Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 227.38 Kb.
PDF просмотр
səhifə1/3
tarix07.12.2016
ölçüsü227.38 Kb.
  1   2   3

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

E-mail: serqqapisi@nakhchivan.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 208 (20.613)

2 noyabr 2012-ci il, cümə

    Bu ilin aprel ayının əvvəllərindən

muxtar respublikamızın ucqar yaşayış

məntəqələrindən  biri  hesab  olunan

Culfa rayonunun Ləkətağ kəndində 3

yeni  obyektin  inşasına  başlanılıb.

Culfa Rayon Tikinti-Quraşdırma İda-

rəsindən  aldığımız  məlumata  görə,

obyektlərin biri kənd tam orta mək-

təbinin binasıdır. İnşa olunan 144 şa-

gird yerlik yeni məktəb binası zirzəmi

ilə  birlikdə  3  mərtəbədən  ibarətdir.

Burada  tədris  prosesinin  yüksək  sə-

viyyədə həyata keçirilməsi üçün lazımi

şərait yaradılacaq. 

    Adıçəkilən  tikinti  təşkilatının  bir

qrup  inşaatçısı  isə  kənd  mərkəzinin

binasında çalışır. Üç mərtəbədən ibarət

olan  binada  inşaatçılar  ötən  müddət

ərzində xeyli iş görüblər. 

    Digər bir obyektdə – xidmət mər-

kəzində  isə  işlər  artıq  başa  çatmaq

üzrədir. Yeni mərkəzdə sənaye və tə-

sərrüfat  malları  mağazaları,  ət  satışı

dükanı, müxtəlif xidmət sahələri fəa-

liyyət göstərəcək. 

    Hazırda obyektlərdə son tamamlama

işləri görülür.

    Qeyd edək ki, ölkəmizin sürətli iq-

tisadi inkişafından bu gün regionlarda

yerləşən ən ucqar kəndlərin sakinləri

də  bəhrələnirlər.  Bu,  özünü  muxtar

respublikamızın timsalında daha aydın

şəkildə  göstərir.  Muxtar  respublika-

mızda kəndlə şəhər arasında fərq aradan

qalxır.  İstifadəyə  verilən  ən  müasir

standartlara cavab verən obyektlər sa-

yəsində  artıq  kənd lərimizi  şəhərdən

fərqləndirən  yeganə  cəhət  istehsalın

aqrar xarakter daşımasındadır.



Abadlaşan ucqar dağ kəndi – Ləkətağ

Muxtar respublikada yeni istehsal, 

emal və xidmət sahələrinin yaradılması

davam etdirilir

    Cari  ilin  ilk  10  ayı  ərzində  muxtar  respublikamızda

yaradılması başa çatdırılmış müəssisələr hesabına 477 iş yeri

açılıb. Qurulması davam etdirilən müəssisələrdə isə 931 yeni

iş  yerinin  açılması  nəzərdə  tutulub.  Bu  barədə  qəzetimizə

Naxçıvan  Muxtar  Respublikası  İqtisadi  İnkişaf  Nazirliyinin

mətbuat  xidmətindən  məlumat  verilib.  Məlumatda  bildirilir

ki, bu müəssisələrin əksəriyyəti dövlət maliyyə dəstəyi hesabına

yaradılıb.  İlin  ilk  10  ayında  yaradılmış  müəssisələrin  çoxu

əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasına xidmət

edir.  Belə  ki,  bu  il  Naxçıvan  şəhərində  “Araz-3”  MMC

tərəfindən ətlik istiqamətində damazlıq yumurta istehsalı sa-

həsinin, “Pircüvar” Kooperativi tərəfindən konserv taraları is-

tehsalı sahəsinin, müxtəlif inzibati vahidlərdə fiziki şəxslərə

məxsus quşçuluq, arıçılıq, bağçılıq təsərrüfatlarının, süd emalı

sexlərinin yaradılması bunu deməyə əsas verir. Qeyd edək ki,

bəhs olunan dövrdə muxtar respublikanın bütün rayonları üzrə

24 bağçılıq təsərrüfatı yaradılıb. 

    Naxçıvan  şəhərində  “Dizayn  Sənaye  Kompleksi”  MMC

tərəfindən yaradılan güzgü və şüşə üzərində dekorasiya mə-

mulatları, zərbəyə davamlı şüşə istehsalı, penoplast lövhələr

və izolyasiya məmulatları istehsalı sahələri, “Cahan Holdinq”

Kommersiya Şirkətlər İttifaqı tərəfindən yaradılan beton mə-

mulatları sahəsi nisbətən daha əməktutumlu müəssisələrdir və

iş yerlərinin çoxsaylı olması ilə seçilir. 

    Nəticə  etibarilə,  müxtəlif  sahələr  üzrə  yeni  müəssisələrin

yaradılması iş yerlərinin sayı ilə yanaşı, daxili bazarda yerli

istehsalın  çəkisinin  də  xeyli  artmasına  səbəb  olub.  Hazırda

muxtar  respublikada  fəaliyyəti  bərpa  edilən  və  ya  yenidən

qurulan  istehsal  müəssisələrində  318  növdə  məhsul  istehsal

olunur  ki,  onun  da  114  növü  ərzaq,  204  növü  qeyri-ərzaq

məhsullarıdır. 

    İqtisadi  İnkişaf  Nazirliyindən  verilən  məlumatda  o  da

bildirilir ki, 105 növdə ərzaq, 199 növdə qeyri-ərzaq olmaqla,

ümumilikdə, 304 növdə məhsula olan tələbatın tamamilə yerli

istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə

azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödə-

nilməsinə şərait yaradıb.   

    Xidmət  sektorunda  da  irəliləyişlər  müşahidə  olunub.  İlin

ilk 10 ayında, ümumilikdə, iş yerlərinin sayı 167 ədəd olan 3

iri  xidmət  müəssisəsi  fəaliyyətə  başlayıb.  Bunlar    Naxçıvan

şəhərində “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının

“Cahan Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən

yaradılmış  avtomobillərə  texniki  xidmət  müəssisəsi,  ərzaq

məhsullarının  saxlanılması  üçün  yaradılmış  soyuducu  anbar

və “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən

istehsal  olunan  məhsulların  satışı  üçün  yaradılmış  “Firma

Mağaza”sıdır. 

    30  oktyabr  2012-ci  il  tarixə  olan  məlumata  görə,  hazırda

Naxçıvan Muxtar Respublikasında 28 istehsal və xidmət sa-

həsinin yaradılması və ya fəaliyyətinin genişləndirilməsi davam

etdirilir ki, bunlardan da yalnız 2-si müəssisə vəsaiti hesabına

həyata keçirilir. Dövlət maliyyə dəstəyi ilə Naxçıvan şəhərində

“Cahan Sənaye Kompleksi” ASC-nin ikinci fazasının yaradılması

nəticəsində  500  yeni  iş  yeri  yaradılacaq.  Qeyd  edək  ki,

müəssisə, əsasən, şəkər, çay və tütün məhsullarının istehsalı

və paketlənməsi üzrə ixtisaslaşacaq. 

    Yaradılan  müəssisələrin,  əsasən,  muxtar  respublikamızın

əhalisinin sayı çox olan rayonlarında yerləşdirilməsi bölgələrdə

əhalinin məşğulluq səviyyəsinin və sosial rifahının yüksəldil-

məsinə xidmət edir. Belə ki, yaradılması və ya fəaliyyətinin

genişləndirilməsi davam etdirilən 28 istehsal və xidmət müəs-

sisəsindən 8-i Babək, 3-ü Şərur, 4-ü Culfa, 2-si Kəngərli, 1-i

isə Ordubad rayonlarının payına düşür.  



Xəbərlər şöbəsi

    Amerika Birləşmiş Ştatlarının Azər-

baycandakı  fövqəladə  və  səlahiyyətli

səfiri  Riçard  Morninqstar  Naxçıvan

Muxtar  Respublikasına  rəsmi  səfəri

çərçivəsində  dünən  muxtar  respubli-

kamızın tarixi abidələri, görməli yerləri

ilə  tanış  olub.  Səfirə  Naxçıvan  şəhə-

rindəki  Açıq  Səma  Altında  Muzey,

Möminə  xatın  məqbərəsi,  Nuh  pey-

ğəmbərin məzarüstü türbəsi, Azərbay-

canın  ayrılmaz  tərkib

hissəsi olan Naxçıvanın

qədim  tarixi  haqqında

ətraflı məlumat verilib. 

Amerikalı  diplomat

mətbuata müsahibəsin-

də səfərin əsas məqsə-

dinin Naxçıvanla tanış-

lıq  olduğunu  deyib:

“Bu, mənim Naxçıvana

ilk  səfərimdir.  Xüsusi

olaraq vurğulamalıyam

ki, qədim tarixə malik

Naxçıvan  Azərbaycanın  dilbər  guşə-

lərindən  biridir.  Bura  səfər  bizdə  –

həm məndə, həm də həyat yoldaşımda

xoş təəssüratlar yaratdı.

     Bundan başqa, biz istəyirik ki, Nax-

çıvanla Amerika Birləşmiş Ştatları sə-

firliyi arasında, xüsusilə təhsil və səhiyyə

sahəsində əməkdaşlığımızı daha da güc-

ləndirək  və  genişləndirək.  Biz  muxtar

respublikanın  görməli  yerləri,  səhiyyə

müəssisələri  ilə  tanış  olduq,  Naxçıvan

Dövlət Universitetində görüşlər keçirdik.

Təhsil sahəsində əməkdaşlıq məsələlərini

müzakirə etdik. Naxçıvan Dövlət Uni-

versiteti  ilə  distant  təhsil,  yəni  video-

bağlantı vasitəsi ilə təhsil  imkanlarından

da danışdıq. Bakıda yerləşən Amerika

Mərkəzində təşkil edilən mühazirələrə

universitetin qoşulması imkanları barə-

sində  müzakirələr  apardıq.  Naxçıvan

Dövlət Universitetindəki Ernest Hemin-

quey Mərkəzinin işi ilə bağlı əməkdaşlıq

imkanlarını dəyərləndirdik. Eyni zamanda

ABŞ səfirliyi vasitəsi ilə tələbə, pedaqoq

və  mütəxəssislərin  qarşılıqlı  mübadilə

imkanlarını da müzakirə etdik”.

    Amerikalı  diplomat  Naxçıvanda

demokratiyanın  inkişafını  yüksək

qiymətləndirib.

    Amerika Birləşmiş Ştatlarının Azər-

baycandakı  fövqəladə  və  səlahiyyətli

səfirinin muxtar respublikamıza səfəri

noyabrın 1-də başa çatıb. 

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Riçard Morninqstar 

Naxçıvanın görməli yerləri, tarixi abidələri ilə tanış olub 

    Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci

maddəsinin  II  hissəsinin  21-ci  bəndini  rəhbər  tutaraq

qərara alıram:

    Naxçıvan  Muxtar  Respublikasında  kənd  təsərrüfatı

sahəsində səmərəli fəaliyyətlərinə görə:

    


Kazımov Elman Kazım oğluna

    


Əliyev Səyyad Alnəzər oğluna

    


Məmmədov  Aqil  Müslüm  oğluna  – “Əməkdar

kənd təsərrüfatı işçisi” fəxri adı verilsin. 

    Naxçıvan Muxtar Respublikası 

     Ali Məclisinin Sədri 

Vasif TALIBOV

    Naxçıvan şəhəri, 1 noyabr 2012-ci il

“Əməkdar kənd təsərrüfatı işçisi” 

fəxri adının verilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

Sərəncamı

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  noyabrın  1-də  BMT-nin

ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broeki qəbul etmişdir. 

BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek

etimadnamə məktubunu dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyevin

rəhbərliyi  ilə  Azərbaycanın  BMT-nin  Təhlükəsizlik  Şurasında  geniş  fəaliyyətinə

toxunan Antonius Broek təmsil etdiyi təşkilatla ölkəmiz arasında mövcud olan uğurlu

əməkdaşlığa görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi. 

Azərbaycan ilə BMT arasında fəal əməkdaşlığın uğurla davam etdiyini vurğulayan

Prezident  İlham  Əliyev  bu  əlaqələrin  ölkəmizin  BMT-nin  Təhlükəsizlik  Şurasının

üzvü  olduqdan  sonra  səmərəli  şəkildə  daha  da  genişləndiyini  dedi  və Azərbaycanın

beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa öz töhfəsini verdiyini qeyd etdi. Azərbay-

can-BMT əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev

Antonius  Broekin  ölkəmizdəki  fəaliyyəti  dövründə  də  əlaqələrimizin  uğurla  inkişaf

edəcəyinə əminliyini bildirdi.



Rəsmi xronika

    Naxçıvan Muxtar Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili (Om-

budsman) Aparatı, Təhsil, Gənc lər və

İdman nazirliklərinin təşkilatçılığı ilə

12  Noyabr  – Konstitusiya  Gününə

həsr olunan ali və orta ixtisas təhsili

müəssisələri, habelə məktəblilər ara-

sında “Mənim hüquq və vəzifələrim”

adlı hüquq olimpiadası keçirilir. 

    Noyabr  ayının  1-də    hüquq  olim-

piadası Naxçıvan Dövlət Universitetində

muxtar respublikanın ali və orta ixtisas

təhsili müəssisələrinin 120 tələbəsi ara-

sında  keçirilib.  Bu  olim-

piadada II və III kurs tələ-

bələri iştirak ediblər. I turda

Azərbaycan Respublikası-

nın Konstitusiyası və Nax-

çıvan Muxtar Respublika-

sının Konstitusiyasına dair

60 suala cavab verməli olan

tələbələri qarşıda olimpia-

danın II turu gözləyir. Bu

turda  da  iştirakçılara  test

üsulu ilə 60 sual təqdim ediləcək.

    Xatırladaq ki, məktəblilər arasında

keçirilən  hüquq  olimpiadası  üç  gün

əvvəl, oktyabrın 31-də keçirilib. 



Tələbələr arasında hüquq olimpiadası

2

İ

yirmi il bundan əvvəl, şaxtalı-sazaqlı

noyabr  günlərinin  birində,  qədim

Naxçıvan torpağında müstəqil Azərbaycanın

taleyində mühüm əhəmiyyətə malik unu-

dulmaz bir hadisə baş verdi. Respublika-

mızın müxtəlif bölgələrindən Naxçıvana –

ümummilli lider Heydər Əliyevə üz tutan,

ona  pənah  gətirən  vətənpərvər  insanlar

taleyimizdə xüsusi rolu və xidmətləri olan

bir siyasi partiyanın təsis konfransına top-

laşmışdılar.  Yaranması  Azərbaycanın  ən

yeni  tarixinin  təlatümlü  dövrünə  təsadüf

edən,  qısa  vaxt  ərzində  özünü  müstəqil

respublikamızın siyasi həyatında həlledici

rol  oynamaq  qüdrətinə  malik  bir  qüvvə

kimi təsdiqləyən Yeni Azərbaycan Partiya-

sının yaranması ilə müstəqil Azərbaycanın

tarixində yeni bir mərhələ başlandı. 

    Yeni  Azərbaycan  Partiyasının  20  illik

fəaliyyətindən  danışarkən  partiyanın  təsis

olunduğu tarixi şəraiti, ictimai-siyasi vəziyyəti

nəzərdən keçirmək yerinə düşər. 

    1988-ci  ildən  başlayaraq  1993-cü  ilin

iyun  ayınadək  olan  müddət  Azərbaycan

xalqı, Azərbaycan  Respublikası  üçün  ağır

sınaqlar,  fəlakətlər,  çətinliklər  dövrü  idi.

Azərbaycanın  üzləşdiyi  böhran  və  fəlakət

xalqın sabaha olan ümidlərini qırmışdı. Qa-

rabağ  cəbhəsində  cərəyan  edən  məğlubiy-

yətlər  seriyası,  ittifaq  rəhbərliyinin  anti -

azərbaycan mövqeyi daha acınacaqlı nəticələr

verir,  respublika  başçılarının  öz  millətinə

qarşı xəyanətkar münasibəti davam edirdi.

Həmin illərdə Azərbaycan son dərəcə ciddi

ictimai-siyasi  problemlərlə,  iqtisadi  çətin-

liklərlə üzləşmişdi. Hakimiyyətə zor gücünə

gəlmiş bacarıqsız, savadsız rəhbərlərin mən-

tiqsiz siyasəti ölkədaxili münaqişələrə səbəb

olur,  vəzifə  davasına  başı  qarışmış  siyasi

qruplaşmaların xəyanəti nəticəsində torpaq-

larımız bir-birinin ardınca işğal olunur, gü-

nahsız  insanlar  qətlə  yetirilir,  qaçqınların

və  məcburi  köçkünlərin  sayı  get-gedə  ço-

xalırdı. Cəmiyyətdə anarxiya və özbaşınalıq

baş alıb gedirdi. Xarici qüvvələrin birbaşa

dəstəyi ilə ölkənin şimal və cənub bölgələ-

rində separatçı ünsürlər meydana çıxmışdı.

Bir tərəfdən torpaqlarımız işğal olunur, digər

tərəfdən cəmiyyətdə ayrı-ayrı silahlı dəstə-

lərin, qrupların hakimiyyət davası genişlənir,

nəticə etibarilə, vətəndaş müharibəsi təhlükəsi

yaranırdı. Qısası, Azərbaycan məhvə doğru

gedir,  ölkə  ağır  vətəndaş  qarşıdurmasına,

qardaş qırğınına sürüklənirdi. Yaranan xaos,

parçalanma, dövlətin məhvi kimi problemlər

Azərbaycanda yeni siyasi gücə böyük ehtiyac

yaratmışdı. 

    O  vaxt  respublikamızda  30-dan  artıq

siyasi partiya və təşkilat qeydiyyatdan keç-

mişdi. Lakin, əslində, kreslo davasına çıxmış

bu  partiyalar  nəinki  yenicə  müstəqilliyini

əldə etmiş Azərbaycanı idarə etmək iqtida-

rında idi, hətta tamamilə nəzarətdən çıxmış

vəziyyətdən sui-istifadə edərək ölkəni uçu-

ruma doğru sürükləyirdilər. Bu vəziyyətdən

ciddi narahat olan bir qrup ziyalı 1992-ci il

oktyabrın 16-da Naxçıvanda yaşayan və iş-

ləyən, muxtar respublikanın çətin problem-

lərinin həlli ilə məşğul olan, həmçinin ürəyi

daim  doğma Azərbaycanla  birgə  döyünən

dahi şəxsiyyət Heydər Əliyevə müraciət ün-

vanladı. Müraciətdə qeyd olunurdu ki, Azər-

baycan  mənəvi  böhran  keçirir.  Bunun  da

əsas səbəbi son illər respublikada mövcud

olan və getdikcə daha da güclənən hakimiyyət

böhranıdır. Ali hakimiyyət və idarəetmə or-

qanları, əslində, iflic vəziyyətinə düşmüşdür.

Bir çox dövlət orqanları heç bir hüquqi əsas

olmadan yaradılıb fəaliyyət göstərir, mövcud

iqtidar  ictimai-siyasi  gedişata  tam  nəzarət

edə  bilmir.  Siyasi  partiyaların  sayı  günü-

gündən çoxalsa da, siyasi boşluq mövcuddur.

Çünki onların arasında xalqın etimadını qa-

zanmış, beynəlxalq nüfuza malik güclü lider

yoxdur. Ziyalılar müraciətdə görkəmli dövlət

xadimi  Heydər  Əliyevdən  yaradılmaqda

olan Yeni Azərbaycan Partiyasına rəhbərlik

etməyə razılıq verməsini xahiş edirdilər. 

    Ümummilli  lider  tarixi  müraciətə  çox

əhatəli və dərin məzmunlu cavabında deyirdi:

“Güman  edirəm  ki,  müstəqil Azərbaycan

dövlətinin  gələcək  həyatının  və  taleyinin

əsasını  təşkil  edən  demokratiya  və  siyasi

plüralizm  şəraitində  sizin  müraciətinizdə

göstərilən  Yeni  Azərbaycan  Partiyasının

yaradılması  obyektiv  zərurətdən  doğur.

Belə partiya Azərbaycanın həyatında fəal

iştirak  edərək  yeni,  müstəqil  Azərbaycan

dövlətinin  möhkəmləndirilməsində  tarixi

rol oynaya bilər”. 

    Beləliklə, 1992-ci il noyabr ayının 21-də,

ölkənin  ciddi  sınaqlara  məruz  qaldığı  bir

dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi,

bu  böyük  şəxsiyyətin  ətrafında  birləşən

Azərbaycan  ziyalılarının  fəal  iştirakı  ilə

Yeni  Azərbaycan  Partiyası  təsis  olundu.

Yeni Azərbaycan Partiyasının yaranması və

ona böyük dövlət xadimi Heydər Əliyevin

rəhbərlik  etməsi  yaranmış  ümidsizlik  sin-

dromunu dağıtdı və xalqda gələcəyə inam

hissi yaratdı. 

    Azərbaycan Respublikasında bir-birinin

ardınca  təsis  konfransları  keçirilməyə  və

YAP-ın sıraları gündən-günə genişlənməyə

başladı.  

    Naxçıvan  Muxtar  Respublikasında  da

YAP-ın rayon və şəhər təşkilatlarının təsis

olunması üçün təşkilat komitəsi yaradılmış-

dı. 1993-cü  il  yanvarın  23-də  dahi  rəhbər

Heydər  Əliyevin  iştirakı  ilə  Şərur  Rayon

Mədəniyyət Sarayında keçirilən konfransda

təsis olunmuş Yeni Azərbaycan Partiyasının

Şərur rayon təşkilatı artıq 162 ərazi ilk təş-

kilatında 10 min 379 nəfər üzvü öz ətrafında

birləşdirir. Azərbaycan  gəncliyi  ulu  öndər

Heydər Əliyevin “bu günün, sabahın və gə-

ləcəyin  partiyası”  adlandırdığı  Yeni Azər-

baycan Partiyasının sıralarında olmaqla fəxr

edir və bundan qürur duyur. Hazırda YAP

Şərur  rayon  təşkilatının  sıralarında  3  min

818 gənc təmsil olunur. 

    Yeri gəlmişkən, YAP Şərur rayon təşki-

latının təsis konfransı barədə bəzi məqamlara

nəzər salaq. O dövrdə Yeni Azərbaycan Par-

tiyasının rayon, eləcə də ərazi ilk təşkilatla-

rının yaradılması və normal fəaliyyət gös-

tərməsi üçün, hər yerdə olduğu kimi, Şərurda

da bir sıra çətinliklər, maneələr mövcud idi.

Lakin bütün bunlara baxmayaraq, soyuq və

şaxtalı keçən o qış günlərinin birində hətta

ən  uzaq  dağ  kəndlərindən  belə,  yüzlərlə

YAP təəssübkeşi rayon mərkəzinə gəlmişdi.

Böyük insan axını ilə dolan rayon Mədəniyyət

Sarayında YAP-ın konfransı keçirildi. Kon-

fransda çıxış edən partiya sədri, ümummilli

lider  Heydər  Əliyev  yenicə  müstəqilliyini

əldə  etmiş  Azərbaycanın,  eyni  zamanda

Naxçıvan Muxtar Respublikasının mövcud

ictimai-siyasi, iqtisadi vəziyyətindən ətraflı

danışdı  və  bu  vəziyyətdən  çıxmaq  üçün

həlli  vacib  olan  məsələləri  şərh  etdi.  Ulu

öndər dedi ki, Yeni Azərbaycan Partiyasının

yaranması Azərbaycanda gedən proseslərin

məntiqi nəticəsidir və reallıqdan doğan zə-

rurətdir. Partiyaya bütün Azərbaycanda gös-

tərilən maraq bunu bir daha sübut edir. Şə-

rurda da bu sahədə çox iş görülüb. Təşəb-

büskarların  fəaliyyəti  xüsusilə  qeyd  olun-

malıdır. Ümummilli lider daha sonra qeyd

etdi ki, hər hansı bir partiya xalqın əksəriy-

yətinin fikrini əks etdirirsə, onun yaranması

labüddür. Bugünkü vəziyyətdə xalq həmrəy

olmalı,  respublikanı  böhrandan  çıxarmaq

üçün birgə səy göstərməlidir. 

    Qısa  vaxt  ərzində  respublikanın  bütün

bölgələrində YAP-ın rayon təşkilatları təsis

olundu. Bu partiyanın yaranması ilə müstəqil

Azərbaycanın siyasi həyatında yeni bir mər-

hələ başlandı. Həmin dövrdən etibarən Azər-

baycan xalqının sahib olduğu milli dəyərlər

azad şəkildə müdafiə olundu, insanların söz

və fikir azadlıqları təmin edildi. Bir sözlə,

Naxçıvanda, daha sonra isə bütün Azərbay-

canda demokratik cəmiyyət yarandı. Bu gün

doğma Vətənimiz Azərbaycan insan hüquq-

larının qorunduğu, vətəndaş azadlığının bər-

qərar olduğu demokratik bir ölkə kimi dünya

ölkələri sırasında öz layiqli yerini tutub. Bu

mənada Yeni Azərbaycan Partiyasının Azər-

baycan xalqı, dövləti qarşısındakı xidmətləri

misilsizdir,  əvəzsizdir.  Partiya  ölkənin  ən

kütləvi və öncül siyasi təşkilatı adını, əslində,

yarandığı  gündən  qazanıb  və  bu  gün  də

eyni missiyanı şərəflə yerinə yetirməkdədir. 

    20 il əvvəl, müstəqilliyimiz və dövlətçi-

liyimiz təhlükə altında olduğu vaxtda tarixi

zərurətdən yaranan Yeni Azərbaycan Parti-

yasının müstəqilliyimizin və dövlətçiliyimizin

qorunması,  möhkəmləndirilməsi,  ölkənin

iqtisadi potensialının gücləndirilməsi yolunda

xidmətləri olduqca böyükdür. Hazırda par-

tiyanın  sıralarında  birləşmiş  yüz  minlərlə

vətənpərvər insan Heydər Əliyev ideyalarının

və  bu  dahi  şəxsiyyətin  müəyyənləşdirdiyi

dövlət siyasətinin həyata keçirilməsində fəal

iştirak edir. 

    YAP-ın  fəaliyyətindən  danışarkən  ulu

öndər  Heydər  Əliyev  deyirdi: “Yeni  Azər-

baycan Partiyası yaranandan onun ən üstün,

müsbət cəhəti ondan ibarətdir ki, Yeni Azər-

baycan Partiyasının amalı, məqsədləri, qəbul

etdiyi  Proqram  müstəqil Azərbaycan  Res-

publikasında demokratik, dünyəvi, hüquqi

dövlət  qurmaq,  Azərbaycanda  demokratik

prinsipləri  bərqərar  etmək,  Azərbaycanı

dünya  iqtisadiyyatına  bağlamaq, Azərbay-

canda iqtisadi islahatları həyata keçirmək

və Azərbaycanı inkişaf etdirmək olubdur”. 

    Qurtuluş tarixindən başlayaraq bu günədək

keçdiyimiz yol bir daha təsdiqləyir ki, iqti-

darda olan Yeni Azərbaycan Partiyası yalnız

ölkənin, xalqın mənafeyi üçün çalışıb, böyük

uğurlar əldə edib: demokratiya yolu ilə gə-

ləcəyə doğru uğurla irəliləyən müstəqil Azər-

baycanda  söz,  məlumat,  mətbuat  azadlığı

mövcuddur;  ölkəmiz  dünyanın  ən  nüfuzlu

beynəlxalq təşkilatlarında uğurla təmsil olu-

nur;  güclü  iqtisadiyyata,  qüdrətli  Silahlı

Qüvvələrə sahibik; sənaye və kənd təsərrüfatı

məhsulları istehsalında hər il yüksək artımlar

qeydə  alınır;  regionlarda  sosial-iqtisadi

inkişaf pro qramları uğurla həyata keçirilir;

işsizlik aradan qaldırılır, əhalinin məşğulluğu

təmin  olunur;  zəhməthaqları,  pensiya  və

müavinətlər hər il artırılır və sair.      

    Azərbaycanın  ictimai-siyasi  həyatında

özünəməxsus rolu və yeri olan Yeni Azər-

baycan Partiyası ötən 20 il ərzində əsrə bə-

rabər  bir  yol  keçib.  Azərbaycanın  dövlət

müstəqilliyinin bərpa edilməsi, istiqlalımızın

dönməzliyinin  təmin  olunması  və  həyata

keçirilən  bir  çox  islahatlar  məhz  YAP-ın

yaradıcısı, müstəqil Azərbaycan dövlətinin

banisi dahi şəxsiyyət Heydər Əliyevin adı

ilə bağlıdır. 

    Ümummilli  liderimiz  Heydər  Əliyevin

2003-cü il oktyabr ayının 1-də Azərbaycan

xalqına ünvanladığı müraciət bu gün də öz

aktuallığını saxlayır: “Sizi əmin edirəm ki,



həm İlham Əliyev, həm də Yeni Azərbaycan

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə