Partiyası bundan sonra da xalqımızın ən
layiqli övladlarını öz ətrafında sıx birləş-
dirərək Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox işlər
görəcəklər. İnanıram ki, mənim axıra çat-
dıra bilmədiyim taleyüklü məsələləri, plan-
ları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Beləliklə, əsası xalqımızın ümummilli
lideri Heydər Əliyev tərəfindən qoyulan
siyasət 2003-cü ildən bəri cənab İlham
Əliyev tərəfindən yeni nailiyyətlərlə daha
geniş miqyasda davam etdirilməkdədir.
Xalqın ölkə Prezidentinin ətrafında sıx bir-
liyi, Heydər Əliyev ideyalarına sədaqət
belə deməyə əsas verir ki, Yeni Azərbaycan
Partiyası xalqımızın yeganə etimad ünvanı
olaraq hakim siyasi təşkilat statusunu daim
saxlayacaqdır.
Yeni Azərbaycan Partiyası iqtidara gəl-
dikdən sonra ölkəmizdə əhəmiyyətli isla-
hatların əsası qoyulub. Azərbaycanın bütün
bölgələrini əhatə edən sosial-iqtisadi islahatlar
Naxçıvan Muxtar Respublikasında da dina-
mik inkişafa səbəb olub. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin son 17
ildə muxtar respublikamızda həyata keçirdiyi
uğurlu sosial-iqtisadi siyasət xalqa, dövlətə
və Heydər Əliyev ideyalarına sədaqətin
bariz nümunəsidir. Həyata keçirilən bu
siyasət iqtidar partiyası kimi YAP-ın nüfuzunu
yüksəldib, partiyanın muxtar respublika təş-
kilatının siyasi proseslərə təsir gücünü yüksək
səviyyədə təmin edib.
Bu gün xalqımız Azərbaycan dövlətini,
onun vətəndaşlarını azad, firavan günlərə
aparan, güclü iqtisadiyyat, qüdrətli ordu,
qanunlarla yaşayan vətəndaş cəmiyyəti quran,
təhsildə, elmdə, mədəniyyətdə, idmanda
nailiyyətlər qazanmağa stimul yaradan, hər
bir vətəndaşın sərbəst fəaliyyətinə, yaradıcı -
lığını, işgüzarlığını ortaya qoymasına şərait
yaradan dahi şəxsiyyət Heydər Əliyevin
daxili və xarici siyasət strategiyasını özünün
fəaliyyət proqramı kimi qəbul edən və uğurla
həyata keçirən Yeni Azərbaycan Partiyasının
sədri, ölkə Prezidenti cənab İlham Əliyevin
ətrafında sıx birləşib.
Ulu öndər demişdir: “Yeni Azərbaycan
Dostları ilə paylaş: |