ŞURƏDDİN MƏMMƏDLİ
filologiya elmləri doktoru, professör,
Gürcüstan Milli Akademiyasının həqiqi üzvü
GÜRCÜSTAN
AZƏRBAYCANLILARI
Gürcüstan'da Azər Türkləri məskunlaşan
İNZİBATİ-ƏRAZİ VAHİDLƏRİ
STATİSTİK-ENSİKLOPEDİK
BİLGİLƏR
--------------------------------
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 2
--------------------------------
Məmmədli Ş. B. Gürcüstan Azərbaycanlıları
Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri.
Statistik-ensiklopedik bilgilər.
Topluda Gürcüstanda azərbaycanlıların tarixi-coğrafi durumuna
nəzər salınır, çağdaş dövrə aid statistik-ensiklopedik içərikli bilgilər
inzibati-ərazi məntəqələri (əsasən kəndlər) müstəvisində diqqətə
çatdırılır.
--------------------------------
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 3
TBİLİSİ ŞƏHƏRİNDƏ. – Gürcüstanın paytaxt şəhəri.
Ərazisi: 121 kv. km. Əhalisi:
1989’da
1.095.500
nəfər,
2002’də 1.081.679 nəfər. 1936-
cı ilə qədər Tiflis adlanıb. Or-
tacala, Şeytanbazar, Tatar Mey-
danı, Xarpux, Bəzəkli hamam,
Cümə Məscidi, Təklə karvansa-
rası, Müsəlman məzarlığı, Koroğlu qayası, Saburtala,
Cırtdahan, Çaylaq, Narınqala (onun İsfahan, Təbriz bürcləri),
Gəncəqapısı, Basqallar, Şıxlı, Şahtaxtı, Seyidlər, Müctəhid,
Avcala, Nəftuluq toponimləri babalarımızın ruhunu yaşadır.
Burada 730-cu ildə məscid tikildiyi barədə bilgi var. Bir məscid
XV əsrdə Ağqoyunlu sərkərdəsi Xəlil bəy Bəktaşi tərəfindən
(Bəktaşiyə məscidi), digər məscid 1522-ci ildə Şah İsmayıl
tərəfindən (Əliyə məscidi), daha bir məscid 18-ci əsrin 20-ci
illərində osmanlılar tərəfindən inşa edilmişdi. Şah Abbas
məscidi 1949-cu ildə uçurulub. Tiflis Cümə məscidi
müsəlmanların xidmətindədir. Tiflisi dahi Nizami «Cənnət
bəzəkli gözəl torpaq», Vaqif «dünya yerinin cənnəti» vəsf
edib, Abdulla Şaiq doğma şəhəri «əlvan qanadlarını geniş
açmış tovuz quşuna» bənzədib. A. Bakıxanov, M. F. Axund-
zadə, M. Ş. Vazeh, M. C. Məmmədquluzadə, Ö.F. Nemanzadə,
H. Cavid, xanəndələr Allahverdi, Sadıq, Səttar, Bülbülcan və
başqaları burada yaşayıb-yaradıblar. Tiflisdə Azərbaycan teatrı
fəaliyət göstərib, ‘Ziya’, ‘Kəşkül’, ‘Şərqi-Rus’, ‘Molla Nəsrəd-
din’, ‘Yeni fikir’, ‘Sovet Gürcüstanı’... qəzetlərimiz, dərgilərimiz
yayınlanıb, türk pedaqoji texnikumu olub. Dövlət xadimi
diplomat Əlimərdan bəy Topçubaşov, ictimai xadim Nəriman
Nərimanov, general Axund Yusif Talıbzadə, sevimli ədib
Abdulla Şaiq, xalq artistləri Mustafa Mərdanov, Əli Qurbanov,
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 4
Möhsün Sənani, İbrahim İsfahanlı, mayestro Niyazi, Rəşid
Behbudov, akademiklər İsmayıl Hüseynov, Ələkbər Quliyev,
Məqsud Əliyev, akademiyanın müxbir üzvü İsa Kərimov, əmək
qəhrəmanı məşhur neftçi Akif Cəfərov, profesorlar Teymuraz
Cəfərli, Zemfira Verdiyeva, Dilarə Əliyeva, Elçin Məmmədov,
ictimai xadim Həsən Həsənov, jurnalist-yazar, Tiflisin Türk
kökənli toponimlərinin araşdırıcısı Mirzə Məmmədoğlu və
başqaları Tiflis doğumludurlar. Nəbatat bağındakı xiyabanda
M. F. Axundzadənin, M. Ş. Vazehin qəbrüstü abidələri, F.
Xoyskinin, H.Ağayevin büstləri, xalq artisti İ. İsfahanlının evi
qənşərində barelyefi qoyulub. Bakı küçəsi, M. Ş. Vazeh, M. F.
Axundov, İ. İsfahanlı küçələri var. Cümə Məscidi, Azərbaycan
Mədəniyət Mərkəzi, Azərbaycan Dram Teatrı, ‘Gürcüstan’
qəzeti, İlya Çavçavadze Dövlət Universitəsində Azərbaycan
şöbəsi, M. F. Axundzadənin, N. Nərimanovun, M. C. Məm-
mədquluzadənin ev-muzeyləri, 73 sayılı Azərbaycan məktəbi
və 64 sayılı məktəbin Azərbaycan bölməsi var. Burada dün-
yəvi məktəbimizin tarixi 1847–1849-cu illərdəndir. Tiflisdə
azərbaycanlıların sayı 1835-ci ildə 723 nəfər, 1876’da 2310
nəfər, 1897’də 5557 nəfər, 1902’də 6635 nəfər, 1922’də 3255
nəfər, 1939’da 5874 nəfər (1,1%), 1959’da 9560 (1,4%),
1979’da 12852 (1,2%), 1989’da 17968 (1,5%), 2002’də
33751 (1,3%) göstərilir.
RUSTAVİ ŞƏHƏRİNDƏ. – Kvemo (aşağı) Kartli diyarının
inzibati mərkəzi, respublika tabeliyində şəhər. Ərazisi: 60,6
kv.km. Əhalisi: 1989’da 183.200 nəfər, 2002’də 116.384 nə-
fər, 2008’də 135.000 nəfər. Kür çayının hər iki sahilində,
Yağlıca dağlarının quzey yamaclarında, Tbilisidən 11 kilometr
cənub-şərqdə, Tbilisi–Bakı dəmiryolunun, Tbilisi–Sınıqkörpü
avtomobil yolunun kənarında. Əzəli tarixi məxəzlərdə şəhərin
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 5
adı Vostanşəhər vəya Bostanşəhər kimi anılır. Rustavi adı
Sulxan-Saba Orbelianiyə görə, ərəb sözüdür, güney deməkdir,
Tbilisinin güneyində yerləşik olduğu səbəbiylə belə adlandırıla
bilərdi. 1944-cü ildən etibarən metallurgiya nəhənginin
tikilişilə bağlı dirçəldilib, çağdaş şəhərə çevrilib, 1948-ci ildən
şəhər statusu daşıyır. Burada azərbaycanlıların sayı: 1979’da
7.443 nəfər (5,7%), 1989’da 11.576 (7,3%), 2002’də 14.993
nəfər (4,3%). 7, 12 saylı məktəblərdə Azərbaycan bölmələri
var. Məşhurları: ictimaiyyətçilər Xələddin, Bəhram İsayev, şair
Tapdıq Yolçu vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 6
KVEMO (aşağı) KARTLİ DİYARINDA. – Ölkənin
gündoğar qismindədir. Qədim dövrlərdə buranın adı tarixi
məxəzlərdə Bördüzü, Qurdbasar çölü, orta əsrlərdə Borçalı
xanlığı,
sultanlığı, məzrəsi (qə-
zası)
şəklində
qeyd
olunur.
İndi
Kvemo
(aşağı) Kartli adıyla diyar
inzibati vahididir. İdarəsi
Rustavi
şəhərindədir.
Ərazisindən Kür, Xram,
Alget, Debed (Dəvədöy),
Maşaver və başqa çaylar
axır, Tbilisi–Bakı, Tbilisi–İrəvan magistral avtomobil yolları,
Tbilisi–Bakı, Tbilisi–İrəvan dəmiryolları keçir. Hüdudları:
şərqdən Saqareco rayonu və Azərbaycan Respublikası;
cənubdan Azərbaycan və Ermənistan; qərbdən Ninosminda
rayonu;
şimaldan
Msxeta,
Qori,
Borjom
rayonları.
Soydaşlarımızın daha çox, yığcam yaşadıqları Marneuli,
Qardaban, Bolnis, Dmanis, Tetricğaro, Zalqa rayonlarını əhatə
edir. Diyarın ərazisi: 6,5 min kv. km. Diyarın əhalisi: 2002’də
497.530 nəfər, o cümlədən azərbaycanlılar 224.606 nəfər
(45,1%). Diyarın kənd əhalisinin 62,5 faizi azərbaycanlılar,
28,4 faizi gürcülər, qalanı ermənilər, yunanlar, ruslar və
başqa millətlərin nümayəndələridir. Diyarın 348 kəndindən
147-sində elliklə soydaşlarımız məskundurlar. 2006'da diyarda
148 azərbaycandilli məktəbdə 28.743 şagird, 3332 müəllim
olub.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 7
BOLNİSİ RAYONUNDA – Ölkənin cənub-şərqində. 1917-
ci iləcən Tiflis quberniyasının
Borçalı qəzasına, 1929 ilədək
Gürcüstan SSR-in Lüksemburq
rayonuna
daxil
olmuş,
1929'dan Lüksemburq rayonu
statusu almışdı, 1947'dən Bol-
nisi rayonu adlanır. 1963–66
illərdə
Marneuli,
Dmanisi
rayonlarını da əhatələmişdi,
1966
ildə
indiki
sınırlar
daxilində
Bolnisi
rayonuna
çevrilib. Hüdudları: cənubda
Ermənistan, qərbdə Dmanisi
rayonu, şərqdə və cənub-
şərqdə
Marneuli
rayonu,
şimalda Tetricğaro rayonu. Ərazisindən Xram, Maşaver çayları
axır, avtomobil yolu, dəmiryolu keçir. Ərazisi: 804 kv. km., o
cümlədən kənd təsərrüfatına yararlı 390 kv. km. Təməl qazıntı
zənginliyi
barit,
tuf,
Madneulə
polimetal
yatağıdır.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən
üzümçülük, tərəvəzçilik, faraş kartofçuluq, heyvandarlıq təşkil
edir. Əhalisi: 1989'da 67.400 nəfər, 2002'də 74.301 nəfər
(hər kv. km.-ə 92,4 nəfər; ölkə əhalisinin 1,7 faizi). Mərkəzi:
Bolnisi şəhəri. Soydaşlarımız 1979'da 45.914 nəfər (66,9%),
1989'da 53.808 (66%), 2002'də 49.026 nəfər (kənd əhalisinin
85%-i), 2006'da 51600 nəfər. Rayon qəzeti (1990'a qədər
"Qələbə bayrağı", indi "Bolnisi") Azərbaycan dilində də nəşr
olunur. 1 şəhər, 2 qəsəbə, 11 kənd məclisi, 45 kənd var. 37
kəndin əhalisi elliklə azərbaycanlılardır. Soydaşlarımız Kvemo-
Bolnisi (Kəpənəkçi), Faxralı, Saraclı, Arıxlı, Darbaz, Qoçulu,
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 8
Abdallı, Daşdıoğullar, Dəmirli, Güləver, Qoşakilsə, Mığırlı,
Musoprian, Müşevən, Qaradaş, Qaratikan, Hasanxocalı,
İmirhəsən, Kolagir, Əsmələr, Molla-Əhmədli, Bala Muğanlı,
Bərtəkər, Cəfərli, İncəoğlu, Şəmşiöyü, Sisqala (Saalıoğlu),
Sarallar, Zol-Göyəc, Kipircik, Ağalar, Şahbuzlu kəndlərində ta-
mamilə, Qazret, Tamaris qəsəbələrində, Arakol, Akaurt,
Sənəb, Poladaur kəndlərində gürcülərlə bərabər yaşayırlar.
1990-cı illərdə azərbaycanlı kənd toponimləri başqa adlarla
əvəzlənməyə cəhd göstərilib, o cümlədən: Abdallı – Cavşa-
niani (Cavşanlı), Arakel – Zezvnar, Arıxlı – Naxidur (Anaxatır),
Bala Muğanlı – Parizi (Pəhriz), Cəfərli – Samtredo,
Daşdıoğullar – Muxran, Dəmirli – Xaxalacvar, Əsmələr –
Mcğnet, Faxralı – Talaver, Yuxarı Güləver – Cipor, Aşağı
Güləver
–
Qeta
(Gədi),
Hasanxocalı
–
Xidisqğuri
(Körpüqulağı), İmirhəsən – Savanet, İncəoğlu – Zemo-Bolnis,
Kolagir – Surtav, Qaradaş – İcri, Qoçulu – Capala, Qoşaisə –
Arkevani, Mığırlı – Vanat, Molla-Əhmədli – Xataveti,
Babakişilər (Musaprian) – Potsxveriani, Sarallar – Zvaret,
Saraçlı – Mamxut, Sisqala – Creş. 39 Azərbaycan məktəbi, o
cümlədən 13 orta, 14 təməl, 2 elementar, 10-u ibtidai məktəb
və 5830 nəfər azərbaycanlı şagird, 799 nəfər azərbaycanlı
müəllim olub.
BOLNİSİ ŞƏHƏRİNDƏ. – Maşaver çayının sol sahilində,
Tbilisidən 63 km cənub-qərbdə, Tapan dağının güneyindədir.
Yekaterinenfeld, sonra Lüksemburq, 1943-cü ildə almanlar
buradan sürgün ediləndən sonra Bolnisi adlanıb. 1967-ci
ildən şəhərdir. Buradan soydaşlarımız (742 ailə) 1990–1991-ci
illərdə qovulmuşlar. İndi az sayda (cəmi 2 ailə) azərbaycanlı
var.
ABDALLI kəndi – Maşaver çayının sol sahilində, rayon
mərkəzindən 11 km günbatarda, avtomobil yolunun
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 9
kənarında, dəniz səviyəsindən 620 m hündürlükdə. Yaxındakı
qaya üstündə qalanı Koroğlu qalası adlandırırlar. Abdallı
toponimi qədim ağ hunlar sayılan Abdal tayfasıyla əla-
qələndirilə bilər. Əhalisi: 1870'də 216 nəfər; 1918'də 253
nəfər; 1926'da 40 ailədə 232 nəfər; 2002'də 232 ailədə 829
nəfər, 2006'da 185 ailədə 800 nəfər. Məktəb 1927-ci ildə açı-
lıb. Orta məktəb (2005’də 13 sinifdə 136 şagird) fəaliyətdədir.
Məşhurları: ictimaiyətçilər Məmməd Məmmədov, İsvahan
Şamilov, maarifçi Kamal Nəbiyev vb.
AĞALAR
kəndi – Bolnisçayın
sahilində, rayon
mərkəzindən 8 km güneydədir. Əhalisi: 2002’də təxminən 100
nəfər. İbtidai məktəb (2005’də 3 sinif) fəaliyətdədir.
AYORTA (Akaurt) kəndi – Maşaver çayının sol sahilində,
rayon mərkəzindən 12 km günbatarda, dəniz səviyəsindən
720 m hündürlükdə. Yerli camaat Ayorta deyir. Bu toponim
Ağa yurdu deyimiylə, yaxud türk dillərindəki «aka» (böyük
qardaş) və yurd sözləriylə əlaqələndirilir. Yaxınlıqda 5–8-ci
əsrlərə aid iri dördkünc daşlarla hörülmüş kilsə aşkarlanıb.
Əhalisi: 1886-cı ildə 17 ailədə 110 nəfər; 1918’də 215 nəfər;
2002’də 286 ailədə 1174 nəfər, 2006'da 260 ailədə 1073
nəfər. Məktəb 1922’də yaradılıb. Təməl (doqquzillik) məktəbi
(2005’də 11 sinifdə 144 şagird) fəaliyətdədir. Məşhurları:
alim, Gürcüstanda Azərbaycandilli mətbuatı tədqiqləyən
Razim Məmmədli, veteran müəllimlər Əli Məmmədov, Nofəl
Məmmədov, hüquq-mühafizə işçiləri Abdulla Məmmədov, Hacı
Məmmədov,
ictimaiyətçilər
Vaqif
Mustafayev,
Veysəl
Məmmədov vb.
ARAKOL kəndi – Gədi çayının sol sahilində, rayon
mərkəzindən 14 km günbatarda, dəniz səviyəsindən 710 m
hündürlükdə. Əhalisi: 1870’də 6 ailədə 40 nəfər; 1918’də 176
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 10
nəfər; 2002’də 450, 2006'da 201 ailədə 726 nəfər nəfər
azərbaycanlı. Elementar məktəb var. Məşhurları: aşıq
Müslüm, alim Vaqif İsrafilov, həkim Şaliko, Bayram, Həndəm
Həndəmov vb.
ARIXLI kəndi – Xram çayının sağ sahilində, Marneuli–
Bolnisi avtomobil yolunun kənarında, rayon mərkəzindən 15
km gündoğarda, dəniz səviyəsindən 420 m hündürlükdə.
Toponimika mütəxəssislərinin izahatına görə, Oğuzun vəziri
Ata Erkilin, qıpçaqların Arıq tayfasının, Orta Asiyada qıpçaq
qaraqalpaqlarda indi də mövcud olan Arıq qövmünün adını
əks etdirə bilər. (Xatırladaq ki, 16-cı əsrdə salnaməçi
Şəmsəddin Bitlisi Gürcüstanda Arux tayfası haqqında danışıb).
Yaxında bir neçə arxeoloji məskən aşkarlanıb. Eramızdan
əvvəl 5–4-cü minilləri əhatələyən məskəndə tökmə palçıqdan
dairəvi möhrədamlar, maralın şaxəli buynuzundan naxışlı alət,
çınqıldan günəşə, aya bənzər biçimdə qadın-ana başı
heykəlciyi, gildən öküz heykəlciyi, eramızdan əvvəl 3-cü
minildə yayılmış Kür–Araz arxeoloji mədəniyətinə aid məs-
kəndə çınqıldan insan sifəti təsvirli fiqur aşkarlanıb. Miladdan
əvvəl 2–1-ci minillərə və eramızdan əvvəl 9–7-ci yüzillərə
şamil olunan məskəndə, quzeyindəki qayalı yarğanda tapılmış
tuncdan ox uclarını, sümük və dəmir üzəngiləri, tunc bıçaq
uclarını gürcü mütəxəssisləri o vaxtlar buralarda türkdilli
bozər, sak əşirətlərinin yayılmağıyla ilgiləyib, bu maddi
mədəniyət abidələrinin bir qismini sak tipli hesab ediblər.
Kənddə 10–13-cü yüzillərə aid üzə çıxarılmış ikipəncərəli
ibadət ocağı, onun içində quyu məzar (mərhum üzü
gündoğara dəfn edilib), daş sanduqə tabutlar, səkkiz otaqlı
yaşayış binasının, açıq hamamın qalıqları, cürbəcür çoxrəngli
və sadə saxsı qablar əhəmiyətlidir; gürcü arxeoloqları
(Manana Sinauridze vb.) belə qənaətə gəliblər ki, həmin
yerdə şəhər varıymış, çayın yüksək qayalı sağ sahilində qəsr,
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 11
aşağıda hər iki sahildə yaşayış məskənləri yerləşirmiş; kilsə
də, məzar da, başqa arxeoloji örnəklər də qıpçaq tiplidir.
Əhalisi: 1870’də 137 ailədə 918 nəfər; 1918’də 1588 nəfər;
1926’da 306 ailədə 1585 nəfər; 2002’də siyahıyaalmanın
nəticəsinə görə, 1313 ailədə 4876 nəfər (2407 kişi, 2469
qadın), 2006'da 1357 ailədə 4942 nəfər. Məktəb 1901-ci ildən
fəaliyətdədir, indi orta məktəb (2005’də 30 sinifdə 772 şagird)
onun banisi Qori seminariyasının məzunu Hüseyn Əfəndiyevin
adını daşıyır. Məşhurları: el qəhrəmanları Alıağa (19-cu əsr),
Koxalı
Hacıxalıl
ağa,
Qori
seminariyasının
məzunları
Sirəcəddin, Ziyəddin, Bahəddin Əfəndiyevlər, Murtuz, Ziyabəy
Əfəndiyevlər, şairə Xınalı xanım, el ağsaqqalları Ziya əfəndi,
Hüseyn əfəndi, Hacı Mahmud əfəndi, Hacı Nuru, Molla Bay-
ram, Zaman ağa, Osman ağa, Yolçu Nəbioğlu, Uzunbaşoğlu
Məhəmməd, Mahmud Quluyev, Mehralı Cəlilov, əmək
qəhrəmanı Hürü Yəhyayeva, profesorlar Mahmud Qəribov,
Veysəl İsayev, Bayram Hacıyev, Akif Bayramov, Nizami Mus-
tafayev, veteran müəllimlər Calal Ayvazov, Məhəmməd
Yolçuyev, Nəbi Yolçuyev, Mustafa İsmayılov, Şahbəddin
Cəlilov, Hacı Hacıyev, Mürsəl İsayev, Mahmud Mustafayev,
əməkdar müəllim Mustafa Aslanov, hüquq-mühafizəçisi
polkovnik Mehman Mehmanov, qəhrəman əsgər Zöhrab
Yunusov, ictimaiyətçilər Məhəmməd Osmanov, Nurqələm
Məmmədov, Ramiz Yusifov, Rza Qurbanov, Məmməd Yusifov,
Musa Tanrıverdiyev, Şükür İsmayılov, həkimlər İdris
İsmayılov, Eyvaz İsayev, İfrat İdrisov, Bəşir Mustafayev,
jurnalist Rasim Arıxlı vb.
BALA DARBAZ kəndi – Faxralının yaxınlığında kiçik kənd.
Əhalisi: 2002’də 40 nəfər.
BALA MUĞANLI kəndi – Borçalı çökəyində, rayon
mərkəzindən 20 km gündoğarda, Marneuli–Bolnisi avtomobil
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 12
yolunun kənarında, dəniz səviyəsindən 410 m hündürlükdə.
Çoxsaylı adaşları kimi, qədim Midiyada əsas tayfalardan biri
olmuş Muğ, Muğan tayfalarının adıyla ilgilidir. Yaxınlıqdakı ar-
xeoloji məskən erkən tunc dövrünə aid edilir və daş sərdaba
içində Kür-Araz mədəniyətinə şamil olunan daşdan, gildən
bəzəkli-naxışlı qablar tapılıb. Əhalisi: 1803-cü ildə 16 ailədə
65 nəfər; 1870’də 25 ailədə 168 nəfər; 1926’da 65 ailədə 198
nəfər; 2002’də 274 ailədə 1205 nəfər (600 kişi, 605 qadın),
2006'da 278 ailədə 1250 nəfər. Məktəb 1921-cu ildə yaradılıb.
Təməl məktəb (2005’də 10 sinifdə 170 şagird) var.
Məşhurları: müharibə qəhrəmanı Xan Məmmədov, sinədəftər
el ağbirçəyi Məsmə Alı qızı, ağsaqqal Məhəmməd Məmmədov,
aşıq Əli Qənbərov, şair Vilayət Rüstəmzadə, alim İbadət
Mövləli, ictimaiyətçilər Kamandar Məmmədov, Abbas Ab-
basov, Aydın Məmmədov, xeyriyəçi Tofiq Əliyev, şairlər
Bəxtiyar Rüstəmzadə, Esmira Məmmədova vb.
BALIC kəndi – Ükəngər çayının sağ sahilində, rayon
mərkəzindən 21 km güneydədir. Yaxında ortaəsrlərə aid qoç,
at heykəlcikləri aşkarlanıb. Gürcülərlə yanaşı, təxminən 50
nəfər azərbaycanlı yaşayır.
BƏYTƏKƏR (Bərtəkər) kəndi – Dəniz səviyəsindən 810
m hündürlükdə. Toponim Sakların, bulqarların tirəsi Təkə
tayfasının, qıpcaqlardakı Tək tayfasının adını əks etdirə bilər.
Əhalisi: 1870’də 8 ailədə 54 nəfər; 1918’də 110 nəfər;
1926’da 22 ailədə 123 nəfər; 1886-cı ildə 9 ailədə 79 nəfər;
2002’də 65 ailədə 289 nəfər (147 kişi, 142 qadın), 2006'da 59
ailədə 300 nəfər. Məktəbin tarixi 1937-ci ildəndir. Təməl
məktəb (2005’də 9 sinifdə 46 şagird) var.
CƏFƏRLİ kəndi – Maşaver çayının sağ sahilində, rayon
mərkəzindən 7 km gündoğarda, dəniz səviyəsindən 430 m
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 13
hündürlükdə. Toponim oğuz-türkman soylu vəya qıpcaqların
Qazax tayfasına mənsub elin adını əks etdirir. Əhalisi:
1870’də 7 ailədə 47 nəfər; 1918’də 109 nəfər; 1926’da 37
ailədə 144 nəfər; 2002’də 144 ailədə 541 nəfər (262 kişi, 279
qadın), 2006'da 126 ailədə 545 nəfər. Elementar məktəb fəa-
liyətdədir. Məşhurları: profesör Səmayə Əhmədova, veteran
müəllimlər Əmir Əhmədov, Ələddin Əhmədov.
DARBAZ kəndi – Gədi çayının sol sahilində, rayon
mərkəzindən 23 km qərbdə, dəniz səviyəsindən 820 m
hündürlükdə. 1536-cı ilin sənədlərində Darbasçala kənd adına
rastlaşırıq. Darvaz deyilir. Əhalisi: 1870’də 72 ailədə 483
nəfər; 1918’də 2872 nəfər; 1926’da 208 ailədə 1144 nəfər;
2002’də 847 ailədə 3743 nəfər, 2006'da 837 ailədə 3600
nəfər. Məktəbin tarixi 1919-cu ildən başlanır. Orta məktəb
(2005’də 13 sinifdə 267 şagird) fəaliyətdədir. Məşhurları:
Osmanlıda paşalıq rütbəsinə yüksəlmiş Mehralı bəy, ağsaqqal
Alı Əhmədoğlu, Alı Orduxanov, şair Mirzə, sərkərdə Ayvaz
İsmayılov, İsgəndər Əlləzov, alimlər Məhəmmədəli Məm-
mədov, Mədəd Çobanov, Fərman Gülməmmədov, Valeh
Hacıyev, Murtuz Məmmədov, Fazil Bəxtiyarov, Fəxri Hacıyev,
şair Rafiq Hümmət, ‘Gürcü–Azərbaycan dilləri paralelləri’
kitabının müəllifi Məhər Qəhrəmansoy, ‘Çağdaş Borçalı ədəbi
məktəbi’, ‘Borçalı aşıqları’ kitablarının yazarı Müşfiq Çobanlı,
jurnalist Musa Çobanlı, həkimlər Güləhməd Güləhmədzadə,
Səməd Çobanov, hüquq-mühafizəçisi Rəşid Hacıyev, icti-
maiyətçilər Hacıməmməd Hacıyev, Əlləz Məmmədov, Novruz
Məmmədov, Nadir Əhmədov, Nadir Abbasov, müəllimlər
Müseyib Qəmbərov, Süleyman Hacıyev, xeyriyyəçi Ziya
Abbasov vb.
Dostları ilə paylaş: |