Abadlaşan ucqar dağ kəndi – Ləkətağ
Muxtar respublikada yeni istehsal,
emal və xidmət sahələrinin yaradılması
davam etdirilir
Cari ilin ilk 10 ayı ərzində muxtar respublikamızda
yaradılması başa çatdırılmış müəssisələr hesabına 477 iş yeri
açılıb. Qurulması davam etdirilən müəssisələrdə isə 931 yeni
iş yerinin açılması nəzərdə tutulub. Bu barədə qəzetimizə
Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir
ki, bu müəssisələrin əksəriyyəti dövlət maliyyə dəstəyi hesabına
yaradılıb. İlin ilk 10 ayında yaradılmış müəssisələrin çoxu
əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasına xidmət
edir. Belə ki, bu il Naxçıvan şəhərində “Araz-3” MMC
tərəfindən ətlik istiqamətində damazlıq yumurta istehsalı sa-
həsinin, “Pircüvar” Kooperativi tərəfindən konserv taraları is-
tehsalı sahəsinin, müxtəlif inzibati vahidlərdə fiziki şəxslərə
məxsus quşçuluq, arıçılıq, bağçılıq təsərrüfatlarının, süd emalı
sexlərinin yaradılması bunu deməyə əsas verir. Qeyd edək ki,
bəhs olunan dövrdə muxtar respublikanın bütün rayonları üzrə
24 bağçılıq təsərrüfatı yaradılıb.
Naxçıvan şəhərində “Dizayn Sənaye Kompleksi” MMC
tərəfindən yaradılan güzgü və şüşə üzərində dekorasiya mə-
mulatları, zərbəyə davamlı şüşə istehsalı, penoplast lövhələr
və izolyasiya məmulatları istehsalı sahələri, “Cahan Holdinq”
Kommersiya Şirkətlər İttifaqı tərəfindən yaradılan beton mə-
mulatları sahəsi nisbətən daha əməktutumlu müəssisələrdir və
iş yerlərinin çoxsaylı olması ilə seçilir.
Nəticə etibarilə, müxtəlif sahələr üzrə yeni müəssisələrin
yaradılması iş yerlərinin sayı ilə yanaşı, daxili bazarda yerli
istehsalın çəkisinin də xeyli artmasına səbəb olub. Hazırda
muxtar respublikada fəaliyyəti bərpa edilən və ya yenidən
qurulan istehsal müəssisələrində 318 növdə məhsul istehsal
olunur ki, onun da 114 növü ərzaq, 204 növü qeyri-ərzaq
məhsullarıdır.
İqtisadi İnkişaf Nazirliyindən verilən məlumatda o da
bildirilir ki, 105 növdə ərzaq, 199 növdə qeyri-ərzaq olmaqla,
ümumilikdə, 304 növdə məhsula olan tələbatın tamamilə yerli
istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə
azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödə-
nilməsinə şərait yaradıb.
Xidmət sektorunda da irəliləyişlər müşahidə olunub. İlin
ilk 10 ayında, ümumilikdə, iş yerlərinin sayı 167 ədəd olan 3
iri xidmət müəssisəsi fəaliyyətə başlayıb. Bunlar Naxçıvan
şəhərində “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının
“Cahan Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən
yaradılmış avtomobillərə texniki xidmət müəssisəsi, ərzaq
məhsullarının saxlanılması üçün yaradılmış soyuducu anbar
və “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən
istehsal olunan məhsulların satışı üçün yaradılmış “Firma
Mağaza”sıdır.
30 oktyabr 2012-ci il tarixə olan məlumata görə, hazırda
Naxçıvan Muxtar Respublikasında 28 istehsal və xidmət sa-
həsinin yaradılması və ya fəaliyyətinin genişləndirilməsi davam
etdirilir ki, bunlardan da yalnız 2-si müəssisə vəsaiti hesabına
həyata keçirilir. Dövlət maliyyə dəstəyi ilə Naxçıvan şəhərində
“Cahan Sənaye Kompleksi” ASC-nin ikinci fazasının yaradılması
nəticəsində 500 yeni iş yeri yaradılacaq. Qeyd edək ki,
müəssisə, əsasən, şəkər, çay və tütün məhsullarının istehsalı
və paketlənməsi üzrə ixtisaslaşacaq.
Yaradılan müəssisələrin, əsasən, muxtar respublikamızın
əhalisinin sayı çox olan rayonlarında yerləşdirilməsi bölgələrdə
əhalinin məşğulluq səviyyəsinin və sosial rifahının yüksəldil-
məsinə xidmət edir. Belə ki, yaradılması və ya fəaliyyətinin
genişləndirilməsi davam etdirilən 28 istehsal və xidmət müəs-
sisəsindən 8-i Babək, 3-ü Şərur, 4-ü Culfa, 2-si Kəngərli, 1-i
isə Ordubad rayonlarının payına düşür.
Dostları ilə paylaş: |