“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri



Yüklə 0,54 Mb.
səhifə44/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   ...   40   41   42   43   44   45   46   47   ...   57
referat 3390

IV. "Dualizm" nəzəriyyəsi. Yerli özünüidarəetmənin "dövlətçilik" nəzəriyyəsi özündən sonra "dualizm" nəzəriyyəsinin inkişafına səbəb oldu. Adından göründüyü kimi, bu nəzəriyyə yerli özünüidarəetmənin ikili xarakterini (bir tərəfdən dövlət funksiyalarını, digər tərəfdən isə yerli məsələləri həyata keçirdiyini) əsas tutmuşdur. Onlar yerli özünüidarəetmə orqanlarına dövlətin nəzarətini labüd sayır, bu nəzarətin yerli özünü­idarəetmə orqanlarının ümumxalq mənafelərindən kənara çıxma­maları və yerli mənafelərlə ictimai mənafeləri əlaqələndirmək üçün zəruri olduğunu irəli sürürdülər. Lakin onlar bunun sonrakı mənfi nəticələrini nəzərə alınır, yerli özünüidarəetmədə başlıca prinsip olan müstəqilliyə yaranan bu təhlükəni lazımınca qiymətləndirmirdilər. Sonralar "dualizim" nəzə­riy­yəsində bir sıra müsbət irəliləyişlər baş verdi. Onlar yerli özünü­ida­rəetmənin müstəqilliyinin bütün yerli məsələlərin həllində qoru­nub sax­lan­masını, yalnız ümumdövlət miqyaslı maraqlarda bu müs­təqilliyin məhdudlaşdırılmasını irəli sürürdülər.
V. Siyasətdənkənar bələdiyyələr" nəzəriyyəsi də təxminən "sosial rifah" nəzəriyyəsindəki fikirlərlə uyğun gəlir. Fərqli cəhət ondan ibarətdir ki, "siyasətdənkənar bələdiyyələr" nəzəriyyəsinin adından göründüyü kimi yerli özünüidarələrin siyasətlə məşğul olmasını qəti surətdə inkar edir, onların yalnız sosial xidmətlər göstərməsini məqsədəuyğun sayır­dılar. Lakin göründüyü kimi, bu nəzəriyyələrin əsas çatışmazlıqları bələ­diy­­yələrin siyasətlə məşğul olmasını məqsədəuyğun sayma­ların­dadır. Praktikada isə nəinki yerli özünüidarəetmələr, hətta adi bir fərd belə siya­sət­dən kənar hesab edilə bilməz. İctimai həyatda isə onun sub­yektləri, o cümlədən, yerli özünüidarəetmələr bu və ya digər dərəcədə siyasətə qarı­şır və ya onun daşıyıcısına çevrilir.
VI. "Sosial rifah" nəzəriyyəsi. Yuxarıda haqqında bəhs etdiyimiz nəzəriyyələri bir növ yerli özünüidarəetmənin klassik nəzəriyyələri adlan­dırmaq olar. Müasir dövrdə də yerli özünüidarəetmənin nəzəri əsaslarını aydınlaşdırmağa çalışan yeni müasir orijinal nəzəriyyələr formalaşmışdır. Bu nəzəriyyələrin formalaşması əsasən XIX əsrin sonu XX əsrin əv­vəl­lə­rin­də istehsalda və ictimai həyatda "insan" amilinin rolu ön plana çəkil­di­yi dövrlərə təsadüf edir. Tədricən belə bir fikir formalaşmağa başladı ki, mad­di və mənəvi formada nə varsa, o insana, “insanın" bir mə­nəvi, sosial-pisi­xoloji və fizioloji varlıq kimi inkişafına xidmət etməlidir. Belə bir və­ziy­yətdə insanın maddi tələbatı ilə yanaşı onun ən ali tələbləri olan sosial-mənəvi tələbatlarının ödənilməsi nəzəri fikrin araşdırma obyektinə çev­ri­lir­di. Bu prinsipdən çıxış edərək yeni nəzə­riy­yələr mey­dana gəldi ki, belə nəzəriyyələrdən olan "sosial xidmət" və "siya­sət­dən­kə­nar bələdiyyələr" yuxarıda qeyd olunan fikirlərə əsaslanır.
"Sosial rifah" nəzəriyyəsi tərəfdarları yerli özünüidarələrin funk­si­ya­larına əsasən sosial xidmətlərin (elm, təhsil və s.) həyata keçiril­mə­sin­dən ibarət olduğunu qeyd edirdilər. Lakin bu zaman yerli özü­nüidarəetmə orqanları yerli sahibkarların maraqlarına toxunmamalı, bir növ özlərini bu maraqların həyata keçirilməsində köməkçi rol oynamağa "kökləməli­dirlər".
Belə nəzəriyyələrin yaranmasında əsas məqsəd yerli özünüidarə sa­kin­lərini və işçilərini öz hüquqlarını müdafiə etməkdən belə çəkin­dirmək və son nəticədə onları mərkəzin "əl alətinə" çevirməkdən iba­rət­dir.
Yuxarıda deyilən nəzəri fikirləri ümumiləşdirərək belə nəticəyə gəl­mək olar ki, yerli özünüidarəetmə tarixin müəyyən mərhələsində dövlətlə birlikdə meydana gəlmiş, bugünkü hüquqi əlamətlərə malik olmasalar da, ibtidai demokratiya səviyyəsində fəaliyyət göstərmiş, eyni zamanda dövlətin öz səlahiyyətlərinin bir qismini onlara həvalə etməsinin və yerli sakinlərin bəzi hüquqlarından istifadəetmə imkanlarını tanımış olmasının bir nəticəsi kimi meydana gəlmişdir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin