Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə24/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

120 


sakinlərini tauna yoluxmaqdan xilas etməklə məşğul olurdu; missiyanın üzvləri, döşəmənin zir-

zibilini analiz adıyla yığıb, onu lupayla tədqiq edir, su qablarına dezinfeksiya həbləri atır, 

laboratoriya heyvanlarına, hansısa ürəkbulandırıcı horra yedizdirirdilər, generalsa, gülməkdən 

uğunub, tərcüməçiylə onlara: «Axmaqlıq eləməyin, canablar, burda sizdən başqa xəstə-filan 

yoxdu!» - deyirdi. Onlarsa: «Yox-yox, var, zat aliləri! Yuxarıdan əmr almışıq ki, var. Əmr 

almışıq ki, olmalıdır!» - deyirdilər. Onlar, nə isə yaşıl rəngli, balaoxşar, müalicəvi məhlul 

hazırlayıb bu zəhrimardan, bir ucdan, sarayın bütün sakinlərinin – üzlərinə belə baxmadan, 

hamının – ən arıqların və ən adlı-sanlıların bədənlərinə yaxırdılar; prezidentin qəbuluna gələnlər, 

hamılıqla müəyyən məsafəyə riayət etməliydilər; o, salonun elə bir küncündə otururdu ki, qəbula 

gələnlərin bura nəfəsi yox, ancaq səsləri çatırdı; o, burda, yüksək rütbəli çılpaq adamlarla işgüzar 

məsələləri ucadan qışqıra-qışqıra müzakirə edirdi; kandarda dayanan adamlarsa bir əllərini ona 

uzadıb: «Zat aliləri» - deyir, o biri əlləriylə iyrənc maz yaxılmış sallaq üzvlərini örtməyə 

çalışırdılar; bütün bunlar – yuxusuzluqdan əziyyət çəkdiyindən uydurduğu yoluxucu xəstəlik 

fəlakətinin gedişini, bütün xırdalıqlarına qədər işləyib quran, camaatın canına vəlvələ salan 

şayiələr buraxdıra-buraxdıra, «camaat az anladıqca, çox qorxacaq» əqidəsinə əsaslanaraq, onları, 

öz axır-zaman peyğəmbərliyinə inanmağa məcbur edən bu adamı xəstəlikdən qorumaqçun idi. 

Odu ki, qorxudan rəngi, meyit rəngi alan yavərlərindən biri ona: «Mənim generalım, əhali 

arasında taundan ölənlərin sayı yaman çoxdu.» - deyə məlumat verəndə, onun qaşının ucu belə 

tərpənmədi. Prezident karetinin tutqun şüşələrindən, bomboş, adamsız küçələri, onun əmriylə 

dayanıb-dondurulmuş zaman deyilən mənzərəni, ölü kimi sallanan bayraqları gördü; qırmızı 

dairəylə nişanlanmış evlərin qapıları möhkəm mıxlanmışdı; evlərin pəncərələrinə qonmuş tox 

quzğunları, bir də həlak olanları, həlak olanları və yenə həlak olanları gördü... Dörd bir tərəf, 

adam cəsədləri ilə dolu idi, o qədər cəsəd vardı ki, saymaqla qurtarmazdı; meyitlər, üfunətli 

bataqlıqlarda da gözə dəyirdi, günəşin şüası düşən səkilərdə bir-birinin üstünə qalanmış meyitlər, 

bazarın tən ortasında, tərəvəzin arasındaca çürüyürdü; meyitlərin sayı heç kimə məlum deyildi

hər halda, onun, güman olunan düşmənlərinin sayından çox idi, onun görmək istədiyindən xeyli 

çox idi; bir çoxunu, gəbərmiş köpək kimi zibil yeşiklərinə tullamışdılar; o, qoturluq qoxusunu – 

əsl taun qoxusunu, çürüyən meyitlərin üfunətindən, küçələrin həmişəki, başgicəlləndirən üfunəti 

içindən yaxşı duyurdusa da, yenə özünü, hadisələrin mütləq sahibi, sahibi-mütləq hiss edənəcən, 

bu dəhşətli fəlakəti dayandırmağı, bütün bunlara son qoymağı tələb edən yalvarışları eşitmirdi, 

geriyə çəkilmirdi və yalnız bu qanlı qırğını dayandırmağa, nə bəndənin, nə də Allahın qüdrəti 

çatmadığı bilinəndə, küçələrdə naməlum karet göründü: bunun, buz kimi qorxunc hakimiyyət 

kareti olmasına əvvəlcə heç kəs fikir vermədi; içərisi, qara, matəm məxmərli karetin 

pəncərəsindən donuq gözlər, nazik, əsəbi dodaqlar, bir də evlərin qapılarına bir çimdik duz atan 

ağ əlcəkli əl görünürdü; biz, qardeniya cəngəlliklərinin arasıyla, bəbirləri hzürküdə-hürküdə 

şütüyən, sanki dırnağı üstə ucqar dağ kəndlərinə dırmanan, milli bayraq rəngli qatarı gördük; 

vaqonun pərdəsi arxasından görünən tutqun gözləri, yaslı çöhrəni, artıq heç bir həyat əlaməti 

olmayan əli gördük; qramafonun şux mazurkalar yağdıra-yağdıra qumsal dayazlıqların, meşəni 

böyrü üstə yıxan bahar selinin qırıb tökdüyü ağac yığnaqları arasıyla güc-bəlayla irəliləyən, Nuh 

əyyamından qalma, təkərli paraxodu gördük; prezident kayutunun pəncərəsindən biz, qürub 

günəşi kimi sönmüş gözləri, solğun dodaqları, susuzluqdan inildəyən kəndlərə bir çimdik şəfa 

duzu səpən bu əlin, ancaq bir barmağanı gördük; bu düzü dadanlar, yaxud, duzlu yeri yalayanlar, 

dərhal sağalır, min bir xəstəlikdən, gözdəymədən, bir sözlə, bütün dərd-bəladan uzaq olurdular. 

İndi - axır günlərinin yaxınlaşdığı bir vaxtda o, yenə, həmin işlənmiş, köhnə, saxta bəhanələrlə 

ölkənin yenidən işğalına razılıq vermək təkliflərinə təəccüblənmədi, amma: «Qoyun, dəniz 

piyadaları qayıtsın, general, qoy onlar, insan ömrünü yüz iləcən uzadan, ağ binalı xəstəxanaların 

önündəki yaşıl çəmənliklərə pestisid səpən fəvvarəli maşınlarla gəlsinlər. Qoyun, gəlib, nə 

istəyirlər götürsünlər!» - deyən sarsaq nazirlərin gətirdiyi dəlil-sübutları rədd etdi; səfir Mak-

Kuin onun düz gözünün içinə: «Bundan sonrakı mübahisələrin xeyri yoxdu, zat aliləri, sizin 

rejim - vədlər, nifrət, hətta terror üzərində də yox, köhnəlmiş ətalət üzərində dayanıb və gündən-

günə, qarşısıalınmaz bir şəkildə dağılır, zat-aliləri, yaxşısı budu, küçələrə çıxıb, həqiqətin gözünə 

baxasız, bu, sizin sonuncu döngədəsiniz – ya dəniz piyadaları gəlməlidi, ya da biz, dənizi 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

121 


götürəcəyik, başqa çıxış yolu yoxdu.» – deyənəcən, o, yumruğunu masaya çırpır, heç cür buna 

razı olmurdu. – «Ayrı yol yoxuydu, ana, onlar Qəraib dənizini özlərinə götürdülər!» 

Səfir Euinqin mühəndisləri dənizi hissə-hissə böldülər, sonra hissələri, bizim fırtınalardan 

uzaqlarda - Arizona səması altında yığmaq üçün nömrələdilər və dənizi, mənim generalım, bütün 

nemətləriylə bir, şəhərlərimizin əksi düşən sularıyla, dəlisov sellərimiz və suda 

boğulanlarımızqarışıq apardılar. O, bu soyğunçuluğa qarşı milli etiraz partlayışı yaratmaq üçün, 

öz zəngin biclik kolleksiyasının hansı incə klavişinə toxundusa da, küçələrə, bağışlayın, mənim 

generalım, heç kəs çıxmadı, nə hədə-qorxunun, nə zor işlətməyin xeyri olmadı; - bunun, yenə 

hakim dairənin arzusuyla həyata keçirildiyi, növbəti, sıravi manevr olduğu ağlımıza belə 

gəlməzdi; qoy nə olur-olsun, lap dənizi aparsınlar, cəhənnəmə ki, qoy əjdaha gerbli milli bayrağı 

olan bu ölkəni zəbt eləsinlər! - biz fikirləşirdik, mülki geyimlərdə evlərimizə gəlib, bu 

soyğunçuluğun qabağını almaq üçün bizdən, vətən naminə küçələrə çıxmağı, «Rədd olsun, 

qrinqolar!» - deyə ucadan qışqırmağı yalvaran hərbiçilərə, onların öyüd-nəsihətlərinə, yaltaq 

sözlərinə qarşı kar olmuşduq; həmin bu adamlar da bizi, yadellilərin dükanlarını, villalarını qarət 

etməyə, yandırmağa çağırır, pul verirdilər ki, orduyla əlbir olub, onun mühafizəsi altında hərbi 

təcavüzə qarşı nümayişə çıxaq; küçələrə isə bir adam da çıxmadı, mənim generalım, çünki 

camaat, hərbçilərin, bir vaxtlar kişi kimi söz verib sonra, guya xalq arasına soxulmuş 

təxribatçıların hərbi bölmələrə atəş açması bəhanəsiylə adamları güllələməsini unutmamışdı: 

«Bəli, mənim generalım, bu dəfə xalq sizinlə deyil». 

«Və mən, bu ağır qərarı qəbul etmək yükünü öz üzərimə götürməli oldum: ölkəyə desant 

yeridilməsindənsə, anam mənim, Bendisyon Alvarado, dənizsiz qalmağın daha məqsədəuyğun 

olduğunu hamıdan gözəl anlayan adam kimi, bu aktı imzaladım. Axı, özlərindən gündə bir əmr 

toqquşduran, həmin bu dəniz piyadalarıydı, ölkəyə bibliyanı və sifilisi gətirən də onlar idi, 

artistləri pederasda çevirən də, həyatın asan olduğunu, anacan, hər şeyin satılıb-alındığını, 

zəncirlərin iy verdiyini də camaatın beyninə yeridən onlar idi. Əsgərlərimi, harada çox pul varsa, 

oranın vətən olmasına, hökümətin, qoşunların pulsuz döyüşməsi üçün, «Hərbi şərəf» adlı boş bir 

mükafat uydurduğunu başa salan da onlar idi. Və bütün bunlar təkrar olunmasın deyə, onlara, 

ərazi sularımızdan, bəşəriyyətin maraqları və xalqlar arasında sülhün yaradılması çərçivəsində 

istədikləri kimi istifadə etmək hüququ verdim!» 

O, təkcə yataq otağının pəncərəsindən üfüqəcən görünən fiziki suları yox, bu suların fauna və 

florasını, küləklər rejimini və atmosferini, sonuncu millibarına* qədər, bütün hava şıltaqlıqlaryla 

bir verdi; onların sonradan neyləyəcəkləri isə onun ağlına belə gəlməmişdi; onlar, bizim qədim 

dənizimizin, şahmat lövhəsisayağı nömrələnmiş ləpələrini nəhəng nasoslarla, şlüzlərə çəkib 

apardılar deyə, dənizin, sönmüş vulkanlarla dolu dibi üzə çıxdı və biz, nəhəng kraterlərdən 

birində, dənizin nə vaxtsa qəfildən udduğu şəhərin, qədim Santa-Mariya-del-Darienin 

xarabalıqlarına rast gəldik. Sonra bütün dəniz və okeanların dahi admiralının flaqman gəmisini 

gördük: «Mən onu eləcə, pəncərəmdən görmüşdüm, ana!» - gəmi, hələ tarixi gəmi qəzasına 

müvafiq status verilməmişdən əvvəl - bir vaxt bombaların qoparıb yerin dibindən çıxardığı 

mərcanların arasında lişib qalmışdı. Onlar, onun hökmranlığının əsasını təşkil edən, 

müharibələrinin mənası olan hər şeyi apardılar; özlərindən sonra bircə, Ay səhralığına oxşar 

qupquru düzəngah qoydular; o, pəncərələrin qabağından keçdikcə bu müdhiş mənzərənin seyrinə 

dalır, içini çəkib köks ötürürdü: «Anam Bendisyon Alvarado, öz müdrikliyinin işığıyla qoru 

məni!» O, yatdığı yerdə, vətən uğrunda həlak olanların, bir gün qəbirlərdən qalxıb, satılmış 

dənizə görə ondan haqq-hesab tələb edəcəkləri fikri ilə yuxudan dəhşət içində dik atılırdı. 

Yuxuda, onların, divarlar boyu sürünə-sürünə üzüyuxarı dırmaşmaqlarını, o biri dünyadan gələn 

boğuq səslərini aydınca eşidir, açar dərinliyindən, bataqlığa çökən kimi, saray divarlarının 

dibiylə sürüdüyü nəhəng kələz ayaqlarına dikilən baxışlar altında, bir vaxtlar səfir Ebergeytin 

ona bağışladığı, dəniz küləklərini əvəz edən xüsusi külək maşınlarının passat və mistral küləkləri 

altında otaqlarda gəzişir, qayanın zirvəsində, keçmiş diktatorların sığınağında közərən işığı 

görəndə: «Kefdədilər, mən burda əzablar içində qovruluram, bu harın donuzlarsa yatırlar!» - 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

122 


deyə özü-özünə deyinirdi. Anası Bendisyon Alvaradonun, ölümqabağı guruldayan xorultusunu, 

bu zəhmətkeş qadının, oreqano kolunu bəslədiyi otaqdakı rahat yuxusunu xatırladı: «Taundan 

qorxmayan, sevgidən ehtiyat etməyən, ölümdən çəkinmədən, rahat yatan anamla olsaydım!» Elə 

üzülmüşdü ki, mayakın, dənizsiz mayakın işartısı da ona şübhəli, ölülərin qəbirdən xortlamaq 

əlaməti kimi göründü, mayakın, fırlana-fırlana ətrafa, ölülərin iliyindən alınan işıqlı toz şüaları 

səpdiyini təsəvvürünə gətirib dəhşətə gəldi və bu yazıq işıldaquşdan qaça-qaça: «Söndürün!» - 

deyib bağırdı; mayakı söndürdülər; o, əmr elədi ki, evin bütün dəlmə-deşiyini içəridən tıxayıb 

yamasınlar ki, bircə deşik belə qalmasın; qoy, gecənin ölüm qoxulu zərrəsi belə, evə girə 

bilməsin; o, bu qaranlıq zülmətdə tək-tənha dayana-dayana, evin nəmişli, ağır havasından 

boğula-boğula, bütün güzgülərə nifrət elədi, güzgülərin önündən, onlara tərəf çönüb baxmadan, 

onları duya-duya keçdi; güzgülərsə, ona tənhalığını unutdurub, otaqda tək olmadığını düşünməyə 

məcbur elədilər; o, qurumuş dəniz vulkanlarının krateri boyu çapan atlını gördü; onun atının 

ayaqlarından qəribə, iri qığılcımlar çıxırdı, yoxsa bu, ağ rəngli solğun ayın əksiydi?!.. «Rədd 

eləyin onu! – deyə çığırdı. – Ulduzları söndürün, lənət şeytana, Allahın adıyla əmr edirəm!» 

Onun bu çığırtılarına bir kəs hay vermədi, heç kəs onu eşitmədi, bircə keçmiş nazirliyin 

otaqlarında mürgüləyən ifliclər, pilləkənlərdə yatan korlar, paltarları şehdən nəm çəkən 

cüzamlılar səksənib ayıldılar, onun qabağını kəsib, şəfqətli əlindən şəfa duzu dilədilər; axı, bütün 

bunlar olmuşdu, ay nainsaflar, o, böyrümüzdən ötüb keçə-keçə, hamımızın başını sığallayır, öz 

müdrik əliylə - həqiqət saçan əliylə hər birimizin yarasına toxunur və biz, həmin dəqiqə 

bədənimizdə cərəyan edən sağlam həyat qüvvəsinin - ruhumuzda sakitliyin və həyat eşqinin 

artdığını duyurduq; biz, gözləri açılan, lakin, yenə qızıl güllərin şöləsindən kor olan korları 

görürdük, pilləkənlərlə o yan-bu yana qaçışan iflicləri görürdük, bax, bu da mənim dərim, körpə 

dərisi, sağalan yaralarımın yeri, erkən zanbaqların ətri hopmuş bu dəri, dünyanın bütün 

bazarlarında kafirləri rüsvay edib, pozğunları xəbərdar eləmək üçün nümayiş etdirdiyim dəri!» 

Bu sözləri, şəhər və kəndləri veyillənə-veyillənə, xeyir-şər mərasimlərində çığıranlar, bu 

möcüzəyə inamdan savayı, həm də canımıza qorxu yeridirdilər; onlara çoxdandan heç kim 

inanmırdı; biz, bir vaxtlar onları, fərmanları xalqa çatdırmağa göndərilən saray əhlinə oxşadıb 

şübhələnmişdik; demək, indi onlar istəyirdilər ki, biz, artıq inanılası olmayan bir şeyə – onun, 

cüzamlıları sağaltmasına, korların gözünə nur bəxş etməsinə, iflicləri yeritməsinə inanaq; bizə 

elə gəlirdi ki, bu yolla onlar prezidentin real mövcudluğu təəssüratını yaratmağa çalışırdılar. 

Onun şəxsi əmriylə işə yenicə çıxan mühafizə patrulları ixtisar edilmişdi; dövlət şurasının üzvləri 

hamılıqla bu qərarın əleyhinə çıxmışdılar; «Yox, mənim generalım, daha bu, karabinyerlər 

rotasından da azdır, ehtiyatı əldən vermək olmaz.»; o isə buna inadla etiraz edərək: «Sizin kimi 

bivec nazirlərdən, bir də avara komandirlərimdən savayı məni öldürməyə, heç kəsin nə ehtiyacı 

var, nə də həvəsi. Siz də məni öldürməyə cürət etməzsiz, çünki bilirsiz ki, məni aradan götürən 

kimi, bir-birinizi öz aranızda qıracaqsız.» - deyir və beləcə, inəklərin, vestibüllə, dövlət şurasının 

iclas salonu arasında gicəlləndiyi bu baxımsız sarayda bircə, bığ yeri təzəcə tərləyən gənc 

patrullar qaldı. 

- «İnəklər, çəmənlik mənzərəli divar xalçasını çeynədilər, arxivləri yeyib-tökdülər, mənim 

generalım!» - o isə heç nə eşitmirdi, təkcə bir dəfə oktyabr leysanlarının hürküdüb saraya saldığı 

inəkləri qovmağa çalışdı, «İnək... inək...» - deyə-deyə, hardansa «inək» sözündə «k» hərfinin 

olduğu yadına düşdü və dayandı; bir dəfə də, dünyanın düz vaxtında, ətrafa nur səpən çırağın 

abajurunu çeynəyən bir inək görmüşdü və fikirləşmişdi ki, heyvanları, pilləkənlər boyu ayaq 

döyə-döyə qovmağa dəyməz; ziyafət salonunda, bellərinin gənəsini toyuqlar dimdikləyən bir cüt 

inəklə rastlaşanda da təəccüblənmədi; belə gecələr biz, bəzən pəncərələrin arxasında yanıb-sönən 

işığı gördük, sarayın içindən yayılan iri heyvanların ağır ayaq səslərini eşidirdik… – bu, əlində 

gəmi fənəri, inəklərə yatacaq yeri axtaran generalın ayaq səsləriydi. Ölkənin rəsmi həyatı, öz 

əvvəlki axarında onsuz davam edir – dövlət qəzetləri onun, qəbulların xarakterinə uyğun, 

cürbəcür mundirlərdə peyda olduğu təntənəli mərasimlərdən saxta şəkillər çap edir, radio 

müntəzəm surətdə onun, çox-çox uzun illər əvvəl, milli bayramlarda eşitdiyimiz çıxışlarını 

verirdi; o, əvvəlki qaydada, bizimlə birgə yaşamaqdaydı – fotoşəkillərə əsasən, guya o, saraydan 

küçəyə çıxır, kilsəyə daxil olur, yatır, yeyib-içirdisə də, hamı onun, həmişəki uzunboğazlarında, 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

123 


xarabalığa çevrilmiş sarayında zorla yeridiyindən xəbərdar idi. Onu yedizdirən və bal ehtiyatı 

görən xidmətçilərdən, sarayda cəmi üç-dörd denşikin qaldığından xəbərdar idik; bir dəfə isə 

xidmətçilərin qovduğu inəklər, baş qərargah otağına girib oranı darmadağın etdilər və bir vaxtlar, 

falçının dediyi, onun öləcyi gizli kabinetində bütün çini marşalları yerə salıb sındırdılar; 

denşiklər həyəcanla onun nə əmr verəcəyini gözlədilər və yalnız o, fənəri kandardan asdıqdan 

sonra, havası dənizsiz heç cür dəyişilməyən yataq otağının qapısından üç qıfılın və üç zəncirin 

çıqqıltısı və cingiltisi eşidiləndən sonra, onun sübhə qədər ölü kimi yatacağı ümidi ilə, birinci 

mərtəbədəki otaqlarına getdilər, o isə tez-tez səksənib yuxudan ayılır, yuxusuzluğunun keşiyini 

çəkir, ağır ayaqlarını sürüyə-sürüyə zülmət qaranlıq saray boyu yeriyə-yepiyə, yan-yörəsindəki 

inəklərin aramlı gövşəməyinə, vitse-kral asılqanlarında yatan toyuqların qaqqıltısına məhəl 

qoymadan, kabus kimi gəzirdi; zamanın axarı ona, keçmiş dənizin yerində bitən ay işıqlı 

çöllüyün küləyini xatırladırdı; o, görkəmli latinist, general Lautaro Munyosun (Allah bu axmağa 

rəhmət eləsin), özlərini məhv etdikləri sonuncu barrikadaları hələ küçlərdə müqavimət göstərən 

vaxt, Korneli Nepotun birinci nəşrinin yanmış vərəqlərini, unudulmuş ritoriklərin - Livio 

Andronikonun və Sesiliya Estatonun kitablarının vərəqlərini, öz yaşıl budaqlı süpürgəsiylə 

süpürən anasını - Bendisyon Alvaradonu gördü. Onun üçün boşaldılan iqamətgaha daxil olarkən, 

anası Bendisyon Alvaradoyla birgə, şəxsi mühafizəsinin meyitləri üzərindən keçib pationu 

ötdülər, zülmət qaranlıqda, prezidentin cins ilxı atlarının cəsədlərinə ilişə-ilişə, vestübüldən 

yuxarı aparan pilləkənlə qalxdılar və iclas salonuna çatdılar; qatı, acı barıt iyindən və at qanı 

qoxusundan nəfəs almaq olmurdu: - «Biz orda, yalın ayaqların qanlı izlərini gördük, görünür, 

burdan, at qanından yığılan gölməçələri tapdayıb gələnlər keçmişdilər; dəhlizlərin divarlarında 

da biz, eynilə bu cür qanlı əl izləri gördük, iclas salonunda isə, sinəsinə döyüş qılıncı sancılmış, 

yaraşıqlı bir florensiyalının qana bulanmış bədənini gördük – bu, prezidentin arvadının şəkliydi; 

sonra alınına güllə çaxılmış, açarla burulub işə salınan, balerinayaoxşar oyuncaq qızı gördük – 

bu da prezidentin doqquz yaşlı qızıydı. Və nəhayət biz, on bir il ərzində hakimiyyət uğrunda 

qanlı mübarizələrdə bir-birinə qalıb gələn on dörd federalist generallardan ən zirəyi və ağıllısını - 

haribaldi sezarı, prezident Latuaro Munyosun meyitini gördük… bu, ingilis konsuluna öz ana 

dilində «yox» deməyə ürək eləməyən yeganə adam idi, elə buna görə də indi cəzasını çəkirdi; 

Britaniya eskadriliyasının cəlladlarına qismət olmasın deyə, əvvəl arvadını qılıncla vurub qızını 

güllələmiş, sonra qırx iki ədəd əndəlus atını məhv etdkdən sonra özü öz ağzına açdığı güllədən, 

başında dəlik, yalın ayaqlarıyla yerdə uzanmışdı; o vaxt onların komandanı Kitçener meyiti 

göstərərək, generalımıza: «Görürsən də, general, atasına əl qaldıranların aqibəti nədi?! Nə vaxtsa 

vəzifə başında olsan, bütün bunlar yadından çıxmasın!» - demişdi. «O, «nə vaxtsa» - dedi, amma 

mən, uzun-uzadı, yuxusuz, intizarlı gecələrdən sonra artıq ölkədə əmin-amanlığı bərpa etmək və 

iqtisadi sabitlik yaratmaq üçün lazım olan müddətə bütün qoşun növlərinin ali baş komandanı və 

respublikanın prezidenti elan olunmuşdum». Bu qərarı, senatın və deputatlar palatasının 

razılığıyla, sonuncu federal şura, yekdilliklə qəbul etmişdi deyə, qərar, ingilis eskadrası 

tərəfindən də təsdiq olundu və gecələrin birində, konsul Mak-Doneyllə oynadığı domino daşları 

arasında çapa imzalandı. 

«Əvvəl-əvvəl nə mən, nə də başqaları bu işin alınmağına inanmırdıq». Kim inanardı axı?! Həmin 

o dəhşətli gecənin hərc-mərcliyində qəbul olunan bu qəribə qərara, Bendisyon Alvaradonun özü 

də inanmırdı; o, lap axır günlərə qədər - ölüm yatağında da, dövlət idarəçiliyinə nədən 

başlayacağını qətiyyən bilməyən oğluna inanmırdı; onlar, mebelsiz-əşyasız, bomboş otaqlarda, 

keçmiş ispan hökmranlığı dövründən qalmış vitse-kral və arxiyepiskopların, milçəklər bulamış 

portretlərindən savayı qiymətli bir şey olmayan bu evdə, titrəmədən yaxa qurtarmaq üçün 

dəmləməyə ot axtarsalar da, tapa bilmədilər; evin qalan əşyaları, əvvəlki prezidentlər tərəfindən 

daşınıb aparılmışdı, məşhur tarixi hadisələr təsvir olunan divar xalçalarının yeri, artıq 

çoxdandan, asıldığı divarın rənginə uyğunlaşmışdı, yataq otaqları, çirkli əsgər kazarmaları kimi 

zibil içindəydi, divarlarda, prezidentlərin qanlı barmaqlarıyla müxtəlif tarixlər yazılmışdı; 

bürünüb qızınmağa bircə həsir belə yox idi: «Odu ki, anam Bendisyon Alvarado pəncərənin 

tozlu pərdəsini qoparıb mənə səridi və məni baş pilləkənin küncündə uzatdı, özü isə yaşıl budaqlı 

süpürgəsiylə, ingilis desantının soyub talamağa artıq bir şey qalmadığı otaqları süpürməyə 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

124 


başladı.»; qapıların arxasında, canını, onu zorlamaq istəyən quldurlardan süpürgəsiylə qurtara-

qurtara, döşəmələri təmizlədi, səhərə az qalmış, əsas pilləkənin yuxarı pilləsində tər-su içində, 

məxmər pərdəyə bürünmüş oğlunun yanında oturdu, onun alovlu qızdırmasını ürək-dirək 

verməklə soyutmağa çalışaraq, dedi ki, bu qarmaqarışlığa fikir verməyə dəyməz, bir-iki ucuz 

dəri kətil alıb onları gül-çiçək və cürbəcür heyvan şəkilləriylə rəngləmək lazımdı: - «Bunu özüm 

eləyərəm. Bir-iki dənə də tor yelləncək alarıq, ən əsas tor yelləncəkdi, çünki bu evə yəqin ki, 

çoxlu qonaq gələcək. Sonra nahar stolu, dəmir qaşıq-çəngəl, alüminium nimçələr alarıq. Əsgər 

həyatı üçün başqası yaramaz. İçməli su üçün qəşəng bardaq və kömür sobası alarıq. Hamısını da 

dövlət hesabına.» - deyə-deyə, oğlunu beləcə sakitləşdirirdi. O isə anasını eşitmirdi… səhərin 

gözü açılar-açılmaz, ilk əməköməcilər çiçəklənmişdi, qırmızı, ağ əməköməcilər, qan kimi al 

qırmızı, bu gecə qanı axan bədən kimi ağappaq… - bu nəhəng işıq seli altında elə bil həqiqətin 

əsl gizli mahiyyəti üzə çıxdı, və belə məlum oldu ki, o, pilləkəndə qızıdırmadan titrəyə-titrəyə, 

fikrə dalan miskin qocadan savayı ayrı bir şey deyil. «Elə bu? Ütülmüş at ətinin iyi, mənəvi 

puçluq, qəzaya uğramış gəmiyə oxşayan bu ev, bütün on iki avqust sübhlərinin eyni olan bu sübh 

çağı – hakimiyyət elə budu?.. Bu nə zibil idi düşdük, ana!» Dənizin sahilində sübhün 

açılmasından xoşhallanan xoruzların banlamağına, ingilislərin, saray boyu sərilmiş meyitləri 

yığa-yığa, şən mahnılar oxumasına baxmayaraq, onu qəfil zülmət qarşısında çuğlayan heyvani 

bir qorxu bürüdü; Bendisyon Alvarado isə öz hesablamalarından təsəlli dolu nəticə çıxarıb dedi 

ki, əsas narahatçılıq – bir dəstə döşəkağı məsələsidi, vəssalam, ayrı heç bir narahatçılıq yoxdu, 

onları da yaxşıca yuyub təmizləmək lazımdı; məyusluğun ən sonuncu nöqtəsində birdən-birə elə 

bil ayaqlarının altının möhkəmliyini duydu və anasını sakitləşdirməyə başlayaraq: «Eybi yox, 

rahat yat, ana, onsuz da prezidentlər bu sarayda çox oturmurlar. Allah eləsin, burada heç olmasa, 

yarım ay yaşayım». – dedi. Bu sözlərinə o, təkcə onda yox, indi də, uzun-uzadı, qəddar dərviş 

ömrünün bütün anlarında olduğu kimi, yenə sidq-ürəkdən inanırdı; hökmdarların bir gününün o 

birinə oxşamadığına nə qədər çox əmin olurdusa, özünə bir o qədər çox inanırdı, tez-tez yadına 

baş nazirin, hansısa gizli məqsəd güdən, yalan dolu, üfürülmüş məruzələri düşdükcə, yüngülcə 

gülümsəyib: «Mənə həqiqəti deməyin, litsensiat*, risq edirsiz – sizə inana bilərəm!» - deməyini 

xatırlayırdı. Elə bu sözlərlə də dövlət şurasının, onun sorğu-sualsız imza atacağına arxayın 

olduğu bütün nəhəng strategiyasını puça çevirdi. «O heç zaman mənə bu qədər fərasətli 

görünməmişdi. Rəsmi qəbullarda, guya özündən asılı olmadan, şalvarına işəməyi ilə bağlı 

şayiələrin get-gedə inandırıcı olduğu vaxtlarda da.» – «Məncə, o qocaldıqca, daha sərt olurdu, 

yalın ayaqlarını şappıldada-şappıldada, qulaqcığının biri sapdan olan eynəklə gəzirdi.» – «Get-

gedə daha dözümlü, daha duyğulu olurdu, odu ki, bir qucaq kağız-kuğuzun içindən lazımlısını 

seçib, baxıb-oxumadan, imza atır, «Nə istəyirsiz? Onsuz da qulaq asan yoxdu.» – deyib 

gülümsəyirdi. «Təsəvvür edin ki, o, inəklərin sarayda veyillənməmələri üçün fermada iri 

taxtadan rəzə düzəltməyi əmr eləmişdi. Sonra gördü ki, onlardan biri, yəni – «inək?... inək?...» - 

başını kabinetinin pəncərəsindən içəri soxub yazı masasının, bu vətən mehrabının üstündəki 

kağız çiçəkləri çeynəyir, gülümsədi: «Görürsüz, litsensiat, sizə demişdim axı. Bu ölkənin başına 

nə bədbəxtlik gəlirsə, hamısı, mənə qulaq asmamağın nəticəsidi.» - deyirdi. «Bu yaşda zəkanın 

qeyri-adi aydınlığına bir bax.» 

Səfir Kipplinq isə, qadağan olunmuş memuarlarında yazırdı ki, onu, uşaqlığına qapılıb-qalmış və 

əlindən heç bir iş gəlməyən bir adam kimi tanıyır, yazırdı ki, onun bədəninin bütün məsamələri, 

aramsız halda özündən maye buraxır, bədəni, suda batmış adamın bədəni kimi şişkindi, 

hərəkətləri isə, dalğaların atıb-tutduğu ölünün hərəkətləri kimi süst və ləngdi. – «O, köynəyinin 

yaxasını açıb, dəniz həşəratlarının, sallaq dəri qatlarının arasına yığılan sulu sinəsini də mənə 

göstərmişdi.»; o özü də deyirdi ki, kürəyində remoralar*, qoltuqlarının altında polip və xırda 

əqrəblər var və o, bütün bunları, əzizim Conson, aldığınız dənizin təbii surətdə geri qayıtması 

əlamətləri kimi qəbul edirdi, çünki dəniz də, pişiklər kimi həmişə geri qayıdır; o əmin idi ki, 

qasığındakı xərçəngəbənzər həşərat yığnağı, yataq otağının pəncərəsini açıb, bəşəriyyət tarixində 

bütün dahi adamlarda olduğu kimi, onun da ovcunun hamar, qırışsız olmasının səbəbini 

öyrənmək üçün dünyanı axtarmaqdan yorulduğu, dəniz və okeanlar admiralının üç karavellasını 

gördüyü xoşbəxt səhərin müjdəsidi. Hə, o, onu axtarırdı, hətta dənizçilərdən, onun, qonşu 


1   ...   20   21   22   23   24   25   26   27   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə