Zakir Abbas Taras Şevçenko Əkizlər. Rəssam



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix29.05.2017
ölçüsü0,79 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
Taras Şevçenko

sirli məsələyə çevrildi. Əslində, məsələ çox sadə idi. Stepan Mar -
tın oviç Qlemyazovda evlərdə olub, oradan dörd uşaq götürüb
savad öyrətmək üçün özüylə gətirmişdi. Bununla da məktəbdə
təhsilin əsası qoyulmuş oldu.
Stepanın müəllimlik məharətinin sorağı artıq Pereyaslavada və
onun hüdudlarından kənarda şöhrət tapmışdı. (Əlbəttə, bu işdə Karl
Osipoviçin iştirakı az deyildi.) Eyni zamanda Sokiranın uşaqlarının
gimnaziyaya və korpusa qəbul olunması bu fikri daha da
möhkəmlətmişdi. Belə münbit şəraitdə Filipp bayramına qədər
məktəb uşaqlarla doldu. Artıq yaxınlıqda olan xutorlardan mək -
təbə müxtəlif təbəqədən olan uşaqların axını başlamışdı. Stepan
Martınoviçin fəaliyyət göstərməsi üçün geniş imkanlar yaran mışdı.
Nikoldan sonra Nikifor Fyodoroviç tezliklə Baturindən,
Prokopoviçin yanından qayıtdı. Məktəbin divarlarının gillə ağar -
dıldığını, dərs otaqlarının qaydaya salındığını, ətrafda az vaxt ər -
zində böyük işlərin aparıldığını görəndə təəccübləndi və çox
se vindi. Həyət kol-kosdan təmizlənmiş, meyvə və cökə ağacları
sırayla əkilmişdi. Bu işlərin böyük hissəsini valideynlər, xüsusilə
Naum və Berezan kazakları görmüşdülər.
Qış gəlmişdi, hər tərəf qarla örtülmüşdü. Stepan Martınoviçin
məktəbində isə dərslər ara vermirdi. Şagirdlər həvəslə oxuyur-
dular. Stepan hər gün işlərini qurtarandan sonra xutora gedib öz
xe yirxahlarını yoxlayırdı. Sokiraların evində onun hər gəlişi sevinclə
qarşılanırdı. Praskoviya Tarasovna onu əziz adamı kimi qəbul
edirdi. Xutorda uzun qış gecələrini, demək olar ki, şeir, mahnı
oxumaqla keçirirdilər.
Bayram günləri yaxınlaşırdı. Stepan Martınoviç artıq şagird -
lərini evə buraxmağa başlamışdı. Praskoviya Tarasovna bayram
hazırlığı görürdü...
Belə qış gecələrinin birində Karl Osipoviç xutora gəldi. Özü
ilə Poltavadan göndərilmiş məktublar gətirmişdi. Məktublar
uşaqlardan və sizcə, daha kimdən ola bilərdi? Əlbəttə, İ.P. Kot l -
yarevskidən. Praskoviya Tarasovna eşidəndə ki, Poltavadan mə -
ktub gəlib, əlindəki işi atıb cəld otaqdan çıxdı:
55
Əkizlər

– Məktub hardadı? Əzizim, Karl Osipoviç, hanı məktub? Tez
oxuyun, yox, verin əvvəlcə onu öpüm.
Nikifor Fyodoroviç məktubu göstərərək dedi:
– Amma əvvəlcə əlinizdəki kolbasa qazanını aparıb yerinə
qoyun, sonra gəlib məktuba qulaq asarsız.
– Doğrudan ha, ağlımı tamam itirmişəm, gözləyin, qayıdıram,
– deyib mətbəxə qaçdı.
Tezliklə hamı stol arxasında əyləşdi və təntənəli məktub
oxunuşu başlandı.
Əvvəlcə uşaqların məktubu oxundu. Praskoviya Tarasov -
nanın tələbiylə sözlər bir neçə dəfə təkrar oxundu. Əlbəttə ki,
bütün bunlar Praskoviya Tarasovnanın göz yaşları və nidaları ilə
müşayiət olunurdu. Məsələn, belə:
– Ax, mənim ilahiyyatçı-filosoflarım! Ax, mənim gömgöy
şahinlərim – qartallarım, indi heç olmasa gözümün ucuyla sizə
baxa biləydim..! 
Hava qaralmağa başladığı üçün həmişə həssas olan Marina
şam yandırıb stolun üstünə qoydu.
Nikifor Fyodoroviç İvan Petroviçin məktubunu açdı. Əvvəl
məktubun sonundakı imzaya nəzər saldı, sonra oxumağa başladı:
“Mənim mehriban dostlarım, Nikifor Fyodoroviç, Praskoviya
Ta rasovna və Stepan Martınoviç!”
Hamı gözaltı bir-birinə baxdı. Məktub malorus ləhcəsində
yazıldığına görə mənim povestimə az da olsa zərər gətirməsinə
baxmayaraq, yalnız onun məzmunu ilə kifayətlənəcəm.
İvan Petroviç qarşıdan gələn bayram münasibətilə ənənəvi
arzularını bildirdikdən sonra uşaqların yaxşı keyfiyyətlərindən,
onların qeyri-adi fiziki və mənəvi oxşarlığından, yalnız geyimləri
ilə fərqləndiklərindən yazırdı.
“Həftənin şənbə günləri onları evimə gətizdirirəm. Bazar
günlərini mənimlə keçirirlər. Onlarla bir yerdə olmaqdan həzz
alıram. Özüm üçün sizin uşaqlardan yaxşısını arzulamazdım.
Mənim “Muxa” əsərim hər həftə onların gözəl xüsusiyyətlərinin
təsviri ilə zənginləşir”...
56
Taras Şevçenko

O yazır ki, yaxşı olardı onların ikisini də bir yola, ya mülki,
ya da hərbi sahəyə yönəldərdiniz. Onda bir orqanizmin psixoloji
formalaşma fərqini iki subyektdə müşahidə etmək elmi cəhətdən
çox maraqlı olardı. Daha sonra yazır, biləndə ki, onlar alman və
latın dillərində yaxşı yazıb-oxuyur, bu zaman çox təəccüblənib.
Soruşur ki, onları kim öyrədib. (Bu anda o, dinməzcə Karl
Osipoviçə və Stepan Martınoviçə baxdı.) Yazır ki, bir qədər
keçəndən sonra Qapka da onları sevməyə başladı. Hər bazar
onları həftəlik pirojna və şirin çörəklə təmin edir. “Bir dəfə Zosya
hansısa kadet tədbiri üçün məndən iki şahı qriven istədi, amma
mən vermədim. Təcrübəmdən bilirəm ki, uşaqlara pul vermək
məsləhət deyil”.
– Bəlkə, yazıq uşaq o pulu müəllimə verəcəkmiş ki, yaxşı
öyrətsin.
Praskoviya Tarasovna bu sözləri deyən zaman Nikifor Fyo-
doroviç ona özünəməxsus ədayla baxdı. Praskoviya daha
danışmadı.
Və deyir: “Siz onlar barəsində narahat olmayın. Bayramı
mənimlə keçirəcəklər. Yeni il gecəsi onları dostum N-in yanına
göndərəcəm. Onların da eyni yaşda olan uşaqları var. Yeni ili şən
qarşılayarlar”. Məktubun sonluğu bu sözlərlə bitir. “Salamat
qalın, tənha İ.Kotlyarevskini unutmayın.
P.S. Mənim səmimi salamımı dostum Stepan Martınoviç
Levitskiyə çatdırın”.
Məktub sona çatanda Karl Osipoviç ayağa qalxdı, tütünü iy -
lə yib  dedi:
– “Esse homo!” Stepan Martınoviç də ayağa qalxdı, mək tu bun
təsirindən riqqətə gəlib ağladı. Necə də ağlamasın? Gör onun ki -
mi kiçik müəllimciyə kim salam göndərir? Gimnazi yanın rəh bəri! 
Praskoviya Tarasovna da ayağa qalxıb xaç çevirib dua etdi:
“Ey rəhmli Allah! Sənə min şükür. Sən xeyirxah və ədalətlisən.
Mənim qəriblikdə olan balaca yetimlərimə qoruyucu mələklər
göndərmisən”.
57
Əkizlər

Nikifor Fyodoroviç oturub dərin sükut içində başını məktu-
bun üstünə əymişdi. Sonra məktubu büküb öpdü, dərindən ah
çək di, stol arxasından qalxıb sakitcə başqa otağa keçdi. Yarım
saat dan sonra otaqdan çıxanda elə bil gözləri qızarmışdı. Pras -
ko viya Tarasovna ona sualla müraciət etdi: 
– Görəsən, onun arı pətəkləri var? Mən Poltavada olanda bu
barədə Qapkodan soruşmaq yadımdan çıxdı. Bəlkə, ona bir çəllək
bal göndərək. Bayrama çatdıra bilməsək də, bəlkə, böyük pasxa
bayramına çata.
– İkisini göndərək, – deyə Nikifor Fyodoroviç otaqda var-gəl
etməyə başladı.
Qonaqlar onlara xeyirli gecə arzulayıb getdilər. 
Bayramlar gəlib keçdi, qış sovuşdu. Yaz özünü göstərməyə
başladı. Artıq “Xilas günü” bayramına bir həftə qalırdı. Stepan
Martınoviç öz şagirdlərinə tapşırıqlarını verib bayramlaşmaq üçün
valideynlərinin yanına göndərdi. Özü isə tanış mülkədardan at
icarəyə götürüb gözəl səhərlərin birində xutorla və məktəblə xu da -
hafizləşib Poltavaya yola düşdü. Gedəndə Praskoviya Ta rasov na ona
uşaqlar üçün bişirdiyi bir kisə şirin çörək və bir qədər də pul verdi
ki, İvan Petroviçə çatdırsın. Stepan Martınoviç onun dedik lə rinin
birini yerinə yetirmədi. Həmin pulu Müqəddəs Afanasi kilsəsində
keşişə verdi ki, Zosimə və Savvatiyə dua etsin. Bir də Zosimə tap -
şırdı ki, İvan Petroviçdən pul almağa cəsarət etməsin. 
Poltavada onunla qeyri-adi heç nə baş vermədi. Yalnız bir
hadisədən başqa. Kilsəyə gələsən və orada köhnə dostlarla rast -
laş mayasan. Əlbəttə, köhnə dostu olan “Bas”ı görməsə də, digər
kilsə müğənniləri onu yedirib-içirtdilər. Təbiidir ki, onların məc -
lisi dava-dalaşsız ötüşmür. Sərxoş müğənnilər bir qədər də içən -
dən sonra bir-birini kötəkləməyə başladılar. Bu davada Stepan
Ma r tınoviç də öz payını aldı. 
Poltavadan qayıdanda Stepan Martınoviç bir daha əmin oldu
ki, onun kilsə dostları düzələn deyil, necə deyərlər: “Qozbeli
qəbir düzəldər”. 
58
Taras Şevçenko

Stepan Martınoviç öz yerinə qayıdanda məktəbi, həyət-bacanı
səliqə-sahmanlı gördü. Qardaşlar ağacları budayıb yeni bağ
salmış, ətrafına çəpər çəkmişdilər. Onlara təşəkkür edib hərəsinə
bir cüt isti çəkmə və gödəkcə tikdirmək üçün demikoton parça
verdi. Onlardan xahiş etdi ki, sabah arı pətəklərini xutordan bura
gətirsinlər. Növbəti gün tapşırıq yerinə yetirildi.
İndi o, təkcə cübbəli keşiş, otuz nəfərə yaxın şagirdin müəl -
limi deyil, həm də kifayət qədər böyük arıçı idi.
Günlər, aylar, illər hiss edilmədən keçirdi. Zosya və Vatya
Poltavada ruhən, fiziki cəhətdən inkişaf edir, böyüyürdülər. Niki-
for Fyodoroviçlə Praskoviya Tarasovna xutorda yavaş-yavaş
qocalırdılar. Bayram günlərində uşaqlarından təbrik məktubları
alırdılar. İndi onların yazdıqları məktubların məzmunu əvvəlki
tək sadə, sadəlövh deyildi. Bu məktublar yazan adamın xarak-
terinin formalaşdığını göstərirdi. 
Məsələn, Zosya kifayət qədər qısa, lakonik cümlələr işlədirdi.
Yazırdı ki, gimnaziyada oxuyanlar arasında o, ən kasıbı olsa da,
təhsildə birincidir. Vatyanın məktubları isə əhatəli idi. Uğurları
barədə qısa yazır, yoxsulluğu haqqında heç eyham da vurmurdu.
Xeyirxah himayədarı haqqında tam bir səhifə yazırdı.
Dördüncü ilin sonunda uşaqlardan belə bir məzmunda
məktub aldılar:
“Əziz valideynlər!
Mən buraxılış imtahanlarını əla verdim. Bütün fənlərdən
yaxşı bal topladım, cəbhə fənni üzrə birinci oldum. Məni
Peterburqdakı zadəgan polkuna göndərirlər. Buna görə də xahiş
edirəm nəzərə alınmayan xərclər üçün müəyyən qədər pul
göndərəsiz.
Sizin itaətkar oğlunuz Z.Sokirin”.
– Sokirin, Sokirin, pis əlamətdir, – Nikifor Fyodoroviç öz-
özünə dedi və ikinci məktubu açdı.
“Mənim mehriban, əziz valideynlərim!
Allah sizin dualarınızı qəbul etdi və mənim zəhmətimi qiy -
mət ləndirdi. Mən öz imtahanlarımı, demək olar ki, müvəf fəqiy -
59
Əkizlər

yətlə verdim. Mənim himayədarım da çox sevindi. O sizə və
ləyaqətli Stepan Martınoviçə salam göndərir. İmtahanları uğurla
verdiyimə görə mənə çox qiymətli mükafat təqdim etdilər. Rek-
torun özü Vergilinin latın dilində olan nəfis cildli “Enei da”sını
təqdim edərkən hamının qarşısında elan etdi ki, mən döv lət
hesabına universitetdə istədiyim fakültədə təhsil almağa layiq
görülmüşəm. Mən tibb fakültəsini seçdim. İndi sizin vali deyn
xeyir-duanızı və məsləhətinizi gözləyirəm. Hansı universiteti
məsləhət bilirsiniz, Xarkov, yoxsa yaxınlıqda olan Kiyev univer-
sitetini? Mən sonuncunu istəyərdim, çünki orada tibb sahəsi üzrə
yaxşı professorlar var. Həm də sizə – mənim sevimli və əziz vali-
dey nlərimə bir qədər yaxın olardım.
Sizin xeyir-duanızı və məsləhətinizi gözləyirəm. Sizin
mehriban valideyn əllərinizi öpürəm. Sizə daima sədaqətli olan
oğlunuz S.Sokira.
P.S. Mənim əvəzimə unudulmaz Stepan Martınoviçi öpün.
Dünən və bu gün bizim xeyirxahımız ayaq və bel ağrılarından
şikayətlənir, artıq üçüncü gündür ki, evdən çıxmır. Onun qiymətli
sağlamlığı üçün mənimlə birgə siz də dua edin”.
Məktubu oxuyub qurtarandan sonra Nikifor Fyodoroviç dedi: 
– Allah, sənə çox şükür, heç olmasa biri adama oxşadı!
– Özü də necə adam! – deyə Karl Osipoviç əlavə etdi. – Mən
sizi inandırıram, ondan doktor, magistr, professor, özü də məşhur
cərrah çıxacaq. Bir çox elmi cəmiyyətlərin üzvü olacaq. İnanın
ki, belə də olacaq. Ay səni gənc həkim! – deyə qışqırdı və kətili
döyəclədi...
Praskoviya Tarasovna Karl Osipoviçə müraciətlə:
– Siz fikirləşirsiz, Zosidən bir şey çıxmayacaq?
– Yox, Allah eləməsin, elə fikirləşmirəm! Ondan yaxşı zabit,
polkovnik, general, hətta feldmarşal ola bilər. Bu onun özündən
asılıdır.
– Nə olub görmüşük, nə olacaqsa bundan sonra görərik, –
quru səslə Nikifor Fyodoroviç əlavə edib öz arıxanasına yollandı.
60
Taras Şevçenko

O, uzun müddət qeyri-müəyyən, kədərli fikirlərlə arıxananın
ətrafında gəzdi. Nəhayət, özünü ələ alıb sakitləşdi, hər şeyin
yaxşı olacağı ümidiylə Boqdan Xmelnitskinin “Olacağa çarə
yoxdur, yazıya da pozu” müdrik kəlamını təkrarlayaraq xutora
qayıtdı.
Növbəti gün o, İvan Petroviçə səmimi təşəkkür məktubu
yazdı. 25 rubl pul göndərib İvan Petroviçdən acizanə xahiş etdi
ki, onu uşaqlara versin.
Bir aydan sonra valideynlər Vatyanı xutorda, öz evlərində
qucaqlayıb öpəndə sevinclərinin həddi-hüdudu yox idi.
O, Kiyevə gedəndə yoldaşlarını dilə tutdu ki, bir günlüyə olsa
da xutorda qonaq qalsınlar. Onlar məmnuniyyətlə razılaşdılar.
Zosya Peterburqa Xarkov yolu ilə getdiyi üçün Pereyaslavaya
gələ bilmədi. Yalnız məktub yazmışdı. Karl Osipoviç məktubu
Nikifor Fyodoroviçə kənardan göstərəndə o, Praskoviya
Tarasovna üçün “Kapitan Kopeykin haqqında povest”i oxuyurdu.
Əlbəttə, Kopeykin haqqında hekayət yarımçıq qaldı. 
Nikifor Fyodoroviç məktubu ürəyində oxumağa başladı.
Oxu yub qurtaranda acıqla döşəmənin üstünə tullayıb dedi:
–Yalnız pul istəməyi bilir. Üç yüz rublu istəmək ona zarafat
gəlir.
Sakit bir yer tapıb əyləşdi, Karl Osipoviç də onun ardınca
çıxdı. Praskoviya Tarasovna ehtiyatla məktubu qaldırıb Vateyə
verdi ki, oxusun. Vate astadan oxumağa başladı.
“Mənim əvəzsiz valideynlərim!
Allahın köməyi ilə mən artıq qrinader polkunun zabitiyəm.
Özünüz bilirsiniz ki, qvardiya zabiti özünü necə saxlamalıdır.
Bura nə Poltava, nə də əldən düşmüş Pereyaslavadır. Xeyirxah
insanlar deyirlər ki, bura paytaxtdır. Buna görə də ilk günlər üçün
mənə ən azı 300 rubl lazımdır. Sizin oğlunuz Z.Sokirin”.
Vatya məktubu büküb Praskoviya Tarasovnaya verdi.
– Sən axıra qədər oxudunsa, ver mənə gizlədim.
– Mən hamısını oxudum.
61
Əkizlər

Yazıq arvad inanmayıb məktubun sətirlərini bir-bir saydı. Acı
həqiqətə əmin olanda məktubu stolun altına tulladı, əlləriylə
üzünü qapayıb acı-acı hönkürdü.
Yazıq, bədbəxt qadın! Bu, yalnız zəhərli toxumun hələ yenicə
açılmağa başlayan gülüdür.
Bir neçə gündən sonra o, göz yaşları içində Nikifor Fyodo -
ro vi çə yalvarıb ondan 300 rubl aldı. Vatya artıq getmişdi. Nikifor
Fyodoroviç Zosyaya məktub yazmaqdan imtina etdi. Yazıq qadın
kilsə hərfləriylə ona belə bir məktub yazdı:
“Mənim Zosyam, mənim şahinim! Yalvarış və göz yaşları
içində sənə pul göndərirəm. Nikifor Fyodoroviçin sənə acığı
tutub”.
Pulu məktuba büküb, özü poçta apardı ki, yola salsın. Poçt
müdiri ünvansız zərfin içindəki pulla məktubu görəndə çox
təəccübləndi. Praskoviya Tarasovna Karl Osipoviçin yanına getdi
ki, ünvanı yazsın. O, ünvanı yazıb məktubu yola saldı. 
Qvardiya çavuşu pulu alıb məktuba heç diqqət yetirmədi,
kağız yerə düşdü. Digər qvardiya çavuşu məktubu yerdən
qaldırıb oxudu və cibində gizlətdi.
Səhəri gün ekzertis-qauze (çavuş) məktubu polk yoldaşlarına
göstərdi və bununla da tamaşa başlandı. Zosya əvvəl nə baş
verdiyini anlaya bilmədi.
Başa düşəndə nə fikirləşdisə, gözəl səhərlərin birində,
təlimdən sonra özü kimi çavuşları yığıb Sen-Jorja dəvət etdi. On-
lara yaxşı qonaqlıq verdi və yarımsərxoş halda lakonik yazılmış
məktub barədə danışdı.
Belə ki, guya, onun (Zosyanın) Poltavada amikası, yəni
məşuqəsi var. Savadsız, lakin varlı tacir arvadıdır. Ərindən pul
oğurlayıb bax, sizin bu dostunuzu təmin edir...
Dəstə “Ura!” – qışqırıb “Bütün savadsız məşuqələrin sağlı -
ğına” içdilər. Sağlıqlar axşama qədər uzandı. Axşam bütün dəstə
Talioniyə baxmağa getdilər, əlbəttə ki, xoşbəxt məşuqun hesa -
bına. Heç yarım il keçmədi ki, xutorda xoşbəxt məşuqdan aşağı -
dakı məzmunda məktub aldılar:
62
Taras Şevçenko

“Mənim zərif, qayğıkeş valideynlərim, sizin ucbatınızdan
mən qvardiyanı atıb orduya keçmək üçün xahiş etmək məcburiy -
yətində qaldım. Ona görə ki, mən dilənçi vəziyyətindəyəm. Sizin
isə sandığınızda qızıllar aşıb-daşır.
Sizin qədirbilən oğlunuz Sokirin”.
Lakin onun orduya köçürülməsinin səbəbi başqa idi.
Günlərin birində Martsinkeviçin məşhur rəqs sinfində (hər
cümə günü ora gedirdi) hansısa fahişə qadına görə o, sərxoş halda
bir çərkəzlə dalaşdı. İşə polis qarışmalı oldu. Əhvalat bunula bitdi
ki, asiyalı olduğu üçün çərkəzi bağışladılar, avropalı olduğuna
görə rütbəsini saxlamaqla mənim qəhrəmanımı əvvəlcə orduya,
sonra da Həştərxandakı daxili xidmət qarnizonunun batalyonuna
keçirtdilər.
Sonra baş verənlərlə səbirli və sevimli oxucularımı yorma-
maq üçün bir çox əhvalatın üstündən keçməli olacam.
Dostum bütün yaramazlığına baxmayaraq, artıq kapitan
rütbəsinə çatmışdı. Onun qardaşı isə müqəddəs Vladimir Univer -
sitetində kursu yenicə bitirmişdi. İmtahanların nəticəsinə əsasən
ona on ikinci dərəcəli həkim rütbəsi verildi. Təqdimatdan sonra
elan etdilər ki, dövlət məsrəfinə təhsil aldığı üçün hökumətin
göstərişi ilə Orenburqakı üçüncü dərəcəli hərbi xəstəxanaya
həkim təyin olunur.
Növbəti gün dəftərxanada məvacibinin üçdə bir hissəsini, yol
xərcini və digər ödəncləri verib onunla xudahafizləşdilər.
Beləliklə, Vatya qədim Kiyevi ola bilsin ki, həmişəlik tərk
etdi.
Savvati qərara gəldi ki, iki həftəni xutorda, öz sevimli
valideynləriylə keçirsin. Xutorda həyatın yeknəsəq olmasına bax-
mayaraq, günlər sürətlə keçirdi. Həmişə belədir, sevincli günlər
tez, kədərli günlər isə ləng gedir.
Ayrılıq ərəfəsində nahardan sonra Nikifor Fyodoroviç Savva -
tinin qoluna girib, adəti üzrə onu arıxanaya gətirdi. Arıxanaya bir
ne çə addım qalmış dayandı, iki bəzəkli cökə ağacını ona gös tə -
rib dedi:
63
Əkizlər

– Bu iki ağacı siz mənim xutorumda tapılanda Andruşadakı
yepiskop bağından gətirib sevincli günlərimdən xatirə kimi
əkmişəm. Gör indi onlar necə böyüyüb, boy atıb, necə də qəşəng
gülləri var. Bu qoca yaşımda allah mənə qismət eləmədi ki,
səninlə qardaşına bu qoşa cökə ağacı kimi baxıb fərəhlənim.
Sənin qardaşın xeyirxah insan xilqətini təhqir etdi. Doğma ol-
masa da, sizə ən zərif, ən mehriban, qayğıkeş ana olan bir insanı,
mənim xeyirxah arvadımın simasında insanlığın ülvi təbiətini
təhqir etdi. Məni unuda bilər. Mən sərt adamam və artıq nəvazişi
sevmirəm. Onu necə, o əzabkeş insanı, bir an da olsun gözünü
onun üstündən çəkməyən ananı unutmaq olarmı?
Beş ildir gözü yolda qalıb, heç olmasa əl boyda kağız yazıb
bu bədbəxt insanı sevindirmək olmazdımı? O yazıq gecə-gündüz
dua edib ağlayır. Doğrudur, mən özüm günahkaram...Ancaq o,
oğlunu zabit görmək istəyirdi, naşükür adam yox...Bəli, nə
əkərsən, onu da biçərsən.
Onlar sakitcə arıxanaya daxil olub, cökə ağacının altında
əyləşdilər. Nikifor Fyodoroviç sözünə davam etdi:
-Bəli, Vatya, ağırdır, arzularının həyata keçməsinə ümid qal-
mayanda çox ağır olur. 
Vatya, sən sabah uzaq bir ölkəyə gedirsən. Biz qocalara
yazığın gəlsin, heç olmasa sən yaz. Tənbəllik eləmə, özün barədə
əhatəli yaz. Heç nəyi bizdən gizlətmə. Əgər nəyəsə ehtiyacın
olarsa çəkinmə, mənə yaz. Sənin üçün heç nə əsirgəmərəm...
İndi sənə 300 verim, yolda pul çox lazım olur. Mənim qarım
Zosyaya da pul göndərib. 
Və pulu Vatyaya uzatdı.
Vatya puldan imtina edib dedi ki, yolda sərf etməyə pulu var,
əgər sonra lazım olsa yazar. Çox pul yolda ağır yükdür.
– Özün bilərsən... Pula ehtiyacı olmayana ən varlı adam
deyirlər...
İndi, Vatya, ürəyimdə nə vardısa hamısını sənə dedim. Bir
daha xahiş edirəm, biz qocaları unutma, xüsusən o yazıq qadını.
64
Taras Şevçenko

Zosyanın susması onu həlak edib... Bundan sonra qoca istirahət
etmək üçün getdi, Vatya Kotlyarevskinin “Eneida”sını götürüb
oxumağa başladı.
Axşam hamı bir yerə yığılanda Vatya Nikifor Fyodoroviçə
dedi:
– Mən çoxdan bəri istəyirəm sizin skripkaya baxım, həmişə
də yadımdn çıxır. Gərək ki, demişdiniz çox qiymətli skripkadır.
– Hə, qiymətlidir. Ona görə qiymətlidir ki, onu mənim
rəhmətlik atam çalıb, dünyasını dəyişəndə mənə vəsiyyət etdi.
– İcazə verin ona baxım.
– Bax, sən onda nə görəcəksən?
– Bəlkə, nəsə gördüm.
Bunu deyib Nikifor Fyodoroviçin otağına getdi. Yeşikdən
skripkanı çıxarıb simlərini yoxladı. Geniş olan qonaq otağına
keçib bir melodiya çaldı, sonra qədim slavyan mahnıları əsasın -
da Levitskinin variasiyalarını ifa etdi:
Mən niyə dünyaya gəldim,
Buna günahkar kim ola.
Effekt çox gözlənilməz oldu. Dinləyənlər bir neçə dəqiqə
donub qaldılar. Skamyadan ilk qalxan Nikifor Fyodoroviç oldu.
Göz yaşları ilə virtuozu qucaqlayıb söylədi:
– Mənim oğlum, mənim sevincim! Mənim son ümidim!
Skripka çalmağı kimdən öyrəndin, bu ilahi mahnını nə vaxt,
harada öyrənmisən?
Savvati ona dedi ki, Kiyevdə, daha doğrusu, Krestdə skripka
çalan qoca dilənçi öyrədib. Onunla tanış oldum, evə dəvət etdim.
O mənə nəinki skripka çalmağı, həm də musiqini duymağı
öyrətdi.
– Kiyevə yaz, qoy o ilahi şəxs mənim yanıma gəlsin. Mən
ona hər şeyi, hətta arıxananı da verərəm.
– O, artıq bu dünyada deyil. Mən onu öz çiyinlərimdə aparıb
Şekavitsa məzarlığında dəfn etdim.
– Sənə təşəkkür edirəm, mənim yeganə ümidgahım, böyük
bir insanı torpağa tapşırmısan.
65
Əkizlər

O, bir müddət susandan sonra sözünə davam etdi:
– Hey düşünürdüm ki, mən öz mirasımı, irsimi, kitablarımı,
skripkamı, quslimi kimə tapşırıb gedəcəm...Günaha batıb dedim
ki, onları mənimlə birgə tabutuma qoyarlar. Ona görə ki,
ətrafımda elə layiqli adam görmürdüm. İndi o adamı görürəm, o
sənsən, mənim son ümidgahım! İndi skripkanı özünlə götür,
hələlik qalanlarıyla başımızı qatarıq, sonra yiyə durarsan...
O, qusliyə yaxınlaşıb onu açdı, simlərini yoxladı, iki əliylə
qalın gümüşü saqqalını (artıq üç il idi ki, saqqal saxlayırdı)
tumarlayıb Ossian kimi simlərə toxundu:
Hələ yaşamağa dəyər...
Prelyüdü sona yetirəndən sonra o, qoca, titrək, lakin ilhamlı
səslə oxumağa başladı. Savvati də öz cavan tenor səsiylə ona
qoşuldu:
Çöl düzündə tənha məzar
Yoldan keçənə deyir:
Mənə bax, ibrət götür,
Bu torpaq adam yeyir...
Karl Osipoviç daha tab gətirə bilmədi, cibindən yaylığını
çıxartdı, göz yaşlarını silmək üçün qonaq otağından çıxdı. Onlar
oxuyurdu:
Qartal yüksəkdən uçur,
Dənizin o tayına.
Qanad çalır yetmək üçün
Balasının hayına.
Sən dənizsən, sən bilməzsən
Fələk kimləri seçir, 
Yetimlərin qəriblikdə
Günü ah-vayla keçir...
Karl Osipoviç daha qonaq otağına qayıda bilmədi...
Səhəri gün din xadimləri, xutor əhalisi Savvatini yolasalma
mərasiminə toplanmışdı. Əvvəlcə rahibin özü müqəddəslər
haqqında mədhiyyə dedi, sonra Stepan Martınoviç öz şagirdləri
66
Taras Şevçenko

ilə birgə “Ey Müqəddəs Ana!” mahnısını xorla oxudu. Dua məra -
siminə keşişin özü rəhbərlik etdi, Stepan Martınoviç isə həvari -
lərin yazdıqlarını nəzmə çəkdi.
Ruhanilərə naharı qonaq otağında, şagirdlərə isə həyətdəki
taxtın üstündə verdilər. Onlara xidmət olunmasına Praskoviya
Tarasovnanın özü nəzarət edirdi. Ziyafətin sonunda Tarasovna
şagirdlərin hər birinə kitab, bir banka bal və beş rubl pul verdi.
Axşamüstü Savvati Nikiforoviç faytonla Poltavaya yola
düşdü. 
Poltavada mərhum İvan Petroviçin evini ziyarət etdi. Onu
gənc, bir qədər yöndəmsiz adam və artıq kor olmuş Qapko qarşı -
ladı. Savvati Nikiforoviç keçmiş himayədarının evində onun ru -
huna cənazə duası oxudu, bu xeyirxah insanın xatirəsini bir daha
yad edib kədər içində Poltavanı tərk etdi.
Kilsəni ötüb dağdan aşağı endi. Köhnə taxta kilsə ilə üzbəüz
XVII əsrin abidəsi olan, Martın Puşkaryov tərəfindən tikilmiş ağ
kilsənin qarşısında dayanıb uzun müddət ona baxdı. 
Sonra gözləri yaşıllığa bürünmüş komanı axtardı. Yoldan
gəlib keçənlər düşündülər ki, bu adam ona kiminsə su gətirə -
cəyini gözləyir, amma gəlib çıxmaq bilmir. 
Savvatiyə elə gəldi ki, koma boşdur, artıq faytonçuya “sür”
demək istəyirdi. Birdən sınmış pəncərədən qucağında uşaq tutan
gənc qadını görüb diksindi. Ehtiyatla və pıçıltı ilə ona müraciət
etdi:“Gəlmək olar?”
– Olar – deyə gənc qadın cavab verdi.
O, cəld faytondan tullandı və bir neçə addımdan sonra artıq
komada idi.
– Salam, Nastya, məni tanıdın?
– Yox, – dedi və qadın qızardı.
Savvati uzun müddət kədərli baxışlarla onun çox gözəl
görünən, həyəcandan qalxıb enən sinəsinə və allanmış bənizinə
baxdı. Gənc qadın da susurdu. Əgər əynindəki ağ köynəyin
yaxalığı qalxıb enməsəydi, elə bilərdin ki, heykəldi.
67
Əkizlər

Birdən üzündəki allıq bəyazlaşdı. Qucağındakı ağbənizli
körpə elə bil Penelopun mərmərdən yonduğu heykəlin üstündə
oynayırdı. Savvati onun ağ əlindən tutub dedi:
– Demək, sən məni tanımadın, Nastya?
– Tanıdım...Sizi həyətdə görəndə tanıdım... ancaq deməyə
utandım...
Onun qonur gözlərindən iri göz yaşları yavaş-yavaş
diyirləndi. Uşaq əllərini Savvatiyə uzatdı: “Tatu! Tatu!”
Mən uzaqlara gedirəm, Nastya, gəldim ki, səninlə vidalaşım.
Qadın pıçıltıyla – sağ olun, – dedi.
– Əlvida, mənim Nastyam, salamat qal! – deyib onun yanaq -
larından öpdü, tələsik küçəyə çıxdı və faytona əyləşib getdi.
Nastya uzun müddət bir yerdə dayanıb pıçıltıyla deyirdi:
“Əlvida, əlvida!” və uşağa baxıb acı-acı hönkürdü.
Vorskle körpüsünü keçəndə Savvati üzünü Poltavaya çevirdi,
gözləriylə ağ komanı axtardı. Ağ koma yaşıllıqlar arasında çox-
dan itmişdi...
Fayton Poltavadan uzaqlaşdıqca, Savvati keçmişi daha çox
xatırlayırdı...
...On üç yaşlı Nastya çox qəşəng qız idi. Hər bazar günü
nənəsinin yanına gəlib bir günlük qonaq qalanda həmişə başına
qırmızı lent bağlayardı, lentə müxtəlif güllər taxardı. Oynayıb
yorulanda tez nənəsinin yanına qaçıb ona sığınar, böyük adamlar
kimi xəyala dalardı. On üç yaşlı qız nə arzulaya bilərdi?.. İstəyirdi
ki, Vatya kilsədən tez çıxsın, gəlib nahar edəndən sonra
gözbağlıca oynasınlar. Mən güllərin arasında gizlənərəm, Vatya
da axtarıb məni tapar...
Bir neçə il də keçdi, uşaq məhəbbəti artıq özgə xarakter
almışdı. Nastya boy-buxunlu, on altı yaşlı gözəl qız olmuşdu.
Vatya isə on yeddi yaşlı cəzbedici gənc idi. Gecələr hər ikisinin
yuxusu ərşə çəkilirdi. Nastya bağçadakı çardağın altında əyləşib
gecənin yarısına qədər oxuyardı:
Gecə keçdi, səhər oldu,
Sən gəlmədin...
68
Taras Şevçenko

Vatya da gecə keçənə qədər onun mahnılarına qulaq asardı.
Yay gecələri onları daha da yaxınlaşdırdı. Gecə görüşləri öpüş -
lərlə qurtarardı. Bu məsələdə Vatya comərd idi... Lakin şeytan
güclüdür, xüsusən təcrübəsizləri çox tez yoldan çıxarır. Əgər
Vatya imtahanları əla verib tezliklə Kiyevdən getməsəydi, bəd -
müşk ağacının altındakı gecə görüşlərinin sonunun necə qurta -
racağını bir allah bilir. Bu onun ilk və demək olar ki, son
məhəbbəti idi.
Zosyada da bu ehtiras erkən oyanmışdı. O, nəzarətçinin böyük
qızı Olimpiada Karlovna ilə məhəbbət macəralarını yaşa yırdı. Bu
məhəbbət onun zadəgan polkuna getməsiylə sona yetdi. Qvardiya
zabiti mundiri qamətli gənci zərif cinsin nəzərlərindən yayın -
dırmadı. O özündə sirli güc hiss edirdi. İstərsə evli, istərsə də
subay olsun, qadınlara münasibətdə əsl Don Juan idi.
Həştərxana gələndə o öz Yakilınasını oğlu ilə birlikdə Svis-
tunun çirkli döngəsində gizlətdi. Özü isə şəhərdə ev kirayələdi.
Arvadına dedi ki, bunu hərbi xidmət tələb edir. Sadəlövh qadın
da ona inanmışdı. Yalnız batalyon komandiri və onun adyutantı
xid mət kitabçasından bilirdilər ki, o, evlidir. Bir də, deyəsən,
məhəllə nəzarətçisi olan polis məmuru bunu hiss etmişdi. Çünki
bu məhəllədə ştabs-kapitanın arvadı Sokirina yaşayırdı.
Bütün bunların elə bil Zosyaya heç bir dəxli yox idi. 
Zosim tədricən hər bayram və bazar günləri səylə erməni
kilsəsinə və erməni seyrəngahına gedirdi. Artıq qısa müddətdə o,
bir deyil, bir neçə erməni mataxası (erməni qızı) ilə yaxınlıq
etmişdi. Xüsusilə varlı ermənilərin oğlanları kef məclislərində
tez-tez onun caynağına keçir, kart oynayıb uduzurdular. Əlbəttə,
bu oyunun sonu həmişə dava ilə qurtarırdı. Buna görə də şəhərə
qayıdanda üz-gözü başqa şəkil alır, tanınmaz olurdu. 
Bəzən belə görkəmdə Yakilınanın yanında peyda olanda
inandırmağa çalışırdı ki, ona bağışlamaq üçün Novopetrovskidən
gə tirilmiş türkmən arqamakı (türkmən at cinsi) almaq istəyirmiş.
Atı minib yoxlamaq istərkən yıxılaraq bu vəziyyətə düşüb. Təbii
ki, yazıq qadın ona inanırdı. 
69
Əkizlər

Üz-gözü qaydaya düşən kimi nişanlanmış kartlarla yenə də
yoxa çıxdı və bir müddətdən sonra yenə də həmin portret
cizgilərlə qayıtdı. Bu dəfə Yakilınaya dedi ki, N. tacirindən onun
üçün Vyatski üçlüyü (üç at) almaq istəyib, amma o əcaib üçlük
gör onu nə hala salıb. Belə portret əhvalatları tez-tez təkrar
olunduğundan sadəlövh Yakilına nəsə xoşa gəlməyən hal baş
verdiyindən şübhələnməyə başlamışdı.
1847-ci ilin qışında o, üç ay Yakilınanın yanında görünmədi.
Aylar keçdi, Zosim yoxdur. Yakilina fikirləşdi ki, bəlkə, allah elə -
mə sin, atdan yıxılıb ölüb.
Bir gözəl səhərlərin birində hərbi qulluqçular üçün baş dus-
taqxanadan çapar peyda olub ona dedi: sizin cənabınız əmr etdi
ki, onun üçün iki qriven və bəzi şeylər verəsiniz.
O, qorxu içində soruşdu: – Hansı cənab?
– Cənab ştabs-kapitan Zosim Nikiforoviç.
– Nə üçün?
Çapar əvvəlcə gülümsədi, malorusiyalı olduğundan qadın
məsələnin nə yerdə olduğunu anladı. Tez özünə gəlib Qritsyanın
əlindən tutaraq çapara dedi: “Gedək!”...
Yazıq qadın, heç nədən hali olmadan nəyin vardısa hamısını
məhkəmənin yolunda sərf etdin. 
Zosim hərbi dustaqxanada saxlanılırdı. Törətdiyi müxtəlif
cinayətlərə görə mühakimə olunacaqdı. Sən öz gəlişinlə hər şeyə
son qoydun, bütün nəzarətçilərin önündə onu öz ərin kimi qəbul
etdin. Halbuki bütün şəhər bilirdi ki, o, erməni NN-in kürəkənidir
və gözəl erməni qızını qaçırıb, hamıdan gizli Çyornıy Yarıda
kəbin kəsdirib. 
O, erməni qızının gözəlliyinə deyil, varlı atasının puluna
vuru lmuşdu. Qızın atası onu məmnuniyyətlə bağışladı, amma iş
pul məsələsinə çatanda dedi: – ç e k a. Bu zaman mənim qəhrə -
ma nım fikirləşməli oldu: “Yaxşı olmadı! Onda başqa tərəf dən
yaxınlaşmaq lazımdır”.
Evə gəlib erməni qızını əvvəlcə söyməyə, sonra dilə tutmağa
və yalvarmağa başladı ki, məhz onun xoşbəxtliyi naminə atasının
70
Taras Şevçenko

varidatını oğurlasın. Lakin erməni qızı bu təklifi qətiyyətlə rədd
etdi: – Ç E K A
– Çeka, çeka də! – deyə mənim qəhrəmanım qızı bir daha
təhqir edib, bütün bahalı, qiymətli qızıl əşyalarını, bəzək şeylərini
alıb evdən qovdu.
Bu qəza-qədərdən sonra mənim qəhrəmanım öz iyrənc
əməllərini daha da artırdı... Nəhayət, hərbi təcridxanaya salındı...
...Praskoviya Tarasovna evdə tək qalıb darıxanda ya həyət-
bacada özünə iş tapır, ya da Altanı aşıb Stepan Martınoviçin
məktəbi və arıxanasıyla maraqlanırdı. Stepan Martınoviç də
böyük həvəslə onu görülən yeni işlərlə tanış edirdi. Bu gün də
Altadan qayıdıb evə yaxınlaşanda Praskoviya Tarasovna Karl Osi -
poviçin arabasını həyətdə gördü. Nikifor Fyodoroviç də tələsik
addımlarla ona yaxınlaşırdı. Onun dümağ saqqalını külək dağıdırdı.
Praskoviyanı görən kimi Fyodoroviç ucadan səsləndi: –
Parasko! – Bu zaman əlində tutduğu məktubu yuxarı qaldırdı.
Tarasovna məktubu görüb qışqırdı:
– Hansınnandır?
– Vatyadandı, Orenburqun özündən!
Praskoviya Tarasovnanın bir dəqiqəliyə elə bil dili tutuldu.
Karl Osipoviçə salam verməyi də unutmuşdu. Hamı evin
qabağındakı artırmaya çıxdı. Nikifor Fyodoroviç öz otağına keçdi
ki, eynəyini götürsün, Marinanı da Stepan Martınoviçin ardınca
göndərdi: “Ona de ki, Vatyadan məktub gəlib, oxumaq lazımdır”.
Nikifor Fyodoroviç eynəyini silməyə macal tapmamışdı ki,
Stepan Martınoviç artıq Altanı keçib gəlirdi.
Hamı öz yerini tutandan sonra Nikifor Fyodoroviç köhnə
eynəyini gözündə rahatladı, məktubu açdı, o tərəf, bu tərəfə çe-
virdi, yüngülcə öskürüb oxumağa başladı:
“Mənim əziz və unudulmaz valideynlərim!”
Nikifor Fyodoroviçin səsi əsdi və o, şikayət etməyə başladı
ki, eynəyi tamam zəifləyib dumanlı göstərir. Buna görə də
məktubu Karl Osipoviçə uzatdı və xahiş etdi ki, yavaş-yavaş
71
Əkizlər

oxusun. Karl Osipoviç də öz növbəsində eynəyini asta-asta
çıxarıb gözündə rahatladı, öskürmək əvəzinə tənbəki iyləyib
oxumağa başladı:
“Mənim əziz və unudulmaz valideynlərim!”
Nikifor Fyodoroviç nəfəsini içinə çəkmişdi, Praskoviya
Tarasovna bütün varlığıyla diqqət kəsilmişdi, hətta göz yaşlarını
da silə bilmirdi. Karl Osipoviç davam etdi:
“Qiyabi olaraq sizin xeyirxah, nəvazişli əllərinizi öpürəm və
bizi yaradan Allaha dua edirəm ki, mənim üçün ən qiymətli olan
ömrünüzü uzun eləsin. Allaha şükür olsun, sağ-salamat təyin olu -
nan yerə gəlib çatdım. Artıq bir həftədir buradayam. Mənim
əzizlərim, fikrim var idi ki, çatan kimi məktub yazım, lakin bəzi
təxirəsalınmaz işlər imkan vermirdi.
İndi şükür Allaha, asudə vaxt tapıb sizə məktub yazıram.
Starıy Slabodkada hospitalla üzbəüz iki otaqlı mənzil kirayə -
ləmişəm. Dünən növbətçiydim, bu gün tamamilə azadam. 
Mənim fikrimcə, Orenburqun xarici görünüşü o qədər də xoşa
gələn deyil, amma xarici görünüş bəzən aldadıcı olur. Yaxşı olar
ki, bu barədə şəhərlə yaxından tanış olandan sonra yazım.
Qərara almışam ki, gündəlik yazıb hər həftə sizə göndərim.
O zaman məni öz yanınızda hiss edərsiz. Özüm haqqında daha
geniş yazmadığım üçün məni bağışlayın...
Karl Osipoviçə baş əyirəm və Stepan Martınoviçə çatdırın ki,
mən onu çox sevirəm, onun böyük, geniş qəlbinin vurğunuyam.
Mənim mehriban, əziz valideynlərim, sizin nəvazişli əllərinizi
dönə-dönə öpürəm. Əbədi olaraq sizi sevən oğlunuz Vatyanı
unutmayın!”
Karl Osipoviç məktubu oxuyandan sonra onu ehtiyatla büküb
Nikifor Fyodoroviçə uzadaraq söylədi: 
– Olduqca yetkin və qabiliyyətli oğuldur.
O isə məktubu alıb öpdü, stolun üstündə olan Konisskinin
salnaməsinin arasına qoydu və sakitcə artırmadan endi. 
Praskoviya Tarasovna Allaha yalvarıb ağlayırdı. 
72
Taras Şevçenko

Stepan Martınoviç stuldan qalxıb Karl Osipoviçə gözüylə
işarə etdi ki, ardınca gəlsin, ona vacib sözü var. Onlar kənara
çəkildilər, Stepan pıçıltıyla dedi:
– Mən Poltavada gəzib-dolananda bir daha əmin oldum ki,
qərib yerdə pulsuz yaşamaq necə çətin olur. Nə olsun ki, o
istəmir. Mən keçən il Moskva tacirlərinə bir qədər mum və bal
satmışam. O pula ehtiyacım yoxdur, məktəbdən aldığım məvacib
mənim yeməyimə, geyimimə çatır. İstəyirəm həmin pulu ona
göndərəm, necə məsləhət bilirsiz?
Karl Osipoviç də pıçıltıyla:
– Yox, gözləyin. Əgər sizdə artıq pul varsa, onun üçün daha
yaxşı daldabucaq tapmaq olar.
Onlar ayrıldılar.
İş bundaydı ki, Karl Osipoviç Həştərxandan bir zərfin içində
iki məktub almışdı. Biri onun öz adınaydı, ikincisi isə əgər
sağdırsa yüzbaşı Sokiranın, ya da Praskoviya Tarasovnanın adına.
Zosya Karl Osipoviçə yazdığı məktubda ümumi ifadələrlə
düşdüyü ağır vəziyyətdən danışırdı. Xahiş edirdi ki, əgər qocalar
sağdırsa məktubu çatdırıb desin, Zosya onlara yaxşı münasibət
bəsləyir və bir qədər pul göndərsinlər. Əgər pul göndərməsələr
o, tələyə düşəcək.
Karl Osipoviç bilirdi ki, məktub Nikifor Fyodoroviçin xoşuna
gəlməyəcək və ona göstərməmək qərarına gəlmişdi. Fikirləşdi
ki, məktubu Praskoviya Tarasovnayla Stepan Martınoviçə
oxusun, birgə səylə yazıq Zosyanı bu bəladan qurtarsınlar. Bu
işdən xəbərsiz Stepan Martınoviçə daldabucaq deyəndə buna
işarə etmişdi.
Adəti üzrə Nikifor Fyodoroviç arıxanada istirahət edəndə
imkan tapıb Zosyanın məktubunu onlara oxumağa başladı.
Məktub belə sadəlövh məzmunda idi:
“Mənim geniş ürəkli valideynlərim!
Dörd il qəddar dağlıların əsirliyində oldum... Nəhayət,
səxavətli insanların köməkliyi ilə bu cəhənnəmdən azad oldum.
73
Əkizlər

İndi Həştərxan şəhərində çıxılmaz vəziyyətdəyəm. Hərbi
xidmətdə sağlamlığımı itirdiyimə görə çalışıram ki, heç olmasa
üçüncü dərəcəli əlil kimi istefaya çıxım. 
Siz itaətkar oğlunuzu darda qoymayaraq heç olmasa, hələlik
mənə yüz rubl göndərsəniz ölənə qədər sizə minnətdar olaram. 
Sizin bədbəxt oğlunuz Zosim Sokirin olaraq qalıram. Karl
Osipoviç mənim ünvanımı bilir”.
Praskoviya Tarasovna məktubu sona qədər dinləyə bilmədi,
ah çəkib döşəməyə sərildi. Karl Osipoviç onun ətrafında vur-
nuxur, mənim pedaqoqum bu faciəni görəndə dərindən içini
çəkib nə edəcəyini bilmirdi...
Praskoviya Tarasovna özünə gələndə qışqırdı:
– Mənim Zosyam! Mənim balam!
Və yenə də huşunu itirdi. Mənim pedaqoqum hələ də ağzı
açıq vəziyyətdə dayanmış, dünyagörmüş Karl Osipoviç isə
əlacsız halda vurnuxurdu...
Praskoviya Tarasovna yenidən özünə gəlib su istədi, biçarə
öz-özünə nəsə pıçıldayıb uşaq kimi hönkürüb ağladı.
Bu zaman arıxanada istirahətdən qayıdan Nikifor Fyodoroviç
öz Paraskosunu döşəmədə oturub ağlayan görəndə səbəbini ayaq
üstə dayananlardan soruşdu. Karl Osipoviç baş verən faciənin
səbəbini bir neçə sözlə bildirib fəlakətli məktubu ona verdi. Fyo -
doroviç eynəyini taxdı, məktubu diqqətlə oxudu, Karl Osipoviçə
qaytarıb Praskoviya Tarasovna eşitməsin deyə sakitcə dedi: “At
getsin!” Karl Osipoviç bu dəfə ona heç nə demədi, burnunu
qaşıyıb tütün iynədi.
Bu arada Praskoviya Tarasovna bir qədər sakitləşmişdi, daha
ağlamırdı. Ətrafdakılar bacardıqları kimi onu sakitləşdirməyə
çalışırdılar. Nikifor Fyodoroviç onu tam sakitləşdirmək üçün
dolabından yüz karbovanlıq çıxarıb öz Praskoviyasına təqdim
edib dedi:
– Al, göndər ona!
Praskoviya Tarasovna pulu alaraq ona yalvardı:
74
Taras Şevçenko

– Mənim göy göyərçinim, o qaragünə heç olmasa bir söz yaz,
sevindir onu.
– Özün yaz.
– Mən yaza bilmirəm axı, necə yazım?
– Guya, mən yaza bilirəm? Necə istəyirsən, elə də elə, mən
yazan deyiləm.
– Siz necə, Karl Osipoviç, yazarsız?
– Stepan Martınoviçə tapşırın, qoy o yazsın. Mənim xəttim
yaxşı deyil.
– Siz onun müəllimisiz, Stepan Martınoviç, o, yazıqdı, heç
olmasa bir kəlmə yazın. Gecə-gündüz sizin üçün dua edərəm,
xalat tikdirmək üçün yun parça alaram, siz hələ də kətan xalatda
gəzirsiz.
Stepan Martınoviç yazmağa razılıq verdi. Nikifor Fyodoroviç
stolun üstünə mürəkkəb, qələm və kağız qoyub Karl Osipoviçlə
birlikdə qonaq otağından çıxdılar.
Stepan Martınoviç stol arxasında əyləşib qarşısına kağız qoy -
du, əlinə qələmi götürüb elə bir vəziyyət aldı ki, guya, rəssamdı,
şəkil çəkəcəkdi. Praskoviya Tarasovna da stol arxasında onunla
üzbəüz əyləşdi. 
Göz yaşları içərisində dedi:
– Belə yazın: “Mənim Zosyam, mənim istəkli oğlum!”
Stepan Martınoviç uzun müddət fikirləşib, nəhayət, yazmağa
başladı:
“Mənim yeganə oğlum, mərhəmətli hökmdar Zosim Niki-
firoviç!” 
O yaxşı bilirdi ki, məktubu savadsız arvadların dediyi kimi
yazmaq olmaz. Qaravəllidən sonra nə yazacağını soruşdu.
– Ardını belə yazın: “Mənim qartalım, Zosya! Sənə yüz kar-
bovan göndərirəm”.
Əlbəttə ki, sonrakı cümlələri o özü bildiyi kimi yazdı. 
Məktub kifayət qədər orijinal alındı. Bütün vərəq dolmuşdu.
Praskoviya Tarasovna ikinci vərəqi Nikifor Fyodoroviçdən istə -
məyə qorxurdu.
75
Əkizlər

Məktub ucadan oxunanda Praskoviya Tarasovna öz-özünə
fikirləşdi: “Mən də dəli olmuşam, bayaqdan ağlıma gələni
deyirəm. Gör o necə yaxşı yazıb”. Və yazıçıya minnətdarlıqla
baxdı.
Axşama yaxın hər şey qurtardı. Məktubu və pulu Karl
Osipoviçə verib xahiş etdilər ki, sabah poçtla yola salsın.
Karl Osipoviç ev sahibləri ilə xudahafizləşib öz arabasına
əyləşdi. Stepan Martınoviçi yanına çağırıb onun qulağına dedi:
– Sizin pulunuz lazım olmadı. Daldabucaq qapandı.
Bu hadisədən bir ay sonra mənim xutordakı qəhrəmanlarım
Orenburqdan məktub alıb sevinirdilər.Vatya öz himayədarı İvan
Petroviç Kotlyarevskini təkrar edərək öz gündəliyini “Orenburq
milçəyi” adlandırmışdı. 
Rəhmətlik Kotlyarevskinin “Poltava milçəyi” əsl arı idi. Bu-
rada sadə, vicdanlı bir gəncin gündəlik həyatı nəql olunurdu.
Amma mənim xutor qəhrəmanlarım öz əziz Vatyalarının həftəlik
hesabatını oxuyanda əsl poetik həzz alırdılar. Elə bil Vatya
onların gözlərinin qabağında idi. 
“Orenburq milçəyi” müntəzəm olaraq hər həftə xutora uçub
gəlirdi. Qocalar müxtəlif məzmunda olan məktubların öldürücü
ictimai mahiyyətini bilmədən “Milçəyi” ( “Muxa”) böyük qürurla
oxuyurdular.
Mahiyyət bundan ibarət idi ki, Vatya artıq açıq şəkildə
mövcud cəmiyyətdən, Orenburqda hökm sürən susqun, darıx -
dırıcı, boz həyat tərzindən şikayətlənirdi. O yazırdı: 
“...Həyat o qədər maraqsız və darıxdırıcıdır ki, bəzən yaşam
tərzini dəyişdirmək üçün zindan həyatını arzulayırsan”.
O, Orenburqa yola düşəndə qərara almışdı ki, tibb elmləri
doktoru adını almaq üçün dissertasiya müdafiə edəcək, məşhur
cərrah olacaq. Lakin burada onu boz, havasız mühit sıxırdı,
bildiklərini də unutmağa başlamışdı. 
Bu mənəvi durğunluq onda il yarımdan çox davam etdi. 
Orenburq həyatını dəhşətli yuxu kimi təsvir edirdi. Düşü -
nürdü ki, Orenburqun iqlimini əsas gətirib yerinin dəyişdiril -
76
Taras Şevçenko

məsini xahiş etsin, lakin bu vaxta qədər burada iqlimdən şikayət
edən olmamışdı. Baxmayaraq ki, Orenburqda soğan və digər
bostan bitkiləri əmələ gəlmir, amma iqliminə söz ola bilməz...
Sonrakı məktublarında Vatya uzunmüddətli ezamiyyətə
göndərilməsindən, Orsk qalasında düşərgə salmasından, buradakı
taleyi kəm insanların darıxdırıcı məişətindən, onların fərqli və
ağır yaşayış tərzindən yazırdı. Məktublarının birində Uraldakı
qalanı təsvir edirdi.
“...Belə də qala olar? Qırğızlar onu hədər yerə Yaman-Qala
adlandırmayıb. Deyirlər ki, nə vaxtsa burada şəhər olub... Bu
yuxulu sakit mənzərəni ayaqlarına kündə vurulmuş kütlənin kor -
pus komandirinin gəlişi ilə əlaqədar yolu qaydaya salması pozdu.
Kazarmaya yaxın meydanda isə əsgərlər hərbi təlim keçirdi.
Onların yanından keçəndə biri tanış adam kimi gözümə dəydi,
hündür, qamətli... Təbiətin qəribə işləri var, qardaşım Zosyaya
çox oxşayırdı.
Bu oxşarlıq məni bütün gecəni rahat buraxmadı, səhərin
açılmasını səbirsizliklə gözləyirdim.
30 aprel. Mən bu gün başağrısıyla komendantın qəbuluna get-
dim. O məni bir həmkarımla tanış etdi. Qarşılıqlı salamlaşmadan
sonra kompliment olaraq bu günlərdə Həştərxandan qalaya
gətirilmiş bir bədbəxtə çox oxşadığımı dedi. Mən ondan soruş -
dum: “Niyə məhz bədbəxt?”. O mənə izah etdi...
Onlarla xudahafizləşib, batalyonun dəftərxanasına getdim.
Dəftərxanadakı mirzədən soruşdum ki, bu yaxınlarda batalyona
gə tirilənlər arasında Zosim Sokirina adlı əsgər varmı? Mirzə
cavab verdi:
– Var, – mənə baxaraq əlavə etdi, – Zosim Nikiforoviç.
– Ona verilən məhkəmə hökmünü oxuya bilərəm?
– Olar.
Və mən bunları oxudum:
“Hərbi məhkəmənin hökmünə əsasən müxtəlif qeyri-qanuni
və əxlaqsız hərəkətlərinə görə sıravi Zosim Sokirin Əlahiddə
Orenburq korpusuna uzunmüddətli xidmətə göndərilsin”. 
Mən mirzədən soruşdum:
77
Əkizlər

– Həmin sıravi əsgərlə görüşə bilərəmmi?
– Olar. Xahiş edirəm ardımca gəlin.
Və mirzə məni kazarmaya gətirdi.
Bütün kazarmalara xas olan dəhşətli mənzərəni təsvir etmək
istəmirəm. Allah xatirinə, bu məktubu anama oxumayın. O yazıq
bütün bunlara, bu ağır zərbəyə dözə bilməz. Zosya çirkli qalın
köynəkdə daşın üstündə, başını dizlərinin üstünə sallayıb
oturmuşdu. Flaksmanın mütəfəkkiri kimi ədəbsiz əsgər mahnıları
oxuyurdu. Məni görən kimi özünü itirdi və tez də özünü ələ alıb
dedi:
– Qardaşım Vatya, bu sənsən?
– Mənəm.
– Bu da mənəm, – deyib qarşımda özünü dartdı.
Onun həqiqi biganəliyi məni titrətdi. Cavabı və hərəkətləri
qarşısında özümü itirmişdim. Uzun müddət ona heç bir söz deyə
bilmədim, o isə mənə acıq verirmiş kimi qarşımda özünü nüma -
yiş etdirirdi.
Nəhayət, fikrimi cəmləyib soruşdum:
– Sənə nəsə lazımdır? 
Vəziyyətini dəyişmədən dedi:
– Lazımdır!
– Nə lazımdır? 
– Pul!
– Mən sənə çoxlu pul təklif edə bilmərəm.
– Nə qədər bacarsan.
Mən ona yüz rubl verdim. O, pulu alıb əlavə etdi:
– Sağ ol, qardaş, biz bunu gözümüzə sürtərik.
Kazarmadan çıxanda ondan xahiş etdim ki, burda olduğum
müddət ərzində vaxt olanda görüşərik.
Olub ki, mən bəzən kədərli olmuşam, amma indiki kimi ağır
iztirab çəkdiyim olmamışdı. Mənə elə gəlirdi ki, Zosyanı yuxuda
görürəm. Doğrudan da, insanda bu cür kəskin dönüş necə əmələ
gələ bilər... Bir adamda bütün insani cəhətlər tamamilə ölə bilərmi?..
78
Taras Şevçenko

Otağa gələndən sonra pul kisəsinə baxdım. Orada bir onluq
da tapa bilməyəndə əmin oldum ki, bəli, bu, Zosyadır.
Ay Allah, o nə günə qalıb! Doğrudanmı, hər şey tərbiyədən
asılıdır? Yox! Qətiyyən, yox! Tərbiyə necə pis olursa olsun, onu
müəyyən qədər dəyişdirə bilər, lakin vəhşi heyvana çevirmək,
insanlığı bu cür məhv etmək gücündə ola bilməz.
Mənim bədbəxt Zosyamı bu rəzil vəziyyətə salan nə oldu?
Bu suala cavab tapa bilmədim. Cəmiyyət, mühit, yoxsa...”
Orsk qalasında olduğu sonrakı günlər barədə Vatyanın
gündəliyində maraqlı bir şey yox idi. Qardaşı onun yanına bir
dəfə əyyaş ədəbsiz zabitlə gəlmişdi. 
Əvvəlcə ondan 100, sonra 50, sonra 25, nəhayət, 10 rubl pul
istəmişdi. 10 rublu ona sabah, ayılandan sonra verəcəyini vəd
etdi. Onun yoldaşı and içirdi ki, Zosyanın dilinə bir damcı da
olsun içki dəyməyib...Zabitin sabahı gözləməyə hövsələsi çat -
madı, çəkinmədən Vatyadan pulu indi tələb etdi. Vatya ağıllı
hərəkət edərək ona pul verdi, yoxsa sərxoş vəhşi elə vəziyyətə
çata bilərdi ki, sonra məsələ polislə sonuclana bilərdi... Bu onun
Orsk qalasında qardaşıyla son görüşü oldu.
Orsk qalasından göndərdiyi son məktubda Vatya yazırdı ki,
bir müddət ondan “Milçək” gözləməsinlər. Gözlənilmədən
qərargahdan əmr alıb ki, Raim düzünə gedib N. adlı həkimi əvəz
etməlidir. 
Ola bilər, orada dörd il qalsın və bundan sonra o, xutora
“Raim milçəyi”ni yola salsın. Vatya yazırdı:
“...Mayın 12-də hərbi hissə, 3000 araba və 1000 dəvədən
ibarət karvanla Orsk qalasından çıxdı.
Birinci gün boş səhradan, arabaların, dəvələrin qaldırdığı toz
buludundan, başqırdların, dəvə karvanını çəkən yarıçılpaq
qırğızların səs-küyündən başqa, demək olar ki, heç nə görüb
eşitmədim. (Ola bilsin ki, vərdiş etməmişdim.) Səhər gün çıxanda
yola düşdük. Sakit, işıqlı və gözəl bir səhər idi. Mən qabaqda
Ural kazakları ilə gedirdim. Möcüzəli, eyni zamanda kədərli
79
Əkizlər

mənzərə keçirdiyim daxili hislərimə uyğun idi. Çöllükdə ceyran -
o tundan başqa nə ot, nə bir ağac görünürdü. Günəş qalxdıqca
səhra elə bil canlanırdı. Bir neçə dəqiqədən sonra üfüqdə ağ,
gümüşü dalğalar göründü. Ucu-bucağı görünməyən səhranı
nəhayətsiz okean-dəniz əvəzlədi. Dənizdəki nöqtələr getdikcə
böyüdü və yelkənli gəmilərə çevrildi. Lakin bu gözəllik uzun
çəkmədi. Yarım saatdan sonra səhra yenə də öz cansıxıcı, yek -
nəsəq görkəmini aldı. Üfüqün arxasından ağ buludlar göründü.
Mən buna çox sevindim. Kazaklardan biri söyləndi:
– Görürsən, bu it uşağı nə edir!
– Nə olub, Diy Stepanıç? – o biri kazak soruşdu. 
– Məgər korsan, görmürsən? Çöl yanır!
– Doğrudan ha, yanır! Ax, köpək uşağı!
Mən diqqətlə baxmağa başladım, doğrudan da, üfüqdə
görünən duman yerindən ağ tüstü topası qalxdı və tez də havada
yox oldu. Günortaya yaxın yüngül külək əsdi, mən tüstü iyi duy-
dum. Tezliklə Orinin gümüş zolağı açıldı, qarşıdakı körfəzdən
sərin meh üzümə vurdu. Rahat nəfəs almağa başladım. Dəstə
körfəzin ətrafına yayılana qədər mən artıq çimib çıxmışdım.
Gecə əsrarəngiz, təsviredilməz mənzərə yaranmışdı. Uzanıb
səmanı seyr etməyə başladım və bizim hörmətli rəssamımız
Pavlovu xatırlayıb yuxuya getdim. Yəqin ki, bu cür hislərlə yatdı -
ğıma görə yuxuda Martenin “Sodom və Homorr” əsərini gördüm.
Məni yuxudan dəstənin çaparı oyatdı. Karvan artıq yola düşməyə
hazır idi...”
Səbirli, inadkar və sevimli oxucularımı tam yormamaq məq -
sədilə mən qısaca olaraq qəhrəmanımın gündəliyinə əsasən onun
keçdiyi yolun yalnız xəritəsinin təsviri ilə kifayətlənəcəm.
“... Biz qarsalanmış çöllə xeyli getdik. Or vilayəti sağ əldə
qaldı, səhra əvvəlki darıxdırıcı görkəmini aldı. Yolun yarısında
gördüm ki, adamlar karvandan ayrılmağa başladılar. Kimisi atla,
kimisi piyada eyni istiqamətə yönəldilər. Mənimlə yanaşı gedən
başı çalmalı başqırddan bunun səbəbini soruşdum. O, uzaqda
80
Taras Şevçenko

görünən qara nöqtəni qamçısıyla göstərib dedi: “Mana aulya aqaç”.
(O, müqəddəs ağacdır.) Bu söz məni təəccübləndirdi. Necə? Bu
ölü çöldə ağac?
Mən atımı o tərəfə çapdım. Doğrudan da, yamyaşıl qədim
qovaq ağacı idi. Ətrafında xeyli adam vardı. İnanclı adamlar
ağacın budaqlarına müxtəlif rəngli parçalar, qırmızı lentlər, at
yalının rənglənmiş tüklərini və ən qiymətli qurban sayılan vəhşi
çöl pişiyinin dərisini bağlamışdılar. Ağacı son tərk edən mən
oldum. Ayrılanda atı saxlayıb bir neçə dəfə geri baxdım.
Gördüyüm möcüzəyə inana bilmirdim.
Biz Qarabutaq çayının yanında tikilən istehkamda dayandıq.
Keşiş tikilən qalaçaya xeyir-dua verdi. Tikintidə işləyənlərdən
biri məni və daha bir neçə nəfəri öz alaçığına nahara dəvət etdi.
Burada, Orenburqda o mənim yeganə tanış olduğum adam idi.
Xeyli səmimi söhbətdən sonra ondan ayrıldım. Gedəndə mənə
yol üçün bu səhrada ən qiymətli hədiyyə olan bir butulka as-
traqon və iki limon verdi. Bu hədiyyənin qiymətini Qara-Qumda
bildim. Qarabutaqdan İrgizə (İrtışa) qədər daha iki çox da böyük
olmayan çay keçdik – Yaman-Qayroklu və Yaxşı Qayroklu. Sağ
əldə olan dağların yamacında, İrgiz çayının sahilində, Batır
Dustanın məzarı yaxınlığında dayandıq. 
Bu o yer idi ki, dünən bizdən qabaqda gedən dəstəyə Xvin t -
lərin quldur dəstəsi hücum edərək bir neçə nəfəri öldürmüş, bir
neçəsini də əsir götürmüşdülər. Mən burada ilk dəfəydi başı kəsil -
miş və təhqir edilmiş cəsədlər görürdüm. Karvanın rəisi göstəriş
verdi ki, meyitləri torpağa basdırsınlar. Keşiş məzarların üstündə
dua oxudu.
Daha bir keçiddən sonra biz artıq Ural istehkamına çatmışdıq. 
On beş verst uzanan və cansıxıcı təəssürat yaradan səddi
görəndə bizim sorğumuza cavab olaraq başçı dedi: “Bura İrgiz-
Qaladır”. (“İrtış Qala”)
Biz Ural səddini keçəndən sonra iki dəfə gölün kənarında
dayandıq, üçüncü gecəni isə Calovlu çayında keçirtdik. Bu palçıqlı
81
Əkizlər

çaydan sonra dəhşətli Qara-Qum başlayır. Hələ səhərə xeyli
vardı. Karvan rəisi əmr etdi ki, günortaya qədər aşırımı keçmək
üçün indi yola düşmək lazımdır.
Üç sutka şineli əynimizdən çıxarmadıq. Qara-Qum səhra -
sında qəflətən külək dayanmağa başladı və günortaya yaxın
tamam kəsdi. Quyulara çatmağa hələ on verst qalmışdı. Bu on
verst mənə yüz verst kimi görünürdü. Dözülməz isti başlamışdı.
Həyatımda bu cür dəhşətli yanğı hiss etməmiş və bugünkü kimi
iyrənc su içməmişdim. Quyuları təmizləmək üçün əvvəlcədən
göndərilən dəstə onları tapa bilməmişdi. Biz əlacsız qalıb bu şor,
acı, turş, çirkli suyu içməliydik. Bu zaman mən Qarabutaqda dos-
tumun verdiyi hədiyyəni xatırladım. Limonun köməkliyi ilə bir
stəkan çay içə bildim...
Aşırımı keçəndən sonra cənub tərəfdəki üfüqdə çətinliklə
sezilən göy xətt göründü. O, Aral dənizi idi. Yorğun, əzgin karvan
dənizin havasını hiss edib birdən-birə cana gəldi. Ertəsi gün biz
Aral dənizindəki körfəzdə – Sarı Çaqanaqda çimirdik. 
Daha bir gün duzlu gölün sahili ilə gedib saksaul kolları ilə
örtülmüş düzənliyə çıxdıq. Sırdəryadakı Qamışlı Başıya çatana
qədər yolu gecələr getdik, çünki gündüzlər temperatur kölgədə
40 dərəcəni keçirdi. Günəş çıxanda biz Raim istehkamına
yaxınlaşırdıq. Uzaqdan İrgiz Qala kimi Raim istehkamı da
cansıxıcı görünürdü. Düz, üfüqi xətt üzrə güclə görünən uzun,
üstü qamışla örtülmüş kazarma uzanırdı. Raim deyilən yer yalnız
bundan ibarət idi. 
Demək olar ki, bütün qarnizon bizi qarşılamağa çıxmışdı.
Hamının bənizi dustaqlar kimi solğun, fərəhsiz idi. Mən dəhşətə
gəldim. Bir zabitdən soruşdum:
– Sizdə hansısa şiddətli epidemiya olub?
– Allaha şükür, hər şey yaxşıdır, – deyə cavab verdi.
İstehkama yaxınlaşdıqca geniş, göy rəngdə olan qamış zolağı
açılırdı. Qalın yaşıllığın bəzi yerlərindən gümüşü Sırdərya
boylanırdı.
82
Taras Şevçenko

Beləliklə, mən Raimdəyəm. 
Raim iki gölün arasına uzanan qurunun üstündə yüz il bundan
əvvəl Batır Raimin həlak olduğu yerdir. Sonrakı məktubda
olduğum yer barədə əhatəli yazaram.
Mənim əziz, unudulmaz xutorlularım, indi sizin sağ-salamat
olmağınız üçün Allaha dua edirəm. Xahiş edirəm, məni
unutmayın.
P.S. Qoy Stepan Martınoviç mənə məktəbi və arıxanası
barədə əhatəli yazsın, Karl Osipoviçə isə baş əyirəm, bilirəm ki,
onun yazmağa vaxtı yoxdur”.
Xutorda bu məktubu alandan iki il sonra mən xidməti
vəzifəmə görə bir neçə ay Zolotonoşidə və Pereyaslavada
yaşamalı idim. Pereyaslavada olduğum müddətdə köhnə və yaxın
dostlar kimi, demək olar ki, hər gün xutora gedirdim. Təbii ki,
“Raim milçəyi”nin kütləvi oxunuşunda daim iştirak etməli olur-
dum. Ona görə kütləvi oxunuş deyirəm ki, xutora kim gəlirdisə,
Nikifor Fyodoroviç “Milçəyi” onun üçün oxuyurdu.
Qış aylarında “Milçək”də nəsə əzgin, yeknəsəq vızıltılar hiss
etməyə başlamışdım. Təbii ki, xutorlular bunu hiss etmirdilər.
Sonuncu zərfdə Əlahiddə Orenburq Korpusunun çap olunmuş
əmri var idi. Orada yazılmışdı ki, Zosim Sokirin fərqləndiyinə
görə unter-zabitlikdən çavuşluğa keçirilir. O buna çox sevinir və
eyni zamanda öz-özündən soruşur, görəsən, o, nədə fərqlənib?
Savvatinin təzə yazdığı məktubu isə Nikifor Fyodoroviç ölüm
yatağında olanda ona hörmətli Stepan Martınoviç oxudu...
Ertəsi gün gecə saat üçdə Nikifor Fyodoroviç öz təmiz ruhunu
Bərzəx aləminə göndərdi. O, vəsiyyətində məni və Stepan
Martınoviçi qəyyum təyin etmişdi. Karl Osipoviç qışı keçirmək
üçün Dorpata gedib orada qalmışdı. Vəsiyyətnaməsində o,
Praskoviya Tarasovnanın analıq səlahiyyətini yalnız Savvati
üzərində təsdiq etmişdi, Zosim barədə bir söz də yazmamışdı.
Vəsiyyətnaməsində yazmışdı ki, onun üçün ölü duasını
Pokrova kilsəsində oxusunlar. Cənazəsi hökmən arıxanada
83
Əkizlər

torpağa tapşırılsın. Məzarının baş tərəfində cökə ağacı, ayaq tərə -
fin də isə albalı ağacı əkilsin. (Zosim və Savvati) 
Traxtemirovda başdaşı sifariş edilməsin, ona görə ki, başdaşı
günahkar insana əlavə ağırlıq gətirir. Konisskinin salnaməsi, qusli
və kitablar poçt vasitəsilə Savvatiyə göndərilsin. Vəsiyyətnamədə
bir daha yazır: “Savvatiyamdan savayı mənim varidatıma kim əl
uzadarsa, ona lənət olsun!
Mənim ölümümdən sonra Marinaya hər il 10 gümüş rubl,
Stepan Martınoviçə isə eyni vaxtda 25 gümüş rubl və 25 arı
pətəyi verilsin”.
Vəsiyyət etdiyi kimi dostumu dəfn etdikdən sonra xidmət
yerimə – Kiyevə qayıtdım. Stepan Martınoviçə tapşırdım ki, hər
ay xutorda baş verənlər barədə mənə yazsın. Hər ayın birində
müntəzəm olaraq dostumdan məktub alırdım. Doğrudur, Stepan
Martınoviçin yazdığı məktubların üslubu və məzmunu yeni
ideyaları ilə adamı valeh edən “Xaricdən məktublar” və ya “Fin-
landiyadan məktublar” yazan dostlarımız kimi göz qamaşdır -
mırdı, lakin onun göndərdikləri almaz kimi parlaq, büllur kimi
təmiz olan qəlbin ifadəsi idi. 
Onun məktublarını oxuyanda mən özümü xutorun özündə
hiss edirdim. Məsələn, Mariyanın ehtiyatsızlığı ucbatından arı -
ların onu sancmasını, burnunun gülməli şəkilə düşməsini görən
Praskoviya Tarasovnanın hətta gülümsəməsini elə bil öz göz lə -
rim lə  görürəm.
Məktəbi pasxa bayramına buraxandan sonra hələ şagirdləri
toplamağa tələsməyən Stepan Martınoviç vaxtının çoxunu
arıxanaya sərf edirdi. Praskoviya Tarasovna hər şeydən imtina
edib, bütün işləri onun öhdəsinə vermişdi, özü isə rahibə olmağa
hazırlaşırdı. Birdən elə bil göydən düşdü, Zosim Nikiforoviç xu-
torda peyda oldu. Onun gəlişi ilə hər şey alt-üst oldu.
İlk günlər öz çirkin niyyətini gizlətməyə çalışsa da, çox
keçmədi ki, hər şey üzə çıxdı. Evdə meyxana açdı, oyun yığın -
caqları təşkil etdi. Stepan Martınoviçi bütün məsələlərdən uzaq -
84
Taras Şevçenko

 laşdırdı və nəhayət, ləyaqət mücəssiməsi olan ağbirçək qadını –
Praskoviya Tarasovnanı evdən qovdu.
O yazıq mərhəmətli Stepan Martınoviçin məktəbinə və hima -
yəsinə sığındı. 
Beləliklə, üç ildən çox çəkən müddət ərzində sərxoş kart
oynayanların azğın mahnılarına qulaq asmalı oldu. Mən qanuni
varislərin hüququnun müdafiəsinə qalxmaq istədikdə, Praskoviya
Tarasovna mənə yalvardı ki, Zosyaya toxunmayım, nə vaxtsa düz
yola qayıdar.
Daha bir il də keçdi, yaxşıya doğru heç nə olmadı. Nəhayət,
mən Savvatiyə məktub yazmaq qərarına gəldim. Məktubda ona
məsləhət gördüm ki, əgər anasının son günlərinin sakit keçməsini
və ona çatan mirasın heç olmasa bir hissəsini qoruyub saxlamaq
istəyirsə, ya istefaya çıxsın, bu, mümkün deyilsə, altıaylıq
məzuniyyət götürüb xutora gəlsin. Nə qədər tez olsa, bir o qədər
yaxşıdır.
Savvati belə də etdi. İstefaya çıxdı. Hökumətin təyin etdiyi
xidmət müddəti artıq sona çatmışdı. Bundan sonra o, istədiyi
qərarı verə bilərdi.
Xutora gələndə o da bir müddət məktəbdə yaşamalı oldu,
çünki evə girmək mümkün deyildi. Savvati əvvəlcə qardaşına
xoşluqla müraciət etdi, lakin o, Savvatinin ünvanına elə sözlər
işlətdi ki, onu heç bir şəhər rəisinin lüğətində tapa bilməzlər. 
Belə olduqda o, qanuna müraciət etməli oldu. Vəsiyyətnamə
hüquqi sənəd kimi öz qüvvəsinə mindi. Savvati xutora və ona ça -
tan mülkə sahib oldu, Zosim rüsvayçılıqla xutordan qovuldu.
Sən əlində açar müqəddəsliyi qoruyub saxlayan, miras qalmış
şkafı açanda həmişə sakit, mehriban ürəyin qəzəblə döyünməyə
başladı. Sındırılmış qıfılı, David, Qriqori Qreçko kimi ilhama
gəlib bir barmağın toxunuşuyla nalə çəkən quslinin necə bərbad
hala salındığını görəndə ürəyin yerindən çıxmaq istədi. Sənin
ləngərli, rəhmdil atan bəzən onu çalanda akkordları sakit vurdu -
ğuna görə həlim xasiyyətli yeganə dostu Stepan Martınoviçə də
85
Əkizlər

irad tutardı. Sən isə onu sındırılmış, simlərinin çıxarıldığını gör -
dün. Onun yeganə sevinc mənbəyi olan, Heredot adlandırdığı
Konisskinin salnaməsinin vərəqləri cırılıb qəlyan yandırmaq üçün
istifadə olunmuşdu...
Bütün bunları görəndə Savvati yerindəcə quruyub qaldı. Göz
yaşları leysan kimi ağarmış bənizində gilələndi... O, sakit, güclə
eşidiləcək səslə söylədi: 
– Allah cəzanızı versin! Vandallar! Vəhşilər!
Bu səhnə baş verəndən üç gün sonra mən Kiyevdə sındırılmış
quslini məktubla birgə aldım və o saat da təmir etmək üçün
bacarıqlı ustaya verdim. O, hazır olan kimi yeşiyə qoydum,
28 gün məzuniyyət götürüb Pereyaslavaya, daha dəqiq deyim xu-
tora yola düşdüm. Hamını məktəbdə gördüm. Ev isə sabahkı gün
üçün təmizlənib ağardılmışdı. Sabah keçiriləcək Nikifor Fyodo -
ro viçin anım gününə ruhanilər, xutorun ağsaqqalları, Yakov
Atanın özü və rahibələr dəvət olunmuşdular. Mənzilin yeni ləş -
məşi münasibətilə hamı artırmaya yığışmışdı. Şən əhvali-ruhiyyə
yaranmağa başlamışdı. Qutunu açıb quslini çıxartdılar. Savvati
barmaqlarını yüngülcə simlərə toxundurdu, gözəl tenor səsiylə
özünün ən sevimli mahnısını oxumağa başladı:
Mən dünyaya niyə gəldim
Buna bais kim ola?
Xaç atası harda qaldı
Müqəddəs suya sala...
Stepan Martınoviç də sakitcə ona qoşuldu. Praskoviya Tarasovna
bir küncdə əyləşib için-için ağlayırdı. 
Ertəsi gün səhər saat ona qalmış ruhanilər dəstəsi əllərində
xaç və dini bayraqla gəldilər. Evə müqəddəs su çilədilər, xutorun
və arıxananın ətrafında xaç yürüşü etdilər, Zəburdan mahnılar və
şeirlər oxudular...
Praskoviya Tarasovna elə bil xeyli cavanlaşmışdı. O, keçmiş
günlərini xatırlayırdı. Olurdu ki, özünün dini bayramlarında bü -
tün əyləşənlərə qulluq edər, stollara bir-bir baxar, hər bir qonaq-
86
Taras Şevçenko

dan dönə-dönə xahiş edərdi ki, yeyib-içsin. Təbii ki, adət üzrə,
qonaqlar təklifdən boyun qaçırardı, yalnız kilsə mədhiyyəçisi
olan liberal etiraz etməzdi. Mərasim sona yaxınlaşan zaman
yeyib-içmək üçün stola heç nə verilmədi. Ruhanilər ayaq üstdə
stolun arxasında dayanıb xorla oxumağa başladılar:
Sönməyən günəşimizin Anası,
Ümidimiz sənədir, bizi xilas et!
Himn sona yetəndə ruhanilər süfrə duasını oxuyub ev
sahiblərinə təşəkkür etdilər və yenə də öz yerlərində – bu dəfə
yemək üçün deyil, dini, ibrətamiz söhbətlər aparmaq üçün əyləş -
dilər. Aşağı rütbəli ruhanilər qonaq otağından çıxdılar ki, bağda
gəzsinlər. Sonra onlar ot tayaları yığılmış çəmənliyə çıxdılar,
hündür ağacın altında kölgələnib, ümumi razılığa gələrək hərə
bir tərəfə uzanıb yuxuya getdilər.
Qonaq otağında isə söhbət, demək olar ki, axşama qədər
davam etdi. Müxtəlif mövzulara toxunuldu; birgəyaşayış qayda -
larından, fəlsəfi və dini anlayışlardan danışdılar. Xüsusilə gənc
rahib, savadlı din xadimi Nikanor Ata qədim roma, yunan və
yəhudi dillərində yazılmış mənbələrdən tez-tez misallar gətirirdi.
Özü də hamısını əzbərdən deyirdi. Saqqalı ağarmış qoca ruha ni -
lər hərdən bir-birinə baxaraq razılıqla başlarıyla təsdiqləyirdilər:
“Bu adam kəllədir!” 
Praskoviya Tarasovna onu diqqətlə dinləyir, sadəcə ağlayırdı.
Əyləşənlər arasında danışanı daha çox Stepan Martınoviç anla -
yırdı, lakin heç bir hərəkəti ilə bunu büruzə vermək istəmirdi.
Yalnız Praskoviya Tarasovna ağlamağa başlayanda onu sakitləş -
dirmək üçün söylədi ki, Nikanor Atanın oxuduqları heç də kədər -
li, qüssəli hadisələr deyil, daha çox satirik məzmunlu şeirlərdir. 
Göz yaşlarıyla müşahidə olunan faciəyə son qoymaq üçün
Baş keşiş xahiş etdi ki, ona quslini gətirsinlər...
Axşama yaxın ot tayalarında yatan rahiblər də oyandılar.
Onlar xutora girmədən, çəpəri aşaraq şəhərə aparan yola çıxıb
xorla oxumağa başladılar:
87
Əkizlər

Ruzi anadır, ruzi həyatdır,
Taxıl-saman deyil...
Gecə sakit idi, Stepan Martınoviç Altaya yaxınlaşıb dayandı,
bir müddət uzaqlaşan mahnıya qulaq asdı, lakin bu şirin səslə
oxuyanın kim olduğunu ayırd edə bilmədi.
Rəhmətlik dostum Nikifor Fyodoroviç Sokiranın əziz ruhu
qarşısında olan müqəddəs borcumu yerinə yetirəndən sonra ertəsi
gün Kiyevə yola düşdüm. 
Həyata, dünyaya, ümumi hadisələrə baxışı, insanlara münasi -
bətilə Savvati Sokira fövqəladə dərəcədə xoşuma gəldi. O, sakit,
yuxulu gölün və ya çayın üzərində günəşin qürub etməsi, ayın
çıxması barədə danışanda unudurdum ki, o, həkimdir və buna
çox sevinirdim. Ayrılanda yaşımdan istifadə edərək ona nəsə
məsləhət verməyim yersiz olardı. Yalnız onu xahiş etdim ki,
mənə tez-tez məktub yazsın.
İki il ərzində Savvati Sokiradan daxili məzmunu o qədər də
əhəmiyyətli olmayan iki məktub aldım. Bu məktublar mənə
müəlliminin diktəsiylə öz valideynlərinə yazan şagirdi xatırlatdı.
Onun özü də bu boşluğu hiss edir və dönə-dönə üzr istəyirdi.
Deyirdi ki, layiqli məktub yazmaq üçün elə bir diqqəti çəkən ma-
terial toplanmayıb. Belə deyirlər ki, ən darıxdırıcı və yeknəsəq
tarix – ən xoşbəxt xalqın tarixidir.
Amma çox ləyaqətli Stepan Martınoviç səliqəli olaraq hər ay
məni əhatəli yazılmış məktublarla təmin edirdi. Mənim xutor lu -
larıma heç bir aidiyyəti olmayan məsələlərdən yuxu gətirəcək
dərəcədə əhatəli yazırdı. Məsələn: “...Meşşan Karp Zozulin dos-
tunun həyətində yaradanın vicdanlı və həyatverici xaçının tikilişi
ərəfəsində onun ilxısında səmənd dayçalar doğuldu, elə həmin
gecə qonşunun öküzü oğurlandı”. O, xutorlulardan yazanda
“bədii məhsuldarlıq” əndazəni aşırdı. Bir sözlə, o özünü qəy yum,
məni isə yoldaş hesab edirdi.
Uzun-uzadı yazdığı məktubların birində Zosimin çox pis
vəziyyətdə xutorda qəflətən peyda olmasını təsvir edirdi:
88
Taras Şevçenko

“...Mən ibadətimi təzəcə bitirib yatmazdan əvvəl Odigitrin
Müqəddəs Anaya həsr etdiyi mədhiyyədən artıq üçüncü dini
mahnını oxuduğum anda mənim məktəbimin qapısı döyüldü.
Qorxu, həyəcan məni bürüdü. Qəzəblə qışqırdım:
– Kimdir?
– Stepan Martınoviç, İsa Məsih xatirinə, qapını aç!
Gördüm ki, məni öz adımla çağırır, çırağı götürüb qapını
açmağa getdim. Çırağın işığı gözümü qamaşdırdığından içəriyə
soxulan adamı əvvəlcə tanıya bilmədim-haçandan haçana cır-
cındır içində olan fərsiz oğul Zosyanı gördüm.
– Hə, əmican, nədir, tanımadın? Mən necə oğlanam?
– Gözlərimə inanmıram!
– Mən – sənin keçmiş şagirdin, indi isə məşhur oğru, əyyaş
və imtiyazlı qumarbaz Zosim Sokirinəm! Hə, indi tanıdın?
– Tanıdım.
– İndi ki, tanıdın, onda gəvəzələməyin yeri deyil! Araq
lazımdır! Axtar, gör haradan tapa bilərsən! Səndə keçmişdən
qalma nəsə olar...
Araq yoxdur, almaq üçün göndərməyə də bir kəs yox.
– Pul ver, özüm gedərəm.
Mən ona pul verən kimi o, tələsik yox oldu və səhərə qədər
onu axtarsam da tapa bilmədim. İkinci, üçüncü gecə də hər şey
təkrarlandı. Mən ona pul verirdim, o da araq dalınca qaçırdı. Mən
bu qarabasma haqqında Praskoviya Tarasovnaya danışdım. O
yazıq qarabasmanı görmək üçün gecəni məktəbdə keçirmək
istədi. 
Axşama yaxın biz Praskoviya Tarasovna ilə gəzmək adıyla
xutordan çıxdıq. Xidməti işiylə bağlı Savvati Nikiforoviç şəhərdə
idi. Hava qaralanda məktəbə gəldik. Mən çırağı yandırdım, əzab -
keş rahib Moisey Uqrinin həyatından bəhs edən pateriki
(monastır rahiblərinin həyatını təsvir edən dini kitab) götürüb
oxumağa başladım. Bir neçə səhifə oxumuşdum ki, qapı döyüldü.
Döyüntünü birinci Praskoviya Tarasovna, sonra mən eşitdim.
89
Əkizlər

Kitabı örtüb çırağı götürdüm və qapını açmağa getdim. Zosya
görməsin deyə o da mənim ardımca çıxdı ki, ot tayasının dalında
gizlənsin. Lakin mən əlimdə çıraq qapını açanda o, sir-sifətindən
əxlaqsızlıq yağan Zosyasını gördü, qışqırıb huşunu itirdi və yerə
sərildi. Zosya yırtıcı şir kimi mənim üstümə atıldı:
– Ax, əclaf, İuda, sən məni satmaq istəyirsən! De görüm
burda kim var, yoxsa səni öldürəcəm!
Boğazımı elə sıxırdı ki, güclə söylədim:
– Təkcə sənin anandı.
– Əgər odursa, elə yaxşı oldu. Çoxdan istəyirdim ki, onunla
danışım. Hanı o?
Mən çırağı yerə sərələnmiş Praskoviya Tarasovnaya tərəf tut-
dum. Zosim ona baxıb mızıldadı:
– Eybi yoxdu, qoy istirahət eləsin, biz də səninlə söhbət edək.
Necə oldu, mənim əmrimi yerinə yetirdin? Bu gün sənə verdiyim
möhlət bitir. Ya pul ver, ya da sonun çatacaq, Allaha dua et!..
Bu zaman Praskoviya Tarasovna inildədi. Mən bu bədbəxt
qadını uşaq kimi qucağıma alıb taxtın üstünə uzandırdım. Bir
qədər keçəndən sonra özünə gəlib zəif səslə söyləndi:
– Mənim Zosyam! Mənim Zosyam! Mənim yeganə oğlum!
– Mən burdayam, anacan, nə əmr edirsiz? Bədbəxt qadın ona
baxıb acı göz yaşlarına qərq oldu. O, susaraq acı göz yaşlarına
uzun müddət baxdı və nəhayət, danışdı:
– Bax, anacan! Nə huşunu itirmək, nə göz yaşları, nə dualar,
nə də sizin lənətləriniz məni yolumdan döndərmək gücündə
deyil: bütün bunlar boş şeydir, cəfəngiyatdır! Sizə bir söz deyim,
məni təkcə bir şey düz yola gətirə bilər – pul, yalnız pul! Mənə
pul verin, nə qədər çox versəniz, bir o qədər yaxşı olar. Mən niyə
öz mirasımdan məhrum edildim? Bəli, sizin etiraz ərizənizə
əsasən! Hə, indi səxavət kisənizi açın!
– Mənim Zosyam! Mənim yeganə oğlum!
– Bəsdir, “yeganə, yeganə” dedin! Sən mənə necə anasansa,
mən də sənə elə oğulam! Hə, Stepan Martınoviç, hərəkət elə!
Sonra o sənə qaytarar! 
90
Taras Şevçenko

Nəyim vardısa, çıxarıb ona verdim. O, pulları sayıb dedi:
– Daha yoxdur?
– Nəyim vardısa, hamısını verdim.
– Bax ha, yalan danışmaq günahdır, sən özün mənə
öyrətmisən. Eybi yoxdur, birinci dəfə üçün bəs edər. İndi birbaş
Pidvarkaya! İndi mən kim olduğumu onlara göstərərəm! Xuda-
hafiz, anacan! Zəhmət çəkib borcunuzu qaytarın!
Bu sözləri deyərək məktəbdən çıxdı. Praskoviya Tarasovna
hələ də söylənirdi:
– Mənim Zosyam! Mənim yeganə oğlum!
Və ölü kimi yatağa düşdü.
Onu huşsuz vəziyyətdə qoyub tələsik xutora getdim ki, baş
verən bədbəxt hadisə barədə Savvati Nikiforoviçə xəbər verim
və xahiş edim ki, kömək etsin. Ancaq o, şəhərdən gələn kimi uza -
nıb yatmışdı. Elə bilib ki, anası da artıq yatıb. 
Mən məktəbə qayıdanda Praskoviya Tarasovna artıq özünə
gəlmişdi və çarpayıda oturub acı-acı ağlayırdı...
Səhər açılanda biz xutora getdik və gecə baş verənləri Savvati
Nikiforoviçə danışdım. O, ağlamağa başladı. 
Axşama yaxın o, şəhər rəisindən yazılı sərəncam aldı. Qəza
həkimi kimi Pidvarkadakı aşırımda tapılmış və tamam tanınmaz
hala düşən meyidin üzərində tibbi baxış keçirməlidir.
Bu sərəncamı oxuyandan sonra o, susub Praskoviya Tarasov-
naya baxdı. O, yenə də göz yaşları içərisində söyləyirdi:
– Mənim Zosyam! Mənim yeganə oğlum!..
Yeri gəlmişkən, xutorda nə olurdusa dostum mənə yazırdı,
lakin bu, çox böyük hadisə idi. Savvati nə bu barədə, nə də özü -
nün Pereyaslava şəhərində qəza həkimi işləməsi haqqında bir söz
belə yazmamışdı.
Bu hadisədən bir neçə il keçmişdi. Mən yenə də Kiyev dəy -
dim. Keçmiş unudulmaz günləri xatırlayaraq bayram ərəfəsində
Məryəm Ananın ölüm günü münasibətilə verilən ehsandan sonra
mətbəənin artırmasına çıxdım ki, qarşıda açılan mənzərəyə ba -
xım. Xatirələrə elə dalmışdım ki, ətrafda nə baş versə də, məni
91
Əkizlər

şirin xəyallardan ayıra bilməzdi. Yalnız uşaqlıq illərinin əziz
yadigarı kimi yaddaşıma hopan bir səs və bir sözdən savayı:
“mamo”. Mələk səsiylə uzaqlardan qopub gələn bu ilahi sözdən
diksinib ətrafa boylandım. Mənim necə təəccübləndiyimi təsəv -
vürünüzə gətirin.
Budur, Praskoviya Tarasovna dəhlizdən artırmaya çıxdı,
ardınca da durna yerişli dostum Stepan Martınoviç addımlayır.
O, elə şıq geyinmişdi ki, ağ, seyrək saqqalı olmasaydı, deyərdin
ki, Kiyevə evlənmək üçün gəlib. Əynində tünd-qırmızı rəngdə
olan bahalı yun parçadan tikilmiş sürtük (uzun pencək), başında
zil qara tüklü şlyapa, ayağında par-par parıldayan çəkmə, əlində
arxiyepiskoplara məxsus gümüşü başlıq olan uzun ağac vardı.
Əsl modabaz.
Səmimi görüşdən sonra mən onları skamyada əyləşdirib,
Kiyevə nə vaxt gəldiklərini soruşdum. Stepan Martınoviç dedi:
– Üç gündür burdayıq. Sizə Savvati Nikiforoviçdən məktub
gətirmişik. Nə qədər axtardıqsa, Reytar küçəsini tapa bilmədik,
deyəsən, hardasa köhnə Kiyev tərəflərdə olmalıdır. Biz hələ
orada olmamışıq. Fikirləşdik ki, bu gün müqəddəs Varvara
kilsəsinə gedib oranı ziyarət edək, Allah qoysa, sabah Reytar
küçəsini axtararıq. Amma iş elə gətirdi ki, sizi gördük, daha
axtarmağa ehtiyac qalmayacaq: onu siz bizə göstərərsiz. Məktubu
elə indicə sizə vermək istərdim, amma o, yanımda deyil,
mənzilimdəki mücrüdədir. Mənzil isə yaxınlıqda, Peçerskdədir,
meşşan Sivolapixinin evində qalırıq.
Mən bu monoloqu dinləyərkən Praskoviya Tarasovnaya bax -
dım. O, gözlərini yumaraq əyləşmişdi. Mənə elə gəldi ki, onun
hə lim, mülayim simasında illərin əzabı uyuyurdu. Daha ona baxa
bilmədim və yeni sualla Stepan Martınoviçə müraciət etdim:
– İndi hara getmək fikrindəsiz?
– Fikirləşirik ki, əgər Allah rəva bilsə, Peçyoradakı müqəd -
dəsləri ziyarət edək. Amma indi orada sıxlıq olar. Gərək hörmətli
ziyarətçilərin mağaradan çıxmasını gözləyək. Düşünürəm ki, nə -
zarətçi keşişdən xahiş edərik, ya özü, ya da başqa rahibə tapşırar
ki, bizi müşayiət etsin.
92
Taras Şevçenko

Baş keşiş Dosifey Ata mənim tanışım idi. Onun yanına gedib
xahiş etdim ki, ziyarətçilərin sayı azalanda mağaraya girməyə
bizə icazə versin. Dosifey Ata mənim xahişimi hörmətlə qəbul
etdi və İokim Atanı təhkim etdi ki, bizi mağaraya aparsın.
Peçyora müqəddəslərini ziyarət edəndən sonra biz onların
qaldığı mənzilə getdik, məktubu götürüb evə yollandım. Adətim
üzrə bağa girib öz sevimli skamyamda əyləşib məktubu açdım
və oxumağa başladım:
“Atamın çox dəyərli dostu, mənim daimi qayğıkeşim və
himayədarıma!
Tənbəl naturam üzündən uzun müddət susduğuma görə Sizin
geniş ürəyiniz, yəqin ki, məni bağışlayar. O da doğrudur ki,
əhəmiyyətsiz mövzuda məktub yazmaq çərənçilikdən başqa bir
şey deyil. Olub ki, bəzi hadisələr barədə, bəlkə də, yazmaq olardı,
lakin Sizə kədər gətirə biləcək sözləri yazmaq üçün əlimə qələm
ala bilmədim. Qüssə, kədər dolu ağır buludlar artıq ötüb keçdi,
indi üfüqdə parıldayan Avrora görünməkdədir... 
Qoy sadə şəkildə deyim, mən evlənirəm. Mənim nişanlım
hazırda anasıyla birgə, gələcəkdə mənə ata əvəzi ola biləcək
hörmətli Stepan Martınoviçin məktəbində yerləşib Sizin xeyir-
duanızı gözləyir.
Mənim xeyirxahım, gəlin və bu yetim qızı böyük, yeni, xoş
bir həyata yola salın. Onun da mənim kimi atası yoxdur. Anala -
rımızın razılığı ilə qərara gəlmişik ki, ona xeyir-duanı Siz, mənə
isə yeganə dostum və müəllimim Stepan Martınoviç versin. Heç
olmasa mənim gözəl nişanlımı görmək xatirinə gəlin!
İşimlə əlaqədar olaraq mən tez-tez xutordan gedirəm. Xutoru
Stepan Martınoviçə tapşırmalı oluram. Görünür, belə getsə
tezliklə xutoru onun ixtiyarına verəcəm.
Günlərin bir günü işimlə bağlı başqa xutorun kənd yolu ilə
getməli oldum. Yol elə bataqlıq idi ki, at ayağını zorla çəkirdi.
Qa ran lıq çökürdü, yağış getdikcə güclənirdi. Bir sözlə, vəziyyət
ürəkaçan deyildi. Mənim faytonçum vəziyyətin yaxşı olmadığını
görüb təklif etdi ki, haradasa gecələyək.
93
Əkizlər

– Harada, – deyə ondan soruşdum, – zadəganların evində
gecələyək?
– Zadəganları da allah yaradıb! Nə olsun ki, zadəgandılar,
hətta pis hava olanda tatarlar da zadəganlar arasında gecələyirlər.
Biz heyvan-zad deyilik ki... Nə deyirsiz, razısız?
– Razıyam, – dedim.
– Meşənin o biri tərəfində Pan Kalıtıxının xutorudur. O bizi
gecələmək üçün qəbul edər.
– Yaxşı, zadəganların olduğu yerə sür.
Yarım verst gedəndən sonra deyilən xutora aparan yola
çıxdıq. Çətinliklə görünən yol bizi meşəyə aparıb çıxardı. Mənim
sürücüm hansısa mahnını fitlə çalmağa başladı, mənsə, allah bilir,
nə barədəsə fikirləşirdim.
Mənim sürücüm dedi:
– Panlar bu adamı “Pəncə” adlandırırlar. Allah bilir, niyə görə
belə çağırırlar. Yaşlı adamlar söyləyir ki, nə vaxtsa burada Lapa
adlı quldur yaşayıb. Onun çoxlu varidatı olub və hamısını gölün
yanında basdırıb. Deyirlər ki, nə vaxtsa bu göl, bataqlıq quruya-
caq, o zaman buradan kisələrlə qızıl daşıyacaqlar. Allah bilir, nə
qədər düz deyirlər. Bu da xutor.
Doğrudan da, ağacların arasından işıq göründü və biz açılan
darvazalara yaxınlaşdıq. Zəhmli it hürüşləri bizi qarşıladı və
kifayət qədər kobud olan qadın səsi eşidildi:
– Kimdir?
Mənim faytonçum cavab verdi:
– Anacan, Allah xatirinə, bizə sizin xutorda gecələmək
lazımdır...
– Allah xatirinə, ancaq darvazanı özünüz bağlayın, mənim
adamlarım yatıblar, öz imkanım da yoxdur.
Mənim faytonçum düşüb darvazanı açdı, faytonu həyətə sa-
landan sonra yenidən darvazanı bağlayıb sahibəyə müraciətlə:
– Axşamınız xeyir olsun, anacan!
– Axşamınız xeyir, haradan gəlirsiz?
94
Taras Şevçenko

– Panı Qlemyazovdan gətirirəm, hava da birdən pisləşdi.
Mən də sahibəyə yaxınlaşıb dedim:
– İcazə versəydiniz, sizdə gecələyərdik.
– Böyük məmnuniyyətlə, buyurun otağa, zəhmət olmasa, –
deyə malorus ləhcəsində bizi otağa dəvət etdi.
Mən artırmaya çıxdım. Astanada məni əlində çıraq tutmuş bir
qız qarşıladı. Qız kəndçisayaq, lakin çox səliqəli, deyərdim ki,
zövqlə geyinmişdi. Geriyə, otağa qayıdıb təmiz rus dilində dedi:
– Xahiş edirəm, buyurun.
Danışığından qərara gəldim ki, bu qız qulluqçu deyil.
Otağa daxil olandan sonra biz xutorun sahibəsi gələnə qədər
üz-üzə dayandıq.
– Nataşa, niyə qonağı dəvət etmirsən ki, əyləşsin? Əlində şam
tutan rahibə kimi dayanmısan. Sizə təqdim edim, bu, Poltava ins -
titutunun tələbəsidir. Xahiş edirəm, əyləşin! Allah bilir, bunlara
institutda nəyi öyrədirlər!
Sonra qıza pıçıltıyla nə dedisə, qız o biri otağa getdi. Sahibə
də onun ardınca gedərək dedi: “Bizi bağışlayın!” Bu arada mən
otağa nəzər saldım. Otaq geniş və səliqəli idi. Mebel qədimi və
müxtəlif görkəmdəydi. Divardan Boqdan Xmelnitskinin portreti
asılmışdı. Dairəvi stolun üstündə “Vətən qeydləri” kitabı vardı...
Bu zaman sahibə otağa daxil oldu. Mən yalnız indi ona diqqət
yetirdim. O, ucaboylu, o qədər də əndazəni aşmayan dolubədən -
li, siması hələ cavanlığını itirməmiş açıqürəkli qadın idi. Varlı
meşşan qadınlar, ya da keşiş arvadları kimi geyinmişdi. Əgər
başına yaylıq əvəzinə korablik (gəmiyə oxşar şlyapa) qoy saydı,
düşünərdim ki, ya yüzbaşı, ya da polkovnik arvadıdır.
– Yəqin, siz mənim Nataşamın nə oxuduğuyla maraqlanırsız?
Allaha şükür, oxumaq həvəskarıdır. Bu qoca yaşımda mənə də
oxumaq öyrədib. İndi kitab oxumayanda darıxıram. Düşünürəm
ki, gələn il “Sovremennik”ə abunə olmaq lazımdır, yoxsa ayda
bir kitab oxumaq azdır. Biz onu əzbər öyrənirik.
Tezliklə süfrəyə çay gəldi, daha doğrusu, samovar gətirdilər.
Samovarın ardınca otağa artıq xanım kimi geyinmiş Nataşa daxil
oldu.
95
Əkizlər

– Axır ki, səbrin çatmadı, – deyə anası gülərək söyləndi, sonra
əlavə etdi. –Nataloçka, çay süz!
Mənə müraciətlə: – Bilirsiniz, mən ona bir qədər təsərrüfatçı
olmağı öyrədirəm.
– Çox yaxşı eləyirsiz, – deyə mən cavab verdim. – Amma o,
nəyə görə geyimini dəyişdi? Ona bizim milli geyim daha çox
yaraşır.
– Sadə paltarda o mənim də xoşuma gəlir, amma gör başa
salmaq olur...
Nataşa utandığından qızardı, qızardı, nəhayət, dözə bilməyib
otaqdan çıxdı.
Mənim yenicə tanış olduğum insanlar xasiyyət etibarı ilə in-
sanlar idilər. Belə insanlarla elə ilk görüşdən yaxın olursan. Üç
saat ərzində mən onlar barədə çox şey öyrəndim. Onlar
məişətləri, vərdişləri, adətləri, mədaxil və xərcləri, hətta
tərcümeyi-hallarının müəyyən hissəsini bütün təfsilatı ilə
danışdılar.
Yelena Petrovna Kalita bizim qəzada çox da varlı olmayan
mülkədarın dul qadınıdır. Təlim-tərbiyəni institutda alıb, lakin
özünün dediyi kimi, xutor onu öz bildiyi kimi tərbiyə edib.
– Nataşa anadan olanda rəhmətlik ərim Yakovla qərar verdik
ki, hər il çox da böyük olmayan gəlirimizin müəyyən hissəsini
Nataloçkanın təlim-tərbiyəsi üçün toplayaq...
O, zarafatyana əlavə etdi: – Hə, bu da bizim tərbiyəmizin
məhsulu, o, heç çay süzməyi də bacarmır...
Səhər tezdən yola düşəcəyimizi nəzərə alıb, şam yeməyindən
sonra mən onlarla xudahafizləşdim.
Həqiqətən də, gün çıxmazdan əvvəl mən xutordan çıxdım.
Məni qapıya qədər hindtoyuğu və qaz sürüləri ötürdü. Xutorda
səs-küy salan yalnız bu canlılar idi. Atlar dincəlmişdi, faytonçum
fitlə hansısa şən bir hava çalırdı.
Darvazadan çıxan kimi o, faytonu sağ tərəfə döndərdi, amma
mənə elə gəldi ki, biz əks istiqamətə getməliydik. Xutora gecə
vaxtı gəldiyimiz üçün mən yolu dəqiq müəyyənləşdirə bilmirdim.
96
Taras Şevçenko

Yəqinlik hasil etmədiyim üçün sürücünün təcrübəsinə əsaslanıb
fikrimi deməkdən çəkindim. Bütün ixtiyarı söhbətcil faytonçu-
nun ixtiyarına vermişdim. O, bir müddət sahibəni və qızını
tərifləyəndən sonra mənə onların var-dövlətini təsvir etməyə
başladı:
– ...Gördüyünüz bu meşə onlarındı, ucu-bucağı yoxdu.
Meşədə hər cür ağac var. Oradakı göl də, düzənlik də bunlarındı...
Əsl mülkədardılar. Sizə hələ onu da deyim ki...
Bu yerdə atlar dayandı. Başı söhbətə qarışan faytonçu ətrafına
baxmadan atları hayladı. Atlar dartınanda faytonun arxa təkərinin
oxu çıxdı və mən yıxıldım. O qışqırdı: “Pruuu, işə bir bax!” və
ətrafa baxıb söyləndi:
– Belə də iş olar! Andıra qalmış kötüyü düz yolun ortasına
atıblar. Hələ dünəndən ürəyimə dammışdı ki, bu əcaib meşədə
nəsə bir hadisə olacaq. Budu ha, ürəyimə daman başıma gəldi...
Mən ondan soruşdum:
– İndi biz nə edəcəyik?
– Allah bilir, necə olacaq! – Bir qədər fikirləşib əlavə etdi.
– Eh, başda ağıl yoxdu da... Görürsən yolu ağac kəsib, ötüb
yanından keç də! – O öz-özünü danlayırdı. – Gərək xutora
qayıdaq, yenə orada nəsə fikirləşmək olar.
Nəyə görəsə mən bu yaxşı ideyaya çox sevindim. Təbii ki,
dərhal razılaşdım. 
Faytonçu təkəri yerbəyer edənə qədər mən sakitcə ağacların
arasıyla xutora tərəf getməyə başladım. Xutora yaxınlaşanda
günəş artıq xeyli qalxmışdı. Yolu müəyyənləşdirmək üçün
dayanıb ətrafa baxdım. Elə bu an meşəyə möcüzəli qız səsi
yayıldı. Ürəyim dayandı, elə bil daşa dönmüşdüm. Bir müddət
dayanıb diqqətlə melodiyanı dinlədim. Səs artıq mənə
yaxınlaşırdı, mahnının sözləri aydın eşidilirdi:
...Sən yaşıl çəmənlikdə 
Tər bənövşə kimisən.
Hansı bəxtəvər səni
Dərib iyləyəcək. 
97
Əkizlər

Səs getdikcə zəiflədi, zəiflədi və nəhayət, tamam kəsildi. Mən
meşənin musiqi cazibəsindən xilas olub, alçaq hasar boyunca
irəlilədim və tezliklə xutora çatdım. İlk olaraq mənim gözümə
dəyən bağdan çıxan Nataşa oldu. O mənə əsl çiçəklər ilahəsi kimi
göründü: başı güllər içərisində idi, ağ gilasları saçlarına mirvari
kimi düzmüşdü. Əgər o, xanım kimi geyinsəydi, effekt tam
olmazdı, amma kəndçi geyimində gül də, çiçək də, mirvarı kimi
düzülmüş gilaslar da ona çox yaraşırdı. Ömrümdə belə gözəllik
görməmişdim. O, bir neçə dəqiqə dayanıb, sonra doqqazın
ağzında yox oldu. Artırmada anası göründü, dünənki kimi
geyinmişdi. Məni görən kimi ucadan gülüb dedi:
– Nə oldu, uzağa getmişdiz?
Mən onu salamlayıb artırmaya çıxdım. O, gülərək dedi:
– Deyəsən, belə tezliklə bizdən ayrılmaq istəmirsiz?
Skamyanı göstərib dedi: – Buyurun, əyləşin.
Mən skamyada əyləşdim. O, qızı çağırdı:
– Nataloçka, Odartsiyə de, samovarı artırmaya gətirsin!..Mən
onunla öz sadə dilimizdə danışmağa adət etdiyimdən bəzən
qonağı da unuduram.
– Mən öz dilimizi fövqəladə dərəcədə çox sevirəm, xüsusilə
mahnılarımızı.
Samovarı gətirən Odarkonun ardınca üzü allanmış Nataşa
təvazökarlıqla daxil oldu.
– Eşidirsən, Nataloçka, onlar da bizim manılarımızı sevirlər.
Mənim qızım yuxuda da mahnı oxuyur, amma bir dənə də olsun
romans bilmir. Olurdu ki, Poltavadan qayıdanda bəzən hansısa
“Qara gül” romansını oxuyurdu, indi onu da unudub.
Mən söhbəti diqqətsiz halda dinləyirdim, fikrim Nataşadaydı.
Onun xanımlar kimi geyinməsi mənə ağır gəlirdi. Axı o niyə belə
geyinir...
Birdən sahibə ucadan söyləndi:
– Ax, qoy allah məni bağışlasın, tamam unutmuşam! Nata -
loçka, sən də mənim yadıma salmırsan. Axı bu gün şənbədir.
Yığışmışdıq ki, şənbə günü Pereyaslavaya gedək. Odarko!
98
Taras Şevçenko

Xidmətçi həmin anda qapının yanında göründü:
– Nədir?
– Korniyevə de ki, atları, furqonu hazırlasın, yeməkdən sonra
yola düşəcəyik.
– Oldu! – deyib Odarko gözdən itdi.
– Necə də yaxşı oldu, vaxtında yadıma düşdü! Əgər
tələsmirsinizsə, siz də bizimlə nahar edərdiz və birlikdə şəhərə
qədər yoldaş olardıq.
– Əgər məsləhətdirsə, şəhərin özündə də sizinlə birgə
olardım.
Nahara qədər Nataşa ilə bağda və xutorun ətrafında gəzdik,
onların rahat, gözəl xutoruna baxdım. O, bağda özünün əkib-
becərdiyi gülləri mənə göstərdi. Doğrudur, orada çətin tapılan
gül yox idi, amma təmizliyə, səliqə-sahmana söz ola bilməzdi.
Beləsini Hollandiyada da görmək olmaz. 
– Mən anama, – o özündən razı halda dedi, – mən anama may
ayından oktyabra qədər hər səhər gül dəstəsi gətirirəm. Bizdə
barvinok (Cəzair bənövşəsi) payızın sonuna qədər yaşıl olur. Yaz
gəlməmiş qarın altında göyərməyə başlayır. Mən barvinoku çox
sevirəm.
– Hə, elədi, barvinok qəşəng bitkidir. Sizdə sarmaşıq varmı?
– Xeyr, yoxdur.
– Onda əkmək üçün sizə bir neçəsini verərəm.
– Təşəkkür edirəm.
Mən yalnız ona sarmaşıq vəd etdim, amma daxilən çoxlu
güllər vəd etmiş oldum. Hətta vəd etdim ki, Riqaya yazıb onun
üçün gül toxumları gətizdirəcəm. Bilmirəm, nəyə görə bu barədə
ona ucadan demədim.
Nahardan sonra xüsusi hazırlıq olmadan biz yüngül minik
arabasına, Odarkanı da mənim təmirdən çıxan faytonuma əyləş -
dirib yola düşdük. Axşama yaxın biz artıq Pereyaslavada idik və
çox böyük çətinliklə təzə tanışlarımı bizim xutora getmə yə razı
sala bildim. Onlar iki gün bizdə qonaq qaldılar. Anamla elə dost -
laşdılar ki, gedəndə göz yaşlarıyla ayrıldılar. 
99
Əkizlər

Anam dostlarına elə məftun olmuşdu ki, iki gün ərzində çox
şad görünürdü. Amma rəhmətlik Zosyanın hələ də soyumayan
xatirələri ona gecə-gündüz rahatlıq vermir.
Bizim bir-birimizə qarşılıqlı gediş-gəlişimiz düz bir il davam
etdi. Sonu onunla nəticələndi ki, mən artıq bir aydır ki, nişanlı
rolundayam və olduqca xoşbəxtəm. Gəlin və mənim xoşbəxt -
liyimə xeyir-dua verin. Gəlişiniz gec olmasın deyə, təcili yığışıb
anamla və mənim xeyirxah dostum Stepan Martınoviçlə bir yerdə
gəlin.
Mənim səmimi və unudulmaz dostum, təkidlə xahiş edirəm,
tez gəlin. Uzun-uzadı ona görə yazmıram ki, gələndə sizi gözlə -
nilməz gözəlliklə sevindirə bilim. Görüşənə qədər. Sizə böyük
ehtiram bəsləyən oğlunuz və səmimi dostunuz S.Sokira”.
Subay qocanın yola yığışmağı heç də çətin iş deyil. Mənim
Yaremim hər şeyi hazırlamışdı. Mənə yalnız arabaya əyləşib yola
düşmək qalırdı. Xutora məndən sonra Praskoviya Tarasovna, öz
siseronu Stepan Martınoviçlə gəldi. 
Toy üçün hər şey hazır idi. Biz ilk bazar günü səhər və günor -
ta ibadətinə Pokrovadakı kilsəyə getdik. Günortadan sonra ca-
vanlara Allahın xeyir-duasını dilədik və bütün Pereyaslava
camaatına böyük ziyafət verildi. Qonaqlıq elə keçdi ki, hətta
bizim Stepan Martınoviç yaşına, mənsəbinə məhəl qoymayıb
“Durnalar” rəqsini oynamağa girişdi.
Toydan sonra iki həftə Stepan Martınoviçin məktəbində
yaşadım və mənəvi övladlarımın xoşbəxtliyini öz gözlərimlə
gördüm.
Praskoviya Tarasovna bütünlüklə mənim sevincimi bölüşür -
dü, ancaq bəzən öz Savvatiyasının qəşəng adaxlısına baxanda
göz yaşları içində pıçıldayırdı:
– Zosyam mənim! Zosyam mənim! Mənim yeganə oğlum!.. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə