TƏHLÜKƏSİZLİk namiNƏ BİRLİKDƏ nato-nun təqdimatı



Yüklə 206.68 Kb.
PDF просмотр
tarix24.04.2017
ölçüsü206.68 Kb.

TƏHLÜKƏSİZLİK NAMİNƏ BİRLİKDƏ 

NATO-nun təqdimatı



TƏHLÜKƏSİZLİK NAMİNƏ BİRLİKDƏ 

NATO-nun təqdimatı

S04 



Giriş



S06 

Dəyişən dövrana cavab



S14 

Böhran vəziyyətlərində başlıca oyunçu



S22 

Tərəfdaşlıqların genişləndirilməsi



S28 

Açıq qapı siyasətinin davam etdirilməsi



S30 

Yeni təhdidlər üçün yeni imkanlar



S32 

Təşkilatın dinamikası



S35 

Gələcəyə doğru



S04 

Giriş



Mövcud olduğu yarım əsrdən çox bir 

müddətdə həm Alyans, həm də geniş 

dünya NATO banilərinin düşünməyəcəyi 

istiqamətlərdə inkişaf etdilər.

Strateji mühitin inkişafının davam etdiyi bir 

vaxtda, NATO-nun transformasiya yolu da 

genişlənir. NATO keçmişdəkindən daha geniş 

miqyaslı təhlükəsizlik təhdidlərinə cavab 

verir və öz əhalisini həm evdə, həm də onun 

xaricində müdafiə etmək məcburiyyətindədir. 

Kütləvi qırğın silahlarının yayılması və 

terrorçuluq kimi təhdidlər heç bir sərhəd 

tanımırlar və bu da NATO-nun Əfqanıstanda 

olduğu kimi, uzaq məsafələrdə qüvvə işlətmək 

və saxlamaq qabiliyyətinə malik olmasını tələb 

edir. Paralel olaraq, o, bu yeni tələblərə cavab 

vermək üçün lazımı vasitə və imkanları inkişaf 

etdirir və bu kimi çoxsaylı təhdidlərlə üzləşməyi 

nəzərdə tutan beynəlxalq səylərə töhfə verir. 

Üzv ölkələrin üzləşdiyi təhdidlərin təbiətinin 

və NATO-nun onlarla mübarizə yollarının 

dəyişməsinə baxmayaraq, Alyans tərkibində 

başlıca əməkdaşlıq qaydaları Vaşinqton 

Müqaviləsinin prinsiplərinə sadiq qalır. 

Kollektiv mübarizə prinsipi Alyansın əsasını 

qoyan müqavilənin mərkəzi xəttini təşkil 

edir. O, öz üzvlərini birgə bağlayan, bir-

birini müdafiə etməyə təhrik edən yeganə və 

möhkəm prinsip olaraq qalır. NATO, Avropa 

və Şimali Amerika maraqlarını əlaqələndirən 

təhlükəsizlik təhdidlərinin idarə olunması 

üçün siyasi-hərbi çərçivəni təmin edir və 

gələcək nəsillərin faydası naminə anlaşma 

və əməkdaşlığa əsaslanan təhlükəsizliyin 

qurulması məqsədini güdür.

TƏHLÜKƏSİZLİK NAMİNƏ BİRLİKDƏ 

NATO-nun təqdimatı

Şimali Atlantika Alyansı



 

Giriş


  

S05



Bu nəşrdəki Keçmiş Yuqoslaviya Respublikası 

Makedoniyaya olan istinadlar ulduz (*) şəklində işarə 

ilə qeyd olunmuşdur və növbəti yazıya istinad edir: 

“Türkiyə Makedoniya Respublikasını onun konstitusiya 

adı ilə tanıyır”. 


Dəyişən dövrana cavab

S06 


Dəyişən dövrana cavab

1949-cu ildə Şərq və Qərb arasında ideoloji 

mübarizənin sürətləndiyi bir vaxtda Atlantik okeanın 

hər iki sahilindən olan 12 ölkə Şimali Atlantika 

Müqaviləsi Təşkilatını yaratdı. İlkin məqsəd Sovet 

İttifaqının Şərqi Avropa üzərində mövcud olan 

nəzarətini qitənin digər hissələrinə də yaymaq 

istəyi hədəsinə qarşı olaraq qarşılıqlı yardım paktı 

yaratmaqdan ibarət idi.

Alyansın mənşəyi

1961 


B

erl


in Di

varı


n u


ca

lm

ası



1949

 V

aşi



nq

to

n M



üqa

viləsi


ni

n i


m

za

lan



m

ası


, 4 A

pr

el



Dəyişən dövrana cavab  

S07



O zamanlar Avropa hələ də İkinci Dünya Müharibəsinin səbəb olduğu dağıntıları bərpa etməkdə 

idi. Bununla belə, 1947 və 1952-ci illərdə ABŞ-nın maliyyələşdirdiyi Marşal Planı Qərbi Avropa 

iqtisadiyyatlarını sabitləşdirəcək vasitələri təmin etdi. Kollektiv müdafiə prinsipinə sadiq olmaqla NATO, 

demokratiya və iqtisadi artımın inkişafı naminə təhlükəsiz mühitin qorunub saxlanılmasına yardımçı 

olaraq bu rolu tamamladı. O vaxtkı ABŞ prezidenti Harri S.Trumanın sözləri ilə desək Marşal Planı və 

NATO “bir qozun iki yarısı” idi.

“ Alyans vasitəsilə Qərbi 

Avropa və Şimali Amerika bu 

günədək görünməmiş sabitlik 

səviyyəsini əldə etdilər ”

1950-ci illərin əvvəllərində Koreya Müharibəsi ilə kulminasiya nöqtəsinə çatan beynəlxalq hadisələr 

Qərbin Sovet İttifaqının ekspansiya məqsədləri ilə bağlı qorxusunu təsdiqləmiş oldu. Buna uyğun 

olaraq, NATO üzv ölkələri birgə müdafiə öhdəliklərinin yerinə yetirilməsi üçün tələb olunan hərbi və 

mülki strukturların inkişafı ilə bağlı səylərini artırdılar. Avropa Hökumətlərinin müraciəti əsasında Şimali 

Amerika qüvvələrinin Avropa torpağında mövcudluğu Sovet İttifaqı təcavüzünü karıxdırmağa yardım 

etdi. Bundan əlavə, vaxt keçdikcə daha çox ölkə Müttəfiq oldu.

Alyans vasitəsilə Qərbi Avropa və Şimali Amerika bu günədək görünməmiş sabitlik səviyyəsini əldə 

etdilər və bununla da, Avropanın iqtisadi əməkdaşlığı və inteqrasiyasının əsasını qoydular. 1990-cı 

illərin əvvəllərində, Soyuq Müharibə yekunlaşdıqdan sonra Alyans keçmiş düşmənlərə əl uzatmaqla və 

təhlükəsizliyə olan birgə yanaşmanı davam etdirməklə Avropanın köhnə Şərq-Qərb bölgüsünün aradan 

qaldırılmasına fəal şəkildə töhfə verdi.


S08 

Dəyişən dövrana cavab



Soyuq Müharibə dövründə NATO-nun rolu və 

məqsədi açıq şəkildə Sovet İttifaqının törətdiyi 

təhdidin mövcudluğu ilə müəyyən olunurdu. 1990-cı 

illərin əvvəllərində Varşava Paktı buraxıldı və Sovet 

İttifaqı dağıldı. Ənənəvi düşmənlərinin yox olması 

ilə əlaqədar bəzi şərhçilər, NATO-ya olan ehtiyacın 

da aradan qalxdığına və gələcək müdafiə xərclərinin 

və silahlı qüvvələrə qoyulan sərmayənin da əsaslı 

şəkildə azalacağına inanırdılar. 

Soyuq Müharibənin 

sonu

1989


B

erl


in Di

varı


n da


ğıl

m

ası



Dəyişən dövrana cavab  

S09



Bir çox NATO Müttəfiqləri öz müdafiə xərclərini azaltmağa başladılar, bəziləri hətta bunu 25 faizədək 

etdi. Lakin tezliklə aydın oldu ki, Soyuq Müharibənin sonu hərbi işğal təhlükəsini aradan qaldırmış olsa 

da Avropanın bir çox hissələrində qeyri sabitlik artmışdı. Keçmiş Yuqoslaviya və keçmiş Sovet İttifaqının 

ərazilərində bir çox hallarda etnik gərginlik ilə qızışdırılan çoxsaylı regional münaqişələr baş qaldırdı və 

yayılma hədəsi meydana çıxdı.

“ Avropada sülh və 

sabitliyin qorunması və 

regional münaqişələrin 

yüksəlməsinin qarşısının 

alınması ”

Avropada sülh və sabitliyin qorunması və regional münaqişələrin yüksəlməsinin qarşısının alınması 

üçün indi siyasi və hərbi əməkdaşlığın yeni formaları tələb olunurdu. Həqiqətən də, NATO əməkdaşlıq 

üçün yeni mexanizmlər yaradaraq keçmiş düşmənləri ilə institutlaşmış münasibətlər qurdu. O həmçinin, 

üzv ölkələrin fundamental müdafiə rollarının yerinə yetirilməsi imkanlarının davamlı şəkildə təmin 

edilməsinə əlavə olaraq, böhranların idarə olunması, sülhməramlılıq və sülhə dəstək əməliyyatları kimi 

yeni vəzifələr üçün onları təchiz etmək məqsədilə hərbi strukturları və qabiliyyətləri uyğunlaşdırmaq 

naminə əsaslı daxili islahatlar həyata keçirdi. Bu təhlükəsizlik təhdidlərinə cavab olaraq NATO, nəinki 

kollektiv müdafiə üçün cavabdeh olan möhkəm bağlı Alyans olaraq qaldı, o həmçinin, geniş təhlükəsizlik 

sahəsində yaxın əməkdaşlıq edən müxtəlif mədəniyyətli ölkələrin tərəfdaşlığı mərkəzinə çevrildi.

1995


N

AT

O ö



n il



böh


ranı

n idar


ə ol

un

m



ası 

əm

əl



iy

ya

tın



a başla

r



© MOD UK

9/11

S10 


Dəyişən dövrana cavab

1999-cu il Vaşinqton Zirvə Görüşündə qəbul olunmuş 

Strateji Konsepsiya gələcək təhdidləri “çoxistiqamətli 

və bir çox hallarda qabaqcadan xəbər verilməsi çətin 

olan” kimi təsvir etdi və xüsusi diqqəti kütləvi qırğın 

silahlarının və onların təminat vasitələrinin yayılması 

hədəsinə ayırdı. O həmçinin, terrorçuluq aktları, 

təxribat və mütəşəkkil cinayətkarlıq, eyni zamanda 

həyati təbii ehtiyatların axınında təfriqə kimi daha 

geniş təbiətli digər hədələrin Alyansın təhlükəsizlik 

maraqlarına təsir göstərə biləcəyini açıqladı.

Baş verən hadisələr Alyansın necə də qabaqgörən 

olduğunu göstərdi. 2001-ci ilin 11 sentyabr tarixində 

terrorçular ABŞ-dakı hədəflərə qarşı sərnişin 

təyyarələrindən kütləvi qırğın silahı kimi istifadə 

etdilər. Hücumun sarsıdıcı qəddarlığı və məqsədə 

nail olmaq üçün istifadə olunan vasitələr açıq və 

demokratik cəmiyyətlərin assimmetrik müharibənin 

yeni formasına olan zəifliyini nümayiş etdirdi. Növbəti 

gün həmrəylik aktı olaraq Müttəfiqlər NATO-nun 

kollektiv müdafiə qərarı olan Vaşinqton Müqaviləsinin 

5-ci maddəsini işə saldılar və bununla da, bir və ya 

bir neçə üzvə qarşı hücumun hamıya qarşı edilmiş 

hücum olduğunu təsdiq etdilər.

11 Sentyabr

NATO tarixində 

ilk dəfə olaraq 5-ci 

Maddəni işə salır

2001-


ci

il N


yu-

Yo

rk v



ə V

aşi


nq

to

nda g



eni

ş 

miqy



asl

ı t


er

ro

r h



ücu

mları


Dəyişən dövrana cavab  

S11



Alyans bir qədər sonra Birləşmiş Ştatları dəstəkləmək üçün tədbirlər qəbul etdi. O, terrorçuluq 

fəaliyyətindən şübhəli hesab olunan gəmilərin dayandırılması və axtarışı üçün oktyabr ayının 

əvvəllərində Şərqi Aralıq Dənizinə gəmilər göndərməklə cəld hərəkət etdi. Bu fəaliyyət hazırda Fəal 

Cəhd Əməliyyatı kimi davam edir və indi o, bütün Aralıq dənizini əhatə edir. Həmçinin, qəbul olunmuş 

tədbirlər sırasında Müttəfiqlər ABŞ-ın 11 sentyabr hücumlarına cavabdeh olan Al-Qaida terrorçu qrupu 

və onlara sığınacaq verən Taliban rejiminə qarşı apardığı əməliyyata dəstək olaraq Əfqanıstana 

qüvvələrini göndərdi. 2003-cü ilin avqust ayından etibarən Alyans Beynəlxalq Təhlükəsizliyə Yardım 

Qüvvələri, sülhməramlı əməliyyatına rəhbərlik edir.

11 sentyabr hücumu Alyansın ərazisində törədilən miqyasına görə daha kiçik, lakin eyni qərəzkar təbiətə 

malik digərləri ilə müşayiət olundu.

Tərəflər razılaşırlar ki, Avropa və ya Şimali Amerikada 

onlardan biri və ya bir neçəsinə qarşı edilmiş silahlı 

hücum onların hamısına edilmiş hücum hesab 

ediləcək və nəticə etibarilə onlar razılaşırlar ki, belə 

bir silahlı hücum baş verərsə onlardan hər biri BMT 

Nizamnaməsinin 51-ci Maddəsinə uyğun olaraq fərdi 

və kollektiv özünü müdafiə hüququndan istifadə 

edərək, hücuma məruz qalmış Tərəf və ya Tərəflərə 

dərhal fərdi və digər tərəflər ilə birgə Şimali Atlantika 

ərazisinin təhlükəsizliyinin qorunub saxlanılması və 

bərpa edilməsi naminə silahlı qüvvələrdən istifadə 

də daxil olmaqla ehtiyac duyulan tədbirlər şəklində 

yardım edəcəkdir.

Hər hansı bu kimi silahlı hücum və onun nəticəsində 

görülmüş tədbirlər barədə dərhal Təhlükəsizlik 

Şurasına hesabat veriləcəkdi. Bu tədbirlər 

Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün 

və təhlükəsizliyin qorunub saxlanılması və bərpa 

olunması üçün lazımı tədbirlər görülən zaman 

dayandırılacaqdır.

5-ci Maddə


S12 

Dəyişən dövrana cavab



İlk olaraq, 21-ci əsrdə Transatlantik 

cəmiyyətə olan hədələr təbiətcə 

daha çox assimmetrik olacaq və 

dövlətlərin müstəqil ordularından 

daha çox alt dövlət qurumları 

tərəfindən maliyyələşdiriləcək. 

Onların qarşısını almaq üçün 

Müttəfiq qüvvələrin hərbçiləri daha 

yaxşı açılan, hərəkətli və bacarıqlı 

olmalıdırlar.

İkinci, bu yeni təhdidlər Avro-

Atlantik ərazidən kənarda 

formalaşa bilər. Bu səbəbdən, 

NATO hədələrin harada meydana 

çıxmasından asılı olmayaraq 

onların cavablandırılması 

məcburiyyətini başa düşən 

qlobal tərəfdaşları olan Alyansa 

çevrilməlidir.

Sonuncu, NATO bu təhlükələrlə 

təkbaşına üzləşə bilməz. 

Transatlantik Alyans BMT, Avropa 

İttifaqı, Avropada Təhlükəsizlik 

və Əməkdaşlıq Təşkilatı kimi 

beynəlxalq və qeyri-hökumət 

təşkilatları ilə birgə işləyərək 

hərtərəfli siyasi, iqtisadi və hərbi 

həll yollarının inkişafına töhfə 

verməlidir. Yalnız bu kimi yanaşma 

münaqişənin iqtisadi, həmçinin, 

siyasi və ideoloji köklərini 

cavablandıra bilər.

Bu amilləri nəzərdə tutaraq NATO 

rəhbərləri Alyansın fəaliyyəti və işçi 

proseduralarının icmalı üzrə işə 

başladılar. Bu proses aşağıdakı bir 

sıra təşəbbüslərlə nəticələndi:

“ hərtərəfli siyasi, iqtisadi 

və hərbi həll yollarının 

inkişafına töhfə ”

NATO Cavab Qüvvələrinin 

yaradılması – yer, su və hava 

elementlərini özündə birləşdirən 

qabaqcıl texnologiyaya malik, 

çevik, açıla bilən, qarşılıqlı operativ 

uzlaşan və davamlı qüvvələr

Növbəti on və on beş il ərzində 

Alyansın strateji prioritetləri üçün 

çərçivəni təmin edəcək Hərtərəfli 

Siyasi İcmalın qəbul olunması

Əfqanıstanda bütün ölkəni 

əhatə etmək üçün əməliyyatların 

genişləndirilməsi, yerli 

təhlükəsizlik qüvvələrinin təlimi və 

yenidənqurma işləri

Təhlükəsizlik qüvvələrinin təlimi 

vasitəsilə İraq Hökumətinə 

yardım göstərilməsi, habelə Afrika 

Ittifaqına dəstək və piratlara qarşı 

mübarizənin başlanması

İstanbul Əməkdaşlıq Təşəbbüsü 

vasitəsilə Yaxın Şərq ölkələri 

ilə institutlaşmış münasibətlərin 

qurulması

Paralel olaraq, Alyansa üzvlük 

və öz tərəfdaşlıq proqramlarına 

dəvətlərin genişləndirilməsi 

ilə NATO Avro-Atlantik 

inteqrasiyanı davam etdirir və 

beləliklə də, çox sayda ölkələrin 

təhlükəsizlikdən əldə etdikləri 

faydanı artırır.

axarlı hərbi komandanlıq strukturu

Strateji daşıma və havan yeri 

müşahidə kimi müasir hərbi 

əməliyyatlar üçün əhəmiyyətli 

sahələrdə qabiliyyətlərin 

təkmilləşdirilməsi



Dəyişən dövrana cavab  

S13



N

AT

O A



W

A

C



s t

əy

yar



ələ

ri başl


ıc

had



isələ

rin v


ə b

öh

ran v



əzi

yy

ət



rini


ha

va n



əz

ar

ət



ini t

əmi


n e

di

r



© Boeing

Böhran vəziyyətlərində 

başlıca oyunçu

S14 



Böhran vəziyyətlərində başlıca oyunçu



11 sentyabr hücumlarından dərhal sonra ABŞ 

repressiv Taliban rejimini devirən Əfqanıstanda 

terrorçuluğa qarşı əməliyyat - Azadlığa Dəstək 

Əməliyyatına başladı. Əfqan təhlükəsizlik 

qüvvələrinin təkbaşına ölkənin sabitliyini təmin 

edə bilməyəcəyi narahatlığı artırdı. Bununla 

əlaqədar olaraq, təhlükəsizlik qüvvələrinin təsis 

edilməsi və təliminə kömək edə biləcək qüvvənin 

BMT tərəfindən təsdiq olunması tələbi ilə çıxış 

edən Bonn Konfransı 2001-ci ilin dekabr ayında 

təşkil edildi. 20 dekabr 2001-ci ildə qəbul olunmuş 

BMT Təhlükəsizlik Şurasının 1386 qətnaməsi 

Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinin 

(İSAF) yaradılmasını və onların Kabil və ətraf 

bölgələrdə yerləşdirilməsini təmin etmişdir. İSAF 

və Əfqan milli hökumətinin sələfi olan Əfqan Keçid 

Hakimiyyəti 2002-ci ilin yanvar ayında İSAF-ın 

vəzifələrini təfsilatı ilə müəyyən edən Hərbi Texniki 

Sazişi razılaşdırdılar.

Əfqanıstan

2003

N

AT



O Əf

qanı


stan

da İS


A

F ü


zr

ə 

öh



çil


iy

i ö


z ü

rin



ə g

öt

ür



ür

© MOD Canada



Böhran vəziyyətlərində başlıca oyunçu

  



S15

İlkin olaraq, İSAF nə NATO, nə də BMT qüvvəsi yox, BMT Təhlükəsizlik Şurasının himayəsi altında 

yerləşdirilmiş könüllülər koalisiyası olmuşdur. Könüllü ölkələr İSAF-a altı aylıq rotasiya ilə rəhbərlik 

etmişlər (ilk olaraq Böyük Britaniya, Türkiyə, Almaniya və Niderland). 

Bu missiyaların tərəqqi əldə etdiyi bir vaxtda onlar vahid sistemin çatışmazlığından irəli gələn 

maneələrlə üzləşdilər və nəticədə, 2003-cü ilin avqustunda Alyans missiyanın strateji idarəsi, nəzarət 

və əlaqələndirilməsini öz üzərinə götürərək Kabildə İSAF-ın Daimi Qərargahının təsis edilməsinə 

şərait yaratdı.

“ İSAF və Əfqan Milli Hökuməti 

sıx əlaqələndirmə şəraitində 

fəaliyyət göstərir ”

İlk növbədə, İSAF-ın mandatı 

paytaxt Kabil və ətraf ərazilərlə 

məhdudlaşdırılırdı, lakin 

getdikcə o, bütün Əfqanıstan 

ərazisi üzrə genişləndi: 

o əvvəlcə şimala, qərbə, 

sonradan cənuba və sonda 

Əfqanıstanın ən təhlükəli və 

qeyri-sabit bölgəsi olan şərqə 

genişləndi.

İSAF-ın əsas rolu Əfqan 

hökumətinə onun ölkə üzrə 

hakimiyyətinin yayılması 

və təhlükəsiz mühitin 

yaradılmasına dəstək 

verməkdən ibarətdir. 

Bununla o, ordu və polisin 

təlimi vasitəsilə Əfqan 

təhlükəsizlik qüvvələrinin 

inkişafına dəstək verir; mülki 

təsisatların yenidən qurulması 

ehtiyaclarını müəyyən edir; 

qeyri-qanuni silahlı qrupların 

silahsızlaşdırılması və 

narkotiklərə qarşı səylərdə 

hökuməti dəstəkləyir; 

və humanitar yardım 

fəaliyyətlərini dəstəkləyir.

O eyni zamanda, mülki və 

hərbi qurumlar arasında 

qarşılıqlı əlaqənin 

genişləndirilməsinə və 

yerlərdə aparılan əməkdaşlığa 

daha sistematik yanaşmanın 

inkişaf etdirilməsinə çalışır. 

Bunun nümayiş etdirilməsi 

üçün, Əyalət Bərpa 

Qruplarından bəzisi – İSAF-ın 

öhdəçiliyi altında olan mülki 

və hərbi heyətdən ibarət kiçik 

qruplar – ölkə boyu məktəb 

və yetimxanaların tikilməsi, 

yolların təmiri, silahların 

hesabdan silinməsi, minaların 

zərərsizləşdirilməsi və bu kimi 

mülki layihələrdə işləyirlər.

İSAF Əfqan Milli Hökuməti 

ilə sıx əlaqələndirməni 

həyata keçirir. Misal üçün, 

2003-cü ilin dekabrında 

və 2004-cü ilin yanvarında 

o, böyük şura qismində 

Əfqan konstitusiyasını qəbul 

etmiş konstitusional Loya 

Jirga-nın toplanmasının 

təhlükəsizliyinin təminatında 

Əfqan Hakimiyyətinə yardım 

etdi. 2006-cı ilin sentyabrında 

NATO və Əfqanıstan 

müdafiə islahatları, müdafiə 

təsisatlarının yaradılması 

və Əfqan Milli Ordusu və 

NATO üzvləri arasında hərbi 

uyarlığın təşviqinə yönələn 

“Tərəfdaşlıqda Əməkdaşlığa 

Dəstək Çərçivəsi” sənədini 

qəbul etdilər. Buna əlavə 

olaraq, NATO-nun Ali Mülki 

Nümayəndəsi birbaşa Əfqan 

Hökuməti və digər beynəlxalq 

təşkilatlarla, həmçinin qonşu 

ölkələrlə əlaqə saxlayaraq 

Alyansın siyasi və hərbi 

məqsədlərini müəyyən edir.


S16 

Böhran vəziyyətlərində başlıca oyunçu



Keçmiş Yuqoslaviyanın parçalanması nəticəsində 1995-ci 

ildə Bosniya və Herseqovinada, 1999-cu il Kosovoda 

və 2001-ci ildə keçmiş Yuqoslaviya Respublikası 

Makedoniyada (*) münaqişələrin qarşısının alınması və ya 

dayandırılması məqsədilə hərbi müdaxilə etdi.

Bosniya və Herseqovinada NATO Müttəfiqləri 1995-ci 

ilin avqust və sentyabrında Bosniyanın Serb qüvvələrinə 

qarşı hava əməliyyatları keçirmişlər. Bu addım yerdə olan 

qüvvələr arasında güc tarazlığının dəyişilməsinə kömək 

etmiş və Bosniyanın Serb rəhbərliyini Deyton, Ohayoda 

razılaşdırılmış sülh sazişini qəbul etməyə sövq etmişdir. 

NATO sülhməramlıları Bosniya və Herseqovinaya 

1995-ci ilin dekabr ayında Həyata Keçirmə Qüvvələri 

(İFOR) altında gəldilər. İFOR on il sonradan, 2005-ci 

ilin dekabrında uğurlu sonluqla yekunlaşan Sabitləşmə 

Qüvvələri (SFOR) ilə əvəz edilmişdir. Sülhməramlılıq 

mandatı sonradan Avropa İttifaqına ötürülmüşdür.

Balkanlar

NATO Bosniya 

və Herseqovinada 

aparılan on illik 

sülhməramlı 

əməliyyata rəhbərlik 

etmişdir


© Belgian MOD

Böhran vəziyyətlərində başlıca oyunçu

  



S17

“ Kosovonun gələcək 

inkişafı naminə sabit 

mühitin yaradılması ”

NATO-nun Kosovoya hərbi 

müdaxiləsi, artmaqda olan 

zorakılıq və BMT Təhlükəsizlik 

Şurasının Kosovonın Alban 

əhalisinə qarşı repressiyasına 

son qoymağa çağıran 

qətnamələrini Belqradın 

dəfələrlə pozduğu bir ildən 

çox bir müddətdə davam etdi. 

1999-cu ilin martında Alyans 

repressiyaya cavabdeh olan 

Yuqoslav hökumətinin hərbi 

və hərbiləşmiş strukturlarına 

qarşı havadan hərbi əməliyyata 

başlamağa qərar verdi. Bütün 

digər seçim yolları tükəndikdən 

və Belqradın barışmaz 

mövqeyinin qarşısının alınması 

ilə bağlı sülh danışıqları iflasa 

uğradıqdan sonra belə bir qərar 

verildi. 

Hava əməliyyatı 78 gün davam 

etdi və münaqişə tərəflərinin 

bütün hərbi fəaliyyətə son 

qoyması ilə nəticələndi

Yuqoslav Ordusu və Serb 

polis və hərbiləşmiş qüvvələri 

Kosovonu tərk etdi; Kosovoda 

beynəlxalq hərbi iştirakın 

yerləşdirilməsi üzrə razılıq əldə 

olundu; qaçqın və məcburi 

köçkünlərin şərtsiz və sağ-

salamat yerlərinə qayıtması ilə 

bağlı razılıq əldə olundu; və 

bütün tərəflərin Kosovo üzrə 

siyasi razılığın əldə olunması 

üçün birgə işə hazır olması 

razılaşdırıldı.

NATO-nun rəhbərlik etdiyi 

Kosovo Qüvvələrinin (KFOR) 

mandatı hər ikisi 1999-cu il 

mart tarixli olan həm NATO 

və Yuqoslav komandirləri 

arasında imzalanmış Hərbi-

Texniki Razılıq, həm də BMT 

Təhlükəsizlik Şurasının 1244 

Qətnaməsi ilə müəyyən olunur. 

KFOR yeni düşmənçiliyin 

qarşısının alınması, təhlükəsiz 

mühitin yaradılması və 

Kosovo Azadlıq ordusunun 

hərbsizləşdirilməsi üzrə 

məsuliyyət daşıyırdı. Bundan 

əlavə KFOR, Kosovonun 

gələcək inkişafı naminə 

sabit mühitin yaradılması 

üçün beynəlxalq humanitar 

səyləri dəstəkləyir və BMT-

nin Kosovodakı Müvəqqəti 

İnzibati Missiyası (UNMİK) kimi 

beynəlxalq mülki qurumlarla 

birgə işləyir. 

2008-ci il 17 fevral tarixli 

müstəqillik bəyannaməsinin 

ardınca NATO KFOR-un BMT 

Təhlükəsizlik Şurası digər 

qərar verənədək BMT TŞ 1244 

əsasında Kosovoda qalacağını 

bir daha təsdiq etdi. Bu mövqe 

NATO-nun 2009-ci il aprel 

tarixli Strazburq/Kel Zirvə 

Görüşündə bir daha bildirildi. 

Onar həmçinin bildirdilər 

ki, Alians razılaşdırılmıış 

formada Kosovoda multi 

etnik təhlükəsizlik sisteminin 

yaradılmasına tam olaraq 

sadiqdir. Onlar həmçinin 

Kosovoya Avropa İttifaqı 

Qanunun Aliliyi Missiyasının 

(EULEX) göndərilməsini və 

indiyə qədər götürülmüş 

öhdəliklərin lazımi standartlara 

uyğun olaraq icra edilməsini, 

xüsusilədə qanunun aliliyinin 

təmin edilməsi, etnik azlıqların 

və tarixi və dini abidələrin 

qorunmasını, cinayyətkarlıqla 

və korrupsiya ilə mübarizəni 

yüksək qiymətləndirdilər.



S18 

Böhran vəziyyətlərində başlıca oyunçu



2001-ci ilin avqust ayında 

keçmiş Yuqoslav Respublikası 

Makedoniyanın (*) prezidenti ölkənin 

sabitliyini poza biləcək etnik Alban 

qruplarının silahsızlaşdırılmasında 

NATO-nun yardımını xahiş etdi. 

NATO, hökumətin bəzi azlıqların 

hüquqlarını bərpa etməsi şərt 

ilə bu xahişi qəbul etdi. NATO 

daxil olmaqla müxtəlif beynəlxalq 

təşkilatlar və ABŞ-dan xüsusi 

nümayəndələrin vasitəçiliyi ilə 

ölkənin etnik Alban icmasının 

nümayəndələri və hökumət 

arasında siyasi razılıq əldə 

olundu. Bu, NATO-ya könüllülük 

əsasında etnik albanların 

silahsızlaşdırılması üçün  

3 500 qüvvədən 30 günlük 

missiya çərçivəsində istifadəsinə 

yol açmış oldu.

Skopyenin xahişi əsasında 

NATO qüvvələri, Avropa ittifaqı 

və Avropada Təhlükəsizlik 

və Əməkdaşlıq Təşkilatı 

nəzarətçilərinin müdafiəsini təmin 

ötmək 2003-cü ilin martında 

missiya Avropa İttifaqı tərəfindən 

qəbul edilənədək ölkədə qaldı. 

Bu təşəbbüslər ölkədə mülki 

münaqişənin qarşısının alınması 

və bərpa və barışıq üçün zəmin 

yaradılmasına yardımçı oldu.

NATO-nun Sarayevo və 

Skopyedə ev sahibi hökumətlərinə 

müdafiə islahatlarında kömək 

etmək məqsədilə qərargahlar 

saxlamasına baxmayaraq, 

KFOR hazırda Balkanlarda qalan 

yeganə geniş miqyaslı Müttəfiq 

qüvvələridir.

Qərbi Balkanlarda uzun müddətli 

sabitliyi gücləndirmək məqsədi 

ilə NATO region ölkələrini 

Avro-Atlantik strukturlara 

inteqrasiyaetməyə çalışır. 

Albaniya və Xorvatiya 2009-cu ilin 

Aprelində NATO-ya daxil oldular, 

keçmiş Yuqoslav Respublikası 

Makedoniya (*) NATO-ya 

üzvlüyə namizəddir və Bosniya 

və Herseqovina, Monteneqro və 

Serbiya 2006-cı ilin 14 dekabrında 

NATO-nun Tərəfdaşı oldular.

“ Qərbi Balkanlarda uzun müddətli 

sabitliyi gücləndirmək məqsədi 

ilə NATO region ölkələrini Avro-

Atlantik strukturlara inteqrasiya 

etməyə çalışır ”


Böhran vəziyyətlərində başlıca oyunçu

  



S19

11 sentyabr hücumlarının ardınca həyata keçirilmiş Fəal Cəhd Əməliyyatı Aralıq dənizində terrorçuluq fəaliyyətinə 

qarşı NATO dəniz qüvvələrinin rəhbərlik etdiyi aşkar etmə, qarşısını alma və müdafiə etmə dəniz nəzarəti 

əməliyyatıdır. NATO gəmiləri Şərqi Aralıq dənizinə yerləşdirilərək bölgədə patrul xidmətinə 6 Oktyabr 2001-ci ildə 

başladılar. Əməliyyatın uğurunu nəzərə alaraq, 2003-cü ilin əvvəllərində o, Cəbəllüttariq boğazı, 1 il sonradan isə 

2004-cü ilin martında bütün Aralıq dənizinə genişlənmişdir.

Əməliyyatın terrorçuluqla bağlı fəaliyyətlərlə məhdudlaşmasına baxmayaraq, o ticarət və iqtisadi fəaliyyət üzrə Aralıq 

dənizinin bütövlükdə təhlükəsizliyi ilə bağlı faydalı nəticələrə malikdir. 

Aralıq Dənizi

Aden körfəzində və Şərqi Afrika sahillərində günü gündən artan dəniz quldurluğu Afrikaya beynəlxalq humanitar 

yardim cəhdlərinin qarşısını alır və ümumiyyətlə dəniz rabitə xətlərinə və ərazidə iqtisadi maraqlara xələl gətirir.

NATO ərazidə təhlükəsizliyi təmin etmak üçün Ümumi Xidmət Əməliyyatı (2008) və Ümumi Qoruyucu Əməliyyatı 

(2009) kimi dəniz qulurluğuna qarşı əməliyyatlar həyata keçirmişdir. Hal hazırda, BMT Təhlükəsizlik Şurasının 

qərarlarına əsasən və Avropa İttifaqı kimi digər qurumlarla uzun müddətli dəniz qulurluğuna qarşı rol nəzərdən 

keçirilir. 

Aden Körfəzi



S20 

Böhran vəziyyətlərində başlıca oyunçu



© 

EU

Darfur 



qaçqınları

NATO-nun Afrika qitəsində ilk missiyası Afrika İttifaqının Sudana olan Missiyasına 

(AMIS) dəstəyi olmuşdur.

Sudanın Darfur əyalətinin sakinləri 2003-cü ildən qəddar vətəndaş müharibəsinin 

qurbanı olmuşlar. Münaqişə on minlərlə insanın ölümü və milyonların didərgin 

düşməsinə gətirmiş humanitar böhrana səbəb olmuşdur. Afrika İttifaqının (Aİ) xahişinə 

əsasən NATO, Aİ-nin AMIS missiyasını 2005-ci ilin iyulundan başlayaraq bu missiya 

2007-ci ilin 31 dekabrında bitənədək yardımla təmin etmişdir. 2008-ci ilin yanvarında 

bu missiya BMT-Aİ hibrid missiyasına çevrildikdə, NATO yardımla bağlı hər hansı əlavə 

müraciətləri nəzərdən keçirməyə hazır olduğunu bəyan etmişdir.

2007-ci ilin iyununda NATO Afrika İttifaqının, onun Somalidəki missiyası üçün (AMİSOM) 

qoşunlarının yerləşdirilməsində strateji hava daşıması dəstəyinin təmin edilməsi təklifi 

ilə razılaşmışdır. Ölkədə 1991-ci ildən bəri səmərəli hakimiyyət mövcud olmamış və 

o, uzun illər ərzində rəqib hərbi yaraqlıları arasındakı döyüşlərdən, həmçinin aclıq və 

xəstəliklərdən əziyyət çəkmişdir. 

NATO eyni zamanda, Aİ-nin uzun müddətli sülhməramlılıq potensialını imkan-yaratma 

dəstəyi ilə təmin edir, xüsusi ilə də Aİ-nin müraciəti əsasında Afrika Ehtiyat Qüvvələrinə 

dəstək göstərir.

Birgə fəaliyyət və səmərəliliyin maksimum şəkildə təmin edilməsi üçün NATO-nun yardımı 

xüsusilə BMT və Avropa İttifaqı daxil olmaqla digər beynəlxalq təşkilatlar, həmçinin 

ikitərəfli tərəfdaşlarla sıx əlaqələndirilir. 

Afrika Birliyinə yardım

İraqın sabitliyi NATO-nun mühüm strateji marağındadır və o, 2004-cü ildən etibarən İraq 

Hökumətini NATO Təlim Missiyası-İraq (NTM-İ) vasitəsilə dəstəkləyir. NATO və İraq 

həmçinin, əməkdaşlıqlarınn uzun müddətdə davam etdirilməsinə razılaşmış və bunu 

Strukturlaşmış Əməkdaşlıq Çərçivəsi üzrə təkliflərin təsdiqi vasitəsilə rəsmiləşdirmişlər. 

NATO ölkəyə öz təhlükəsizliyini təmin etmək üçün İraq hərbi heyətinin həm İraq 

daxilində, həm də xaricində təlimi vasitəsilə kömək edir; ölkənin təhlükəsizlik 

təsisatlarının inkişafını dəstəkləyir; NATO-nun ayrı-ayrı üzv ölkələri tərəfindən 

təmənnasız təqdim edilən avadanlığın çatdırılmasını əlaqələndirir və daha ümumi 

şəkildə, İraqda müdafiə islahatlarına dəstəyi təmin edir.

İraqla əməkdaşlıq, İraq Hökumətinin müraciətinə əsasən beynəlxalq və regional 

təşkilatlardan İraq xalqının təhlükəsizliyi və sabitliyi tələblərinin qarşılanmasının 

dəstəklənməsini xahiş edən BMT Təhlükəsizlik Şurasının 1546 Qətnaməsinə uyğun 

şəkildə həyata keçirilir. 

İraqa yardım 



Böhran vəziyyətlərində başlıca oyunçu

  



S21

NATO-nun daha geniş fəaliyyəti

“ Alyansın 

fəaliyyətinin böyük 

hissəsi ictimaiyyətin 

diqqətindən kənarda 

baş verir ”

NATO-nun mediada 

işıqlandırılması bir qayda 

olaraq, yüksək səviyyəli 

diplomatiya, Alyansın zirvə 

görüşləri və hərbi əməliyyatları 

üzərində cəmləşir. Bununla 

belə, Alyansın fəaliyyətinin 

böyük hissəsi ictimaiyyətin 

gözündən kənarda baş verir. 

NATO gündəlik əsasda 

Avropanın təhlükəsizlik 

mühitinin inkişaf etdirilməsinə 

yardım edən bir çox layihələrlə 

məşğuldur. Buraya şərqi 

Avropa hərbi sisteminin 

islahatına yardım etmək, 

keçmiş hərbi zabitlərin mülki 

həyata hazırlanması üçün 

proqramların yaradılması, və 

minasızlaşdırma və yığılıb 

qalmış silah-sursatların məhv 

edilməsi üzrə yardımın təmin 

edilməsi daxildir. 

Bundan əlavə, NATO humanitar 

yardımın əlaqələndirilməsində 

fəaldır. 1999-cu ildə o, təbii və 

insanlar tərəfindən törədilən 

fəlakətlər halında NATO və 

Tərəfdaş ölkələrdən fövqəladə 

və humanitar yardımın 

əlaqələndirilməsini təmin edən 

Avro-Atlantika Fəlakətlərə 

Yardımın Əlaqələndirilməsi 

Mərkəzini (EADRCC) açmışdır. 

Misal üçün, NATO 2005-ci 

ilin sentyabrında ABŞ-da baş 

vermiş Katrina Qasırğası 

nəticəsində daşqından 

zərər çəkənləri yardımla 

təmin etmişdir. Bir ay sonra, 

Pakistanda baş vermiş 

dağıdıcı zəlzələ 73 000 insanın 

məhvi və 4 milyonun evsiz 

qalmasına gətirib çıxarmışdır. 

Şimali Atlantika Şurası 

EADRCC vasitəsilə yardımın 

göstərilməsinə razılıq verdi. 

Bir çox hallarda EADRCC 

daşqın, meşə yanğınları və 

zəlzələlərdən zərər çəkən Avro-

Atlantika məkanı ölkələrinin 

köməyinə gəlmək üçün 

ehtiyatları səfərbər etmişdir. 

NATO mülki elm, ətraf mühit 

və texnologiya sahələrində 

təhlükəsizliklə bağlı məsələlər 

üzrə praktiki əməkdaşlığı 

dəstəkləyən elmi proqrama 

malikdir. NATO-nun Sülh və 

Təhlükəsizlik naminə Elm 

Proqramı (SPS) iştirakçıların 

xüsusi ehtiyaclarına cavab 

məqsədini güdərək, müxtəlif 

problemlər üçün tövsiyə və 

real həll yollarının inkişaf 

etdirilməsinə çalışır. NATO 

üzv, Tərəfdaş və Aralıq dənizi 

dialoqu ölkələrinin elm adamları  

bu fəaliyyətlərdə iştirak edirlər 

ki, bu da birgə fəaliyyət, 

şəbəkə və imkan yaratmanın 

asanlaşdırılması yolu ilə ümumi 

təhlükəsizliyə səmərəli şəkildə 

töhfə verir.


Tərəfdaşlıqların 

genişləndirilməsi 

S22 



Tərəfdaşlıqların genişləndirilməsi



NATO Tərəfdaşları

Soyuq Müharibənin sonundan bəri NATO dialoq, etimad 

yaratma və əməkdaşlıq naminə institutların yaradılması 

yolu ilə təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün bir 

sıra təşəbbüslər irəli sürmüşdür. O, keçmiş düşmənlər, 

həmçinin digər Avropa ölkələri, geniş Aralıq dənizi 

bölgəsində qonşu ölkələr və Yaxın Şərqdə ölkələr ilə 

münasibətlər qurmuşdur.

Bu istiqamətdə ilkin addım 1991-ci ildə Şimali Atlantika 

Əməkdaşlıq Şurasının yaradılması olmuşdur. Avro-

Atlantika Tərəfdaşlıq Şurası adlanandan bəri o, NATO 

və Avro-Atlantika məkanında qeyri-üzv ölkələr arasında 

məsləhətləşmə və əməkdaşlıq üzrə başlıca foruma 

çevrilmişdir.

NATO 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) 

kimi tanınan təşəbbüsü irəli sürdü. Bu proqram iştirakçı 

ölkələrin silahlı qüvvələrinin demokratik cəmiyyətdə 

lazımı rol oynamasına imkan yaratmaq və NATOnun 

rəhbərlik etdiyi sülh qoruma əməliyyatlarında iştirak 

etmələri üçün onların yenidən qurulmasına dəstək 

verilməsinə yönəlmişdir. O, bir çox müxtəlif sahələrdə 

praktiki əməkdaşlıq üçün imkanlar təklif edir ki, 

bu da fərdi Tərəfdaş ölkələrin xüsusi təhlükəsizlik 

ehtiyac və maraqlarına müvafiq şəkildə öz iştiraklarını 

uyğunlaşdırmasına imkan yaradır. Fəaliyyətlərin həcmi 

və növü, müdafiə islahatları, krizis idarəçiliyi, mülki 

fövqəladə planlaşdırma, elm, təhsil və təlim sahəsində 

əməkdaşlıq, yüngül və atıcı silahların məhv edilməsi və 

təhlükəsiz şəkildə zərərsizləşdirilməsi kimi sahələri əhatə 

edərək olduqca böyükdür.

“ dialoq, etimad yaratma 

və əməkdaşlıq naminə 

institutların yaradılması ”


Tərəfdaşlıqların genişləndirilməsi

  



S23

“ Rusiya və Ukrayna ilk gündən NATO 

ilə tərəfdaşlıq fəaliyyətinə öhdəlik 

götürən ölkələr arasında olmuşlar ”

Rusiya və Ukrayna ilk 

gündən NATO ilə tərəfdaşlıq 

fəaliyyətinə öhdəlik götürən 

ölkələr arasında olmuşlar. 

1997-ci ildə bu iki ölkədən 

hər biri ilə NATO arasında 

ikitərəfli sazişlərin imzalanması 

ilə əməkdaşlıq daha rəsmi 

əsasa keçmişdir. NATO-

Rusiya Daimi Birgə Şurası və 

NATO-Ukrayna Komissiyası 

təhlükəsizlik məsələləri və 

geniş səpkili sahələr üzrə 

praktiki əməkdaşlığın inkişafı 

üzrə mütəmadi məşvərət və 

müzakirələrin təşviqi vasitəsi 

kimi yaradılmışdır.

O vaxtdan bəri, yeni 

təhlükəsizlik təhdidlərinin 

cavablandırılması üçün birgə 

beynəlxalq səylərə olan 

tələbatı vurğulayan 11 sentyabr 

terrorçu hücumlarından sonra, 

Müttəfiqlər və Rusiya daha 

dərin və sıx münasibətlər 

qurdular. 2002-ci ildə ikitərəfli 

NATO-Rusiya Daimi Birgə 

Şurasını əvəz edən, Baş Katibin 

rəhbərlik etdiyi NATO-Rusiya 

Şurası (NRC) yaradılmışdır 

və burada bütün NRC ölkələri 

bərabər şəkildə iştirak edir və 

qərarlar konsensus vasitəsilə 

qəbul edilir. NRC terrorçuluğa 

qarşı mübarizə, böhranların 

idarə olunması və kütləvi qırğın 

silahlarının yayılmamasını 

əməkdaşlığın əsas sahələri kimi 

müəyyən etmişdir.

NATO-Ukrayna münasibətləri 

illər ərzində uğurlu inkişaf 

etmişdir. Burada əsas nöqteyi-

nəzər xüsusilə müdafiə və 

təhlükəsizlik sektorunda 

aparılan Ukraynanın cari 

islahat səylərinə NATO və 

fərdi Müttəfiqlər tərəfindən 

verilən dəstəkdir. Bu islahatlar 

ölkənin demokratik inkişafı və 

Avro-Atlantik strukturlara daha 

yaxın inteqrasiyası məqsədini 

həyata keçirmək üçün vacibdir. 

2005-ci ildə Ukraynanın üzvlük 

istəkləri və müvafiq islahatları 

ilə bağlı İntensiv Dialoq irəli 

sürülmüşdür. 2008-ci ildə NATO 

üzv ölkələri razılaşmışlar ki, bu 

ölkə NATO üzvü olacaqdır.

Rusiya və Ukrayna ilə münasibətlər


S24 

Tərəfdaşlıqların genişləndirilməsi



SNT təşəbbüsü 1995-ci ildə geniş Aralıq 

dənizi bölgəsinin altı ölkəsini – Misir, İsrail, 

İordaniya, Mavritaniya, Mərakeş və Tunisi 

- əhatə edən Aralıq dənizi dialoqunun 

yaradılması ilə tamamlanmışdır. 2000-ci ildə 

Əlcəzairin də qoşulduğu bu proqram,

Aralıq dənizi bölgəsinin ölkələri ilə yaxşı 

münasibətlərin qurulması və qarşılıqlı 

anlaşmanın təkmilləşdirilməsi, eləcə də 

regional təhlükəsizlik və sabitliyin təbliğ 

edilməsi məqsədini güdür. 2004-cü ildə 

dialoq, müdafiə islahatı, sərhəd təhlükəsizliyi 

sahəsində əməkdaşlıq, hərbi uyarlığın 

təkmilləşdirilməsi və digər bu kimi sahələrdə 

yardım vasitəsilə daha geniş praktiki

əməkdaşlığı təbliğ edən həqiqi tərəfdaşlıq 

səviyyəsinə yüksəlmişdir. Genişləndirilmiş

tərəfdaşlıq həmçinin, terrorçuluğa qarşı 

mübarizəni diqqət mərkəzinə almışdır.

Bəzi Dialoq ölkələri Balkanlarda NATO-nun 

rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına 

hərbi qüvvələrlə töhfə vermiş və Fəal Cəhd 

Əməliyyatına dəstək vermişdir.

Aralıq dənizi dialoqu

“ Aralıq dənizi bölgəsinin 

ölkələri ilə yaxşı münasibətlərin 

qurulması və qarşılıqlı anlaşmanın 

təkmilləşdirilməsi ”

NATO təlimi 

zamanı Aralıq 

dənizi di-

aloqu ölkələri ilə 

əməkdaşlıq


Tərəfdaşlıqların genişləndirilməsi

  



S25

“ Bu təşəbbüs bölgənin maraqlı 

ölkələri ilə praktiki ikitərəfli 

əməkdaşlığın təbliğ edilməsi 

məqsədini güdür ”

İstanbul Əməkdaşlıq 

Təşəbbüsü

İstanbul Əməkdaşlıq Təşəbbüsünün (İCİ) 2004-cü ildə irəli 

sürülməsi Alyansın Aralıq dənizi dialoquna daxil olmayan 

Yaxın Şərq ölkələri ilə münasibətlər qurmaq istəyini 

nümayiş etdirdi. Bu təşəbbüs bölgənin maraqlanan ölkələri 

ilə terrorçuluğa qarşı mübarizə, böhranların idarə edilməsi, 

mülki fövqəladə planlaşdırma, və sərhəd nəzarəti kimi 

sahələrdə praktiki ikitərəfli əməkdaşlığın təbliğ edilməsi 

məqsədini güdür. Hazırda Bəhreyn, Qatar, Küveyt və 

Birləşmiş Ərəb Əmirlikləri bura qoşulmuşlar.



S26 

Tərəfdaşlıqların genişləndirilməsi



Təhlükəsizlik təhdidlərinin təbiət, miqyas və mənşəcə daha 

gözlənilməz olduğu bir halda NATO öz tərəfdaşlıqlarının dairəsini 

genişləndirdi. O, əsrin dəyişməsindən bəri yaranmış qlobal 

təhdidlərin idarə olunmasına köməklik üçün qlobal tərəfdaşlara 

müraciət etmişdir. Bu, nə üzv, nə də Alyansın tərəfdaş ölkələri 

olmayan, belə adlanan “əlaqə ölkələri” Yaponiya, Yeni Zelandiya, 

Avstraliya və Cənubi Koreya kimi ölkələri əhatə edir.

NATO həmçinin, sülh və təhlükəsizliyin təbliğində əlavə rolu olan 

digər beynəlxalq təşkilatlarla münasibətlərin qurur. Böhranın idarə 

olunması əməliyyatları kontekstində NATO siyasi, iqtisadi və sosial 

inkişaf vasitəsilə davamlı sülhün təmin edilməsi üçün vasitələrə 

malik təşkilatlarla işləyir. Buraya BMT, Avropa İttifaqı, Avropada 

Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, həmçinin, EUROCONTROL 

və Qırmızı Xaç Beynəlxalq Komitəsi kimi təsisatlar daxildir.

Qlobal tərəfdaşlar və digər 

beynəlxalq təşkilatlar ilə iş

Yeni Zelandiya 

kimi bir sıra əlaqə 

ölkələri İSAF-a 

töhfə verirlər 



Tərəfdaşlıqların genişləndirilməsi

  



S27

“ sülh və təhlükəsizliyin təbliğində əlavə rolu ”

Bu institusional əlaqələrdən 

əlavə, NATO-nun Avropa 

üzvləri ilə Birləşmiş Ştatlar 

arasında transatlantik əlaqə 

Alyansla Avropa İttifaqı arasında 

münasibətlərə xüsusi səciyyə 

verir. Hər bir konstruktiv 

əməkdaşlıqda olduğu kimi o, 

dəyişilən xarici şərtlərə cavab 

olaraq inkişaf etmişdir. İkinci 

Dünya müharibəsindən sonrakı 

Transatlantik münasibətlərin 

tarixinə varmadan qeyd etmək 

vacibdir ki, NATO-nun Avropalı 

üzvləri müharibə dövründən 

dərhal sonra təhlükəsizlik 

və iqtisadi artım baxımından 

ABŞ-dan yüksək dərəcədə 

asılı olmuşlar. Sonrakı illər 

ərzində Avropa daha güclü 

və birləşmiş şəkildə inkişaf 

etdi. Avropa İttifaqı 1990-cı 

illərin əvvəllərindən Ümumi 

Xarici və Təhlükəsizlik 

Siyasətini inkişaf etdirməyə 

başlamış və tədricən Avropanı 

beynəlxalq münasibətlərin 

daha nüfuzlu iştirakçısı kimi 

nümayiş etdirmişdir. 1999-cu 

ilin dekabrında Avropa İttifaqı 

böhranın idarə olunması 

vəzifələrini üzərinə götürmək 

imkanlarını inkişaf etdirmək 

və tələb olunan siyasi və hərbi 

strukturların yaradılması üçün 

müvafiq addımlar atmağı qərara 

almışdır. Bu, bir neçə il sonra 

Avropa İttifaqına Balkanlardakı 

NATO-nun iki missiyasını qəbul 

etməyə yol açmışdır. 

Bu proses NATO-nun 

bütövlükdə iştirak etmədiyi 

zaman, Aİ-nin rəhbərlik etdiyi 

əməliyyatlar üçün NATO-nun 

vasitə və qabiliyyətlərinə Avropa 

İttifaqının çıxış imkanını yaradan 

“Berlin Plüs” mexanizmi ilə 

asanlaşdırılmışdır. O, hazırda 

Avropa ittifaqı və NATO  

arasında əməkdaşlığın əsasını 

təşkil edir və 2003-cü il martın 

sonunda keçmiş Yuqoslav 

Respublikası Makedoniya (*) 

və 2004-cü il dekabrında 

Bosniya-Herseqovinada NATO 

missiyalarının təhvil verilməsinə 

gətirib çıxarmışdır.


S28 

Açıq qapı siyasətinin davam etdirilməsi



Nisbətən daha ilkin mərhələdə 

Alyansın bani ölkələri olan 

Belçika, Kanada, Danimarka, 

Fransa, İslandiya, İtaliya, 

Lüksemburq, Niderland, 

Norveç, Portuqaliya, Böyük 

Britaniya və Amerika Birləşmiş 

Ştatları təşkilatın üzvlüyünü 

Yunanıstan və Türkiyə (1952) və 

Almaniyanı (1955) daxil etməklə 

genişləndirdilər. Bir neçə on 

illik sonra 1982-ci ildə İspaniya 

Alyansa qoşuldu.

Genişlənmənin növbəti dövrü 

Soyuq Müharibənin sonundan 

sonra, bir çox Mərkəzi 

Avropa ölkələrinin öz gələcək 

təhlükəsizlik maraqlarının 

NATO-ya qoşulmaq yolu ilə 

daha yaxşı qarşılanacağına 

qərar verdikləri və üzvlük 

axtarışları ilə bağlı niyyətlərini 

səsləndirdikləri zaman baş verdi. 

Üç keçmiş Tərəfdaş ölkə - Çex 

Respublikası, Macarıstan və 

Polşa – 1999-cu ilin martında 

üzv oldular və beləliklə də üzv 

ölkələrin sayını 19-a çatdırdılar. 

2004-cü il martın sonunda 

NATO-nun ən böyük genişlənmə 

dalğası zamanı daha yeddi ölkə, 

Bolqarıstan, Estoniya, Latviya, 

Litva, Rumıniya, Slovakiya və 

Sloveniya Alyansa qoşuldu. Bu 

yaxınlarda, 2009-ci ilin Aprel 

ayında Albaniya və Xorvatiya 

Təşkilatın üzvü oldular. 

Keçmiş Yuqoslav Respublikası 

Makedoniya (*) da həmçinin, 

ölkənin adı ilə bağlı məsələ həll 

olunduğu təqdirdə Təşkilata 

üzvlüyə dəvət alacaqdır.

NATO-nun qapısı açıq qalır. 

Gürcüstan və Ukraynanın üzvlük 

istəkləri və müvafiq islahatları 

ilə bağlı bu ölkələrlə mövcud 

olan İntensiv Dialoqlar həyata 

keçirilməkdədir. 2008-ci ildə 

Alyans rəhbərləri razılaşdılar 

ki, bu iki ölkə NATO-nun üzvü 

olacaqdır.

Davam etməkdə olan proses

Açıq qapı siyasətinin 

davam etdirilməsi



Açıq qapı siyasətinin davam etdirilməsi

  



S29

NATO-ya 2004-cü ildə qoşulmuş 

yeddi üzv ölkə və onlardan 

sonra gələnlər, 1999-cu ildə 

əsası qoyulmuş və maraqlı 

Tərəfdaş ölkələri üzvlüyə 

hazırlamaqda yardımçı 

olmaq məqsədini güdən 

Üzvlük Fəaliyyət Planından 

yararlanmışlar. Bu plan üzvlük 

istəyən ölkələrə praktiki 

məsləhət və məqsədli yardım 

təklif edir. Əvəzində, üzvlük 

istəyən ölkələr tərəfindən bazar 

iqtisadiyyatına əsaslanan işlək 

demokratik siyasi sistem, azlıq 

təşkil edən xalqlarla ədalətli 

münasibət, qonşu ölkələrlə 

münaqişələrin sülh yolu ilə 

həllinə öhdəlik, Alyansa hərbi 

töhfə vermək qabiliyyəti və istəyi 

və silahlı qüvvələr üzərində 

demokratik nəzarət öhdəliyi 

daxil olmaqla müəyyən başlıca 

tələbləri yerinə yetirilmələri 

gözlənilir. Bu planda iştirak 

gələcək üzvlüyə heç bir 

təminat vermir, lakin o, ölkələrə 

silahlı qüvvələrini Alyansa 

üzvlüyün gətirəcəyi öhdəlik və 

cavabdehliklərə uyğunlaşdırmaq 

və hazırlamağa yardım edir. 

NATO yeni üzvləri cəlb etmək 

işi ilə məşğul olmur, ancaq 

Müttəfiqlər Alyansın fundamental 

məqsədlərinə töhfə verəcək və 

Müttəfiq dəyərlərini paylaşan 

demokratik ölkələrdən gələn 

üzvlüklə bağlı müraciətlərin 

nəzərdən keçirilməsinə 

sadiqdir. NATO hökumətləri 

aydınlaşdırdılar ki, Alyansın 

genişlənməsi özü özlüyündə 

bir məqsəd deyil, o, NATO-

nun təhlükəsizliyinin daha da 

genişləndirilməsi və Avropanın 

bütövlükdə daha sabit edilməsi 

üçün bir vasitədir. Genişlənmə 

prosesi münaqişənin qarşısının 

alınmasına kömək edir, çünki 

üzvlük perspektivi üzvlük istəyən 

ölkələr üçün qonşu ölkələrlə 

münaqişələrini həll etməyə və 

islahatlar və demokratikləşməni 

irəli aparmağa stimul verir. 

Bundan əlavə, yeni üzvlər 

sadəcə üzvlüyün faydasından 

yararlanmamalı, həmçinin 

bütün üzv ölkələrin ümumilikdə 

təhlükəsizliyinə töhfə verməyə 

qadir olmalıdırlar. Baş sözlə, 

onlar təhlükəsizliyin təminatçısı 

və istehlakçısı olmalıdırlar.

Üzvlük Fəaliyyət Planı

“ təhlükəsizliyin 

təminatçısı və 

istehlakçısı ”


S30 

Yeni imkanlar üçün yeni təhdidlər



Cəmiyyətlərimizin bu gün qarşılaşdığı təhlükəsizlik təhdidləri 

terrorçuluq, kütləvi qırğın silahlarının yayılması və iflasa uğramış və 

ya uğramaqda olan dövlətlərin törətdiyi qeyri sabitliklə üzləşmək üçün 

əsaslı şəkildə təchiz olunmuş və strukturlaşmış qüvvələr tələb edir.

1990-cı illərin əvvəllərində NATO Soyuq Müharibənin durğun 

ordu birləşmələrindən uzaqlaşaraq, böhranın idarə olunması 

əməliyyatlarının tələb etdiyi daha mobil qüvvələrə sahib olmaq 

məqsədilə öz hərbi imkanlarını yenidən nəzərdən keçirməyə başladı. 

11 sentyabr hadisələri bu prosesi daha da sürətləndirdi. 2002-ci ildə 

keçirilmiş Praqa Zirvə Görüşü zamanı NATO rəhbərləri Alyansın 

hərbi vasitələrini köklü şəkildə dəyişdirəcək başlıca islahatları 

təqdim etdilər. Onlar Avro-Atlantik məkanı daxilində və ondan 

kənarda mövcud olan müxtəlif təhlükəsizlik təhdidlərini daha yaxşı 

cavablandırmağa qabil olmaq cəhdi ilə təkmilləşmə üçün xüsusi 

sahələri müəyyən etdilər, NATO Cavab Qüvvələrini yaratdılar və hərbi 

komandanlıq strukturunu müasirləşdirdilər.

“ NATO rəhbərləri Alyansın 

hərbi vasitələrini köklü şəkildə 

dəyişdirəcək başlıca islahatları 

təqdim etdilər ”

Yeni imkanlar üçün 

yeni təhdidlər



Yeni imkanlar üçün yeni təhdidlər

  



S31

Praqada çatışmazlıqların ən təcili şəkildə cavablandırılmasına ehtiyac duyulan səkkiz xüsusi sahə 

müəyyən edildi. Buraya strateji hava və dəniz daşımaları; kimyəvi, bioloji, radioloji və nüvə müdafiəsi və 

havadan yerə nəzarət kimi sahələr daxildir. Müttəfiqlər, yeni təhdidlərin cavablandırılması üçün Alyansın 

qabiliyyətinin inkişaf etdirilməsində fundamental rol oynayan bu imkanların əldə olunmasına sadiqdirlər. 

Praqa Zirvə Görüşündən bəri NATO, xüsusi ilə terrorçuluğa qarşı müdafiə sahəsində müasirləşməyə 

ehtiyacı olan digər sahələri müəyyən etmişdir.

NATO Cavab Qüvvələrinin (NRF) məqsədi daha sonrakı mərhələdə əlavə qüvvələrlə gücləndirilə biləcək, 

qabaqcıl qüvvə kimi fəaliyyət göstərən və dünyanın hər hansı bölgəsində baş vermiş müxtəlif növ böhran 

vəziyyətlərinə cəld cavab vermək qabiliyyətinə malik olmaqdan ibarətdir. Ehtiyac duyulduqda əlavə oluna 

biləcək mərkəzə əsaslanaraq o, yer, hava, dəniz və xüsusi qüvvələr komponentlərindən ibarət olan 

çoxmillətli qüvvədir və ən azı beş günlük xəbərdarlıqla yerləşdirilə bilər və əməliyyatlarda özünü 30 gün 

müddətində və ya yenidən təmin olunarsa daha uzun müddətə təmin edə bilər.

NRF elementləri artıq 2005-ci ilin sentyabrında Yeni Orlean və ətraf bölgələrdə baş vermiş Katrina 

Qasırğasından sonra ABŞ-da və 2005-ci il 8 oktyabrda baş vermiş zəlzələdən sonra Pakistanda istifadə 

olunmuşdur. 

Açılma qabiliyyəti və yüksək döyüş hazırlığından əlavə, NRF NATO-nun transformasiya cəhdlərinin 

səmərəli şəkildə başlanğıcıdır. O, heyətini çox tələbkar bir mühitdə, yaranmaqda olan texnologiyalardan 

istifadə edərək çoxmillətli kontekstdə fəaliyyət göstərməyi öyrədir. Bu təlim keyfiyyəti milli qüvvələr, 

həmçinin, çoxmillətli qüvvələr tərkibində dəyişiklik üçün katalizator rolunu oynayan hər bir iştirakçının 

əldə etdiyi təcrübədir.

Hərbi imkanların müasirləşdirilməsi 

NATO Cavab Qüvvələri

Komandanlıq strukturunun təkmilləşdirilməsi

Soyuq Müharibə dövründən sonrakı təhlükəsizlik mühitinə uyğun olaraq, NATO daha kiçik, daha 

çevik və mobil qüvvələrin dəstəklənməsi üçün öz hərbi komandanlıq strukturunu yenidən nəzərdən 

keçirdi. O, qərargahların sayını kəskin şəkildə azaltdı və ABŞ-da yerləşən strateji komandanlıq – 

Müttəfiq Transformasiya Komandanlığı (keçmiş Müttəfiq Atlantik Komandanlığı) – üzrə aparıcı NATO 

transformasiya səylərini daha qabarıq şəkildə müəyyən etmişdir. Avropada yerləşən strateji komandanlıq 

NATO-nun bütün əməliyyatları üzrə məsuliyyət daşımış və hazırda Müttəfiq Əməliyyatlar Komandanlığı 

kimi tanınır.

Hərbi komanda strukturlarının müasirləşdirilməsi NATO tərəfindən mütəmadi əsasda nəzərdən keçirilən 

və davam edən bir prosesdir.


Təşkilatın Dinamikası 

S32 


Təşkilatın Dinamikası

Alyansın davamlılığının başlıca amillərindən biri 

onun qərar qəbul etmə prosesinin konsensusa 

əsaslanmasıdır. Bu o deməkdir ki, bütün qərarlar 

yekdil qəbul olunmalıdır. Bunun nəticəsi olaraq, vacib 

qərarın qəbulundan öncə uzun sürən məşvərət və 

müzakirələrin aparılması tələb olunur. Bu 

sistemin kənar müşahidəçi üçün ləng və mürəkkəb 

görünməsinə baxmayaraq, o iki əsas üstünlüyə 

malikdir. Birinci, hər üzv ölkənin suverenliyi və 

müstəqilliyinə hörmət olunur. İkinci, qərar qəbul 

edildikdə o, bütün ölkələrin tam dəstəyi və onun 

həyata keçirilməsi üzrə öhdəliklərinə arxalanır.

Bir sıra hallarda, İraqdakı Səddam Hüseyn rejiminin 

təhdid təşkil etməsinin dəyərləndirilməsi üzrə ölkələrin 

fərqli yanaşmalar nümayiş etdirdikləri 2003-cü ilin 

yaz hadisəsində olduğu kimi fikir ayrılıqları mövcud 

olur. Baxmayaraq ki, müxtəlif milli mövqelər atıla 

biləcək addım üzrə Alyansın hər zaman razılıq əldə 

edə bilməyəcəyini nəzərdə tutur, NATO-nun məqsədi 

mümkün olan hər zaman konsensusun əldə olunması 

üçün onlar arasında məşvərət və müzakirələrin 

dəstəklənməsindən ibarətdir.

Konsensus vasitəsilə 

qərar qəbulu



Təşkilatın Dinamikası 

 



S33

Başlıca oyunçular

NATO-da ən vacib oyunçular Təşkilatı 

formalaşdıran üzv ölkələrdir. Onlar hər 

komitə səviyyəsində təmsil olunurlar. Bu 

məqsədlə NATO-nun Brüsseldəki Baş 

Qərargahında hər ölkənin komitə iclaslarında 

iştirak edən və ya milli ekspertlərin iştirakını 

təmin edən diplomatik heyət və müdafiə 

məşvərətçilərindən ibarət milli nümayəndəlik 

tərəfindən dəstəklənən səfir səviyyəsində daimi 

nümayəndəsi mövcuddur.

NATO-da başlıca siyasi qərar qəbul edən 

orqan, həftədə ən azı bir dəfə səfirlər 

səviyyəsində toplaşan Şimali Atlantika 

Şurasıdır. Şuranın həmçinin, mütəmadi 

əsasda xarici işlər nazirləri, müdafiə nazirləri 

və vaxtaşırı dövlət və hökumət başçıları 

səviyyəsində görüşləri olur. Şimali Atlantika 

Şurası, iki müdafiə ilə bağlı orqan - Müdafiə 

Planlaşdırma Komitəsi və Nüvə Planlaşdırma 

Qrupu – ilə birlikdə mürəkkəb komitə sisteminin 

başındadırlar. Bu sistem çərçivəsində Hərbi 

Komitə bu üç başlıca orqana hərbi məsləhətlər 

verməkdə məsuldur və strateji komandirlərə 

hərbi məsələlər üzrə rəhbərlik edir. Bununla 

əlaqədar olaraq, o NATO-da ali hərbi qurum 

xüsusi statusuna malikdir. 

NATO-nun təxminən dörd illik müddətə təyin 

olunan Baş Katibi olur. O, üzv ölkələrin birinin 

ali beynəlxalq dövlət xadimi olur. Baş Katib 

Şimali Atlantika Şurası və digər mühüm NATO 

orqanlarının iclaslarına sədrlik edir və üzvlər 

arasında konsensusun əldə olunmasına 

yardım edir. Alyansın gündəlik fəaliyyətinin 

idarə olunmasında o, bütün NATO ölkələrinin 

ekspertləri və rəsmilərindən ibarət beynəlxalq 

heyət tərəfindən dəstəklənir. 

NATO-nun öz silahlı qüvvələri yoxdur. NATO-

nun sərəncamında olan bir çox qüvvələr 

kollektiv müdafiədən sülhməramlılıq kimi yeni 

missiyalaradək sıralanan vəzifələri yerinə 

yetirmək üçün üzv dövlətlər tərəfindən tapşırıq 

alanadək tam milli komandanlıq altında qalırlar. 

Qısası, NATO müəyyən müddət ərzində öz 

qüvvələrini inteqrasiya etməyə və çoxmillətli 

fəaliyyətdə iştiraka öhdələndirməyə hazır olan 

dövlətləri bir araya gətirən forumdur. Onun 

siyasi və hərbi strukturları milli qüvvələrin bu 

vəzifələri həmçinin, onların birgə komandanlıq, 

nəzarət, təlim və çalışması üçün ehtiyac duyulan 

beynəlxalq tədbirləri yerinə yetirməsi üçün tələb 

olunan qabaqcıl planlaşdırmanı nəzərdə tutur.

“ NATO-da başlıca siyasi qərarları 

qəbul edən orqan Şimali Atlantika 

Şurasıdır ”



Gələcəyə doğru

İlkin olaraq Soyuq Müharibə erasının məhsulu 

olan Alyans, Avropanın parçalanması aradan 

qalxandan bəri üzərinə yeni və fundamental 

vəzifələr götürmüşdür. O, yeni üzvləri qəbul 

edərək Şərqi Avropaya açılmış və Mərkəzi 

Asiyayadək uzanan tərəfdaşlıq şəbəkəsi 

yaratmışdır. O həmçinin, Avropada və bu 

yaxınlarda Avro-Atlantik məkandan kənarda baş 

verən regional və etnik münaqişələrin səbəb 

olduğu zorakılığı yatırmaq üçün böhranın idarə 

olunması əməliyyatlarında iştirak etmişdir.

Soyuq Müharibə dövründən sonrakı dünya 

daha mürəkkəb təhlükəsizlik mühiti olduğunu 

sübut etdi və görünür bu tendensiya 21-ci əsrdə 

davam edəcək. Alyansın 1999-cu ildə qəbul 

olunmuş Strateji Konsepsiyası yeni təhlükəsizlik 

mühitinin bir çox hədə və təhdidlərini 

qabaqcadan görmüşdü. 

2001-ci ilin 11 sentyabr terrorçu hücumlarından 

etibarən Alyans öz səylərini assimmetrik 

təhdidlər reallığına uyğunlaşdırmağa 

cəmləmişdir. O, tərəfdaşlıqlarını dərinləşdirmək 

və genişləndirməklə, qüvvələrini 

müasirləşdirməklə və Təşkilat üçün yeni olan 

böhran sahələrində yardımı təmin etməklə 

təhlükəsizliyə daha geniş və ambisiyalı 

yanaşmanı qəbul edir. Beləliklə də o, üzv 

ölkələrin müdafiəsi və təhlükəsizliyinin faydası 

naminə, geniş şəkildə qloballaşmaqda olan 

və daha mürəkkəb dünyaya cavab olaraq 

yeni siyasi münasibətlərin və güclü əməliyyat 

imkanlarının inkişafı üçün transformasiyasını 

sürətləndirir.

Gələcəyə doğru 

 



S35

NATO-nun İctimai Diplomatiya Bölməsi

1110 Brüssel – Belçika

İnternet səhifəsi: www.otan.nato.int

Elektron poçtu: distribution@hq.nato.int

NATO Public Diplomacy Division

1110 Brussels - Belgium

Website: www.nato.int

Email: distribution@hq.nato.int

TƏHLÜKƏSİZLİK  

NAMİNƏ BİRLİKDƏ



06/2009 - 

AZE

Document Outline

  • TƏHLÜKƏSİZLİK NAMİNƏ BİRLİKDƏ NATO-nun təqdimatı
  • S04 | Giriş
  • S06 | Dəyişən dövrana cavab
  • S14 | Böhran vəziyyətlərində başlıca oyunçu
  • S22 | Tərəfdaşlıqların genişləndirilməsi
  • S28 | Açıq qapı siyasətinin davam etdirilməsi
  • S30 | Yeni təhdidlər üçün yeni imkanlar
  • S32 | Təşkilatın dinamikası
  • S35 | Gələcəyə doğru


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə