4
Alimin 60 illik yubileyi
qeyd оlunub
Dünən AMEA Naxçıvan Bölməsində böl-
mənin Təbii Ehtiyatlar İnstitutunun direktoru,
kimya elmləri doktoru Əliəddin Abbasovun
anadan olmasının 60 illik yubileyinə həsr olun-
muş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, aka-
demik İsmayıl Hacıyev alimin muxtar respublikada
kimya elminin tətbiqi məsələlərindəki fəaliyyətindən
danışıb. Naxçıvanda kimya elminin inkişafındakı
fəaliyyətinə görə yubilyara AMEA Naxçıvan Böl-
məsi Rəyasət Heyətinin Fəxri Fərmanı təqdim
edilib.
Sonra Təbii Ehtiyatlar İnstitutunun böyük elmi
işçisi, kimya üzrə fəlsəfə doktoru Günel Məmməd -
ovanın “Kimya elmləri doktoru Əliəddin Abbasovun
ömür yolu, elmi və təşkilati fəaliyyəti” mövzusunda
məruzəsi dinlənilib.
Qeyd olunub ki, alimin sorbsiya proseslərinin
nəzəri və praktik aspektlərinin işlənib hazırlan-
masına, bu proseslərdə tarazlıq, kinetik və termo-
dinamik qanunauyğunluqların öyrənilməsi və riyazi
modellərin yaradılmasına istiqamətlənmiş elmi
fəaliyyəti fundamental elmi nailiyyətlərlə nəticələnib.
Bu nəticələr müəllifin 110-dan artıq elmi əsərində
öz əksini tapıb. Elmi axtarışlarını bu gün də uğurla
davam etdirən istedadlı alim 2011-ci ildə Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişaf
Fondunun maliyyə dəstəyi ilə “Gümüşlü polimetallik
yatağı filizinin kompleks emalının elmi və praktik
əsaslarının işlənib hazırlanması” mövzusunda qrant
layihəsinin qalibi olub.
Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölmə-
sinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
elmi işlər üzrə direktor müavini, AMEA-nın
müxbir üzvü Hacı Qadir Qədirzadə, Təbii Ehtiyatlar
İnstitutunun elmi işlər üzrə direktor müavini,
kimya elmləri doktoru Bayram Rzayev, İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filo-
logiya elmləri doktoru Adil Bağırov, Bioresurslar
İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü
Tariyel Talıbоv və həmin institutun şöbə müdiri,
biologiya üzrə fəlsəfə doktoru, dosent Varis Quliyev
görkəmli alimin nailiyyətlərindən, elmi kadrların
yetişdirilməsindəki əməyindən danışıb, yubilyarı
təbrik ediblər.
Əliəddin Abbasov muxtar respublikada elm
adamlarına göstərilən diqqət və qayğıya görə min-
nətdarlığını bildirib.
Sonda tədbir iştirakçıları yubilyarın əsərlərinin
nümayiş etdirildiyi sərgiyə baxıblar.
Dostları ilə paylaş: |