AZƏrbaycanin ilk həRBİ TƏyyarəÇİSİ



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix31.01.2017
ölçüsü0,52 Mb.
#7176
1   2   3

YADDAŞIN BƏRPASI 

 

Peşəkar ədəbiyyatçı, tanınmış publisist  Şəmistan  Nəzirli  milli tariximiz  və 

mənəvi  yaddaşımız  sahəsində  apardığı  yaradıcılıq  axtarışları  və  tapıntıları  ilə 

böyük vətənpərvərlik missiyasını yerinə yetirir. O, bu sahədə kifayət qədər uğurlar 

əldə  edib.  Yaxşı  xatırlayıram,  hələ  uzaq  70-ci  illərdə  (1974)  Şəmistan  Nəzirli 

böyük  rus  yazıçısı  Mixail  Şoloxovla  onun  vətəni  olan  Rostov  vilayətinin 

Veşenskaya  stanitsasında  görüşü  barədə  maraqlı  material  dərc  etdirmişdi.  Mixail 

Aleksandroviçlə  söhbətində  o,  dahi  rus  yazıçısının  Ümumittifaq  miqyasında 

tanınmış  və  xalqın  sevimlisi  olan  Azərbaycan  şairi  Səməd  Vurğunla  dostluq 

əlaqələri  barədə  əhəmiyyətli  məlumatlar  əldə  etmişdi.  Bu  məlumatlar  böyük 

ədiblərin birgə fotoşəkli ilə tamamlanırdı. Demək istəyirəm ki, Şəmistan Nəzirlinin 

bütün  ədəbi  əsərləri  və  jurnalist  araşdırmalarına  azərbaycançılıq  notları  və 

vətənpərvər  qısqanclıq  xasdır.  Şəmistan  Nəzirlinin  axtarışlarındakı  həmrəylik  və 

dolğunluq  onun  obrazlı,  canlı  və  bədii  yazı  üslubu  ilə  uzlaşan  işlərinin  həm  də 

elmi-tədqiqat əsaslı olduğunu deməyə imkan verir. 

Şəmistan  Nəzirlinin  sənədli  əsərləri  və  kitablarında  Azərbaycanın  hərb 

tarixi,  əsgər  və  zabitlərin,  generalların  döyüş  yolu  və  qəhrəmanlıqları  xüsusi  yer 

tutur.  Tam  artilleriya  generalı  Səməd  bəy  Mehmandarov,  Əliağa  Şıxlinski, 

topoqraf-general  İbrahim  ağa  Vəkilov,  süvari  generalı  Hüseyn  xan  Naxçıvanski, 

general  Bakıxanov,  Yadigarov,  Novruzov,  Talışxanov  qardaşları,  Port  Artur 

epopeyası,  Birinci  Dünya  Müharibəsi  və  Böyük  Vətən  Müharibəsi  iştirakçıları 

general  Tərlan  bəy  Əliyarbəyov,  Heybət  Heybətov,  Hacıbaba  Zeynalov,  Akim 

Abbasov,  Mahmud  Əbilov  və  digər  parlaq  şəxsiyyət  və  sərkərdələr  geniş 

işıqlandırılır. 

Ən  nəhayət,  ilk  azərbaycanlı  təyyarəçi  Fərrux  ağa  Qayıbovun  qısa,  lakin 

şərəfli  döyüş  yolu  haqqında  geniş  məlumatlar  qarşımızdadır.  O  Fərrux  Ağa 

Qayıbov ki 1916-cı ildə Qərb cəbhəsində "İlya Muromets" aeroplarının ekipajı ilə 

birlikdə  düşmənin  qat-qat  güclü  olan  hərbi  təyyarələri  ilə  qeyri-bərabər  döyüşə 

girişib,  düşmən  aviasiyasına  sarsıdıcı  zərbə  endirib  və  təyyarə  heyəti  ilə  birgə 

qəhrəmancasına həlak olub. O zaman onların şücaəti, hətta alman tərəfinin qeyri-

ixtiyari  heyrətinə  səbəb  olmuşdu  və  onlar  qəhrəman  təyyarəçiləri  ehtiramla  dəfn 

etmişdilər. 

Fərrux  ağa  Qayıbovun  heyrətamiz  həyat  yolu,  sonradan  isə  tarixi  haqq-

ədalətin  bərpasına  və  qəhrəmanın  adının  vətəni  Qazax  rayonunda 

əbədiləşdirilməsinə edilən cəhdlər, sovet məmurlarının buna göstərdiyi müqavimət 

-  bütün  bunlar  bir  tale  çərçivəsinə  sığmır  və  milli  tariximizin  şanlı  səhifələrini 

unutduran və ya təhrif edən siyasiləşmiş sovet ideologiyası və repressiya maşınının 

eybəcərliklərini ortaya qoyur. Bu eybəcərliklər özünü digər azərbaycanlı təyyarəçi 

-  Müsavat  hökuməti  dövründə  qulluq  etmiş  və  bolşeviklər  tərəfindən  Solovets 

adalarına  sürgün  edilmiş  Teymur  Mustafayevin  taleyində  xüsusi  aydınlıqla 



26 

 

göstərib. Maraqlıdır ki, sürgündən sonra Karaqandaya gələn bu qeyri-adi insan öz 



qabiliyyəti  və  texniki  istedadı  sayəsində  böyük  hörmət  və  ehtiram  qazanaraq, 

Qazaxıstanın kömürçıxarma sənayesinin inkişafına və Böyük Vətən müharibəsində 

cəbhənin  təminatına  böyük  tövfələr  verib.  Artıq  ahıl  yaşlarında  uzun  ayrılıqdan 

sonra Azərbaycana qayıtmaq istəyən Mustafayevin qarşısını yenə də yüksəkrütbəli 

məmurların köhnə düşüncə tərzi kəsir... 

Eyni aqibət Azərbaycan aviasiyasının digər pioneri - Teymur xan Əşrəfi də 

haqlaya bilərdi; əgər o, 30-cu illərdə Azərbaycanı tərk etməsəydi. 

Beləliklə, Fərrux Qayıbov haqqında  oçerk tariximizin digər səhifələrini də 

açır  və  hətta  ən  ağır  ayrıseçkilik  və  ideoloji  məhrumiyyətlər  dövründə  layiqli 

nümayəndələri ilə seçilən millətimizin yaxın keçmişinə işıq salır. 

Düşünürəm  ki,  Şəmistan  Nəzirlinin  dramatik  və  ibrətamiz  əsəri  oxucular 

üçün əsl hədiyyə, həyatda ideal axtarışında olan gənc nəsil üçün isə örnək olacaq. 

Əlbəttə  ki,  belə  kitablar  bugünkü  müstəqil  Azərbaycanın  müdafiəçilərinin  hərbi-

vətənpərvərlik  ruhunda  tərbiyə  almasında  əvəzsiz  rol  oynayır,  tarixi 

torpaqlarımızın  məlum  qüvvələr  tərəfindən  dəstəklənən  Ermənistanın  işğalından 

azad edilməsi və ərazi bütövlüyümüzün bərpası işində onlara ruh və qətiyyət verir. 



 

Səyavuş Məmmədzadə, 

yazıçı, Azərbaycanın əməkdar incəsənət xadimi 

 


27 

 

Qazax şəhərində aviasiya marşalı Pavel Kutaxov 



tərəfindən  poruçik  Fərrux  ağa  Qayıbovun 

şərəfinə qoyulmuş 01 təyyarə monumenti (1973) 

Fərrux  ağa  Qayıbovun  doğulduğu  Qazax  rayonunun 

Yuxarı Salahlı kəndi (1977-ci ilin foto şəkli). 



 

Şəmistan 

 

Azərbaycan  hərb  tarixinin  və  Səməd  Vurğun  ömrünün  araşdırıcısıdır.  Hər 



iki sahədə silsilə əsərlər müəllifidir. "Vurğun keçib bu yerlərdən", "Ellər Vurğunu", 

"Yaddaşlarda  yaşayan  Vurğun",  "Qəribə  talelər",  "Qoridən  gələn  qatar", 

"Azərbaycan  generalları",  "Daş  Salahlı  Məhəmməd  Koxa",  "Cümhuriyyət 

generalları",  "Qacarlar",  "Tam  artilleriya  generalı  S.Mehmandarov",  "Arxivlərin 

sirri açılır", "Qarxunlu Əşrəf bəy", "General Əliağa Şixlınski ömrü", "Güllələnmiş 

Azərbaycan generalları" və başqa tarixi-publisist əsərləri ilə tanınır. 

Azərbaycan  Yazıçılar  və  Jurnalistlər  Birliyinin  üzvüdür.  "Səməd  Vurğun 

fəxri diplomu"na (1996), "Qacarlar" əsərinə görə İran Dostluq Cəmiyətinin birinci 

dərəcəli  mükafatına  (1995),  "General  Həzi  Aslanov",  "General  Əliağa  Şixlınski" 

(1995), "Elm" fondunun "İlin ən yaxşı kitabı" (1999), H.Zərdabi adına Respublika 

mükafatına (2002) və "Səməd Vurğun mükafatına"na (2004) layiq görülmüşdür. 

 

 



 

 

 



 

 

Mətn Şəmistan Əmiraslan oğlu Nəzirli 



 

Tərtibat Orxan Bədəlov 



 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin