SAQARECO RAYONUNDA – Ölkənin şərq səmtində,
paytaxtdan 47 km aralıdadır. 1933-cü ilədək Qarekaxet
adlanıb. Ərazisindən Yor çayı açır, dəmiryolu, Tbilisi–Balakən
avtomobil yolu keçir. Hüdudları: cənubda Azərbaycan
Respublikası, qərbdə Qardabani və Msxeta rayonları, şimalda
Tianeti, Axmeta, Telavi rayonları, şərqdə Gürcaani və Siqnaxi
rayonları. Rayon mərkəzi: Saqareco şəhəri. Ərazisi: 1491,3
kv. km. Əhalisi: 1989-cu ildə 56.200 nəfər, 2002’də 59.212
nəfər. 1 şəhəri, 42 kəndi var. Rayonun səkkiz para kəndində –
Yor-Muğanlı, Keşəli, Ləmbəli, Tüllər, Qazlar, Düzəyrəm, Paldı
(Baldoy), Qarabağlı kəndlərində azərbaycanlılar yaşayırlar və
buraya Qaraçöp deyilir (bu toponim Qaracör türk tayfasının
adını da xatırladır). Həmçinin Qombor qəsəbəsində də
soydaşlarımız var. Qaraçöpdə 1979'da 13658 nəfər (rayon
əhalisinin 25 faizi), 1989'da 15804 nəfər (rayon əhalisinin
26,3 faizi), 2002’də 18907 nəfər (rayon əhalisinin 31,9 faizi)
azərbaycanlı yaşayıb. "Qaraçöp" adlı toplu nəşr edilib.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 90
DÜZƏYRƏM kəndi – Əyrəm də deyilir. Yor yaylasında,
Yor çayının sağ sahilində, rayon
mərkəzindən 35 km gündoğarda.
Əhalisi: 1886-cı ildə 19 ailədə 130
nəfər; 2002’də 400 ailədə 1323
nəfər, 2006'da 1500 nəfər. Kəndin
məscidi 19-cu əsrdə tikilib. Dünyəvi
təhsil
ocağı
1921-ci
ildən
fəaliyətdədir, indi orta məktəb var.
Məşhurları: el şairləri Misgin Vəli, Molla Qasım, Teymur
Qurbanov, Həsən Sadıqlı, Həsənəli Təhməzoğlu, aşıq
Şahhəsən, el ağsaqqalları Hatəmtay Hacı Qəhrəman,
İmirheydar ağa, Qori seminariyasında oxumuş Səməd bəy
Mansırov, Ağabəy Mansırov, profesorlar Loğman Məmmədov,
Vəli Qurbanov, yazıçı, jurnalist Həmzəli İlyas, rəssam Sum-
manı Məmmədov vb.
KEŞƏLİ kəndi – Yor çayının sağ sahilində, rayon
mərkəzindən 37 km gündoğarda, dəniz səviyəsindən 470 m
yüksəklikdə. Əhalisi: 1886-cı ildə 67 ailədə 366 nəfər; 2002’də
561 ailədə 2983 nəfər, 2006'da 3000 nəfər. Məktəbin tarixi
1925-ci ildəndir; indi orta məktəb (819 şagird) var. Məş-
hurları: ağsaqqallar Həmid Əliyev, Hacı Cəfər, Hacı Xalıl, el
şairləri Bağı, Sədi Mahmudov, Cavad Həsənoğlu, profesör
Lətif Talıblı, şair Səməd Qaraçöp, Azərbaycanın Gürcüstanda
səfiri olmuş Hacan Hacıyev, vitse-polkovnik Məhəmməd
Talıbov, aktyor, şair İftixar Piriyev vb.
QARABAĞLI kəndi – Son vaxtlar gürcücə Cicmatiani
(Vəzərili) yazılır. Yor yaylasında, Yor çayının sağ sahilində,
rayon mərkəzindən 34 km gündoğarda. Əhalisi: 2002’də
rəsmi məlumata görə, 643 nəfər, 2006'da 700 nəfər.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 91
Məşhurları: el şairi Bəyzadə, yazıçı, kinoşünas, "Qaraçöp"
kitabının həmmüəllifi, tərtibçisi Nəriman Əbdürrəhmanlı vb.
QAZLAR kəndi – Yor çayının sağ sahilində, rayon
mərkəzindən 40 km gündoğarda, dəniz səviyəsindən 440 m
yüksəkdə. Xəzər etnonimi ilə bağlı ola bilər. Əhalisi: 2002’də
350 ailədə 1134 nəfər (605 kişi, 529 qadın), 2006'da 1200
nəfər. İbtidai məktəb var. Məşhurları: şairlər Yetim Musa,
İbad, Zabit vb.
QOMBOR kəndi – Yerli camaat Gömbər deyir. Qombor
dağ silsiləsinin yamacında, Qombor çayının sağ sahilində,
dəniz səviyəsindən 1070 m yüksəkdə. Gürcülər və
azərbaycanlılar yaşayırlar. Əhalisi: 1926’da 204 ailədə 574
nəfər; 2002’də 775 nəfər (40%, yəni 200 nəfərə yaxın
azərbaycanlı).
LƏMBƏLİ kəndi – Yor çayının sağ sahilində, rayon
mərkəzindən 35 km gündoğarda, dəniz səviyəsindən 450 m
yüksəkdə. Əhalisi: 1886-cı ildə 116 ailədə 799 nəfər; 2002’də
1200 ailədə 6254 nəfər, 2006'da 6500 nəfər. Orta məktəb
(757 şagird) fəaliyətdədir. Məşhurları: ağsaqqallar Hacı Rəşid,
Hacı Vəli, el şairi Mədəd, profesorlar Sədi Bayramov, cərrah
Fərman Ceyranov, alim Qabil Gülgəzli, vitse-polkovnik Novruz
Qəribov, şair Xaqani Qayıblı, monumentalçı rəssam İmran
Kərimov, ictimaiyətçi Allahyar Abdullayev vb.
PALDI (Baldoy) kəndi – Yor yaylasında, Yor çayının sağ
sahilində, rayon mərkəzindən 37 km gündoğarda, dəniz
səviyəsindən 470 m yüksəklikdə. Qədim türkmənşəli olub,
özbəklərdə, qazaxlarda indi də qalan Balda/Baltalı tayfasıyla
bağlı ola bilər. Əhalisi: 2002’də 874 nəfər, 2006'da 1000
nəfər.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 92
TÜLLƏR kəndi – Yor yaylasında, Yor çayının sağ
sahilində, rayon mərkəzindən 43 km şərqdə, dəniz
səviyəsindən
450
m
yüksəklikdə.
Toponimin
qədim
türkmənşəli tayfalardan olub, qazaxlarda, başqırdlarda,
noqaylarda, qaraqalpaqlarda indi də bu adı daşıyan Tele/Tələ
tayfasının adını əks etdirdiyi gümanlanır. 1914-cü ildən
məscid var. Əhalisi: 1886-cı ildə 31 ailədə 260 nəfər; 2002’də
550 ailədə 3698 nəfər, 2006'da 3800 nəfər. Məktəbin tarixi
1918’dən götürülür. Məşhurları: ağsaqqallar Məhəmməd
Şərifov, Hacı Bayram, el şairi Əslioğlu Məhəmməd, profesör
Həmzə Xəlilov, veteran müəllimlər, şair, "Şərəf" ordenli Ağa-
bala Azəri, Nəsib Xeyirxəbərov, vitse-polkovnik Vahid Ocaq-
verdiyev, rəssam Zahid Şəmirli vb.
YOR-MUĞANLI kəndi – Yor yaylasında, Yor çayının sağ
sahilində, rayon mərkəzindən 33 km gündoğarda, dəniz
səviyəsindən 460 m yüksəklikdə. Əhalisi: 1886-cı ildə 76
ailədə 463 nəfər; 1926’da 1118 nəfər; 2002’də 346 ailədə
1830 nəfər, 2006'da 2100 nəfər. Dünyəvi təhsil ocağı 1919-cu
ildən fəaliyətdədir, indi təməl məktəb var. Məşhurları: el ağ-
saqqalları Hacı Eyub, Hacı Hümbət, Hüseyn Həsənov,
polkovnik Nəbi Həsənov, alimlər Hidayət Novruzov, İbrahim
Nəbiyev, Fərhad Xubanlı, jurnalist İlqar İlkin, ictimaiyətçilər
Vaqif Yadigarov, Oruc Abdullayev, Arzuman Abbasov, igid
şəhidlər Ələsgər Qayıbov, Yusif Şirinov vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 93
TELAVİ RAYONUNDA – Ölkənin gündoğarında, Tbilisidən
147 km aralıdadır. Rayon mərkəzi:
Telavi şəhəri. Ərazisi: 1094,5 kv.
km. Əhalisi: 2002’də 70.588 nəfər.
1 şəhər, 30 kənd var. Rayonda soy-
daşlarımızın sayı: 1979-cu ildə 5698
nəfər (7,7%), 1989-cu ildə 7094
nəfər (9,1%), 2002’də 8373 nəfər
(rayonun 70589 nəfər əhalisinin 11,8%-i). Qaracalar kəndində
azərbaycanlılar yaşayırlar.
QARACALAR kəndi – Turdo çayının sol sahilində, rayon
mərkəzindən 6 km quzeydə, dəniz səviyəsindən 540 m
hündürlükdə. İndi əvvəllər ayrıca kəndlər olmuş Kəpənəkçi,
Qarabağlılar ellərini də içinə alır. Məscidi qədim çağlardan
qalmadır. Əhalisi: 1869-cu ildə 236 ailədə 1372 nəfər (habelə
Kəpənəkçi kəndində 51 ailədə 242 nəfər); 2002'də 1926
ailədə 8270 nəfər (4068 kişi, 4202 qadın), 2006'da 8500
nəfər. Gürcüstanda azərbaycanlı kəndləri arasında dünyəvi
məktəb Qızılhacılıdan sonra 1886-cı ildə burada açılmışdı, indi
orta məktəbdə 35 sinifdə 1200 nəfər şagird təhsil alır, 60
müəllim çalışır. Məşhurları: ağsaqqallar Qiyas Sofuyev, Molla
İdris Əhmədoğlu, İlyaz ağa Sofuyev, Rəcəb Məmmədov,
veteran müəllimlər seminarya yetirməsi Əbdülmanaf Sofuyev,
ictimaiyyətçilər Cahangir Qurbanov, Musa Aşırov, Rəsul
Muradov, Şirvan Əliyev, Yaşar Yusubov, Dursun Musayev,
Əziz Abbasov vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 94
ŞİDA (daxili) KARTLİ DİYARINDA – Ölkənin orta
hissəsindədir. Diyarın ərazisindən Kür çayı axır, Tbilisi–Batumi
avtomobil yolu, dəmiryolu keçir. İnzibati mərkəzi Qori
şəhərindədir. Qori, Duşet, Kaspi, Msxeta, Karel, Xaşuri
rayonlarının ərazilərini əhatələyir. Qori, Kaspi, Msxeta, Karel
rayonlarının bir neçə kəndində soydaşlarımız məskundurlar,
bir neçə kənddə də gürcülər və azərbaycanlılar qatışıq yaşa-
yırlar. Diyarda azərbaycanlı əhalinin sayı: 5768 nəfər (1,8%).
KARELİ RAYONUNDA – Ölkənin orta qismində. Əra-
zisindən magistral avtomobil yolu keçir. Hüdudları: Qori,
Xaşuri, Znauri, Borjomi rayonları. Ərazisi: 1091,9 kv.km.
Əhalisi: 2002’də 50.422 nəfər. 1 şəhər, 1 qəsəbə, 82 kənd
var. Rayonda azərbaycanlıların sayı: 1979-cu ildə 1148 nəfər
(2,2%), 1989-cu ildə 1426 nəfər (2,8%), 2002’də 1183 nəfər
(2,3%). Buradan soydaşlarımızın çox qismi 1990-cı illərdə
Azərbaycana köçüblər. İndi Karel şəhərində və Aqara
qəsəbəsində az sayda azərbaycanlılar yaşayırlar.
KARELİ ŞƏHƏRİNDƏ – Kür çayının sağ sahilində,
Tbilisidən 94 km günbatarda, avtomobil yolu və dəmir yolu
kənarında, dəniz səviyəsindən 620 m hündürlükdə. 150
nəfərə yaxın azərbaycanlı yaşayır.
AQARA QƏSƏBƏSİ – Kür çayının sol sahilində, rayon
mərkəzindən 6 km günbatarda, dəmir yolunun, avtomobil
yolunun kənarındadır. 150 ailədə 400-ə yaxın azərbaycanlı
var.
Məktəb
gürcü
dilindədir.
Məşhurları:
şair-nasir,
tərcüməçi, Gürcüstan Dövlət Mükafatı laureatı, "Şərəf" ordenli
İmir Məmmədli, hüquq-mühafizə işçisi Teymur İsmayılov vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 95
KVENATKOSA kəndi – Suramul çayının sahilində, rayon
mərkəzindən 13 km günbatardadır. Təxminən 20 ailədə 100-ə
yaxın azərbaycanlı yaşayır.
KASPİ RAYONUNDA – Ölkənin orta qismində. Xəzər /
Kaspi tayfasının adını əks etdirir. Ərazisi: 803,2 kv. km. Əha-
lisi: 1989'da 50.300 nəfər, 2002’də 52.217 nəfər. Rayonda
kənd əhalisinin (36984 nəfər) 8,4%-i azərbaycanlılardır.
Rayonda azərbaycanlıların sayı: 1979'da 2747 nəfər (5,1%),
1989'da 2872 nəfər (5,2%), 2002’də 3962 nəfər (7,6%).
AXALKƏLƏK kəndi – Kür çayının sahilində, rayon
mərkəzindən 16 km şərqdə. Əvvəllər Qızılkənd adlanıb. Vali
sarayının uçuqları durur. Əsasən gürcülər, az sayda
azərbaycanlılar yaşayırlar.
AXALSOPELİ
(Təzəkənd)
kəndi
–
Axalkələk
vadisindədir. Əhalisi: 2002’də 105 nəfər (bundan 35% – 37
nəfər azərbaycanlı).
ÇƏNGİLƏR kəndi – Qarabağlılar da deyilir, ən böyük
nəsli Qarabağlılar nəslidir. Ksan çayının sağ sahilində, rayon
mərkəzindən 23 km şərqdə, dəniz səviyəsindən 580 m
hündürlükdə. Əhalisi: 2002’də 300 nəfər. Məktəb gürcü
dilindədir. Məşhurları: el şairləri Abbasəli, Oruc, aşıq Məsim,
veteran müəllim İbrahimxəlil Cəfəroğlu, ictimaiyətçi Aslanpaşa
Abbasoğlu vb.
FERMA kəndi – Ksan çayının sağ sahilində, rayon
mərkəzindən 22 km şərqdə, dəniz səviyəsindən 580 m
hündürlükdə. Əhalisi: 2002’də 300 ailədə 1025 nəfər (544
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 96
kişi, 481 qadın), 2006'da 1050 nəfər. Təməl məktəbdə (gürcü
dilində) 215 şagird oxuyur. Məşhurları: Hacı Eyvazxan,
xeyriyəçi Bahəddin Əlixanoğlu, ictimaiyətçi Abbas Abbasov,
Şaxəli İsmayıloğlu vb.
XİDİSQĞURİ
kəndi
–
Gürcücə
bu
toponim
«körpüqulağı» deməkdir. Ksan çayının sağ sahilində, rayon
mərkəzindən 27 km gündoğarda, Tbilisi–Batumi avtomobil
yolunun kənarında. Əhalisi: 2002’də 899 nəfər, 2006'da 900
nəfər. Məktəb gürcü dilindədir.
KALOUBANİ kəndi – Aşağı Xəndək vadisində kiçik
kənddir. Əhalisi: 2002’də 140 nəfər (bundan 39% – 55 nəfər
azərbaycanlı).
KVEMO-XANDAKİ kəndi – Aşağı Xəndək deməkdir. Kür
və Kəvtür çaylarının qovuşduğu yerdə, rayon mərkəzindən 8
km aralıda. Gürcülərlə yanaşı, az sayda azərbaycanlılar da
yaşayırlar.
MİKELCĞARO kəndi – El içində Cələ deyilir. Kürün sol
sahilində, rayon mərkəzindən 5 km gündoğarda, Kaspi
calasında, dəniz səviyəsindən 530 m hündürlükdə. Gürcülərlə
yanaşı azərbaycanlılar da (650 nəfər) var. Məktəb gürcü dilin-
dədir.
SAKADAQİANO kəndi – El arasındakı adı Tatuşağıdır.
Ksan çayının sağ sahilində, rayon mərkəzindən 30 km
gündoğarda, dəmiryolunun kənarında, dəniz səviyəsindən 500
m hündürlükdə. Əhalisi: 2002’də 1095 nəfər (bundan 62% –
678 nəfər azərbaycanlı, 32% – 417 nəfər Gürcüdür), 2006'da
850 azərbaycanlı. İlk dəfə 1930-cu ildə Azərbaycan məktəbi
yaradılıb, sonra Gürcü dilli məktəbə çevrilib.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 97
QORİ RAYONUNDA – Ölkənin mərkəzi qismində. Ərazisi:
2327 kv.km. Əhalisi: 1989'da 156.200 nəfər, 2002’də 148.686
nəfər, bundan 607 nəfər azərbaycanlı. Rayonun bir neçə
kəndində gürcülərlə yanaşı, soydaşlarımız da yaşayırlar və
onlar rayonun kənd əhalisinin 0,6 faizini təşkil edirlər.
LƏVİTANA (ZEZMAN) kəndi – Trialet sıra dağlarının
quzey ətəyində, Tana çayının yuxarı axarı boyunda sağ
sahilində, rayon mərkəzindən 40 km cənub-qərbdədir. Burada
yaşayan azərbaycanlıların babaları 19-cu əsrin axırlarında
Borçaının Qızılhacılı kəndindən getmişlər. Əhalisi: 2002'də 290
nəfər.
TEDOSMİNDA – Liaxvi çayının sağ sahilində, rayon
mərkəzindən 3 km quzeydədir. Həm gürcülər, həm də
azərbaycanlılar yaşayırlar. Əhalisi: 2002’də 541 nəfər, o
cümlədən 227 nəfər azərbaycanlı. Məktəb gürcü dilindədir.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 98
MSXETA-MTİANETİ DİYARINDA – Ölkənin mərkəz
hissəsində. Axalqori, Duşeti, Tianeti, Msxeta, Kazbeqi
rayonlarını
əhatələyir.
Diyarda
azərbaycanlılar
Msxeta
rayonunun bir neçə kəndində məskundurlar. Diyarda
azərbaycanlı əhalinin sayı: 2002’də 2248 nəfər, başqa sözlə,
diyar əhalisinin 1,7%-i.
MSXETA RAYONUNDA – Ölkənin orta qismində,
Tbilisidən 24 km günbatar səmtdə. Ərazisi: 805,5 kv.km.
Əhalisi: 2002’də 64.829 nəfər. Rayonda azərbaycanlıların
sayı: 1979’da 1998 nəfər (3%), 1989’da 2872 nəfər (5,2%),
2002’də 2236 nəfər (3,4%). 5 kənddə – Sixisdziri (Cömbərli),
Msxaldidi (Sxəldi), Muxran, Codoret, Daha kəndlərində azər-
baycanlılar da məskundurlar.
AĞAYANİ kəndi – Adıgözəloğullar, yaxud Hasanallar
deyirlər. Bu deyim Qarabağlı Mirzə Adıgözəl bəyin
"Qarabağnamə" salnaməsindəki: «Bu zaman Ağa Məhəmməd
şah Şuşa qalasının üstünə gəlib mühasirəyə aldı. El və camaat
ilə köçüb Gürcüstan vilayətinə pənah apardıq. O zaman
mərhum vali İrakli xan bizlərə hörmət etdi, Sarı kilsə adlı
yerləri qışlaq və əkənəcək üçün bizlərə verdi» – qeydlərini
xatırladır. Əhalisi: 2002’də 1716 nəfər (bunun təxminən 1500
nəfərdən çoxu gürcü, 200 nəfərə qədəri azərbaycanlı).
AQARAKİ kəndi – Trialet sıra dağlarının şərq
yamaclarında, Tbilisidən 8 km günbatarda. Əhalisi: 2002'də
141 nəfər (bunun 78-i azərbaycanlı). Məşhurları: sazçalan
Ağəli vb.
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 99
CODORET kəndi – Trialet dağları silsiləsinin gündoğar
ətəyində, rayon mərkəzindən 30 km şərq-şimal səmtdədir.
Əhalisi: 1926’da 28 ailədə 101 nəfər; 2002’də 80 ailədə 352
nəfər (280 azərbaycanlı, 72 gürcü). Məktəb gürcü dilindədir.
MSXALDİDİ kəndi – El arasında Sxəldi vəya Sxaltı
deyirlər. Trialet sıra dağlarının şərq yamaclarında, dəniz
səviyəsindən 1140 m yüksəkdə, Tbilisidən 21 km günbatarda.
Əhalisi: 1926’da 22 ailədə 133 nəfər; 2002-ci ilin sorğusunca,
hamısı azərbaycanlı olmaqla 90 ailədə 472 nəfər (221 kişi,
251 qadın). Məktəb gürcü dilindədir. Məşhurları: Qəhrəman
kişi, Hacı Məhəmmədəli, Gürcüstan Parlamentinin üzvü olmuş,
Gürcüstan energetika naziri müavini İsak Novruzov, Aslan
müəllim.
MUXRAN kəndi – Bir adı
da
Mollalardır.
Muxran
çökəyində, Ksan çayının sol
sahilində, rayon mərkəzindən
23 km quzeydə. Muxran
qalası,
Knyaz
Muxranın
1733-cü ildən qalma imarəti
memarlıq
örnəyi
kimi
qorunur.
Gürcülər
və
azərbaycanlılar
yaşayırlar.
Məktəb gürcü dilindədir. Məşhurları: Qara Molla, Hüseynalı
Molla, Nağı Molla vb.
SİXİZDZİRİ (CÖMBƏRLİ) kəndi – «Sixisdziri» qaladibi,
qalaaltı anlamına uyğun gəlir. El arasında Çömbərli vəya
Qarahasanlı (Qarasanlı) deyilir. Muxran çökəyində, Ksan
çayının sol sahilində, rayon mərkəzindən 21 km gündoğarda,
Tbilisi–Qori avtomobil yolunun kənarında. Əhalisi: 1926’da 24
Muxran qalası
=============================================
Şurəddin Məmmədli * Gürcüstan Azərbayvanlıları * s. 100
ailədə 117 nəfər; 2002'də 1635 nəfər (61% – 997 nəfər azər-
baycanlı, 35% – 638 nəfər gürcü). Məktəb gürcü dilindədir
(350 şagird). Məşhurları: ağsaqqallar Qara Hasan, Cömbər
Məmməd, şair Əli Çömbərli, ictimaiyətçilər Novruz Babayev,
Gürcüstan Azərbaycanıları Konqresinin sədri Əli Babayev,
Adilpaşa Rüstəmoğlu, Dünyamalı Abdiyev, İbrahim Qasımov,
Novruz Məmmədov, İlyas Məmmədov, Camal Əliyev, Teymur
Əliyev, müəllim Şıxı Kazımoğlu, şair-tərcüməçi Oqtay
Kazımov, polkovnik Tacir Məmmədov, vitse-polkovnik Yaqub
Məmmədov vb.
TELOVAN kəndi – Gürcülərlə yanaşı, 100 nəfərə yaxın
azərbaycanlı da məskundur.
------ ------ ------
Dostları ilə paylaş: |