Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#1006
1   2   3   4   5   6   7   8   9   ...   26
Xəbərlər şöbəsi

    Amerika Birləşmiş Ştatlarının Azər-

baycandakı  fövqəladə  və  səlahiyyətli

səfiri  Riçard  Morninqstar  Naxçıvan

Muxtar  Respublikasına  rəsmi  səfəri

çərçivəsində  dünən  muxtar  respubli-

kamızın tarixi abidələri, görməli yerləri

ilə  tanış  olub.  Səfirə  Naxçıvan  şəhə-

rindəki  Açıq  Səma  Altında  Muzey,

Möminə  xatın  məqbərəsi,  Nuh  pey-

ğəmbərin məzarüstü türbəsi, Azərbay-

canın  ayrılmaz  tərkib

hissəsi olan Naxçıvanın

qədim  tarixi  haqqında

ətraflı məlumat verilib. 

Amerikalı  diplomat

mətbuata müsahibəsin-

də səfərin əsas məqsə-

dinin Naxçıvanla tanış-

lıq  olduğunu  deyib:

“Bu, mənim Naxçıvana

ilk  səfərimdir.  Xüsusi

olaraq vurğulamalıyam

ki, qədim tarixə malik

Naxçıvan  Azərbaycanın  dilbər  guşə-

lərindən  biridir.  Bura  səfər  bizdə  –

həm məndə, həm də həyat yoldaşımda

xoş təəssüratlar yaratdı.

     Bundan başqa, biz istəyirik ki, Nax-

çıvanla Amerika Birləşmiş Ştatları sə-

firliyi arasında, xüsusilə təhsil və səhiyyə

sahəsində əməkdaşlığımızı daha da güc-

ləndirək  və  genişləndirək.  Biz  muxtar

respublikanın  görməli  yerləri,  səhiyyə

müəssisələri  ilə  tanış  olduq,  Naxçıvan

Dövlət Universitetində görüşlər keçirdik.

Təhsil sahəsində əməkdaşlıq məsələlərini

müzakirə etdik. Naxçıvan Dövlət Uni-

versiteti  ilə  distant  təhsil,  yəni  video-

bağlantı vasitəsi ilə təhsil  imkanlarından

da danışdıq. Bakıda yerləşən Amerika

Mərkəzində təşkil edilən mühazirələrə

universitetin qoşulması imkanları barə-

sində  müzakirələr  apardıq.  Naxçıvan

Dövlət Universitetindəki Ernest Hemin-

quey Mərkəzinin işi ilə bağlı əməkdaşlıq

imkanlarını dəyərləndirdik. Eyni zamanda

ABŞ səfirliyi vasitəsi ilə tələbə, pedaqoq

və  mütəxəssislərin  qarşılıqlı  mübadilə

imkanlarını da müzakirə etdik”.

    Amerikalı  diplomat  Naxçıvanda

demokratiyanın  inkişafını  yüksək

qiymətləndirib.

    Amerika Birləşmiş Ştatlarının Azər-

baycandakı  fövqəladə  və  səlahiyyətli

səfirinin muxtar respublikamıza səfəri

noyabrın 1-də başa çatıb. 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin