Yüksək effektivli maye xromatoqrafiya üsulu haqqında ümumi məlumat



Yüklə 125,66 Kb.
səhifə1/11
tarix25.12.2023
ölçüsü125,66 Kb.
#194833
  1   2   3   4   5   6   7   8   9   10   11
11 dərs material



Yüksək effektivli maye xromatoqrafiya üsulu haqqında ümumi məlumat
Xromatoqrafiya, maddə qarışıqlarının biri sabit, digəri hərəkətli faza olmaqla bir-biri ilə qarışmayan iki fazalı bir sistemdə ayrılması və saflaşdırılması, eləcə də fərdi maddələrin təmizliyinin müəyyən edilməsi prosesidir. İlk dəfə rus botaniki Mixail Svet tərəfindən öyrənilmişdir (1903-cü ildə). Svet bu üsuldan bitki piqmetlərinin rəngli birləşmələrinin ayrılmasında istifadə etmişdir. İstifadə etdiyi sütundan rəngli təbəqələr alındığından, bu ayırma üsuluna xromatoqrafiya adını vermişdir. Xromatoqrafiya sözü latınca “chroma” (rəng) və “grapein” ( yazmaq) sözlərinin birləşməsidir və tərcüməsi “rəng yazmaq” deməkdir. Belə adlandırılmasına səbəb ­­boruda ayrılan fərqli rənglərin təbəqələri (nəzəri boşqabları) boyaması ilə əlaqədardır [39].
Xromatoqrafiya sözü ilə əlaqəli maraqlı faktlardan biri isə rəng sözünün rus dilində qarşılığının “svet” olmasıdır. Bu məlumata görə xromatoqrafiya əslən “Svettin yazısı” mənasını verir. Elə buna görə də 1960-cı illərdə xromatoqrafiya termini əvəzinə “Svettography” termini təklif olunsa da qəbul edilməmişdir [39].
Svet xromatoqrafiyadan yalnız çoxkomponentli qarışıqların bölünməsi üçün deyil, həmçinin şüşə kolonkanı sındırmış, içərisində olan adsorbent layını ayırıb oradakı maddəni elyuasiya etməklə miqdari analiz aparmaq üçün də istifadə etmişdir [5].
Svet tərəfindən xromatoqrafiyaya dair bir neçə məqalənin çap olunmasına baxmayaraq üsul 1914-cü ilə kimi geniş yayılmamışdı. 1931-ci ildə Kun, Vinterşteyn və Ledoror Svetin təcrübələrindən istifadə edərək yumurta sarısı, acıqovuq (zəncirotu Taraxacum) ləçəkləri və yerkökünün karotinlərini bölməyə müvəffəq olmuşlar. 1941-ci ildə Martin və Sinc bölüşdürücü xromatoqrafiya üsulunu təklif etmiş və Qaz xromatoqrafiyasının tətbiqi yollarını göstərmişlər. Yalnız 1952-ci ildə Ceyms və Martin xromatoqrafiya nəzəriyyəsini yaratmış və kağız bölüşdürücü xromatoqrafiya üsulunu hazırlamışlar. 1952-ci ildə kimya sahəsində bölüşdürücü xromatoqrafiya sahəsində alınan nailiyyətlərə görə Martin və Sinc Nobel mükafatına layiq görülmüşlər. Xromatoqrafiyanın müxtəlif variantlarının hazırlanması sahəsində ümumilikdə 14 alim Nobel mükafatına layiq görülmüşdür [5].
Xromatoqrafiya 2 faza, stasionar və mobil faza arasında komponentlərin ayrılmasında iştirak edən fiziki üsuldur.
Stasionar faza: Nümunənin absorbsiyasında rol oynayan substansiyadır. Bu faza bərk, gel və bərk-maye qarışığı ola bilər.
Mobil faza: Nümunəni daşıyan həlledicidir (maye və ya qaz).
YEMX maye xromatoqrafiyanın bir növüdür ki, burada nümunə yüksək təzyiq altında maye ilə (mobil faza) qeyri-bərabər və ya sferik hissələrdən, məsaməli monolitik təbəqədən və ya məsaməli membrandan ibarət olan stasionar faza ilə doldurulumuş sütuna yönəldilir.
Sütun xromatoqrafiyaya aşağıdakılar daxildir:
1. Substansiyanın stasionar fazada absorbsiya/saxlanması;
2. Mobil faza istifadə edilərək absorbsiya olunmuş substansiyanın ayrılması;
3. Mobil fazanın davamedən axını ilə fərdi komponentlərin bərpası;
4. Nümunənin və bərpa edilmiş komponentlərin eynilik və miqdari analizi.
YEMX-in prinsiplərini öyrənmək üçün maye xromatoqrafiya haqqında bilgilərə malik olmaq lazımdır.
Maye xromatoqrafiya zamanı maye şəklində nümunə kiçik həcmdə məsaməli hissəciklərlə (stasionar faza) doldurulumuş boruya yeridilir və nümunənin fərdi komponentləri mayenin hərəkət qüvvəsi ilə sütun boyunca nəql edilir (Şəkil 1.1).



Yüklə 125,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin