3
H
H
ər bir xalq özünəxas
dəyərlərlə tanınır və
digər xalqlardan seçilir. Bir
millət o zaman tarixin səhifə-
sindən silinir ki, onun kimliyini
xarakterizə edən dəyərləri
məhv edilir. Təsadüfi deyil-
məyib ki, bir milləti məhv et-
mək istəyirsənsə, onun dilini
əlindən al. Bu baxımdan Ana
dili ən böyük milli sərvətdir.
Doğma dilimizdə səslənərək
ruhumuza hopmuş laylalar,
nağıllar, el deyimləri, zərb-
məsəllərin təsiri altında bö-
yüyür, milli musiqi sədası eşi-
dəndə qulaq kəsilirik.
Naxçıvanda əsrlərdən bəri sü-
zülüb gələn milli dəyərlərin qo-
runması, yaşadılması və təbliğ
olunmasına ciddi önəm verilir.
“Milli dəyərlər ili”nin elan olun-
duğu 2012-ci ildən əvvəl milli də-
yərlərimizə hörmət və ehtiram əla-
məti olaraq Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin Sədri
“Naxçıvan Muxtar Respublikasın-
da Xalq yaradıcılığı günlərinin
keçirilməsi haqqında” Sərəncam
imzalamışdır. Sərəncamda qeyd
olunduğu kimi, hər bir xalqın ta-
rixində xalq yaradıcılığı onun mil-
li-mənəvi dəyərlərinin və dünya-
görüşünün, təşəbbüskarlıq və no-
vatorluğunun təzahür formaların-
dan biridir. Tarixi-mədəni və bədii
irsimizin daşıyıcısı olan Azərbay-
can xalq yaradıcılığı əsrlər boyu
formalaşaraq və inkişaf edərək
günümüzədək gəlib çatmışdır.
Azərbaycanın qədim Naxçıvan
torpağında yayılmış el sənəti nü-
munələri böyük və zəngin bir tarixi
mərhələni, mədəni inkişaf dövrünü
əhatə edir.
Muxtar respublikamızın dilbər
guşəsi olan Şahbuz tarixən saz-
söz sənətini yaşadan bölgə kimi
tanınmışdır. Şahbuz neçə-neçə aşıq-
lar yetişdirmiş, sənətkarlar ocağı
olmuşdur. Sinkretik, yəni özündə
çalğı, oxuma, şeirdemə, dastan ifa-
çılığı, aktyorluq və rəqs (plastika)
sənətlərini birləşdirən saz-söz sənəti
muğam sənəti ilə yanaşı, Azərbay-
can milli mədəniyyətinin ən qədim
nümunələrindəndir. Qədim türkdilli
xalqlarda baxşı, yanşaq, varsaq və
nəhayət, ozan kimi tanınan sənətkar -
lar bugünkü aşığın əcdadları sayı-
lırlar. Ozan sənəti yüzilliklər və
minilliklər boyu böyük təkamül
yolu keçərək aşıq sənətinə çevrildiyi
kimi, qopuz da ona oxşar təkamül
yolu keçərək saz aləti şəklini
almışdır.
Şah İsmayıl Xətai könüloxşayan
qoşmalarının birində sazı belə tə-
rənnüm edir:
Dostları ilə paylaş: