• Dərs cədvəlləri



Yüklə 91,11 Kb.
tarix02.12.2016
ölçüsü91,11 Kb.
#635
ADPU-nun Fizika fakültəsinin «Elektrik və Optika» kafedrası

tarixi, strukturu, əməkdaşlar, elmi fəaliyyət, tədris işi...


• Əlaqə
• Əməkdaşlar
• Tarix
• Stuktur
• Statistika
• Elmi fəaliyyət
• Tədris işi
• Xarici əlaqələr
• Dərs cədvəlləri
• Elmi məqalələr

Əlaqə


Ünvan:

Telefon:


Faks:

WEB:

Əməkdaşlar


http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/cahangir_islam_huseynov.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/mirzeli_ismayil_murquzov.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/vaqif_ibad_nesirov.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/iltifat_shabaneli_dadashov.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/rena_feyzulla_memmedova.jpg

Cahangir İslam oğlu Hüseynov
(kaf.m., dos., f.f.d)

Mirzəli İsmayıl oğlu Murğuzov
(prof., f.e.d.)

Vaqif İbad oğlu Nəsirov
(prof., f.e.d.)

İltifad Şabanəli oğlu Dadaşov
(dos., f.f.d.)

Rəna Feyzulla qızı Məmmədova
(dos., f.f.d.)

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/sherif_saleh_ismayilov.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/eliqulu_nagi_quliyev.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/aydin_seferbey_elekberov.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/xatire_agakerim_adgozelova.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/celal_mirali_seferov.jpg

Şərif Saleh oğlu İsmayılov
(dos., f.f.d.)

Əliqulu Nağı oğlu Quliyev
(dos., f.f.d.)

Aydın Səfərbəy oğlu Ələkbərov
(dos., f.f.d.)

Xatirə Ağakərim qızı Adıgözəlova
(dos., f.f.d.)

Cəlal Mirəli oğlu Səfərov
(b/m., f.f.d.)

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/agaxelil_elesger_eliyev.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/oktay_mayil_hesenov.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/israil_musa_memmedov.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/tapdiq_aslan_ceferov.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/boyukxanim_hesen_hesenova.jpg

Ağaxəlil Ələsgər oğlu Əliyev
(b/m., f.f.d.)

Oktay Mayıl oğlu Həsənov
(m., f.f.d.)

İsrail Musa oğlu Məmmədov

(m.)


Tapdıq Aslan oğlu Cəfərov
(m.)

Böyükxanım Həsən qızı Həsənova
(lab.m.)

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/tura_mixayilovna_aydinova.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/aybeniz_guloglan_rzayeva.jpg

http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/gozel_ulduz_haciyeva.jpg



http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/cv/razim_baba_bayramov.jpg

Tura Mixayılovna Aydınova
(lab.m.)

Aybəniz Güloğlan qızı Rzayeva

Gözəl Ulduz qızı Hacıyeva

Nübar Bayram qızı Nadirova

Razim Baba oğlu Bayramov














Gülər Əlican qızı Qaraşova

(b/lab.)


Məlahət Əvəz qızı Abbasova












Tarixi


Azərbaycan Dövlət Pedaqoji Universtetinin Elektrik və optika kafedrası 1976-cı ildən müstəqil fəaliyyət göstərir. Kafedraya 1982-ci ilə qədər dosent A.Məmmədov və professor K. Məmmədov, 1982-ci ildən 2012-ci il may ayına qədər professor Mirzəli Murquzov rəhbərlik etmişdir. Hal hazırda kafedra müdiri dos. Cahagir İslam oğlu Hüseynovdur.

Kafedranın inkişafında prof. K.Məmmədov, prof. Ə.Rüstəmov, prof.B.Quliyev, prof. Q.Səfərəliyev, prof. B.Haqverdiyev, prof. M.Əliyev, dos. M.Xəlilov, dos.X.Xəlilov, dos.V. Nağıyev, dos.V.Yusifov, Y.Yusifov və başqalarının səmərəli xidmətləri olmuşdur.



http://adpu.loc/gen/html/azl/fakulte/fizika_fakultesi/image/elektrik_ve_optika_kafedrasinin_emekdashlari.jpg

Strukturu


Kafedranın nəzdində aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

  • Elektrik və maqnetizm;

  • Optika;

  • Атом və nüvə fizikası;

  • Yarımkeçiricilər fizikası və fiziki elektronika;

  • Radiofizika;

  • Rentgenquruluş təhlil;

  • Nadir torpaq metalları materialları fizikası.

Elektrik və maqnetizm laboratoriyası


Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. Ampermetrin dərəcələnməsi

  2. Voltmetrin dərəcələnməsi

  3. Mənbəyin e.h.q.-si və daxili müqavimətinin məlum müqavimətə görə təyini

  4. Xarici müqavimətdən asılı olaraq mənbəyin gücünün və f.i.ə.-nın təyini

  5. Potensial düşküsünə görə müqavimətin təyini

  6. Uitson körpüsü vasitəsilə müqavimətin təyini

  7. Metalların müqavimətinin temperatur asılılığının təyini

  8. Misin elektrokimyəvi ekvivalentinin və Faradey ədədinin təyini

  9. Yarimkeçiricilərin müqavimətinin temperatur asılılığının təyini

  10. Termoelektron emissiya qanunlarının yoxlanılması və elektronunn çıxış işinin təyini

  11. Termocütün dərəcələnməsi və termo e.h.q.-nin təyini

  12. Elektrik enerjisinin istilik ekvivalentinin təyini

  13. Yerin maqnit sahəsinin üfüqi toplananının tangens qalvanometri vasitəsilə təyini

  14. Solenoidin oxu boyunca maqnit sahəsi intensivliyinin təyini

  15. Dəyişən cərəyan dövrəsində kondensatorun tutumunun təyini

  16. Özü-özünə induksiya əmsalının təyini

  17. Dəyişən cərəyan dövrəsi üçün Om qanununun yoxlanılması

  18. Dəyişən cərəyan dövrəsində ayrilan gücün və gərginliklə cərəyan arasındakı faza sürüşməsinin təyini

  19. Transformatorun trasformasiya və f.i.ə.-nın təyini

  20. Sönən elektromaqnit rəqslərinin öyrənilməsi 

  21. Dia- və paramaqnetiklərin maqnit nüfuzluğunun təyini

  22. Sarğacın induktivliyinin təyini 

  23. Elektron osilloqrafının işinin öyrənilməsi 

  24. Elektronun xüsusi yükünün maqnetron üsulu ilə təyini

Optika laboratoriyası


Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  1. Lampanın işiq şiddətinin fotometrlə təyini

  2. Elektrik lampasının xüsusi gücünün təyini

  3. Fotoelementin həssaslığının təyini

  4. Tərs kvadratlar qanununun yoxlanılması

  5. Çökük güzgünün baş fokus məsafəsinin təyini

  6. Toplayıci linzanin baş fokus məsafəsinin təyini

  7. Səpici linzanın baş fokus məsafəsinin təyini

  8. Linzalarda xromatik aberrasiyanın tədqiqi

  9. Sferometr vasitəsilə linzanın əyrilik radiusunun təyini

  10. Baxış borusunun böyütməsinin təyini

  11. Mikroskopun böyütməsinin təyini

  12. Mikroskop vasitəsilə şüşənin sındırma əmsalının təyini

  13. Mayelərin sındırma əmsalının Abbe refraktometri vasitəsilə təyini

  14. Molekulların xətti  refraktometr vasitəsilə   təyini

  15. Şüşənin, prizmanın sındırma əmsalının spektrometr vasitəsilə təyini

  16. Nyuton halqaları vasitəsilə işığın dalğa uzunluğunun təyini

  17. Dfraksiya qəfəsi vasitəsilə işığın dalğa uzunluğunun təyini

  18. Malyus qanununun yoxlanılması

  19. Dairəvi polyarimetrlə optik aktiv məhlulların dönmə bucağının təyini

  20. Polyarimetrlə şəkər məhlullarının konsentrasiyasının təyini

  21. Şüşənin prizmanın dispersiyasının spektrometr vasitəsilə təyini

  22. Fotoelektrik kolorimetri vasitəsilə məhlullarının konsentrasiyasının təyini

Атом və nüvə fizikası laboratoriyası


Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  • Xarici fotoeffektin öyrənilməsi

    • Fotoelementin volt-amper xarakteristikasınin çıxarılması

    • Fotoelementin lüks-amper xarakteristikasınin çıxarılması

    • Fotoelementin spektral xarakteristikasınin çıxarılması

    • Plank sabiti və çıxış işinin təyini

  • Mütləq qara cismin şüalanma qanunlarının öyrənilməsi

    • Optik pirometrin iş prinsipinin öyrənilməsi

    • Stefan-Bolsman qanununun yoxlanılması

    • Vinin yerdəyişmə qanununun yoxlanılması

  • Hidrogen atomu spektrində spektral qanunauyğunluqların öyrənilməsi

    • УМ-2monoxromatorunun dərəcələnməsi

    • Hidrogenin şüalanma spektrinin tədqiqi

    • Ridberq sabitinin təyini

    • Hidrogen atomunun enerji səviyyəsinin hesablanması

  • Frank və Hers təcrübəsi

    • ЛМ-2 lampasının statik tor xarakteristikasınin çıxarılması

    • ЛМ-2 lampasının dinamik tor xarakteristikasınin çıxarılması

  • Elektronun xüsusi yükünün maqnetron üsulu ilə təyini

  • Lazer şüalarının fiziki xassələrinin öyrənilməsi

    • Lazer işığının dalğa uzunluğunun difraksiya qəfəsi vasitəsi ilə təyini

    • Lazer şüalarının enerjisinin təyini

    • Lazer şüalarının dağılma dərəcəsinin təyini

  • Kristallarda işığın udulmasının öyrənilməsi

Yarımkeçiricilər fizikası və fiziki elektronika laboratoriyası


Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

Yaımkeçiricilər fizikası

  • Yarımkeçirici materiallarda köcürmə hadisələrinin tədqiqi

    • Yarımkeçirici materialların xüsusi elektrikkeçiriciliyinin temperatur asılılığının tədqiqi

    • Yarımkeçirici materialların Holl əmsalının temperatur asılılığının tədqiqi

    • Yarımkeçiricilərdə yükdaşıyıcıların səpilmə mexanizminin araşdırılması

    • Yarımkeçirici materialların termo e.h.q-nin temperatur asılılığının tədqiqi

    • Yarımkeçiricilərdə istilikkeçiriciliyin təyini

  • Yarımkeçirici diodun volt-amper xarakteristikasının öyrənilməsi

    • Yarımkeçirici diodun VAX-nın çıxarılması

    • Yarımkeçirici diodun düzləndirmə qabiliyyətinin müşahidə edilməsi

    • Diod maddəsinin (məsələn Ge və ya Si) DE aktivləşmə enerjisinin təyini

  • Yarımkeçirici triodun-tranzistorun giriş və cıxış  xarakteristikasının öyrənilməsi

    • Ümumi baza sxemində p-n-p tip tranzistorun giriş xarakteristikasının cıxarılması

    • Ümumi baza sxemində p-n-p tip tranzistorun cıxış xarakteristikasının cıxarılması

    • Tranzistorun h-parametrlərinin hesablanması

  • Termorezistorun volt-amper xarakteristikasının və aktivləşmə enerjisinin təyini

    • Temperaturun həssaslıq əmsalının təyini

    • Termorezistorun müqavimətinin temperature asılılığının təyini

    • Termorezistorun statik volt-amper xarakteristikasının cıxarılması

  • Fotorezistorun fotokeciriciliyinin öyrənilməsi və yükdaşıyıcıların relaksasiya müddətinin təyini

    • Fotorezistorun volt-amper xarakteristikasının cıxarılması

    • Fotorezistorun lüks-amper xarakteristikasının cıxarılması

    • Yükdaşıyıcıların relaksasiya müddətinin təyini

  • Fotodiodun fotoelektrik xassələrinin öyrənilməsi

    • Fotodiodun volt-amper xarakteristikasının cıxarılması

    • Fotodiodun işıq xarakteristikasının cıxarılması

    • Fotodiodun ətalətliliyinin relaksasiya müddətinin təyini

  • İşıq diodunun volt-amper xarakteristikasının cıxarılması və Plank sabitinin təyini

    • İşıq diodunun volt-amper xarakteristikasının cıxarılması

    • Plank sabitinin işıq diodu vasitəsi ilə təyini

Fiziki elektronika

  • Elektron osilloqrafı

    • Elektron osilloqrafının quruluşu və iş prinsipi ilə tanışlıq

    • Sadə elektrik siqnallarının müşahidə edilməsi

    • Lıssaji fiqurlarının osilloqrafda müşahidə edilməsi

    • Bəzi xətti və qeyri-xətti elementlərin VAX-nın müşahidə edilməsi

  • İkielektrodlu elektron lampası

    • Vakuum diodunun anod xarakteristikasının cıxarılması

    • Optik pirometr vasitəsi ilə katodun temperaturunun təyini

    • Diodun anod xarakteristikasının dikliyinin və daxili müqavimətinin

    • Elektronun metaldan cıxış işinin hesablanması

  • Üç elektrodlu elektron lampası

    • 6C2C triodunun anod xarakteristikasının cıxarılması

    • 6C2C triodunun tor xarakteristikasının cıxarılması

    • Triodun anod və tor xarakteristikalarının xətti hissəsinə görə m-gücləndirmə əmsalını, S-dikliyini və Ri-daxili müqvimətini hesablamalı

    • Torun xarakteristikasının osilloqrafın ekranında müşahidə edilməsi

  • Neon lampası

    • Qaz (neon) lampasının volt-amper xarakteristikasının öyrənilməsi

    • Relaksasiya rəqslərinin müşahidə edilməsi və relaksasiya müddətinin hesablanması

Radiofizika laboratoriyası


Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  • Alcaq tezlikli generator

  • Standart siqnal generatorunun işi

  • Diferensiallayıcı RC dövrəsinin tədqiqi

  • Sadə xətti dövrələr-inteqrallayıcı RC dövrəsi

  • Paralel qoşulmuş rəks konturunun tədqiqi

  • Ardıcıl qoşulmuş rəqs konturunun tədqiqi

  • Birbaşa gücləndirməli sadə dedektorlu radioqəbuledici

  • Birbaşa gücləndirməli və tranzistorlu radioqəbuledici

  • Birbaşa gücləndirməli iki kaskadlı tranzistorlu qəbuledicinin tədqiqi

  • Alcaq tezlikli elektrik filtirlərinin tədqiqi

  • Yüksək tezlikli elektrik filtirlərinin tədqiq

  • Pentod lampasının tədqiqi

Rentgenquruluş təhlil laboratoriyası


Rentgenquruluş təhlili
Tədris prosesində aşağıdakı  laboratoriya işləri icra olunur:

  • ИРИС-М markalı rentgen qurğusunun iş prinsipi

  • Laueqramın alınması və tədqiqi

    • Laue metodu

    • Laueqramın alınması

    • Stereoqrafik proyeksiyalar

    • Laueqrama görə qnomostereoqrafik proyeksiyanın qurulması

  • Ovuntunun rentgenqramının alınması və onun kubik qəfəsli kristallar üçün hesablanması

    • Debay-Şerrer metodu

    • Ovuntunun rentgenqramının alınması və kub  kristal üçün hesablanması

  • İki komponentli sistemin rentgen faza təhlili

Nadir torpaq metalları materialları fizikası laboratoriyası


Laboratoriya tətbiq  xarakterli  tədqiqat  işlərini  tənzimləmək, professor-müəllim  heyəti, doktorantları, magistrləri  və  tələbələri  elmi  işə  fəal cəlb  etmək  məqsədi  ilə   Elektrik  və  optika   kafedrasının bazasında  1989-cu  ildə  yaradılmışdır. Laboratoriyada  nadir  torpaq  metallarının  iştirakı  ilə  yeni  materialların  alınması,  onların  fiziki–kimyəvi  xassələrinin  formalaşmasının  elektron  təbiəti  problem  mövzusu  üzrə  elmi-tədqiqat  işi  aparılır. Aparılan elmi-tədqiqat  işlərinin  nəticəsində  120-dən  çox  yeni  yarımkecirici  material alınmış  və onların kompleks fiziki-kimyəvi xassələri öyrənilmişdir. Bu sahə ilə bağlı 5 monoqrafiya və 100-dən çox məqalə yaxın və uzaq xaricdə nəşr olunmuş və beynəlxalq  konfranslarda məruzə edilmişdir.

Static göstəricilər


  • 14 nəfər professor-müəllim heyəti,

    • 2 nəfər elmlər doktoru, professor,

    • 7 nəfər fəlsəfə doktoru, dosent,

    • 2 nəfər fəlsəfə doktoru, baş müəllim,

    • 1 nəfər fəlsəfə doktoru müəllim,

    • 2 nəfər müəllimdən,

  • 1 nəfər 0,5 ştat əvəzçiliklə dosent

  • 7 nəfər tədris köməkçi heyət çalışır.

    • 2 nəfər laboratoriya müdri

    • 5 nəfər böyük laborantdan ibarətdir.

Elmi fəaliyyət


Elektrik və optika kafedrasının elmi işlərinin istiqaməti əsasən nadir torpaq metallarının iştirakı ilə AIVBVI(AIV=Ge, Sn, Pb; BVI=Se, Te, S) qrup birləşmələri əsasında yeni yarımkeçirici materialların alınması, optimal texnologiyanın işlənilməsi, onların fiziki-kimyəvi analizi və elektrofiziki xassələrinin tədqiqindən ibarətdir. 1980-1990-cı illərdə nadir torpaq metalları NTM aşqar kimi müxtəlif metalların möhkəmliyini, ərimə temperaturunun artırılması və s. məqsədlər üçün istifadə olunurdu. İlk dəfə prof.M.İ.Murquzov hələ Kiyevdə olarkən öz elmi işlərini NTM-nın iştirakı ilə olan yarımkeçirici materialların alınması, tədqiqi məsələsinə həsr etmişdir. O elmi işlərini NTM-nın elektron konfiqurasiyası modeli əsasında qurmuş və AIVBVI-qrup yarımkeçirici birləşmələrinin bu model əsasında bir sıra xassələrini izahını vermişdir. Azərbaycana bu sahədə olan tədqiqat işlərini ilk dəfə prof.M.İ.Murquzov gətirmiş və bu baza əsasında 1989-cu ildə Elektrik və optika kafedrası nəzdində “NTMM-nin fizikası” elmi tədqiqat laboratoriyası yaradılmışdır. Laboratoriyanın əsas elmi istiqaməti NTM-nın iştirakı ilə AIVBVI –qrup yarımkeçirici birləşmə və onların bərk məhlullarının alınması, kinetik xassələrinin və elektron quruluşunun “Elektron konfiqurasiyası modeli” əsasında elmi izahını verməklə bərabər praktik əhəmiyyət kəsb edən tərkibləri müəyyən etmək, tətbiqini tövsiyə etməkdir.

Kafedranın və elmi tədqiqat laboratoriyasının əməkdaşları Rusiya EA-nın “Radiotexnika və Elektronika”, Ukrayna EA-nın “Metalşünaslıq Problemləri” , Azərbaycan MEA-nın Fizika, Radiasiya Problemləri, Kimya Problemləri, Neft - Kimya Prosesləri İnstitutları, BDU, AzTU, ADNA və s. təşkilatlarla sıx əməkdaşlıq edir. Laboratoriyanın texniki bazası alınan yarımkeçirici matıerialların T=77-900K temperatur intervalında kinetik xassələrinin kompleks şəkildə tədqiq olunmasına imkan verir. Təcrübədən alınmış bu makroskopik parametrlər əsasında analiz aparılmış və maddələrin elektron təbiətinin formalaşmasında, istilik, qalvanomaqnit və optik xassələrinin araşdırılması əsasında praktik əhəmiyyət kəsb edən tərkiblər müəyyən olunmuşdur.

Aparılan tədqiqat işlərində üç və dördkomponentli, mürəkkəb yarımkeçirici maddələrin fiziki xassələrinin formalaşmasında bir sıra ümumi qanunauyğunluqlar müəyyən olunmuşdur. NTM-atomlarının elektron konfiqurasiyasının formalaşmasında dərində yerləşən 4f orbitasının mühüm rolu araşdırılmışdır. Aparılan təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, NTM atomları ilə daha kiçik dozalarda aşqarlanmış yarımkeçirici tərkiblərin həssaslığı daha yüksəkdir və tərkiblərə daxil edilən dozanın miqdarından asılı olaraq maddələrin fiziki xassələrini tənzimləmək mümkündür. Həmçinin 4f orbitin dolması ilə fiziki-kimyəvi xassələr arasında funksional asılılıq müəyyənləşdirilmişdir.

Bu müddət ərzində 5 nəfər elmlər doktoru və 15 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 15-müəlliflik şəhadətnaməsi alınmışdır. 120-dən çox yeni yarımkeçirici materiallar alınmış və onların kompleks: fiziki-kimyəvi və fiziki xassələri öyrənilmişdir. Bu sahədə 5 monoqrafiya və 250-dən çox məqalə və tezis nəşr olunmuşdur. Bir sıra beynəlxalq konfranslarda məruzələr edilmişdir.


Tədris işi

Tədris olunan fənlər

Bakalavr pilləsi üzrə


  1. Elektrik və maqnetizm

  2. Optika

    • Fizika müəllimliyi

  3. Atom və nüvə fizikası

    • Fizika müəllimliyi

  4. Müasir təbiətşünaslığın konsepsiyalar

    • Fizika müəllimliyi

  5. Radiofizika

    • Fizika müəllimliyi

  6. Yarımkeçiricilər fizikası

    • Fizika müəllimliyi

  7. Fiziki elektronika

    • Fizika müəllimliyi

  8. Yarımkeçirici materiallar və cihazların texnologiyası

    • Fizika müəllimliyi

  9. Ümumi fizika

    • Texnologiya müəllimliyi

    • Riyaziyyat müəllimliyi

    • İnformatika müəllimliyi

    • Kimya müəllimliyi

    • Kimya-biologiya müəllimliyi

Magistratura pilləsi üzrə


  1. Yarımkeçiricilərin optik və fotoelektrik xassələri

    • Yarımkeçiricilər fizikası

  2. Yarımkeçiricilərdə kimyəvi rabitənin növləri

    • Yarımkeçiricilər fizikası

  3. Yarımkeçiricilər fizikasının müasir problemləri

    • Yarımkeçiricilər fizikası

  4. Yarımkeçirici materialların texnologiyası

    • Yarımkeçiricilər fizikası

  5. Yarımkeçirici cihazların texnologiyası

    • Yarımkeçiricilər fizikası

  6. Yarımkeçirici çeviricilər

    • Yarımkeçiricilər fizikası

  7. Yarımkeçirici materialların və cihazların parametrlərinin təyini üsulları

    • Yarımkeçiricilər fizikası

  8. Yarımkeçiricilərdə kinetik hadisələr

    • Yarımkeçiricilər fizikası

  9. Kristalloqrafiya və yarımkeçiricilərin zona quruluşu

    • Yarımkeçiricilər fizikası

  10. Fizikanın tarixi və metodologiyası

    • Yarımkeçiricilər fizikası

  11. SF: Maddə quruluşu

    • Yarımkeçiricilər fizikası

  12. SF: Kvant kimyası

    • Yarımkeçiricilər fizikası

  13. SF: Yarımkeçiricilər nəzəriyyəsi

    • Yarımkeçiricilər fizikası

  14. SF: İfratkeçiricilər fizikası

    • Yarımkeçiricilər fizikası

  15. SF: Nanotexnologiya

    • Yarımkeçiricilər fizikası

  16. SF: Yarımkeçirici materialların tədqiqt üsulları

    • Yarımkeçiricilər fizikası

Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə fizika, riyaziyyat, kimya, mühəndis pedaqoji və bədii qrafika, biologiya fakültələrində ümumi fizika kursu üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı olaraq kafedrada TEM 03.00.06-Yarımkeçiricilər fizikası istiqaməti üzrə magistr hazırlığı həyata keçirilir.

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazirlanmış və Elmi Şurada təsdiq edilmişdir. Bütün fənlər üzrə tədris mövcud təqvim-tematik planlara uyğun olaraq aparılır. Son illər kafedrada tədris olunan fənlərin dərslik və dərs vəsaitləri ilə təmin olunması sahəsində uğurlu addımlar atılmışdır. Belə ki, kafedra əməkdaşları tərəfindən çoxlu sayda tədris vəsaitləri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir. Bunlara misal olaraq M.Murquzov “Atom fizikası” (2011), dərsliyini, M.Murquzov, C.Hüseynov, T.Cəfərov “Atom və nüvə fizikası: qısa nəzəri məlumat, suallar,məsələlər,testlər” (2010), M.Murquzov, C.Hüseynov, T.Cəfərov “Ümumi fizika kursundan məsələlər (atom və nüvə fizikası) (2005), M,Murquzov, V.Nəsirov, C.Hüseynov ”Fizika kursundan laboratoriya praktikumu (elektrik, maqnetizm, optika)” (2010), V.Yusifov “Optika” (2008), M.Murquzov, A.Ələkbərov “Atom fizikasından laboratoriya praktikumu” (2001), M.Murquzov, A.Ələkbərov, C C.Səfərov “Fiziki elektonikadan laboratoriya praktikumu” (2004), V.Nəsirov, G.Aslanlı “Elektrik və maqnetizm” (2008) dərs vəsaitlərini, V.Nəsirov “Optika” (2010), Ş.İsmayılov “Fotoelektrik effekti” (2010) və “İstilik şüalanması” (2010), V.Nəsirov,X.Adıgözəlova, O.Həsənov “Elektrik və maqnetizmdə məsələlər” (2011), M.Murquzov, A.Ələkbərov, O.Həsənov “Ümumi fizika kursu” (2012), M.Murquzov, C.Hüseynov X.Adıgözəlova “Ümumi fizikadan referat və kurs işlərinin mövzuları” (2012) metodik vəsaitlərini misal göstərmək olar.


Xarici əlaqələr


Uzun illər ərzində kafedra əməkdaşları keçmiş Sovetlər İttifaqının bir çox respublikaları və elmi mərkəzləri ilə, habelə İran, Türkiyə, Almaniya, ABŞ, Fransa, Əlcazair və başqa ölkələrin universitetləri və elmi-tədqiqat institutları ilə əlaqə saxlamış, birgə elmi-tədqiqat işləri aparmışlar.

Kafedra əməkdaşları əldə etdiyi elmi nəticələr dəfələrlə bir sıra xarici ölkələrdə, o cümlədən Rusiyada, Ukraynada, Belorusiyada, Litvada, Özbəkistanda, Gürcüstanda, Amerikada, Almaniyada, İngiltərədə, Fransada, Polşada, İranda, Türkiyəda və başqa xarici ölkələrdə keçirilən beynəlxəlq elmi konfraslarda və simpoziumlarda məruzə edilmiş və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Yüklə 91,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin