• Animasiya nə deməkdi?


Bir əsrlik animasiya tarixi



Yüklə 303,59 Kb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü303,59 Kb.
#39589
1   2   3   4   5   6
Animasiya

Bir əsrlik animasiya tarixi

 

Azərbaycanda animasiya filmlərinin bir əsrə yaxın yaranma tarixi var. Belə ki, 1933-cü ildə “Azərbaycanfilm” studiyası “Lökbatan” və “Neft simfoniyası” sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə edib. Bundan sonra Azərbaycan xalq nağılları mövzusunda ssenarisini A.Papovun yazdığı “Abbasın bədbəxtliyi” adlı animasiya filmi çəkilib.



1969-cu ildə isə "Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmi istehsal olunub. 1970-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq, 1980-ci illərdə isə kinostudiyada 38 adda cizgi filmi istehsal edilib. Bunlardan “Meşəyə insan gəlir”, “Sehirli ağac”, “Balaca çoban”, “Cücələrim” və digərləri applikasiya üsulu ilə çəkilib.

1990-cı ildə isə “Azanfilm” (Azərbaycan animasiya filmləri) Yaradıcılıq-İstehsalat Birliyi yaradılır. Həmin illərdə “Azanfilm” adı altında 19 cizgi filmi çəkilib. Bunların arasında “Bir dəfə haradasa...”, “İthaf”, “Oda”, “Səkrəyin dastanı” kimi ekran əsərləri var.

Amma müşahidələrə əsasən söyləmək olar ki, hazırda televiziya kanallarında yeni milli animasiya filmlərinin nümayişi yox dərəcəsindədir...

 


Yüklə 303,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin