Zakir Abbas Taras Şevçenko Əkizlər. Rəssam



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix29.05.2017
ölçüsü0,79 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11
Taras Şevçenko

etmək qərarına gəldim. Gips siniflərini gəzərkən bütün dünyanın
paytaxtı olan və eyni zamanda Buonoratti günbəz tacı ilə
bəzədilmiş möcüzələr ölkəsi barəsində düşünürdüm. Əgər o vaxt
mənə rəsm müəllimliyi əvəzinə onu təklif etsəydilər, mən karan -
daşı atıb ucadan qışqırardım: “Bundan sonra ilahiyyat yaradı cılı -
ğı nı öyrənməyə dəyməz!”. İndi isə təxəyyül sağlam düşüncə ilə
ta raz lıq təşkil edəndə, rəngarəng prizmadan baxanda iradəmin
əksinə olaraq yadıma belə bir məsəl düşdü:
“Soğan olsun, nağd olsun”.
Hələ qışda mən öz yerimə qayıtmalı idim. Lakin müxtəlif
şəxsi işlərim, xüsusən indi K.Bryulovun sahəsinə aid olan tələbə -
min məsələsi, onun xəstəliyi, uzun sürən sağalması və nəhayət,
mad diyyat məni paytaxtda saxladı. Bütün bunlar uğurla yekun -
la şan dan sonra dedim ki, nəhayət, istəkli tələbəmi Dahi Karlın
hi ma yəsinə verə bildim. Artıq may ayının ilk günlərində paytaxtı
uzun müddətə tərk edə bilərəm.
İstəkli tələbəmi qoyub gedərkən mən ona molbert, bir neçə
mebel, aparılması mümkün olmayan çoxlu gips əşyalar olan
mən zilimi verdim. Məsləhət gördüm ki, gələn qışa kimi özünə
bir yoldaş tapsın. Qışda isə Malorossiyada olan Şternberq gələ -
cək. Mən Priluça gedərkən onunla ümumi tanışımızın evində bu
barə də görüşüb şərtləşmişdik. Bu zaman qayğıkeş Vilyadan xahiş
etdim ki, paytaxta qayıdanda mənzildə tələbəmlə birlikdə yaşa -
sın. Onun bu razılığı mənim böyük sevincimə səbəb oldu. Bir də
ona Karl Pavloviçə baş çəkməyi məsləhət gördüm. Tapşırdım ki,
yerli-yersiz görüşlərlə onu bezdirməmək üçün ehtiyatlı olsun. Bir
də onu dedim ki, siniflərdə vaxt itirməsin, mümkün qədər çox
oxusun. Yekunda isə oğulun doğma atasına yazdığı kimi, mənə
də tez-tez məktub yazsın. Onu müqəddəs Məryəm Anaya tapşırıb
ayrıldım. Əfsus ki, bu ayrılıq əbədi oldu.
Onun ilk məktubları darıxdırıcı idi. Məktəblinin çoxcildli,
əhatəli yazılmış gündəliyinə bənzəyirdi. Məktublar məndən baş -
qa heç kimə maraqlı deyildi. Sonuncu məktublarda məntiqi əlaqə,
savad özünü büruzə verirdi. Bəzən də doqquzuncu məktubunda
olduğu kimi məzmunlu idi.
139
Rəssam

“Bu gün səhər saat onda biz “İsanın çarmıxa çəkilməsi” şək -
li ni vala büküb, naturaçılarla birlikdə Petropavlovsk lyuteran kil -
səsinə göndərdik. Karl Pavloviç mənə onu kilsəyədək müşa yiət
etməyi tapşırdı. On beş dəqiqədən sonra Karl Pavloviç özü gəldi,
elə onun yanında şəkli çərçivəyə salmağı və yerinə qoy mağı tap -
şırdı. Lakin şəkil hələ boyalı deyildi. Uzaqdan baxanda tutqun, tünd
ləkələrdən başqa bir şey görünmürdü.
Nahardan sonra biz Mixaylovla gedib şəkli boyadıq. Tezliklə
Karl Pavloviç özü də gəldi. Əvvəlcə öndəki skamyada oturdu;
bir az dan sonra ən arxadakı skamyaya keçdi. Biz onun yanında
əy 
ləş 
dik. O, uzun müddət səssiz oturub, arabir deyirdi: –
“Heyvan dır lar! Kilsəyə kiçicik də olsa, işıq şüası düşmür! Şəkil
onların nəyinə lazım?”
– Bax, – bizə müraciət edərək kilsəni ayıran arkanı göstərib
dedi, – əgər bütün bu arka boyu İsanın çarmıxa çəkilməsini
işləsəydiniz, müqəddəs insana layiqli əsər olardı.
Ondan eşitdiklərimin yüzdə birini, mində birini sizə təsvir edə
bilsəydim, heç dərdim olmazdı! Lakin siz özünüz yaxşı bilirsiniz
ki, o necə danışır. Sözlərini kağız üzərində yazmaq mümkün
deyil, onlar daşlaşır. O elə yerindəcə bu nəhəng şəkli bütün in cə -
lik ləri ilə çəkdi və öz yerinə qoydu. Necə də mükəmməl əsərdir!
Onunla müqayisədə Nikolay Pussenin “Çarmıxa çəkilmə” əsəri
sadəcə olaraq əyalətçilikdir. Marten barəsində isə danışmağa dəy -
məz. O, uzun müddət xəyallarında nə isə uydurur, mən isə ehti-
ramla qulaq asırdım. Sonra o, şlyapasını götürüb çıxdı,
Mi xay lovla mən də onun ardınca getdik. Həvari Pyotr və Pavelin
hey kəllərinin yanından keçərkən o dedi: 
– Yaş əsgiyə bükülmüş kuklalar! Özü də Torvaldsenlə birgə!
Datsiaronun mağazasının yanından keçəndə o, avaraların
dəstəsinə qarışdı və rənglənmiş fransız litoqrafiyaları asılmış pən -
cə rənin yanında dayandı. “Aman Tanrım, – ona baxaraq mən fi -
kir 
ləşdim, – bu dahi elə indicə yaradıcılığın mükəmməl
sa hə sin dən danışırdı, indi isə Qrevedonun süni gözəlçələrinə
tamaşa edir! Anlaşılmazdır! Amma bu, həqiqətdir”.
140
Taras Şevçenko

Bu gün ilk dəfə idi ki, mən sinifdə deyildim, çünki Karl
Pavloviç məni buraxmadı, Mixaylovla məni özünə dama oyunun -
da rəqib etdi və üç saatlıq fayton qonaqlığını bizə uduzdu. Biz
adaya getdik, o isə evdə qalıb bizi şam yeməyinə gözləyirdi.
P.S. Yadımda deyil, keçən məktubda sizə sentyabr imtahanın -
dan sonra “Döyüşçü” şəklimə görə natura sinfinə köçürüldüyüm
barədə yazmışammı?
Əgər sizin kimi unudulmaz şəxsiyyət olmasaydı, yəqin ki,
məni bir ildən sonra natura sinfinə keçirməzdilər. Mən professor
Buyalskinin anatomiyadan dediyi mühazirələrə getməyə baş -
ladım. O, indi skelet barəsində mühazirə deyir. Sizin kömək -
liyinizlə mən artıq skeleti əzbərdən bilirəm. Hər yerdə və hər
zaman siz mənim yeganə, unudulmaz xeyirxahımsınız! Salamat
qalın!
Bütün varlığı ilə sizə sadiq N.N.”
Mən onun başına gələnləri yazdığı məktublar əsasında danış -
maq fikrindəyəm. Özü də bu, çox maraqlı olardı.
Məktublarda o, tez-tez dərslərindən, demək olar ki, bütün
tələ bələrin və yoldaşlarının sevimlisi olan Karl Pavloviçin gün -
də lik məişətindən yazırdı. K.Bryulovun gələcək bioqrafı kimi
vaxt keçdikcə onun bütün məktublarını nəşr edəcəm. İndi isə
yalnız dərslərinə, yaradıcılıq sahəsindəki uğurlarına və yüksək
mənəviyyatlı daxili dünyasına bilavasitə aid olanlardan söz açacam.
“Artıq oktyabr ayı sona yetir, Şternberq isə hələ də gəlməyib.
Mənzillə nə edəcəyimi bilmirəm. Bu məni o qədər də narahat
etmir, çünki mənzilin pulunu Mixaylovla yarıbayarı ödəyirik.
Mən, demək olar ki, çıxılmaz vəziyyətdə qalıb, Karl Pavloviçin
evində oluram, yalnız yatmağa evə gəlirəm. Arabir isə gecəni də
onun evində qalıram, Mixaylov bəzən gecələməyə də evə gəlmir.
Allah bilir, o, haradadır və nə ilə məşğuldur. Mən onunla yalnız
Karl Pavloviçin yanında, bəzən də siniflərdə görüşürəm. O,
özünəməxsus, yumşaq qəlbli insandır. Karl Pavloviç təklif edir
ki, tamamilə onun evinə köçüm, lakin sizə deməyə həm qorxu-
ram, həm də utanıram. Mənə elə gəlir ki, öz evim mənim üçün
141
Rəssam

daha rahatdır, həm də Şternberqlə heç olmasa iki-üç ay birlikdə
yaşamaq istəyirəm. Çünki bunu siz mənə məsləhət görmüsünüz,
siz isə mənə pis məsləhət verməzsiniz. Karl Pavloviç Domeniki-
nonun “İohan Boqaslov” rəsminin surəti üzərində ciddi cəhdlə
çalışır. Bu işi ona Rəssamlar Akademiyası sifariş verib. İş zamanı
mən oxuyuram. Onun böyük, lakin səliqəsiz kitabxanası var. Bir
neçə dəfə biz oranı səliqəyə salmaq istədik, lakin uğursuz alındı.
Yəni ki, mütaliə ilə yaxşıca məşğul oluram. Karl Pavloviç Smir-
duna onun “Yüz ədəbiyyatçı” əsərinə rəsm çəkəcəyinə söz verib,
bütövlükdə kitabxana da onun qulluğundadır. Mən, demək olar
ki, Valter Skotun bütün romanlarını oxumuşam, indi isə Mişonun
“Səlib müharibələrinin tarixi”ni oxuyuram. Bu roman digərləri
ilə müqayisədə daha çox xoşuma gəlir. Karl Pavloviç də belə
deyir. Mən Pyotr Pustınnikin ilk səlib yürüşünə çıxan kütləni bir
alman şəhərindən necə keçirməsini, onların geyim və ədalarını
nəzərə alaraq eskizini hazırladım. Karl Pavloviçə göstərdim, o
isə mənə İncildən, qədim Yunan və Roma tarixindən başqa
hansısa bir yerdən süjet xətti götürməyimi qəti qadağan etdi. O
dedi: “Orada tam sadəlik və cəlbedicilik, orta əsrlər tarixində isə
mənəviyyatsızlıq və çirkinlik var”. İndi mənim mənzilimdə
İncildən savayı kitab yoxdur. Mən “Anarxistin səyahəti” və
“Yunan tarixi”ni Karlın evində elə Karl Pavloviçin özü üçün oxu -
yuram və o da həmişə məmnuniyyətlə qulaq asır.
Kaş siz onun öz işini necə səmimi sevgiylə, necə diqqətlə
tamamlamasını görəydiniz! Mən onun qulluğunda ehtiramla
dayanıram, başqa cür ola da bilməz. Lakin orijinal əsərin sehrli
və füsunkar gücü nələrə qadirdir! Bəlkə də, bu sadəcə olaraq qa -
baq cadan yaranmış yanlış fikirdir. Bəlkə, zaman rənglərin tonunu
məftunedici şəkildə açıb. Bəlkə, Domenikino... Yox, bu, yanlış
fikirdir, belə düşünmək günahdır. Domenikino heç vaxt bizim
dahi Karl Pavloviçdən üstün ola bilməz.
Arabir elə istəyirəm ki, tezliklə orijinalı burdan aparsınlar.
Necə oldusa bir dəfə şam yeməyi əsnasında surətlərdən söz
düşdü. O dedi ki, nə rəssamlıqda, nə də heykəltəraşlıqda o, həqiqi
142
Taras Şevçenko

surət tanımır. Yəni ki, yenidən yaratmaq lazımdır. O ki, qaldı ədə -
biy yata, o yalnız yeganə bir surət tanıyır, bu da Jukovskinin “Şi -
lion məhbusu”dur. Elə buradaca əzbərdən deməyə başladı. O,
şeir 
ləri necə də gözəl deyir! Allah haqqı, Briyanskdən də,
Karatıgindən də yaxşı deyir. Yeri gəlmişkən, Karatıgin barəsində.
Bu günlərdə təsadüfən biz Mixaylovski teatrına getdik. “Otuz
il və ya oyunçunun həyatı” əsərini göstərirdilər. Onun dediyinə
gö rə, tamaşanın adını dəyişiblər. İkinci və üçüncü pərdənin ara -
sın da o, kulisin arxasına getdi və Karatıginin dilənçi rolu üçün
pal tarını geyindi.Tamaşaçılar özləri də bilmədən qəzəbləndilər.
De mək, yaxşı aktyor üçün kostyumun necə də böyük rolu var imiş.
Talioni artıq Peterburqa gəlmişdi və tezliklə öz sehrli uçuş -
larına başlayacaqdı. Lakin o, bir şeyə təəssüflənirdi. Kaş Ştern -
berq tezliklə gələydi! Mən onu görmədən vuruldum. Karl
Pav lo viç mənim üçün dünyadır, lakin onun mehribanlığına və
nəvazişinə baxmayaraq, bəzən mənə elə gəlir ki, tənhayam.
Mixa ylov çox yaxşı yoldaşdır, lakin heç nə ilə məşğul olmur, heç
bir gözəllik onu cəlb etmir. Bəlkə də, mən onu anlamıram. Sala-
mat qalın, mənim unudulmaz himayədarım!”
“Mən heyranlıq içindəyəm. Səbirsizliklə uzun müddət göz -
lə 
diyim Şternberq, nəhayət ki, gəldi. Gözləmədiyim halda,
qəflətən! Mən çaşıb qaldım və uzun müddət öz gözlərimə inan -
madım: fikirləşdim, qarabasma deyil ki? Həmin vaxt “İezekil sü -
mük lərlə örtülmüş sahədə” eskizini işləyirdim. Bu hadisə gecə
saat ikiyə qalmış baş verdi. Birdən qapılar açıldı, – mən “İeze -
kil”lə məşğul idim deyə, qapıları açarla bağlamağı unutmuşdum,
qalın kürkdə və qalın papaqda olan bir insan fiquru peyda oldu.
Əvvəlcə qorxdum, özüm də anlamadan dedim: “Şternberq?” –
“Şternberq”, – o cavab verdi və mən ona kürkü çıxarmağa macal
vermədən qucaqlayıb öpməyə başladım. Uzun müddət sakitcə
bir-birimizə baxdıq, nəhayət, o, darvazanın yanında faytonçunun
gözlədiyini xatırladı. O, faytonçunun, mən isə qapıçının yanına
getdim ki, onun əşyalarını mənzilə gətirsin. Hər şeyi yerbəyer
etdikdən sonra rahat nəfəs aldıq.
143
Rəssam

Qəribədir! Mənə elə gəlir ki, köhnə dostumu və ya elə sizin
özünüzü önümdə görürdüm. Söhbət əsnasında o mənə sizinlə
harada, necə görüşməyiniz, nə barədə danışdığınız, necə ayrıl dı -
ğı nız haqqında gecədən keçənə qədər danışdı. Artıq səhər açılırdı.
Şamın işığı öz parlaqlığını itirirdi. O dedi:
– Düşünürəm ki, çay içmək olar.
– Fikirləşirəm ki, olar, – mən cavab verdim və biz “Qızıl
lövbər”ə getdik.
Çay içdikdən sonra o yatdı, mən isə sevincimi bölmək üçün
Karl Pavloviçin yanına getdim. Lakin o da yatmışdı. Nə edəcə -
yimi bilmirdim, sahil kənarına çıxıb bir neçə addım atmışdım ki,
Mixaylovla qarşılaşdım. Deyəsən, o da bütün gecəni yatmamışdı.
Eynək və palto geyinmiş bir cənabla gəlirdi.
– Lev Aleksandroviç Elkan, – Mixaylov eynəkli cənabı gös -
tə rərək  dedi.
Mən də öz soyadımı dedim və biz bir-birimizin əlini sıxdıq.
Sonra mən Mixaylova Şternberqin gəlməyi barəsində danışdım,
eynək li cənab çoxdan gözlədiyi dostu gəlibmiş kimi sevindi.
– O haradadı? – Mixaylov soruşdu.
– Bizim mənzildə.
– Yatır?
– Yatır.
Mixaylov dedi:
– Gəlin,“Kopernaum”a gedək, yəqin ki, orada yatmazlar.
Eynəkli cənab razılıq əlaməti olaraq başını tərpətdi və onlar
qol-qola girərək getdilər. Mən də onların ardınca. Karl Pavloviçin
mənzilinin yanından keçəndə pəncərədən Lukyanın başını
gördüm, qərara gəldim ki, maestro artıq oyanıb. Mixaylov və
Elkanla sağollaşıb onun evinə getdim. Dəhlizdə rastlaşanda o,
əlində təzə palitra və təmiz fırçalar tutmuşdu. Görüşüb, geri
qayıtdım. Artıq mən nəinki ucadan, heç ürəyimdə də oxumağa
qadir deyildim. Bir az sahil kənarı ilə gəzdikdən sonra mənzilimə
getdim. Şternberq hələ də yatırdı. Mən sakitcə üzbəüz stulda əy -
lə şib onun uşaq kimi məsumluq yağan simasına tamaşa edirdim.
144
Taras Şevçenko

Sonra karandaş və vərəq götürüb yatmış dostumu çəkməyə baş -
ladım. Eskiz üçün oxşarlıq və ifadəlilik yaxşı alındı. Fiqurun bü -
tün ümumi təsvirlərini çəkəndən sonra yorğanın qatlarını təyin
etmişdim ki, Şternberq yuxudan oyandı və məni, necə deyərlər,
cinayət başında yaxaladı. Mən özümü itirdim, o isə bunu görüb
səmimi qəlbdən gülməyə başladı.
– Göstərin görüm neyləmisiz? – qalxaraq dedi.
Mən göstərdim. O, yenə güldü və mənim rəsmimi yerdən
göyə kimi təriflədi.
– Nə vaxtsa sənin bu işinin cavabını verəcəm, – deyərək
gülüb yataqdan qalxdı, yuyundu, çamadanını açıb geyinməyə
başladı.
Çamadandakı paltarların altından qalın portfeli çıxardı və
mənə uzadaraq dedi:
– Burada mənim keçən yay bir neçə yağlı boya və akvarellə
işlədiyim rəsmlərdən başqa Malorosiyyada çəkdiklərimin əksə -
riy yəti var. Əgər vaxtınız varsa baxın, mən bir yerə getməliyəm.
Əlini mənə uzadaraq əlavə etdi:
– Görüşənədək! Bilmirəm bu gün teatrda nə var, tamaşa üçün
çox darıxmışam. Gəl, birlikdə gedək.
– Böyük məmnuniyyətlə! İmkan olsa, mənim ardımca natura
sinfinə gələrsiniz.
O isə qapının arxasından dedi:
– Yaxşı, gələrəm.
Əgər mənim arxamca Karl Pavloviçin göndərdiyi Lukyan
gəlməsəydi, nahar yadıma düşməyəcəkdi. Lukyanın yeməyinə
gö rə Şternberqin portfelini kənara qoymaq mənə çox ağır gəlirdi.
Nahar arxasında Karl Pavloviçə sevincimin səbəbini dedim, o isə
Şternberqlə görüşmək istədiyini bildirdi. Dedim ki, onunla
teatrda görüşməyə şərtləşmişik. Maraqlı bir tamaşa olsa o bizimlə
yol yoldaşı olmaq istədiyini bildirdi. Xoşbətlikdən həmin gün
Aleksandrinski teatrında “Ovsunlanmış ev” tamaşasını göstərə -
145
Rəssam

cək dilər. Dərsin sonunda Karl Pavloviç sinfə girərək məni və
Şternberqi götürüb öz faytonuna əyləşdirdi və biz XI Lyudovikə
baxmağa getdik. İlk gün başa çatdı.
İkinci gün səhərə yaxın Şternberq öz qalın portfelini götürdü
və biz Karl Pavloviçin yanına getdik. O, Şternberqin mükəmməl
və düzgün təsvir etdiyi müxtəlif obrazlara və vətəninə, fikirli
həmyerlilərinə baxanda heyranlıq hissi duyurdu. Nə qədər də
gözəl və saysız-hesabsız şəkillər!
Boz, kiçik bir kağız parçasının üzərində üfüqi xətt çəkil miş -
dir. İlk planda yel dəyirmanı, çuvallar yüklənmiş arabanın yanın -
da bir neçə öküz, – bütün bunlar tamamlanmayıb, sadəcə olaraq
işarə edilib, lakin necə də gözəldir! Gözlərini ayıra bilmirsən.Və
ya qollu-budaqlı bədmüşk ağacının altında, çayın lap kənarında,
küləşlə örtülmüş daxma suyun üzərində güzgü kimi əksini
tapırdı. Daxmanın altında bir qarı, suda ördəklər üzür. Bütün bun-
lar rəsmi tamamlayırdı və canlandırırdı. Belə şəkillərlə, daha
doğrusu, həyati oçerklərlə Şternberqin portfeli doludur. Möcü zə -
li, misilsiz Şternberq! Bu səbəbdən Karl Pavloviç onu öpdü.
Özümdən asılı olmayaraq mən Çernetsov qardaşlarını xatırla -
dım. Onlar bir müddət bundan əvvəl Volqa səyahətindən qayıdan
kimi öz rəsmlərini Karl Pavloviçə göstərmək üçün gətirmişdilər:
çoxlu sayda vatman kağızı üzərində alman səliqəsi ilə lələklə
cizgilənmiş şəkillər idi. Karl Pavloviç bir neçə rəsmə baxıb, port-
feli bağladı və Çernetsov qardaşlarına deyil, öz-özünə dedi: “Mə -
nim burda nəinki ana Volqanı, heç böyük gölməçəni görməyə də
ümidim yoxdur”. Amma Şternberqin bir eskizində bütün Malo -
ros siyanı gördü. Sizin vətəninizin və qəmgin simalı həmyerli lə -
ri nizin təsviri onun necə xoşuna gəlmişdisə, bundan təsirlənib
özünə Dnepr sahilində koma tikmişdi. Cəlbedici dekorasiyası və
rahatlığı ilə koma Kiyevin yaxınlığında idi. O yalnız bir şeydən
qorxur və bunu özündən uzaqlaşdıra bilmirdi. Bütün bunlar
mülkədar xisləti və ya feodal psixologiyası idi. O, uşaq kimi saf idi!
Bu günü də tamaşa ilə yekunlaşdırdıq. Şillerin “Qaçaqlar”
146
Taras Şevçenko

tamaşasını göstərirdilər.Tamaşa, demək olar ki, operadan uzaq
idi. Arabir ya “Robert”, ya da “Fenella” peyda olurdu. Balet, daha
doğrusu, Talioni hər şeyi məhv etdi.
Sağlıqla qal, mənim unudulmaz himayədarım!”
“Budur, artıq bir aydan çoxdur ki, müqayisə olunmaz Ştern -
berqlə birlikdə doğma qardaş kimi yaşayırıq. O necə də meh -
riban, mülayim insandır! Əsl rəssamdır! Özü hər şeyə gül düyü
kimi, hər şey də onun üzünə gülür. Xoş, qibtəolunası xasiy yəti
var! Karl Pavloviç onu çox sevir. Ümumiyyətlə, tanıyandan sonra
onu sevməmək mümkündürmü?
Bax, biz günümüzü belə keçiririk: səhərə yaxın saat doqquzda
mən rəssamlıq sinfinə gedirəm. (Artıq yağlı boya ilə etüdlər
hazırlayıram. Keçən imtahanda üçüncü yeri götürmüşəm.) Ştern -
berq evdə qalıb eskizlərindən ya akvarellə rəsmlər, ya da yağlı
boya ilə elə də böyük olmayan şəkillər çəkir. Saat on birdə ya
Karl Pavloviçin yanına gedirəm, ya da ki, evə gəlib Şternberqlə
Allah verəndən yemək yeyirəm. Sonra mən yenə sinfə qayıdıram
və saat üçə kimi orada oluram. Saat üçdə biz madam Yurgensin
yanına nahara gedirik. Arabir Karl Pavloviç də bizimlə gedir. Ona
görə ki, hər gün bu vaxtlar onu Şternberqin yanında görürdüm.
O, çox vaxt təmtəraqlı aristokrat yeməklərindən imtina edir, yal -
nız yüngülvari şorba içir. Həqiqətən, qeyri-adi insandır!
Nahardan sonra mən sinfə gedirəm. Saat yeddi radələrində
Şternberq sinfə gəlir. Ya biz teatra gedirik, ya da sahil kənarı ilə
bir az gəzib evə qayıdırıq. Evdə mən ucadan nəsə oxuyuram, o
işləyir, ya da ki, mən işləyirəm, o isə oxuyur. 
Bir müddət əvvəl biz Valter Skotun “Vudstok” əsərini oxu -
duq. Məni fövqəladə dərəcədə qoca baronet Linin qəsrində baş -
qa ad altında gizlənən II Karlın qızının səhnəsi maraqlandırdı.
Səhnə onun qızı Yuliya Li ilə açılır. O, İngiltərənin kralıdır və öz
aşnasına təklif edir ki, sarayda şərəfli bir yer tutsun. Bu, qonaq -
pərvərliyə görə həqiqi hökmdarsayağı minnətdarlıq əlamətidir.
Mən eskizin cizgilərini Karl Pavloviçə göstərdim. O mənim
seçimimi və eskizimi tərifləyəndən sonra məsləhət gördü ki,
Pavel Delaroşanı öyrənim.
147
Rəssam

Şternberq bu yaxınlarda məni Şmidt ailəsi ilə tanış etdi.
Deyəsən, onun uzaq qohumudur. Yaxşı insandır. Ailəsi də ziyalı -
dır. Biz tez-tez axşamlar onlarda oluruq, bazar günləri isə orada
nahar edirik. Çox gözəl, mehriban ailədir! Mən həmişə onlardan
çıxanda özümü ruhən təmizlənmiş və xeyirxah adam kimi hiss
edirəm. Heç bilmirəm Şternberqə bu tanışlığa görə necə təşəkkür
edim.
Bir də o məni sizin keçən yay Malorossiyada görüşdüyünüz
aristokrat xanımla da tanış edib. Şternberqə görə mən orada nadir
hallarda oluram. Onun qonaqlarının özündən razı tonda danışma -
ları və zəhlətökən yaltaqlığı xoşuma gəlmir. Bir də o, qonaqları
üçün təntənəli nahar təşkil edir, Malorossiya likorunu içirdir. Mən
uzun müddət anlaya bilmədim ki, Şternberq bele səhnələrə necə
dözür. Nəhayət ki, öz-özünə açıldı. Bir dəfə o, Tarnovskilərin
evindən qayıdanda heç özünə bənzəmirdi. Çox incik idi. Uzun
müddət sakitcə otaqda var-gəl etdi, sonra yatağa uzandı, qalxıb
yenidən uzandı və bu hal üç dəfə təkrarlandı. Və nəhayət ki, son -
da sakitləşib yuxuya getdi.
Eşidirəm ki, o, yuxuda Tarnovskinin qardaşı qızlarından biri -
nin adını çəkir. Mən işin nə yerdə olduğunu duydum. Növbəti
gün Vilya yenidən Tarnovskinin evinə getdi və gecəyarı göz yaş -
la rı içərisində qayıtdı. Mən özümü elə göstərdim ki, guya, heç
nə görmürəm. O, divana yıxılaraq üzünü əlləri ilə tutub uşaq kimi
hıç qırmağa başladı. Beləcə, ən azı bir saat keçdi. Sonra divandan
qal xıb mənə yaxınlaşdı, qucaqladı, öpdü və acı-acı gülümsədi.
Yanımda oturub öz sevgi hekayəsini danışmağa başladı. Hamının
başına gələn hadisədir: o, Tarnovskinin böyük qardaşı qızına vu-
rulub. Eyniylə qız da onu sevdiyini deyib, ancaq iş evlilik
məsələsinə çatanda, hansısa bir daz həkimi, Burtsevi seçib. Çox
adi hekayətdir. Ürəyini açdıqdan sonra o, bir az rahatlaşdı və mən
onu yatağa uzatdım.
Növbəti üçüncü gün, demək olar ki, onu görmədim: tez gedir,
gec gəlir, gününü harda keçirir, bir Allah bilir. Onunla danışmaq
istəyəndə suallarıma zorla cavab verirdi. Təklif etdim ki, Şmidt
ailəsinə baş çəkək, o isə etiraz əlaməti olaraq başını yellədi.
148
Taras Şevçenko

Bazar günü səhər mən təklif etdim ki, Botanika bağına gedək.
Məcburi də olsa razılaşdı. Bağdakı şüşəbənd ona yaxşı təsir ba -
ğışladı. Əhvalı yaxşılaşdı, çiçəklərin bitdiyi yerlərə səyahət et -
məyi arzulamağa başladı. Bu möcüzəli bitkilərin yetişdiyi
öl kələr, yəqin ki, çox cəlbedici olardı.
Bağdan çıxanda mən təklif etdim ki, Krestovskidəki alman
yeməkxanasında nahar edək. O, həvəslə razılaşdı. Yeməkdən son -
ra biz musiqi dinlədik, dağdan sürüşənlərə tamaşa etdik, sonra
isə Şmidtin evinə yollandıq.
Şmidtlər həmin gün universitetin müfəttişi Fiçtumların evində
nahar etmişdilər, gecəni də orda qalmışdılar. Biz ora yollandıq.
Sual dolu baxışlarla bizi qarşıladılar, yəqin ki, harada itib-bat dı -
ğımızı bilmək istəyirdilər. Fiçtumun evində məşhur Bemin solo
ifası ilə Bethovenin kvintetini və Motsartın sonatasını həzlə din -
lə dikdən sonra gecə saat birdə evə qayıtdıq. Yazıq Vilya, yenə
fik rə getdi. Mən ona təsəlli verə bilmirəm. Təskinlik üçün nə de -
yə bilərəm ki?
Səhəri gün mən Karl Pavloviçin tapşırığı ilə Smirdinin mağa -
zasına getdim. Müxtəlif kitabların arasından Dikkensin “Niklas
Niklbi” romanı çap edilmiş “Oxu üçün kitabxana” seriyasının iki
nömrəsini götürdüm. Şmidtlər ailəsində ədəbiyyat gecəsi keçirib
Şternberqi ora dəvət etmək fikrindəydim. Dediyim kimi də oldu.
Elə həmin gün, axşam dərslərindən sonra kitabları qoltuğumuza
vurub Şmidtlər ailəsinin evinə getdik. Mənim fikrim heyranlıqla
qarşılandı və çaydan sonra qiraət başladı. Birinci gecə mən oxu -
dum, ikinci gecə Şternberq, sonra yenə mən, sonra yenə o, Ro-
manlar qurtarana kimi beləcə davam etdi. Bu, Şternberqə gözəl
təsir etmişdi.
“Niklas Niklbi”dən sonra ardıcıllıqla biz “Kinelvort qəsri”,
sonra isə “Pert gözəli” və Valter Skotun bir neçə romanını oxu -
duq. Tez-tez gecəyarısına kimi otururduq və milad bayramının
gəlişini hiss etmədik. Şternberq özünə gəlirdi, indi o daha işləyir
və az kədərlənirdi. Allah qoysa, bu da keçər. Salamat qal, mənim
əziz atam! Sizə yaxın zamanda yazacağıma söz vermirəm, çünki
149


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə