Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 126 (20.780)
10 iyul 2013-cü il, çərşənbə
İyulun 9-da Naxçıvan Dövlət Universite-
tində “Elektron Naxçıvan-8” elmi konfransı
keçirilmişdir.
Konfransdan əvvəl universitetin Elektron
Kitabxanasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İbrahim Quliyev açılışı bildirən
lenti kəsmiş, kitabxanada yaradılan şəraitlə
tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikasının rabitə
və informasiya texnologiyaları naziri Rövşən
Məmmədov elektron kitabxana haqqında
məlumat vermişdir. Qeyd olunmuşdur ki,
yenidənqurma işləri zamanı kitabxanada
müasir surətköçürmə aparatı, elektron in-
formasiya köşkü, əsas və ehtiyat server qu-
raşdırılmış, 20 oxucu yeri yaradılmışdır.
İlkin mərhələdə 50 kitabın elektron kataloqu
və tam mətnli elektron versiyası hazırlan-
mışdır. Bura müraciət edən hər bir oxucu
elektron köşkdə qeydiyyatdan keçdikdən
sonra kitab sifariş verə bilər. Sistem oxuculara
kitabxananın elektron kataloqu ilə tanış ol-
maq, sorğulara operativ cavab almaq və
virtual sifariş vermək imkanı yaradır.
Üç dildə hazırlanan www.e-kitab.ndu.nmr.az
yeni internet saytı dünyadakı istənilən ki-
tabxana ilə informasiya mübadiləsi aparmağa
imkan verəcəkdir. Saytın “Kitabxana”, “Elek-
tron kataloq”, “Bizimlə əlaqə” bölmələrində
kitabxana ilə operativ əlaqə saxlamaq, elek-
tron axtarış xidmətlərindən istifadə etmək,
dövri mətbuatla tanış olmaq imkanı vardır.
İnternet saytında kitablar haqqında biblio -
qrafik məlumat və kitabların elektron vari-
antları, “Media” bölməsində isə audiokitablar
yerləşdirilmişdir.
Qeyd olunmuşdur ki, bu gün informasi-
ya-kommunikasiya texnologiyalarının kitab-
xanalara tətbiq edilməsi kitabxana işinin
keyfiyyətini, istifadəçiyə xidmət işinin sə-
viyyəsini yüksəltməyə imkan verir. Müasir
dövrdə elektron kitabxanalar informasiya re-
surslarının sürətli və keyfiyyətli fəaliyyətinin
təmin edilməsində, oxucuların informasiya
tələbatının daha yüksək səviyyədə ödənil-
məsində mühüm əhəmiyyət daşıyır. Naxçıvan
Dövlət Universitetində elektron kitabxana
sisteminin istifadəyə verilməsi də kitabxana
xidmətinin forma və məzmunca yeniləşməsinə
səbəb olmuşdur.
Elektron kitabxana ilə tanışlıqdan sonra
tədbir iştirakçıları universitetin Konservatoriya
binasının foyesində elektronika, memarlıq
və rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar.
Sərgidə universitet tələbələri tərəfindən hazır -
lanan və informasiya texnologiyalarının müx-
təlif sahələrinə aid olan elektronika qurğuları,
rəsm əsərləri, maket və memarlıq layihələri
nümayiş etdirilmişdir.
Sonra Naxçıvan Dövlət Universitetinin
Konservatoriya binasının akt zalında “Elek-
tron Naxçıvan-8” elmi konfransı öz işinə
başlamışdır.
Konfransda çıxış edən Naxçıvan Dövlət
Universitetinin rektoru, professor Saleh Mə-
hərrəmov demişdir ki, Azərbaycanda infor-
masiya cəmiyyətinin formalaşması sahəsində
uğurlu tədbirlər həyata keçirilir. İnformasiya
cəmiyyətinin inkişaf etdirilməsi sahəsində
muxtar respublikamızda da bir sıra işlər gö-
rülmüş, elektron kitabxanalar yaradılmış,
internet xidmətindən istifadə yaxşılaşdırılmış,
“İnformasiya təhlükəsizliyi problemləri”,
“Elektron Naxçıvan” və digər bu kimi çox-
saylı konfranslar keçirilmişdir. Bu gün “Elek-
tron Naxçıvan-8” mövzusunda elmi kon-
fransın keçirilməsi və universitetin Elektron
Kitabxanasının istifadəyə verilməsi muxtar
respublikada informasiya cəmiyyətinin in-
kişafı istiqamətində həyata keçirilən tədbir-
lərin davamıdır.
Saleh Məhərrəmov muxtar respublikada
informasiya-kommunikasiya texnologiyala-
rının inkişafı sahəsində həyata keçirilən məq-
sədyönlü tədbirlərə görə minnətdarlığını bil-
dirmiş və “Elektron Naxçıvan-8” elmi kon-
fransını açıq elan etmişdir.
Tədbirdə Naxçıvan Dövlət Universitetində
informasiya-kommunikasiya texnologiyala-
rının inkişafından bəhs edən videomaterial
nümayiş olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov 2005-ci
ildən başlayaraq hər il Naxçıvan Dövlət
Universitetində “Elektron Naxçıvan” möv-
zusunda tədbirlərin keçirildiyini, bu gün
sayca 8-ci “Elektron Naxçıvan” tədbirinin
öz işinə başladığını qeyd etmiş, bu müna-
sibətlə tədbirin bütün iştirakçılarını və qo-
naqları salamlamış, təşkilatçılara təşəkkü-
rünü bildirmişdir.
Ali Məclisin Sədri demişdir: “Hər dövrün
özünün inkişaf qanunauyğunluqları var.
İyirmi birinci əsr elm və texnologiyalar
əsridir. Bu, o deməkdir ki, elm olmasa,
müasir hesablama, informasiya və kommu-
nikasiya texnologiyaları yarana, tətbiq və
inkişaf etdirilə bilməz. Öz növbəsində in-
formasiya və kommunikasiya texnologiyaları
da olmasa, elmi, bütövlükdə, cəmiyyəti irəli
aparmaq, idarəetməni təkmilləşdirmək müm-
kün deyil. Müasir dünyanın siyasi və iqtisadi
mənzərəsinə nəzər salsaq, aydın görmək
mümkündür ki, informasiya-kommunikasiya
texnologiyalarına üstünlük verən ölkələr
irəli gedir və inkişaf edirlər. Artıq bu gün
dövlətlərin qüdrəti və iqtisadi gücü müasir
texnologiyalara yiyələnmək və onları tətbiq
etmək gücünə əsaslanır”.
Qeyd olunmuşdur ki, Azərbaycan infor-
masiya-kommunikasiya texnologiyalarını in-
kişaf etdirmək yolunu ötən əsrin 70-ci illə-
rindən tutmuşdur. Ümummilli lider Heydər
Əliyev Azərbaycana rəhbər seçiləndən cəmi
bir il sonra, 1970-ci il iyun ayının 24-də
“Rabitə vasitələrinin vəziyyəti və gələcək
inkişafı üzrə tədbirlər haqqında” Qərar qəbul
etmişdir. Ölkəmiz informasiya-kommunika-
siya texnologiyalarının inkişafı üçün, ilk
növbədə, bu qərara borcludur. Həmin qərardan
sonra Azərbaycanın rabitə və kommunikasiya
sektorunda əsl intibah baş vermişdir. Bu
dövrdə ulu öndərimizin himayəsi ilə Kiber-
netika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi
yaradılmış, mikrosxemlərin, hesablama tex-
nika və avadanlıqlarının istehsalı ilə məşğul
olan yeni sənaye müəssisələri işə salınmış,
ilk dəfə olaraq orta məktəblərə kompyuterlərin
verilməsi həyata keçirilmiş, elektronika, av-
tomatika və hesablama texnikası üzrə gənc
mütəxəssislər yetişdirilmişdi.
Ali Məclisin Sədri Azərbaycanda rabitənin,
elektron avadanlıqları və telekommunikasiya
texnologiyaları sahəsinin daha geniş inkişa-
fının ümummilli liderimizin ali hakimiyyətə
ikinci dəfə qayıdışından sonra mümkün ol-
duğunu bildirərək demişdir: “Möhtərəm
Heydər Əliyev tərəfindən 2003-cü il fevralın
17-də “Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya tex-
nologiyaları üzrə Milli Strategiya”nın qəbul
olunması ölkəmizin dünya informasiya və
elektron mühitinə inteqrasiyasını daha da
sürətləndirmiş, Azərbaycan qlobal informasiya
məkanında layiqli yer qazanmışdır.
Bu gün ulu öndərimizin daim üstün isti-
qamət verdiyi inkişafın müasir texnologiya-
ların tətbiqi vasitəsi ilə həyata keçirilməsi
yolu Azərbaycanda uğurla davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin prezi-
dent seçildikdən sonra 2003-cü ildə ilk xarici
səfərinə Cenevrədə keçirilən informasiya cə-
miyyəti üzrə dünya sammitində iştirakla baş-
laması və Azərbaycanda informasiya-kom-
munikasiya texnologiyalarının inkişafını neft-
dən sonra prioritet sahə elan etməsi qarşıya
konkret vəzifələr qoymuşdur. Bu vəzifələrin
icrası və həyata keçirilən dövlət proqramları
nəticəsində elektron hökumətin yaradılması,
biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü
və informasiya təhlükəsizliyi istiqamətində
mühüm addımlar atılmışdır. Cari ildə Azər-
baycanın ilk telekommunikasiya peykinin
orbitə çıxarılması və 2013-cü ilin ölkəmizdə
“İnformasiya-kommunikasiya texnologiyaları
ili” elan edilməsi bu sahənin inkişafına dövlət
səviyyəsində göstərilən diqqətin daha bir
ifadəsidir. Ölkə rəhbəri hörmətli İlham Əliyev
demişdir: “İnformasiya-kommunikasiya tex-
nologiyalarının inkişafı ümumən hər bir
ölkənin inkişafını müəyyən edir. Bu sahənin
hər bir ölkə üçün nə qədər vacib olduğunu
hər kəs görür. Hər bir ölkənin uğurlu, da-
yanıqlı inkişafı üçün informasiya-kommu-
nikasiya texnologiyaları sahəsi həlledici rol
oynayır”.
“Naxçıvan Muxtar Respublikasında in-
formasiya-kommunikasiya texnologiyaları
sosial-iqtisadi inkişafda əsas hərəkətverici
qüvvədir. Bütün sahələrdə müasir texnolo-
giyaların gücündən səmərəli istifadə olunur.
Muxtar respublika blokada şəraitində yaşayır.
Ancaq buna baxmayaraq, informasiya və
kommunikasiya texnologiyalarının son nai-
liyyətlərinin tətbiqi nəticəsində informasiya
blokadası aradan qaldırılmış, ucqar dağ
kənd lərində belə, dünyanın istənilən ölkəsi
ilə telefon və genişzolaqlı internet əlaqələri
yaradılmışdır”, – deyən Ali Məclisin Sədri
bildirmişdir ki, son illər muxtar respublikada
telekommunikasiya infrastrukturu müasir-
ləşdirilmiş, əhaliyə, müəssisə və təşkilatlara
göstərilən rabitə xidmətlərinin səviyyəsi
yüksəldilmiş, Naxçıvan şəhərində, Şərur
və Sədərək rayonlarında 3-cü nəsil tele-
kommunikasiya sistemləri quraşdırılmışdır.
Hazırda bu sistem mövcud telefon is -
tifadəçilərinin 60 faizinə xidmət edir.
Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-8”
elmi konfransı keçirilmişdir
Ardı 2-ci səhifədə
2
İran İslam Respublikasından daxil olmaqla
Türkiyənin telekommunikasiya şəbəkəsinə
qoşulan 134 kilometrlik yeraltı optik xəttin
tikintisi hesabına avtomat telefon stansiya-
larının 90 faizi fiber-optik bağlantılarla təmin
edilmişdir. Naxçıvan Muxtar Respublikasında
həyata keçirilən geniş quruculuq tədbirləri
də yeni texnologiyalara, o cümlədən kom -
pyuterləşməyə olan tələbatı xeyli artırmışdır.
Hazırda muxtar respublika əhalisində 87
mindən artıq kompyuter vardır. İnternetdən
istifadə edənlər isə muxtar respublika əhali-
sinin 81 faizini təşkil edir.
Ali Məclisin Sədri demişdir: “Muxtar res-
publikada bank-maliyyə, gömrük, vergi, sə-
hiyyə, təhsil, mədəniyyət və sosial təminat
sahələrində də informasiya texnologiyalarının
imkanlarından geniş istifadə olunur. Məmməd
Səid Ordubadi adına Naxçıvan Muxtar Res-
publika Kitabxanasında, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq
Mərkəzində elektron kitabxanalar yaradılmış,
Naxçıvan Dövlət Universitetinin Elektron
Kitabxanasında ən müasir avadanlıqlar tətbiq
olunmuşdur. Cari ildə Məhdud Fiziki İm-
kanlılar üçün Naxçıvan Regional İnformasiya
Mərkəzində xüsusi proqram təminatı əsasında
audiokitabxana və elektron kitabxana xid-
mətləri istifadəyə verilmişdir. Həyata keçirilən
tədbirlər bizi informasiya cəmiyyətinin for-
malaşmasına xeyli yaxınlaşdırmışdır. Elektron
hökumətin qurulması istiqamətində ardıcıl
tədbirlər görülür. Bu tədbirlər dövlət orqan-
larının fəaliyyətində səmərəliliyin artırılmasına,
dövlət orqanları ilə vətəndaşlar arasında əla-
qələrin daha sıx şəkildə qurulmasına, insanların
informasiyaya olan tələbatının daha dolğun
ödənilməsinə şərait yaradır. Muxtar respub-
likada 74 dövlət orqanı üçün internet səhifəsi
hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmiş,
34 dövlət orqanı tərəfindən göstəriləcək elek-
tron xidmətlərin reqlament ləri təsdiq edilmiş,
“Elektron hökumət” portalı yaradılmışdır.
İnformasiya-kommunikasiya texnologiya-
ları bilik, zəka və intellekt tələb edən sahədir.
Bu sahənin inkişafı həm də ölkənin intellektual
və elmi potensialının vacib göstəricilərindən
biridir. Bu amil əsas götürülərək muxtar res-
publikanın təhsil müəssisələrinin yeni nəsil
informasiya texnologiyaları ilə təminatına da
xüsusi diqqət yetirilir. Hazırda ümumtəhsil
məktəblərində 3183 kompyuter və 500 elektron
lövhə, ali təhsil müəssisələrində isə 600-ə
yaxın kompyuter və 52 elektron lövhə vardır.
Azərbaycanda və onun Naxçıvan Muxtar
Respublikasında informasiya-kommunikasiya
texnologiyaları sahəsinin inkişafı ardıcıl xa-
rakter daşıyır. Lakin görülən işlər son hədd
deyil. Bu iş daha da gücləndirilməlidir. Çünki
informasiya texnologiyaları daim inkişafdadır.
Bu isə, öz növbəsində, mövcud sahədə yeni-
ləşməni, müasir dünyada gedən proseslərdən
geri qalmamağı tələb edir”.
Ali Məclisin Sədri “Elektron Naxçıvan-8”
elmi konfransının faydalı olacağına, qeyd
olunan sahədə yeni istiqamətlər müəyyən-
ləşdirəcəyinə əminliyini bildirmişdir.
Elmi konfransda Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, akademik
İbrahim Quliyev, Azərbaycan Respublikası
rabitə və informasiya texnologiyaları nazirinin
müavini İltimas Məmmədov, Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İsa Həbibbəyli, Azərbaycan Milli
Elmlər Akademiyası İnformasiya Texnolo-
giyaları İnstitutunun direktoru, akademiyanın
müxbir üzvü Rasim Əliquliyev, Azərbaycan
Respublikası Təhsil Nazirliyi Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir
Məmmədov çıxış edərək ölkəmizdə infor-
masiya-kommunikasiya texnologiyalarının
inkişafı istiqamətində həyata keçirilən təd-
birlərdən danışmışlar. Qeyd olunmuşdur ki,
Naxçıvan Muxtar Respublikasında da bu sa-
hənin inkişafı, əldə edilən nailiyyətlər və
keçirilən elmi konfranslar beynəlxalq infor-
masiya cəmiyyətinə inte qrasiya baxımından
mühüm əhəmiyyət daşıyır.
Konfransın gedişində Türkiyə Respubli-
kasının Qars Qafqaz, İspaniyanın Santiaqo
de Kompostela, Rusiyanın Penza Dövlət
universitetləri, Avstriyanın “Əldə etmək və
saxlamaq” Assosiasiyası, Almaniyanın Leyp-
siq Tədqiqi Elmlər Universiteti və Azərbaycan
Milli Elmlər Akademiyası İnformasiya Tex-
nologiyaları İnstitutu ilə videobağlantılar
yaradılmışdır.
Sonda Naxçıvan Dövlət Universitetinin
İncəsənət fakültəsinin müəllim və tələbələri
konsert proqramı ilə çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri “Elektron Naxçıvan-8” elmi
konfransının iştirakçıları ilə xatirə şəkli
çəkdirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
“Nuhçıxan” MMC-nin əməkdaşı
Onur Qaraxan söhbətində qeyd etdi
ki, əvvəllər Naxçıvana, sadəcə, turist
kimi səfərlər edərdik. Bu bölgədə
özəl bölməyə, sahibkarlıq fəaliy-
yətinə yaradılan şəraiti görüb biz
də investisiya qoymaqla yeni bir
istehsal sahəsi yaratmaq qərarına
gəldik. 2012-ci ilin may ayında
müəssisə üçün ayrılmış binada əsaslı
təmir və yenidənqurma işlərinə baş-
lanıldı. Təqribən, bir il müddətində
inşaat işləri başa çatdırıldı. Layihəyə
uyğun tikilən üçmərtəbəli binada
istehsal sexləri, xammal və hazır
məhsulların saxlanılması üçün anbar,
laboratoriya, yeməkxana, inzibati
və digər yardımçı otaqlar istifadəyə
verilmişdir. Ümumilikdə, müəssisə
üçün ayrılmış binanın yenidən qu-
rulmasına və müasir texnoloji ava-
danlıqların alınmasına 2 milyon
manat vəsait sərf olunmuşdur.
Müəssisədə tibb vasitələrinin is-
tehsalı, yuyucu, təmizləyici maddələr
və plastmas taraların istehsalı sahəsi
fəaliyyət göstərir. Türkiyə istehsalı
olan müasir texnoloji avadanlıqlar
quraşdırılmış müəssisədə istehsal
prosesi avtomatlaşdırılmışdır. Tür-
kiyə, Fransa, Almaniya, İsveçrə və
Rusiya Federasiyasından idxal olunan
xammal reseptə uyğun olaraq, ayrı-
ayrı çənlərdə qarışdırılıb hazırlanır
və istehsal xəttinə buraxılır. Kom -
pyuterlə idarəetmə mərkəzi ilə təmin
olunmuş avadanlıqlarda verilmiş si-
farişə uyğun hazır məhsul 500, 750
və 1 litrlik, digər istehsal xəttində
isə 5 litrlik taralarda qablaşdırılır.
Müəssisədə tibb sahəsi üçün al-
dehidli alətdezinfeksiyaedici, etil
spirti, ultrasəs müayinə üçün
jele, təmizləyici və alətdezin-
feksiyaedici məhlul və digər
tibbi vasitələr istehsal olunur.
Yuyucu və təmizləyici mad-
dələr istehsalı sahəsində isə
“İnci” saç şampunları və kre-
mi, “Cəvahir” qab şampunları,
kafel, metlax və taxta döşə-
mələr üçün səth təmizləyiciləri,
“Ulduz” şüşətəmizləyici, “Təravət”
havatəravətləndirici, “Sədəf” maye
sabun və sair, ümumilikdə, 3 növdə
25 çeşiddə məhsul istehsal olunur.
İstehsal gücü saatda 1600 ədəd 500,
750 qramlıq və 1 litrlik, 400 ədəd 5
litrlik taralar olan yuyucu və təmiz-
ləyici maddələr istehsalı sahəsində
və saatda 250 ədəd plastmas taralar
istehsalı sahəsində tələbata uyğun
olaraq məhsul istehsal edilir. İstehsal
olunan məhsul Naxçıvan Muxtar
Respublikası Standartlaşdırma, Met-
rologiya və Patent üzrə Dövlət Ko-
mitəsində qeydiyyata alınmış “Nuh-
çıxan” əmtəə nişanı ilə satışa çıxarılır.
Burada müasir avadanlıqlarla
təchiz olunmuş laboratoriya fəaliyyət
göstərir ki, bu da istehsal olunan
məhsulun keyfiyyətlə hazırlanma-
sında mühüm şərtdir. Müəssisəyə
daxil olan xammal və hazır məhsul
həmin laboratoriyada analizdən ke-
çirildikdən sonra satışa çıxarılır. İs-
tehsal olunan məhsulun vaxtında
və keyfiyyətlə ticarət obyektlərinə
çatdırılması da diqqət mərkəzində
saxlanılmış, müəssisəyə 2 ədəd av-
tomaşın alınmışdır.
Naxçıvanda yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb
Naxçıvan Muxtar Respublikasında əlverişli sahibkarlıq və biznes
mühitinin formalaşması xarici iş adamlarının da bölgəmizə investisiya
yatırmaqla yeni istehsal sahələri yaratmasına səbəb olmuşdur. Belə
müəssisələrdən biri də Naxçıvan şəhərindəki Şəhriyar 1 ünvanında
fəaliyyətə başlayan “Nuhçıxan” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
-
Kərəm HƏSƏNOV
3
Hər bir ölkənin əhalisinin sağlamlıq sə-
viyyəsi ətraf mühitin qorunmasından əhə-
miyyətli dərəcədə asılıdır. Ona görə də mux-
tar respublikamızda əhalinin sağlamlığının
mühafizəsinə və möhkəmləndirilməsinə yö-
nəldilmiş ardıcıl və genişmiqyaslı tədbirlər
daim diqqət mərkəzində saxlanılır. Yay fəs-
linin isti günlərini yaşadığımız bir vaxtda
isə bu məsələ xüsusi aktuallıq kəsb edir.
Özünəməxsus qayğıları olan bu fəsildə in-
sanlar Günəşin yandırıcı şüaları ilə yanaşı,
həm də qida zəhərlənmələrindən qorunmağa
çalışırlar. Çünki bu fəsildə ərzaq məhsulları
daha tez keyfiyyətini itirir, nəticədə, insan-
ların sağlamlığı üçün təhlükə yaranır.
Qeyd etmək lazımdır ki, yeyinti məhsul-
larının keyfiyyətinə təsir edən bir çox amillər
mövcuddur. Bu baxımdan onların keyfiyyət
göstəriciləri dəqiq təyin olunmalı, məhsulların
daşınması, lazımi şəraitdə saxlanması, qab-
laşdırılması, markalanması, etiketlənməsi
zamanı müvafiq dövlət standartlarının və
normativ-texniki sənədlərin tələblərinə əməl
olunmalıdır. Yeyinti məhsullarının keyfiy-
yətinə və təhlükəsizliyinə nəzarət Naxçıvan
Muxtar Respublikası İqtisadi İnkişaf Na-
zirliyinin Antiinhisar siyasəti və istehlakçıların
hüquqlarının müdafiəsi şöbəsi və “İstehlak
Mallarının Ekspertizası Mərkəzi” Məhdud
Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata
keçirilir. Nazirliyin aidiyyəti şöbəsi tərəfindən
yerli istehsal və idxal məhsullarından nü-
munələr götürülərək mərkəzin laboratori-
yasında analiz edilir. Təkcə cari ilin birinci
yarısı ərzində 588 halda idxal, 1179 halda
yerli istehsal məhsulları laboratoriya ana-
lizlərindən keçirilmişdir.
Qida zəhərlənmələrindən qorunmaq üçün
vətəndaşlar da bir sıra profilaktik tədbirlərə
riayət etməli, istehlakçı kimi hüquqlarını
bilməli, öz sağlamlıqlarını qorumağın qay-
ğısına qalmalıdırlar. Məhz bu səbəbdən
gündəlik qida rasionumuzda mühüm yer
tutan bir neçə ərzaq məhsullarının daşınması,
saxlanması və satışı zamanı tələb olunan
xüsusi norma və qaydalar haqqında isteh-
lakçıların maarifləndirilməsi vacibdir. İs-
tehlakçılar yay fəslində hər hansı ərzaq
məhsulunu alarkən, ilk növbədə, həmin
məhsulun saxlanma şəraitinə və xüsusən
istehlak müddətinə diqqət etməlidirlər.
Yay mövsümündə zəhərlənmələrin əksə-
riyyəti tez xarab olan ərzaq və kənd təsərrüfatı
məhsulları ilə bağlı olur. Bu sırada mühüm
yerlərdən birini quş əti məhsulları tutur. Məhz
buna görə də dondurulmuş quş əti məhsulla-
rının istehlakı zamanı məhsulun qablaşdırıl-
masına, satıldığı şəraitin gigiyenik normalara
uyğunluğuna və xüsusən də saxlanıldığı tem-
peratur rejiminə diqqət yetirilməlidir. Bütün
bunlarla yanaşı, istehlakçılara quş əti məhsulları
alıb istifadə edərkən aşağıdakı qaydalara da
əməl etmələri tövsiyə olunur:
– məhsulu alarkən qablaşma üzərindəki
saxlama müddətinə diqqət edilməlidir;
– çiy quş əti müsbət 4 dərəcədən aşağı
temperaturda saxlanılmalıdır;
– quş ətinin donu otaq temperaturunda
yox, soyuq axar suda və ya mikrodalğalı
sobada açılmalıdır;
– təzə quş ətini temperatur rejiminə uyğun
olaraq, soyuducuda 1-2 gün, dondurucu
kamerada 6-9 ay saxlamaq mümkündür.
Yumurta da tez xarab olan məhsullar sı-
rasına daxil olduğundan izotermik nəqliyyat
vasitələrində mövcud qaydalara uyğun da-
şınmalı, 0 dərəcədən müsbət 20 dərəcəyədək
temperaturda, 85-88 faiz nisbi rütubətdə sax-
lanmalıdır. Yumurtanı sərin, təmiz və quru
yerdə, iyi olmayan məhsullarla bir yerdə
saxlamaq məsləhətdir. Pərakəndə ticarət şə-
bəkələrində optimal şəraitdə yumurtanın sax-
lanma müddəti yaz-yay mövsümündə 3 gün,
payız-qış mövsümündə 6 gün ola bilər.
Kolbasa məhsulu da tez xarab olan məh-
sullar sırasındadır. Bu səbəbdən həmin məhsulu
istehlak edərkən diqqətli olmaq tələb olunur.
Kolbasaların daşınması zamanı üstüörtülü
nəqliyyat vasitələrindən istifadə olunmalı,
bişirilmiş – hisə verilmiş kolbasalar 0 dərə-
cədən müsbət 12 dərəcəyədək temperaturda
asılmış vəziyyətdə 15 sutka, qablaşdırılmış
kolbasalar 0 dərəcədən müsbət 4 dərəcəyədək
temperaturda 1 ay, mənfi 7 dərəcədən mənfi
9 dərəcəyədək temperaturda 4 ay, dilimlərə
doğranıb vakuum altında polimer müşəmbədə
qablaşdırılan kolbasalar 5 dərəcədən 8 dərə-
cəyədək temperaturda 8 sutka, 12 dərəcədən
18 dərəcəyədək temperaturda 6 sutka sax-
lanmalıdır. Bişmiş kolbasalar müəssisədə və
ya ticarət şəbəkəsində asılmış vəziyyətdə 0
dərəcədən müsbət 8 dərəcəyədək temperaturda
saxlanılmalıdır. Yaz-yay aylarında açıq şəraitdə
satışı həyata keçirilən kolbasa məhsulları is-
tehlak oluna bilməz.
Ayran, kəsmik, xama, dondurma, qaymaq,
pendir, qatılaşdırılmış şəkərli süd konservləri,
qatıq kimi süd və süd məhsullarının daşın-
ması, saxlanması şəraitinə də ciddi diqqət
yetirilməlidir.
Ayran içkisi izotermik yük avtomobillə-
rində və ya avtorefrijatorlarda mövcud qay-
dalara uyğun daşınmalı, sanitar qaydalara
riayət etməklə müsbət 2-6 dərəcə tempera-
turda saxlanmalıdır. Texnoloji prosesin qur-
tardığı andan etibarən saxlama müddəti
qazlaşdırılmış ayran üçün ən çox 7 sutka,
qazlaşdırılmamış ayran üçün isə ən çox 2
sutka müəyyən olunmuşdur.
Kəsmik bütün növlərdə olan nəqliyyat
vasitələrində tez xarab olan məhsullara
uyğun qaydalara əsasən daşınmalı, sanitar
qaydalara riayət etməklə müsbət 8 dərəcədən
yuxarı olmayan temperaturda, texnoloji
proses qurtardığı andan etibarən ən çox 36
saat, o cümlədən istehsalçı müəssisədə ən
çox 18 saat saxlanmalıdır. İstehlakçılar bu
məhsulları alarkən saxlanma şəraitinə, is-
tehlak müddətinə diqqət etməlidirlər.
Yayın gəlişi ilə əlaqədar tələbatın artdığı
dondurma məhsulunun da keyfiyyətinə xüsusi
diqqət yetirilməlidir. Dondurma soyudulan
avtorefrijatorlarda və ya izotermik nəqliyyat
növü üçün qüvvədə olan qaydalara uyğun
daşınmalı, bu zaman məhsulun temperaturunun
mənfi 12 dərəcədən yüksək olmaması təmin
edilməlidir. Ticarət şəbəkələrində dondurmanın
satış müddəti mənfi 24 dərəcədən yüksək ol-
mayan temperaturda 20 sutka, mənfi 18 də-
rəcədən yüksək olmayan temperaturda 10
sutka, mənfi 12 dərəcədən yüksək olmayan
temperaturda 2 sutkadan artıq olmamalıdır.
Dondurma məhsulunun saxlanıldığı dondu-
rucularda başqa məhsul saxlanıla bilməz.
Qaymaq sanitariya qaydalarına əməl et-
məklə süd emalı müəssisələrinə göndərilənə
qədər müsbət 10 dərəcədən yüksək olmayan
temperaturda, süd çənlərinin, vannalarının
içərisində xüsusi olaraq ayrılmış yerlərdə
20 saatdan çox olmayaraq saxlanılmalıdır.
Qaymağın balıq, hisə verilmiş məmulatlar,
meyvə, tərəvəz və spesifik iyə məxsus digər
yeyinti məhsulları ilə birlikdə saxlanmasına,
daşınmasına və satılmasına yol verilmir.
Pendir məhsulu üstü brezent və ya onu
əvəz edən digər materialdan hazırlanan üz-
lüklərlə örtülmək şərtilə üstüaçıq avtoma-
şınlarda temperatur rejiminə əməl olunmaqla
daşınmalıdır. Bu məhsul istehsalçı müəssi-
sədə, ticarət şəbəkəsində, ictimai-iaşə müəs-
sisələrində havanın nisbi rütubəti 80 faizdən
artıq olmamaqla, müsbət 8 dərəcədən yuxarı
olmayan temperaturda duz məhsulunun içə-
risində saxlanmalıdır. Pendir spesifik iyə
məxsus digər yeyinti məhsulları ilə bir ka-
merada saxlanıla bilməz.
Yay fəslində açıq şəraitdə keyfiyyət gös-
təriciləri məlum olmayan məhsulları istehlak
etmək təhlükəlidir.
Qatılaşdırılmış şəkərli süd konservlərinin
0 dərəcədən müsbət 10 dərəcəyədək tem-
peraturda saxlama müddəti ən çox 12 aydır.
Qatıq isə istehsal edildikdən sonra ən çox
18 saat saxlanıla bilər.
Ərzaq məhsullarının keyfiyyətinə
diqqət günün tələbidir
Deməli, bunun üçün də
dövlətimiz böyük vəsait sərf
edir. Əsas məqsəd isə insan-
ların sağlamlığını təmin etmək,
ekoloji cəhətdən saf və təmiz
mühitdə yaşam tərzinə nail
olmaqdır. Bunun əhəmiyyətini
dərk edən insanlar da yaşıl-
laşdırma tədbirlərində fəal iş-
tirak edir, bu sahədə qüvvə-
lərini əsirgəmirlər. Muxtar res-
publikamızda artıq neçə illər-
dir ki, ənənəvi qaydada keçi-
rilən iməciliklərdə insanların
mütəşəkkillik nümayiş etdir-
məsi, əsl vətəndaşlıq fəallığı
göstərməsi onların bu xeyirxah
işə necə önəm verdiklərinin
göstəricisidir.
Muxtar respublikamızın
bütün bölgələrində olduğu
kimi, Şərur rayonunda da ya-
şıllaşdırma tədbirləri məq-
sədyönlü şəkildə həyata ke-
çirilir. Rayonda yaşıllıq əra-
ziləri getdikcə genişlənir. Böl-
gədə yeni meyvə bağlarının
salınmasına diqqət artırılır.
Çünki iqtisadi baxımdan da
bu bağlar müstəsna əhəmiyyət
kəsb edir. Püsyan kəndi əra-
zisindəki 40, Dəmirçi kəndi
ərazisindəki 35 hektarlıq mey-
və bağları bu il məhsul ver-
mişdir. Ümumiyyətlə, hazırda
Şərurda 1000 hektara yaxın
meyvə bağı mövcuddur ki,
təkcə ötən il həmin bağlardan
17 min 971 ton məhsul də-
rilmişdir. Bağların sahəsi il-
bəil genişləndirilir. 2012-ci
ildə də rayon ərazisində 11,5
hektar sahədə yeni bağ sa-
lınmış, 45 hektar sahədə bərpa
işləri aparılmışdır. İl ərzində
24 min 438 ədəd meyvə, 21
min 150 ədəd meşə ağacı, 5
min 290 ədəd gül kolu, 3
min 50 ədəd dekorativ ağac
olmaqla, ümumilikdə, 53 min
928 ədəd ting və gül kolu
əkilmiş, yaşıllıqların suvarıl-
ması diqqət mərkəzində
saxlanılmışdır.
Rayonda yeni meyvə bağ-
larının salınması və meşəbərpa
işləri cari ildə də uğurla davam
etdirilmişdir. Gümüşlü kən-
dindəki 8 hektarlıq bağ uzaq-
dan diqqəti cəlb edir. Bura
650 ədəd cəviz, 4800 ədəd
digər meyvə tingləri, 300 ədəd
çinar, 12 ədəd palıd və 530
ədəd həmişəyaşıl ağaclar əkil-
mişdir. Ələkli kəndinin ya-
xınlığında 1,2 hektarlıq ərazidə
bu il meyvə bağı salınmışdır.
Yüksək aqrotexniki səviyyədə
qulluq edildiyindən 650 ədəd
tingin hamısı tutmuşdur.
Tut Şərurun qədim meyvə
ağaclarından biridir. Bu ilin
yazında Yuxarı Daşarx kən-
dindəki Arpaçay sahilində 2
hektarlıq ərazidə tut bağı sa-
lınmışdır. Sahəyə 800 ədəd
tut tingi basdırılmışdır. Yeri
gəlmişkən onu da deyək ki,
bu il həmçinin Cəlilkənd-Də-
mirçi kəndləri arasındakı 6
kilometrlik magistral yol kə-
narlarına da 1500 ədəd tut
tingi əkilmişdir. Yuxarı Da-
şarx-Xanlıqlar kəndləri ara-
sındakı 6,5, Xanlıqlar-Püsyan
kəndləri arasındakı 7 kilo-
metrlik yol kənarlarının hə-
rəsinə isə 2000 ədəd meyvə
tingləri əkilib ərsəyə gətiril-
mişdir. Ötən aylar ərzində ra-
yon ərazisində 2500 ədəd
iydə, 800 ədəd meşə ağacı
torpağa basdırılmış və 3,4
hektar sahədə meşəbərpa iş-
ləri görülmüşdür. Şərur şə-
hərinin park və xiyabanları
15 min 500, Dizə-Gümüşlü
arasındakı yol kənarları isə
13 min 600 ədəd 8 növ gül
şitili ilə bəzədilmişdir. Ümu-
miyyətlə, cari ilin birinci ya-
rısında bölgədə yeni salınmış
11,2 hektarlıq bağa 8442 ədəd
meyvə tingi, Naxçıvan-Sə-
dərək magistralının Şərur ra-
yonu ərazisindən keçən 19,5
kilometrlik yol kənarlarına
8800 ədəd meşə ağacı və
müxtəlif meyvə tingləri əkil-
miş, 29100 ədəd 8 növ gül
şitili basdırılmışdır.
Şərurda üzümçülüyün in-
kişaf etdirilməsi qayğısına da
qalınır. Hazırda rayonda cəmi
73 hektar sahədə üzüm bağı
vardır ki, bu da potensial im-
kanlardan çox aşağıdır. Odur
ki, üzümçülüyün təbliğinə diq-
qət artırılmışdır. Bunun nəti-
cəsidir ki, yazda fərdi təsər-
rüfatlarda 50 mindən artıq
üzüm çiliyi basdırılmışdır. Bu
da öz bəhrəsini növbəti illərdə
göstərəcək, yeni üzüm bağla-
rının salınmasında böyük rol
oynayacaqdır.
Dövlətimizin yaratdığı şə-
raitdən ayrı-ayrı insanlar da
lazımınca bəhrələnərək şəxsi
bağ-bağat salır, bu sahə ilə
daha ciddi məşğul olmağa
maraq göstərirlər. Rayonun
Yuxarı Daşarx, Danyeri, Xan-
lıqlar, Vərməziyar, Şəhriyar,
Püsyan, Dəmirçi və başqa
kəndlərində yeni meyvə bağ-
larının salınmasına təşəbbüs
göstərən zəhmətsevər insan-
ların işi, sözün həqiqi məna-
sında, təqdirəlayiqdir.
...Şərur-Naxçıvan magistral
yolunun sağında, Xanlıqlar
kəndinin ərazisində səliqə ilə
əkilmiş müxtəlif meyvə ağac-
ları nəzərdən yayınmır. 7 hek-
tarlıq sahədə ərsəyə gətirilmiş
ağaclar göz oxşayır. Ötüb-ke-
çən maşınların pəncərəsindən
görünən yamyaşıl bağ-bağat
insanda xoş duyğular oyadır.
Bu gözəlliyi yaradan bağban
Ədalət Quliyevdir.
Ədalətin ana torpağa vur-
duğu naxışlar əkdiyi ağaclar,
calaq etdiyi tinglər, yetişdirdiyi
güllər, çiçəklərdir. Onlara əl-
lərinin və qəlbinin hərarətini
verir Ədalət. Hər ağaca və
tingə fərdi yanaşır, onun su-
varılmasını və becərilməsini,
zərərvericilərə və xəstəliklərə
qarşı mübarizəni vaxtlı-vax-
tında aparır. Ədalət təbiətin
vurğunudur. Amma söz dü-
şəndə deyir ki, bağbanlıqda
vurğunluq azdır, gərək bu pe-
şənin zərgəri olasan.
Ədalət bağçılığa dair ki-
tablar, jurnallar oxuyur, bili-
yini, təcrübəsini getdikcə
zənginləşdirir.
Ədalət Quliyevin qonşu-
luğunda isə Ramiz Həsənov
5 hektarlıq meyvə bağı sal-
mışdır. Yaz-payız onu da baş-
başa vermiş qollu-budaqlı
ağaclar arasında görmək olar.
Saldığı bağdan mənəvi ra-
hatlıq tapan bağban Ramiz
bu barədə söhbət düşəndə
fərəh hissi keçirdiyini də giz-
lətmədi: – Dünyada savab iş
çoxdur: su çəkmək, yol sal-
maq, körpü tikmək... Bu si-
yahını istənilən qədər uzat-
maq olar. Ağac əkmək də
xeyirxah əməl sayılır. 4-5 il
bundan əvvəl pay torpağımda
meyvə bağı salmaq fikrimi
reallaşdırdım. Bu istəyim ra-
yonun müvafiq orqanları tə-
rəfindən də məmnunluqla
qarşılandı və söz verdilər ki,
bunun üçün hər cür köməklik
göstəriləcəkdir. Və belə də
oldu. Ərazidə salınan bağın
su təminatı dövlətimiz tərə-
findən qısa bir zamanda həll
olundu. Bundan ruhlanaraq
meyvə bağımın sahəsini bir
qədər də genişləndirdim.
Ötən ilin payızında bağın
aşağı hissəsindəki sahədə
daha 150-200 meyvə tingi
əkmişəm. Doğrusu, gördü-
yüm işdən zövq alıram. İs-
təyirəm ki, Şərur-Naxçıvan
yolundan ötən saysız-hesab-
sız insanlar da bu bağdan
zövq alsınlar. Həm də yoldan
ötənləri dadlı-tamlı, ləzzətli
meyvələrə qonaq edirəm. Axı
varlığa nə darlıq? Alıcı da
həmişə başımın üstündə olur.
Bəzən də məhsulumu Şərur
və Naxçıvan şəhərlərində təş-
kil olunan kənd təsərrüfatı
məhsullarının satışı yarmar-
kalarına çıxarıram. Allah bə-
rəkət versin, qazancım istə-
nilən qədərdir. Yeri gəlmiş-
kən, onu da deyim ki, “2012-
2015-ci illərdə Naxçıvan
Muxtar Respublikasında
meyvəçiliyin və tərəvəzçili-
yin inkişafı üzrə Dövlət Pro -
qramı” əl-qolumu daha da
açıb, meyvəçiliyə həvəsimi
birə-on qat artırıb. Təbii ki,
torpaqla ülfət bağlasan, cəfa
çəksən, səfa görərsən. Mənim
üçün bundan böyük xoşbəxt-
lik yoxdur. Xoşbəxtliyin açarı
isə torpaqdadır.
Doğrudan da, torpağa bu
cür sevgi, doğma münasibət
insanlara ancaq xoşbəxtlik
gətirə bilər.
-
Cəfər ƏLİYEV
Ana torpağa vurulan naxışlar
Şərurda meyvə bağlarının sahəsi genişlənir
D
üzgün ekoloji siyasətin bəhrələri muxtar respublika-
mızda da qabarıq hiss olunur. Son illərdə doğma di-
yarımızda 100 hektardan artıq yeni meyvə bağları, meşə mas-
sivləri, yaşıllıq zolaqlarının yaradılması, yüz hektarlarla sahədə
meşəbərpa işlərinin aparılması bunun parlaq təzahürüdür.
Bu yaşıllıqların fonunda muxtar respublikamızda həyata ke-
çirilən misilsiz tikinti-quruculuq işləri daha füsunkar və diq-
qətçəkici görünür. Təqdirəlayiq haldır ki, tikilib istifadəyə
verilən hər bir obyektin həyətində, ətrafında geniş abadlıq və
yaşıllaşdırma tədbirləri görülür. Bu isə regionumuzda yaşıl-
laşdırma işlərini quruculuq tədbirlərinin tərkib hissəsi kimi
səciyyələndirməyə əsas verir.
Ticarət, məişət və digər xidmət sahələrində istehlakçıların hüquqlarının müdafiəsi
Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və is-
tehlakçıların hüquqlarının müdafiəsi şöbəsi tərəfindən təmin edilir. Muxtar respublika
ərazisində ərzaq mallarının pərakəndə satışını həyata keçirən ticarət və xidmət ob-
yektlərində istehlak etdiyiniz hər hansı bir ərzaq məhsulunun satışı və xidmət zamanı
hüquqlarınız pozulduğu halda Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf
Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin
(036) 545-96-91, (036) 545-75-38 nömrəli telefonlarına zəng vura bilərsiniz.
Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin
mətbuat xidməti
4
İtmişdir
Alməmmədov Qiyamət Salamat oğlunun adına olan
“Qartal” kooperativinin sənədləri itdiyindən etibarsız sayılır.
* * *
Babək rayonunun Payız kənd sakini Qasımov Fuad
Nur əli oğlunun adına verilmiş MV 023077 nömrəli Azər-
baycan Respublikası Müharibə Veteranının vəsiqəsi itdiyin-
dən etibarsız sayılır
.
Allah rəhmət eləsin
Məhəmməd Həsənov ailəsi ilə birlikdə Vəfa və Sədaqət
Əsgərovalara, anaları
ƏMMƏ XANIMIN
vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Şüa-diaqnostika
şöbəsinin müdiri Qoçəli Dünyamalıyev professor Bahadur
Baxşıyevə, əzizi akademik
RƏHİM RƏHİMOVUN
vəfatından kədərləndiyini bildirir və dərin hüznlə
başsağlığı verir.
Naxçıvan Müəllimlər İnstitutunun rektorluğu və institutun
kollektivi iş yoldaşları Həsənalı Eyvazlıya, qardaşı
SƏFƏRALININ
vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə
başsağlığı verirlər.
Kəngərli Rayon Elektrik Şəbəkəsinin direktoru İsmixan
Nağıyev və şəbəkənin kollektivi iş yoldaşları Famil Həsənova,
qardaşı
KAMİLİN
vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə
başsağlığı verirlər.
Biləv Su Elektrik Stansiyasının direktoru Sahib Zeynalov və
stansiyanın kollektivi iş yoldaşları Xaqani Cəfərova, atası
ZAMAN CƏFƏROVUN
vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə
başsağlığı verirlər.
Ölkəmizin paytaxtında fəaliyyət gös-
tərən yüksək ixtisaslı həkim briqadalarının
dəvət olunaraq muxtar respublikamıza
gətirilməsi və aztəminatlı ailələrdən olan
xəstələrin başqa ünvanlara üz tutmadan
müayinəsinin və cərrahiyyə əməliyyat-
larının təşkili artıq ənənə halını almışdır.
Təkcə ötən yarımil ərzində Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi Mərkəzi
Neftçilər Xəstəxanasının İntervension
kardiologiya şöbəsinin müdiri, tibb üzrə
fəlsəfə doktoru Abbasəli Abbasəliyev tə-
rəfindən Naxçıvan Diaqnostika-Müalicə
Mərkəzində 53 xəstə üzərində angio -
qrafiya əməliyyatı aparılmış və 16 stend
qoyulmuş, Kardiocərrahiyyə şöbəsinin
həkim briqadası 28 açıq ürək əməliyyatı,
5 periferik damar əməliyyatı olmaqla,
33 nəfərdə əməliyyat, 10 nəfərdə angio -
qrafiya manipulyasiyası aparmışdır.
Naxçıvan Diaqnostika-Müalicə Mər-
kəzində ürək-damar xəstəliklərində tətbiq
edilən bütün müasir cərrahi əməliyyatların
müvəffəqiyyətlə həyata keçirilməsi üçün
lazımi şərait yaradıldığından müayinə
və müalicə işinin səmərəliliyi get-gedə
artır. Cərrahi müdaxilələr peşəkar mütə-
xəssislər tərəfindən və ən yeni avadan-
lıqlarla təchiz edilmiş əməliyyatxanalarda
aparılır. Əməliyyatların aparılmasında
Mərkəzi Neftçilər Xəstəxanası Kardioloji
Mərkəzinin həkim briqadasının böyük
rolu vardır. Mərkəz ilə əməkdaşlığın
başlandığı 2007-ci ildən bəri anadangəlmə
və sonradan qazanılan ürək qüsurları ilə
bağlı 390 xəstə üzərində cərrahi əməliy-
yatlar aparılmış, 200 xəstəyə stend qo-
yulmuş, minə yaxın xəstəyə isə angio -
qrafiya və angioplastika kimi müayinə
və müalicə üsulları tətbiq olunmuşdur.
Növbəti səfər isə bu il iyulun 1-dən 8-
dək davam etmişdir. Həmin müddətdə
Kardioloji Mərkəzin rəhbəri, ürək və
damar cərrahı Rəşad Mahmudovun başçılıq
etdiyi 26 nəfərlik əməliyyat briqadası
Naxçıvan Diaqnostika-Müalicə Mərkə-
zində ürəyin işemik xəstəliyi, qazanılmış
ürək qüsurları, anadangəlmə ürək qüsurları,
aorta və digər arteriyaların xəstə likləri
kimi mürəkkəb cərrahi əməliyyatların
uğurla aparılmasına nail olmuşdur. Səfər
çərçivəsində 16 kardiovaskulyar cərrahi
əməliyyat aparılmışdır. Ən çox isə aorta
şuntlama əməliyyatı həyata keçirilmiş,
77 yaşında xəstəyə aortik bioprotez qapaq
qoyulmuş və eyni zamanda aortokoronar
şuntlama əməliyyatı icra olunmuşdur.
Anadangəlmə ürək qüsurlu 4 uşaq üzə-
rində (1,3-2 yaş) aparılan açıq ürək əmə-
liyyatı da uğurla başa çatdırılmış, 1 xəstəyə
isə aortal qapaq qoyulmuşdur. Xəstələrdən
üç nəfəri artıq tam sağalma ilə evə bura-
xılmışdır. Digərləri isə hazırda həkim
müşahidəsi altındadırlar. Əməliyyatlarla
yanaşı, kardioloji ambulator müayinə və
müalicələr də aparılmış, 200 xəstədə exo-
kardioqrafiya, 9 xəstə üzərində angio -
qrafiya müayinəsi həyata keçirilmiş, onlara
tibbi məsləhət və tövsiyələr verilmişdir.
Aksiya çərçivəsində yerli həkimlər bü-
tün cərrahi əməliyyatlarda iştirak etmişlər.
Kardiovaskulyar cərrah İntiqam Fətullayev
aparılan cərrahi əməliyyatlarda birinci as-
sistent kimi iştirak etmiş, kardioanestezioloq
Şahin Mazanov, tibb bacılarından Jalə
Kərimova, Laçın Səfərova, Gülnar Məm-
mədova, Zeynəb Hənifəyeva və Ləman
Hüseynova əməliyyatların fəal iştirakçıları
olmuşlar. Məqsəd ondan ibarətdir ki,
yüksək şəraitə malik olan Naxçıvan Di-
aqnostika-Müalicə Mərkəzində yerli hə-
kimlərin sərbəst surətdə açıq ürək əmə-
liyyatları apara bilmələrinə nail olunsun.
Bunun üçün bir neçə ildir ki, naxçıvanlı
həkimlər Bakıda təşkil olunan kurslarda
iştirak edir, Türkiyə Respublikasının ta-
nınmış səhiyyə müəssisələrində təcrübə
qazanırlar. Bütün bunlar tezliklə yerli hə-
kimlərin açıq ürək əməliyyatları aparma-
larına imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində növbəti açıq
ürək əməliyyatları: yekunlar, nəticələr
Bu il ölkəmizdə Ramazan ayının 10 iyul
çərşənbə günündən etibarən başlandığı haq-
qında fitva verilmişdir.
Oruc həzrəti Adəm Peyğəmbərdən bəri
bütün peyğəmbərlərə və onların ümmətlərinə
vacib buyurulmuş ibadətdir. Məsələn, həzrəti
Nuh Peyğəmbər bayram günlərindən başqa,
bütün il boyu, həzrəti Davud Peyğəmbər gün -
aşırı oruc tutarmışlar. Oruc tutmaq haqqında
müqəddəs kitab “Qurani-Kərim”də bildirilir:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən
əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə
də vacib edildi ki, (bunun vasitəsilə) siz pis
əməllərdən çəkinəsiniz!” (“Əl-Bəqərə”, 183).
Orucluq barədə Tövratda bildirilmiş, tu-
tulması vacib sayılmışdır.
İslam dinində oruc
İ
slam dinində hər ibadətin ayrı bir dəyəri,
mənası və hikməti vardır. Oruc tutmaq
İslam dininin əsas şərtlərindən biridir. Namaz
qılmaq insanı pis əməllərdən uzaqlaşdıran bir
ibadət kimi, oruc tutmaq isə Allahdan qorxmaq
və ya təqva sahibi olmaq üçün əmr edilmişdir.
Həzrəti Məhəmməd Peyğəmbər orucluq və
Ramazan ayı haqqında belə buyurmuşdur:
“Oruc bir qalxandır, ona görə oruclu kimsə
özünü bilib pis söz deməkdən çəkinsin; əgər
onunla çəkişib dava etmək istəyən biri olarsa,
iki dəfə “mən orucluyam” desin”; “Ramazan
ayı gələndə cənnətin qapıları açılar”.
Bu ibadət müsəlmanlara Uca Yaradan tə-
rəfindən hicrətin ikinci ilinin Şaban ayının
on üçündə bəxş edilmişdir. Ramazana bəzən
orucluq ayı mənasını verən “Şəhri-sıyam” da
deyirlər. Ərəb mənşəli “Savm” sözü (cəmdə
işləndikdə “Sıyam”) Azərbaycan dilində “nəfsə
hakim olmaq” mənasına uyğun gəlir.
İnsanları pis əməllərdən çəkindirən oruc
ibadətinin bu ayda fərz olaraq yerinə yetirilməsi
“Qurani-Kərim”də də buyurulmuşdur: “İn-
sanlara doğru yolu göstərən, bu yolu açıq
dəlilləri ilə aydınlaşdıran və haqqı batildən
ayıran “Quran” Ramazan ayında nazil edil-
mişdir. Aya (Ramazan ayına) yetişən şəxslər
(bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə
olanlar isə tutmadığı günlərin sayı qədər
başqa günlərdə tutsunlar...” (Əl-Bəqərə, 185).
Allah rəsulu da hədislərində Ramazan oru-
cunun faydalarından bəhs edərək demişdir:
“Kim inanaraq və mükafatını Allahdan is-
təyərək Ramazan orucunu tutarsa, keçmiş
günahları bağışlanar”.
Oruc ibadətinin həm mənəvi, həm də sağ-
lamlıq baxımından faydaları çoxdur. Bu iba-
dətin fəzilətlərindən biri insanlarda mərhəmət
və xeyirxahlıq hisslərini gücləndirməsidir.
Belə ki, ömrü boyu çətinliyin nə olduğunu
bilməyən zənginlər kasıbların halını anlaya
bilməzlər. Lakin həmin insanlar oruc tutmaqla
aclığın nə olduğunu başa düşərək yoxsulların
əziyyətlərini hiss edər və qəlbində şəfqət duy-
ğuları yaranar. Nəticədə, onlara kömək edərək
sıxıntılardan qurtarmağa çalışarlar.
Orucluq həm də insanlara nemətlərin dəyərini
öyrədir. Çünki insan sahib olduğunun dəyərini
onu itirdikdən sonra bilir. Oruc tutmaqla bir
müddət dünya nemətlərindən uzaq olan şəxs
yenidən onları əldə etdikdə sevinər, həm də
Allaha şükür etməyi öyrənər. Bu ayin həm də
insanları sağlamlaşdırır. Çünki on bir ay ərzində
çalışan insan orqanizmi orucluq vaxtı dincəl-
dikdən sonra funksiyasını daha rahat yerinə
yetirir. Bununla bağlı Allahın elçisi həzrəti
Məhəmməd Peyğəmbərin belə bir hədisi var:
“Oruc tutun ki, sağlam olasınız”.
Müasir tibb elmi də oruc tutmağın fayda-
larını təsdiqləmişdir. Fransız alimi, Nobel
mükafatı qazanmış Aleksi Karel məsələ ilə
bağlı fikrini belə bildirmişdir: “Orucluq müd-
dətində orqanizmdə yığılmış qida maddələri
sərf olunur, sonra isə onların yerinə yeniləri
gəlir və vücudda təzələnmə baş verir. Bu isə
orqanizm üçün olduqca faydalıdır”.
Oruc tutmaq insanlara səbirli və dözümlü
olmağı öyrədir. Ay ərzində yemək-içməkdən
və digər ehtiyaclarından imtina edən insan
sonralar qarşısına çıxan əziyyətlərə qatlaşır.
Həddi-buluğa çatmış, ağlı yerində olan hər
müsəlmana oruc tutmaq vacibdir. Üzrsüz sə-
bəbdən oruc tutmamaq günahdır və kəffarəsi
vardır. Kəffarə bir gün bilərəkdən tutulmamış
oruca görə iki ay ardıcıl oruc tutmaqdır. Oruc
tuta bilməyən şəxslər isə Ramazanın hər günü
üçün bir imkansızı doyurmalıdırlar.
Bəzi üzrlü səbəblər vardır ki, oruc tutulmaya
bilər, yaxud tutulmuş orucu pozmaq olar:
xəstəlik, səfərə çıxmaq, məcburiyyət, insanı
bihuş edən şiddətli aclıq, susuzluq, hamiləlik
və ya uşağa südvermə dövrü. Lakin bu sada-
lananlar bitdikdən sonra tutulmayan orucluq
günlərinin sayı bərabərində oruc tutulmalıdır.
Orucun niyyət edilməsi zəruridir. Niyyətsiz
oruc məqbul deyildir. Ramazan orucuna ax-
şamdan sübh vaxtınadək niyyət edilməlidir
(bəzi alimlərə görə, əgər unudularsa, gün -
ortayadək də niyyət etmək olar).
Obaşdanlığa (orucluq başlayan sübh vaxtı)
qalxmaq şərtdir. Amma ola bilər ki, bir ay
boyunca kimsə bir və ya iki dəfə obaşdanlığa
qalxa bilməsin. Amma bunun davamı məqbul
deyildir. Bu barədə Məhəmməd Peyğəmbər
belə buyurmuşdur: “Obaşdanlığa qalxın, o
vaxt oyaq olun, çünki o zamanda bərəkət
vardır”.
Ramazan ayı bəzən 29, bəzən də 30 gün
olur. Ay 29 gün davam edəndə də orucluq
tam hesab edilir. Çünki vacib olan ayı bütün-
lüklə oruclu keçirməkdir. Necə ki, Məhəmməd
Peyğəmbər səllallahü-əleyhi və səlləm doqquz
Ramazan orucu tutmuş, onların dördü 29,
beşi isə 30 gün davam etmişdir.
Kimlərə oruc tutmaq vacib
deyildir?
D
örd təbəqədən olan adamlar oruc tut-
maya bilərlər; onlar həm qəza oru-
cundan, həm də kəffarədən azaddırlar:
– Həddi-buluğa çatmamış uşaqlar
– Psixi cəhətdən qeyri-normal şəxslər
– Qocalıb əldən düşmüş şəxslər
– Aclıq və susuzluğa heç cür tab etməyən
daimi xəstələr.
Digər dörd təbəqədən olan şəxslər isə Ra-
mazan ayında oruc tutmaya bilərlər; bunun
üçün onlara kəffarə də düşmür, sadəcə olaraq,
itirdikləri hər gün əvəzinə bir gün qəza orucu
onlara vacibdir:
– Hamilə qadınlar. Onlar itirdikləri hər
günün əvəzində ehtiyaclılara 750 qram yemək
verməli, ana olduqdan sonra isə qəza oruc-
larını tutmalıdırlar.
– Körpəsinə süd verən qa dın (əgər oruc
tutduğu təqdirdə südünün kəsiləcəyindən
qorxar sa). Onlar da hər gün üçün 750 qram
ehsan etməli, südvermə müd də ti bitdikdən
sonra qəza orucu tutmalıdırlar.
– Qadınlar paklıq vəziyyətləri pozulduğu
günlərdə oruc tutmamalı, lakin sonra mütləq
qəza etməlidirlər (hər gün müqabilində bir
gün hesabı ilə).
– Ramazan ayında müvəqqəti xəstələnmiş
şəxslərin səhhətinə oruc tutmaq təhlükə törə-
dirsə, xəstə olduqları günlərdə orucdan azad-
dırlar. Əgər gələn ilin Ramazan ayına kimi
sağalsalar, mütləq qəza orucu tutmalıdırlar.
Əgər gələn ilə kimi sağalmasalar, qəza orucu
vacib olmaz, yalnız hər gün üçün 750 qram
ehsan etmələri kifayətdir.
– Səfərdə olan şəxs Vətənə dönənə kimi
oruc tutmaya bilər. Amma qayıdandan sonra
mütləq qəza etməlidir (hər gün üçün bir gün
hesabı ilə).
Hər kəs oruc tutduğunu unudaraq, yaxud
özü istəmədən (qeyri-iradi) orucu pozan əməli
yerinə yetirsə, orucu yenə düzgün sayılır və
öhdəsinə heç bir günah düşmür. Məsələn,
insan körpüdən keçərkən sürüşüb çaya yıxılsa
və başı suya batsa, yaxud xəstələnib qussa,
yaxud da oruc tutduğunu unudub su içsə,
orucu pozulmaz. O, gərək günün qalan his-
səsində də orucuna davam etsin və gələcəkdə
daha da diqqətli olsun.
Qeyd olunduğu kimi, oruc tutmağın məq-
sədi dini mükəlləfiyyəti icra etməklə Allahın
əmrlərindən birini yerinə yetirməkdir. Bununla
yanaşı, orucun əxlaqi və ictimai baxımdan
da müəyyən faydası və hikməti vardır.
Əziz müsəlman bacı və qardaşlarımız!
Sizi müqəddəs Ramazan ayının başlaması
münasibətilə təbrik edirik. Allah ibadətlərinizi
qəbul etsin! Amin.
Naxçıvan Muxtar Respublikası
Dini Qurumlarla İş üzrə İdarəsi
Qeydiyyat №: 575
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır
ØßÐÃqapısı
Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az
Nömrəyə məsul: Səbuhi Hüseynov
Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və
“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur
.
Tiraj: 3940. Sifariş № 643
Baş redaktor:
TURAL SƏFƏROV
On bir ayın sultanı
“R
amazan” Ay təqviminə görə (Aya görə hesablanan), doqquzuncu ayın adıdır.
Ramazan ayının İslam dinində ayrıca yeri vardır. Çünki ən mükəmməl din
olan İslamın carçısı həzrəti Məhəmmədə peyğəmbərlik bu ayda verilməklə İslamın ya-
yılmasına və müqəddəs kitabımız “Quran”ın bu ayda endirilməsinə başlanmışdır.
“Quran”da min aydan daha xeyirli olduğu bildirilən “Qədir gecəsi” bu ay içindədir.
Bundan başqa, İslamın vacib ibadətlərindən olan oruc da bu ayda tutulur. Bu səbəbdən
Ramazan ayı müsəlmanlar üçün ən müqəddəs aydır və ona “On bir ayın sultanı” deyilir.
Dostları ilə paylaş: |