Şahbuzda toxunan xalçalar
xüsusi keyfiyyəti ilə seçilib
...Yolumuz Aşağı Qışlağadır
Naxçıvan qədim el sənəti nü-
munələrinin yaşadılması baxımın-
dan diqqətçəkən regionlardandır.
Nəsildən-nəslə ötürülərək, qoru-
naraq, sevilərək günümüzə qədər
gəlib çatan xalçaçılıq sənətinin
unudulmaması faktı burada el sə-
nətinə göstərilən dövlət qayğısının,
naxçıvanlı qadınların xalq sənətinin
nümunələrini uzun illərdən bəri
nəsillərdən-nəsillərə ötürmək ənə-
nəsinin təzahürüdür. Ələlxüsus da
muxtar respublikamızda xalçaçı-
lığın yaşadılması istiqamətində
həyata keçirilən tədbirlər bu qədim
el sənətinin yaşayacağına və heç
bir zaman unudulmayacağına zə-
manət verir. Milli dəyərimiz olan
bu el sənətini yaşatmaq, gənc nəslə
ötürmək, həmçinin milli naxış və
çeşnilərimizi yeni toxunan xalça-
larda əks etdirmək üçün muxtar
respublikamızda emalatxana, sex
və dərnəklər fəaliyyət göstərir.
Aşağı Qışlağa üz tutmağımızın
səbəbi də burada 2009-cu ildən
yaradılan xalçaçılıq dərnəyi ilə
tanış olmaq və xalçaçı qadınlarla
görüşmək idi.
Yuxarıda da qeyd etdiyimiz
kimi, Şahbuzun bir sıra kəndlə-
rində xalçaçılıq sənəti ilə məşğul
olunub və bu gün də həmin sahə-
nin peşəkarları vardır. Aşağı Qış-
laqda yaşayan yaşlı və orta nəsil
qadınların, demək olar ki, əksə-
riyyəti xalçaçılığın sirlərinə bə-
ləddir. Kənd mədəniyyət evində
qurulan hana və sərgilənən toxucu -
luq nümunələri diqqətimizi çəkir.
Mədəniyyət evinin müdiri Mətanət
Məhərrəmova bizi maraqlandıran
sualları cavablandıraraq qeyd edir
ki, Aşağı Qışlaq kəndi tarixən
xalçaçılığın ünvanı kimi tanın-
mışdır. Bir zamanlar bu kənddə
xalçaçılıqla geniş məşğul olun-
muşdur. Əvvəllər gəlinlərə verilən
cehizin əsasını milli naxış ele-
mentləri ilə seçilən qalın, yun
xalçalar təşkil etmişdir. Bir çox
ailələrdə belə xalçaların nümu-
nələri və xalçaçılıq alətləri qal-
maqdadır. Bu ənənəni qorumaq
və yaşatmaq istiqamətində biz də
mədəniyyət işçiləri olaraq üzəri-
mizə düşən vəzifəni yerinə yetir-
məyə çalışır, məktəbli qızları dər-
nəyə cəlb edirik. Sevinirik ki,
gənclərə bu qədim el sənətinin
öyrədilməsində az da olsa, bizim
də əməyimiz olur. 60 yaşlı Sədaqət
Məmmədova da söhbətə qoşulur.
Bildirir ki, gözünü açandan bəri
evdə nənəsinin, sonra anasının bu
işlə məşğul olduğunu görüb, uşaq-
lıqdan bu zərif sənəti öyrənməyə
başlayıb. “Xalça Azərbaycan xal-
qının milli-mədəni sərvətlərin-
dəndir və bu sərvəti qoruyub, in-
kişaf elətdirib gələcək nəsillərə
çatdırmaq bizim borcumuzdur”,
– deyir.
Vüsalə Bayramovanın isə
toxucu luq sahəsində yaxşı qabi-
liyyəti var. Onun əl işləri sərgilərdə
nümayiş etdirilir. O, bu sahədəki
bacarığını həvəslə gənclərə aşılayır.
Dostları ilə paylaş: |