Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Bu gün ələ almaz oldum mən sazım



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#1006
1   ...   10   11   12   13   14   15   16   17   ...   26
Bu gün ələ almaz oldum mən sazım,

Ərşə dirək-dirək çıxar avazım.

Dörd iş vardır, hər qarındaşa lazım:

Bir elm, bir kəlam, bir nəfəs, bir saz.

    Rayon Mədəniyyət Evinin mü-

diri  Ramiz  Cəlilov  qeyd  etdi  ki,

Şahbuz rayonu dağlıq bölgə oldu-

ğundan əhalinin əsas məşğuliyyəti

heyvandarlıqdır. Yaylaq, qışlaq hə-

yatı keçirən şahbuzlularda yaşam

tərzi saza, sözə meyli artırmışdır. 

    –  Mən  özüm  Aşağı  Qışlaqda-

nam. Yaxşı yadımdadır, ustad aşıq-

lar kəndlərə gələrdilər. Bizim kəndə

gələn  aşıqlardan  Hüseyn  Saraclı,

aşıq Kamandar, Ağ Aşıq xatirim-

dədir.  Kənd  sakinlərindən  birinin

evində  dastan  gecələri  təşkil  olu-

nardı.  Kiçikdən-böyüyə hamı hə-

min evə toplaşar, aşıqları maraqla

dinləyərdik. Belə gecələr dan yeri

ağarana qədər davam edərdi. Ca-

vanlar  arasında  da  saz  sənətinə

maraq artardı.  Biçənəkli aşıq İslam,

aşıq Hidayət, aşıq Vəli, Aşağı Qış-

laqdan  mahir  saz  ustası  Müslüm

Rüstəmov, Sərraf Qasım, aşıq Zahir,

Yuxarı  Qışlaqdan  aşıq  Vəli,  aşıq

Abdulla,  aşıq  Tural,  Güney  Qış-

laqdan aşıq Aydın Cəfərov, Gömür

kəndindən aşıq Zülal, Şirin Şirin-

zadə, Küküdən aşıq Fərrux Nəbiyev

və onlarla belə aşıqlar nəsli yetiş-

mişdir. Aşıq sənəti Azərbaycanda

3  qol  üzrə  yayılmışdır:  Şirvan,

Göyçə,  Qazax-Tovuz.  Şahbuzda

bu sənət Göyçə qolu üzrə inkişaf

etmişdir. Bu da səbəb olub ki, böl-

gədə həm də balaban ustaları ye-

tişsin. İdris Hacıyev, Cəbi Əhməd -

ov, Nəriman Məmmədov, Tarverdi

Hüseynovun adları balaban ifaçıları

arasında xüsusilə vurğulanmalıdır. 




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin