Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 192,59 Kb.
Pdf görüntüsü
tarix21.04.2017
ölçüsü192,59 Kb.
#15223

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 126 (20.780)

10 iyul 2013-cü il, çərşənbə

    İyulun 9-da Naxçıvan Dövlət Universite-

tində “Elektron Naxçıvan-8” elmi konfransı

keçirilmişdir.

    Konfransdan əvvəl universitetin Elektron

Kitabxanasının açılışı olmuşdur.

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan

Milli Elmlər Akademiyasının vitse-prezidenti,

akademik  İbrahim  Quliyev  açılışı  bildirən

lenti kəsmiş, kitabxanada yaradılan şəraitlə

tanış olmuşlar.

    Naxçıvan Muxtar Respublikasının rabitə

və informasiya texnologiyaları naziri Rövşən

Məmmədov  elektron  kitabxana  haqqında

məlumat  vermişdir.  Qeyd  olunmuşdur  ki,

yenidənqurma  işləri  zamanı  kitabxanada

müasir  surətköçürmə  aparatı,  elektron  in-

formasiya köşkü, əsas və ehtiyat server qu-

raşdırılmış,  20  oxucu  yeri  yaradılmışdır.

İlkin mərhələdə 50 kitabın elektron kataloqu

və  tam  mətnli  elektron  versiyası  hazırlan-

mışdır.  Bura  müraciət  edən  hər  bir  oxucu

elektron  köşkdə  qeydiyyatdan  keçdikdən

sonra kitab sifariş verə bilər. Sistem oxuculara

kitabxananın elektron kataloqu ilə tanış ol-

maq,  sorğulara  operativ  cavab  almaq  və

virtual  sifariş  vermək  imkanı  yaradır.

Üç dildə hazırlanan www.e-kitab.ndu.nmr.az

yeni  internet  saytı  dünyadakı  istənilən  ki-

tabxana ilə informasiya mübadiləsi aparmağa

imkan verəcəkdir. Saytın “Kitabxana”, “Elek-

tron kataloq”, “Bizimlə əlaqə” bölmələrində

kitabxana ilə operativ əlaqə saxlamaq, elek-

tron axtarış xidmətlərindən istifadə etmək,

dövri mətbuatla tanış olmaq imkanı vardır.

İnternet saytında kitablar haqqında biblio -

qrafik məlumat və kitabların elektron vari-

antları, “Media” bölməsində isə audiokitablar

yerləşdirilmişdir.

    Qeyd olunmuşdur ki, bu gün informasi-

ya-kommunikasiya texnologiyalarının kitab-

xanalara  tətbiq  edilməsi  kitabxana  işinin

keyfiyyətini,  istifadəçiyə  xidmət  işinin  sə-

viyyəsini yüksəltməyə imkan verir. Müasir

dövrdə elektron kitabxanalar informasiya re-

surslarının sürətli və keyfiyyətli fəaliyyətinin

təmin  edilməsində,  oxucuların  informasiya

tələbatının  daha  yüksək  səviyyədə  ödənil-

məsində mühüm əhəmiyyət daşıyır. Naxçıvan

Dövlət  Universitetində  elektron  kitabxana

sisteminin istifadəyə verilməsi də kitabxana

xidmətinin forma və məzmunca yeniləşməsinə

səbəb olmuşdur.

    Elektron  kitabxana  ilə  tanışlıqdan  sonra

tədbir iştirakçıları universitetin Konservatoriya

binasının  foyesində  elektronika,  memarlıq

və rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar.

Sərgidə universitet tələbələri tərəfindən hazır -

lanan və informasiya texnologiyalarının müx-

təlif sahələrinə aid olan elektronika qurğuları,

rəsm əsərləri, maket və memarlıq layihələri

nümayiş etdirilmişdir.

    Sonra  Naxçıvan  Dövlət  Universitetinin

Konservatoriya binasının akt zalında “Elek-

tron  Naxçıvan-8”  elmi  konfransı  öz  işinə

başlamışdır.

    Konfransda çıxış edən Naxçıvan Dövlət

Universitetinin rektoru, professor Saleh Mə-

hərrəmov demişdir ki, Azərbaycanda infor-

masiya cəmiyyətinin formalaşması sahəsində

uğurlu tədbirlər həyata keçirilir. İnformasiya

cəmiyyətinin  inkişaf  etdirilməsi  sahəsində

muxtar respublikamızda da bir sıra işlər gö-

rülmüş,  elektron  kitabxanalar  yaradılmış,

internet xidmətindən istifadə yaxşılaşdırılmış,

“İnformasiya  təhlükəsizliyi  problemləri”,

“Elektron Naxçıvan” və digər bu kimi çox-

saylı konfranslar keçirilmişdir. Bu gün “Elek-

tron  Naxçıvan-8”  mövzusunda  elmi  kon-

fransın keçirilməsi və universitetin Elektron

Kitabxanasının istifadəyə verilməsi muxtar

respublikada  informasiya  cəmiyyətinin  in-

kişafı istiqamətində həyata keçirilən tədbir-

lərin davamıdır.

    Saleh Məhərrəmov muxtar respublikada

informasiya-kommunikasiya texnologiyala-

rının inkişafı sahəsində həyata keçirilən məq-

sədyönlü tədbirlərə görə minnətdarlığını bil-

dirmiş və “Elektron Naxçıvan-8” elmi kon-

fransını açıq elan etmişdir.

    Tədbirdə Naxçıvan Dövlət Universitetində

informasiya-kommunikasiya texnologiyala-

rının  inkişafından  bəhs  edən  videomaterial

nümayiş olunmuşdur.

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin  Sədri  Vasif  Talıbov  2005-ci

ildən  başlayaraq  hər  il  Naxçıvan  Dövlət

Universitetində “Elektron Naxçıvan” möv-

zusunda  tədbirlərin  keçirildiyini,  bu  gün

sayca 8-ci “Elektron Naxçıvan” tədbirinin

öz işinə başladığını qeyd etmiş, bu müna-

sibətlə tədbirin bütün iştirakçılarını və qo-

naqları salamlamış, təşkilatçılara təşəkkü-

rünü bildirmişdir.

    Ali Məclisin Sədri demişdir: “Hər dövrün

özünün  inkişaf  qanunauyğunluqları  var.

İyirmi  birinci  əsr  elm  və  texnologiyalar

əsridir.  Bu,  o  deməkdir  ki,  elm  olmasa,

müasir hesablama, informasiya və kommu-

nikasiya  texnologiyaları  yarana,  tətbiq  və

inkişaf  etdirilə  bilməz.  Öz  növbəsində  in-

formasiya və kommunikasiya texnologiyaları

da olmasa, elmi, bütövlükdə, cəmiyyəti irəli

aparmaq, idarəetməni təkmilləşdirmək müm-

kün deyil. Müasir dünyanın siyasi və iqtisadi

mənzərəsinə  nəzər  salsaq,  aydın  görmək

mümkündür ki, informasiya-kommunikasiya

texnologiyalarına  üstünlük  verən  ölkələr

irəli  gedir  və  inkişaf  edirlər. Artıq  bu  gün

dövlətlərin qüdrəti və iqtisadi gücü müasir

texnologiyalara yiyələnmək və onları tətbiq

etmək gücünə əsaslanır”.

    Qeyd olunmuşdur ki, Azərbaycan infor-

masiya-kommunikasiya texnologiyalarını in-

kişaf etdirmək yolunu ötən əsrin 70-ci illə-

rindən tutmuşdur. Ümummilli lider Heydər

Əliyev Azərbaycana rəhbər seçiləndən cəmi

bir  il  sonra,  1970-ci  il  iyun  ayının  24-də

“Rabitə  vasitələrinin  vəziyyəti  və  gələcək

inkişafı üzrə tədbirlər haqqında” Qərar qəbul

etmişdir. Ölkəmiz informasiya-kommunika-

siya  texnologiyalarının  inkişafı  üçün,  ilk

növbədə, bu qərara borcludur. Həmin qərardan

sonra Azərbaycanın rabitə və kommunikasiya

sektorunda  əsl  intibah  baş  vermişdir.  Bu

dövrdə ulu öndərimizin himayəsi ilə Kiber-

netika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi

yaradılmış, mikrosxemlərin, hesablama tex-

nika və avadanlıqlarının istehsalı ilə məşğul

olan yeni sənaye müəssisələri işə salınmış,

ilk dəfə olaraq orta məktəblərə kompyuterlərin

verilməsi həyata keçirilmiş, elektronika, av-

tomatika və hesablama texnikası üzrə gənc

mütəxəssislər yetişdirilmişdi.

    Ali Məclisin Sədri Azərbaycanda rabitənin,

elektron avadanlıqları və telekommunikasiya

texnologiyaları sahəsinin daha geniş inkişa-

fının ümummilli liderimizin ali hakimiyyətə

ikinci dəfə qayıdışından sonra mümkün ol-

duğunu  bildirərək  demişdir:  “Möhtərəm

Heydər Əliyev tərəfindən 2003-cü il fevralın

17-də “Azərbaycan Respublikasının inkişafı

naminə informasiya və kommunikasiya tex-

nologiyaları üzrə Milli Strategiya”nın qəbul

olunması  ölkəmizin  dünya  informasiya  və

elektron  mühitinə  inteqrasiyasını  daha  da

sürətləndirmiş, Azərbaycan qlobal informasiya

məkanında layiqli yer qazanmışdır.

    Bu gün ulu öndərimizin daim üstün isti-

qamət verdiyi inkişafın müasir texnologiya-

ların  tətbiqi  vasitəsi  ilə  həyata  keçirilməsi

yolu  Azərbaycanda  uğurla  davam  etdirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin prezi-

dent seçildikdən sonra 2003-cü ildə ilk xarici

səfərinə Cenevrədə keçirilən informasiya cə-

miyyəti üzrə dünya sammitində iştirakla baş-

laması  və Azərbaycanda  informasiya-kom-

munikasiya texnologiyalarının inkişafını neft-

dən sonra prioritet sahə elan etməsi qarşıya

konkret vəzifələr qoymuşdur. Bu vəzifələrin

icrası və həyata keçirilən dövlət proqramları

nəticəsində elektron hökumətin yaradılması,

biliklərə  əsaslanan  iqtisadiyyatın  təşəkkülü

və informasiya təhlükəsizliyi istiqamətində

mühüm addımlar atılmışdır. Cari ildə Azər-

baycanın  ilk  telekommunikasiya  peykinin

orbitə çıxarılması və 2013-cü ilin ölkəmizdə

“İnformasiya-kommunikasiya texnologiyaları

ili” elan edilməsi bu sahənin inkişafına dövlət

səviyyəsində  göstərilən  diqqətin  daha  bir

ifadəsidir. Ölkə rəhbəri hörmətli İlham Əliyev

demişdir: “İnformasiya-kommunikasiya tex-

nologiyalarının  inkişafı  ümumən  hər  bir

ölkənin inkişafını müəyyən edir. Bu sahənin

hər bir ölkə üçün nə qədər vacib olduğunu

hər kəs görür. Hər bir ölkənin uğurlu, da-

yanıqlı inkişafı üçün informasiya-kommu-

nikasiya texnologiyaları sahəsi həlledici rol

oynayır”.

    “Naxçıvan Muxtar Respublikasında in-

formasiya-kommunikasiya texnologiyaları

sosial-iqtisadi inkişafda əsas hərəkətverici

qüvvədir. Bütün sahələrdə müasir texnolo-

giyaların gücündən səmərəli istifadə olunur.

Muxtar respublika blokada şəraitində yaşayır.

Ancaq  buna  baxmayaraq,  informasiya  və

kommunikasiya texnologiyalarının son nai-

liyyətlərinin tətbiqi nəticəsində informasiya

blokadası  aradan  qaldırılmış,  ucqar  dağ

kənd lərində belə, dünyanın istənilən ölkəsi

ilə telefon və genişzolaqlı internet əlaqələri

yaradılmışdır”, – deyən Ali Məclisin Sədri

bildirmişdir ki, son illər muxtar respublikada

telekommunikasiya infrastrukturu müasir-

ləşdirilmiş, əhaliyə, müəssisə və təşkilatlara

göstərilən  rabitə  xidmətlərinin  səviyyəsi

yüksəldilmiş,  Naxçıvan  şəhərində,  Şərur

və  Sədərək  rayonlarında  3-cü  nəsil  tele-

kommunikasiya sistemləri quraşdırılmışdır.

Hazırda  bu  sistem  mövcud  telefon  is -

tifadəçilərinin  60  faizinə  xidmət  edir.

Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-8” 

elmi konfransı keçirilmişdir

Ardı 2-ci səhifədə


2

İran İslam Respublikasından daxil olmaqla

Türkiyənin  telekommunikasiya  şəbəkəsinə

qoşulan 134 kilometrlik yeraltı optik xəttin

tikintisi  hesabına  avtomat  telefon  stansiya-

larının 90 faizi fiber-optik bağlantılarla təmin

edilmişdir. Naxçıvan Muxtar Respublikasında

həyata  keçirilən  geniş  quruculuq  tədbirləri

də  yeni  texnologiyalara,  o  cümlədən  kom -

pyuterləşməyə olan tələbatı xeyli artırmışdır.

Hazırda  muxtar  respublika  əhalisində  87

mindən artıq kompyuter vardır. İnternetdən

istifadə edənlər isə muxtar respublika əhali-

sinin 81 faizini təşkil edir.

    Ali Məclisin Sədri demişdir: “Muxtar res-

publikada bank-maliyyə, gömrük, vergi, sə-

hiyyə,  təhsil,  mədəniyyət  və  sosial  təminat

sahələrində də informasiya texnologiyalarının

imkanlarından geniş istifadə olunur. Məmməd

Səid Ordubadi adına Naxçıvan Muxtar Res-

publika  Kitabxanasında,  Naxçıvan  Muxtar

Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq

Mərkəzində elektron kitabxanalar yaradılmış,

Naxçıvan  Dövlət  Universitetinin  Elektron

Kitabxanasında ən müasir avadanlıqlar tətbiq

olunmuşdur.  Cari  ildə  Məhdud  Fiziki  İm-

kanlılar üçün Naxçıvan Regional İnformasiya

Mərkəzində xüsusi proqram təminatı əsasında

audiokitabxana  və  elektron  kitabxana  xid-

mətləri istifadəyə verilmişdir. Həyata keçirilən

tədbirlər bizi informasiya cəmiyyətinin for-

malaşmasına xeyli yaxınlaşdırmışdır. Elektron

hökumətin  qurulması  istiqamətində  ardıcıl

tədbirlər görülür. Bu tədbirlər dövlət orqan-

larının fəaliyyətində səmərəliliyin artırılmasına,

dövlət orqanları ilə vətəndaşlar arasında əla-

qələrin daha sıx şəkildə qurulmasına, insanların

informasiyaya olan tələbatının daha dolğun

ödənilməsinə şərait yaradır. Muxtar respub-

likada 74 dövlət orqanı üçün internet səhifəsi

hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmiş,

34 dövlət orqanı tərəfindən göstəriləcək elek-

tron xidmətlərin reqlament ləri təsdiq edilmiş,

“Elektron hökumət” portalı yaradılmışdır.

    İnformasiya-kommunikasiya texnologiya-

ları bilik, zəka və intellekt tələb edən sahədir.

Bu sahənin inkişafı həm də ölkənin intellektual

və elmi potensialının vacib göstəricilərindən

biridir. Bu amil əsas götürülərək muxtar res-

publikanın  təhsil  müəssisələrinin  yeni  nəsil

informasiya texnologiyaları ilə təminatına da

xüsusi  diqqət  yetirilir.  Hazırda  ümumtəhsil

məktəblərində 3183 kompyuter və 500 elektron

lövhə,  ali  təhsil  müəssisələrində  isə  600-ə

yaxın kompyuter və 52 elektron lövhə vardır.

Azərbaycanda  və  onun  Naxçıvan  Muxtar

Respublikasında informasiya-kommunikasiya

texnologiyaları sahəsinin inkişafı ardıcıl xa-

rakter daşıyır. Lakin görülən işlər son hədd

deyil. Bu iş daha da gücləndirilməlidir. Çünki

informasiya texnologiyaları daim inkişafdadır.

Bu isə, öz növbəsində, mövcud sahədə yeni-

ləşməni, müasir dünyada gedən proseslərdən

geri qalmamağı tələb edir”.

    Ali Məclisin Sədri “Elektron Naxçıvan-8”

elmi  konfransının  faydalı  olacağına,  qeyd

olunan  sahədə  yeni  istiqamətlər  müəyyən-

ləşdirəcəyinə əminliyini bildirmişdir.

    Elmi konfransda Azərbaycan Milli Elmlər

Akademiyasının vitse-prezidenti, akademik

İbrahim  Quliyev, Azərbaycan  Respublikası

rabitə və informasiya texnologiyaları nazirinin

müavini  İltimas  Məmmədov,  Azərbaycan

Milli Elmlər Akademiyasının vitse-prezidenti,

akademik İsa Həbibbəyli, Azərbaycan Milli

Elmlər Akademiyası  İnformasiya  Texnolo-

giyaları İnstitutunun direktoru, akademiyanın

müxbir üzvü Rasim Əliquliyev, Azərbaycan

Respublikası Təhsil Nazirliyi Təhsil Sisteminin

İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir

Məmmədov  çıxış  edərək  ölkəmizdə  infor-

masiya-kommunikasiya  texnologiyalarının

inkişafı  istiqamətində  həyata  keçirilən  təd-

birlərdən danışmışlar. Qeyd olunmuşdur ki,

Naxçıvan Muxtar Respublikasında da bu sa-

hənin  inkişafı,  əldə  edilən  nailiyyətlər  və

keçirilən elmi konfranslar beynəlxalq infor-

masiya cəmiyyətinə inte qrasiya baxımından

mühüm əhəmiyyət daşıyır. 

    Konfransın gedişində Türkiyə Respubli-

kasının Qars Qafqaz, İspaniyanın Santiaqo

de  Kompostela,  Rusiyanın  Penza  Dövlət

universitetləri, Avstriyanın “Əldə etmək və

saxlamaq” Assosiasiyası, Almaniyanın Leyp-

siq Tədqiqi Elmlər Universiteti və Azərbaycan

Milli Elmlər Akademiyası İnformasiya Tex-

nologiyaları  İnstitutu  ilə  videobağlantılar

yaradılmışdır.

    Sonda  Naxçıvan  Dövlət  Universitetinin

İncəsənət fakültəsinin müəllim və tələbələri

konsert proqramı ilə çıxış etmişlər. 

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri “Elektron Naxçıvan-8” elmi

konfransının  iştirakçıları  ilə  xatirə  şəkli

çəkdirmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

    “Nuhçıxan” MMC-nin əməkdaşı

Onur Qaraxan söhbətində qeyd etdi

ki, əvvəllər Naxçıvana, sadəcə, turist

kimi səfərlər edərdik. Bu bölgədə

özəl  bölməyə,  sahibkarlıq  fəaliy-

yətinə  yaradılan  şəraiti  görüb  biz

də  investisiya  qoymaqla  yeni  bir

istehsal  sahəsi  yaratmaq  qərarına

gəldik.  2012-ci  ilin  may  ayında

müəssisə üçün ayrılmış binada əsaslı

təmir və yenidənqurma işlərinə baş-

lanıldı. Təqribən, bir il müddətində

inşaat işləri başa çatdırıldı. Layihəyə

uyğun  tikilən  üçmərtəbəli  binada

istehsal  sexləri,  xammal  və  hazır

məhsulların saxlanılması üçün anbar,

laboratoriya,  yeməkxana,  inzibati

və digər yardımçı otaqlar istifadəyə

verilmişdir. Ümumilikdə, müəssisə

üçün ayrılmış binanın yenidən qu-

rulmasına və müasir texnoloji ava-

danlıqların  alınmasına  2  milyon

manat vəsait sərf olunmuşdur. 

    Müəssisədə tibb vasitələrinin is-

tehsalı, yuyucu, təmizləyici maddələr

və plastmas taraların istehsalı sahəsi

fəaliyyət göstərir. Türkiyə istehsalı

olan  müasir  texnoloji  avadanlıqlar

quraşdırılmış  müəssisədə  istehsal

prosesi  avtomatlaşdırılmışdır.  Tür-

kiyə, Fransa, Almaniya, İsveçrə və

Rusiya Federasiyasından idxal olunan

xammal reseptə uyğun olaraq, ayrı-

ayrı çənlərdə qarışdırılıb hazırlanır

və  istehsal  xəttinə  buraxılır.  Kom -

pyuterlə idarəetmə mərkəzi ilə təmin

olunmuş avadanlıqlarda verilmiş si-

farişə uyğun hazır məhsul 500, 750

və  1  litrlik,  digər  istehsal  xəttində

isə 5 litrlik taralarda qablaşdırılır. 

    Müəssisədə tibb sahəsi üçün al-

dehidli  alətdezinfeksiyaedici,  etil

spirti, ultrasəs müayinə üçün

jele, təmizləyici və alətdezin-

feksiyaedici məhlul və digər

tibbi vasitələr istehsal olunur.

Yuyucu  və  təmizləyici  mad-

dələr  istehsalı  sahəsində  isə

“İnci” saç şampunları və kre-

mi, “Cəvahir” qab şampunları,

kafel,  metlax  və  taxta  döşə-

mələr üçün səth təmizləyiciləri,

“Ulduz” şüşətəmizləyici, “Təravət”

havatəravətləndirici, “Sədəf” maye

sabun və sair, ümumilikdə, 3 növdə

25  çeşiddə  məhsul  istehsal  olunur.

İstehsal gücü saatda 1600 ədəd 500,

750 qramlıq və 1 litrlik, 400 ədəd 5

litrlik taralar olan yuyucu və təmiz-

ləyici maddələr istehsalı sahəsində

və saatda 250 ədəd plastmas taralar

istehsalı  sahəsində  tələbata  uyğun

olaraq məhsul istehsal edilir.  İstehsal

olunan  məhsul  Naxçıvan  Muxtar

Respublikası Standartlaşdırma, Met-

rologiya və Patent üzrə Dövlət Ko-

mitəsində qeydiyyata alınmış “Nuh-

çıxan” əmtəə nişanı ilə satışa çıxarılır. 

    Burada  müasir  avadanlıqlarla

təchiz olunmuş laboratoriya fəaliyyət

göstərir  ki,  bu  da  istehsal  olunan

məhsulun keyfiyyətlə hazırlanma-

sında  mühüm  şərtdir.  Müəssisəyə

daxil olan xammal və hazır məhsul

həmin laboratoriyada analizdən ke-

çirildikdən sonra satışa çıxarılır. İs-

tehsal  olunan  məhsulun  vaxtında

və keyfiyyətlə ticarət obyektlərinə

çatdırılması da diqqət mərkəzində

saxlanılmış, müəssisəyə 2 ədəd av-

tomaşın alınmışdır. 



Naxçıvanda yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb

    Naxçıvan Muxtar Respublikasında əlverişli sahibkarlıq və biznes

mühitinin formalaşması xarici iş adamlarının da bölgəmizə investisiya

yatırmaqla yeni istehsal sahələri yaratmasına səbəb olmuşdur. Belə

müəssisələrdən biri də Naxçıvan şəhərindəki Şəhriyar 1 ünvanında

fəaliyyətə başlayan “Nuhçıxan” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 

                      - 



Kərəm HƏSƏNOV

3

    


Hər bir ölkənin əhalisinin sağlamlıq sə-

viyyəsi ətraf mühitin qorunmasından əhə-

miyyətli dərəcədə asılıdır. Ona görə də mux-

tar respublikamızda əhalinin sağlamlığının

mühafizəsinə və möhkəmləndirilməsinə yö-

nəldilmiş ardıcıl və genişmiqyaslı tədbirlər

daim diqqət mərkəzində saxlanılır. Yay fəs-

linin isti günlərini yaşadığımız bir vaxtda

isə  bu  məsələ  xüsusi  aktuallıq  kəsb  edir.

Özünəməxsus qayğıları olan bu fəsildə in-

sanlar Günəşin yandırıcı şüaları ilə yanaşı,

həm də qida zəhərlənmələrindən qorunmağa

çalışırlar. Çünki bu fəsildə ərzaq məhsulları

daha tez keyfiyyətini itirir, nəticədə, insan-

ların sağlamlığı üçün təhlükə yaranır. 

    Qeyd etmək lazımdır ki, yeyinti məhsul-

larının keyfiyyətinə təsir edən bir çox amillər

mövcuddur. Bu baxımdan onların keyfiyyət

göstəriciləri dəqiq təyin olunmalı, məhsulların

daşınması, lazımi şəraitdə saxlanması, qab-

laşdırılması,  markalanması,  etiketlənməsi

zamanı  müvafiq  dövlət  standartlarının  və

normativ-texniki sənədlərin tələblərinə əməl

olunmalıdır. Yeyinti  məhsullarının  keyfiy-

yətinə və təhlükəsizliyinə nəzarət Naxçıvan

Muxtar  Respublikası  İqtisadi  İnkişaf  Na-

zirliyinin Antiinhisar siyasəti və istehlakçıların

hüquqlarının müdafiəsi şöbəsi və “İstehlak

Mallarının Ekspertizası Mərkəzi” Məhdud

Məsuliyyətli  Cəmiyyəti  tərəfindən  həyata

keçirilir. Nazirliyin aidiyyəti şöbəsi tərəfindən

yerli  istehsal  və  idxal  məhsullarından  nü-

munələr  götürülərək  mərkəzin  laboratori-

yasında analiz edilir. Təkcə cari ilin birinci

yarısı ərzində 588 halda idxal, 1179 halda

yerli  istehsal  məhsulları  laboratoriya  ana-

lizlərindən keçirilmişdir.

    Qida zəhərlənmələrindən qorunmaq üçün

vətəndaşlar da bir sıra profilaktik tədbirlərə

riayət  etməli,  istehlakçı  kimi  hüquqlarını

bilməli, öz sağlamlıqlarını qorumağın qay-

ğısına  qalmalıdırlar.  Məhz  bu  səbəbdən

gündəlik  qida  rasionumuzda  mühüm  yer

tutan bir neçə ərzaq məhsullarının daşınması,

saxlanması  və  satışı  zamanı  tələb  olunan

xüsusi norma və qaydalar haqqında isteh-

lakçıların  maarifləndirilməsi  vacibdir.  İs-

tehlakçılar  yay  fəslində  hər  hansı  ərzaq

məhsulunu  alarkən,  ilk  növbədə,  həmin

məhsulun  saxlanma  şəraitinə  və  xüsusən

istehlak müddətinə diqqət etməlidirlər.     

     Yay mövsümündə zəhərlənmələrin əksə-

riyyəti tez xarab olan ərzaq və kənd təsərrüfatı

məhsulları ilə bağlı olur. Bu sırada mühüm

yerlərdən birini quş əti məhsulları tutur. Məhz

buna görə də dondurulmuş quş əti məhsulla-

rının istehlakı zamanı məhsulun qablaşdırıl-

masına, satıldığı şəraitin gigiyenik normalara

uyğunluğuna və xüsusən də saxlanıldığı tem-

peratur rejiminə diqqət yetirilməlidir. Bütün

bunlarla yanaşı, istehlakçılara quş əti məhsulları

alıb istifadə edərkən aşağıdakı qaydalara da

əməl etmələri tövsiyə olunur:

    – məhsulu alarkən qablaşma üzərindəki



saxlama müddətinə diqqət edilməlidir;

    – çiy quş əti müsbət 4 dərəcədən aşağı

temperaturda saxlanılmalıdır; 

    – quş ətinin donu otaq temperaturunda

yox,  soyuq  axar  suda  və  ya  mikrodalğalı

sobada açılmalıdır;

    – təzə quş ətini temperatur rejiminə uyğun

olaraq,  soyuducuda  1-2  gün,  dondurucu

kamerada 6-9 ay saxlamaq mümkündür.

    Yumurta da tez xarab olan məhsullar sı-

rasına daxil olduğundan izotermik nəqliyyat

vasitələrində mövcud qaydalara uyğun da-

şınmalı, 0 dərəcədən müsbət 20 dərəcəyədək

temperaturda, 85-88 faiz nisbi rütubətdə sax-

lanmalıdır. Yumurtanı  sərin,  təmiz  və  quru

yerdə,  iyi  olmayan  məhsullarla  bir  yerdə

saxlamaq məsləhətdir. Pərakəndə ticarət şə-

bəkələrində optimal şəraitdə yumurtanın sax-

lanma müddəti yaz-yay  mövsümündə 3 gün,

payız-qış mövsümündə 6 gün ola bilər.

     Kolbasa məhsulu da tez xarab olan məh-

sullar sırasındadır. Bu səbəbdən həmin məhsulu

istehlak edərkən diqqətli olmaq tələb olunur.

Kolbasaların  daşınması  zamanı  üstüörtülü

nəqliyyat  vasitələrindən  istifadə  olunmalı,

bişirilmiş – hisə verilmiş kolbasalar 0 dərə-

cədən müsbət 12 dərəcəyədək temperaturda

asılmış vəziyyətdə 15 sutka, qablaşdırılmış

kolbasalar 0 dərəcədən müsbət 4 dərəcəyədək

temperaturda 1 ay, mənfi 7 dərəcədən mənfi

9 dərəcəyədək temperaturda 4 ay, dilimlərə

doğranıb vakuum altında polimer müşəmbədə

qablaşdırılan kolbasalar 5 dərəcədən 8 dərə-

cəyədək temperaturda 8 sutka, 12 dərəcədən

18  dərəcəyədək  temperaturda  6  sutka  sax-

lanmalıdır. Bişmiş kolbasalar müəssisədə və

ya ticarət şəbəkəsində asılmış vəziyyətdə 0

dərəcədən müsbət 8 dərəcəyədək temperaturda

saxlanılmalıdır. Yaz-yay aylarında açıq şəraitdə

satışı həyata keçirilən kolbasa məhsulları is-

tehlak oluna bilməz.

    Ayran, kəsmik, xama, dondurma, qaymaq,

pendir, qatılaşdırılmış şəkərli süd konservləri,

qatıq kimi süd və süd məhsullarının daşın-

ması, saxlanması şəraitinə də ciddi diqqət

yetirilməlidir. 

    Ayran içkisi izotermik yük avtomobillə-

rində və ya avtorefrijatorlarda mövcud qay-

dalara uyğun daşınmalı, sanitar qaydalara

riayət etməklə müsbət 2-6 dərəcə tempera-

turda saxlanmalıdır. Texnoloji prosesin qur-

tardığı  andan  etibarən  saxlama  müddəti

qazlaşdırılmış ayran üçün ən çox 7 sutka,

qazlaşdırılmamış ayran üçün isə ən çox 2

sutka müəyyən olunmuşdur.

    Kəsmik bütün növlərdə olan  nəqliyyat

vasitələrində  tez  xarab  olan  məhsullara

uyğun qaydalara əsasən daşınmalı, sanitar

qaydalara riayət etməklə müsbət 8 dərəcədən

yuxarı  olmayan  temperaturda,  texnoloji

proses qurtardığı andan etibarən ən çox 36

saat, o cümlədən istehsalçı  müəssisədə ən

çox 18 saat saxlanmalıdır. İstehlakçılar bu

məhsulları  alarkən  saxlanma  şəraitinə,  is-

tehlak müddətinə diqqət etməlidirlər. 

     Yayın gəlişi ilə əlaqədar tələbatın artdığı

dondurma məhsulunun da keyfiyyətinə xüsusi

diqqət  yetirilməlidir.  Dondurma  soyudulan

avtorefrijatorlarda  və ya izotermik nəqliyyat

növü  üçün  qüvvədə  olan  qaydalara  uyğun

daşınmalı, bu zaman məhsulun temperaturunun

mənfi 12 dərəcədən yüksək olmaması təmin

edilməlidir. Ticarət şəbəkələrində dondurmanın

satış müddəti mənfi 24 dərəcədən yüksək ol-

mayan temperaturda 20 sutka, mənfi 18 də-

rəcədən  yüksək  olmayan  temperaturda  10

sutka, mənfi 12 dərəcədən yüksək olmayan

temperaturda 2 sutkadan artıq olmamalıdır.

Dondurma məhsulunun saxlanıldığı dondu-

rucularda başqa məhsul saxlanıla bilməz. 

    Qaymaq sanitariya qaydalarına əməl et-

məklə süd emalı müəssisələrinə göndərilənə

qədər müsbət 10 dərəcədən yüksək olmayan

temperaturda, süd çənlərinin, vannalarının

içərisində  xüsusi  olaraq  ayrılmış  yerlərdə

20 saatdan çox olmayaraq saxlanılmalıdır.

Qaymağın balıq, hisə verilmiş məmulatlar,

meyvə, tərəvəz və spesifik iyə məxsus digər

yeyinti məhsulları ilə birlikdə saxlanmasına,

daşınmasına və satılmasına yol verilmir.

    Pendir məhsulu üstü brezent və ya onu

əvəz edən digər materialdan hazırlanan üz-

lüklərlə örtülmək şərtilə üstüaçıq avtoma-

şınlarda temperatur rejiminə əməl olunmaqla

daşınmalıdır. Bu məhsul istehsalçı müəssi-

sədə, ticarət şəbəkəsində, ictimai-iaşə müəs-

sisələrində havanın nisbi rütubəti 80 faizdən

artıq olmamaqla, müsbət 8 dərəcədən yuxarı

olmayan temperaturda duz məhsulunun  içə-

risində  saxlanmalıdır.  Pendir  spesifik  iyə

məxsus digər yeyinti məhsulları ilə bir ka-

merada saxlanıla bilməz. 

    Yay fəslində açıq şəraitdə keyfiyyət gös-

təriciləri məlum olmayan məhsulları istehlak

etmək təhlükəlidir.

    Qatılaşdırılmış şəkərli süd konservlərinin

0 dərəcədən müsbət 10 dərəcəyədək tem-

peraturda saxlama müddəti ən çox 12 aydır.

Qatıq isə istehsal edildikdən sonra ən çox

18 saat saxlanıla bilər.



Ərzaq məhsullarının keyfiyyətinə 

diqqət günün tələbidir

    Deməli,  bunun  üçün  də

dövlətimiz böyük vəsait sərf

edir. Əsas məqsəd isə insan-

ların sağlamlığını təmin etmək,

ekoloji cəhətdən saf və təmiz

mühitdə  yaşam  tərzinə  nail

olmaqdır. Bunun əhəmiyyətini

dərk  edən  insanlar  da  yaşıl-

laşdırma tədbirlərində fəal iş-

tirak  edir,  bu  sahədə  qüvvə-

lərini əsirgəmirlər. Muxtar res-

publikamızda artıq neçə illər-

dir ki, ənənəvi qaydada keçi-

rilən iməciliklərdə insanların

mütəşəkkillik nümayiş etdir-

məsi, əsl vətəndaşlıq fəallığı

göstərməsi onların bu xeyirxah

işə  necə  önəm  verdiklərinin

göstəricisidir. 

    Muxtar  respublikamızın

bütün  bölgələrində  olduğu

kimi, Şərur rayonunda da ya-

şıllaşdırma  tədbirləri  məq-

sədyönlü şəkildə həyata ke-

çirilir. Rayonda yaşıllıq əra-

ziləri getdikcə genişlənir. Böl-

gədə yeni meyvə bağlarının

salınmasına  diqqət  artırılır.

Çünki  iqtisadi  baxımdan  da

bu bağlar müstəsna əhəmiyyət

kəsb edir. Püsyan kəndi əra-

zisindəki 40, Dəmirçi kəndi

ərazisindəki 35 hektarlıq mey-

və bağları bu il məhsul ver-

mişdir. Ümumiyyətlə, hazırda

Şərurda  1000  hektara  yaxın

meyvə  bağı  mövcuddur  ki,

təkcə ötən il həmin bağlardan

17  min  971  ton  məhsul  də-

rilmişdir. Bağların sahəsi il-

bəil  genişləndirilir.  2012-ci

ildə də rayon ərazisində 11,5

hektar  sahədə  yeni  bağ  sa-

lınmış, 45 hektar sahədə bərpa

işləri aparılmışdır. İl ərzində

24 min 438 ədəd meyvə, 21

min 150 ədəd meşə ağacı, 5

min  290  ədəd  gül  kolu,  3

min 50 ədəd dekorativ ağac

olmaqla, ümumilikdə, 53 min

928  ədəd  ting  və  gül  kolu

əkilmiş, yaşıllıqların suvarıl-

ması  diqqət  mərkəzində

saxlanılmışdır.

    Rayonda yeni meyvə bağ-

larının salınması və meşəbərpa

işləri cari ildə də uğurla davam

etdirilmişdir.  Gümüşlü  kən-

dindəki 8 hektarlıq bağ uzaq-

dan  diqqəti  cəlb  edir.  Bura

650  ədəd  cəviz,  4800  ədəd

digər meyvə tingləri, 300 ədəd

çinar,  12  ədəd  palıd  və  530

ədəd həmişəyaşıl ağaclar əkil-

mişdir.  Ələkli  kəndinin  ya-

xınlığında 1,2 hektarlıq ərazidə

bu il meyvə bağı salınmışdır.

Yüksək aqrotexniki səviyyədə

qulluq edildiyindən 650 ədəd

tingin hamısı tutmuşdur. 

    Tut Şərurun qədim meyvə

ağaclarından biridir. Bu ilin

yazında Yuxarı Daşarx kən-

dindəki Arpaçay sahilində 2

hektarlıq ərazidə tut bağı sa-

lınmışdır.  Sahəyə  800  ədəd

tut  tingi  basdırılmışdır. Yeri

gəlmişkən  onu  da  deyək  ki,

bu il həmçinin Cəlilkənd-Də-

mirçi  kəndləri  arasındakı  6

kilometrlik magistral yol kə-

narlarına  da  1500  ədəd  tut

tingi  əkilmişdir. Yuxarı  Da-

şarx-Xanlıqlar  kəndləri  ara-

sındakı 6,5, Xanlıqlar-Püsyan

kəndləri  arasındakı  7  kilo-

metrlik  yol  kənarlarının  hə-

rəsinə isə 2000 ədəd meyvə

tingləri əkilib ərsəyə gətiril-

mişdir. Ötən aylar ərzində ra-

yon  ərazisində  2500  ədəd

iydə,  800  ədəd  meşə  ağacı

torpağa  basdırılmış  və  3,4

hektar sahədə meşəbərpa iş-

ləri  görülmüşdür.  Şərur  şə-

hərinin  park  və  xiyabanları

15  min  500,  Dizə-Gümüşlü

arasındakı  yol  kənarları  isə

13  min  600  ədəd  8  növ  gül

şitili ilə bəzədilmişdir. Ümu-

miyyətlə, cari ilin birinci ya-

rısında bölgədə yeni salınmış

11,2 hektarlıq bağa 8442 ədəd

meyvə  tingi,  Naxçıvan-Sə-

dərək magistralının Şərur ra-

yonu ərazisindən keçən 19,5

kilometrlik  yol  kənarlarına

8800  ədəd  meşə  ağacı  və

müxtəlif meyvə tingləri əkil-

miş,  29100  ədəd  8  növ  gül

şitili basdırılmışdır. 

    Şərurda  üzümçülüyün  in-

kişaf etdirilməsi qayğısına da

qalınır. Hazırda rayonda cəmi

73  hektar  sahədə  üzüm  bağı

vardır ki, bu da potensial im-

kanlardan çox aşağıdır. Odur

ki, üzümçülüyün təbliğinə diq-

qət artırılmışdır. Bunun nəti-

cəsidir  ki,  yazda  fərdi  təsər-

rüfatlarda  50  mindən  artıq

üzüm çiliyi basdırılmışdır. Bu

da öz bəhrəsini növbəti illərdə

göstərəcək, yeni üzüm bağla-

rının salınmasında böyük rol

oynayacaqdır.

    Dövlətimizin yaratdığı şə-

raitdən  ayrı-ayrı  insanlar  da

lazımınca bəhrələnərək şəxsi

bağ-bağat  salır,  bu  sahə  ilə

daha  ciddi  məşğul  olmağa

maraq  göstərirlər.  Rayonun

Yuxarı Daşarx, Danyeri, Xan-

lıqlar,  Vərməziyar,  Şəhriyar,

Püsyan,  Dəmirçi  və  başqa

kəndlərində yeni meyvə bağ-

larının  salınmasına  təşəbbüs

göstərən  zəhmətsevər  insan-

ların işi, sözün həqiqi məna-

sında, təqdirəlayiqdir.

    ...Şərur-Naxçıvan magistral

yolunun  sağında,  Xanlıqlar

kəndinin ərazisində səliqə ilə

əkilmiş müxtəlif meyvə ağac-

ları nəzərdən yayınmır. 7 hek-

tarlıq sahədə ərsəyə gətirilmiş

ağaclar göz oxşayır. Ötüb-ke-

çən maşınların pəncərəsindən

görünən  yamyaşıl  bağ-bağat

insanda xoş duyğular oyadır.

Bu gözəlliyi yaradan bağban

Ədalət Quliyevdir.

    Ədalətin ana torpağa vur-

duğu naxışlar əkdiyi ağaclar,

calaq etdiyi tinglər, yetişdirdiyi

güllər, çiçəklərdir. Onlara əl-

lərinin və qəlbinin hərarətini

verir  Ədalət.  Hər  ağaca  və

tingə fərdi yanaşır, onun su-

varılmasını və becərilməsini,

zərərvericilərə və xəstəliklərə

qarşı  mübarizəni  vaxtlı-vax-

tında  aparır.  Ədalət  təbiətin

vurğunudur.  Amma  söz  dü-

şəndə  deyir  ki,  bağbanlıqda

vurğunluq azdır, gərək bu pe-

şənin zərgəri olasan. 

    Ədalət  bağçılığa  dair  ki-

tablar, jurnallar oxuyur, bili-

yini,  təcrübəsini  getdikcə

zənginləşdirir.

    Ədalət  Quliyevin  qonşu-

luğunda  isə Ramiz Həsənov

5 hektarlıq meyvə bağı sal-

mışdır. Yaz-payız onu da baş-

başa  vermiş  qollu-budaqlı

ağaclar arasında görmək olar.

Saldığı  bağdan  mənəvi  ra-

hatlıq  tapan  bağban  Ramiz

bu  barədə  söhbət  düşəndə

fərəh hissi keçirdiyini də giz-

lətmədi: – Dünyada savab iş

çoxdur: su çəkmək, yol sal-

maq, körpü tikmək... Bu si-

yahını  istənilən  qədər  uzat-

maq  olar.  Ağac  əkmək  də

xeyirxah əməl sayılır. 4-5 il

bundan əvvəl pay torpağımda

meyvə  bağı  salmaq  fikrimi

reallaşdırdım. Bu istəyim ra-

yonun müvafiq orqanları tə-

rəfindən  də  məmnunluqla

qarşılandı və söz verdilər ki,

bunun üçün hər cür köməklik

göstəriləcəkdir.  Və  belə  də

oldu. Ərazidə salınan bağın

su təminatı dövlətimiz tərə-

findən qısa bir zamanda həll

olundu.  Bundan  ruhlanaraq

meyvə bağımın sahəsini bir

qədər  də  genişləndirdim.

Ötən  ilin  payızında  bağın

aşağı  hissəsindəki  sahədə

daha  150-200  meyvə  tingi

əkmişəm.  Doğrusu,  gördü-

yüm  işdən  zövq  alıram.  İs-

təyirəm  ki,  Şərur-Naxçıvan

yolundan ötən saysız-hesab-

sız  insanlar  da  bu  bağdan

zövq alsınlar. Həm də yoldan

ötənləri dadlı-tamlı, ləzzətli

meyvələrə qonaq edirəm. Axı

varlığa  nə  darlıq?  Alıcı  da

həmişə başımın üstündə olur.

Bəzən də məhsulumu Şərur

və Naxçıvan şəhərlərində təş-

kil  olunan  kənd  təsərrüfatı

məhsullarının satışı yarmar-

kalarına çıxarıram. Allah bə-

rəkət versin, qazancım istə-

nilən  qədərdir. Yeri  gəlmiş-

kən, onu da deyim ki, “2012-

2015-ci  illərdə  Naxçıvan

Muxtar  Respublikasında

meyvəçiliyin və tərəvəzçili-

yin inkişafı üzrə Dövlət Pro -

qramı”  əl-qolumu  daha  da

açıb,  meyvəçiliyə  həvəsimi

birə-on qat artırıb. Təbii ki,

torpaqla ülfət bağlasan, cəfa

çəksən, səfa görərsən. Mənim

üçün bundan böyük xoşbəxt-

lik yoxdur. Xoşbəxtliyin açarı

isə torpaqdadır.

    Doğrudan da, torpağa bu

cür  sevgi,  doğma  münasibət

insanlara  ancaq  xoşbəxtlik

gətirə bilər.



Cəfər ƏLİYEV



Ana torpağa vurulan naxışlar

Şərurda meyvə bağlarının sahəsi genişlənir

D

üzgün ekoloji siyasətin bəhrələri muxtar respublika-

mızda da qabarıq hiss olunur. Son illərdə doğma di-

yarımızda 100 hektardan artıq yeni meyvə bağları, meşə mas-

sivləri, yaşıllıq zolaqlarının yaradılması, yüz hektarlarla sahədə

meşəbərpa  işlərinin  aparılması  bunun  parlaq  təzahürüdür.

Bu yaşıllıqların fonunda muxtar respublikamızda həyata ke-

çirilən misilsiz tikinti-quruculuq işləri daha füsunkar və diq-

qətçəkici  görünür.  Təqdirəlayiq  haldır  ki,  tikilib  istifadəyə

verilən hər bir obyektin həyətində, ətrafında geniş abadlıq və

yaşıllaşdırma tədbirləri görülür. Bu isə regionumuzda yaşıl-

laşdırma işlərini quruculuq tədbirlərinin tərkib hissəsi kimi

səciyyələndirməyə əsas verir.

    Ticarət, məişət və digər xidmət sahələrində istehlakçıların hüquqlarının müdafiəsi

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və is-

tehlakçıların hüquqlarının müdafiəsi şöbəsi tərəfindən təmin edilir. Muxtar respublika

ərazisində  ərzaq  mallarının  pərakəndə  satışını  həyata  keçirən  ticarət  və  xidmət  ob-

yektlərində istehlak etdiyiniz hər hansı bir ərzaq məhsulunun satışı və xidmət zamanı

hüquqlarınız  pozulduğu  halda  Naxçıvan  Muxtar  Respublikası  İqtisadi  İnkişaf

Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin

(036) 545-96-91, (036) 545-75-38 nömrəli telefonlarına zəng vura bilərsiniz.

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 

mətbuat xidməti

4

İtmişdir

Alməmmədov  Qiyamət  Salamat  oğlunun  adına  olan

“Qartal” kooperativinin sənədləri itdiyindən etibarsız sayılır.

*   *   *

Babək  rayonunun  Payız  kənd  sakini  Qasımov  Fuad

Nur əli oğlunun adına verilmiş MV 023077 nömrəli Azər-

baycan Respublikası Müharibə Veteranının vəsiqəsi itdiyin-

dən etibarsız sayılır



Allah rəhmət eləsin

Məhəmməd Həsənov ailəsi ilə birlikdə Vəfa və Sədaqət 

Əsgərovalara, anaları

ƏMMƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Şüa-diaqnostika

şöbəsinin müdiri Qoçəli Dünyamalıyev professor Bahadur 

Baxşıyevə, əzizi akademik

RƏHİM RƏHİMOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə

başsağlığı verir.

Naxçıvan Müəllimlər İnstitutunun rektorluğu və institutun 

kollektivi iş yoldaşları Həsənalı Eyvazlıya, qardaşı

SƏFƏRALININ

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə 

başsağlığı verirlər.

Kəngərli Rayon Elektrik Şəbəkəsinin direktoru İsmixan 

Nağıyev və şəbəkənin  kollektivi iş yoldaşları Famil Həsənova,

qardaşı


KAMİLİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə 

başsağlığı verirlər.

Biləv Su Elektrik Stansiyasının direktoru Sahib Zeynalov və 

stansiyanın kollektivi iş yoldaşları Xaqani Cəfərova, atası

ZAMAN CƏFƏROVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə 

başsağlığı verirlər.

    

Ölkəmizin paytaxtında fəaliyyət gös-

tərən yüksək ixtisaslı həkim briqadalarının

dəvət  olunaraq  muxtar  respublikamıza

gətirilməsi və aztəminatlı ailələrdən olan

xəstələrin başqa ünvanlara üz tutmadan

müayinəsinin  və  cərrahiyyə  əməliyyat-

larının təşkili artıq ənənə halını almışdır.

Təkcə ötən yarımil ərzində Azərbaycan

Respublikası Səhiyyə Nazirliyi Mərkəzi

Neftçilər  Xəstəxanasının  İntervension

kardiologiya şöbəsinin müdiri, tibb üzrə

fəlsəfə doktoru Abbasəli Abbasəliyev tə-

rəfindən Naxçıvan Diaqnostika-Müalicə

Mərkəzində  53  xəstə  üzərində  angio -

qrafiya əməliyyatı aparılmış və 16 stend

qoyulmuş,  Kardiocərrahiyyə  şöbəsinin

həkim briqadası 28 açıq ürək əməliyyatı,

5  periferik  damar  əməliyyatı  olmaqla,

33 nəfərdə əməliyyat, 10 nəfərdə angio -

qrafiya manipulyasiyası aparmışdır.

    Naxçıvan Diaqnostika-Müalicə Mər-

kəzində ürək-damar xəstəliklərində tətbiq

edilən bütün müasir cərrahi əməliyyatların

müvəffəqiyyətlə həyata keçirilməsi üçün

lazımi  şərait  yaradıldığından  müayinə

və müalicə işinin səmərəliliyi get-gedə

artır. Cərrahi müdaxilələr peşəkar mütə-

xəssislər tərəfindən və ən yeni avadan-

lıqlarla təchiz edilmiş əməliyyatxanalarda

aparılır.  Əməliyyatların  aparılmasında

Mərkəzi Neftçilər Xəstəxanası Kardioloji

Mərkəzinin  həkim  briqadasının  böyük

rolu  vardır.  Mərkəz  ilə  əməkdaşlığın

başlandığı 2007-ci ildən bəri anadangəlmə

və sonradan qazanılan ürək qüsurları ilə

bağlı 390 xəstə üzərində cərrahi əməliy-

yatlar aparılmış, 200 xəstəyə stend qo-

yulmuş,  minə  yaxın  xəstəyə  isə  angio -

qrafiya  və  angioplastika  kimi  müayinə

və müalicə üsulları tətbiq olunmuşdur.

     Növbəti səfər isə bu il iyulun 1-dən 8-

dək  davam  etmişdir.  Həmin  müddətdə

Kardioloji  Mərkəzin  rəhbəri,  ürək  və

damar cərrahı Rəşad Mahmudovun başçılıq

etdiyi  26  nəfərlik  əməliyyat  briqadası

Naxçıvan  Diaqnostika-Müalicə  Mərkə-

zində ürəyin işemik xəstəliyi, qazanılmış

ürək qüsurları, anadangəlmə ürək qüsurları,

aorta  və  digər  arteriyaların  xəstə likləri

kimi  mürəkkəb  cərrahi  əməliyyatların

uğurla aparılmasına nail olmuşdur. Səfər

çərçivəsində 16 kardiovaskulyar cərrahi

əməliyyat aparılmışdır. Ən çox isə aorta

şuntlama  əməliyyatı  həyata  keçirilmiş,

77 yaşında xəstəyə aortik bioprotez qapaq

qoyulmuş və eyni zamanda aortokoronar

şuntlama əməliyyatı icra olunmuşdur.

    Anadangəlmə ürək qüsurlu 4 uşaq üzə-

rində (1,3-2 yaş) aparılan açıq ürək əmə-

liyyatı da uğurla başa çatdırılmış, 1 xəstəyə

isə aortal qapaq qoyulmuşdur. Xəstələrdən

üç nəfəri artıq tam sağalma ilə evə bura-

xılmışdır.  Digərləri  isə  hazırda  həkim

müşahidəsi altındadırlar. Əməliyyatlarla

yanaşı, kardioloji ambulator müayinə və

müalicələr də aparılmış, 200 xəstədə exo-

kardioqrafiya,  9  xəstə  üzərində  angio -

qrafiya müayinəsi həyata keçirilmiş, onlara

tibbi məsləhət və tövsiyələr verilmişdir.

     Aksiya çərçivəsində yerli həkimlər bü-

tün cərrahi əməliyyatlarda iştirak etmişlər.

Kardiovaskulyar cərrah İntiqam Fətullayev

aparılan cərrahi əməliyyatlarda birinci as-

sistent kimi iştirak etmiş, kardioanestezioloq

Şahin  Mazanov,  tibb  bacılarından  Jalə

Kərimova, Laçın Səfərova, Gülnar Məm-

mədova,  Zeynəb  Hənifəyeva  və  Ləman

Hüseynova əməliyyatların fəal iştirakçıları

olmuşlar.  Məqsəd  ondan  ibarətdir  ki,

yüksək şəraitə malik olan Naxçıvan Di-

aqnostika-Müalicə Mərkəzində yerli hə-

kimlərin  sərbəst  surətdə  açıq  ürək  əmə-

liyyatları apara bilmələrinə nail olunsun.

Bunun üçün bir neçə ildir ki, naxçıvanlı

həkimlər Bakıda təşkil olunan kurslarda

iştirak  edir, Türkiyə  Respublikasının  ta-

nınmış  səhiyyə  müəssisələrində  təcrübə

qazanırlar. Bütün bunlar tezliklə yerli hə-

kimlərin açıq ürək əməliyyatları aparma-

larına imkan verəcəkdir.

              



Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin

mətbuat xidməti

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində növbəti açıq

ürək əməliyyatları: yekunlar, nəticələr

    Bu il ölkəmizdə Ramazan ayının 10 iyul

çərşənbə günündən etibarən başlandığı haq-

qında fitva verilmişdir. 

  Oruc  həzrəti  Adəm  Peyğəmbərdən  bəri

bütün peyğəmbərlərə və onların ümmətlərinə

vacib buyurulmuş ibadətdir. Məsələn, həzrəti

Nuh Peyğəmbər bayram günlərindən başqa,

bütün il boyu, həzrəti Davud Peyğəmbər gün -

aşırı oruc tutarmışlar. Oruc tutmaq haqqında

müqəddəs kitab “Qurani-Kərim”də bildirilir:

“Ey  iman  gətirənlər!  Oruc  tutmaq  sizdən

əvvəlki  ümmətlərə  vacib  edildiyi  kimi,  sizə

də vacib edildi ki, (bunun vasitəsilə) siz pis

əməllərdən çəkinəsiniz!” (“Əl-Bəqərə”, 183).

    Orucluq  barədə  Tövratda  bildirilmiş,  tu-

tulması vacib sayılmışdır. 

İslam dinində oruc

İ

slam dinində hər ibadətin ayrı bir dəyəri,

mənası və hikməti vardır. Oruc tutmaq

İslam dininin əsas şərtlərindən biridir. Namaz

qılmaq insanı pis əməllərdən uzaqlaşdıran bir

ibadət kimi, oruc tutmaq isə Allahdan qorxmaq

və ya təqva sahibi olmaq üçün əmr edilmişdir.

Həzrəti  Məhəmməd  Peyğəmbər  orucluq  və

Ramazan  ayı  haqqında  belə  buyurmuşdur:

“Oruc bir qalxandır, ona görə oruclu kimsə

özünü bilib pis söz deməkdən çəkinsin; əgər

onunla çəkişib dava etmək istəyən biri olarsa,

iki dəfə “mən orucluyam” desin”; “Ramazan

ayı gələndə cənnətin qapıları açılar”.

    Bu ibadət müsəlmanlara Uca Yaradan tə-

rəfindən  hicrətin  ikinci  ilinin  Şaban  ayının

on üçündə bəxş edilmişdir. Ramazana bəzən

orucluq ayı mənasını verən “Şəhri-sıyam” da

deyirlər. Ərəb mənşəli “Savm” sözü (cəmdə

işləndikdə “Sıyam”) Azərbaycan dilində “nəfsə

hakim olmaq” mənasına uyğun gəlir. 

    İnsanları  pis  əməllərdən  çəkindirən  oruc

ibadətinin bu ayda fərz olaraq yerinə yetirilməsi

“Qurani-Kərim”də  də  buyurulmuşdur:  “İn-

sanlara  doğru  yolu  göstərən,  bu  yolu  açıq

dəlilləri ilə aydınlaşdıran və haqqı batildən

ayıran “Quran” Ramazan ayında nazil edil-

mişdir. Aya (Ramazan ayına) yetişən şəxslər

(bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə

olanlar  isə  tutmadığı  günlərin  sayı  qədər

başqa günlərdə tutsunlar...” (Əl-Bəqərə, 185).

    Allah rəsulu da hədislərində Ramazan oru-

cunun  faydalarından  bəhs  edərək  demişdir:

“Kim inanaraq və mükafatını Allahdan is-

təyərək  Ramazan  orucunu  tutarsa,  keçmiş

günahları bağışlanar”.

    Oruc ibadətinin həm mənəvi, həm də sağ-

lamlıq baxımından faydaları çoxdur. Bu iba-

dətin fəzilətlərindən biri insanlarda mərhəmət

və  xeyirxahlıq  hisslərini  gücləndirməsidir.

Belə  ki,  ömrü  boyu  çətinliyin  nə  olduğunu

bilməyən  zənginlər  kasıbların  halını  anlaya

bilməzlər. Lakin həmin insanlar oruc tutmaqla

aclığın nə olduğunu başa düşərək yoxsulların

əziyyətlərini hiss edər və qəlbində şəfqət duy-

ğuları yaranar. Nəticədə, onlara kömək edərək

sıxıntılardan qurtarmağa çalışarlar.

     Orucluq həm də insanlara nemətlərin dəyərini

öyrədir. Çünki insan sahib olduğunun dəyərini

onu  itirdikdən  sonra  bilir.  Oruc  tutmaqla  bir

müddət dünya nemətlərindən uzaq olan şəxs

yenidən  onları  əldə  etdikdə  sevinər,  həm  də

Allaha şükür etməyi öyrənər. Bu ayin həm də

insanları sağlamlaşdırır. Çünki on bir ay ərzində

çalışan insan orqanizmi orucluq vaxtı dincəl-

dikdən  sonra  funksiyasını  daha  rahat  yerinə

yetirir.  Bununla  bağlı  Allahın  elçisi  həzrəti

Məhəmməd Peyğəmbərin belə bir hədisi var:

“Oruc tutun ki, sağlam olasınız”.

    Müasir tibb elmi də oruc tutmağın fayda-

larını  təsdiqləmişdir.  Fransız  alimi,  Nobel

mükafatı  qazanmış Aleksi  Karel  məsələ  ilə

bağlı fikrini belə bildirmişdir: “Orucluq müd-

dətində orqanizmdə yığılmış qida maddələri

sərf olunur, sonra isə onların yerinə yeniləri

gəlir və vücudda təzələnmə baş verir. Bu isə

orqanizm üçün olduqca faydalıdır”. 

    Oruc tutmaq insanlara səbirli və dözümlü

olmağı öyrədir. Ay ərzində yemək-içməkdən

və  digər  ehtiyaclarından  imtina  edən  insan

sonralar qarşısına çıxan əziyyətlərə qatlaşır.

Həddi-buluğa  çatmış,  ağlı  yerində  olan  hər

müsəlmana oruc tutmaq vacibdir. Üzrsüz sə-

bəbdən oruc tutmamaq günahdır və kəffarəsi

vardır. Kəffarə bir gün bilərəkdən tutulmamış

oruca görə iki ay ardıcıl oruc tutmaqdır. Oruc

tuta bilməyən şəxslər isə Ramazanın hər günü

üçün bir imkansızı doyurmalıdırlar.

    Bəzi üzrlü səbəblər vardır ki, oruc tutulmaya

bilər,  yaxud  tutulmuş  orucu  pozmaq  olar:

xəstəlik, səfərə çıxmaq, məcburiyyət, insanı

bihuş edən şiddətli aclıq, susuzluq, hamiləlik

və ya uşağa südvermə dövrü. Lakin bu sada-

lananlar bitdikdən sonra tutulmayan orucluq

günlərinin sayı bərabərində oruc tutulmalıdır. 

    Orucun niyyət edilməsi zəruridir. Niyyətsiz

oruc məqbul deyildir. Ramazan orucuna ax-

şamdan  sübh  vaxtınadək  niyyət  edilməlidir

(bəzi  alimlərə  görə,  əgər  unudularsa,  gün -

ortayadək də niyyət etmək olar).

    Obaşdanlığa (orucluq başlayan sübh vaxtı)

qalxmaq  şərtdir. Amma  ola  bilər  ki,  bir  ay

boyunca kimsə bir və ya iki dəfə obaşdanlığa

qalxa bilməsin. Amma bunun davamı məqbul

deyildir.  Bu  barədə  Məhəmməd  Peyğəmbər

belə  buyurmuşdur:  “Obaşdanlığa  qalxın,  o



vaxt  oyaq  olun,  çünki  o  zamanda  bərəkət

vardır”. 

    Ramazan ayı bəzən 29, bəzən də 30 gün

olur.  Ay  29  gün  davam  edəndə  də  orucluq

tam hesab edilir. Çünki vacib olan ayı bütün-

lüklə oruclu keçirməkdir. Necə ki, Məhəmməd

Peyğəmbər səllallahü-əleyhi və səlləm doqquz

Ramazan  orucu  tutmuş,  onların  dördü  29,

beşi isə 30 gün davam etmişdir. 



Kimlərə oruc tutmaq vacib 

deyildir?

D

örd təbəqədən olan adamlar oruc tut-

maya  bilərlər;  onlar  həm  qəza  oru-

cundan, həm də kəffarədən azaddırlar: 

    – Həddi-buluğa çatmamış uşaqlar

    – Psixi cəhətdən qeyri-normal şəxslər

    – Qocalıb əldən düşmüş şəxslər 

    – Aclıq və susuzluğa heç cür tab etməyən

daimi xəstələr. 

    Digər dörd təbəqədən olan şəxslər isə Ra-

mazan  ayında  oruc  tutmaya  bilərlər;  bunun

üçün onlara kəffarə də düşmür, sadəcə olaraq,

itirdikləri hər gün əvəzinə bir gün qəza orucu

onlara vacibdir: 

    – Hamilə  qadınlar.  Onlar  itirdikləri  hər

günün əvəzində ehtiyaclılara 750 qram yemək

verməli, ana olduqdan sonra isə qəza oruc-

larını tutmalıdırlar.

    – Körpəsinə  süd  verən  qa dın  (əgər  oruc

tutduğu  təqdirdə  südünün  kəsiləcəyindən

qorxar sa). Onlar da hər gün üçün 750 qram

ehsan  etməli,  südvermə  müd də ti  bitdikdən

sonra qəza orucu tutmalıdırlar. 

    – Qadınlar paklıq vəziyyətləri pozulduğu

günlərdə oruc tutmamalı, lakin sonra mütləq

qəza  etməlidirlər  (hər  gün  müqabilində  bir

gün hesabı ilə). 

    – Ramazan ayında müvəqqəti xəstələnmiş

şəxslərin səhhətinə oruc tutmaq təhlükə törə-

dirsə, xəstə olduqları günlərdə orucdan azad-

dırlar.  Əgər  gələn  ilin  Ramazan  ayına  kimi

sağalsalar, mütləq qəza orucu tutmalıdırlar.

Əgər gələn ilə kimi sağalmasalar, qəza orucu

vacib olmaz, yalnız hər gün üçün 750 qram

ehsan etmələri kifayətdir. 

    – Səfərdə  olan  şəxs  Vətənə  dönənə  kimi

oruc tutmaya bilər. Amma qayıdandan sonra

mütləq qəza etməlidir (hər gün üçün bir gün

hesabı ilə). 

    Hər kəs oruc tutduğunu unudaraq, yaxud

özü istəmədən (qeyri-iradi) orucu pozan əməli

yerinə yetirsə, orucu yenə düzgün sayılır və

öhdəsinə  heç  bir  günah  düşmür.  Məsələn,

insan körpüdən keçərkən sürüşüb çaya yıxılsa

və  başı  suya  batsa,  yaxud  xəstələnib  qussa,

yaxud  da  oruc  tutduğunu  unudub  su  içsə,

orucu pozulmaz. O, gərək günün qalan his-

səsində də orucuna davam etsin və gələcəkdə

daha da diqqətli olsun.

    Qeyd olunduğu kimi, oruc tutmağın məq-

sədi dini mükəlləfiyyəti icra etməklə Allahın

əmrlərindən birini yerinə yetirməkdir. Bununla

yanaşı,  orucun  əxlaqi  və  ictimai  baxımdan

da müəyyən faydası və hikməti vardır.



    Əziz  müsəlman  bacı  və  qardaşlarımız!

Sizi  müqəddəs  Ramazan  ayının  başlaması

münasibətilə təbrik edirik. Allah ibadətlərinizi

qəbul etsin! Amin.

Naxçıvan Muxtar Respublikası 

Dini Qurumlarla İş üzrə İdarəsi

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Səbuhi Hüseynov

Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və

“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur

.

Tiraj: 3940. Sifariş № 643

Baş redaktor:

TURAL SƏFƏROV

On bir ayın sultanı

“R

amazan” Ay təqviminə görə (Aya görə hesablanan), doqquzuncu ayın adıdır.

Ramazan ayının İslam dinində ayrıca yeri vardır. Çünki ən mükəmməl din

olan İslamın carçısı həzrəti Məhəmmədə peyğəmbərlik bu ayda verilməklə İslamın ya-

yılmasına  və  müqəddəs  kitabımız  “Quran”ın  bu  ayda  endirilməsinə  başlanmışdır.

“Quran”da  min  aydan  daha  xeyirli  olduğu  bildirilən  “Qədir  gecəsi”  bu  ay  içindədir.

Bundan başqa, İslamın vacib ibadətlərindən olan oruc da bu ayda tutulur. Bu səbəbdən

Ramazan ayı müsəlmanlar üçün ən müqəddəs aydır və ona “On bir ayın sultanı” deyilir.

Yüklə 192,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin