73. Ruminiya II Dünya müharibəsi illərində
Dünya müharibəsinin başlanması Rumıniyanın siyasi hayatına ciddi təsir göstərdi. Kral 1940-ci il sentyabrın 3-da Ion Antoneskunu baş nazir vəzifəsinə təyin etdi. Yeni hökumətə "Dəmir qvardiyaçılar" da daxil oldu. Onun rəhbəri Horia Sima hökumətin tarkibinə girdi. Sentyabrın 4-də kral II Karol oğlu I Mixayin xeyrinə taxt-tacdan əl çəkməyə məcbur oldu. O, Portuqaliyaya mühacirət edərək ömrünün sonunadək burada yaşadı. Sentyabrın 6-da Ruminiya legioner dövlət oldu. Ölkə müharibədə Almaniyanın müttəfiqinə çevrildi. Dövlətin faktiki rəhbəri Antonesku oldu. Antonesku hökuməti 1938-ci il konstitusiyasını ləğv etdi. Ruminiya kral diktaturasından hərbi-avtoritar dövlətə çevrildi. Ölkədə gərgin ictimai-siyasi şərait yarandı. 1941-ci ilin yanvarında Horia Sima dövlət çevrilişi etməyə cəhd göstərdikdə Antonesku "Dəmir qvardiya"nı buraxdı. Horia Sima isə xaricə qaçdı.
İkinci dünya müharibəsinin gedişində Rumıniya ilə Macaristan arasında münasibətlər daha da kəskinləşdi. 1940-cı il avqustun 30 da ikinci Vyana arbitraji Transilvaniyanın şimal və şimal-şərq his səsini Rumıniyadan alıb Macarıstana verdi. Bolqarıstan-Ruminiya münasibətləri də gərginləşdi. 1940-ci il sentyabrın 7-də Bolqarıstan Cənubi Dobrucanı özünə qaytardı.
1941-ci il iyunun 22-do lon Antonesku hökuməti Ruminiyanı SSRI-yə qarşı müharibəyə qoşdu. Rumin orduları hərbi əməliyyatlarda iştirak etdi. Müharibə illərində Rumıniya iqtisadiyyatı Almaniyadan maliyyə və texniki yardım aldı. Lakin ölkədə işçi qüvvəsi çatışmırdı. Xalq Antonesku hökumətinin siyasətindən narazı idi. Antonesku hökumətinin separat halda antihitlerçi koalisiyaya daxil olan ölkələrlə məxfi danışıqlar aparması Almaniyada narazılıqla qarşılandı. Lakin Antonesku 1944-cü il avqustun 4-də Hitlerla görüsorok Almaniya ilə müttəfiqliyə sadiq qalacağını bildirdi.
Ölkədə antifaşist hərəkat 1944-cü il martın 27-də SSRI ordu sunun Prut çayını keçib Ruminiya ərazisinə daxil olmasından sonra gücləndi. 1.Antonesku və hökumətin üzvləri avqustun 23-də kralin qəbulunda ikən həbs olundular. 1944-cü ilin avqustunda general Sanatesku başda olmaqla yeni hökumət yaradıldı. Avqustun 23-də Ruminiya hökumeti SSRI-nin barışıq şərtlərini qəbul etdi. Kral Mixay avqustun 24-də Rumıniyanın Almaniya tərəfindən döyüşməkdən imtina etdiyini və antihitlerçi koalisiyaya qoşulduğunu bildirdi. Avqustun 31-də isə sovet ordu hissələri Buxarestə daxil oldu. Sentyabrın 12-də ABŞ, Böyük Britaniya və SSRİ Ruminiya ilə barışıq sazişini imzaladılar. Barışıq şərtlərinə görə Rumıniya Almaniya ilə əlaqələrini kəsərək antifaşist ittifaqda fəal mübarizəyə qoşuldu. Rumıniyanın müstəqilliyi və suverenliyi qəti şəkildə tanındı. 1945-ci il martın 6-da Petru Qroza başda ol maqla yeni hökumət quruldu. Ruminiya ərazisi işğaldan azad edil di. Ölkə tarixində yeni dövr başladı.
Dostları ilə paylaş: |