34.Veymar konstitusiyası
1919-cu il iyulun 31-də Müəssislər Məclisi iclaslarını keçirdiyi yerin adına uyğun olaraq Veymar konstitusiyasını qəbul etdi. Konstitusiya avqustun 11-də qüvvəyə mindi. Ölkədə monarxiya quruluşu ləğv edildi. Yeni dövlət quruluşu yaradıldı. Konstitusiyaya görə Almaniya federativ quruluşlu, prezidentli və parla mentli respublika oldu.
Konstitusiya yaradıcıları ölkənin əsas qanununu hazırlayarkən Fransa və İngiltərənin təcrübəsini nəzərə aldılar. Ölkədə qanunverici hakimiyyət parlamentə məxsus idi. Parlamentin yuxarı palatasi reyxsrat (Imperiya Şurası) adlandırıldı. Reyxsratın yalnız veto qoymaq, referendum və konstitusiya dəyişikliklərində iştirak etmək hüququ var idi. Onun tərkibinə əhalinin sayına uyğun olaraq torpaq landtaqlarının nümayəndələri daxil edilirdi. Parlamentin aşağı palatası reyxstaq adlandırıldı. Reyxstaqın 68 nəfər üzvündən 27-i prezident tərəfindən təyin olunurdu. O, qanunverici prosesə nəzarət edirdi. Parlament ümumi seçki yolu ilə 4 ildən bir seçilirdi. Seçib-seçilmək hüququ 20 yaş müəyyənləşdirildi. Konstitusiyada reyxstaqa geniş səlahiyyətlər verildi.
Konstitusiyaya görə 7 ildən bir ümumxalq səsverməsi ilə seçilən dövlət başçısı olan prezidentə geniş səlahiyyətlər verildi. O, beynəlxalq aləmdə ölkəni təmsil edirdi. Vətəndaşlara genış hüquqlar verildi.
Veymar konstitusiyası sosial istiqamətli, yeni tipli demokratik dövlət konstitusiyası idi. Konstitusiyanın yaradılması ilə klassik liberal konstitusiya modelindən xeyli irəli gedildi.
Dostları ilə paylaş: |