlədilən nə varsa, məişətdə işlədilən yuyucu maddələrin istehsalı və onlardan istifadə kimyadır desək səhv etmərik. Bu fikirlərini əyaniləşdirmək üçün müəllim internetdən götürdüy slayıdları nümayiş etdirir.
Müəllim söhbətinə davam edərək bildirir ki, kimya insanların gözəl yaşamalarını təmin edə bilən bir çox sahələrdədə onların köməyinə gəlir.
Bütün canlıların o, cümlədən insanların sağlamlığının qorunmasında, xəstəliklərə qarşı daha faydalı dərman maddələrinin hazırlanmasında bu elmin tibb sahəsindəki əhəmiyyəti çox böyükdür. Bu məlumatla əlaqəli olaraq müəllim yenə iki nəfər şagird çağırır və onlar “kəsilmiş əlin sağaldılması” təcrübəsini nümayiş etdirirlər.
Kəsilmiş əlin sağalması
Hazırlanmalı: 1) dəmir-(III) xlorid məhlulu, 2) ammonium xlorid məhlulu, 3) ağ dəsmal, 4) küt bıçaq, 5) pambıq
Təcrübə göstərən şagird deyir: siz sirkdə adamın barmağını kəsib, sonra da sağaldılmasını görmüsünüzmü? Mənə etibar edirsinizsə, bir şagird gəlsin, əlini kəsim və sonra da bu “şəfa yaylığı” ilə dərhal sağaldıram.
Əvvəlcədən təcrübəni onunla birlikdə hazırlayan şagird gəlib əlini ona uzadır. O, isə belə deyir: biz hərhansı infeksiya törədicisinin yaraya düşməsinə yol verməmək üçün əvvəlcə əlin kəsiləcək yerini dezinfeksiya edirik (kəsilməli yerə pambıqla ammonium-rodanid məhlulu sürtür). Bıçağı dəmir-(III) xlorid məhluluna batırıb kəsilməli yerə sürtür. Bu zaman kəsilmiş yerdən qan axır. Qanın çox axmaması üçün “şəfa dəsmalı” ilə kəsilmiş qol silinir.Qol tamamilə salamatdır.
Müəllim kimyanın müxtəlif sənaye sahələrinin və kənd təsərrüfatının inkişafındakı rolundan, tikinti sahəsində istifadəolunan məhsulların istehsalından, kimya sənayesinin müxtəlif sahələrindən slaydlar əsasında məlumat verir.
Kimya kənd təsərrüfatında lazım olan gübrələri, bitgiləri xəstəlikdən qoruyan maddələri, bitgi və heyvanların məhsuldarlığını artırmaq üçün istifadə edilən maddələrin istehsalını da təmin edir. Sintetik liflərin və yuyucu maddələrin hazırlanması, xüsusi həlledicilərin və dizenfeksiyaedici maddələrin və hərbi məqsədlər üçün bir çox maddələrin hazırlanması və tətbiq sahələrini sxemdən görmək olar. Bu deyilən sahələri əhatə edən kimya elmi ilə maddələri, onların xassələrini, alınma üsullarını, tətbiq sahələrini xüsusi qanun və nəzəriyyələr əsasında öyrənəcəksiniz. Kimyanın tətbiq sahələrinə aid slayıdlardan nümunə olararaq “kimya tibb sahəsində” məqaləyə əlavə edilir.
Məsələn, Kimya sənaye sahəsində, kimya tikinti sahəsində, məişətdə kimya, yuyucu maddələr kimyası, metallurgiya sahəsində kimya, sintetik liflər və polimer maddələr, kimya kənd tərrüfatında slaydları da internetdən götürüb şagirdlərə əyani olaraq göstərmək olar və bu lazımdır.
Mövzu: Maddələr. Maddələrin xassələri.
Standart: 1.1.1.: 2.1.2: 3.2.2.Maddələri (bəsit, mürəkkəb, saf), qarışıqları tərkibinə və fiziki xassələrinə görə fərqləndirir.
Məqsəd: 1.Cisim və maddələri fərqləndirir və təsnifatını verir
2.Maddələrin fiziki və kimyəvi xassələrini fərqləndirir.
3.Qarışıqları saf maddələrdən fərqləndirən xüsusiyyətləri tanıyır.
İnteqrasiya: Həyat bilgisi, fizika, biologiya.
İş forması: Kollektivlə iş, qruplarla iş.
İş üsulu: Beyin həmləsi, Venn diaqramı, müstəqil iş
Dərsin tipi: Yeni biliyin mənimsənilməsi.
Resurslar: Dərslik, iş vərəqi, sınaq şüşələri, kolba, ayrıcı qıf,maqnit, stəkan, menzurkalar, su, duru yağ, süd, neft, şəkər, qum, gil, tabaşir, gips,dəmir tozu, kükürd, spirt, xörək duzu,soda, oduncaq kəpəyi.
Dərsin gedişi:I mərhələ:Motivasiya.
Müəllim şagirdlərin fikrini slayddaki şəkillərə yönəldir və sual verir.
Şəkil-1 şəkil-2 şəkil-3 şəkil-4
Bu şəkillərdə nə görürsünüz? Şagirdlər slaydda gördükləri haqqında məlumat verirlər. Müəllimlöhvədən tablo asır və sinifə müraciət edir: Sualın altında hansı söz gizlənib?
Ş. Sual altında “Maddə” sözü gizlənib.
M. Siz maddələr haqqında daha nə bilirsiniz?
Ş. Maddələr saf və qarışıq olur (misallar göstərir).
M. Maddələrdən nə hazırlanır?
Ş. Fiziki cisimlərə aid misallar göstərirlər.
M. Maddələr bir-birindən hansı əlamətlərinə görə fərqlənirlər?
Ş. Maddələr bir-birindən fiziki və kimyəvi xassələrinə görə fərqlənirlər.
Tədqiqat sualı: Maddələri,qarşıqları tərkibinə və fiziki xassələrinə görə necə fərqləndirmək olar?
II.Tədqiqatın aparılması: Müəllim şagirdlərlə tədqiqat sualı ətrafında işləyir və şagirdlərə yönəldici suallar verir:
M.-Maddənin hansı xassələri fiziki xassələrə aiddir?
Ş.-Aqreqat halı, rəngi, iyi, dadı, suda həll olub olmaması,ərimə və qaynama temperaturu, istiliyi və elektriki keçırmə qabiliyyəti və s.
M.-Fiziki xassələri sabit olan maddələr necə adlanır?
M.-Qarışıqlar nədən ibarətdir?
Ş.-Bir neçə saf maddədən ibarət olan sistemdir.
Müəllim sinifi 3 qrupa ayırır.Hər qrupa iş vərəqələri paylanır.
I qrup: 1.Verilən siyahıdan cisim və maddələri fəqrləndirin və cədvələ qeyd edin: süd, stəkan, masa,su, yağ, rezin, kauçuk, şüşə, şəkər, löhvə, qlobus,günəş, ay,neft.
2.Şəkərin və xörək duzunun oxşar və fərqli xassələrini Venn diaqramında qeyd edin.
II qrup: 1.Dəmirin xassələrini və ondan hazırlanan cisimləri sadalayın.
Su və kerosinin oxşar və fərqli xassələrini Venn diaqramında göstərin
III qrup: 1.Verilənləri uyğun olaraq cədvəldə qeyd edin:
Neft, hava, distillə edilmiş su, metil spirti, sulfat turşusu, oksigen, dəniz suyu, süd, benzin, hidrogen,polad, bürünc, dəmir.
2.Maddə və cisim anlayışlarının bir-birindən fərqi nədir? Cavabınızı misallarla təsdiqləyin.
III.Məlumat mübadiləsi:
Hər bir qrup öz işinin nəticələri ilə iştirakçıları tanış edir.Tədqiqat işləri təqdim olunur.
IV.Məlumatın müzakirəsi və təşkili:
Hər bir qrupun işi müzakirə olunur,şagirlər öz təkliflərini verirlər.
V.Nəticələrin çıxarılması.
Müəllim şagirdlərə elə istiqamət verməlidir ki, şagird əldə olunan bilikləri ümumiləşdirməli, gəldiyinəticəni tədqiqat sualı ilə irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurulmalıdır.
Belə nəticəyə gəldikki:
Biz maddələr içərisində yaşayırıq.Ətrafmızdakı cisimlər maddələrdən hazırlanıb. Cisim eyni və müxtəlif maddələrdən hazırlana bilər.Eyni maddələrdən müxtəlif cisimlər hazırlamaq olar.
Maddələr bir-birindən xassələrinə görə fərqlənir.Maddələrin fiziki və kimyəvi xassələri ayırd edilir.Fiziki xassələrin sabitliyinə görə maddələr saf və qarışıq olur.
VI.Produktiv tətbiq etmə:
Neftin tətbiq sahələri haqqında “esse”yazın.
VII.Qiymətləndirmə.
Mövzu: Qarışıqlar.Qarışıqdakı maddələrin ayrılması üsulları.
Standart: 1.1.1.: 2.2.1. Maddələri(bəsit, mürəkkəb, saf), qarışıqları tərkibinə və fiziki xassələrinə görə fərqləndirir.
Məqsəd:1.Qarışıqları saf maddələrdən fərqləndirir.
2.Qarışıqların növlərini tanıyır.
3.Qarışıqlardan saf maddələrin ayrılmasının bəzi üsullarını bilir və təcrübələri apara bilir.
İnteqrasiya: Fizika; biologiya.
İş forması: Kollektivlə iş;qruplarla iş.
İş üsulu: Beyin həmləsi; müstəqil iş;BİBÖ
Resurslar: Dərslik, işvərqələri, spirt, su, yağ, qum, dəmir, kükürd, maqnit, ayırıcı qıf, filtir kağızlar, stəkan, kolba.
Dərsin gedişi: Sinifin təşkilindən sonra yeni mövzuya keçmək üçün aşağıdakı məzmunda motivasiya yaradılır.
Motivasiya: Müəllim şagirdlərə müraciət edir: şəkillərdə hansı hadisələr təsvir olunub?
Şagirdlər şəkillərə baxıb, izahat verirlər. Bu şəkillərdə saf maddələrin ayrılmasının bəzi üsulları göstərilib.
Müəllim lövhədə BİBO cədvəlini qurur və şagirdlər bildiklərini birinci sütunda qeyd edirlər, bilmək istədiklərini isə ikinci sütuna yazırlır
Bilirəm
|
Bilmək istəyirəm
|
Öyrəndim.
|
Cisimlər maddələrdən ibarətdir. Maddələr fiziki və kimyəvi xassələrinə görə fərqlənirlər. Maddələr saf və qarışıq olur.
|
Qarışıqların neçə növü var. Qarışıqlardan saf maddələri hansı üsullarla almaq olar.Qarışıqların ayrılma üsulları maddələrin hansı xassələrinə əsaslanır.
|
|
M. Şagirdlərin diqqətini tabloya yönəldir və soruşur ki,qarışıqların neçə növü var?
Şagirdlər tabloya baxıb və qarışıqların iki növ olmasını qeyd edirlər.
M. Qarışıqlara aid misallar göstərin?
Ş. Su+yağ, su+duz, dəmir+kükürd, neft, hava, bürünc
M. Qarışıqlardan saf maddələri hansı üsullarla ayırmaq olar?
Ş. Buxarlandırmaqla, süzməklə, ayırıcı qıfla durultmaqla, maqnitlə və s.
Tədqiqat sualı:1.Nə üçün qarışığın tərkibinə daxil olan maddələri ayırmaq olur?
2.Növündən asılı olaraq qarışıqları hansı üsullarla ayırmaq olar.
Tədqiqatın aparılması: Müəllim şagirdləri 4 qrupa bölür və onlara iş vərəqləri paylayır.
I qrup.
1. Qarışıqları növünə görə ayırın: su+qum, su+metil spirti, su+xörək duzu, süd, bürünc, duman, tüstü, dəniz suyu, su+sirkə, yağ+su.
2.Eynicinsli qarışıq hazırlayın. Bərk+maye. Bu qarışıqlardan saf maddəni hansı üsullarla ayırmaq olar?Təcrübəni yerinə yetirin.
II qrup.
1.Müxtəlif cinsli qarışıq hazırlayın. Bərk+bərk qarışığını təcrübi yolla saf maddələrə ayırın.
2.Neft+su qarışığını necə ayırmaq olar?Bu, üsul maddələrin hansı xassələrinə əsaslanır?
III qrup.
1.Eynicinsli qarışıq hazırlayın. Maye+maye Təcrübi yolla bu qarışığı ayırın
2.Sxemi tamamlayın.
IV qrup.
1.Müxtəlifcinsli qarışıq hazırlayın. Maye+maye. Bu qarışığı saf maddələrə ayırın.Təcrübi yolla göstərin.
2.Xörək duzu+qum+su qarışığını necə ayırmaq olar?
Məlumatın mübadiləsi: Görülən işlərlə iştirakçılar tanış olur və tədqiqat işləri təqdim olunur.
Məlumatın müzakirəsi və təşkili: İşlər müzakirə olunur və təkliflər verilir.
Nəticələrin çıxarılması: Şagirdlər BİBÖ cədvəlini tamamlayırlar.
Produktiv tətbiq etmə: Su təmizləmə stansiyasının iş prinsipi haqqında “esse” yazın.
Mövzu; Oksigen kimyəvi element və bəsit maddə kimi. Allotropiya. Oksigennin alınması
Standart:1.1.1; 2.1.2: 3.2.1.; 4.2.1.
Məqsəd: 1.Oksigenin təbii birləşmələri, element və bəsit maddə haqqında məlumat verir..
2.Allotropiya və onun şəkildəyişmələri haqqında fikir ifadə edə bilir.
3.Oksigenin allotropiyası və onun şəkildəyişmələri haqqında fikir ifadə edə bilir.
4.Oksigenin alınmasının müvafiq reaksiya tənliklərini yaza bilir
İnteqrasiya: Coğrafiya, fizika, Biologiya, Həyat bilgisi
Dərs tipi: Yeni materialın öyrənilməsi
Fəaliyyət növü: mühazirə, müsahibə, nəzəri və praktiki xarakterli müstəqil iş, qarışıq fəaliyyət
Təlim üsulu: BİBO cədvəli; klaster, Venn diaqramı
Təlim forması: siniflə və kiçik qruplarla iş
Resurslar:Dərslik, kolba, sınaq şüşələri, kaliumpermanqanat, hidrogen peroksid, manqan (IV) oksid,Bertole duzu, spirt lampası, Oksigenin digər elmlərlə əlaqəsini göstərən sxemlər Oksigenin allotropiyası və onun şəkildəyişmələrinə aid maraqlı elektron materialları-slaydlar, iş vərəqləri.
Dərsin gedişi: Motivasiya.
Müəllim şagirdlərdə yeni mövzuya maraq yaratmaq üçün “Element song” mahnısı ifa olunan slaydı göstərir və sual verir dərsin mövzusu nədən bəhs edəcək? Şagirdlər slayda əsasən element haqda olduğunu deyir. Lövhədə olan şeri şagirdlərə oxumagı və şerdə hansı elementdən bəhs edildiyini şagirdlərdən soruşur.
Bütün elementlərdə
birləşmələrim çoxdur.
Ən əsası odur ki,
mənsiz tənəffüs yoxdur.
İş görmək vaxtı çatıb
Çox öyunmək nə gərək.
Siz susuz qalmamaq üçün
tezliklə hidrogenlə
Möhkəm birləşəm gərək.
Müəllim şagirdlərin fikrini slayddaki şəkillərə yönəldir və şəkildə nə gördüklərini soruşur..
Şəkil-1 şəkil-2 şəkil-3 şəkil-4
Şagirdlər slaydda gördükləri haqqında məlumat verirlər.
Ş. Birinci şəkildə qum, ikinci şəkildə hava, üçüncu şəkildə su, dördüncü şəkildə ozon təbəqəsi təsvir olunub
M. Qum, hava, su və ozonda hansı element var?
Ş. Oksigen elementi.
Tədqiqat sualı: oksigen və ozon haqqında nə bilirik?
Tədqiqatın aparılması: Müəllim şagirdləri oksigen, ozon, su və hava adında dörd qrupa bölür: Hər qrup öz üzvləri ilə birlikdə klaster üsulu ilə verilən iş vərəqlərindəki tədqiqat sualı ətrafında işləyir sonra isə hər qrupdan bir şagird qrupun hazırladığı məlumatı təqdim edir, BİBO cədvəlində “bildiklərim” xanasında yazırlar.:
Məlumatın mübadiləsi: Nümunə üçün qrup-I-və- III iş vərəqlərinin suallarını nəzərdən keçirək.
Qrup-I
1.Oksigen elementini dövri sistemdəki yerinə görə xarakterizə edin.
2.Oksigenin izotoplarının fərqi nədir?
3. Oksigeni bəsit maddə kimi xarakterizə edin.
Qrup-III.
1.Oksigen maddəsinin allotropik şəkildəyişməsinin onun atom quruluşundan asılı olmasını izah edin.
2. Hidrogenperoksiddən oksigenin alınması təcrübəsini aparın.
3 Oksigenin bəsit və mürəkkəb maddələrlə reaksisına aid tənlikləri tərtib edin.
Hər bir qrup öz işinin nəticələri ilə iştirakçıları tanış edir.Tədqiqat işləri təqdim olunur.
Məlumatın müzakirəsi və təşkili:
Hər bir qrupun işi müzakirə olunur,şagirdlər öz təkliflərini verirlər.
Müəllim qruplara sual verir: Oksigen haqqında daha nəyi bilmək istəyirsiniz?
Ş. Oksigenin daha mürəkkəb xassələrini
Ş. Təbiətdə yayılmasını
Ş. Havanın tərkibində daha hansı qazların olmasını?
Ş. Oksigen sənayedə və laboratoriyada alınmasını
Bu fikirləri şagird BİBO cədvəlində “bilmək istəyirəm” xanasında yazır. Müəllim şagirdlərin sualları ətrafında məlumat verir.
M: Oksigen haqqında nəyi öyrəndiniz? Şagirdlərdən hər biri öyrəndiyini BİBO cədvəlində “öyrəndim” xanasında yazırlar.
Nəticələrin çıxarılması.
Müəllim şagirdlərə elə istiqamət verməlidir ki, şagird əldə olunan bilikləri ümumiləşdirməli gəldiyi nəticəni tədqiqat sualı ilə irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurulmalıdır.
Produktiv tətbiq etmə:
Müəllim qrupların hər birindən bir nümayəndə çağırır və onlarla birlikdə oksigenin laboratoriyada KMnO4 və H2O2 –dən alınması təcrübəsini yerinə yetirirlər.
Qiymətləndirmə.
Qruplar
Meyarlar
|
I qrup
Oksigen
|
II qrup
Ozon
|
III qrup
Hava
|
IV qrup
Su
|
Təqdimat
|
|
|
|
|
Tapşırığı yerinə yetirmə
|
|
|
|
|
Əməkdaşlıq
|
|
|
|
|
Fəallıq
|
|
|
|
|
İstifadə edilmiş ədəbiyyat:
1. Ümumtəhsil məktəblərinin VIII,IX,X,XI sinifləri üçün kimya dərslikləri, “Azpoliqraf”, Bakı, 2010
2.Azərbaycan Respublikasının Ümumtəhsil Məktəbləri üçün Kimya, fizika, biologiya, riyaziyyat Fənn Kurikulumu (layihə)-2012
3.Kurikulum jurnalları-2011,1, 2 və 3-cü sayları
4.Zülfiyyə Veysova, İnteraktiv Təlim,(müəllimlər üçün vəsait)-2007
5.İnteraktiv Kurrikulum-mahiyyəti və nümunələr,Adiloğlu nəşriyyatı, Bakı-2005
6.A.Mehrabov və b. Pedaqoji texnologiyalar, Mütərcim, Bakı.-2006
7.M.Fərəcov, Kimyanın tədrisində fənlərarası əlaqə, Maarifnəşr, Bakı-1989
8.A. Əliyev, 9-cu sinifdə kimyanın tədrisi, (Yeni pedaqoji texnologiyalardan istifadə), Bakı, 2006
9. M.Fərəcov,Kimyanın tədrisində müasir təlim texnologiyası-qabaqçıl iş təcrübəsi, Bakı, ”Nurlan”, 2008
M.Фараджов, С.Ахундовa, У. Абилова, Р.Гусейнова
Из опыта преподования химии на основе новых методов обучении
АННОТАЦИЯ
В статье даны методы обучения, на уровне современных требований интерактивного и интегративного обучения. При планировании урока эти методы были учтены. Ученики работают группами, разделяют смеси фильтрованием, выпариванием, отстаиванием и поддействием магнита. При помощи рабочих листов, ученики делают выводы, достигают поставленной цели.
M. Faradjov, S. Akhundova, U. Abilova, R. Huseynova
From the experience of teaching chemistry on the base of new teaching methods
ANNOTATION
The article provides the teaching methods, at the level of modern demands of interactive and integrative barning. These methods have been considered when was planing the lesson. Students are working in groups, separating the mixture by filtration, evaporation, sedimentation and under the action of the magnet. By using of worksheets students makes interences, reaches to the goals.
Açar sözlər: Maddə, saf maddələr, qarışıqlar, homogen, heterogen, buxarlandırma, distillə, xromatoqrafiya, durultma,süzmə, kristallaşdırma, maqnit, qum, şəkər, yağ, su, un, neft, spirt, gips, soda, duz, kəpəy, ayırıcı qıf, stəkan, kolba, filtir kağızlar, inteqrasiya, interaktiv təlim, BİBÖ cədvəli,Venn diaqramı, beyin həmləsi, iş forması, işüsulu, resurslar, qruplarda iş, iş vərəqləri.
Ключевые слова: Вещество,смеси однородные и гетерогенные,выпаривание, перегонка,хромaтография, отстаивание, фильтрование, кристаллизация, магнит, сахар, масло, вода, нефть, спирт, соль, сода, воронка, стакан, колба, интеграции, интерактивное обучение, ресурс, диаграмма Венна, рабочие листы активное обучение, опыт, реакция, рабочие листы.
Key words: Article, pure substances, homogeneous and heterogeneous mixtures, to evaporation, distillation, xromotography, clearness, yogurt, to crystallization, magnetic, sand, sugar, butter, water, flour, oil, alcohol, gypsum, soda, salt, sawdust, separating funnel, cup, flask, filter paper, an integrated, interactive learning, BIBO table, Venn diagram, , work out equations of the held reactions.
Dostları ilə paylaş: |