1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


Almaniya dünya iqtisadi böhran illərində (1929-1933



Yüklə 108,94 Kb.
səhifə2/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   2   3   4   5   6   7   8   9   ...   79
cavab

2. Almaniya dünya iqtisadi böhran illərində (1929-1933)

Dünya iqtisadi böhranı Almaniyada istehsala kəskin zərbə vurdu. Dağ-mədən və avtomobilqayırma sənayesində istehsal aşağı düşdü. Markanın alıcılıq qabiliyyəti aşağı düşdü. Bir sıra iri banklar iflasa uğradı.Kiçik müəssisələr iflasa uğradı. Kütləvi işsizlik yarandı. Ümumi əmək haqqı fondu 2 dəfə azaldı. Belə ağır sosial-iqtisadi şəraitdə hökumət təzminatı ödəyə bilməyəcəyini bəyan etdi.

H.Bryuninq hökuməti böhran əleyhinə ciddi proqram həyata keçirməyə başladı. 1930-cu il dekabrın 1-də yeni fövqəladə dekreta görə işsizlərə verilən yardımlar, sosial proqramlara ayrılan xərclər azaldıldı və vergilər çoxaldıldı. Hökumət bank sisteminin sağlamlaşdırılması siyasətini həyata keçir. İqtisadi böhrandan öz xeyirlərinə istifadə edən nasional-sosialistlər fəaliyyətlərini gücləndirdilər.Hökumət əleyhinə olan çıxışlar yatırıldı.

1931-ci ilin yazında "Siyasi təbəddülatlara qarşı mübarizə haqqında dekret" verildi. Dekretə görə yığıncaqlar və nümayişlər yalnız qanuna tabe olunmadığı təqdirində qadağan edilə bilərdi.

Bryuning hökumətinin xarici siyasəti başlıca olaraq Lokarno sazişlərinə əməl etməyə yönəlmişdi. 1930-cu ilin sentyabrında Bryuninq prezident Hindenburqu

reyxstaqı vaxtından əvvəl buraxmağa inandıra bildi. 1930-cu ilin sentyabr ayında reyxstaqa yeni seçkilər keçirildi. Seçkilərdə sosial demokratlar 143 mandat aldılar. Ölkə de nasional-sosialistlərin mövqeyi gücləndi.

Belə şəraitdə general Şleyxer "Milli həmrəylik" hökuməti yaratdı. Bu hökumət 1932-ci ilin dekabrından 1933-cü ilin yanvarına qədər hakimiyyətdə olsa da parlamentin etimadını qazana bilməyərək istefaya getdi. Belə olduqda Hindenburq 1932 ci ilin sonunda nasional-sosialistlərin çevriliş yolu ilə hakimiyyətə gəlmək cəhdlərinin qəti əleyhinə çıxan və seçkilərdə qələbə qazanmağa üstünlük verən Hitlera reyxskansler vəzifəsini tutmağı təklif etdi. O, Hitlerlə görüşərək bir sıra şərtlərini söylədi. Hitlerin reyxstata aid quracağı hökumət "Milli həmrəylik" hökuməti olmalı idi. 1933-cü yanvarın 30-da Hindenburq bu şərtlərlə razılaşan Hitleri kansler təyin etdi. Vitse-kansler isə Fon Papen oldu. Beləliklə, Almaniyada nasional-sosialistlərin liderinin rəhbərliyi altında yeni hökumət quruldu.



Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin