Yer quruluşu, torpaq və şəhər kadastrı ixtisası üçün Əkinçilikdə suvarma sistemləri fənnindən test sualları Dos. E. R. Allahverdiyev



Yüklə 32,99 Kb.
tarix04.06.2023
ölçüsü32,99 Kb.
#124830
Yer quruluşu qarisiq son-2


Yer quruluşu, torpaq və şəhər kadastrı ixtisası üçün
Əkinçilikdə suvarma sistemləri fənnindən test sualları
Dos. E.R. Allahverdiyev
Ümumi əkinçilik, genetika və sleksiya kafedrası
1. Yer səthinin rütubətlə ifrat səviyyəyə qədər doymuş, torpaqda oksigen çatışmamazlığına və rütubət sevən bitkilərlə örtülmüş sahələrinə nə deyilir.
a) Qumluq c) Şoranlıq e) Bataqlıq Qumluq
b) Quraqlıq d) Şorakətli

2 .Kollektor-drenaj şəbəkələri konustruksiyasına görə neçə formada tikilir.


a)5 b) 3 c) 2 d) 6 e) 4

3. Bitkilərin normal inkişafını təmin etmək üçün, veqetasiya dövründə ərazinin hər hektarınaverilən suyun (m3/ha-la) miqdarına deyilir.


a) Suvarma üsulu c) Suvarma rejimi e)Arat suvarması


b) Dövrü suvarma norması d) Vegetasiya suvarma norması

4. Suvarma şəraitində əsas şumun necə aparılması torpaqda nəmliyin və qida maddələrinin daha çox toplanmasına, əkin qatının struktur vəziyyətinin yaxşılaşdırılmasına, habelə alaq otlarının, xəstəlik törədicilərin və zərərvericilərin məhv edilməsinə müsbət təsir edir.


a) Normal şum c) Dayaz şum e) Üzdən şum
b) Dərin şum d) Payız şumu
5. Külək eroziyasına məruz qalan torpaqlarda hansı alətlərlə torpaqbecərmə işləri yerinə yetirilir.
a) İti kəsən alətlərlə c) Ön kotancıqlı kotanla e) Kəsməyən alətlərlə
b) Yastı kəsən alətlərlə d) Laydırlı kotanla

6. Bunlardan hansı torpağın münbitliyi ilə bərabər, əkiləcək bitkilərin inkişafına, məhsuldarlığına, həmçinin torpaqda bioloji,fiziki, kimyəvi proseslərin gedişinə, torpaqların mikroiqlim xüsusiyyətinə müsbət təsir edir.


a) Yuma c) Şorlaşma e) Suvarma
b) Qurutma d) Bataqlaşma

7. İstehsal ediləcək məhsulun miqdarına və əkin sahələrinin quruluşuna uyğun olaraq, müəyyən ərazinin tarlalarında illər üzrə bitkilərin,herik tarlalarının növbələşməsi ,torpağın buna müvafiq olaraq becərilməsi,gübrələnməsi sisteminə nə deyilir.


a) Yazlıq əkin c) Növbəli əkin e)Payızlıq əkin
b) Təkrar əkin d) Faraş əkin

8.Tarlalar üzrə bitkilərin növbələşməsini göstərən cədvəl adlanır.


a) Rotasiya c) Növbəli əkin cədvəli e) Təkrar əkin cədvəli cədvəli
b)Suvarma cədvəli d) Məhsul cədvəli

9.Cərgə arası becərilən bitki əkinlərində alaqların məhv edilməsi və torpağın yumşaldılması vegetasiya müddətində hansı becərmə alətləri ilə həyata keçirilir.


a) Kultivasiya çəkməklə c) Dərin şum aparmaqla
b)Mala çəkməklə d) Ön kotancıqlı kotanla şum etməklə e)Laydırlı kotanla şum etməklə

10. Torpaqda neçə formada məsaməlik vardır.


a ) 8 b) 4 c) 5 d) 6 e) 2

11. Bu rayonlardan hansında yerüstü üsulla suvarma aparmaq üçün əlerişli şərait vardır.


a) Quba-Qusar c) Zaqatala-Balakən e)Lerik-Astara
b) Tovuz-Gədəbəy d) Bərdə-Beyləqan

12. Bitkilərin yaşayış amilləri hansı sırada düzgün göstərilib


a) Külək, gübrə, torpaq, buxar, yağış c) Qida, torpaq, gübrə, su, hava
b) İşıq, hava, külək, rütubət d) Külək, işıq, su yağış, torpaq
e) Hava ,su, istilik, işıq,qida

13. Torpağın ilişkənliyi, yapışqanlığı və şişməsi hansı münbitlik göstəricilərinə aiddir.


a) Aqrofiziki göstərici c) Aqrobioloji göstərici e)Aqrotexniki göstərici b)Aqrokimyəvi göstərici d)Coğrafi göstərici

14.Tətbiqi şəraitinə görə suvarma üsulları neçə yerə bölünür.


a) 8 b) 2 c) 5 d) 3 e) 6

15.Şırımla,zolaqla,basdırma texnikası ilə suvarma hansı suvarma üsuluna aiddir.


a) Yağışyağdırma üsulu c) Çiləmə üsulu c)Torpaqaltı suvarma
b) Damcılarla suvarma d) Yerüstü suvarma üsulu

16.Hansı sıradakı bitkilər şırımla suvarılır.


a) Pambıq,qarğıdalı,günəbaxan c)Günəbaxan,yonca,pambıq
b) Yonca,arpa,qarğıdalı d) Qarğıdalı,vələmir,sorqo
e)Arpa,pambıq,vələmir

17.Hansı normada su verdikdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına və torpaq münbitliyinə müsbət təsir edir.


a) Maksimum normada c) Minimum normada e)Az normada
b) Optimum normada d)Yüksək normada

18.Torpaq münbitliyinin artırılmasına və kənd təsərrüfatı bitkilərinin məhsldarlığına müsbət təsir edir.


a) növbəli əkin c)dəmyə əkin e) fasiləsiz əkin
b)suvarılan əkin d) təkrar əkin

19.Bu bitkilərdən hansında suvarma şəraitində cərgəarası becərmə işləri aparılmır.


a) arpa ,pambiq c) yonca,qarğıdalı e)arpa,yonca
b)pambıq,yonca d)pambıq,qarğıdalı

20.Basdırma üsulu ilə suvarma hansı bitki üçün şamil edilir.


a) pambıq b)yonca c)vələmir d) buğda e)sorqo

21.Hansı cərgədə göstərilən bitkilər zolaqlarla suvarılır.


a) buğda,yonca c) soya,çəltik e) qarğıdalı,çovdar
b) pambıq,sorqo d) sorqo,vələmir

22.Dövrü suvarmaların bitkilərin inkişaf fazaları üzrə bölüşdürülməsinə deyilir.


a)) suvarma sxemi c) suvarma üsulu e) suvarma norması
b) suvarma növü d) suvarma texnikası

23.Torpağın struktur vəziyyətinə hansı üsulla suvarma çox pis təsr göstərir.


a) basdırma ilə suvarma c)zolaqla suvarma e)şırımla suvarma
b) damcılarla suvarma d)öz axımı ilə suvarma
24.Torpağın su xassələri hansı sırada düzgün verilib.
a) torpağın su tutumu, su keçirmə,su qaldırma qabiliyyəti,su buxarlandırma qabiliyyəti
b) kapilyar su,sərbəst su,kimyəvi su,buxar suyu
c) hiqroskopik su,qrunt suyu,şoran su, su qaldırma
d) torpağın su tutumu, kapilyar su, torpağın su udma qabiliyyəti
e) su buxarlandırma qabiliyyəti, hiqroskopik su, buxar suyu

25.Bunlardan bri suvarma sistemlərinin elemntlərinə daxil deyildir.


a) suvarma sistemi c) ana arx e) təsərrüfat kanalı
b) meşə zolağı d) suvarma növü

26.Az məhsuldar torpaqlara daxil edilmir.


a) suvarılan karxana olan torpaqlar c)bataqlıq torpaqlar e) şorlaşmış torpaqlar
b) neftli torpaqlar d) suvarılan torpaqlar

27.Kənd təsərrüfatı bitkilərinin suvarılmasında çirkab sulardan istifadə etmək olarmı.


a) təmizləndikdən sonra c)zərərlidir e) icazə verilmir
b)mikrobludur d) torpağı çirkləndirir
28.Əkin sahələrində aparılan aqrotexniki tədbirlərin, o cümlədən cərgəarası becərmələrin keyfiyyətini aşağı salır, suvarma və yemləmənin səmərəliliyini azaldır.
a) alaq bitkiləri c) texniki bitkilər e) yağlı bitkilər
b) yem bitkiləri d) mədəni bitkilər

29.Torpağın fiziki-mexaniki xassələrinə daxildir.


a) plastiklik, yapışqanlıq, rabitəlik
b) elastiklik , yumşaqlıq, kimyəvi tərkibi
c) bioloji yetişkənlik, biohumus, mikroorqanizmilər
d) qranulometrik tərkib, yumşaqlıq
e) kimyəvi tərkibi, su sızdırma, biohumus
30.Torpaq hissəciklərinin biri-birinin üzərində kip yatmaları nəticəsində onların arasında əmələ gələn boşluqlar adlanır.
a) torpaq həcm c) torpaq sıxlığı e) torpaq məsaməliliyi
b) torpaq biotası d) torpaq boşluğu

31.Torpağın suyu yuxarı qatlardan aşağıya doğru keçirmə qabiliyyətinə deyilir.


a) torpağın su sızdırma qabiliyyəti c) torpağın su hopdurma qabiliyyəti
b) torpağın su qaldırma qabiliyyəti d) torpağın su buraxma qabiliyyəti
e) torpağın su qaynatma qabiliyyəti

32.Torpağın onunla əlaqəsi olan əşyalara ilişmə qabiliyətinə deyilir.


a) şoranlıq c) qara torpaq e) ağır torpaq
b) münbitlik d) yapışqanlıq

33.Torpağın ilişkənliyi, yapışqanlığı və şişməsi hansı münbitlik göstəricilərinə aiddir.


a) aqrofiziki göstərici c) aqrobioloji göstərici e)aqrotexniki göstərici
b)aqrokimyəvi göstərici d)aqromühəndisi göstərici

34.Təbii və effektiv münbitliyin cəminə deyilir.


a) qalın münbitlik c) əkin qatı e) süni münbitlik
b) potensial münbitlik d) əkin qatının qalınlığı

35.Torpağın öz kaplyar məsamələri ilə suyu alt qatlardan yuxarıya doğru qaldırma qabiliyyətinə deyilir.


a) torpağın su qaldırma qabiliyyəti c) torpağın su hopdurma qabiliyyəti
b) torpağın su sızdırma qabiliyyəti d) torpağın su buraxma qabiliyyəti
e) torpağın su qaynatma qabiliyyəti

36.Torpaqda olan suyun, mütləq quru torpaq çəkisinə görə faizlə miqdarına deyilir


a) torpaq kütləsi c) torpaq kipliyi e) torpaq biotası
b) torpaq nəmliyi d) torpaq tipi

37.Vegetasiya müddətində yağmurların miqdarı bitkilərin suya olan tələbatını ödəyəcək qədər olduğu ərazilərdə tətbiq edilir.


a) dəmya əkinçiliyi c) qurutma əkinçiliyi e) mexaniki əkinçilik
b) suvarma əkinçiliyi d) meşə əkinçiliyi

38.Cərgəarsı becərilən bitkilərdə torpaqda aerasiya prosesini gücləndirmək üçün tətbiq edilir.


a) kultivasiya c) dərin şum e) qurutma
b) suvarma d) fosfor vermək

39.İstini və suyu tez keçirir.


a) turş torpaqlar c) şoran torpaqlar e) bataqlıq torpaqlar
b) qumlu torpaqlar d) gilli torpaqlar
40.Torpaq strukturuna mənfi təsir göstərən tədbirlər
a) torpağın tez-tez suvarılması c) torpaq səthini mulça ilə örtmək
b) kompost və yaşıl gübrənin tətbiqi d) üzvi gübrələrin tətbiqi
e)mikroorqanizmlərin fəaliyyətini gücləndirmək

41.Torpağı kipləşdirmək, sıxlaşdırmaq üçün istifadə edilən alət


a) mala b)vərdənə c) kotan d) yastıkəsici e) kultivasiya

42.Torpaq məsaməliliyinə aiddir.


a) kapilyar və qeyri kapilyar c) kapilyar və venoz
b) qeyri kapilyar və arteryal d) venoz və arteryal
e)qalın və nazik məsaməlilik

43. Torp aq strukturunu pisləşdirən tədbir


a) nəm halda torpağı şumlamaq c) mineral gübrələrin tətbiqi
b) üzvi gübrələrin tətbiqi d) kultivasiya aparmaq
e)mulçalama tədbiri

44. Torpağın bu və ya başqa miqdarda suyu özündə saxlamaq qabiliyyətinə deyilir.


a) torpağın sukeçirməsi c) torpağın nəmləndirilməsi e) torpağın islanması
b) torpağın quruması d) torpağın sututumu

45.Çox yumşaq torpaqlarda, toxum ilə torpaq arasında əlaqə yaratmaq və torpağın küləklə sovrulmasının qarşısını almaq üçün aparılan tədbir


a) sıxlaşdırma mala çəkmək c) şum etmək e)yumşaltma
b) sıxlaşdırma d) hamarlama

46.Torpağın müəyyən nəmlik həddində ən az yapışqanlıq və rabitəlilik xüsusiyyətinə malik olmaqla, becərmə zamanı daha yaxşı xırdalanan vəziyyətinə deyilir.


a) riyazi yetişkənlik c)fiziki yetişkənlik e) kimyəvi yetişkənlik
b) mexaniki yetişkənlik d) rəsmi yetişkənlik

47.Torpağın əkin qatının çevrilməsi və yumşaldılması ilə bərabər gübrələrin, bitki qalıqlarının və köklərin torpağın alt qatına çevrilməsi prosesi adlanır.


a) torpağın herik becərilməsi c) torpağın yarımçıq becərilməsi
b) torpağın arat becərilməsi d) torpağın bitkili becərilməsi
e) torpağın əsas herik becərilməsi

48.Torpaq məhlulunun reaksiyası, torpağın uducu kompleksinə daxil olan kationlardan asılı olaraq necə xarakterli olur.


a) duzlu və qələvi xarakterli c) maye və bərk xarakterli
b) duzlu və su xarakterli d) turş və qələvi xarakterli
e) turş və maye xarakterli

49.Bütün məsamələrin həcminin ümumi həcmə görə faizlə ifadəsinə deyilir.


a) ümumi məsaməlilik c) neytral məsaməlilik
b) xüsusi məsaməlilik d) torpaq məsaməliliyi
e) su məsaməliliyi

50. Bitkilər növündən və sortundan asılı olaraq ayrı-ayrı inkişaf mərhələlərində istiliyə necə tələbat göstərirlər.


a)az b) müsbət c) mənfi d) eyni e) müxtəlif

51.Kapilyar və qeyri-kapilyar məsamələrin cəmi adlanır.


a) ümumi həcm c) torpaq münbitliyi e) ümumi məsaməlilik
b) ümumi sıxlıq d) torpaq kipliyi
52.Çox plastik olan torpaqlar.
a) gillicəli c) gilli e) qumlu və qumsal
b) qumsal d) qumlu

53.Az plastik olan torpaqlar.


a) qumlu b) gilli c) gillicəli d)qumsal e) qumlu və qumsal

54. Torpağın qeyri-kapilyar məsamələrində toplanır.


a) su b) qida c) hava d) maye e) nitrat

55.Kapilyar məsamələrdə toplanır.


a) su b) qaz c) hava d) azot e) oksigen

56. Torpağın bu və ya başqa sürətlə suyu aşağı qatlara verə biməsinə deyilir.


a) susaxlma qabiliyyəti c) suqaldırma qabiliyyəti e) qurutma qabiliyyəti


b) subuxarlandırma qabiliyyəti d)sukecirmə qabiliyyəti

57.İnsanların iştirakı olmadan, təbii amillərin təsiri ilə baş verən proseslər nəticəsində əmələ gələn münbitlik adlanır.


a) sünimünbitlik c) effektiv münbitlik e) potensial münbitlik
b) təbii münbitlik d) təbii və effektiv münbitlik

58.Torpaq əmələ gəlmə prosesinin inkişafı nəticəsində torpağın mexaniki elementlərinin biri-birinə yapışaraq müxtəlif irilikdə və formada kəltənciklər əmələ gətirməsi qabiliyyəti adlanır.


a) torpaq strukturluğu c) torpaq amili e) torpaq tipi
b) torpaq suyu d) torpaq qarışığı

59.Təbii quruluşu pozulmamış halda, vahid həcmdə torpağın mütləq quru çəkisinə deyilir.


a) torpaq kütləsi c) torpağın xüsusi çəkisi e) torpağın həcm kütləsi
b) torpağın ağırlıq qüvvəsi d) üzvi maddələrin kütləsi

60.Xarici qüvvənin təsiri ilə torpağın öz formasını dəyişməsi prosesinə deyilir.


a) plastiklik c) sıxılma e) boşalma
b) elastiklik d) dartılma

61.Torpağın bərk fazasının mütləq quru halda, vahid həcmdə olan çəkisinə deyilir.


a) torpağın ümumi çəkisi c) torpağın mexaniki çəkisi e) torpağın yaş çəkisi
b) torpağın quru çəkisi d) torpağın xüsusi çəkisi
62.İnsan fəaliyyəti ilə yaranmış və dəyişdirilmiş relyef adlanır.
a) antropogen relyef c) mezo relyef e) mikro relyef
b) aftotrof relyef d) makro relyef

63. Tirəyə səpində nəmlik tirənin ən çox harasında toplanır?


a) yamacda b) şırımda c) tirədə d) Fərqi yoxdur e) Toplanmır

64. Tirəyə səpində temperatur (istilik) tirənin ən çox harasında toplanır?


a) şırımda b) yamacda c) tirədə d) Fərqi yoxdur e) Toplanmır

65. Çəltik bitkisini hansı torpaqlarda becərmək məsləhət görülür?


a) Suyu çətin keçirən münbit; b) Suyu tez keçirən qumsal;
c) Suyu zəif keçirən çəmən; d) Suyu keçirən orta gillicəli;
e) Suyu keçirən şabalıdı.

66. Azərbaycanda çəltik ən çox hansı rayonda becərilir?


a) Şəki ; ; b) Bərdə; c) Masallı; d) Zaqatala; e) Tər-tər.

67. Şırımlarla suvarmada icazə verilən maillik.


a) 0,002-0,007 b) 0,15-0,002, c) 0,22-0,25 d) 0,35-0,2 e) 0,1-0,3

68. Zolaqlarla suvarma zamanı sahənin mailliyi zolağın uzunu istiqamətdə olduqda icazə verilən hədd.


a) 0,0005-0,02 b) 0,2-0,3 c) 0,1-0,2 d) 0,005-0,03 e) 0,0001-0,0003

69. Zolaqlarla suvarma zamanı sahənin mailliyi zolağın eni istiqamətdə olduqda icazə verilən hədd.


a) 0,003-0,005 b) 0,25-0,3 c) 0,0001-0,002 d) 0,005-0,03 e) 0,01-0,03

70. Şırımlar axarlıq xassələrinə görə neçə formada olur.


a) 7 b) 4 c) 6 d) 2 e) 8

71. Mailliyi çox olan yerlərdə tətbiq edilir və burada şırımın uzunluğu az götürülür.


a) axar şırım b) dərin şırım c) kor şırım d) enli şırım e) dairəvi şırım

72. Axar şırımlarla suvarma apardıqda su şırımın uzunluğu istiqamətində neçə faizə qədər getdikdən sona şırıma suyun verilməsi dayandırıla bilər.


a) 100% b) 65-70% c) 75-80% d) 50-55% e) 85-90%

73. Təsərrüfatlarda ən geniş yayılan en kəsik formalı şırımlar göstərilmişdir.


a) üçbucaq şəkilli, trapesşəkilli c) dördbucaq şəkilli, dairəvi şəkilli
b) parabola şəkilli, dairəvi şəkilli d) üçbucaq şəkilli, dördbucaq şəkilli
e) trapesşəkilli, yay şəkilli

74. Şırımın uzunluğu hansı parametrlərə görə müəyyən olunur.


A) suyun çoxluğundan, suvarmanın növündən, becərilən bitkinin növündən və s.
b) sahənin uzunluğundan, şırımın enindən, bitkinin hündürlüyündən və s
c) becərilən bitkinin növündən, sahənin mailliyindən, torpağın mexaniki tərkibindən və s
d) suvarmanın növündən, torpağın mexaniki tərkibindən, becərilən bitki və s
e) torpağın relyefindən, suyun çoxluğundan, şırımın enindən və s.

75.Zolaqlarla suvarmada zolaqların eni nəyə əsasən götürülür


a) suyun çoxluğuna c) sahənin eninə e) əkilən bitkiyə
b) toxum səpən aparatın eninə d) sahənin uzununa

76. Suvarma sistemi baha başa gəlir, dağ və dağətəyi ərazilərdə tətbiqi təhlükəlidir, yerüstü torpaq qatı zəif nəmlənir, boruların lillənməsi, tez sıradan çıxması, suvarma sisteminin tikintisi çox xərc tələb edir. Bu hansı üsulla suvarmanın çatışmayan cəhətidir.
a) aerozol suvarma c) damcı üsulla suvarma
b) yağışyağdırma üsulla suvarma d) yerüstü üsulla suvarma
e) torpaqaltı suvarma

77. Yağışyağdırma üsulla suvarma ilk dəfə hansı ölkədə tətbiq olunub.


a) Azərbaycan b) Rusiya c) Türkiyə d)Çin e) ABŞ

78. Yağışyağdırma üsulla suvarma zamanı nəyin artıq olması suvarmanın keyfiyyətini aşağı salır və aqrotexniki tələbləri pisləşdirir.


a) maşının sürəti b) suyun artıqlığı c) küləyin sürəti d) suçunun çoxluğu e) bitkinin sayı

79. Damcılarla suvarma ilk dəfə hansı ölkədə tətbiq olunub.


a) Çin b) Azərbaycan c) Rusiya d) ABŞ e) Türkiyə
80. Respublikamızda damcılarla suvarma üsulundan ilk dəfə neçənci ildə istifdə olunmuşdur.
a) 2005 b) 1965 c) 1985 d) 1995 e) 1975

81. Çətin relyefə malik, az hamarlanmış, hətta hamarlanmamış ərazilərdə hansı suvarma üsulunun tətbiqi mümkündür.


a) damcı üsulla suvarma c) yerüstü üsulla suvarma
b) yağışyağdırma üsulla suvarma d) torpaqaltı suvarma e) şırımlarla suvarma

82. Dünyada ən geniş yayılmış və qədim suvarma üsulu hesab olunur.


a) aerozol üsulla suvarma c) damcı üsulla suvarma
b) yağışyağdırma üsulla suvarma d) torpaqaltı suvarma e) yerüstü üsulla suvarma

83.Torpağın becərilməsi, əsasən cücərtilər alındıqdan sonra aparıldığına görə, həmin müddətdə yerinə yetirilən tədbirlər adlanır.


a) əsas becərmələri c) vegetasiya becərmələri e) dövrü becərmələri
b) qarışıq becərmələri d) dərin becərmələri

84.Torpağın əsas becərilməsindən səpinə qədər olan müddətdə müəyyən ardıcıllıqla yerinə yetirilən becərmə üsullarının cəmi adlanır.


a) torpağın səpinqabağı becərilməsi c) torpağın əsas becərilməsi
b) torpağın qarışıq becərilməsi b) torpağın dərin becərilməsi
e) torpağın dayaz becərilməsi

85. Torpaq mühitini təyin etmək üçün işlədilən aparat


a) pH voltmetr b) pH metr c) kalimetr d) alovometr e) pH nonometr

86. Torpaq eroziyası baş vermə sürətinə görə bölünür.


a) iti və şddətli c) normal və şiddətli e) zəif və şiddətli
b) su və külək d) zəif və normal
87. Mədəni şum zamanı hansı texnoloji proseslər baş verir?
a) torpaq tam çevrilir, yaxşı xırdalanır c) torpaq çevrilir, xırdalanmır
b) torpaq xırdalanmır , tam çevrilmir d) torpaqda geniş şırımlar əmələ gəlir
e)torpaq tam çevrilir , kəltənlər əmələ gəlir

88.Kənd təsərrüfatı bitkilərinin suvarılmasında çirkab sulardan istifadə etmək olarmı.


a) mikrobludur c) zərərlidir e) icazə verilmir
b) təmizləndikdən sonra d) torpağı çirkləndirir

89.Torpağın struktur vəziyyətinə hansı üsulla suvarma çox pis təsr göstərir.


a) öz axımı ilə suvarma c) zolaqla suvarma e)şırımla suvarma b)damcılarla suvarma d) basdırma ilə suvarma
90. Respublikamızın ərazisinin neçə hektarında suvarma şəraitində kənd təsərrüfatı bitkiləri becərilir.
a) 1,2 milyon ha, b) 1,4 milyon ha, c) 850000 ha d)1,6 milyon ha, e) 100%

91.Bütün vegetasiya müddətində bitki əkilməyən tarlaya deyilir.


a) herik c) faraş herik e) məşğullu herik
b) təmiz herik d) sideral herik

92.Rotasiya cədvəli nəyi göstərir:


a) tarlalar üzrə bitkilərin növbələşdirilməsini c) bitkilərin hündürlüyünü
b) tarlalarda münbitliyin artırılma yollarını d) məhsuldarlığın artırılması yollarını
e) bitkilərin tarlalarda yerləşdirilmə planını

93. Son məlumatlara görə dünyada suvarılan torpaq sahələri neçə hektar təşkil edir.


a) 220-230 milyon ha c) 140-150 milyon ha e) 110-120 milyon ha
b) 180-190 milyon ha d) 190-200 milyon ha
94. Dünyada istehsal olunan kənd təsərrüfatı məhsullarının neçə faizi suvarma şəraitində yetişdirilir.
a) 60-65% b) 35-40% c) 50-55% d) 70-75% e) 100%

94. Respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarının neçə faizi suvarma şəraitində yetişdirilir.


a) 80-85% b) 60-65% c) 70-75% d) 35-40% e) 100%

95. Respublikamızda ən az suvarılan bölgə hesab olunur.


a) Aran b) Şəki-Zaqatala c) Gəncə-Qazax d) Lənkəran-Astara e) Mil-Muğan
96.İşığın təsiri ilə bitkilərdə gedən proses
a) Akumlyasiya b)Nitrifikasiya c)Assimlyasiya d) Rekresiya e) Fotosintez

97. Suyun yarpaqlarda çatışmamazlığı bitkilərdə müvəqqəti və uzun müddətli nə əmələ gətirir.


a) quruma b) şişmə c) soluxma d) buxar e) meyvə

98. Ağırlıq qüvvəsinin təsiri il torpağın məsamələri üzrə hərəkət edən suya deyilir.


a) pərdə su b) kapilyar su c) qravitasiya su d) hiqroskopik su e) buxar su

99. Arat suvarma norması hesab olna bilər.


a) 950-1000 m3/ha b) 500-650 m3/ha c) 700-850 m3/ha
d) 1200-1500 m3/ha e) 300-400 m3/ha
100. Torpaqda çürüntü maddəsinin çox olması onun su tutumuna nec təsir göstərir.
a) neytral saxlayır b) azaldır c) pisləşdirir d) təsir etmir e) çoxaldır

101. Torpağın su qaldırma, torpağın su sızdırma, torpağın sututumu su buxarlandırma qabiliyyəti aiddir


a) su hopdurma qabiliyyəti c) suvarma xassələri e) nəmləndirmə xassələri
b) torpağın su xassələri d) torpağın fiziki xassələri
102. İstehsal prosesində insanların əmək fəaliyyəti ilə torpağa təsiri nəticəsində yaranan münbitlik adlanır.
a) aktiv münbitlik c) təbii münbitlik e) münbit olmayan
b) potensial münbitlik d) effektiv münbitlik

103.Əksər kənd təsərrüfatı bitkiləri üçün torpağın optimal kipliyi


a) 1,3-1,4 q/sm3 b)0,8-1,0 q/sm3 c) 0,5-0,8 q/sm3
d) 1,1-1,3 q/sm3 e)1,4-1,6 q/sm3

104.Torpaqbecərmənin qarşısında duran vəzifələr:


a) Əkin qatının qurulusunu və torpağın strukturunu yaxşılaşdırmaq
b)Şumlama aparmaq c) Mikrobioloji prosesləri gücləndirmək
d)Torpağı səpinə hazırlamaq e) Alaq bitkilərinin məhv etmək

105. Çirkab suların təmizlənməsi üsulları hansı sırada düzgün verilmişdir.


a) mexaniki, kimyəvi, fiziki, bioloji c) təcrübi, kimyəvi, süzdürmə
b) riyazi, aqrotexniki, mikrobioloji d) laboratoriya, fiziki, şumlama
e) süzdürmə, kimyəvi, mikrobioloji

106. Tullantı-çirkab suların hansı üsulla təmizlənməsində sorbsiya, filtirasiya, kristallaşma, elektroliz, ion və yandırma üsulundan istifadə olunur.


a) kimyəvi b) fiziki-kimyəvi c)mexaniki, d) bioloji e) fiziki

107. Tullantı-çirkab suların hansı üsulla təmizlənməsində kooqulyantlama, neytrallaşdırma və oksidləşdirmədən istifadə olunur


a )bioloji b) mexaniki c) fiziki-kimyəvi d) kimyəvi e) fiziki
108. Suvarma üçün istifadə olunacaq təmizlənmiş tullantı suların neytral reaksiyalı (pH) neçə olmalıdır.
a) pH=3 b) pH= 5 c) pH=7 d) pH=8 e) pH=-9

109. Su sərfiyatı nəyə deyilir.


a) Bir kq məhsula sərf olunan su məsarifinə c) Bir cərgəyə verilmiş su məsarifinə b) Bir hektar sahəyə verilmiş su məsarifinə d) Arat suvarma normasına
e) Bir ton məhsula sərf olunan su məsarifinə

110.Torpağın becərilmə sisteminə aiddir:


a) Torpağın şumlanması, malalama və tapanlama
b) Torpağın səthinin hamarlanması və səpin
c) Şumlama, malalama və səpin
d) Torpağın əsas, səpin qabağı və vegetasiya becərmələri
e) Torpağın şumlanması, səpin və bitkilərə qulluq

111. Bütün canlıların, o cümlədən bitkilərin və mikroorqanizmlərin tənəffüsü üçün lazımdır:


a) azot b) karbon c) oksigen d) hidrogen e) su

112. Bitkidə fotosintez prosesinin intensiv getməsi üçün havadan hansı qazı alır?


a) Hidrogen qazı b) Karbon qazı c) Oksigen qazı d) Azot qazı e) Kükürd qazı

113.Nəmlənmə zamanı torpağın öz həcmini artırması qabiliyyətinə deyilir.


a) torpağın quruması c) torpağın kəltənliyi e) torpağın şişməsi
b) torpağın yumşaldılması d) torpağın sıxlaşdırılması

114.Torpaqda mikrobioloji proseslərin fəal getdiyi hal adlanır:


a) texniki yetişkənlik c) bioloji fəallıq e) passiv yetişkənlik
b) aktiv yetişkənlik d) sadə yetişkənlik

115. Suvarma əkinçiliyi ilə ilk məşuğl olan ölkə


a) Misir b) ABŞ c) Türkiyə d) Azərbaycan e) Pakistan
116. Respublikamızda suvarma əkinçiliyi ilə ilk məşuğl olan bölgə
a) Lənkəran-Astara b) Şəki-Zaqatala c) Aran d) Gəncə-Qazax
e) Mil-Muğan
117. Su mənbəyi, baş qurğu, magistral kanal, paylayıcı, tənzimləyici kanal, sutoplayan şəbəkə, yol şəbəkəsi, meşə zolağı və s aiddir.
a) əkin sistemlərinin elementlərinə c) qurutma sistemlərinin elementlərinə
b) becərmə sistemlərinin elementlərinə d) suvarma sistemlərinin elementlərinə
e) meliorativ sistemlərinin elementlərinə
118. Nəqledici və tənzimləyici kanallar daxildir
a) su şəbəkəsinə c) qurutma şəbəkəsinə e) yuma şəbəkəsinə
b) yol şəbəkəsinə d) suvarma şəbəkəsinə

119. Bir təsərrüfata xidmət edən suvarma sistemi adlanır


a) tənzimləyici suvarma sistemi c) magistral suvarma sistemi
b) təsərrüfatlararası suvarma sistemi d) təsərrüfatdaxili suvarma sistemi
e) paylayıcı suvarma sistemi

120. Bir neçə təsərrüfata xidmət edən suvarma sistemi adlanır


a) c paylayıcı suvarma sistemi) magistral suvarma sistemi
b) təsərrüfatdaxili suvarma sistemi d) tənzimləyici suvarma sistemi
e) təsərrüfatlararası suvarma sistemi

121. Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur-Abşeron kanalları necə kanallar hesab olunur.


a) təsərrüfatlararası b) təsərrüfatdaxili c) magistral d) paylayıcı e) tənzimləyici

122. Kanalların dib və yamaclarının beton üzlüklərlə örtülməsinin əhəmiyyəti.


a) sudan səmərəli istifadə etməklə, su itkisinin qarşısını almaq
b) suyu çirklənmədən qorumaq, su bitkisinin yayılmasının qrşısını almaq
c) suyun kimyəvi tərkibini dəyişmək, su heyvanlarının çoxalmasının qrşısını almaq
d) suyu bioloji üsulla təmizləmək, sudakı canlıları məhv etmək
e) suyun keyfiyyət göstəricilərini artırmaq, asılı gətirmələrdən təmizləmək

123.Əkin qatı xırda dənəvər aqreqatlardan ibarət olan torpaqlar adlanır.


a) dənəvər c) struktursuz e) strukturalı
b) qumlu d) gillicəli

124.Torpaq becərən maşın və alətlərdən istifadə etməklə, əkin qatının quruluşunun birtərəfli dəyişdirilməsi, torpağın hansı qaydası adlanır.


a) bioloji qaydası c) şumlama qaydası e) əkin qaydası
b) becərmə qaydası d) əsas qaydası
125. Torpaqdakı ən kiçik borularda (kapillyarlarda) olan suya deyilir.
a) kapillyar su b) maye su c) buxar su d) qrunt suyu e) suvarma suyu
126. İslanma nəticəsində torpağın həcminin genişlənməsinə deyilir
a)) torpağın quruması b) torpağın islanması c) torpağın nəmlənməsi
d) torpağın şişməsi e) torpağın suvarılması

127. Torpağa düşən bitki və heyvan orqanizmlərinin ölmüş halda olan qalıqlarının mikroorqanizmlər tərəfindən parçalanması nəticəsində əmələ gələn çürüntü adlanır.


a) kompost b) mulşa c) gübrə d) humus e) mikroorqanizm
128. Şumun dərinliyi normal hesab olunur:
a) 22-28 sm b) 15-17 sm c) 18-20 sm d) 10-12 sm e) 30-35 sm

129. Dərin şum zamanı torpaq hansı dərinlikdə becərilir:


a) 10-15sm b) 45-50sm c) 25-30sm d) 15-18sm e) 55-60sm

130.Səpinqabağı becərmədə hansı tədbirlər həyata keçirilir.


a) malalama, kultivasiya, tapanlama c) malalama, kultivasiya, şumlama
b) şırımaçma, sıxlaşdırma, diskiləmə d) şumlama, kipləşdirmə, yumşaltma
e) tapanlama, səpin, çizilləmə

131. Növbəli əkində hansı bitki sələf sayılır


a) becərilməyən, daima boş qalan sahəyə
b) hər hansı tarlada əkilən bitki üçün özündən qabaq becərilmiş bitki
c) ərazidə çox əkilən daha qiymətli bitkiyə
d) suvarılan, daima bitki əkilmiş sahəyə
e) məhsuldar,başdan-başa və cərgəarası becərilən bitki növünə

132.V.A.Kovdanın qeyd etdiyinə görə hər il dünyada nə qədər torpaq eroziya prosesinə uğrayaraq yararsız hala düşür


a) 8-9 milyon ha b) 4-5 milyon ha c) 2-3 milyon ha
d) 6-7 milyon ha e) 10-15 milyon ha
133. Külək eroziyasının müəyyən qədər qarşısını alır
a) meşə zolaqlarının salınması c) dərin şumun aparılması
b) sahənin boş qalması d) qumsal sahələrin şum edilməsi
e) suvarma normalarının artırılması

134. Suvarma şəraitində antropogen təsir nəticəsində yarana eroziya prosesi


a) heç biri b) su eroziyası c) defilyasiya
d) külək eroziyası e) irriqasiya eroziyası

135. Suvarma şəraitində antropogen təsir nəticəsində yarana eroziya prosesi (2)


a) heç biri b) su eroziyası c) defilyasiya
d) irriqasiya eroziyası e) külək eroziyası
136. Külək eroziyasının müəyyən qədər qarşısını alır
a) dərin şumun aparılması c) suvarma normalarının artırılması
b) sahənin boş qalması d) qumsal sahələrin şum edilməsi
e) meşə zolaqlarının salınması
137. Suvarma şəraitində antropogen təsir nəticəsində yarana eroziya prosesi (2)
a) külək eroziyası b) su eroziyası c) defilyasiya
d) heç biri e) irriqasiya eroziyası
138. Fəal temperatur hesab olunur (3)
a) Buxarlanmya sərf oluna enerjinin miqdarı
b) Havada udululan günəş enerjisinin miqdarı
c) Transpirasiyaya sərf olunan enerjinin miqdarı
d) Torpaqda əks olunan enerjinin miqdarı
e) Vegetasiya müddətində bitkilərin tələb etdikləri 150 və ya + 100 s – dən çox enerjinin miqdarı
139.Bitki kökü yaylılan aktiv torpaq təbəqəsinin sərhəd su tutumuna qədər nəmlənməsi üçün bir hektar sahəyə bir dəfədə veriləcək suyun miqdarına deyilir (3)
a) Arat suvarma norması c) Vegetasiya suvarma norması
b)Payız suvarma norması d) Dövrüsuvarma norması
e) Əkin suvarma norması
140.Torpaqda çürüntünün minerallaşmasına və humifikasiya prosesinin getməsinə müsbət təsir edir (2).
a) mikroorqanizmlər c) gübrələr e) soxulcanlar
b) mənənələr d) orqanizmlər
141.Ətraf mühitin və torpaqların çirklənməsinə səbəb olur (1).
a) pestisidlər c) üzvi gübrələr e) yaşıl gübrələr
b) torpaq biotası d) mikroorqanizmlər
142. Torpaq strukturunu pisləşdirən tədbir (2)
a) nəm halda torpağı şumlamaq c) mineral gübrələrin tətbiqi
b) üzvi gübrələrin tətbiqi d) kultivasiya aparmaq
e)mulçalama tədbiri
143.Basdırma üsulu ilə suvarma hansı bitki üçün şamil edilir (3).
a) çəltik b)pambıq c)vələmir d) buğda e) sorqo
144. Əkin sahəsinə görə dünyada ikinci yeri hansı dənli taxıl bitkisi tutur (3)?
a) çəltik, b) çovdar, c) vələmir, d) buğda, e) qarğıdalı.
144. Öz axımı ilə suvarma neçə formada aparılır (3).
a) 3 b) 5 c) 4 d) 2 e) 6
145. Zolağın uzunluğu hansı parametrlərə görə müəyyən olunur (2).
a) becərilən bitkinin növündən, sahənin mailliyindən, torpağın mexaniki tərkibindən və s
b) sahənin uzunluğundan, şırımın enindən, bitkinin hündürlüyündən və s
c) suvarmanın növündən, torpağın mexaniki tərkibindən, becərilən bitki və s
d) suyun çoxluğundan, suvarmanın növündən, becərilən bitkinin növündən və s.
e) torpağın relyefindən, suyun çoxluğundan, şırımın enindən və s.
146. Suya basdırma üsulu ilə suvarmada nəyin sahəsi yer səthinin mailliyindən, torpağın susızdırma, susaxlama qabiliyyətindən, torpağın tipindən və sahəyə veriləcək suvarma normalarından asılı olaraq müəyyən olunur (2).
a) ləkin b) zolağın c) tirənin d) yamacın e) şırımın
147. Qumlu torpaqlarda eroziya prosesinin qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir (3).
a) Meşə zolağı və çoxillik ot əkmək c) Gübrə vermək və suvarmaq b) dərin şum aparmaq və malalamaq d) Bitki örtüyünü məhv etmək
e) Kollektor – drenaj şəbəkəsi qurmaq
148.Torpağın becərilməsi, əsasən cücərtilər alındıqdan sonra aparıldığına görə, həmin müddətdə yerinə yetirilən tədbirlər adlanır (2).
a) vegetasiya becərmələri c) əsas becərmələri e) dövrü becərmələri
b) qarışıq becərmələri d) dərin becərmələri
149.Torpağın əsas becərilməsindən səpinə qədər olan müddətdə müəyyən ardıcıllıqla yerinə yetirilən becərmə üsullarının cəmi adlanır (1).
a) torpağın səpinqabağı becərilməsi c) torpağın əsas becərilməsi
b) torpağın qarışıq becərilməsi b) torpağın dərin becərilməsi
e) torpağın dayaz becərilməsi
150. Torpaq eroziyası baş vermə sürətinə görə bölünür (1).
a) normal və şiddətli c) iti və şddətli e) zəif və şiddətli
b) su və külək d) zəif və normal
Yüklə 32,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin