AZƏrbaycanin ilk həRBİ TƏyyarəÇİSİ



Yüklə 219.89 Kb.
PDF просмотр
səhifə1/3
tarix31.01.2017
ölçüsü219.89 Kb.
  1   2   3

 

ŞƏMİSTAN 



 

 

 

 

 

 

 

 

AZƏRBAYCANIN İLK HƏRBİ  

 

TƏYYARƏÇİSİ 

 

FƏRRUX AĞA QAYIBOV 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2007 

 

 



 

Poruçik  Fərrux  ağa  



Qayıbov, 

Peterburq, 

1914-cü il 

Kim  təyyarədə  uçmayıbsa,  deməli,  ənginliyin  əsrarəngiz  gözəlliyindən 

xəbəri yoxdur 

General Əliağa Şıxlinski 

«Zabitin dəftəri»ndən 

 

Biz sələflərimizdən külü yox, odu qoruyub-saxlamaq istəyirik. 



Jan Jores 

 

Hər bir qəhrəman millətin özünə verdiyi qiyməti yüksəldir. Şanlı əsgərlərin 



tale  yolu    və  şücaəti  Vətən  tarixinin  səhifələrini  zənginləşdirir.  Azərbaycanın 

müstəqillikdən  əvvəlki  200  illik  tarixi  Rusiya  imperiyası  və 

SSRİ  ilə  bağlı  olub.  Lakin  bu,  azərbaycanlılara  özündə  Vətən 

sevgisini  qorumağa  mane  olmayıb  və  onlar  digər  xalqlarla 

yanaşı,  Rusiya,  Ukrayna  və  Belarusun  azad  olunmasında  fəal 

iştirak  edib.  90  il  bundan  əvvəl,  Birinci  Dünya  müharibəsi 

zamanı  da  məhz  belə  olub.  O  zaman  üç  mindən  artıq 

azərbaycanlı  döyüş  meydanlarında  əsl  fədakarlıq  nümayiş 

etdirib.  Böyük  Vətən  müharibəsi  illərində  də  belə  olub. 

Azərbaycanlılar 

digər 

millətlərlə 



çiyin-çiyinə 

misilsiz 

qəhrəmanlıq  nümunələri  göstəriblər.  Bunun  nəticəsidir  ki, 

Azərbaycan oğullarının adları sovet salnaməsinə qızıl hərflərlə yazılıb. 

Azərbaycanlıların hərbi şücaət  nümunələri,  həmçinin, qədim annallarda  da 

əksini tapıb. Belə ki, hələ 800-cü ilin sonunda tanınmış ərəb şairi Buhturi Beyrutda 

nəşr  etdirdiyi  divanda  azərbaycanlıların  mərdlik  və  cəsarətini  vəsf  edir,  onların 

gücü və qılınca bağlılığından heyrətlənirdi. 

Keçmişə  baxdıqda  biz  bugünkü  və  gələcək  nailiyyətlərimiz  üçün  ilham 

alırıq.  Belə  milli  baza,  vətənpərvərlik  məktəbinə  arxalanaraq,  torpaqlarımızın 

işğaldan azad edilməsi yolunda daha da möhkəmlənirik. 

"Misilsiz qəhrəmanlıq" ifadəsi, güman ki, şablona çevrilib. Lakin ona nəfəs 

verilsə, bu ifadə əsl  mənasını bərpa edər. Bunu ilk azərbaycanlı təyyarəçi, Rusiya 

imperiyasının  hava  qüvvələrinin  tərkibində  xidmət  etmiş,  çar  ordusunun  poruçiki 

Fərrux  ağa  Qayıbovun  (1891-1916)  qəhrəmanlıq  tarixi  sübut  edir.  Hərbi  tarixçi, 

polkovnik-leytenant Şəmistan Nəzirlinin kitabı da məhz onun barəsindədir. 

Qədim  Ağalar  nəslinin  davamçısı  Fərrux  ağa  Məmmədkərim  ağa  oğlu 

Qayıbovun  şəcərəsi  orta  əsrlərə,  XV  əsrə  gedib  çıxır.  Bu  nəslin  parlaq 

nümayəndələrindən  biri  də  böyük  şair  Molla  Vəli  Vidadi  (Qayıb)  olub  (1709-

1809).  Yeri  gəlmişkən,  görkəmli  sərkərdə  Əliağa  Şıxlinskinin  həyat  yoldaşı  və 

məsləkdaşı  Nigar  xanım  Qayıbova  da  bu  nəslin  nümayəndəsidir.  O,  tarixə  ilk 

azərbaycanlı  şəfqət  bacısı  kimi  daxil  olub.  Rusiya  imperiyasının  yazılmamış 

qanunları  müsəlmanları  zabit  heyətinə  qəbul  etməyə  icazə  verməsə  də,  məhz  rus 

ordusunun  "artilleriya  allahı"  kimi  tanınan  general  Şıxlinski  Fərrux  ağa  Qayıbova 



 

nüfuzlu  Konstantinov  Artilleriya  Məktəbinə  daxil  olmağa  kömək  etmişdi. 



Beləliklə,  Qazax  rayonunun  Salahlı  kəndindən  olan  gənc  hərbi  karyerasının  ilk 

addımlarını atdı. O zaman Qayıbov hələ bilmirdi ki, onun həyatı şimşək qığılcımı 

kimi parlaq, lakin qısa olacaq. 

1913-cü  ildə  hərbi  məktəbi  bitirərək  podporuçik  rütbəsi  alan  Fərrux  Ağa 

xidmət  etmək  üçün  39-cu  artilleriya  briqadasına  göndərilir,  sonradan  isə  məşhur 

"İlya  Muromets-16"  ekipajına  qəbul  edilir.  1916-cı  il  sentyabrın  25-də  bütün 

Rusiya qəzetləri "İlya Muromets-16" hərbi təyyarəsinin dörd alınan qırıcısına qarşı 

təkbaşına döyüşündən yazırdı. Qeyri-bərabər döyüşdə cəsur təyyarəçilər düşmənin 

üç  təyyarəsini  məhv  edərək,  canlı  qüvvə  və  texnikasına  böyük  zərbələr 

endirmişdilər. Təəssüf doğuran isə onların özlərinin də həlak olmaları idi. 

Bu  hadisə  1916-cı  il  sentyabrın  12-də  Vilnus  istiqamətində  Borunı  adlı 

yerdə  baş  verib.  "İlya  Muromets-16"  təyyarəsinin  heyət  üzvləri  -  poruçiklər  D. 

Makşeyev,  M.  Raxlin,  F.  Qayıbov  və  O.Karpov  ölümündən  sonra  IV  dərəcəli 

Müqəddəs Georgi ordeni ilə təltif olunublar. Bu gün Fərrux Ağa Qayıbovun təltif 

olunması haqqında sənədin surəti Bakıdakı Azərbaycan Tarix Muzeyində qorunur. 

F.  Qayıbovun  ekipajı  o  zaman  üçün  yenilik  olan  "İlya  Muromets" 

təyyarələrini  mənimsəyən  uzaqməsafəli  ağır  bombardmançılar  eskadrilyasında 

xidmət edirdi. Rusiyanın milli qüruru sayılan bu təyyarələri rus-Baltiya zavodunun 

aviasiya  bölməsinin  baş  konstruktoru  İ.İ.  Sikorski  yaratmışdı.  Belə  bir  təyyarənin 

və  qəhrəman heyətin tələf olması  xəbəri onların  hərbçi  yoldaşları tərəfindən ürək 

ağrısı  ilə  qarşılanmışdı.  Bütün  müharibə  boyu  belə  bir  faciə  yalnız  bir  heyətin 

başına gəlmişdi. Poruçiklərin son döyüşə yollandığı Minsk quberniyasında onların 

xatirəsinə matəm mərasimi təşkil olunmuşdu. Həlak olmuş qəhrəmanların döyüşçü 

dostları isə onların məzarını axtarıb-tapacaqlarına söz verirdilər. Çünki artıq hamı 

bilirdi  ki,  "İlya  Muromets-16"nın  heyəti  əsl  hərbçi  ehtiramı  ilə  dəfn  edilib.  Bu 

barədə alman təyyarəsindən atılmış məktubda xəbər verilirdi. Doğrudan da, məzar 

tapıldı,  lakin  90  il  sonra,  artıq  bizim  dövrümüzdə  bərpa  edilmiş  Almaniyanın 

Boruna  kəndinin  qəbiristanlığında.  Məlum  oldu  ki,  düşmən  təyyarəçilərinin 

igidliyinə heyran qalan almanlar həqiqətən də onları bütün hərbi ənənələrə uyğun 

ehtiramla dəfn ediblər. Çünki hava döyüşü zamanı rus poruçikləri heç də hər kəsin 

göstərə  bilməyəcəyi  şücaəti  göstərmişdilər.  Bu,  Kayzer  ordusunun  zabitlərini  o 

qədər  mütəəssir  etmişdi  ki,  onlar  qəhramanlığa  ehtiram  göstərmək  qərarına 

gəlmişdilar. 

Bu  məzarlığın  axtarışları  uzun  çəkib.  Çox  illər  əvvəl  ilk  azərbaycanlı 

təyyarəçinin qohumları Krevo yaxınlığına səfər etsə də, həlak olmuş təyyarəçilərin 

məzarını  tapa  bilməyib.  Yalnız  bu  yaxınlarda  Belarus  mütəxəssisləri  - 

Smorqonşinada  Birinci  Dünya  müharibəsinin  tarixini  həvəslə  tədqiq  edən  N. 

Markova, V. Prixaç və A. Bumay məzarı tapmağa müvəffəq olublar. Hərçənd, artıq 

Azərbaycan,  Rusiya  və  Belarus  vahid  dövlətin  tərkibində  deyillər  və  bu  suveren 

dövlətlərin  hər  birinin  öz  yeni  tarixi  və  inkişaf  yolu  var,  qəhrəmanlarımız  eyni 



 

olaraq  qalır.  İndi  Belarus  hökuməti  əfsanəvi  təyyarə  heyətinə  abidə  ucaltmaq 



qərarına gəlib. Qəhramanlığın milliyyəti olmur. Bu, elə bir zirvədir ki, onu yalnız 

müzəffər  insanlar  haqq  və  ədalət  naminə,  müstəqillik  və  azadlıq  naminə,  ən 

nəhayət,  hər  bir  xalq  üçün  vacib  olan  ümumbəşəri  dəyərlər  naminə  fəth  edə 

bilərlər. 

Bizim  zəngin  milli-hərbi  salnaməmiz  var.  Fərrux  ağa  Qayıbov  kimi 

şəxsiyyətlərin  xatirəsi  yeni  nəsillərə  Azərbaycan  xalqının  alilik,  mərdlik  və  ərlik 

potensialını dərk etməyə imkan verir. Belə qəhrəmanlar daim bizim ürəklərimizdə 

yaşayacaqlar. 



Faimə Axundova (Qayıbova) 

 

Xalqımızın  bahadır  oğullarının  hərbi  şöhrəti  çox-çox  qədimlərdən  gələn 



möhkəm  köklərlə,  özüllərlə  bağlıdır.  Birinci  Dünya  müharibəsi  cəbhələrində  üç 

mindən  çox  sıravi,  iki  yüzə  qədər  də  ali  rütbəli  zabit  həmyerlimiz  vuruşurdu. 

Onların  sırasında  məşhur  general  Əliağa  Şıxlinski,  Səməd  bəy  Mehmandarov, 

İbrahim ağa Usubov, Hüseyn xan Naxçıvanski, Feyzulla Mirzə Qacar, Əbdülhəmid 

bəy  Qaytabaşı,  Həbib  bəy  Səlimov,  Əmir  Kazım  Qacar,  Cavad  bəy  Şıxlinski, 

Məhəmməd Mirzə Qacar, dörd dəfə "Müqəddəs Georgi" ordenli, Nijeqorod draqun 

alayının  rotmistri  Teymur  bəy  Novruzov,  praporşik  Lütfəli  bəy  Vəkilov,  poruçik 

Osman ağa Gülməmmədov, kornet Sayad bəy Zeynalov və hərbi təyyarəçi poruçik 

Fərrux ağa Qayıbov da vardı. 

İyirmi  beş  yaşlı  poruçik  Fərrux  ağa  1916-cı  il  sentyabrın  12-də  hava 

savaşında  igidliklə  həlak  olmuş  ilk  azərbaycanlı  təyyarəçi  idi.  Sentyabrın  18-də 

"Petroqrad xəbərləri" qəzeti yazırdı: "Ali Baş Qərargahın komandanlığından xəbər 

verilir  ki,  Qərb  cəbhəsində  bizim  təyyarələr  Borunı-Krevo  rayonunda  düşmən 

qoşunlarının arxasına keçmişlər"... 

Dəqiq  bomba  atəşləri  ilə  müxtəlif  məntəqələr  partladılmış,  düşmən 

anbarlarında  yanğın  törədilmişdir.  Bundan  başqa,  nəqliyyat  vasitələri,  dəmir  yol 

stansiyaları, avtomobillər bombalanmışdır. 

Uçuş zamanı poruçik Fərrux ağa Qayıbov öz heyəti ilə düşmən qüvvələrinə 

qarşı  vuruşmuş  və  dörd  alman  aeroplanını  vurub-salmışdır.  Onlar  iki  "Albatros" 

təyyarəsini də yandırdıqdan sonra, düşmən ərazisinə düşərək həlak olmuşlar". 

Fərrux  ağa  Məmmədkərim  ağa  oğlu  Qayıbov  1891-ci  il  oktyabrın  2-də 

Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. 

Ailədə  dörd  uşaq  atası  olan  Məmmədkərim  ağa  özü  də  hərbçi  idi.  O, 

əlahəzrət imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü 

müsəlman  vzvodunun  yunkeri  idi.  1877-ci  il  iyulun  27-də  əlahəzrət  imperatorun 

əmri  ilə  nizami  qoşunlarında  uzun  illər  nümunəvi  xidmətinə  görə,  ona  praporşik 

rütbəsi  verilmişdir.  Sonrakı  illərdə  Məmmədkərim  ağa  Qayıbov  Qazax  və 

Yelizavetpol qəzalarında  məhkəmə rəisi,  Cavanşir və Yelizavetpol (indiki Gəncə) 

quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində çalışmışdır. 1894-cü il 


 

avqustun  30-da  əla  xidmətinə  görə,  Məmmədkərim  ağa  üçüncü  dərəcəli 



"Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur. 

Atasını  çox  erkən  itirən  Fərrux  ağa  dövrünün  görkəmli  maarifçisi,  əmisi 

Səməd ağa Qayıbovun himayəsində böyümüşdür. Doğma kəndi Salahlıda beşsinifli 

"rus-Azərbaycan  məktəbi"ni  bitirən  Fərrux  ağa  "artilleriyanın  allahı"  general 

Əliağa  Şıxlinskinin  məsləhəti  ilə  Tiflis  Kadet  Korpusunda  oxuyub.  1910-cu  il 

iyunun  on  altısında  Tiflis  Kadet  Korpusunu  əla  qiymətlərlə  bitirəndən  sonra, 

Peterburqdakı üçillik Konstantin Topçuluq Məktəbinə daxil olub. O, məktəbdə iti 

zehni,  gözlə  dəqiq  ölçmə  qabiliyyəti,  igidliyi  ilə  fərqlənmiş,  xüsusilə  topdan 

bacarıqla  atəş  açdığı  üçün  birinci  mükafat  almışdı.  Həmin  mükafat  İsveçrənin 

"Pavel  Bure"  firmasında  hazırlanmış  qızıl  saatdan  ibarətdir.  Mükafat-saatın 

arxasında "Yunker Fərrux ağa Qayıbov, 1913-cü il" sözləri həkk olunmuşdur. 

Podporuçik  Fərrux  ağa  Qayıbov  Konstantin  Topçuluq  Məktəbini  əla 

qiymətlərlə  bitirmiş  və  1913-cü  il  avqustun  6-da  Aleksandropoldakı  39-cu 

artilleriya  briqadasında  xidmət  etmişdir.  Birinci  Dünya  müharibəsi  başlananda 

Qərb cəbhəsindəki ən birinci aviasiya korpusuna göndərilmişdir. 

Poruçik  Qayıbovun  hünəri  1916-cı  ilin  qəzetlərində,  hətta  alman 

mətbuatında  da  öz  əksini  tapmışdır.  Arxivdə  saxlanan  otuz  bir  nömrəli  qovluqda 

iyirmi  beş  yaşında  həlak  olmuş  ilk  azərbaycanlı  təyyarəçinin  on  bir  fotoşəkli  və 

qəhrəmanlığından bəhs edən maraqlı sənədlər var. Onların arasında general Əliağa 

Şıxlinskinin  "İlk  Azərbaycan  pilotu"  yazısı  xüsusi  dəyərə  malikdir.  1916-cı  il 

sentyabrın 8-də Qərb cəbhəsi aviasiya ordusunun general-mayoru Şidlovski, hərbi 

təyyarəçi ştabs-kapitan Lazarev igid şahinin son hünərindən söhbət açır. 

...On altıncı hava gəmisinin artilleriya zabiti poruçik Qayıbov Qərb cəbhəsi 

qərargahının tapşırığı ilə bu il sentyabrın 12-də Boruniya  hücum etmiş, intendant 

və  artilleriya  anbarlarını,  aerodromu,  89-cu  alman-ehtiyat  diviziyasının 

mövqelərini  bombardman  etmişdir.  Rəqibin  zenit  batareyalarının  qasırğa  kimi 

atəşinə baxmayaraq,  Qayıbov  özünə  xas  böyük  cəsarətlə, Borunıda düşmənin 

anbar  və  qərargahını  dağıdıb  külə  döndərmişdir.  Bombardman  vaxtı  Qayıbovun 

təyyarəsinə  eyni  zamanda  dörd  alman  qırıcısı  hücuma  keçmişdir.  Bunlardan  ikisi 

"Albatros",  ikisi  isə  "Fokker"  tipli  idi.  Qeyri-bərabər  döyüş  vaxtı  igid  poruçik 

Qayıbov  düşmənin  üç  qırıcı  təyyarəsini  yandırmış,  özü  isə  aldığı  ciddi  zədədən 

təyyarəsi ilə bərabər yerə düşmüş və həlak olmuşdur. 

Səhəri  gün  düşmən  təyyarəsinin  atdığı  kağızlarda  yazılırdı  ki, 

qəhrəmancasına vuruşaraq həlak olan  poruçik Qayıbovu  və onun heyətini alman 

əsgərləri şərəflə dəfn etdilər. 

İgidliklə  həlak    olan    poruçik  Fərrux  ağa  Qayıbov  1917-cı  ildə  ilk  dəfə 

dördüncü dərəcəli  "Müqəddəs Georgi" ordeni ilə təltif olunub. 

Qısa ömründə şərəfli döyüş yolu keçən Fərrux ağanın qəhrəmanlığı 1915-ci 

il  noyabrın  8-də  üçüncü  dərəcəli  "Müqəddəs  Stanislav"  (qılınc  və  bantla  birgə), 

yenə  həmin  ilin  dekabrın  14-də  dördüncü  dərəcəli  "Müqəddəs  Anna"  (üzərində 



 

Qayıbov qardaşları (solda 



Məmməd ağa (1883-

1966). sağda Fərrux ağa) 

 

"İgidliyə görə" yazısı ilə), 1916-cı ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılınc 



və  bantla  birgə)  1917-ci  il  yanvarın  26-da  ikinci  dərəcəli  ("Müqəddəs  Anna", 

qılıncla birgə), 1917-ci il martın 14-də üçüncü dərəcəli ("Müqəddəs Anna", qılınc 

və bantla birgə) və 1917-ci il martın 25-də dördüncü dərəcəli "Müqəddəs Georgi" 

ordenlərinə layiq görülmüşdür. 

"Müqəddəs Georgi" ordeni 1769-cu ildə imperator II Yekaterina tərəfindən 

təsis  olunmuşdur.  Rus  imperiyasının  süqutuna  qədər  dövlətin  ən  ali  hərbi  ordeni 

sayılırdı. Ordenin dörd dərəcəsi vardı. Birinci dərəcəli orden 

ən  yüksək  hesab  olunurdu.  Ordenin  devizi  belə  idi:  "Əla 

xidmət  və  cəsurluğa  görə".  "Müqəddəs  Georgi"  ordeninə 

yalnız  "fövqəladə,  xüsusi  rəşadət,  mərdlik,  əla  əsgəri 

qəhrəmanlıq" göstərən hərbi qulluqçular layiq görülürdülər. 

Eloğlumuz  poruçik  Fərrux  ağa  Qayıbova  bu  şərəfli 

orden  qəhrəmanlıqa  həlak  olandan  sonra,  1913-cü  ilin 

nizamnaməsinə 

əsasən, 

"Vətən 


salnaməsində 

əbədiləşdirilməyə  layiq,  ölümü  bahasına  hünər  göstərmiş 

şəxs" kimi 1917-ci il martın 25-də verilmişdir. 

Fərrux  ağa  Qayıbovun  idarə  etdiyi  dördmühərrikli 

"İlya  Muromets-16" təyyarəsində  dörd nəfər döyüşçü  vardı. 

Bu  təyyarə  o  zaman  üçün  dünyada  ilk  dördmühərrikli  ağır 

bombardmançı  təyyarə  idi.  1913-cü  ilin  sonunda  Peterburqun  "Rus-Baltik" 

zavodunda  istehsal  olunmuşdu.  1914-cü  ildə  təyyarə  bir  dəfə  yerə  enməklə  min 

kilometr  məsafəni  14  saat  38  dəqiqəyə  qət  etmişdi.  Bu  da  o  vaxt  üçün  dünya 

rekordu sayılırdı. 

"İlya  Muromets  -16"  təyyarələrindən  Birinci  Dünya  savaşında  və  vətəndaş 

müharibəsində düşmənə arxadan zərbə vurmaq üçün istifadə olunmuşdur. Məhz bu 

təyyarədə  avqustun  26-da  məşhur  pilot-kapitan  Pyotr  Nesterov  tarana  getmiş  və 

qəhrəmanlıqla həlak olmuşdur. 1916-cı ilin sentyabrın 12-də isə eloğlumuz Fərrux 

ağa  Qayıbovun  iştirak  etdiyi  təyyarə  aviasiya  tarixinə  daha  bir  hünər  səhifəsi 

yazdı... 

"Bu  il  sentyabrın  12-də  Qərb  cəbhəsi  orduları  baş  komandanının  qərargah 

rəisinin əmri ilə, Baş  Qərargahın podpolkovniki Brantın  komandası altında, "İlya 

Muromets" tipli iki hava gəmisi və on üç kiçik aparatdan ibarət hava eskadrilyası 

ilə düşmən arxasına basqın edilmişdir. 

Basqın hədəfi düşmən yerləşməsinin arxasına, on iki verst məsafədəki kiçik 

Borun  yaşayış  məntəqəsi  və  onun,  əldə  olan  məlumatlara  görə,  89-cu  alman 

diviziyasının  qərargahının,  artilleriya  və  intendant  anbarlarının  olduğu  dar  dəmir 

yolunun, habelə aerodromun yerləşdiyi ən yaxın rayonu seçilmişdir. 

Eskadra  düşmənin  arakəsmə  artilleriya  atəşinin  içindən  Krevo  rayonunu 

yarıb-keçərək  və  onun  aviasiyasını  sıxışdıraraq  ümumi  çəkisi  100  pud  partlayıcı 

maddəyə qədər olan 78 bomba atmışdır. 


 

Eskadranın ümumi düzülüşü... Aşağıdakı şəkildə təsvir olunmuşdur: 



Başda  iki  "Moran-Parasol"  və  bir  "Vuazen"lə  16-cı  gəmi,  ardınca  üç-dörd 

verst  cəbhəboyu  mövqeyi  uçub-keçən  altıya  qədər  kiçik  aparatla  birlikdə  Kiyev 

gəmisi  gedirdi;  qalan  beş  təyyarə  düşmən  mövqelərini  müxtəlif  vaxtlarda, 

Krevodan  şimala  və  cənuba  doğru  10-dan  15  verstədək  geniş  cəbhəboyu  uçub-

keçmişdir... 

Poruçik  Makşeyevin  komandanlığı  altında,  köməkçi  poruçik  Raxlinin, 

artilleriya zabiti, poruçik Qayıbovun və müşahidəçi poruçik Karpovun olduğu 16-

cı  gəmi  eskadranın  avanqardında  hərəkət  edərkən,  Krevo  yaxınlığında  düşmənin 

güclü  artilleriya  atəşi  ilə  qarşılaşmışdır.  Düşmənin  dörd  aparatdan,  yaxşı 

silahlanmış və daha böyük sürətli gəmisindən ibarət üstün qüvvələri ilə amansız və 

qeyri-bərabər döyüşə girmiş, dörd düşmən təyyarəsinə qarşı tək qalaraq, on altıncı 

gəmi hücumlarını dəf edə-edə, düşmən arxasına Borunaya doğru hərəkətini davam 

etdirmişdir. 

Qeyri-bərabər döyüşün sonrakı dəqiqələrində, güclü artilleriya atəşi altında, 

on altıncı gəmi, yalnız onunla deyil, eskadranın arxadan gələn qalan qüvvələri ilə 

də döyüşdən yayınaraq, aşağı enən üç  düşmən təyyarəsinin həmləsini dəf etməyə 

müvəffəq olmuşdur. Dördüncü alman təyyarəsi isə on altıncı gəmi üzərində dövrə 

vurmuş  və  görünür,  "ölü"  məkanda  daldalanaraq,  onu  pulemyotdan  atəşə 

tutmuşdur. 

Gəmi düşmən atəşi altında, artıq Boruna məntəqəsinə çatdıqda, o, görünür, 

artilleriya  atəşindən  zədələnmiş,  ya  da  ola  bilər  ki,  ekipajın  bir  hissəsi  düşmən 

təyyarələrinin tüfəng atəşi ilə sıradan çıxarılmış və aparat adı çəkilən ərazidə yerə 

çırpılaraq  dağılmış,  bu  zaman  bütün  təyyarəçilər  həlak  olmuşlar...  Gəminin 

düşməsindən sonra dördüncü alman təyyarəsi də aşağı enmişdir. 

Artilleriya  zabiti poruçik  Fərrux ağa  Qayıbovun  hədsiz  sədaqətə  söykənən 

mərdliyi  və  qətiyyəti  eskadranın  Kiyev  gəmisindən  və  on  kiçik  aparatdan  ibarət 

əsas  qüvvələrinə,  dörd  aparatı  sıradan  çıxarılmış  düşmən  aviasiyası  tərəfindən 

müqavimət  olmadan  Boruna  yaşayış  məntəqəsinə  doğru  düşmən  yerləşməsinə 

girmək  imkanı  verərdi.  Beləliklə,  on  altıncı  gəminin  döyüşün  həlledici  anında 

düşmən  aviasiyasına  saldığı  güclü  məxlətə-qarışıqlıq  bütün  əməliyyatın 

müvəffəqiyyətinə təsir göstərdi. 

Bundan  başqa,  on  altıncı  gəminin  artilleriya  zabiti  poruçik  Fərrux  ağa 

Qayıbov öz qəhrəmanlıq şücaətini ölümü ilə təsdiqlədi... Poruçik Qayıbov dəfələrlə 

həyatı  üçün  açıq  təhlükə  doğuran  uğurlu  uçuşlar  edərək,  düşmən  düşərgələrinə, 

anbar, yol və stansiyalarına ziyan vurmuşdur...". 

1916-cı  il  noyabrın  3-də  podpolkovnik  Brantin  vəsatəti  Qərb  cəbhəsi 

ordularının  Baş  Komandanı  qərargahının  general-kvartir-meysteri  vəzifəsinin 

müvəqqəti  icraçısı,  sonradan  isə  qərargah  rəisi  tərəfindən  dəstəklənmiş  və 

Dumanın "Müqəddəs Georgi" hərbi ordeni dəftərxanasına göndərilmişdir. 


 

Fərrux  ağa  Qayıbov 



Konstantin 

Artilleriya 

Məktəbinin kursantı 

Podporuçik  Fərrux  ağa  Qayıbov  (sağdan  dördüncü) 

kursant yoldaşları ilə. Peterburq. 1913-cü il. 

 

Poruçik  Fərrux  ağa  Qayıbovun  ölümündən  sonra  qıhnc  və  bantla  birlikdə 



üçüncüdərəcəli  "Müqəddəs  Anna"  ordeni  ilə  təltif  olunması  təsdiqlənmişdir 

(14.03.1917). 

Petroqrad  Georgi  Dumasının  layiq  bildiyi  hərbi  rütbələr  haqqında  ordu  və 

donanma  üzrə  25  mart  1917-ci  il  tarixli  əmrlə  "Düşmənlə  hava  döyüşündə  həlak 

olmuş 39-cu artilleriya briqadasının poruçiki Fərrux ağa Qayıbov 

1916-cı il sentyabrın 12-də "İlya Muromets -16" hava gəmisinin 

artilleriya  zabiti olmaqla, gəmi ilə, Boruna  yaşayış  məntəqəsinə 

həmlə edən iki hava gəmisindən və on üç kiçik aparatdan ibarət 

hava  eskadrasının  avanqarında  gedərək,  düşmənin  arakəsmə 

artilleriya atəşinin içindən yarıb-keçdiyi, dörd alman təyyarəsi ilə 

amansız  döyüşə  girərək,  onları  məhv  etmişdir.  Sonra  isə  on  iki 

verst  düşmən  arxasına  girərək,  Borunaya  yetişdiyi,  gəmi  ilə 

birlikdə  artilleriya  atəşindən  həlak  olaraq,  eskadranın  əsas 

qüvvələrinə  məqsədə  çatmaq  və  düşmənə  açıq  xətər  yetirmək 

imkanı  verdiyi  üçün"  ölümündən  sonra  dördüncü  dərəcəli  "Müqəddəs  Georgi" 

ordeninə  layiq  görülmüşdür"  (E.E.İsmayılovun  "Azərbaycanlılar  Georgi 

Kavaleridir" kitabı, Moskva, 2005-ci il, səh. 227, 228.-də). 

* * * 


General Əliağa Şıxlinskinin şəxsi əşyaları arasında nadir bir əlyazması var. 

"Azərbaycanlılardan  ilk  təyyarəçi" 

sərlövhəli,  cəmi  ikisəhifəlik  yazısını 

general  ölümündən  bir  il  (1942-ci 

ildə)  əvvəl  qələmə  alıb.  General 

Əliağa  Şıxlinski  yeganə  azərbaycan-

lıdır  ki,  Fərrux  ağanın  qəhrəman-

lığının    şahidi    olub.    Həmin  ili  o, 

Qərb  cəbhəsində  döyüşən  10-cu 

ordunun 


baş 

komandanı 

idi. 

Generalın  yazısı  faktlarla  zəngin 



olduğuna  görə,  ondan  bütövlükdə 

istifadə edirik. 

"Birinci  Cahan  savaşında  iyirmibeşyaşlı  Fərrux  ağa  Qayıbov 

azərbaycanlılardan  birinci  olaraq  hərbi  təyyarəçi  peşəsini  məharətlə  öyrənmişdi. 

Fərrux ağa "İlya Muromets" adlanan böyük bir təyyarə dəstəsinə qəbul edilmiş və 

"İlya Muromets-16" təyyarəsinin heyətinə daxil olmuşdu. Fərrux ağa bu təyyarədə 

topçu  zabiti  vəzifəsini  ifa  edirdi.  O,  bombalar  salır,  düşmənin  müxtəlif  tikililərini 

dağıdır,  hava  vuruşmalarından  pulemyot  atır  və  düşmən  mövqelərinin  fotoşəklini 

çəkirdi. Fərrux ağa Qayıbov ilk uçuşu zamanı Neman çayının üzərində böyük hərbi 

əhəmiyyəti  olan  körpünü  dağıtmış  və  beləliklə  də  alman  qoşunlarının  və  onların 

müxtəlif hərbi yüklərinin daşınmasını xeyli ləngitmişdi. 


 

Fərrux ağa Qayıbov (sağdan birinci) kursant 



dostları ilə, Peterburq, 1912-ci il. 

Konstantin Artilleriya Məktəbinin buraxılışı, 1913-cü il, 

yuxardan ikinci cərgədə, sağdan üçüncü, podporuçik 

Fərrux ağa Qayıbov. 

Podporuçik Fərrux ağa 

Qayıbov 


Almanlar  "İlya  Muromets-16"  təyyarəsini  güdüb  məhv  etmək  istəyirdilər. 

Onlar  dəfələrlə  təyyarədən  kağız  salıb  bizi  qorxudurdular  ki,  cəbhənin  qərargahı 

yerləşən Minsk şəhərinə basqın edəcəklər. Almanlar bir neçə dəfə uçub bu şəhərin 

üzərinə gəlsələr də, o zamankı sadə təyyarəvuran topların 

atəşi nəticəsində geri qayıtmağa məcbur olmuşdular. 

1916-cı  il  sentyabrın  12-də  bir  dəstə  təyyarəmiz 

almanların  Vilno  tərəfindəki  cəbhəsinə  hücum  etməyi 

qərara  aldı.  Bu  hücumda  on  iki  yüngül  təyyarəmiz  və  bir 

"İlya  Muromets-16"  təyyarəsi  iştirak  edirdi.  Az  sonra 

qızğın  hava  vuruşması  başlandı.  Almanlar  onları  lərzəyə 

salan təyyarəni gördükdə dəlicəsinə vuruşmağa başladılar. 

Nəhayət,  almanlar  təyyarələrimizin  sıralarına  soxulub, 

"İlya  Muromets-16"  təyyarəsini  yoldaşlarından  ayıra 

bildilər.  Bu  təyyarənin  igid  heyəti  almanların  dörd 

təyyarəsinə qarşı bir saat vuruşdu. Sonradan almanlar etiraf etməyə məcbur oldular 

ki, Fərrux ağa Qayıbovun pulemyotu onlara çox ağır tələfat verdi. 

Nəhayət, "Albatros" adlanan alman təyyarələrindən biri "İlya Muromets-16" 

təyyarəsində  yanğın  törətməyə  və  təyyarəni  yerə  salmağa  müvəffəq  oldu. 

Təyyarədəki igidlərin dördü də yanıb həlak olmuşdu... 

Dövlət Dumasının qərarı ilə təyyarənin komandiri poruçik Dmitri Makşeyev 

və  son  nəfəsinədək  pulemyot  güllələri  ilə  düşmənə  divan  tutan  zabit  Fərrux  ağa 

Qayıbov "Müzəffər Georgi" ordeni ilə təltif edilmişdir". 

 

 


10 

 

Poruçik Fərrux ağa Qayıbov 



(sağda) dostu ilə 

Podporuçik Fərrux ağa Qayıbov (soldan birinci) hərbi təlim 

vaxtı. 

Fərrux ağanın foto şəklinin arxasında dəst-xətti. 



Fərrux ağa Qayıbov – Tiflis kadet 

korpusunun kursantı, 1910-cu il. 

 

 


11 

 

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə