1. abş prezidenti Vudro Vilsonun 14 maddəsi


-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi



Yüklə 108,94 Kb.
səhifə9/79
tarix02.01.2022
ölçüsü108,94 Kb.
#44388
1   ...   5   6   7   8   9   10   11   12   ...   79
cavab

9. 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi

İspaniyada vətəndaş müharibəsinin 3 əsas dövrü vardır.1.1936 iyulundan 1937 ci ilin mayına qədər .2.1937 mayından 1938 ci ilin sentyabrına qədər. 3.1938 sentyabrından 1939 ci ilin martınadək. 1936-cı il seçkiləri yaxınlaşanda respublikaçılar və sol qanaddan olan fraksiyalar toplaşaraq Xalqçı cəbhəni yaratdı və hakimiyyətdə qalmağı bacardılar. General Franko təhlükəli insan hesab edilərək Kanar adalarına sadə bir vəzifəyə təyin edildi. Həmin ilin 17 iyulunda başlayan millətçi hərəkat İspaniyanı sarsıtdı.Bir qrup zabit Mərakeşdə solçu ispan hökumətinə qarşı qiyam qaldırır. Qiyam İspaniyaya da yayılıb ölkənin bütün qarnizonlarını bürüyür. İspaniyada vətəndaş müharibəsi başlayır.

Milliyətçi general Frankoya Almaniya, İtaliya və Portuqaliya, respublikaçılara isə SSRİ, Meksika və ilk dövrlərdə Fransa hərbi, iqtisadi və siyasi dəstək verirdilər.

Birinci dövrdə frankoçuların əsas məqsədi Madridi tutmaq idi. Frankonun rəhbərliyi ilə ordu 1936-ci ilin avqustunda cənub-şərq dən Madridə hücum etdi. Şimaldan general Molanın başçılığı ilə qiyamçılar paytaxta doğru hərəkətə keçdi. Xiral hökuməti fəhlə təşkilatlarına silah paylasa da hücumun qarşısını almaqda zəiflik göstərdi. Avqust ayında Frankonun və Molanı dəstələri birləşdi. Qiyamçılar cənubda Kadis, Uelva və Sevilya, şimalda isə Qalisiya və Navarra rayonlarını tutdu. Respublikanın nəzarətində ərazinin üçdə iki hissəsi qaldı. Ölkədə hökumət böhranı yarandı. Xiral hökuməti istefaya getdi.

Vətəndaş müharibəsinin ikinci dövrü sosialistlərin lideri Xuan Neqrin hökumətinin yaradılması ilə başlandı. Sosialist və kom munistlərdən ibarət olan bu hökumət 1937-ci il mayın 17-dən vətəndaş müharibəsinin sonunadək fəaliyyət göstərdi. Bu müddətdə Neqrin hökuməti bir sıra tədbirlər həyata keçirdi. O, qiyamçıları cəzalandırdı və partiyalarını qadağan etdi. Qısa müd dətdə hərbi sənaye inkişaf etdirildi, ordu möhkəmləndirildi və respublika cəbhəsi gücləndirildi.

Vətəndaş müharibəsinin üçüncü dövrü 1938-ci ilin oktyabrın dan 1939-cu ilin martınadək davam etdi, Bu mərhələdə İspaniya Respublikasının taleyi həll olundu. Hitler, Çemberlen, Daladye ve Mussolininin Münhendəki görüşü İspaniya Respublikasinin məğlubiyyətində əsaslı rol oynadı. İspaniyaya qarşı hərbi müdaxilədə İtaliya lideri Mussolini geniş səlahiyyətlər aldı. Fransanın baş naziri Daladye isə Ispaniya ilə sərhədi bağladi. Bununla da İspaniya Respublikası xaricdən aldığı yardımlardan məhrum oldu. Üç il davam edən və İspaniyada böyük itkiyə səbəb olan vətəndaş müharibəsi 1 Aprel 1939-cu ildə milliyətçilərin qələbəsi ilə başa çatmışdır. Müharibəni­n sonunda İspaniyada Frankonun 1975-ci ildəki ölümünə qədər sürən diktatorluq dövrü başlamışdır. Burbon sülaləsinin monarxiyası bərpa edilmişdilir.


Yüklə 108,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin