Zərərçəkənə ilk tibbi
yardımın göstərilməsi
S
üleymanlı Ülkər
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi
Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu
İlk yardım nədir?
• “İlk yardım”
-
beynəlxalq termindir, tibbi
yardım hesab olunmur və zərərçəkənə tibbi
yardıma qədər göstəilir. Tibbi yardımdan fərqli
olaraq, ilk yardımı istənilən şəxs göstərə bilər.
• Hadisənin şahidi hadisə yerində nə edəcəyini
bilmədiyində və ya zərərçəkənə lazımi yardım
göstərmək iqtidarında olmadıqda, o, kömək
çağırmalı və sonra təcili tibbi yardım xidmətini
(103 və ya 112) aktivləşdirməlidir.
Ülkər Süleymanlı 2020
Xilasedicinin t
əhlükəsizliyi
• İlk yardım göstərərkən ən vacibi yardım
göstərənin ikinci qurbana çevrilməməsidir.
Hadisə yerində elektrik xətti, zəhərləyici
maddə, su, buz, tüstü, zəhərləyici qazlar və s.
kimi təhlükələr ola bilər. Buna görə də yardım
göstərməzdən əvvəl hadisənin şahidi olub-
olmamağınızdan asılı olmayaraq, hadisə
yerinin təhlükəsizliyini qiymətləndirmək
lazımdır. Yardım göstərən şəxs ilk növbədə
öz təhlükəsizliyini, sonra isə zərərçəkənin
təhlükəsizliyini təmin etməlidir.
Ülkər Süleymanlı 2020
Zərərçəkənin vəziyyətinin
qiymətləndirilməsi
• Zərərçəkmiş insanı yalnız ehtiyac olduqda (məs. yanan
evdən, avtomobildən, elektrik xəttindən və s.
uzaqlaşdırmaq) yerindən tərpətmək olar.
• Daha sonra zərərçəkənin reaksiyasını yoxlamaq
lazımdır. Reaksiya iki üsulla: verbal (soruşaraq) və ya
taktil (toxunmaqla) müəyyən edilir.
• Əgər zərərçəkən cavab vermirsə dərhal kömək çağırmaq
lazımdır və zərərçəkənin tənəffüsünü və nəbzin olub-
olmamağını (yuxu arteriasına toxunaraq) 10 saniyə
ərzində təyin etmək lazımdır.
Ülkər Süleymanlı 2020
Bərpa vəziyyəti (recovery position)
• Əgər zərərçəkən adekvat nəfəs alırsa və
onurğanın, budun və ya çanağın
zədələnməsi yoxdursa, ona sol və ya sağ
tərəfi üstdə “bərpa vəziyyəti” verilməlidir.
Ülkər Süleymanlı 2020
Bədbəxt hadisələrin növləri və bu
hadisələrdə ilk yardımın növləri :
• Yaralanma zamanı ilk yardım
• Qanaxma zamanı ilk yardım
• Çıxma və sümüyün sınması zamanı ilk
yardım
• Yad cismin orqanizmə düşməsi zamanı ilk
yardım
• Ürəkgetmə, günvurma və istivurma zamanı
ilk yardım
• Donma zamanı ilk yardım
• Yanıq zamanı ilk yardım
Ülkər Süleymanlı 2020
Yaralanma zamanı ilk yardım
• Mexaniki və digər səbəblərdən dəri və selikli qişaların, dəridə
yerləşən toxuma və orqanların tamlığının pozulmasına –
Dostları ilə paylaş: |