Ziner effekti Çox qüvvətli elektrik sahələrində ( Eb > 109 V/m ) yükdaşıyıcıların konsentrasiyasının daha bir artma mexanizmi meydana çıxır. Bu tunel effekti



Yüklə 17,68 Kb.
tarix02.01.2022
ölçüsü17,68 Kb.
#42202
Ziner effekti


Ziner effekti

Çox qüvvətli elektrik sahələrində ( Eb > 109 V/m ) yükdaşıyıcıların konsentrasiyasının daha bir artma mexanizmi meydana çıxır. Bu tunel effekti və ya Ziner effekti adlanır.

Sahələrin daha böyük qiymətlərində ( V/m) elektrostatik ionlaşma, donor səviyyələrindən və valent zo­­nasından keçirici zonaya 2,4 üfiqi keçidləri mümkün olur. Elektrostatik ionlaşma ona görə mümkün olur ki, kifayət qədər qüvvətli elektrik sahələrində elektron enerjisini dəyişmədən, tunel effekti hesabına qadağan zonasını keçmə ehtimalına malikdir.

Məsələn, tunel keçidi üçün xarici sahə intensivliyi E olarsa, elektrostatik ionlaşma ehtimalı



(1)

kimi qiymətləndirilə bilər.



Tunel keçidlərinin ehtimalı istər valent zonasından keçirici zonaya, istərsə də keçirici zonadan valent zonasına keçidlər üçün eynidir. Amma valent zonasında elektronların konsentrasiyası keçirici zonada olduğundan daha böyükdür və buna görə də nəticədə elektron seli valent zonasından keçirici zonaya doğru yönəlir. Tunel keçidinin ehtimalı yarımkeçirici və metal kontaktlarında (5,6 keçidləri), əgər bu zaman po­tensial çəpərin eni həcmi yüklər hesabına artmırsa, daha böyük ehtimallıdır.

Sahənin intensivliyinin yüksəldilməsi ilə ionlaşma hesabına yükdaşıyıcıların əlavə artımı ilə yanaşı əks proses – elektronların deşiklərlə rekombinasiyası da baş verir. Bu iki proses nəticəsində xarici sahənin hər bir qiymətində yükdaşıyıcıların müəyyən konsentrasiyası qərarlaşır və bu konsentrasiyasının qərarlaşmış qiyməti də sahə intensivliyi artdıqca artır. Xarici sahənin həddən artıq böyük qiymətlərində, əsasən zərbə və elektrostatik ionlaşma hesabına, yükdaşıyıcıların selşəkilli artımı və yarımkeçiricilərin deşilməsi baş verir.
Yüklə 17,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin