Zəfər
Tarixini yaşadanlar
Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Azərbaycan Dövlət Himninin oxunması.
1. 30 illik həsrətə son qoyuldu. Nəhayət ki,birinci Qarabağ Şəhidlərinin itirilən torpaqlarda
qanı tökülən uşaqların uşaqların,yaşlıların ürəyinə övlad dağı çəkilən anaların qisası
alındı. Erməniyə əsir düşəməsin deyə özünü qayadan atan gəlin bacıların ruhu rahat
oldu.
2.Azərbaycan xalqı hər bayramlarda inşallah gələn ili Şuşada qeyd edək deyirdi.Bəli artıq o
arzu gerçəkləşdi Azərbaycan tarixi qələbə qazandı.Azərbaycan xalqı Zəfər çaldı.
3. Bu zəfəri bizə yaşadan,Zəfər şərbətini,zəfər şirinliyini bizə daddıran
Ali Baş
Komandanıma, müzəffər orduma,öz birliyini nümaiş etdirən xalqıma eşq olsun!
4. Eşq olsun! Qanını -canını Vətənin, torpağının bütövlüyü uğrunda fəda edən
Şəhidlərimizə!
Eşq olsun iki gözünü itirib qaranlıq dünyadan xalqının işıqlı gələcəyini görən qazilərimizə.
5. Zəfər tarixini yazanlar xalqın ZƏFƏR tarixində əbədi olaraq qalacaqlar!
6. 27 sentyabrsdan başlanan,44 gün davam edən və Dağlıq Qarabağ
da daxil olmaqla işğal
altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən
parlaq səhifəsinə çevrildi.
7. Tariximizi unutmayaq və unutdurmayq ki, xalqımız bir də acılıar yaşamasın.tariximizi
xatırladaq ki,gələcək nəsil öz düşmənini tanısın.
8.Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır! 44 günlük Qəhrəmanlıq savaşımız tarix boyu
şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Y
ƏM
ƏN .QOBUSTAN
9. Tarix boyu onun-bunun kölgəsində daldalanan zavallı düşmənin ağlına belə gəlmirdi
ki,gün gələcək torpağının iniltisinə,çağrışına səs verəcək Azərbaycan igidləri.Düşmən
fikirləşmədi ki, Türkün torpağına göz dikənin gözünü oyarlar.
10. Düşmənin ağlına belə gəlmirdi ki,mənimdir deyə məskunlaşdığı torpaqların sahibləri
bir gün gəlib öz torpağna sahib çıxar.
Azərbaycan igidləri düçmənə səsləndi
Eheey düşmən
Bəsdir daha at oynatdın,
Qılınc çəkdin.
Baş apardın, zəhlə tökdün
Yetər daha, qarı düşmən,
Gəlirəm mən.
Mən gəlincə ağlın varsa,
O yerlərdə çalış durma,
Zəfər çalmaq sənlik deyil.
Xəyallarla ürəyini ovundurma.
Nə qədər ki, anan ağlar qalmayıbdır,
Cəhənnəm ol!
Nə qədər ki, boş başına bu dünya dar olmayıbdır,
Cəhənnəm ol!
Qaçmaq sənə eyib deyil,
Əkil, çıx get!
Nə qədər ki, ölməmisən,
Çəkil, çıx get!
Eheey, düşmən. Gəlirəm mən!
11.
Gəldi Azərbaycan igidləri…..Gəldi və azad etdi Şuşanı,Laçını, Cəbrayılı,Xocalını
qarış-qarış geri aldı itirilən torpaqlarını.Zəfər çaldı Azərbaycan igidləri.Düşməni mat
qoydu qəhrəmanlarımız.Tarix yazdı, şərəfli tarix yaşatdı igidlərimiz.
12.
Dünya gücləri 30 ilə yaxın dövr ərzində bizi inandırdı, bizə haqqımızı özümüzə
qaytaracağına söz Verdi.Amma bunu edə bilmədi. Biz ərazisi kiçik dövlət
olmağımıza baxmayaraq, böyük ürəkli xalq olduq və sübut etdik ki,bizim torpaqlar
işğal altında qala bilməz.
Y
ƏM
ƏN .QOBUSTAN