Kolanı Kənd Uşaq Musiqi
Məktəbində saz ifaçıları
yetişdirilir
2008-ci ildə kənddə aparılan
genişmiqyaslı quruculuq tədbir-
lərindən bu mədəniyyət müəssi-
səsinə də pay düşmüş, məktəb
yeni binaya köçürülmüşdür. Ya-
radılmış müasir şəraitdə fəaliyyə-
tini davam etdirən musiqi məktə-
bində musiqi sədaları dəhlizi bü-
rümüşdü. Məktəbin direktoru Akif
Məmmədovla birgə əksər siniflərə
daxil olub şagirdlərin ifasını din-
lədik. Şagirdlərin ifaları bizdə xoş
təəssürat yaratdı. Buraya musiqi
təhsili almaq üçün Aşağı və Yuxarı
Qışlaq, Ağbulaq və Gömür kənd -
lərindən də gəlirlər. Öyrəndik ki,
1989-cu ildən fəaliyyət göstərən
məktəbin Biçənək filialı da var.
Kolanı Kənd Uşaq Musiqi Mək-
təbində hazırda 226 şagirdin təhsili
ilə 49 müəllim məşğul olur. Ötən
il məktəbi bitirən 30 məzundan
3-ü ixtisasları üzrə musiqi təhsil-
lərini davam etdirir. Milli musiqi
alətlərinin tədrisinə gəlincə isə,
onu demək olar ki, musiqi məktə-
bində saz və balabana olan maraq
daha çoxdur. Belə ki, saz ixtisası
üzrə 35, balaban ixtisası üzrə 11
şagird təhsil alır.
“Bu kənddə musiqiyə marağın
olması təəccüblü deyil. Buralarda
yaşayan, kəndin təmiz havasını
udan, dumduru bulaq sularından
içən, səfalı mənzərələrini seyr edən
adamda daim ruh yüksəkliyi olar,
yazıb-yaratmaq, oxumaq eşqi olar”.
Bu sözləri kəndə gəlişimizdən xəbər
tutub bizimlə həmsöhbət olmağa
gələn sinəsi dolu 86 yaşlı Cəbi
Əhmədov deyir. O, tulum ustası
kimi tanınır. Hər kəs bu kənddə
ona hörmətlə yanaşır. Yaşının bu
çağında hələ də kənd meydanında
gənclərə milli musiqi alətlərimizdən
tulumun, qara zurnanın, balabanın
sehrindən şövqlə danışmaqdan
usanmır. Cəbi Əhmədov milliliyi-
mizi yaşadan və təbliğ edən canlı
örnəkdir.
Dostları ilə paylaş: |