Naxçıvan Muxtar Respublikasında
hər yeni il başlayarkən həyata ke-
çiriləcək tədbirlərin xarakterinə
uyğun olaraq, konkret məqsədlər
də müəyyənləşdirilir. 2012-ci ildə
milli-mənəvi dəyərlər sahəsində
tədbirlərə diqqət artırılacaq, milli
dəyərlərin bərpası, qorunması və
gələcək nəsillərə çatdırılması ilə
bağlı əvvəlki illərdə başlanmış təd-
birlər 2012-ci ildə daha geniş miq-
yasda davam etdiriləcəkdir. Hər
birimiz bu sahədə fəaliyyətimizin
nəticəli olmasına çalışmalı, milli
dəyərlər ilində muxtar respubli-
kamızın inkişafına öz töhfəmizi
verməliyik”.
Bu bir həqiqətdir ki, dili olmayan
xalq ölümə məhkumdur. Qədim za-
manlarda 5 mindən artıq canlı dil
mövcud olub, amma zaman ötdükcə
bu dillərin sayı xeyli azalıb. Biz
azərbaycanlılar fəxr edirik ki, milli
mədəniyyətimiz, təhsilimiz, xalq
musiqimiz və xalq mahnılarımız,
ən başlıcası, milli dilimiz vardır.
Xalqımızın daha parlaq gələcəyi
uşaqların və gənclərin düzgün tə-
lim-tərbiyəsindən və mükəmməl
formalaşmasından asılıdır. Vətənə,
torpağa, el-obaya, dövlət bayrağına,
insanlara, milli adət-ənənələrə mə-
həbbət ailədən və məktəbdən baş-
layır. Uşaqlarımız nə qədər geniş
dünyagörüşlü olsalar, milli dəyər-
lərimizə düzgün yanaşar, onların
qədrini bilər və qoruyub saxlayarlar.
Bu baxımdan müəllimlərin də üzə-
rinə böyük məsuliyyət düşür. Dərs
prosesində və əlavə məşğələlərdə
mütəmadi olaraq milli dəyərlərimiz,
gözəl adət-ənənələrimiz yada sa-
lınmalı, bunların əhəmiyyətindən
söhbətlər aparılmalıdır.
Bu ilin muxtar respublikada “Mil-
li dəyərlər ili” elan edilməsini biz
ziyalılar və ağsaqqallar da alqışlayır,
bunu ürəkdən dəstəkləyirik.
Bu mühüm tədbirin təbliğində
və həyata keçirilməsində ziyalıları-
mızın da rolu böyük olmalıdır. Öndə
ziyalılar olmaqla, hər bir azərbaycanlı
çalışmalıdır ki, milli dilimizi, mahnı
və rəqslərimizi, musiqimizi, musiqi
alətlərimizi, milli yeməklərimizi,
geyimlərimizi, mərasimlərimizi ol-
duğu kimi qoruyub saxlasın. Min
illər boyu süzgəclərdən keçmiş və
öz varlığını təsdiq etmiş milli də-
yərlərimizə ona yaraşmayan don
geydirmək olmaz. Yalnız xalqımızın
mentalitetinə uyğun müəyyən əla-
vələr etməklə onu zənginləşdirmək
və inkişaf etdirmək olar. Buna görə
hər bir azərbaycanlının şərəfli bor-
cudur ki, milli dəyərlərimizə hör-
mətlə yanaşsın, onu göz bəbəyi kimi
qorusun, yaşatsın və gələcək nəsillərə
ərməğan etsin.
Dostları ilə paylaş: |