Zakir Abbas Taras Şevçenko Əkizlər. Rəssam



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix29.05.2017
ölçüsü0,79 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
Taras Şevçenko

– Karl Pavloviçin kim olduğunu bilirsənmi?
– Bilirəm, ancaq onu heç vaxt görməmişəm.
– Bəs bu gün...
– Məgər o, Karl Pavloviç idi?
– O idi.
Niyə mənə demədiniz, ona yaxşıca baxardım. Elə bildim,
sadəcə hansısa bir cənabdır.
Bir qədər susaraq məndən soruşdu:
– O nə vaxtsa sizin yanınıza gələcək?
– Bilmirəm, – deyə cavab verdim və geyinməyə başladım. 
– Aman tanrım! Ona heç olmasa uzaqdan da olsa bir də baxa
biləydim! Bilirsiniz, küçə ilə gedəndə həmişə onun barəsində
fikirləşirəm, gözlərim gəlib-gedənlər arasında onu axtarır.
Deyirsiniz, onun çəkdiyi portret “Pompeyin son günləri”nə çox
oxşayır?
– Demək, burada olanda sən onu tanımamısan. Eybi yoxdur,
fikir eləmə. Əgər o bazar gününə qədər mənim yanıma gəlməsə,
onda biz səninlə onun görüşünə gedərik. İndi isə bu bileti al,
madam Yurgensin aşxanasına get, mən bu gün evdə nahar
etməyəcəm.
Ona tapşırığımı verib çıxdım.
Bryulovun emalatxanasında B.A.Jukovski və qraf M.Y.Viel -
qorski ilə rastlaşdım. Onlar Pyotr və Pavel lüteran kil sə ləri üçün
çəkilmiş, hələ tamamlanmamış “İsanın çarmıxa çə kilməsi” əsəri
ilə maraqlanırdılar. Ağlayan Məryəm Maqdalinanın baş hissəsi
artıq çəkilmişdi. V.A.Jukovski bu ağlayan ilahi gözələ baxanda
özü də ağlamağa başladı və yaratdığı əsərə görə Böyük Karlı
qucaqlayıb öpdü.
Olub ki, mən Bryulovla birlikdə tez-tez Ermitajda olmuşam.
Rəngkarlıq sənəti ilə bağlı söylədiyi parlaq mühazirələr hər dəfə
Teniyerlə, xüsusilə onun “Kazarma” əsəri ilə bitirdi. Uzun müd -
dət bu şəkil qarşısında dayanıb, məşhur Holland rəssamını tərif -
lə yir, ona mədhiyyə söyləyərək deyirdi: “Təkcə bu əsər üçün
Ame ri kadan bura gəlməyə dəyər”. İndi eyni sözləri onun “Xaç”
115
Rəssam

əsəri barədə, xüsusilə ağlayan Məryəm Maqdalina haqqında da
de mək  olar.
Qucaqlaşıb öpüşəndən sonra Jukovski Bryulovun o biri ota -
ğına keçdi. Bryulov mənə baxıb gülümsədi və Jukovskinin ardın -
ca getdi. Yarım saatdan sonra onlar emalatxanaya qayıtdılar.
Bryulov mənə yaxınlaşaraq gülümsəyib dedi: “Təməl qoyuldu”.
Bu zaman qapı açıldı və Quber daxil oldu. O, artıq yol paltarında
deyil, ütülənmiş, şıq qara frakda idi. Təzim etmək istəyəndə
Jukovski ona yaxınlaşıb dostcasına əlini sıxdı və xahiş etdi ki,
“Faust”dan sonuncu pərdəni oxusun. Quber oxumağa başladı.
Dolğun təəssürat yarandıqda şair öz şair dostunu öpüşlə müka -
fatlandırdı. Jukovski və qraf Vielqorski tezliklə emalatxanadan
çıxdılar. Quber arxayın halda yenicə yazdığı “Terpsixor”u oxu -
yub qurtarandan sonra Bryulov dedi:
– Mən qəti qərara gəldim ki, “Xitana”ya baxmağa getmə yə cəm.
Quber soruşdu:
– Niyə?
– Ona görə ki, sənin “Terpsixor”una inamımı itirmək istəmirəm.
– Necə yəni?
– Gözəl fikirlərə inam daha yaxşıdır, nəinki...
Şair onun sözünü kəsdi:
– Sən demək istəyirsən ki, mənim şeirim ilahi Talionidən
yüksəkdə dayanır. Allaha and içirəm ki, bu şeir heç onun
dırnağına da dəyməz! Hə, az qala yadımdan çıxacaqdı, bu gün
biz gedib Aleksandrın yanında makaronlu biyan kökünün dadını
çıxaracağıq. Nestor, Mişa və müxtəlif şeylər... olacaq... Və sonda,
PİYANENKO. Getdik!
Bryulov şlyapasını götürdü.
– Ax, hə! Unutmuşdum,... – deyə Quber cibindən biletləri
çıxardı. – Bu iki bileti al, tamaşadan sonra Nestorun birjasına
gələrsən. (N.Kukolnikin bədii gecələrini zarafatca belə adlan -
dırırdılar.) 
– Yadımdadı, – deyə Bryulov cavab verdi və biletləri mənə
uzatdı.
116
Taras Şevçenko

Quber mənə müraciət edərək dedi:
– Siz də bizimlə gedirsiz?
Cavabında dedim:
– Mən də sizinlə gedirəm.
– Getdik! – deyib, Quber bizimlə dəhlizə çıxdı. Lukyan
qapını bağlaya-bağlaya mızıldandı:
– Bu da sənə rostbif!
Makaronlu biyan kökü və “stofatto lakrima-kristi” (çərəz adı)
ziyafətindən sonra dəstə “birjaya”, biz isə yəni mən, Quber və
Böyük Karl teatra yollandıq. Uvertüranı gözləyənə qədər mən
protejemin (dostumun) əsərləriylə maraqlandım. (Bolşoy Teatrın
plafonunu bəzəyən bütün şəbəkə və naxışlar üçün çəkilən rəsmlər
memar Kavosun göstərişi ilə edilmişdi. Bunu mənə özündən razı
sahib deyil, maşinist Kartaşov demişdi. Bu həmin Kartaşovdur
ki, iş gedən zaman daim burada olur və səhərlər mənim protejemi
çaya qonaq edirdi.) İstədim ki, Bryulova şagirdimin çəkdiyi
şəbəkələri göstərim. Ancaq uvertüra səsləndirildi. Hamının, o
cümlədən mənim də gözlərim pərdəyə zilləndi. Uvertüra sona
çatdı, pərdə titrəyərək qalxdı və balet başlandı. Kaçuçaya (rəqsə)
qədər hər şey yaxşı gedirdi. Publika özünü saxlaya bilirdi. Kas-
tanietin (barmaqlara taxılan şax-şax) ilk zərbəsi ilə hər şey
lərzəyə gəldi. Əvvəlcə alqışlar sakit başladı. Elə bil uzaqlarda
ildırım çaxırdı. Sonra bu ildırımın səsi zala doldu. Getdikcə
güclənməyə başladı və rəqs sona çatsa da, zalda ildırım çax-
maqda davam edirdi. Bayaqkı tərbiyəli publika, o cümlədən mən
də özümü saxlaya bilmədim. Qışqırıq, heyrət zalı bürümüşdü.
Kimsə “Bravo”, kimsə “Da cano” qışqırır, kimsə hıçqırır, kimsə
ayaqları və əlləri ilə döşəməni döyəcləyirdi.
Birinci hay-küydən sonra mən Böyük Karla baxdım. O yazıq
da tər içində əlləri, ayaqları ilə döyəcləyir, var gücü ilə qışqırırdı
“Da cano!”. Quber də onun kimi. Mən də istədim ki, ruhlanıb
müəllimim kimi edim, amma nədənsə məndə alınmırdı.Yavaş-
yavaş tufan sakitləşməyə başladı. Onuncu dəfə səhnəyə çağrılan
rəqqasə xanım bir neçə dəfə reverans etdikdən sonra yoxa çıxdı.
117
Rəssam

Böyük Karl ayağa qalxdı, çənəsinin tərini silib Quberə müraciətlə
dedi:
– Gedək səhnəyə, onu mənimlə tanış elə.
– Gedək, – deyə Quber həyəcanla dilləndi və biz pərdə arxa -
sına keçdik. Pərdə arxasında heyranların əlindən tərpənmək
müm kün deyildi. Onların çoxu hörmətli dazbaşlar, eynəklilər idi.
Biz də onlara qarışdıq. Çətinliklə də olsa, kütlənin mərkəzinə
soxula bildik. İlahi, orada nə görsək yaxşıdı! Xəfif meh kimi uçan
o gözəl volter kreslosunda uzanmışdı. Ağzıaçıq halda ərəb atı
kimi ləhləyirdi. Üzündən ağ krem və boyanın qarışdığı tər
bulanıq sel kimi axırdı.
– Necə də iyrəncdir! – dedi Böyük Karl və geri qayıtdı. Mən
də onun ardınca. Quber, doğrudan da, yazıqdır. O, münasib im -
kan tapmışdı ki, Bryulova kompliment ünvanlasın. Onun soya -
dını dilinə gətirəndə Bryulov artıq orada yox idi. Bilmirəm, o bu
cəfəngiyatdan canını necə qurtardı.
Hələ baletin qurtarmasına bir hissə qalmışdı, amma biz artıq
teatrda yox idik. Bryulov demişkən, yaxşı deserti kələmlə korla-
maq olmazdı. Bilmirəm “Xitana”dan sonra o, baletə baxıb, yox -
sa baxmayıb, hər halda, bu hadisədən sonra balet barədə heç nə
danışmadı.
İndi isə öz qəhrəmanıma qayıdıram. 
Bryulovun dediyi “Təməl qoyuldu” sözündən sonra təsəvvü -
rümdə müəyyən ümid formalaşdı. Mən şagirdimi daha yaxşı işlə
məşğul etmək barədə fikirləşirdim. Evimdə olan vəsaitlər kifayət
deyildi. Mən antik qalereya barəsində düşünürdüm. Qalereyanın
gözətçisi, bəlkə də, razılaşardı, lakin orada heykəllər elə işıqlan -
dırılıb ki, şəkil çəkmək olmazdı. Çox götür-qoydan sonra mən
Tarasın naturaçısı Antinoya müraciət etdim ki, o, dərs olmayan
saatlarda mənim şagirdimi gips sinfinə buraxsın. Belə də oldu.
Bir həftə ərzində o, Lütsiya Veranın başını, düşkün adam –
Mark Avreliyanı və Kanovun “Dahi”sinin başını çəkdi. Sonra
mən onu fiqurlu sinfə keçirtdim və tapşırdım ki, ilk olaraq
anatomiyanı öyrənmək üçün əzaları dörd tərəfdən çəksin. Mən
118
Taras Şevçenko

boş vaxtlarımda sinfə gəlib, yorulmaq bilməyən dostumu çörək
və kolbasaya qonaq edirdim. Əgər mən bunu etməsəydim, o, dai -
mi olaraq qara çörək və su ilə nahar etməli olardı. Hərdən Belve -
de 
rin bədəninə baxanda özümü saxlaya bilməyib, oturub
çəkmə yə başlayırdım. Bu əsər bədii heykəltəraşlığın möcüzəsi
olan nü mu nəvi əsər idi. Heç də təsadüfü deyil ki, kor Mike-
lancelo Herkulesin dincələn gövdəsinə əllərini toxunduranda
zövq alırdı.
Qəribədir, Gersevanov adlı cənab səyahət təəssüratlarında
Mikelancelonun “Dəhşətli məhkəmə” əsərini, dahi Rafaelin fres -
kaları və bir çox məşhur heykəltəraşlıq nümunələrini düzgün,
bədii ifadələrlə tərif etdiyi halda, Belvederin fiqurunda bir parça
mərmərdən başqa heç nə görmədiyini bildirir. Anatomiyadan
sonra o, Germanikanın və rəqs edən meymunun şəklini çəkdi.
Xoş olan səhərlərin birində mən onu Dahi Karla təqdim
etdim. Bryulov bu şəkilləri mehribancasına və mərhəmətlə tərif -
lə dikdə, onun sevincının həddi-hüdudu yox idi. Mən ömrü boyu
həmin anda ondan şad, xoşbəxt insan görməmişəm.
Bir neçə gün belə davam etdi.
- Doğrudanmı, o, həmişə belə xeyirxah, mehribandır, – deyə
məndən dönə-dönə soruşdu.
– Həmişə, – deyə cavab verdim.
– Qırmızı otaq onun sevdiyi otaqdır?
– Hə, sevdiyi otaqdır.
– Hər şey qırmızı! Otaq qırmızı, divan qırmızı, pəncərədəki
pərdələr qırmızı, xalatı qırmızı və şəkli də qırmızı. Görəsən, nə
vaxtsa bir də onu yaxından görə biləcəyəm?
Bu sualdan sonra o ağlamağa başlayırdı. Əlbəttə, mən onu
sakitləşdirməyə çalışmırdım. Axı belə xoşbəxt, ilahi sevinclə
dolu göz yaşlarına necə qıyasan?
– Hər şey qırmızı! – deyə o, göz yaşları içərisində təkrar -
layırdı. Bu səhnəyə adət etdiyimdən günəşin işıqlandırdığı nazik
qırmızı pərdələrdən görünən, çox hissəsində bahalı şərq silahları
asılmış qırmızı otaq bir dəqiqəliyə məni valeh etdi. O isə bunları
ölənə qədər unuda bilməyəcəkdi.
119
Rəssam

Uzun və əzablı iztirablardan sonra o hər şeyi unutdu: incə sə -
nə ti, öz mənəvi həyatını, məni, səmimi dostunu və onu zəhər lə -
yən sevgisini hər şeyi tamamilə unutdu, lakin qırmızı dekorasiya
və Karl Pavloviç onun sonuncu sözləri idi.
Bu görüşün növbəti günü mən Karl Pavloviçlə görüşdüm. O
məndən oğlanın ağasının ünvanını, soyadını və adını soruşdu.
Mən ona dedim. O, faytona minəndə dedi: “Axşam gələrsiz!”
Axşamüstü mən getdim. Karl Pavloviç məni bu sözlərlə
qarşıladı:
– O gönüqalın, qanmaz donuzun birisi imiş.
Mən söhbətin kimdən getdiyini təxmin edib soruşdum:
– Necə oldu?
– İş burasındadır ki, siz sabah bu amfibiyanın yanına
getməlisiz. O sizin tələbənizin qiymətini müəyyənləşdirməlidir.
Karl Pavloviçin kefi yox idi, otaqda dinməzcə gəzişirdi. O,
nəhayət, tüpürüb dedi:
– Vandalizm! Yuxarı qalxaq, – deyə mənə müraciət etdi. Biz
sakitcə yuxarıdakı otaqlara qalxdıq. Burada yataq otağı, kitabxa -
na və yemək otağı yerləşirdi. O mənə lampanı gətirməyi buyur -
du və xahiş etdi ki, ucadan nəsə oxuyum. Özü isə səhv et mi -
rəmsə,Vladislavlevin albomu üçün olan “Yatmış kəniz” rəsm-
sepiyasını tamamlamaq üçün əyləşdi. Bizim məşğuliy yətimiz
elə də uzun çəkmədi. Belə ki, gönüqalın, qanmaz donuz onun
fikrindən çıxmırdı.
– Gəlin, küçəyə çıxaq, – rəsmi bağlayaraq o mənə dedi.
Biz sahil kənarı ilə xeyli gedəndən sonra Böyük prospektə
çatdıq.
– İndi o sizdədir? – deyə məndən soruşdu.
– Yox, o mənim evimdə gecələmir.
– Onda gedək şam edək.
Və biz Delinin yanına getdik.
Mən öz dövrümdə bir çox varlı, orta səviyyəli, kasıb rus
mülkədarı görmüşdüm. Hətta daimi olaraq Fransada və İngil -
tərədə yaşayıb, oradakı fermerlərin və əhalinin rifahından fərəhlə
120
Taras Şevçenko

danışanları da dinləmişəm. Halbuki burada camaatın sonuncu
qoyununu da əlindən alırlar. Mən bu tipdən olanları çox
görmüşəm, lakin K.Bryulovu öz evində bu dərəcədə kobudluqla
qarşılayan belə rus donuzunu görməmişəm.
Məndə hər şeyi bilmək həvəsi baş qaldırmışdı. Uzun müddət
yata bilmədim: bütün bu müddət ərzində özümdən soruşurdum
ki, gönüqalın, qanmaz donuz nə deməkdir?
Ertəsi gün sürtüyümü (frak) geyinəndə artıq məndəki həvəs
soyumuşdu.Tədbirli olmağım üstün gəldi. Ağlım mənə deyirdi
ki, bu donuz elə də qeyri-adi bir şey deyil ki, onun uğrunda izzəti-
nəfsini qurban verəsən. Hərçənd ki, bu iş böyük qurban tələb
edirdi. Qarşımda bir sual dururdu: əgər mən dahi müəllimim kimi
iztirablara dözə bilməsəm, onda necə?
Bir qədər fikirləşib, sürtüyümü çıxartdım, həmişəki paltomu
geyinib qoca Venetsianovun yanına getdim. O bu cür işlərin
ustasıdır. Olub ki, bir neçə dəfə belə adamlarla münaqişə yaşayıb
və hər dəfə də toqquşmalardan şərəflə çıxıb.
Venetsianovu iş başında tapdım. O, tuşla “Ana uşağına Allaha
dua etməyi öyrədir” rəsmini çəkirdi. Bu şəkil Vladislavlevin
“Sübh şəfəqi” almanaxı üçün nəzərdə tutulmuşdu.
Mən vaxtsız gəlişimin səbəbini izah edib, ona amfibiyanın
ünvanını verdim. Qoca işini yarımçıq qoyub paltarını dəyişdi və
biz küçəyə çıxdıq. Fayton saxlatdıraraq minib getdi. Mənzilimə
qayıdanda şən, bəxtəvər tələbəmi burada gördüm. Onun gözəl
əhvali-ruhiyyəsini nəsə pozmuşdu. Dostu ilə mühüm bir sirri
bölüşmək istəyən adama bənzəyirdi. Digər tərəfdən isə bu sirrin
üstünün açılmasından qorxurdu. Paltomu soyunub, üst köynəyimi
geyindim və narahat dostumdan soruşdum: 
– Təzə nə xəbər var? Dünən axşamüstü neyləmisən? Ağan
necədir?
– Ağadır da, həmişəki kimi..., – duruxaraq cavab verdi. – Mən
yatana qədər “Andrey Savoyar”ı oxudum, sonra sizin mənə
verdiyiniz şamı yandırıb şəkil çəkdim.
– Nə çəkirdin? – mən ondan soruşdum. – Estampdan
(qravüradan çıxarılan nüsxə), yoxsa nə gəldi?
121
Rəssam

– Elə belə, – qızararaq dedi. – Bir müddət əvvəl Ozerovun
əsərini oxudum və “Edip Afinada”nı bəyəndim. Onu tərtib
eləməyə çalışırdım.
– Bu, yaxşıdır. Sən özünlə kompozisiyanı gətirmisən? Göstər
mənə.
O, cibindən elə də böyük olmayan kağız parçasını çıxartdı,
titrəyən əlləri ilə mənə uzadaraq dedi:
– Qələmlə tamamlamağı çatdıra bilmədim.
O, ilk dəfə idi ki, çətinliklə işini mənə göstərirdi. Onun
təvazökarlığı, daha dəqiq desək, tərəddüdü mənim xoşuma gəldi.
Bu, istedadın açıq-aşkar əlaməti idi. Rəsminin sadəliyini bəyən -
dim: yalnız üç fiqur – Edip, Antiqona və uzaqda Polinik. İlk təc -
rübə lərdə belə lokanizmə nadir hallarda rast gəlinir: hər şeyin
əv vəli həmişə çətin olur. Gənc təxəyyül, adətən, sıxılmır, çox mə -
na lı sözə, nota, bir istiqamətə fikrini yönəltmir. Ona genişlik
lazımdır. O parıldayır və çox vaxt göz qamaşdırır, çaşır, yıxılır
və dəfedilməz lokanizmə parçalanır.
Mən onu epizod seçiminə görə təriflədim, poeziyadan əlavə
tarixi oxumasını məsləhət gördüm. Xüsusən Rafael,Volipato,
Pus sen və ya Odrandan yaxşı estampları çəkməsini tövsiyə et -
dim. “Bunlar hamıdan çox sənin ağanda var. Boş vaxtın olanda
şə kil çək. Kitabları isə mən sənə verərəm”. Elə buradaca ona
Gilisin bir neçə cildini (“Qədim Yunan tarixi”) verdim.
O, kitabları qəbul edərək dedi: – Sahibimdə divarda asılan -
lar dan əlavə estamplarla dolu portfel var, amma o mənə estamp -
lardan çəkməyə icazə vermir, elə bilir ki, korlayaram...O gülərək
davam etdi: – Hə, mən ona dedim ki, siz məni Karl Pavloviçin
yanı na aparıb şəkillərimi ona göstərmisiz… 
Onun dili dolaşdı.
– Sahibin nə dedi?
– ...Bəzən mən özüm buna inanmıram…
– Nəyə? – deyə onun sözündən tutdum. – İnanmadı ki,
Bryulov sənin rəsmlərini tərifləyib?
– O mənim Karl Pavloviçi gördüyümə inanmadı, inandırmaq
is tə yəndə isə mənə “axmaq” dedi.
122
Taras Şevçenko

Daha nə isə demək istəyirdi ki,Venetsianov otağa daxil oldu,
şlyapasını çıxartdı, gülümsəyib dedi:
– Heç nə dəyişməyib! Mülkədar, elə mülkədardı!.. Düzdür, o
məni bir saat gözlətdi. Bəli, bu onlarda adətdir. Neyləmək olar,
bu adətlər onların qanunudur. Məni öz kabinetində qəbul etdi.
Kabineti xoşuma gəlmədi. Orada hər şey dəbdəbəli, bahalı,
əladır. Lakin bu yapon üslubunda yaxşı görünə bilər. Əvvəlcə
mən onunla maarifçilikdən, daha sonra filantropiya (xeyriy yə çi -
lik, insanpərvərlik) barəsində xüsusi söhbət apardım. O, sakit bir
şə kil də mənə diqqətlə qulaq asırdı, nəhayət, mənim sözümü
kəsərək dedi:
– Açıq-açığına mənə deyin görüm, Bryulovla siz məndən nə
istəyirsiniz? Dünən axşam o məni borclu çıxartdı. O, əsl ame ri -
kan vəhşisidir! – deyib, ucadan qəhqəhə çəkdi. Mən pərt oldum,
lakin özümü tez ələ aldım, soyuqqanlılıqla məsələni ona izah
etdim.
– Bayaqdan belə deyin də, yoxsa filantropiya belə gəldi..! Bu-
rada nə filantropiya...filan! Hər şey puldur! – deyə özündən razı
halda əlavə etdi:
– Siz son qiyməti bilmək istəyirsiniz? Mən sizi düz başa düş -
müşəm?
– Tamamilə düz başa düşmüsüz.
– Mənim son qiymətim budur: iki min beş yüz rubl!
Razısınız?
– Razıyam.
– O, peşəkar adamdır, belələri evdə lazımdır...
O, daha nəsə demək istəyirdi ki, mən təzim edib çıxdım.
Budur, mən sizin qarşınızdayam.
– Səmimi qəlbdən təşəkkür edirəm.
– Mən sizə ürəkdən təşəkkür edirəm! – əlimi bərk sıxaraq
dedi. – Siz mənə sənətimiz üçün nə isə etməyə imkan yaratdınız.
Həm də Böyük Karlı amerikan vəhşisi adlandıran əcaib adamı
görmək fürsətini verdiniz. Qoca mehribanlıqla gülüb dedi:
123
Rəssam

– Vəzifəmi yerinə yetirdim, indi iş sizlikdir. O ki qaldı
uğursuzluğa, yenə də Aqliçki klubuna müraciət edəcəyəm.
Hələlik, sağ olun!
Onu saxlayıb dedim:
– Gəlin, birlikdə Karl Pavloviçin yanına gedək.
– Getmərəm, heç sizə də məsləhət görmürəm. Atalar sözünü
yadınıza salın: “Vaxtsız qonaq tatardan pisdi”, xüsusən rəssamın
evində, özü də səhərə yaxın.
– Bu gün səhər baş verənlərə görə siz məni utandırırsınız.
– Heç də yox...
– Siz əsl xristian kimi hərəkət etdiniz. İş və istirahət üçün biz
müəyyən vaxt təyin etmişik, xeyriyyə işləri üçün isə bunu
etməmişik. Bir daha sizə bugünkü gəlişinizə görə təşəkkür
edirəm. Görüşənədək! Biz bu gün evdə nahar edəcəyik, buyura
bilərsiniz. Belviderskini də görsəniz özünüzlə gətirin, –gedərkən
o əlavə etdi. O, Bryulovun tələbəsi, Şillerin coşqun azarkeşi olan
Apallon Nikolayeviç Mokriçkonu “Belvederski” adlandırırdı.
Venetsianovla küçədə ayrılıb Karl Pavloviçin yanına getdim
ki, xüsusi diplomatiyamın nəticəsini xəbər verim, lakin heç
Lukyanı da tapmadım. Lipin sağ olsun, mətbəxdən boylanaraq
dedi ki, onlar porta gediblər. Mən də porta getdim. Bağlı idi. (Port
deyilən yer, Bryulovun, baron Klodun, Zaurveydin və Basinin
emalatxanaları olan yerdə, indiki Akademiya bağının arxasındakı
binanı adlandırırdılar.) Liteyninin həyətindən keçərək küçəyə
çıxdım. Doviçielinin dükanının yanından keçərkən pəncərədə
Böyük Karlın buruqsaç başını profildən gördüm. Məni görən
kimi küçəyə çıxıb soruşdu:
– Necə oldu?
– Bu gün siz harada nahar edəcəksiniz?
– Bilmirəm, necə bəyəm?
– Gəlin, nahar etməyə Venetsianovun yanına gedək. O sizə
amfibiya barəsində heç vaxt eşitmədiyiniz elə möcüzələr
danışacaq ki... 
– Yaxşı, gedək.
124
Taras Şevçenko

Biz Venetsianovun yanına getdik. Nahar zamanı qoca bizə
bugünkü görüşün səbəbini açıqladı. Söhbət “amerika vəhşisinə”
gələndə biz qəhqəhə çəkib güldük. Nahar isterik gülüşlə tamam -
landı.
O, Yeddinci xətdə, Böyük və Orta prospektlərin arasında
yerləşən Kastyurinin evində böyük bir otağı özünün beş pan sio -
nerindən ibarət Rəssamları Həvəsləndirmə Cəmiyyəti üçün kira -
yələmişdi. Pansionerlərin qaldıqları otaqlardan başqa, orada antik
dövrə aid olan heykəllərlə (Venera Madiçeysku, Apollon, Ger-
manik və qladiator dəstəsi) bəzədilmiş iki tədris zalı da var idi.
Mən bu sığınacağı (naturaçıTarasın himayədarlığı ilə gipsdən
hazırlanmış otaq əvəzinə) öz tələbəm üçün nəzərdə tutdum.
Sadalanan heykəllərdən başqa orada insan skeleti də var idi.
Skeleti öyrənmək tələbəmə çox lazım idi. Fişerin anatomiya hey -
kəlini əzbərdən yaratmasına baxmayaraq, onun skelet haq qında
heç bir anlayışı yox idi. Səhəri gün mən nahardan sonra Vyunt -
sovla birgə xeyirxah iş üçün Cəmiyyətin o vaxtkı katibi V.İ.Qri -
qoreviçin yanına getdik ki, tələbəmin pansionatın tədris zalına
gəlməsinə icazə alaq.
Xeyirxah Vasili İvanoviç mənə bilet şəklində pansionerlərlə
birgə yaşayan, həmçinin onların nəzarətçisi olan rəssam Qalovi -
nin yanına giriş üçün kağız verdi.
Rəssam Qalovin kimi zavallı məxluqun üzərində elə də çox
dayanmaq istəməzdim. Gəl ki, rəssamlar arasında çox nadir adam
olduğu üçün onun barəsində bir neçə söz deməliyəm.
Plyuşkinin kəskin formada çəkdiyi fiqur antirəssam Qalovi -
nin qarşısında saralıb-solurdu. Heç olmasa, Plyuşkində ən azı ca-
vanlara yaraşan şadyanalıq, natamam da olsa xoşbəxtlik vardısa,
bu bədbəxtdə buna bənzər heç nə yox idi.
O, Rəssamları Həvəsləndirmə Cəmiyyətinin pansioneri idi.
Rəssamlar Akademiyasının müsabiqəsində ikinci qızıl medal
uğrunda yerinə yetirməli olduğu proqramını (Süjet xətti belə
idi:Adəm və Həvva ölmüş oğulları Avelin cənazəsi üzərində)
tamamlamaq üçün ona qadın model lazım idi. Lakin Peterburqda
125
Rəssam

beləsini tapmaq nə asan, nə də ucuz başa gəlirdi. Oğlan işin nə
yerdə olduğunu anlayıb, rəssamların himayədarı, Cəmiyyətin o
vaxtkı prezidenti, səxavətli Kikinin yanına gedib maddi yardım
istədi. Pulu model qızı icarəyə götürmək üçün alırdı. Lakin yüz
rublu alan kimi pulu döşəyə tikdi. Rəsmə lazım olan gözəlçənin
surətini rəssamların üz çəkmək üçün istifadə etdiyi kukladan kö -
çürtdü.
Kim ki, cavan rəssam üçün qızıl medalın necə əhəmiyyətli
olduğunu bilir, yəqin ki, bu acgöz cavanın iyrənc mənəviyyatını
duyar. Müqayisədə Plyuşkin onun yanında toya getməlidi. Mək -
tubda mən bu mənəviyyatsız idbara əxlaqlı dostumu təqdim etmi şəm.
İlk dəfə skeleti şkafdan mən özüm çıxartdım. Onu ümidsiz
əyyaş vəziyyətində stola əyləşdirib, tələbəmə skeletin görünü -
şünü cizgilərlə çəkməyi tapşırdım. İki gündən sonra mən böyük
məmnuniyyətlə onun rəsmini Basinin anatomik litoqrafiyası ilə
müqayisə etdim və çox aydın və düzgün təfsilat tapdım.
Bəlkə də, böyüdücü şüşənin günahı idi ki, mən öz tapıntıma
onun vasitəsiylə baxırdım. Nə olursa olsun, onun rəsmini bəyəni -
rəm. Naturaçı Tarasın himayəsi altında o, Apollon Midasın dara
çə kil miş heykəlini və skeleti müxtəlif vəziyyətlərdə çəkməyi
davam etdirdi.
Bütün bunlar öz ardıcıllığı ilə gedir, qış da öz növbəsində ye -
ri ni bahara verirdi. Mənim tələbəm hiss olunacaq dərəcədə arıq -
layır, saralır və daima fikir çəkirdi.
– Sənə nə olub? – mən ondan soruşdum. – Xəstə deyilsən ki?
– Sağlamam, – o, kədərli halda cavab verdi.
– Nə üçün ağlayırsan?
– Ağlamıram, sadəcə...
Və göz yaşları onun mənalı gözlərindən sel kimi axmağa baş -
ladı. Mən bütün bunların mənasını anlamadım və artıq düşün -
məyə başlamışdım ki, yəqin, zalım Amorun (Roma əsatirində eşq
allahı) oxu onun günahsız cavan qəlbinə dəyib.Yadıma düşdü ki,
bir yaz səhərində o mənə demişdi ki, hər gün mənim yanıma gələ
bilməyəcək. Buna səbəb bazar ertəsindən etibarən işlər başlayır
və o, yenidən hasarları rəngləməli olacaq.
126


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə