4.Avstriyanın Almaniyaya birləşdirilməsi
1936-ci ilin iyulun 11-də Almaniya ilə Avstriya arasında üç maddədən ibarət saziş bağlandı. Sazişə görə alman hökuməti Avstriya dövlətinin suverenliyini tanıyırdı; bu dövlətlər bir birilərinin daxili işlərinə qarışmırdılar; Avstriya hökuməti Almaniya ilə münasibətdə özünü alman dövlət kimi aparırdı.
Almaniya-Avstriya sazişi imzalandıqdan sonra Vyana həbsxanalarında saxlanılan avstriyalı nasional-sosialistlər azadlığa buraxıl dilar. Noyabrın 3-də Şuşniq kabinetində dəyişikliklər edilərək almanpərəst şəxslərə vəzifələr verildi. Bundan sonra Almaniya ilə münasibətlər daha da sıxlaşdırıldı. 1936-ci il noyabrın 21-də iki öl kə arasında iki maddədən ibarət gizli protokol imzalandı. Bu proto kola görə tərəflər kommunizmə qarşı birgə mübarizə aparmalı və ilkin məsləhətləşmə olmadan Balkanlarda heç bir yeni iqtisadi sa zişlərdə iştirak etməməli idilər. Protokola əsasən Avstriyanın xarici siyasəti Almaniyanın nəzarəti altına keçdi. Az sonra Avstriyanın Almaniyaya birləşdirilməsi ideyası daha geniş təbliğ edildi.
1938-ci ilin fevralın 12-də Şuşniqlə Hitler arasında Berxteshagendə görüş keçirildi. Görüşdə Almaniyanın etimad göstərdiyi Zeys-Inkvartin hökumətin tərkibinə daxil edilməsi və həbsdə olan nasional-sosia listlərin azad edilməsi Şuşniqə təklif edildi. Şuşniq Vyanaya qayıtdıqdan sonra Hitlerin tələblərini yerinə yetirdi. Hökumət Avstriyanın Almaniyaya birləşdirilməsinə dair plebisist keçirdi. Plebisistdə iştirak edənlər bu məsələyə səs verdi. Martın 11-də Şuşniq istefaya getdi. O, radio ilə çıxış edərək xalqı və silahlı qüvvələri alman ordusuna müqavimət göstərməməyə çağırdı.
Martın 12-də alman orduları Avstriyaya gəldi. Martın 13-da hökumət Avstriyanı alman dövləti elan etdi. Almaniya hökuməti isə öz növbəsində Avstriyanı rəsmi olaraq Ostmark ("Şərq markası") adı altında Üçüncü reyxin tərkibinə qatdı. Beləliklə, "vahid xalq, vahid ölkə, vahid fürer" yaradıldı. Bununla da, Avstriyanın anşlüsü başa çatdı.
Dostları ilə paylaş: |