baycan Partiyası yaranandan onun ən üstün,
müsbət cəhəti ondan ibarətdir ki, Yeni Azər-
baycan Partiyasının amalı, məqsədləri, qəbul
etdiyi Proqram müstəqil Azərbaycan Res-
publikasında demokratik, dünyəvi, hüquqi
dövlət qurmaq, Azərbaycanda demokratik
prinsipləri bərqərar etmək, Azərbaycanı
dünya iqtisadiyyatına bağlamaq, Azərbay-
canda iqtisadi islahatları həyata keçirmək
və Azərbaycanı inkişaf etdirmək olubdur”.
Qurtuluş tarixindən başlayaraq bu günədək
keçdiyimiz yol bir daha təsdiqləyir ki, iqti-
darda olan Yeni Azərbaycan Partiyası yalnız
ölkənin, xalqın mənafeyi üçün çalışıb, böyük
uğurlar əldə edib: demokratiya yolu ilə gə-
ləcəyə doğru uğurla irəliləyən müstəqil Azər-
baycanda söz, məlumat, mətbuat azadlığı
mövcuddur; ölkəmiz dünyanın ən nüfuzlu
beynəlxalq təşkilatlarında uğurla təmsil olu-
nur; güclü iqtisadiyyata, qüdrətli Silahlı
Qüvvələrə sahibik; sənaye və kənd təsərrüfatı
məhsulları istehsalında hər il yüksək artımlar
qeydə alınır; regionlarda sosial-iqtisadi
inkişaf pro qramları uğurla həyata keçirilir;
işsizlik aradan qaldırılır, əhalinin məşğulluğu
təmin olunur; zəhməthaqları, pensiya və
müavinətlər hər il artırılır və sair.
Azərbaycanın ictimai-siyasi həyatında
özünəməxsus rolu və yeri olan Yeni Azər-
baycan Partiyası ötən 20 il ərzində əsrə bə-
rabər bir yol keçib. Azərbaycanın dövlət
müstəqilliyinin bərpa edilməsi, istiqlalımızın
dönməzliyinin təmin olunması və həyata
keçirilən bir çox islahatlar məhz YAP-ın
yaradıcısı, müstəqil Azərbaycan dövlətinin
banisi dahi şəxsiyyət Heydər Əliyevin adı
ilə bağlıdır.
Ümummilli liderimiz Heydər Əliyevin
2003-cü il oktyabr ayının 1-də Azərbaycan
xalqına ünvanladığı müraciət bu gün də öz
aktuallığını saxlayır: “Sizi əmin edirəm ki,
həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Dostları ilə paylaş: |