edən, qısa vaxt ərzində özünü müstəqil
respublikamızın siyasi həyatında həlledici
rol oynamaq qüdrətinə malik bir qüvvə
kimi təsdiqləyən Yeni Azərbaycan Partiya-
sının yaranması ilə müstəqil Azərbaycanın
tarixində yeni bir mərhələ başlandı.
Yeni Azərbaycan Partiyasının 20 illik
fəaliyyətindən danışarkən partiyanın təsis
olunduğu tarixi şəraiti, ictimai-siyasi vəziyyəti
nəzərdən keçirmək yerinə düşər.
1988-ci ildən başlayaraq 1993-cü ilin
iyun ayınadək olan müddət Azərbaycan
xalqı, Azərbaycan Respublikası üçün ağır
sınaqlar, fəlakətlər, çətinliklər dövrü idi.
Azərbaycanın üzləşdiyi böhran və fəlakət
xalqın sabaha olan ümidlərini qırmışdı. Qa-
rabağ cəbhəsində cərəyan edən məğlubiy-
yətlər seriyası, ittifaq rəhbərliyinin anti -
azərbaycan mövqeyi daha acınacaqlı nəticələr
verir, respublika başçılarının öz millətinə
qarşı xəyanətkar münasibəti davam edirdi.
Həmin illərdə Azərbaycan son dərəcə ciddi
ictimai-siyasi problemlərlə, iqtisadi çətin-
liklərlə üzləşmişdi. Hakimiyyətə zor gücünə
gəlmiş bacarıqsız, savadsız rəhbərlərin mən-
tiqsiz siyasəti ölkədaxili münaqişələrə səbəb
olur, vəzifə davasına başı qarışmış siyasi
qruplaşmaların xəyanəti nəticəsində torpaq-
larımız bir-birinin ardınca işğal olunur, gü-
nahsız insanlar qətlə yetirilir, qaçqınların
və məcburi köçkünlərin sayı get-gedə ço-
xalırdı. Cəmiyyətdə anarxiya və özbaşınalıq
baş alıb gedirdi. Xarici qüvvələrin birbaşa
dəstəyi ilə ölkənin şimal və cənub bölgələ-
rində separatçı ünsürlər meydana çıxmışdı.
Bir tərəfdən torpaqlarımız işğal olunur, digər
tərəfdən cəmiyyətdə ayrı-ayrı silahlı dəstə-
lərin, qrupların hakimiyyət davası genişlənir,
nəticə etibarilə, vətəndaş müharibəsi təhlükəsi
yaranırdı. Qısası, Azərbaycan məhvə doğru
gedir, ölkə ağır vətəndaş qarşıdurmasına,
qardaş qırğınına sürüklənirdi. Yaranan xaos,
parçalanma, dövlətin məhvi kimi problemlər
Azərbaycanda yeni siyasi gücə böyük ehtiyac
yaratmışdı.
O vaxt respublikamızda 30-dan artıq
siyasi partiya və təşkilat qeydiyyatdan keç-
mişdi. Lakin, əslində, kreslo davasına çıxmış
bu partiyalar nəinki yenicə müstəqilliyini
əldə etmiş Azərbaycanı idarə etmək iqtida-
rında idi, hətta tamamilə nəzarətdən çıxmış
vəziyyətdən sui-istifadə edərək ölkəni uçu-
ruma doğru sürükləyirdilər. Bu vəziyyətdən
ciddi narahat olan bir qrup ziyalı 1992-ci il
oktyabrın 16-da Naxçıvanda yaşayan və iş-
ləyən, muxtar respublikanın çətin problem-
lərinin həlli ilə məşğul olan, həmçinin ürəyi
daim doğma Azərbaycanla birgə döyünən
dahi şəxsiyyət Heydər Əliyevə müraciət ün-
vanladı. Müraciətdə qeyd olunurdu ki, Azər-
baycan mənəvi böhran keçirir. Bunun da
əsas səbəbi son illər respublikada mövcud
olan və getdikcə daha da güclənən hakimiyyət
böhranıdır. Ali hakimiyyət və idarəetmə or-
qanları, əslində, iflic vəziyyətinə düşmüşdür.
Bir çox dövlət orqanları heç bir hüquqi əsas
olmadan yaradılıb fəaliyyət göstərir, mövcud
iqtidar ictimai-siyasi gedişata tam nəzarət
edə bilmir. Siyasi partiyaların sayı günü-
gündən çoxalsa da, siyasi boşluq mövcuddur.
Çünki onların arasında xalqın etimadını qa-
zanmış, beynəlxalq nüfuza malik güclü lider
yoxdur. Ziyalılar müraciətdə görkəmli dövlət
xadimi Heydər Əliyevdən yaradılmaqda
olan Yeni Azərbaycan Partiyasına rəhbərlik
etməyə razılıq verməsini xahiş edirdilər.
Ümummilli lider tarixi müraciətə çox
əhatəli və dərin məzmunlu cavabında deyirdi:
Dostları ilə paylaş: |