haqqında söhbətlər aparmaq,
onlara metodik köməklik gös-
tərmək olub.
Kəngərli Rayon Vergilər Şöbə-
sinin rəisi Abuzər Əsgərov çıxış
edərək bildirib ki, bələdiyyə ver-
giləri dedikdə Vergi Məcəlləsi ilə
və müvafiq qanunla müəyyən edi-
lən, bələdiyyələrin qərarlarına əsa-
sən tətbiq olunan və bələdiyyələrin
ərazilərində ödənilən vergilər nə-
zərdə tutulur. Yerli vergilərə fiziki
şəxslərin torpaq vergisi, fiziki şəxs-
lərin əmlak vergisi, yerli əhəmiy-
yətli tikinti materialları üzrə mədən
vergisi, bələdiyyə mülkiyyətində
olan müəssisə və təşkilatların mən-
fəət vergisi daxildir. Bələdiyyə ver-
gilərinin dərəcələri vergi qanun-
vericiliyində təsbit edilmiş hədlər
daxilində müəyyən edilir. Vergi
qanunvericiliyinə uyğun olaraq,
bələdiyyələr öz ərazilərində vergi
ödəyicilərinin ayrı-ayrı kateqori-
yalarını yerli vergilərdən tam və
ya qismən azad etmək, vergi dərə-
cələrini azaltmaq barədə qərar qəbul
edə bilərlər.
Sonra Kəngərli Rayon Vergilər
Şöbəsinin Vergi ödəyicilərinə xid-
mət bölməsinin baş dövlət vergi
müfəttişi Cahangir Hüseynovun,
Naxçıvan Muxtar Respublikası Ver-
gilər Nazirliyinin Vergi ödəyicilə-
rinə xidmət şöbəsinin rəisi Mirhü-
seyn Seyidovun çıxışları olub.
Sonda tədbir iştirakçılarını ma-
raqlandıran suallar cavablandırılıb.
-
Səbuhi HÜSEYNOV
Dostları ilə paylaş: |