Zakir Abbas Taras Şevçenko Əkizlər. Rəssam



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix29.05.2017
ölçüsü0,79 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
Taras Şevçenko

İoximə heyran oluram. Demək olar ki, biz onunla hər gün
görüşürük. Həmişə axşam dərslərinə gəlir. Karl Pavloviçlə bir-
birini yaxşı duyurlar və tez-tez görüşürlər. Arabir biz qara
küknarın və ya ağ tozağacının rəsmini çəkmək məqsədiylə
Petrovs ki və Krestovski adalarını gəzirik.
Bir-iki dəfə piyada Parqolovaya getdik və mən onu Şmidt
ailəsi ilə tanış etdim. Onlar yayda Parqolovada yaşayırlar. İoxim
bu tanışlıqdan olduqca razıdır. Kim Şmidtlər ailəsindən narazı
qala bilər ki!..
Sizə bu yaxınlarda başıma gələn məzəli bir əhvalatı danı -
şacam.
Mənimlə eyni mərtəbədə olan mənzilə bir məmur ailəsi
köçüb. Onun ailəsi arvadından, iki uşağından və on beş yaşında
gözəl bir qız olan qohumundan ibarətdir. Bu məsələnin təfər -
rüatını necə öyrəndiyim barədə indi sizə deyəcəyəm.
Siz öz əvvəlki mənzilinizi yaxşı xatırlayırsınız:balaca keçid -
dən sonra qapı ümumi dəhlizə açılır. Bir dəfə qapını açıram və
necə təəccübləndiyimi təsəvvür edin, mənim qarşımda çox gözəl,
pərt halda və qulaqlarının dibinə kimi qızarmış bir qız dayanıb.
Bir anlığa ona nə deyəcəyimi bilmədim. Bir dəqiqəlik sükutdan
sonra təzim etdim, o isə üzünü əlləri ilə qapayıb qaçdı və yaxın -
lıq dakı qapının arxasında gizləndi. Mən bunun mənasını anlama -
dım. Uzun götür-qoy və fərziyyələrdən sonra sinfə getdim. Pis
işləyirdim, çünki bu qəribə qız mənə mane olurdu. Növ bəti gün
mən onunla pilləkəndə qarşılaşdım və əvvəlki kimi yenə də qu-
ruyub qaldım. Bir dəqiqədən sonra o, uşaq kimi elə ürəkdən
güldü ki, mən də özümü saxlaya bilməyib gülməyə başladım. Pil -
ləkənlərdən gələn addım səsləri bizim gülüşümüzə son qoydu.
O, barmağını dodaqlarının üstünə qoydu və qaçdı. Mən sakitcə
pilləkənlərlə qalxıb öz mənzilimə daxil oldum. Birinci dəfə
olduğundan daha çox karıxmışdım. Bu qız bir neçə gün mənə
dinclik vermədi. Hər dəqiqə mən dəhlizə çıxırdım ki, bəlkə,
naməlum tanışımla qarşılaşım. Əgər o, dəhlizə çıxsaydı belə,
məni görüb elə tez gizlənirdi ki, nəinki təzim etmək, heç başla
da salam verməyə imkan tapmırdım.
161
Rəssam

Bu minvalla bir həftə keçdi. Mən artıq onu unutmağa başla -
mışdım. İndi görün nə oldu.
Bazar günü, səhər saat onda İoxim mənim yanıma gəlir. Bilir -
si niz o özü ilə kimi gətirmişdi? Mənim sirli, əsrarəngiz gözə li mi.
– Mən sizdə oğru tutmuşam, – İoxim gülərək dedi.
Dəcəl qıza baxanda mən özüm tutulmuş oğrudan heç də az
karıxmadım. İoxim bunu hiss etdi və gözəlçənin əlini buraxaraq
bic-bic güldü. Əlini azad edəndən sonra düşünürdüm ki, o, yenə
də qaçıb gedəcək. Lakin getmədi, burada qaldı. Ləçəyini və hö -
rük lərini düzəltdi, ətrafa baxdı və dedi:
– Fikirləşirdim ki, qapı ilə üzbəüz oturub çəkirsiniz, siz isə
görün harada, başqa otaqda işləyirsiniz.
– Əgər qapı ilə üzbəüz oturub çəksəydi nə olacaqdı ki? – deyə
İoxim soruşdu.
– Onda mən qapının deşiyindən baxıb necə şəkil çəkdiyinə
baxardım. 
– Niyə deşikdən? Əminəm ki, mənim dostum o qədər
nəzakətlidir ki, iş vaxtı sənin otaqda qalmağına icazə verər.
Mən də İoximin sözlərinə təsdiq olaraq başımı yellədim və
qonağa stulda əyləşməyi təklif etdim. O mənim nəzakətimə fikir
verməyərək dəzgahda olan bir müddət bundan əvvəl başladığım
xanım Solovoyun portretinə baxmağa başladı. Çəkilmiş gözəldən
heyranlıq hissi duymağa başlamışdı ki, dəhlizdə ucadan səs
eşidildi:
– Hara yoxa çıxdın! Paşa!
Mənim qonağım diksindi və bənizi ağardı.
– Bibican, – pıçıldadı və qapıya cumdu. O, qapıda dayandı,
barmağını dodağının üzərinə qoyub bir dəqiqə durdu və gözdən
itdi.
Bu könül oxşayan macəraya güləndən sonra İoximlə birgə
Karl Pavloviçin yanına getdik.
Bu macəra bir o qədər də əhəmiyyət kəsb etməsə də, mənə
rahatlıq vermir. Heç yadımdan çıxmır, daima onun haqqında
düşünürəm. İoxim arabir mənim fikrə getməyimi lağa qoyur və
162
Taras Şevçenko

bu da mənim xoşuma gəlmir. Hətta mənə ağır gəlir ki, o nə üçün
bütün bunların şahidi oldu.
Bu gün mən Şternberqdən məktub aldım. O hansısa Xiviyə
səyahətə hazırlaşır və yazır ki, Peterburqda olduğu kimi bayram -
larda onu gözləməyim. Onsuz darıxıram. O, mənim üçün əvə z -
olunmazdır. Mixaylov öz miçmanının yanına, Kronştadta getdi
və mən artıq iki həftədən çoxdur ki, onu görmürəm. Çox yaxşı
rəs samdır, alicənab adamdır, amma heyif ki, səhlənkardır! O, bu-
rada olmayanda Fiçtumun tövsiyəsi ilə tələbə Demskini öz evimə
dəvət etdim. O, ciddi, yaxşı təhsil almış, həm də yoxsul, cavan
polyakdır. Bütün gününü auditoriyada keçirir, axşam isə mənə
fransız dilini öyrədir və Gibbonu oxuyur. Fizika professorunun
mühazirəsini dinləmək üçün həftədə iki dəfə, axşamlar Azad İqti -
sadçılar Cəmiyyətinin zalına gedirəm...Hələ Demski ilə birlikdə
həf tədə bir dəfə zoologiya üzrə professor Kutorqun mühazirəsinə
də qulaq asmağa gedirəm. Gördüyünüz kimi, vaxtımı boşuna ke -
çir 
mirəm. Əslində, darıxmağa vaxt yoxdur, amma nədənsə
darıxı ram. Nəsə çatışmır, heç özüm də bilmirəm ki, çatışmayan
nədir. İndi Karl Pavloviç heç bir işlə məşğul olmur və demək olar
ki, evində yaşamır. Mən onunla nadir hallarda görüşürəm, o da
ki küçədə.
Salamat qal, mənim unudulmaz himayədarım! Sizə tezliklə
yazacağıma söz vermirəm. Vaxtım darıxdırıcı, yekrəng ke çir.
Yaz ma ğa bir şey yoxdur. İstəməzdim ki, siz indi mənim kimi bu
məktubu oxuyanda mürgüləyəsiniz.
Bir daha sağ olun!”
“Mən sizi aldatdım:söz vermişdim ki, tezliklə yazmayacam,
amma mənim sonuncu məktubumdan bir ay belə keçməmiş yeni -
dən yazıram. Hadisələr tələsdirir. Mən yox, onlar sizi aldatdılar.
Şternberq Xivi səfərində xəstələndi və ağıllı, mehriban Dal ona
hərbi düşərgəni tərk edib öz evinə qayıtmağı məsləhət gördü. O,
gözlənilmədən 16 dekabr axşamı qarşımda peyda oldu. Əgər mən
otaqda tək olsaydım, bunu qarabasma zənn edib qorxacaqdım.
Lakin biz Demski ilə birlikdə idik və Pol de Kokun “Yakovun
163
Rəssam

qardaşı” əsərindən ən gülməli hissəsini tərcümə edirdik. Bu
səbəb dən Şternberqin gəlməsi mənə təbii gəldi və onun gəlişi
təəc cüb və sevincimi zərrə qədər də azaltmadı. 
İlk qucaqlaşmadan və öpüşüb görüşməkdən sonra mən ona
Demskini təqdim etdim. Saat on olan kimi biz “Berlin”ə çay
içməyə getdik.
Gecə, təbii ki, mübahisə və sorğu-suallarla keçdi. Dan yeri
söküləndə Şternberq yorulub yatdı, mən isə səhərin açılmasını
gözlədim və onun keçən dəfə Malorossiyyadan gətirdiyi kimi
dolu portfelinə girişdim. Lakin burda nə həmin insanlar, nə də
həmin təbiət var idi. Baxmayaraq ki, hər şey yenə də gözəl,
təsirli, mənalı çəkilmişdi. Melanxoliyadan başqa bütün bunlar
rəssam təxəyyülünün əksi idi. Van-Deykin bütün portretlərinin
əsas cizgiləri ağlı və mərhəməti əks etdirir. Bu onunla izah olunur
ki,Van-Deykin özü çox mərhəmətli və ağıllı insan idi. Beləcə,
Şternberqin bütün şəkillərində məna axtarıram.
Kaş siz bilsəydiniz ki, indi mənim gündüzlərim də, gecələrim
də bir göz qırpımında necə uçub gedir! Elə tez və şən keçir ki,
mən Demskinin miniatür dərslərini öyrənməyə macal tapmıram,
hətta buna görə onun məndən imtina etmək ehtimalı da var.
Allah, sən özün kömək ol ki, işi bu yerə çatdırmayım. Bizim
tanışlığımız nə artıb, nə də ki, azalıb, lakin elə çiçəklənib, elə
şənlənib ki, sadəcə olaraq evdə otura bilmirəm. Amma sizə
düzünü deyim ki, evdə də gözəllik və füsunkarlıqdan xali deyi -
ləm. Mən İoximin qapıda tutduğu “oğru” qonşu qızdan danışı -
ram. O necə də mehriban, saf varlıqdır. Elə bil uşaqdır. Uşaqlıq
məsumluğu onun simasını tərk etməyib. Hər gün bir neçə dəfə
mənim yanıma qaçıb gəlir, quş kimi atılıb-düşür, pırıldayıb uça -
raq uzaqlaşır. Arabir məndən öz portretini çəkməyi xahiş edir,
lakin civə kimidir, beş dəqiqədən artıq otura bilmir.
Bu yaxınlarda portret üçün qadın əli lazım oldu. Mən ondan
xahiş etdim ki, əlini saxlasın. O da məmnuniyyətlə razılaşdı. Ne -
cə fikirləşirsiniz, bir saniyə də olsun əlini dinc saxlamadı. Əsl
uşaq dı. Beləcə, mən çalışdım, çalışdım, axırda məcbur olub əl
164
Taras Şevçenko

üçün model dəvət etməli oldum. Siz necə fikirləşirsiniz? İndicə
modeli otuzdurub palitranı əlimə almışdım ki, qonşu qız qaçaraq
otağa gəldi. Həmişəki kimi şux, gülərüz idi. Model qızı görən
kimi birdən duruxdu, sonra hönkürüb şir balası kimi onun üzərinə
atıldı. Mən nə edəcəyimi bilmirdim. Xoşbəxtlikdən portretini
çəkdiyim xanımın tünd qırmızı məxmər şalı mənim əlimdə idi.
Şalı götürüb onun çiyninə atdım. O özünə gəldi, güzgüyə
yaxınlaşdı, bir dəqiqə baxdı, sonra şalı döşəməyə ataraq üzərinə
tüpürdü və otaqdan qaçdı.
Mən modeli buraxdım. Beləliklə, əl əvvəlki kimi tamam lan -
ma mış  qaldı.
Bu əhvalatdan sonra üç gün qonşu qız mənim mənzilimdə
görünmədi. Əgər dəhlizdə mənlə rastlaşsaydı, üzünü əlləri ilə tu -
tub əks istiqamətə qaçacaqdı.
Dördüncü gün, dərsdən təzəcə qayıdıb palitramı hazırlamaq
istəyirdim ki, qonşu qız gəldi. Ciddi və sakit idi. Onu tanıya
bilmədim. Sakitcə əlini dirsəyədək çırmalayıb təsvir olunan xanı -
mın vəziyyətini aldı. Mən heç nə olmamış kimi palitranı və fır -
ça nı götürüb işə başladım. Bir saatdan sonra əl artıq hazır idi. Bu
cür xeyirxah xidmətin qarşılığında yumşaldım. Əvəzində heç ol-
masa onun gülüşünü görmək istədim. O qalxdı, əllərini aşağı
saldı və dinməzcə otaqdan çıxdı.
Sözün açığı, bu mənə bərk təsir etdi. İndi mən əvvəlki ahəngi
bərpa etmək üçün baş sındırıram.
Beləcə, bir neçə gün keçdi. Görünür, vəziyyət düzəlməyə baş -
layır. O, artıq dəhlizdə məndən qaçmırdı, arabir hətta gülümsü -
nürdü də. Mən artıq inanmağa başlayırdım ki, indicə qapı
açılacaq və mənim bəzəkli quşcığazım uçub gələcək. Ancaq nə
qapı açı 
lırdı, nə də ki, quşcığaz görünürdü. Artıq məndə
nigarançılıq baş qal dırdı və dəcəl quşumçün tələ fikirləşməyə
başladım. Nigaran 
çı 
lı 
ğım nəinki özümə, hətta mehriban
Demskiyə belə dözülməz olanda Şternberq səmadan enən
mələktək qırğız çöllərindən qayı dıb qarşımda peyda oldu.
165
Rəssam

İndi mən yalnız Şternberq üçün yaşayıram. Əgər qonşu qız
arabir dəhlizdə qarşıma çıxmasaydı, ola bilsin ki, mən onu tama -
milə unudardım.
O, dəhşətli dərəcədə mənim yanıma qaçıb gəlmək istəyir, la -
kin bəla burasındadır ki, Şternberq bütün günü evdə olur. Əgər
həyətə çıxmaq lazımdırsa, biz birlikdə çıxırıq. Belə ki, bayram
gün lərində dözə bilmədi. Axşamlar evdə olmadığımızdan istifadə
edib maska taxaraq bizə gəldi. Mən özümü elə apardım ki, guya,
onu tanımıram. O, uzun müddət fırlanıb çalışırdı ki, mən onu
tanı yım. Lakin mən inadla öz bildiyimi edirdim. Nəhayət, o,
dözməyib mənə yaxınlaşdı və ucadan dedi:
– Siz necə adamsız, bu ki, mənəm!
– Maskanı çıxardandan sonra sizi tanıyacam, – pıçıltı ilə dedim.
O, bir az tərəddüd elədi, sonra maskanı çıxartdı.
Mən onu Şternberqə təqdim etdim.
O gündən etibarən bizdə hər şey əvvəlki kimi gedirdi. Məni -
mlə olduğu kimi, Şternberqdən də çəkinmirdi. Biz onunla şirin
zarafatlar edir, ona doğma bacı-qardaş münasibəti bəsləyir dik.
Bir dəfə Şternberq məndən soruşdu:
– O kimdir?
Bu qəfil suala nə cavab verəcəyimi bilmədim. Onun bu
barədə soruşacağı heç ağlıma da gəlməmişdi.
– Ya yetim olmalıdı, ya da ki, ən məsuliyyətsiz ananın qızı, –
o davam etdi. – Hər halda, adamın ona yazığı gəlir. Heç olmasa
oxumağı bilir?
– Bunu da bilmirəm, – tərəddüdlə cavab verdim.
– Oxumağa ona bir şey verək ki, başını qatsın. Öyrən, gör,
əgər oxuya bilirsə mən ona əxlaqi mövzuda olan yaxşı bir kitab
bağışlayım. Qoldsmitin “Vekfild keşişi” əsəridir. Tərcümə
mükəmməldir, əla da çap olunub.
Bir dəqiqə sonra o mənə təbəssümlə müraciət etdi:
– Sən hiss edirsənmi ki, bu gün mənim əhvalım yaxşı deyil?
Məsələn, belə bir sual: bu sadəlövh oynaq qızın gəlişi nəylə
nəticələnə bilər?
166
Taras Şevçenko

Mənim bədənimdən yüngülcə gizilti keçdi, lakin dərhal
özümü toparlayıb cavab verdim:
– Düşünürəm ki, heç nəylə.
– Təki elə olsun, – deyib fikrə getdi.
Mən həmişə onun mehriban, qayğısız uşaq simasına tamaşa
edirəm. İndi isə bu mehriban üz mənə uşaq kimi deyil, artıq
duyğulu insan kimi görünürdü. Nəyə görəsə, qeyri-ixtiyari olaraq
mənim yadıma Tornovski düşdü. Elə bil ki, nə fikirləşdiyimi
duyub mənə baxdı və dərindən ah çəkdi.
Dostum, ondan muğayat ol, – dedi, – ya da ki, özünü qoru.
Özün necə isəyirsənsə, elə də elə.Yadda saxla və heç vaxt unutma
ki, qadın müqəddəs və toxunulmaz varlıqdır. Bu ilahi xüsusiyyət
bir-birindən ayrılmazdır. Heç bir qüvvə onun qarşısında dayana
bilməz. Yalnız bunun qarşısında ilahi məhəbbət dayana bilər.
Yalnız o bizi rüsvayçılıqdan və əbədi məzəmmətdən xilas edə
bilər. Döyüşçü dəmir zirehlə silahlanan kimi, sən də bu ali hislə
silahlanıb düşməninin üzərinə cəsarətlə get.
O, bir dəqiqəlik susdu.
– Mən keçən ildən başlayaraq yaman qocalıram, gülüm sü nə -
rək dedi:
– Yaxşısı budur, küçəyə çıxaq. Otaqda bürküdür.
Küçədə sakitcə xeyli yol getdik, heç nə demədən mənzilə
qayıdıb, yerimizə uzandıq.
Səhər mən sinfə getdim, Şternberq isə evdə qaldı.
Saat on birdə evə gəlib nə görsəm yaxşıdı? Dünənki əxlaq
professoru qonşu qızı qunduz xəzindən və məxmərdən hazır lan -
mış paltarla, qızıl naxışlarla bəzədilmiş tatar fəsi və qırmızı, ipək,
tatar şuqayı (qısaətəkli qadın koftası) ilə bəzəmişdi. Özü isə
ucuşiş başqırd papağını qoyub gitara çalırdı. Qonşum isə sənin
Talioninin kimi solo oxuyurdu.
Təbii olaraq mən əl çaldım. Onlar heç gözlərinin ucuyla da
baxmadılar. Heç nə olmamış kimi öz rəqslərinə davam edirdilər.
Qız əldən düşənə kimi rəqs edərək papağını və şuqayını atıb dəh -
lizə qaçdı. Mənim əxlaq müəllimim isə gitaranı qoyub dəli kimi
167
Rəssam

hırıldamağa başladı. Mən uzun müddət özümü saxladım, lakin
dözə bilməyib ürək dolusu bağırmağa başladım. Doyunca gül -
dükdən sonra biz stolda üzbəüz əyləşdik. Bir dəqiqəlik sükutdan
sonra ilk olaraq o danışdı:
– Çox cəlbedici varlıqdır. Mən ondan tatar qızının şəklini çək -
mək istədim, lakin geyinən kimi rəqs etməyə başladı, mən isə
gör dü yün kimi dözə bilməyib, karandaş və kağız əvəzinə gitaranı
götürdüm. Sonrasını sən bilirsən. Bunu bilmirsən ki... o, rəqs et -
məz dən qabaq qısa şəkildə başına gələnləri danışdı.
Təfsilatı özü də güc-bəla ilə bilir, əgər bu lənətə gəlmiş papaq
olmasaydı o, söhbətini yarıda kəsməzdi. Papağı görən kimi
götürdü, geyindi və hər şeyi unutdu. Ola bilsin ki, sənə daha çox
şey danışar. Ondan yaxşıca sorğu-sual elə, başına gələnlər əsl
dramadır. Onun dediyinə görə, atası keçən il Obuxov xəstəxa na -
sın da  ölüb.
Elə bu an qapı açıldı və içəri çoxdan görünməyən Mixaylov
və onun ardınca qoçaq miçman girdi. Mixaylov bizə qeyd-şərtsiz
Aleksandrın evində səhər yeməyi təklif etdi. Biz Şternberqlə bir-
birimizi süzdük və razılaşdıq. Mən dərs barəsində nəsə demək
istədim, lakin Mixaylov səbəbsiz olaraq qəhqəhə çəkdi. Buna
görə də sakitcə papağımı geyinib əlimi qapının dəstəyinə atdım.
– Hələ bir rəssam olmaq istəyirsən! Məgər əsl, dahi rəssamlar
siniflərdə yaranır?– deyə təmtəraqlı şəkildə sakitlik bilməyən
Mixaylov qeyd etdi.
Biz razılaşdıq ki, rəssam üçün ən yaxşı məktəb yeməkxanadır.
Bundan sonra birlikdə Aleksandrın yanına yollandıq.
Politseyski körpüsündə hansısa bir moldovan mülkədarı ilə
gəzən, moldovan ləhcəsindəcə danışan Elkanla qarşılaşdıq. Biz
onu da özümüzə qoşduq. Bu Elkan qəribə adamdır:elə dil yoxdur
ki, o dildə danışmasın. Bizim qardaşlarımızdan tutmuş qraf və
knyazlara qədər elə mühit yoxdur ki, oradakılarla görüşməsin.
O, nağıldakı sehrbazlar kimidi, hər yerdədir və heç yerdə deyil:
İngilis sahillərində gəmiçilik kantorunda öz dostunu xarici ölkəyə
yola salır. Araba kantorunda, ya da ki, Srednıy çəpərində yenə
168
Taras Şevçenko

hansısa bir moskvalı dostunu yola salır. Toyda, yasda, xaç suyuna
salma mərasimində, ümumiyyətlə, hər şeyə bir günün içərisində
vaxt tapır. Əsl Pinettidir! Bəziləri ondan casus olduğunu
fikirləşdikləri üçün çəkinirlər, mən isə onda casusa bənzər heç
bir şey görmürəm. O, mahiyyətcə heyvərənin biri, mehriban, həm
də çox pis felyetonçudur. Onu hələ zarafatla Əbədi Cuhud
adlandırırlar və o bunu özünə rəva bilir. Mənimlə fransız dilin -
dən başqa heç bir dildə danışmır, buna görə ona minnətdaram.
Mənim üçün yaxşı təcrübədir.
Aleksandrın yanında səhər yeməyi əvəzinə biz yaxşıca nahar
edib hərə öz işinin dalınca getdi. Mixaylov və miçman bizdə
gecələdilər. Səhər açılanda Kronştadta getdilər.
Bizim üçün milad bayramı şən olduğu üçün tez keçdi. Karl
Pavloviç mənə ikinci qızıl medal uğrunda müsabiqəyə
hazırlaşmağı tapşırıb. Bilmirəm, nəsə ola bilərmi? Mən özümə o
qədər də arxayın deyiləm. Allahın köməkliyi ilə özümüzü
yoxlayarıq.
Salamat qal, mənim unudulmaz himayədarım! Daha sizə
deyiləsi sözüm yoxdur”.
“Artıq pəhriz bayramı, böyük fitrə şənlikləri, nəhayət ki,
keçib getdi. Lakin mən sizə bir söz də belə olsa yazmamışam.
Mənim unudulmaz, misli-bərabəri olmayan himayədarım, elə
düşünməyin ki, sizi unutmuşam. Allah, sən özün məni bu günah-
dan qoru! Mənim bütün arzularımda, niyyətlərimdə, təşəb büs lə -
rimdə ən parlaq, ən sevindirici varlıq olaraq qəlbimdə siz
varsınız.
Sükutumun səbəbi çox sadədir: yazmağa mövzu yoxdur,
yeknəsəqdir. Demək olmaz ki, bu yeknəsəqlik mənim üçün
darıx dı rıcıdır, əksinə, günlər, həftələr və aylar hiss edilmədən
ötüb ke çir. Zəhmət necə faydalı şeydir, xüsusən də əgər o qiy -
mət ləndirilirsə! Şükür Allaha, mən bəxşişə ehtiyac duymuram:
imtahanlarda daima üçüncü dərəcədən aşağı düşmürəm. Karl
Pav loviç məndən həmişə razıdır – rəssam üçün bundan fərəhli,
əhəmiyyətli mükafat nə ola bilər? Hədsiz dərəcədə xoşbəxtəm.
169
Rəssam

Eskizimi cüzi də olsun dəyişiklik edilmədən qəbul etdilər və
mən proqramı hazırlamağa başladım.
Süjet xəttini bəyəndim, mənim ürəyimcədir, özümü bütün lük -
lə ona həsr etmişəm. Bu “İliada”dan səhnədir – “Andromaxa
Patroklın cənazəsi üzərində”. İndi mən tam başa düşdüm ki, antik
dövrü və qədim yunan tarixini öyrənmək necə də vacib imiş. Bu
işdə fransız dili bilməyim köməyimə çatdı. Mehriban Demskiyə
bu xidmətlərinə görə necə minnətdarlıq edəcəyimi bilmirəm.
Biz Karl Pavloviçlə İsa Məsihin dirilməsi bayramını orijinal
qarşıladıq.
O, hələ mənə gündüzdən deyirdi ki, Kazan kilsəsinə gedib öz
rəsminə və xaçın hərəkətinə ocaq işığında baxacaq. Axşamüstü
buyurdu ki, saat onda çay versinlər. Vaxtın hiss edilmədən
keçməsi üçün ona və özümə çay süzdüm. O, siqar çəkdi, taxtın
üstünə uzandı və “Pert gözəlini” ucadan oxumağa başladı.
Yadıma gələn odur ki, mən otaqda o baş, bu başa gəzirdim. Sonra
anlaşılmaz ildırım çaxmasına oxşar səs eşitdim. Gözlərimi açıram
– otaq işıqlıdır, lampa stolun üzərində azacıq közərir, Karl
Pavloviç taxtın üstündə yatıb, kitab döşəmənin üzərindədir, mən
isə kresloda uzanıb, toplardan necə atəş açdıqlarını eşidirəm.
Lampanı söndürdüm, astaca otaqdan çıxıb öz mənzilimə yaxın -
laş dım. Şternberq hələ yatırdı. Əl-üzümü yudum, paltarımı geyi -
nib küçəyə çıxdım. Bayram əhvali-ruhiyyəsində olan insanlar
artıq Andreyevski kilsəsindən qayıdırdılar. Əsl bayram səhəri idi.
Bilirsiz, bütün bu müddət ərzində məni nə maraqlandırırdı?
Düzü, belə şeyləri ona görə deyirəm ki, keçirdiyim hisləri,
fikirləri sizdən gizlətmək mənim üçün günah olardı. Məni keçən
müddət ərzində əsl uşaq kimi hər şeydən çox yeni aldığım,
sukeçirməyən plaşım maraqlandırır. Qəribə deyilmi? Təzə bay -
ram paltarlarım mənə təsəlli verir.
Bir az dərindən fikirləşəndə elə də qəribə deyil. Parıldayan
plaşıma baxanda vaxtı ilə çirkli xalatda olduğum zaman bugünkü
geyimim barədə düşünmək heç ağlıma da gəlməzdi. Hansısa pla -
şa görə yüz rublu elə-belə xərcləyirəm. Sadəcə olaraq Ovidey
170
Taras Şevçenko

dönü 
şüdür. Bəzən belə olur ki, kasıb vaxtımda gərəksiz
paltarlarını qolunun üstündən aşırıb gülə-gülə gedirsən, lakin
birdən səni acı ağlamaq tutur. Bəlkə də, həyatın boyu nə belə
ağlamısan, nə də belə gülmüsən. Bu, çoxdan olub? Elə bil dünən
idi. Və birdən-birə belə möcüzəli dəyişiklik.
Məsələn, indi kresloda oturmağa yer olmasa teatra getmirəm.
Kreslo arxasında isə az-az hallarda otururam. Nəyə gəldi yox,
benefis, ya benefisin təkrarı, ya da ki, köhnə, lakin seçilmiş bir
şeyə baxmağa çalışıram. Düzdür, mən o yalançı gülüşlərimdən
və səmimi göz yaşlarımdan məhrum olmuşam, amma demək olar
ki, onlara hayıfım gəlmir. Bütün keçənləri yadıma sadıqca sizi
və Allahın sizi məni o bataqlıq və miskinlikdən çıxarmaq üçün
Yay bağına göndərdiyi səhəri xatırlayıram, mənim unudulmaz
himayədarım.
Mən bayramı Uvarovlar ailəsinin evində qarşıladım. Elə
fikirləşməyin ki, qraf ailəsidir – Allaha çox şükür ki, hələ o qədər
də qudurmamışam. Bu, sadə, təvazökar, tacir ailəsidir. Elə
xoşxasiyyət, mehriban ailədir ki, istərdim Allahın yer üzündə
yaratdığı bütün ailələr belə olsun. Onlar məni ən yaxını və
əzizləri kimi qəbul ediblər. Karl Pavloviç də onlara tez-tez baş
çəkir.
Bayramı şən keçirdik. Həftə ərzində bir dəfə də olsun madam
Yurgensin yanında nahar etmədik.Yalnız qonaqlıqda olurduq: gah
İoximin, gah Şmidtin, gah da Fiçtumun evində. Şamı isə ya
teatrda, ya da ki, Şmidtin evində edirdik. Qonşu qız isə əvvəlki
kimi bizə baş çəkir. Elə həmənki kimi dəcəldir: heyif ki, o mənə
Andromoxa üçün model ola bilmir. Belə demək olarsa, çox cavan
və zərifdir. Onun bibisi məni çox təəccübləndirir. Deyəsən, o,
dəcəl bacısı qızı barəsində heç fikirləşmir. Bəzən iki saat bizimlə
birgə olur. Elə bil bibisinə ehtiyac duymur. Qəribədir! Şternberq
mənə onun barəsində olan əhvalatı tamamladı.
O, anasını xatırlamır, atası isə əyyaşın biri, bədbəxt dövlət
qulluqçusu olub. Ona görə ki, onlar Kolumnada yaşayanda o, hər
gün evə (özü dediyi kimi) “qızarmış halda” və hirsli gəlirdi. Pulu
171
Rəssam

olanda qızı dükana araq dalınca göndərərdi. Pulu olmayanda isə
qızı küçəyə göndərirdi ki, sədəqə yığsın. İndi onun himayədarı
bibisidir. Doğma bacısı arabir gəlib Paşanı saxlamaq üçün
aparırdı. Atası isə bu barədə eşitmək belə istəmirdi. O xatırlamır
ki, Kolumnada bu vəziyyətdə nə qədər yaşayıblar.
Bir dəfə qışda o, qulluqdan evə gecələməyə gəlməyib. Qız
isə heç nədən qorxmayaraq evdə tək qalıb. Növbəti gün yenə də
gəlməyib. Üçüncü gün isə Obuxov xəstəxanasından atasının gön -
dərdiyi xidmətçi gəlib deyib ki, onun atasını axşam keşikçilər
küçədən tapıb şöbəyə aparıblar. Ertəsi gün onu şöbədən qızdırma
içərisində xəstəxanaya gətiriblər. Dünən axşam bir az özünə
gəlib, soyadını, mənzilinin harada olmasını deyib. Qızını onun
yanına gətirməyini xahiş edib. Xəstə ata qızını tanımayıb və
yanından qovub. Belə olduqda o, bibisinin yanına gedərək onunla
qalıb.
Qızın kədərli əhvalatı bununla yekunlaşır.
Bu günlərdə Şternberq ona “Vekfild keşişi”ni verdi. O, kitabı
balaca uşaq qəşəng oyuncaqla oynayan kimi şəkillərinə baxıb,
stolun üstünə atdı. Evə gedəndə kitab heç onun yadına da
düşmədi. Şternberq qəti əmindir ki, o, savadsızdır. Onun kədərli
uşaqlığını əsas götürüb, mən də belə fikirləşirəm. Məndə belə bir
fikir oyanıb ki, həqiqətən də, savadsızdırsa, ən azından oxumağı
öyrədim. Şternberq mənim fikrimi bəyəndi və kömək etməyi
boynuna götürdü.
Şternberq onun savadsızlığına elə əmin idi ki, həmin gün
kitab dükanına gedib şəkilli əlifba kitabı aldı. Lakin bizim xeyriy -
yə çilik layihəmiz elə layihə olaraq qaldı.
Ertəsi gün biz ilk mühazirəyə başlamaq istəyəndə Krımdan
Ayvazovski gəldi və bizim mənzildə qalmalı oldu. Şternberq öz
dostunu heyranlıqla qarşıladı. Bilmirəm niyə, amma ilk baxışdan
o mənim xoşuma gəlmədi. Onun lətif hərəkətlərinə baxmayaraq,
nəsə xoşagəlməz, rəssama yaraşmayan soyuq nəzakət və özündən
kənarlaşdıran nə isə var idi.
Portfelini bizə göstərməyib dedi ki, guya, onu Feodosiyada,
anasının yanında qoyub. Həm də heç nə çəkməmişdi, çünki ölkə
172


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə