Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım.
Dörd iş vardır, hər qarındaşa lazım:
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.
Rayon Mədəniyyət Evinin mü-
diri Ramiz Cəlilov qeyd etdi ki,
Şahbuz rayonu dağlıq bölgə oldu-
ğundan əhalinin əsas məşğuliyyəti
heyvandarlıqdır. Yaylaq, qışlaq hə-
yatı keçirən şahbuzlularda yaşam
tərzi saza, sözə meyli artırmışdır.
– Mən özüm Aşağı Qışlaqda-
nam. Yaxşı yadımdadır, ustad aşıq-
lar kəndlərə gələrdilər. Bizim kəndə
gələn aşıqlardan Hüseyn Saraclı,
aşıq Kamandar, Ağ Aşıq xatirim-
dədir. Kənd sakinlərindən birinin
evində dastan gecələri təşkil olu-
nardı. Kiçikdən-böyüyə hamı hə-
min evə toplaşar, aşıqları maraqla
dinləyərdik. Belə gecələr dan yeri
ağarana qədər davam edərdi. Ca-
vanlar arasında da saz sənətinə
maraq artardı. Biçənəkli aşıq İslam,
aşıq Hidayət, aşıq Vəli, Aşağı Qış-
laqdan mahir saz ustası Müslüm
Rüstəmov, Sərraf Qasım, aşıq Zahir,
Yuxarı Qışlaqdan aşıq Vəli, aşıq
Abdulla, aşıq Tural, Güney Qış-
laqdan aşıq Aydın Cəfərov, Gömür
kəndindən aşıq Zülal, Şirin Şirin-
zadə, Küküdən aşıq Fərrux Nəbiyev
və onlarla belə aşıqlar nəsli yetiş-
mişdir. Aşıq sənəti Azərbaycanda
3 qol üzrə yayılmışdır: Şirvan,
Göyçə, Qazax-Tovuz. Şahbuzda
bu sənət Göyçə qolu üzrə inkişaf
etmişdir. Bu da səbəb olub ki, böl-
gədə həm də balaban ustaları ye-
tişsin. İdris Hacıyev, Cəbi Əhməd -
ov, Nəriman Məmmədov, Tarverdi
Hüseynovun adları balaban ifaçıları
arasında xüsusilə vurğulanmalıdır.
Dostları ilə paylaş: |