“Güman edirəm ki, müstəqil Azərbaycan
dövlətinin gələcək həyatının və taleyinin
əsasını təşkil edən demokratiya və siyasi
plüralizm şəraitində sizin müraciətinizdə
göstərilən Yeni Azərbaycan Partiyasının
yaradılması obyektiv zərurətdən doğur.
Belə partiya Azərbaycanın həyatında fəal
iştirak edərək yeni, müstəqil Azərbaycan
dövlətinin möhkəmləndirilməsində tarixi
rol oynaya bilər”.
Beləliklə, 1992-ci il noyabr ayının 21-də,
ölkənin ciddi sınaqlara məruz qaldığı bir
dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi,
bu böyük şəxsiyyətin ətrafında birləşən
Azərbaycan ziyalılarının fəal iştirakı ilə
Yeni Azərbaycan Partiyası təsis olundu.
Yeni Azərbaycan Partiyasının yaranması və
ona böyük dövlət xadimi Heydər Əliyevin
rəhbərlik etməsi yaranmış ümidsizlik sin-
dromunu dağıtdı və xalqda gələcəyə inam
hissi yaratdı.
Azərbaycan Respublikasında bir-birinin
ardınca təsis konfransları keçirilməyə və
YAP-ın sıraları gündən-günə genişlənməyə
başladı.
Naxçıvan Muxtar Respublikasında da
YAP-ın rayon və şəhər təşkilatlarının təsis
olunması üçün təşkilat komitəsi yaradılmış-
dı. 1993-cü il yanvarın 23-də dahi rəhbər
Heydər Əliyevin iştirakı ilə Şərur Rayon
Mədəniyyət Sarayında keçirilən konfransda
təsis olunmuş Yeni Azərbaycan Partiyasının
Şərur rayon təşkilatı artıq 162 ərazi ilk təş-
kilatında 10 min 379 nəfər üzvü öz ətrafında
birləşdirir. Azərbaycan gəncliyi ulu öndər
Heydər Əliyevin “bu günün, sabahın və gə-
ləcəyin partiyası” adlandırdığı Yeni Azər-
baycan Partiyasının sıralarında olmaqla fəxr
edir və bundan qürur duyur. Hazırda YAP
Şərur rayon təşkilatının sıralarında 3 min
818 gənc təmsil olunur.
Yeri gəlmişkən, YAP Şərur rayon təşki-
latının təsis konfransı barədə bəzi məqamlara
nəzər salaq. O dövrdə Yeni Azərbaycan Par-
tiyasının rayon, eləcə də ərazi ilk təşkilatla-
rının yaradılması və normal fəaliyyət gös-
tərməsi üçün, hər yerdə olduğu kimi, Şərurda
da bir sıra çətinliklər, maneələr mövcud idi.
Lakin bütün bunlara baxmayaraq, soyuq və
şaxtalı keçən o qış günlərinin birində hətta
ən uzaq dağ kəndlərindən belə, yüzlərlə
YAP təəssübkeşi rayon mərkəzinə gəlmişdi.
Böyük insan axını ilə dolan rayon Mədəniyyət
Sarayında YAP-ın konfransı keçirildi. Kon-
fransda çıxış edən partiya sədri, ümummilli
lider Heydər Əliyev yenicə müstəqilliyini
əldə etmiş Azərbaycanın, eyni zamanda
Naxçıvan Muxtar Respublikasının mövcud
ictimai-siyasi, iqtisadi vəziyyətindən ətraflı
danışdı və bu vəziyyətdən çıxmaq üçün
həlli vacib olan məsələləri şərh etdi. Ulu
öndər dedi ki, Yeni Azərbaycan Partiyasının
yaranması Azərbaycanda gedən proseslərin
məntiqi nəticəsidir və reallıqdan doğan zə-
rurətdir. Partiyaya bütün Azərbaycanda gös-
tərilən maraq bunu bir daha sübut edir. Şə-
rurda da bu sahədə çox iş görülüb. Təşəb-
büskarların fəaliyyəti xüsusilə qeyd olun-
malıdır. Ümummilli lider daha sonra qeyd
etdi ki, hər hansı bir partiya xalqın əksəriy-
yətinin fikrini əks etdirirsə, onun yaranması
labüddür. Bugünkü vəziyyətdə xalq həmrəy
olmalı, respublikanı böhrandan çıxarmaq
üçün birgə səy göstərməlidir.
Qısa vaxt ərzində respublikanın bütün
bölgələrində YAP-ın rayon təşkilatları təsis
olundu. Bu partiyanın yaranması ilə müstəqil
Azərbaycanın siyasi həyatında yeni bir mər-
hələ başlandı. Həmin dövrdən etibarən Azər-
baycan xalqının sahib olduğu milli dəyərlər
azad şəkildə müdafiə olundu, insanların söz
və fikir azadlıqları təmin edildi. Bir sözlə,
Naxçıvanda, daha sonra isə bütün Azərbay-
canda demokratik cəmiyyət yarandı. Bu gün
doğma Vətənimiz Azərbaycan insan hüquq-
larının qorunduğu, vətəndaş azadlığının bər-
qərar olduğu demokratik bir ölkə kimi dünya
ölkələri sırasında öz layiqli yerini tutub. Bu
mənada Yeni Azərbaycan Partiyasının Azər-
baycan xalqı, dövləti qarşısındakı xidmətləri
misilsizdir, əvəzsizdir. Partiya ölkənin ən
kütləvi və öncül siyasi təşkilatı adını, əslində,
yarandığı gündən qazanıb və bu gün də
eyni missiyanı şərəflə yerinə yetirməkdədir.
20 il əvvəl, müstəqilliyimiz və dövlətçi-
liyimiz təhlükə altında olduğu vaxtda tarixi
zərurətdən yaranan Yeni Azərbaycan Parti-
yasının müstəqilliyimizin və dövlətçiliyimizin
qorunması, möhkəmləndirilməsi, ölkənin
iqtisadi potensialının gücləndirilməsi yolunda
xidmətləri olduqca böyükdür. Hazırda par-
tiyanın sıralarında birləşmiş yüz minlərlə
vətənpərvər insan Heydər Əliyev ideyalarının
və bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi
dövlət siyasətinin həyata keçirilməsində fəal
iştirak edir.
YAP-ın fəaliyyətindən danışarkən ulu
öndər Heydər Əliyev deyirdi: “Yeni Azər-
Dostları ilə paylaş: |